Məsumlar (ə) və Peyğəmbər (s) Hədisləri 114 Surənin Sirləri & Şəfa Ayələri

Qurani-Kərim Surələrinin Fəzilətləri

Hər bir surənin tilavətinin savabı, gündəlik namazlarda oxunmasının faydaları, xəstəliklər üçün şəfa ayələri, ruzi, hacət, qorxudan amanda qalmaq və digər mühüm xətmlər.

1

1. Əl-Fatihə surəsinin fəziləti

7 ayə • Məkkə • 1-ci Cüz
1-
İbn Həmzə Bətaini rəvayət edir ki, İmam Cəfər Sadiq (ə) buyurub: "Allahın İsm-i Əzəmi (müqəddəs adları) Fatihətul-kitabda yerləşdirilmişdir". (“Səvabul-əəmal”, Şeyx Səduq, səhifə 94; “Təfsir Əyyaşi”, 1-ci cild, səhifə 25.)

2 - Nəbiyyi-Əkrəm (s.ə.v.v.) buyurub: "Hər kəs Fatihətul-kitab surəsini oxusa, ona Quranın üçdə ikisinin (2/3) oxunmasının savabını verərlər. Elə bil ki, hər mömin və möminəyə sədəqə vermişdir". Yenə də bu məzmunda ayrı bir rəvayətdə az fərqlə nəql olunub: "Elə bil ki, o, Quranın hamısını oxumuşdur". Übəyy ibn Kəb deyir: "Mən Fatihətul-kitabı Rəsuli-Əkrəm (s.ə.v.v.)-ə oxudum. Həzrət buyurdu: «And olsun Allaha ki, Mənim canım Onun əlindədir; Tövratda, İncildə, Zəburda və hətta Quranın özündə bunun gibi surə yoxdur. Bu surə Ümmül-kitabdır (kitabın anası) və Səbu-məsanidir (yeddi ayədən ibarətdir). Bu surə Allah və bəndə arasında bölüşdürülmüşdür və bəndə istədiyini ala bilir»". Məhəmməd ibn Məsud Əyyaşi nəql edir ki, Nəbiyyi-Əkrəm (s.ə.v.v.) Cabirə buyurdu: "Ey Cabir, istəyirsənmi Allahın Öz kitabında nazil etdiyi ən yaxşı surəni sənə öyrədim?". Cabir dedi: "Bəli, atam-anam sənə fəda olsun, ya Rəsulallah, öyrət mənə". Sonra Rəsuli-Əkrəm (s.ə.v.v.) "Ümmül-kitab" adlanan Həmd surəsini ona öyrətdi. Sonra isə Həzrət buyurdu: "Ey Cabir, onun fəziləti haqqında bilmək istəyirsənmi?". Dedi: "Bəli, atam-anam sənə qurban". Həzrət buyurdu: "Bu surə ölümdən başqa hər bir dərdə (xərçəng, iflic, həsəd...) şəfadır". İmam Sadiqdən (ə) nəql olunub ki, əgər bir kəs Həmd surəsindən şəfa ala bilməsə, heç bir şey onu sağaltmaz.

Əmirəlmöminin Əli (ə) Nəbiyyi-Əkrəmdən (s.ə.v.v.) nəql edir ki, Allah mənə buyurdu: "Vələqəd ateyna kə səb’an minəl-məsani vəl-Quranəl-əzim" (Ey Məhəmməd, Biz sənə yeddi ayəni ki, iki dəfə nazil olub, və əzəmətli Quranı verdik. — Hicr surəsi, 87-ci ayə).

Həzrəti Məhəmməd (s.ə.v.v.) buyurur: "Allah Həmd surəsini bütün Quranın bərabərində qərar verdi və xüsusilə onu nazil edəndə mənə minnət qoyub buyurdu ki, Fatihətul-kitab Ərş xəzinəsinin ən qiymətli surəsidir. Allah-taala bu surəni Məhəmmədə (s.ə.v.v.) məxsus edib, ona şərafət bəxş etdi və Həzrət Süleymandan (ə) başqalarını bunda şərik etmədi. Ancaq Süleyman peyğəmbərə bu surədən «Bismillahir-rəhmanir-rəhim» nazil edildi. Necə ki, Quran Bilqeysin dilindən belə hekayət edir: «Süleyman (ə) tərəfindən mənə bir məktub verdilər ki, Bağışlayan və mehriban Allahın adı ilə başlanır»". Həzrət sonra buyurdu: "Hər kəs onu (Həmd surəsini) oxusa, Məhəmməd (s.ə.v.v.) və onun Əhli-beyti ilə zahirdə və batində dost, onlara iman gətirib fərmanlarına itaət etmiş olar. Allah-taala hər bir hərfin müqabilində ona savab verər ki, onun hər biri dünyadan və onun xeyirlərindən üstün olar. Əgər bir kəs bu surə oxunanda ona qulaq vursa, oxunuşun üçdə birinin (1/3) savabını alacaqdır. Bunları qənimət sayıb çoxaldın; vaxtı ötüb keçməsin ki, sonra onun həsrəti qəlbinizdə qalar".

Bu surəni 40 dəfə qabdakı suya oxuyub, sonra onu xəstəyə içirin və sədəqə də verin. Sədəqə verilən şəxsə deyin ki, (filan) xəstənin sağalması üçün dua etsin.

Cümə axşamı mühüm işlərin hasil olması üçün Həmd surəsini 1011 dəfə oxuyun (təcrübə olunub).

Əhəmiyyətli işlərin hasil olması, bəlanın və düşmənin dəf olması üçün bu surəni xətm edin: Şənbə günü (altıncı gün) 70 dəfə, bazar günü 60 dəfə, birinci gün 50 dəfə, ikinci gün 40 dəfə, üçüncü gün 30 dəfə, dördüncü gün 20 dəfə, cümə günü (beşinci gün) isə 10 dəfə Fatihə surəsini oxuyun (təcrübə olunmuşdur). Cümə günündən başlayıb qırx gün və hər gün 41 dəfə Həmd surəsini oxusun və hər dəfə oxuyandan sonra 13 dəfə desin: "Ya mufəttihu fəttih. Ya mufərricu fərric. Ya musəbbibu səbbib. Ya musəyyiru yəssir. Ya musəhhilu səhhil. Ya mutəmmimu təmmim. Və həsbunallahu və ni'məl vəkil". Hər kəs xalis niyyətlə bu xətmi oxusa, o qədər var-dövlətə malik olar ki, yığıb-yığışdıra bilməz. (“Minhac”, səhifə 432).

Miybədinin “Kəşfül-əsrar” kitabında yazılıb ki, hər kəs bu surəni aşağıdakı tərzdə oxusa, inşAllah öz məqsədinə nail olar: Bir həftə ərzində hər gün 111 dəfə və 111 salavat göndərməklə xətm etsin. Əlbəttə, bir şərti də budur ki, yeddi gün ərzində heyvan əti yeməsin. Sonra öz məqsədinə çatmaqdan ötrü desin: "Bismillahir-rəhmanir-rəhim. Əlhəmdu lillahi Rəbbil aləmin. Ərrəhmanir-rəhim. Maliki yəvmiddin. İyyakə nə'budu və iyyakə nəstəin" — sonra Tövhid (Qul huvəllah) surəsini üç dəfə oxusun. Onun davamında "Allahummə kəma cəmə'tə bəynə sifatikə və əsmaikə və əf'alikə, fəcmə' bəyni və bəynə hacəti, bihəqqi Muhəmmədin və alihi əcməin" duasını oxusun. Sonra isə Həmd surəsinin qalanını, yəni "İhdinəs-siratəl mustəqim. Siratəlləzinə ə'nəmtə ələyhim ğəyril məğzubi ələyhim vələzzallin" oxusun. Müqəddəs Ərdəbilidən nəql olunub ki, hər kəs Həmd surəsini bu iki ayə ilə on gün ərzində, gündə on bir dəfə (hamısı birlikdə 110 dəfə olmaqla), hər bir böyük yaxud kiçik hacət və mətləbinin olmasından asılı olmayaraq oxusun. Bu üslub da təcrübə olunmuşdur və hacətə çatmaq üçün daha əlverişlidir.

Deyirlər ki, qüdrətli olmaqla bərabər, onu yerinə yetirməkdə acizlik qarşıya çıxarsa (göz dəyməsin), üç cümə axşamı, hər gecəsində bir rükət namaz qılsın və hər rükətdə on dəfə Həmd surəsini və on bir dəfə Tövhid surəsini oxusun. Salamdan sonra 100 dəfə salavat göndərsin.

Bir nəfər özünün yoxsulluğundan Peyğəmbərə (s.ə.v.v.) şikayət etdi. Həzrət buyurdu: "Öz evinə daxil olanda salam ver və bir dəfə Həmd surəsini oxu". O kişi Həzrətin buyurduğu kimi etdi; Allah-taala onun özünün və qonşularının ruzisinə bərəkət verdi.

Əbu Süleyman nəql edir ki: "Allahın Rəsulu (s.ə.v.v.) ilə kafirlərə qarşı müharibəyə getmişdim, aramızda bir kişi sərt epilepsiya (bir növ əsəb xəstəliyidir) xəstəliyinə tutulmuşdu. Səhabələrdən birisi Fatihə surəsini onun qulağına oxudu, o, ayağa qalxıb tamamilə şəfa tapdı". Bu hekayəti kainatın ağası Rəsulullaha çatdırdılar. Həzrət buyurdu: "Hiyə Ümmül-kitab və hiyə şifaun min külli dain" (Yəni, o, Quranın anasıdır və hər dərdə şəfadır).

Həmd surəsini yetmiş dəfə oxumaq hər bir dərd üçün faydalıdır.

Müqəddəs Ərdəbilidən nəql olunub ki, hər kəs Həmd surəsini bu iki ayə ilə on gün və hər gündə on bir dəfə oxusun (hamısı bir yerdə 110 dəfə olur). Bütün kiçik, böyük hacət və mətləbi olmuş olsa belə, bunları oxusa, hacətinin müstəcab olmağını yaxınlaşdırar (təcrübə olunub):

1 - "Ənzələ ələykum min bə'dil ğəmmi əmənətən nuasən yəğşa taifətən minkum və taifətun qəd əhəmməthum ənfusuhum yəzunnunə billahi ğəyrəl həqqi zənnəl cahiliyyəti. Yqulunə həl-ləna minəl əmri min şəy'in. Qul innəl əmrə kulləhu lillahi, yuxfunə fi ənfusihim mala-yubdunə ləkə yəqulunə ləv kanə ləna minəl-əmri şəy'un ma qutilna hahuna. Qul ləv kuntum fi buyutikum ləbərəzəlləzinə kutibə ələyhimul qətlu ila məzaciihim və liyəbtəliyəllahu ma fi sudurikum və liyuməhhisə ma fi qulubikum. Vallahu əlimun bi zatis-sudur". (Ali-İmran surəsi, 154)

2 - "Muhəmmədun Rəsulullahi vəlləzinə məəhu əşiddau ələl kuffari ruhəmau bəynəhum tərahum rukkəən succədən yəbtəğunə fəzlən minəllahi və rizvanən simahum fi vucuhihim min əsəris-sucudi. Zalikə məsəluhum fit-Tövrat. Və məsəluhum fil-İncil kəzərin əxrəcə şət’əhu fəazarəhu fəstəğləzə fəstəva əla suqihi yu'cibuz-zərraə liyəğizə bihimul kuffaru vəədəllahul-ləzinə amənu və əmilus-salihati minhum məğfirətən və əcrən əzimən". (Fəth surəsi, 29)

2

2. Əl-Bəqərə surəsinin fəziləti

286 ayə • Mədinə • 1-ci Cüz
3

3. Ali-İmran surəsinin fəziləti

200 ayə • Mədinə • 3-ci Cüz
4

4. Ən-Nisa surəsinin fəziləti

176 ayə • Mədinə • 4-ci Cüz
5

5. Əl-Maidə surəsinin fəziləti

120 ayə • Mədinə • 6-ci Cüz
6

6. Əl-Ənam surəsinin fəziləti

165 ayə • Məkkə • 7-ci Cüz
7

7. Əl-Əraf surəsinin fəziləti

206 ayə • Məkkə • 8-ci Cüz
8

8. Əl-Ənfal surəsinin fəziləti

75 ayə • Mədinə • 9-ci Cüz
9

9. Ət-Tövbə surəsinin fəziləti

129 ayə • Mədinə • 10-ci Cüz
10

10. Yunus surəsinin fəziləti

109 ayə • Məkkə • 11-ci Cüz
11

11. Hud surəsinin fəziləti

123 ayə • Məkkə • 11-ci Cüz
12

12. Yusuf surəsinin fəziləti

111 ayə • Məkkə • 12-ci Cüz
13

13. Ər-Rəd surəsinin fəziləti

43 ayə • Mədinə • 13-ci Cüz
14

14. İbrahim surəsinin fəziləti

52 ayə • Məkkə • 13-ci Cüz
15

15. Əl-Hicr surəsinin fəziləti

99 ayə • Məkkə • 14-ci Cüz
16

16. Ən-Nəhl surəsinin fəziləti

128 ayə • Məkkə • 14-ci Cüz
17

17. Əl-İsra surəsinin fəziləti

111 ayə • Məkkə • 15-ci Cüz
18

18. Əl-Kəhf surəsinin fəziləti

110 ayə • Məkkə • 15-ci Cüz
19

19. Məryəm surəsinin fəziləti

98 ayə • Məkkə • 16-ci Cüz
20

20. Taha surəsinin fəziləti

135 ayə • Məkkə • 16-ci Cüz
21

21. Əl-Ənbiya surəsinin fəziləti

112 ayə • Məkkə • 17-ci Cüz
22

22. Əl-Həcc surəsinin fəziləti

78 ayə • Mədinə • 17-ci Cüz
23

23. Əl-Möminun surəsinin fəziləti

118 ayə • Məkkə • 18-ci Cüz
24

24. Ən-Nur surəsinin fəziləti

64 ayə • Mədinə • 18-ci Cüz
25

25. Əl-Furqan surəsinin fəziləti

77 ayə • Məkkə • 18-ci Cüz
26

26. Əş-Şuəra surəsinin fəziləti

227 ayə • Məkkə • 19-ci Cüz
27

27. Ən-Nəml surəsinin fəziləti

93 ayə • Məkkə • 19-ci Cüz
28

28. Əl-Qəsəs surəsinin fəziləti

88 ayə • Məkkə • 20-ci Cüz
29

29. Əl-Ənkəbut surəsinin fəziləti

69 ayə • Məkkə • 20-ci Cüz
30

30. Ər-Rum surəsinin fəziləti

60 ayə • Məkkə • 21-ci Cüz
31

31. Luqman surəsinin fəziləti

34 ayə • Məkkə • 21-ci Cüz
32

32. Əs-Səcdə surəsinin fəziləti

30 ayə • Məkkə • 21-ci Cüz
33

33. Əl-Əhzab surəsinin fəziləti

73 ayə • Mədinə • 21-ci Cüz
34

34. Səbə surəsinin fəziləti

54 ayə • Məkkə • 22-ci Cüz
35

35. Fatir surəsinin fəziləti

45 ayə • Məkkə • 22-ci Cüz
36

36. Yasin surəsinin fəziləti

83 ayə • Məkkə • 22-ci Cüz
37

37. Əs-Saffat surəsinin fəziləti

182 ayə • Məkkə • 23-ci Cüz
38

38. Sad surəsinin fəziləti

88 ayə • Məkkə • 23-ci Cüz
39

39. Əz-Zümər surəsinin fəziləti

75 ayə • Məkkə • 23-ci Cüz
40

40. Ğafir (Mömin) surəsinin fəziləti

85 ayə • Məkkə • 24-ci Cüz
41

41. Fussilət surəsinin fəziləti

54 ayə • Məkkə • 24-ci Cüz
42

42. Əş-Şura surəsinin fəziləti

53 ayə • Məkkə • 25-ci Cüz
43

43. Əz-Zuxruf surəsinin fəziləti

89 ayə • Məkkə • 25-ci Cüz
44

44. Əd-Duxan surəsinin fəziləti

59 ayə • Məkkə • 25-ci Cüz
45

45. Əl-Casiyə surəsinin fəziləti

37 ayə • Məkkə • 25-ci Cüz
46

46. Əl-Əhqaq surəsinin fəziləti

35 ayə • Məkkə • 26-ci Cüz
47

47. Muhəmməd surəsinin fəziləti

38 ayə • Mədinə • 26-ci Cüz
48

48. Əl-Fəth surəsinin fəziləti

29 ayə • Mədinə • 26-ci Cüz
49

49. Əl-Hucurat surəsinin fəziləti

18 ayə • Mədinə • 26-ci Cüz
50

50. Qaf surəsinin fəziləti

45 ayə • Məkkə • 26-ci Cüz
51

51. Əz-Zariyat surəsinin fəziləti

60 ayə • Məkkə • 26-ci Cüz
52

52. Ət-Tur surəsinin fəziləti

49 ayə • Məkkə • 27-ci Cüz
53

53. Ən-Nəcm surəsinin fəziləti

62 ayə • Məkkə • 27-ci Cüz
54

54. Əl-Qəmər surəsinin fəziləti

55 ayə • Məkkə • 27-ci Cüz
55

55. Ər-Rəhman surəsinin fəziləti

78 ayə • Mədinə • 27-ci Cüz
56

56. Əl-Vaqiə surəsinin fəziləti

96 ayə • Məkkə • 27-ci Cüz
57

57. Əl-Hədid surəsinin fəziləti

29 ayə • Mədinə • 27-ci Cüz
58

58. Əl-Mücadilə surəsinin fəziləti

22 ayə • Mədinə • 28-ci Cüz
59

59. Əl-Həşr surəsinin fəziləti

24 ayə • Mədinə • 28-ci Cüz
60

60. Əl-Mümtəhinə surəsinin fəziləti

13 ayə • Mədinə • 28-ci Cüz
61

61. Əs-Səff surəsinin fəziləti

14 ayə • Mədinə • 28-ci Cüz
62

62. Əl-Cümə surəsinin fəziləti

11 ayə • Mədinə • 28-ci Cüz
63

63. Əl-Münafiqun surəsinin fəziləti

11 ayə • Mədinə • 28-ci Cüz
64

64. Ət-Təğabun surəsinin fəziləti

18 ayə • Mədinə • 28-ci Cüz
65

65. Ət-Təlaq surəsinin fəziləti

12 ayə • Mədinə • 28-ci Cüz
66

66. Ət-Təhrim surəsinin fəziləti

12 ayə • Mədinə • 28-ci Cüz
67

67. Əl-Mülk surəsinin fəziləti

30 ayə • Məkkə • 29-ci Cüz
68

68. Əl-Qələm surəsinin fəziləti

52 ayə • Məkkə • 29-ci Cüz
69

69. Əl-Haqqə surəsinin fəziləti

52 ayə • Məkkə • 29-ci Cüz
70

70. Əl-Məaric surəsinin fəziləti

44 ayə • Məkkə • 29-ci Cüz
71

71. Nuh surəsinin fəziləti

28 ayə • Məkkə • 29-ci Cüz
72

72. Əl-Cin surəsinin fəziləti

28 ayə • Məkkə • 29-ci Cüz
73

73. Əl-Müzəmmil surəsinin fəziləti

20 ayə • Məkkə • 29-ci Cüz
74

74. Əl-Müddəssir surəsinin fəziləti

56 ayə • Məkkə • 29-ci Cüz
75

75. Əl-Qiyamə surəsinin fəziləti

40 ayə • Məkkə • 29-ci Cüz
76

76. Əl-İnsan (Əd-Dəhr) surəsinin fəziləti

31 ayə • Mədinə • 29-ci Cüz
77

77. Əl-Mürsəlat surəsinin fəziləti

50 ayə • Məkkə • 29-ci Cüz
78

78. Ən-Nəbə surəsinin fəziləti

40 ayə • Məkkə • 30-ci Cüz
79

79. Ən-Naziat surəsinin fəziləti

46 ayə • Məkkə • 30-ci Cüz
80

80. Əbəsə surəsinin fəziləti

42 ayə • Məkkə • 30-ci Cüz
81

81. Ət-Təkvir surəsinin fəziləti

29 ayə • Məkkə • 30-ci Cüz
82

82. Əl-İnfitar surəsinin fəziləti

19 ayə • Məkkə • 30-ci Cüz
83

83. Əl-Mütəffifin surəsinin fəziləti

36 ayə • Məkkə • 30-ci Cüz
84

84. Əl-İnşiqaq surəsinin fəziləti

25 ayə • Məkkə • 30-ci Cüz
85

85. Əl-Büruc surəsinin fəziləti

22 ayə • Məkkə • 30-ci Cüz
86

86. Ət-Tariq surəsinin fəziləti

17 ayə • Məkkə • 30-ci Cüz
87

87. Əl-Əla surəsinin fəziləti

19 ayə • Məkkə • 30-ci Cüz
88

88. Əl-Ğaşiyə surəsinin fəziləti

26 ayə • Məkkə • 30-ci Cüz
89

89. Əl-Fəcr surəsinin fəziləti

30 ayə • Məkkə • 30-ci Cüz
90

90. Əl-Bələd surəsinin fəziləti

20 ayə • Məkkə • 30-ci Cüz
91

91. Əş-Şəms surəsinin fəziləti

15 ayə • Məkkə • 30-ci Cüz
92

92. Əl-Leyl surəsinin fəziləti

21 ayə • Məkkə • 30-ci Cüz
93

93. Əd-Duha surəsinin fəziləti

11 ayə • Məkkə • 30-ci Cüz
94

94. Əş-Şərh (Əl-İnşirah) surəsinin fəziləti

8 ayə • Məkkə • 30-ci Cüz
95

95. Ət-Tin surəsinin fəziləti

8 ayə • Məkkə • 30-ci Cüz
96

96. Əl-Ələq surəsinin fəziləti

19 ayə • Məkkə • 30-ci Cüz
97

97. Əl-Qədr surəsinin fəziləti

5 ayə • Məkkə • 30-ci Cüz
98

98. Əl-Bəyyinə surəsinin fəziləti

8 ayə • Mədinə • 30-ci Cüz
99

99. Əz-Zəlzələ surəsinin fəziləti

8 ayə • Mədinə • 30-ci Cüz
100

100. Əl-Adiyat surəsinin fəziləti

11 ayə • Məkkə • 30-ci Cüz
101

101. Əl-Qariə surəsinin fəziləti

11 ayə • Məkkə • 30-ci Cüz
102

102. Ət-Təkasur surəsinin fəziləti

8 ayə • Məkkə • 30-ci Cüz
103

103. Əl-Əsr surəsinin fəziləti

3 ayə • Məkkə • 30-ci Cüz
104

104. Əl-Hüməzə surəsinin fəziləti

9 ayə • Məkkə • 30-ci Cüz
105

105. Əl-Fil surəsinin fəziləti

5 ayə • Məkkə • 30-ci Cüz
106

106. Qureyş surəsinin fəziləti

4 ayə • Məkkə • 30-ci Cüz
107

107. Əl-Maun surəsinin fəziləti

7 ayə • Məkkə • 30-ci Cüz
108

108. Əl-Kövsər surəsinin fəziləti

3 ayə • Məkkə • 30-ci Cüz
109

109. Əl-Kafirun surəsinin fəziləti

6 ayə • Məkkə • 30-ci Cüz
110

110. Ən-Nəsr surəsinin fəziləti

3 ayə • Mədinə • 30-ci Cüz
111

111. Əl-Məsəd (Əl-Ləhəb) surəsinin fəziləti

5 ayə • Məkkə • 30-ci Cüz
112

112. Əl-İxlas (Ət-Tövhid) surəsinin fəziləti

4 ayə • Məkkə • 30-ci Cüz
113

113. Əl-Fələq surəsinin fəziləti

5 ayə • Məkkə • 30-ci Cüz
114

114. Ən-Nas surəsinin fəziləti

6 ayə • Məkkə • 30-ci Cüz

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...