Bəqərə surəsi (89-93) - Hacı Rahib | Ruhunuzu dinləndirin
Xaliqiyyətdə tövhid Səsli kitab 3
Bəqərə surəsi (84-88) - Hacı Rahib | Ruhunuzu dinləndirin
Nəhcül-bəlağənin şərhi 11.04.2026
Əməllər və davranışlar
Namaz haqqında
Ata adı: Böyükağa
Sultanov Xəlfəli Böyükağa oğlu 18 iyul 1990-cı ildə Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndində anadan olub. Hacıqabul rayon Qubalıbalaoğlan kənd A.Abdullayev adına tam orta məktəbində orta təhsilə yiyələnib. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, "kapitan" hərbi rütbəsinə qədər yüksəlib.
Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Sultanov Xəlfəli Böyükağa oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Şuşa şəhərində şəhid olub.
Hacıqabul rayonunun Qubalıbalaoğlan kənd qəbiristanlığında dəfn edilib.
Mərd, cəsur, qorxmaz zabit olub.
Ata: Sultanov Böyükağa Arzuman oğlu Ana: Sultanova Rahilə Sabir qızı Qardaş: Sultanov Azad Böyükağa oğlu Bacı: Abdullayeva Könül Böyükağa qızı Bacı: Hüseynova Günay Böyükağa qızı