Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Rüstəm
Rüstəmov Vüsal Rüstəm oğlu 1984- cü ilin may ayının 11- də Xaçmaz şəhərində dünyaya gəlib.
Xaçmaz şəhəri, 3 saylı orta məktəbində təhsil aldıqdan sonra, Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olmuş və oranı uğurla bitirmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Rüstəmov Vüsal, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Fizulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif edilmişdir.
Ailəli idi, 2 övladı var.
Vüsalın uşaq yaşlarından hərbiçi olmağa marağı var idi. Hərbiçi yoldaşları onun çox mərd, qorxmaz, cəsarətli insan olduğunu bildirmişlər. Vüsal həmçinin, Vətən müharibəsi iştirakçısı idi. O bu döyüşlərdə göstərdiyi igidliklərə görə medal və ordenlərlə təltif olunmuşdur. Ailəsi Vüsalın səmimi, gülərüz, ailəcanlı və vətənpərvər insan olduğunu bildirdi. Ətrafındakı hər kəsə qayğı və yardımsevərliklə münasibət göstərmişdir.
Ata: Rüstəmov Rüstəm Ramazan oğlu Ana: Rüstəmova Sevil Sətdar qızı Həyat yoldaşı: Rüstəmova Lalə Tariyel qızı Qızı: Rüstəmli Səma Vüsal oğlu Oğlu: Rüstəmli Şahin Vüsal oğlu