1

Əl-Fatihə Surəsi

7 Ayə 1-ci Cüz Məkkə
سُورَةُ الفاتحة Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 1 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əl-Fatihə Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Fatihə Surəsi, Ayə 1

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Bismillahir Rahmanir Rahim
Mişkini Tərcüməsi: Bağışlayan və mehriban Allahın adı ilə.
2 Əl-Fatihə Surəsi, Ayə 2

ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Alhamdu lillahi Rabbil 'alamin
Mişkini Tərcüməsi: Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə edəni, mütləq hökmdarı və yaradaraq nəzmə salanı olan Allaha məxsusdur.
3 Əl-Fatihə Surəsi, Ayə 3

ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Ar-Rahmanir-Rahim
Mişkini Tərcüməsi: (Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) Rəhimli və mehriban Allaha.
4 Əl-Fatihə Surəsi, Ayə 4

مَٰلِكِ يَوْمِ ٱلدِّينِ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Maliki Yavmid-Din
Mişkini Tərcüməsi: Cəza gününün sahib və hökmdarına.
5 Əl-Fatihə Surəsi, Ayə 5

إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Iyyaka na'budu va iyyaka nasta'in
Mişkini Tərcüməsi: (Pərvərdigara!) Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
6 Əl-Fatihə Surəsi, Ayə 6

ٱهْدِنَا ٱلصِّرَٰطَ ٱلْمُسْتَقِيمَ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Ihdinas-Siratal-Mustaqim
Mişkini Tərcüməsi: Bizi (əqidə, elm, əxlaq və əməllərdə) doğru yola hidayət (və həmin yolda dayanıqlı) et.
7 Əl-Fatihə Surəsi, Ayə 7

صِرَٰطَ ٱلَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ ٱلْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا ٱلضَّآلِّينَ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Siratal-lazina an'amta 'alaihim ğayril-mağdubi 'alaihim va lad-dallin
Mişkini Tərcüməsi: (Peyğəmbərlər və onların həqiqi ardıcılları kimi) nemət verdiyin kəslərin – (Sənin) qəzəb(in)ə düçar olmamış və azmamışların yoluna!
Bütün Surələr ↑ Növbəti: 2. Əl-Bəqərə

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...