✳️ İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti
8 Rəbius-sani – İmam Həsən Əskərinin (ə) mövlud günüdür.
İmam Həsən Əsgəri (ə) mövludu: Mənəvi dəyərlərimiz və Əhli-Beyt
Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Ata adı: Rabil
Eldəniz Verdiyev 1999-cu il oktyabrın 4-də Göygöl şəhərində anadan olub. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Eldəniz Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Eldəniz Verdiyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itgin düşüb.
2021-ci il iyunun 4-ü Eldəniz Verdiyevin Murovdağ istiqamətində nəşi tapılır və ailəsinə təhvil verilir. İyunun 5-də Göygöl şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Vəliyev Eldəniz 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Vətənini, bayrağını sevən, qohumlara, dostlara qarşı səmimi, mehriban, saf, gülərüz, diqqətcil insan olub.
Ata: Mürsəlov Rabil Hidayət oğlu Ana: Verdiyeva Elnurə Əliqulu qızı Qardaşı: Verdiyev Eltun Rabil oğlu