بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Əl-Hüməzə Surəsi, Ayə 1
وَيْلٌۭ لِّكُلِّ هُمَزَةٍۢ لُّمَزَةٍ
﴿1﴾
Oxunuşu (Transkripsiya):
Vai lul-li kulli hu mazatil-lumaza
Mişkini Tərcüməsi:
İnsanlarda eyib axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına.
2
Əl-Hüməzə Surəsi, Ayə 2
ٱلَّذِى جَمَعَ مَالًۭا وَعَدَّدَهُۥ
﴿2﴾
Oxunuşu (Transkripsiya):
Al-lazi cama'a malav va'addadah
Mişkini Tərcüməsi:
O kəs ki, mal yığıb onu dönə-dönə sayar (və bu mal-dövləti necə əldə edib, necə xərcləmək barədə Allahın əmrinə heç bir əhəmiyyət verməz).
3
Əl-Hüməzə Surəsi, Ayə 3
يَحْسَبُ أَنَّ مَالَهُۥٓ أَخْلَدَهُۥ
﴿3﴾
Oxunuşu (Transkripsiya):
Yahsabu anna malahu axladah
Mişkini Tərcüməsi:
Və elə zənn edər ki, mal-dövlət onu əbədi yaşadacaqdır (və ölüm, yaxud bədbəxt hadisələr onu haqlamayacaqdır).
4
Əl-Hüməzə Surəsi, Ayə 4
كَلَّا ۖ لَيُنۢبَذَنَّ فِى ٱلْحُطَمَةِ
﴿4﴾
Oxunuşu (Transkripsiya):
Kalla layum ba zanna fil hutamah
Mişkini Tərcüməsi:
(Xeyr,) belə deyildir, şübhəsiz, o Hutəməyə (əzən oda) atılacaqdır.
5
Əl-Hüməzə Surəsi, Ayə 5
وَمَآ أَدْرَىٰكَ مَا ٱلْحُطَمَةُ
﴿5﴾
Oxunuşu (Transkripsiya):
Va ma adraka mal-hutamah
Mişkini Tərcüməsi:
Və sən nə bilirsən ki, Hutəmə nədir?!
6
Əl-Hüməzə Surəsi, Ayə 6
نَارُ ٱللَّهِ ٱلْمُوقَدَةُ
﴿6﴾
Oxunuşu (Transkripsiya):
Narul lahil-muqada
Mişkini Tərcüməsi:
O, Allahın yanar odudur.
7
Əl-Hüməzə Surəsi, Ayə 7
ٱلَّتِى تَطَّلِعُ عَلَى ٱلْأَفْـِٔدَةِ
﴿7﴾
Oxunuşu (Transkripsiya):
Al lati tat tali'u 'alalafidah
Mişkini Tərcüməsi:
Elə bir od ki, (küfr, şirk və nifaq mərkəzi olan) ürəklərə nüfuz edər (və zahirdən əlavə, batini də yandırıb-yaxar).
8
Əl-Hüməzə Surəsi, Ayə 8
إِنَّهَا عَلَيْهِم مُّؤْصَدَةٌۭ
﴿8﴾
Oxunuşu (Transkripsiya):
Innaha 'alaihim musada
Mişkini Tərcüməsi:
Həqiqətən, o odun qapısı (ondan xilas yolu) onların üzünə qapanar (və çıxış yolları olmaz).
9
Əl-Hüməzə Surəsi, Ayə 9
فِى عَمَدٍۢ مُّمَدَّدَةٍۭ
﴿9﴾
Oxunuşu (Transkripsiya):
Fi 'amadim-mu mad dadah
Mişkini Tərcüməsi:
Onlar hündür sütunlara (bağlanarlar və cəzalanarlar).