Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Arif
Şirinov Ramil Arif oğlu 8 avqust 1987-ci ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Orta təhsilini Sumqayıt şəhər 12 saylı tam orta məktəbdə alıb. Gəncə Texnologiya Universitetində ali təhsilə yiyələnib. Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətini başa vurduqdan sonra, bir müddət mülki işlərdə çalışıb.
Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında xidmətə başlayıb.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis serjantı olan Şirinov Ramil Arif oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunda şəhid olub.
Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.
Ailəli idi. İki övladı yadigar qalıb.
Mərd, cəsur, qorxmaz insan olub.
Ata: Şirinov Arif Ana: Şirinova Gülayə Yaqut qızı Bacı: Quliyeva Arzu Arif qızı Bacı: Alışova Aysel Arif qızı Həyat yoldaşı: Şirinova Aynur Natiq qızı Oğlu: Şirinov Arif Ramil oğlu Qızı: Şirinova Şəms Ramil qızı