Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Firdovsi
Sabir Firdovsi oğlu Yusubov 6 oktyabr 1990-cı ildə Göygöl rayonu Topalhəsənli kəndində anadan olub. 2009-cu ilin oktyabr ayından 2011-ci ilin oktyabr ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət edib. Sabir Yusubov 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi əməliyyatlarda iştirak edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Sabir Firdovsi oğlu Yusubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi iştirak edib. Sabir Firdovsi oğlu Yusubov 13 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Göygöl rayonu Topalhəsənli kənd qəbiristanlığında dəfn olunub. Sabir Firdovsi oğlu Yusubov Azərbaycan Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və ”Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Sabir Yusubov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, mehriban insan olub.
Ata: Yusubov Firdovsi Sabir oğlu Ana: Yusubova Afət Nəsib qızı Bacı: Yusubova Aysun Firdovsi qızı Həyat yoldaşı: Yusubova Aliyə Ayət qızı Qızı: Yusubova Firuzə Sabir qızı Oğlu: Yusubov Yusif Sabir oğlu