Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Ceyhun
Kamran Səmədov 1997-ci il fevralın 28-də Lənkəran rayonunun Liman şəhərində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Kamran Səmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər də iştirak etmişdir.Kamran Səmədov oktyabrın 31-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Kamran Səmədov ölümündən sonra "Qubadlının azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medallları ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Kamran Səmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ata-anasını sevən, diqqətcil, zarafatcıl, surpriz etməyi sevən biri idi.
Ata: Səmədov Ceyhun İnşallah oğlu Ana: Səmədova Könül Zakir qızı Bacı: Səmədli Arzu Ceyhun qızı