Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Zeyniş
Səxavət Talıbzadə Saatlı rayonunun Qaracalar kəndində doğulub. Ailədə bir bacı, iki qardaş olublar. 2014-cü ildə Saatlı rayonu Qaracalar kənd tam orta məktəbini bitirdikdən sonra Azərbaycan Dənizçilik Kollecinə daxil olub.2016-cı ildə əsgəri xidmətə çağırılıb və hərbi xidməti başa vurduqdan sonra 2018-ci ildə MAHHXHQ kimi xidmətini davam etdirmişdir. 2020-ci ilin sentyabr ayının 27-dən döyüşlərə qatılıb,xüsusi şücayət göstərib,düşmənin onlarla canlı qüvvəsini məhv edib və oktyabr ayının 4-də Suqovuşanın azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında qəhrəmancasına şəhid olub
Səxavət Talıbzadə Qaracalar kənd qəbiristanlığında torpağa tapşırılıb.
Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Talıbzadə Səxavət 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Mərd, cəsur, igid, mehriban insan olub.
Ata: Talıbov Zeyniş Zeyniş oğlu Ana: Talıbova Həmayə Hüseyn qızı Bacı: Rüstəmzadə Qızqayıt Zeyniş qızı Qardaş: Talıbov Hasil Zeyniş oğlu