19

Məryəm Surəsi

98 Ayə 16-ci Cüz Məkkə
سُورَةُ مريم Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 19 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Məryəm Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Məryəm Surəsi, Ayə 1

كٓهيعٓصٓ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Kaf-Ha-Ya-'Ayyyn-Sad
Mişkini Tərcüməsi: Kaf Ha Ya Ayn Sad. (Mən kifayət edən, hidayət edən, ixtiyar sahibi, alim və vədi doğru olanam. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında rəmzlərdir. Bu kitab həmin həriflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.)
2 Məryəm Surəsi, Ayə 2

ذِكْرُ رَحْمَتِ رَبِّكَ عَبْدَهُۥ زَكَرِيَّآ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Zikru rahmati Rabbika 'abdahu Zakariyya
Mişkini Tərcüməsi: (Bu surə) Sənin Rəbbinin bəndəsi Zəkəriyyaya (olan) mərhəmətinin xatırlanmasıdır.
3 Məryəm Surəsi, Ayə 3

إِذْ نَادَىٰ رَبَّهُۥ نِدَآءً خَفِيًّۭا ﴿3﴾

Oxunuşu (Transkripsiya): Iz nada Rabbahu nida'an xafiyya
Mişkini Tərcüməsi: O, gizli səslə Öz Rəbbini səsləyən zaman.
4 Məryəm Surəsi, Ayə 4

قَالَ رَبِّ إِنِّى وَهَنَ ٱلْعَظْمُ مِنِّى وَٱشْتَعَلَ ٱلرَّأْسُ شَيْبًۭا وَلَمْ أَكُنۢ بِدُعَآئِكَ رَبِّ شَقِيًّۭا ﴿4﴾

Oxunuşu (Transkripsiya): Qala Rabbi inni vahanal'azmu minni vaşta'alar rasu şaibanv va lam akum bidu'a'ika Rabbi şaqiyya
Mişkini Tərcüməsi: Dedi: Ey Rəbbim, həqiqətən, (bədənimdəki) sümüklərim süstləşib və baş da (başımın tükü də) qocalıqdan (ağarıb) parıldayır. Ey Rəbbim, duamda heç vaxt Səndən (dilədiyimi almaqdan) məhrum olmamışam [və ya: Ey Rəbbim heç vaxt Sənin dəvət və əmrində itaətsiz olmamışam].
5 Məryəm Surəsi, Ayə 5

وَإِنِّى خِفْتُ ٱلْمَوَٰلِىَ مِن وَرَآءِى وَكَانَتِ ٱمْرَأَتِى عَاقِرًۭا فَهَبْ لِى مِن لَّدُنكَ وَلِيًّۭا ﴿5﴾

Oxunuşu (Transkripsiya): Va inni xiftul mava liya minv vara'i va kana tim ra ati 'airan fahab li mil ladunka valiyya
Mişkini Tərcüməsi: Mən özümdən sonra əmim uşaqlarından (onların mənim üçün pis canişin olacaqlarından) qorxuram və zövcəm də əvvəldən qısır olub. Buna görə də mənə Öz dərgahından varis olacaq bir övlad əta et.
6 Məryəm Surəsi, Ayə 6

يَرِثُنِى وَيَرِثُ مِنْ ءَالِ يَعْقُوبَ ۖ وَٱجْعَلْهُ رَبِّ رَضِيًّۭا ﴿6﴾

Oxunuşu (Transkripsiya): Yarisuni va yarisu min ali Ya'qub, vac'alhu Rabbi radiyya
Mişkini Tərcüməsi: (Övlad əta et) ki, mənim və Yəqub övladlarının varisi olsun. Və ey mənim Rəbbim, onu (mənəvi kamilliklər baxımından) bəyənilən et!
7 Məryəm Surəsi, Ayə 7

يَٰزَكَرِيَّآ إِنَّا نُبَشِّرُكَ بِغُلَٰمٍ ٱسْمُهُۥ يَحْيَىٰ لَمْ نَجْعَل لَّهُۥ مِن قَبْلُ سَمِيًّۭا ﴿7﴾

Oxunuşu (Transkripsiya): Ya Zakariyya inna nubaşşiruka biğulami nismuhu Yahya lam nac'al lahu min qablu samiyya
Mişkini Tərcüməsi: (Ona xitab etdik ki:) Ey Zəkəriyya, Biz sənə adı Yəhya olan bir oğlanın müjdəsini veririk ki, bundan öncə (heç kəsi) ona adaş (və ya insani kamilliklər baxımından ona bənzər) etməmişik.
8 Məryəm Surəsi, Ayə 8

قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِى غُلَٰمٌۭ وَكَانَتِ ٱمْرَأَتِى عَاقِرًۭا وَقَدْ بَلَغْتُ مِنَ ٱلْكِبَرِ عِتِيًّۭا ﴿8﴾

Oxunuşu (Transkripsiya): Qala Rabbi anna yakunu li ğulamunv va kanatim ra ati aqiranv va qad balağtu minal kibari 'itiyya
Mişkini Tərcüməsi: (Zəkəriyya) dedi: Ey Rəbbim, zövcəm əvvəldən qısır olduğu və özüm də qocalıb əldən düşdüyüm halda mənim necə övladım ola bilər?
9 Məryəm Surəsi, Ayə 9

قَالَ كَذَٰلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَىَّ هَيِّنٌۭ وَقَدْ خَلَقْتُكَ مِن قَبْلُ وَلَمْ تَكُ شَيْـًۭٔا ﴿9﴾

Oxunuşu (Transkripsiya): Qala kazalika qala Rabbuka huva 'alaiya haiyinunv va qad xalaqtuka min qablu va lam taku şai'a
Mişkini Tərcüməsi: (Vəhy mələyi) dedi: «Elədir, (lakin) Rəbbin «bu iş Mənim üçün asandır və həqiqətən, səni bundan əvvəl (heç) bir şey olmadığın halda yaratdım» buyurmuşdur.
10 Məryəm Surəsi, Ayə 10

قَالَ رَبِّ ٱجْعَل لِّىٓ ءَايَةًۭ ۚ قَالَ ءَايَتُكَ أَلَّا تُكَلِّمَ ٱلنَّاسَ ثَلَٰثَ لَيَالٍۢ سَوِيًّۭا ﴿10﴾

Oxunuşu (Transkripsiya): Qala Rabbic 'al li Aayah; qala Aayatuka alla tukalliman nasa salasa layalin saviyya
Mişkini Tərcüməsi: (Zəkəriyya) dedi: «Ey Rəbbim! (Bu müjdənin gerçəkləşəcəyi barəsində) mənə bir nişanə ver». Buyurdu: «Nişanən budur ki, sağlam olmağına baxmayaraq üç (gün üç) gecə (dalbadal) insanlarla danışa bilməyəcəksən». (Dilin Allahla danışmaq üçün açıq, insanlarla danışmaq üçün isə bağlı olacaqdır.)
11 Məryəm Surəsi, Ayə 11

فَخَرَجَ عَلَىٰ قَوْمِهِۦ مِنَ ٱلْمِحْرَابِ فَأَوْحَىٰٓ إِلَيْهِمْ أَن سَبِّحُوا۟ بُكْرَةًۭ وَعَشِيًّۭا ﴿11﴾

Oxunuşu (Transkripsiya): Faxaraca 'ala qavmihi minal mihrabi fa-avha ilaihim an sabbihu bukratanv va 'aşiyya
Mişkini Tərcüməsi: Beləliklə o, mehrabdan qövmünün yanına çıxdı və onlara işarə etdi ki, səhər və axşam Allahı pak sifətlərlə mədh edin (və ya namaz qılın. Və onlar bu işarədən başa düşdülər ki, övlad vədinin həyata keçməsi yaxınlaşıb).
12 Məryəm Surəsi, Ayə 12

يَٰيَحْيَىٰ خُذِ ٱلْكِتَٰبَ بِقُوَّةٍۢ ۖ وَءَاتَيْنَٰهُ ٱلْحُكْمَ صَبِيًّۭا ﴿12﴾

Oxunuşu (Transkripsiya): Ya Yahya xuzil Kitaba biquvvatinv va atainahul hukma saiyya
Mişkini Tərcüməsi: (Beləliklə, ona Yəhyanı əta etdik və dedik:) Ey Yəhya, kitabı (Tövratı və ya bütün keçmiş səma kitablarını) qüvvətlə (və onların mənalarını başa düşmək qüdrəti ilə) tut! Və Biz ona uşaqlığında hikmət (və ilahi maarifin dərkini və peyğəmbərlik) əta etdik.
13 Məryəm Surəsi, Ayə 13

وَحَنَانًۭا مِّن لَّدُنَّا وَزَكَوٰةًۭ ۖ وَكَانَ تَقِيًّۭا ﴿13﴾

Oxunuşu (Transkripsiya): Va hananam mil ladunna va zakatanv va kana taqiyya
Mişkini Tərcüməsi: (Ona həmçinin) Öz tərəfimizdən batini mərhəmət və mehribanlıq, ruhi inkişaf və paklıq əta etdik. Və o, pərhizkar (öz yaşı çərçivəsində bütün bihudə və puç işlərdən çəkinən) idi.
14 Məryəm Surəsi, Ayə 14

وَبَرًّۢا بِوَٰلِدَيْهِ وَلَمْ يَكُن جَبَّارًا عَصِيًّۭا ﴿14﴾

Oxunuşu (Transkripsiya): Va barram bivalidayhi va lam yakum cabbaran 'asiyya
Mişkini Tərcüməsi: Həmçinin ata-anasına yaxşılıq edən idi və əsla təkəbbürlü, məğrur və itaətsiz deyildi.
15 Məryəm Surəsi, Ayə 15

وَسَلَٰمٌ عَلَيْهِ يَوْمَ وُلِدَ وَيَوْمَ يَمُوتُ وَيَوْمَ يُبْعَثُ حَيًّۭا ﴿15﴾

Oxunuşu (Transkripsiya): Va salamun 'alaihi yavma vulida va yavma yamutu va yavma yub'asu haiya
Mişkini Tərcüməsi: Salam və (hər bir qorxu və əzabdan) əmin-amanlıq olsun ona o gün ki, doğuldu, o gün ki, öləcək və o gün ki, diri(ldilərək) qaldırılacaq.
16 Məryəm Surəsi, Ayə 16

وَٱذْكُرْ فِى ٱلْكِتَٰبِ مَرْيَمَ إِذِ ٱنتَبَذَتْ مِنْ أَهْلِهَا مَكَانًۭا شَرْقِيًّۭا ﴿16﴾

Oxunuşu (Transkripsiya): Vazkur fil Kitabi Marya; izin tabazat min ahliha makanan şariqyya
Mişkini Tərcüməsi: (Ya Muhəmməd!) Bu kitabda Məryəmi, onun (Beytul-Müqəddəsin və ya öz evinin) şərq(in)dəki bir məkanda öz adamlarından bir kənara çəkildiyi zamanı yada sal.
17 Məryəm Surəsi, Ayə 17

فَٱتَّخَذَتْ مِن دُونِهِمْ حِجَابًۭا فَأَرْسَلْنَآ إِلَيْهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرًۭا سَوِيًّۭا ﴿17﴾

Oxunuşu (Transkripsiya): Fattaxazat min dunihim hicaban fa arsalna ilaiha ruhana fatamassala laha başaran saviyya
Mişkini Tərcüməsi: Beləliklə, onların qarşısında özü üçün (xəlvət bir yer düzəldərək Allaha ibadətlə məşğul olmaq məqsədi ilə) bir pərdə çəkdi. Bu halda Biz Öz ruhumuzu (Cəbraili) onun yanına göndərdik və o, onun üçün kamil bir insan surətinə düşdü.
18 Məryəm Surəsi, Ayə 18

قَالَتْ إِنِّىٓ أَعُوذُ بِٱلرَّحْمَٰنِ مِنكَ إِن كُنتَ تَقِيًّۭا ﴿18﴾

Oxunuşu (Transkripsiya): Qalat inni a'uzu bir Rahmani minka in kunta taqiyya
Mişkini Tərcüməsi: Məryəm dedi: Əgər pərhizkarsansa, mən səndən Rəhman olan Allaha pənah aparıram.
19 Məryəm Surəsi, Ayə 19

قَالَ إِنَّمَآ أَنَا۠ رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَٰمًۭا زَكِيًّۭا ﴿19﴾

Oxunuşu (Transkripsiya): Qala innama ana rasulu Rabbiki li ahaba laki ğulaman zakiyya
Mişkini Tərcüməsi: Dedi: Mən sənin Rəbbinin sənə (həmin halda) pak bir oğlan bağışlamaq üçün (göndərdiyi) yalnız elçisiyəm.
20 Məryəm Surəsi, Ayə 20

قَالَتْ أَنَّىٰ يَكُونُ لِى غُلَٰمٌۭ وَلَمْ يَمْسَسْنِى بَشَرٌۭ وَلَمْ أَكُ بَغِيًّۭا ﴿20﴾

Oxunuşu (Transkripsiya): Qalat anna yakunu li ğulamunv va lam yamsasni başrunv va lam aku bağiyya
Mişkini Tərcüməsi: Dedi: Mənə bir bəşərin toxunmadığı və heç vaxt pis əməl sahibi olmadığım halda mənim necə oğlum ola bilər?
21 Məryəm Surəsi, Ayə 21

قَالَ كَذَٰلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَىَّ هَيِّنٌۭ ۖ وَلِنَجْعَلَهُۥٓ ءَايَةًۭ لِّلنَّاسِ وَرَحْمَةًۭ مِّنَّا ۚ وَكَانَ أَمْرًۭا مَّقْضِيًّۭا ﴿21﴾

Oxunuşu (Transkripsiya): Qala kazaliki qala Rabbuki huva 'alaiya yaiyimunv va linac 'alahu Aayatal linnasi va rahmatam minna; va kana amram maqdiyya
Mişkini Tərcüməsi: Dedi: «Elədir, (lakin) sənin Rəbbin buyurmuşdur: Bu iş Mənim üçün asandır (və istəyirik ki, bəzi məsləhət olan işləri gerçəkləşdirək) və onu insanlar üçün (qüdrətimizdən) bir nişanə və Öz tərəfimizdən bir rəhmət etmək üçün (belə edək). Və (yaradılışda olan bu yenilik Lövhi-Məhfuzda) qəti hökmü verilmiş bir işdir.
22 Məryəm Surəsi, Ayə 22

۞ فَحَمَلَتْهُ فَٱنتَبَذَتْ بِهِۦ مَكَانًۭا قَصِيًّۭا ﴿22﴾

Oxunuşu (Transkripsiya): Fahamalat hu fantabazat bihi makanan qasiyya
Mişkini Tərcüməsi: (Ruh mələyi Məryəmə üfürdü,) beləliklə o, (dərhal) İsaya hamilə oldu. Sonra o (Məryəm) öz (uşaq) yükü ilə uzaq bir məkana kənara çəkildi.
23 Məryəm Surəsi, Ayə 23

فَأَجَآءَهَا ٱلْمَخَاضُ إِلَىٰ جِذْعِ ٱلنَّخْلَةِ قَالَتْ يَٰلَيْتَنِى مِتُّ قَبْلَ هَٰذَا وَكُنتُ نَسْيًۭا مَّنسِيًّۭا ﴿23﴾

Oxunuşu (Transkripsiya): Fa aca 'ahal maxadu ila ciz'in naxlati qalat ya laitani mittu qabla haza va kuntu nasyam mansiyya
Mişkini Tərcüməsi: Beləliklə, doğuş sancısı onu məcburi şəkildə xurma ağacının quru gövdəsinə tərəf çəkdi. O, (ağrının narahatlığı və rüsvayçılıq qorxusundan) dedi: Ey kaş bundan qabaq öləydim və tamamilə unudulaydım.
24 Məryəm Surəsi, Ayə 24

فَنَادَىٰهَا مِن تَحْتِهَآ أَلَّا تَحْزَنِى قَدْ جَعَلَ رَبُّكِ تَحْتَكِ سَرِيًّۭا ﴿24﴾

Oxunuşu (Transkripsiya): Fanadaha min tahtihan alla tahzani qad ca'ala Rabbuki tahtaki sariyya
Mişkini Tərcüməsi: Beləliklə, (birdən uşaq ayağının) altından onu çağırdı ki, qəm yemə, həqiqətən, Allah ayağının altında axar arx (və möhtərəm övlad) qoyub.
25 Məryəm Surəsi, Ayə 25

وَهُزِّىٓ إِلَيْكِ بِجِذْعِ ٱلنَّخْلَةِ تُسَٰقِطْ عَلَيْكِ رُطَبًۭا جَنِيًّۭا ﴿25﴾

Oxunuşu (Transkripsiya): Va huzzi ilaiki biciz 'in naxlati tusaqit 'alaiki rutaban caniyya
Mişkini Tərcüməsi: Və xurma ağacını özünə tərəf silkələ ki, sənin üçün təzə yığılmış xurma tökülsün.
26 Məryəm Surəsi, Ayə 26

فَكُلِى وَٱشْرَبِى وَقَرِّى عَيْنًۭا ۖ فَإِمَّا تَرَيِنَّ مِنَ ٱلْبَشَرِ أَحَدًۭا فَقُولِىٓ إِنِّى نَذَرْتُ لِلرَّحْمَٰنِ صَوْمًۭا فَلَنْ أُكَلِّمَ ٱلْيَوْمَ إِنسِيًّۭا ﴿26﴾

Oxunuşu (Transkripsiya): Fakuli vaşrabi va qarri 'aina; fa imma tarayinnna minal başari ahadan faquli inni nazartu lir Rahmani savman falan ukallimal yavma insiyya
Mişkini Tərcüməsi: Beləliklə, (həmin meyvədən) ye və (həmin çeşmədən) iç və (yeni doğulmuş uşağa görə) gözün aydın olsun. Camaatdan kimisə görsən (işarə ilə ona) «həqiqətən, mən Rəhman olan Allah üçün (sükut) orucu(u) nəzir etmişəm, buna görə də bu gün bir insanla danşmayacağam» de.
27 Məryəm Surəsi, Ayə 27

فَأَتَتْ بِهِۦ قَوْمَهَا تَحْمِلُهُۥ ۖ قَالُوا۟ يَٰمَرْيَمُ لَقَدْ جِئْتِ شَيْـًۭٔا فَرِيًّۭا ﴿27﴾

Oxunuşu (Transkripsiya): Fa atat bihi qavmaha tahmiluhu qalu ya Maryamu laqad ci'ti şai'an fariyya
Mişkini Tərcüməsi: (Məryəm) onu (uşağı) qucağında tayfasının yanına gətirdi. Onlar dedilər: Ey Məryəm, sən doğrudan da təəccüblü və xoşagəlməz bir iş görmüsən.
28 Məryəm Surəsi, Ayə 28

يَٰٓأُخْتَ هَٰرُونَ مَا كَانَ أَبُوكِ ٱمْرَأَ سَوْءٍۢ وَمَا كَانَتْ أُمُّكِ بَغِيًّۭا ﴿28﴾

Oxunuşu (Transkripsiya): Ya ukxta Haruna ma kana abokim ra-a sav'inv va ma kanat ummuki bağiyya
Mişkini Tərcüməsi: Ey Harunun bacısı, nə atan pis kişi olub, nə də anan pis əməl sahibi olub.
29 Məryəm Surəsi, Ayə 29

فَأَشَارَتْ إِلَيْهِ ۖ قَالُوا۟ كَيْفَ نُكَلِّمُ مَن كَانَ فِى ٱلْمَهْدِ صَبِيًّۭا ﴿29﴾

Oxunuşu (Transkripsiya): Fa aşarat ilaih; qalu kaifa nukallimu man kana fil mahdi sabiyya
Mişkini Tərcüməsi: (Məryəm) ona (uşağa) tərəf işarə etdi (ki, ondan soruşun). Dedilər: Beşikdə olan körpə uşaqla necə danışaq?!
30 Məryəm Surəsi, Ayə 30

قَالَ إِنِّى عَبْدُ ٱللَّهِ ءَاتَىٰنِىَ ٱلْكِتَٰبَ وَجَعَلَنِى نَبِيًّۭا ﴿30﴾

Oxunuşu (Transkripsiya): Qala inni 'abdullahi ataniyal Kitaba va ca'alani Nabiyya
Mişkini Tərcüməsi: (Həmin körpə dilə gəlib) dedi: Həqiqətən, mən Allahın bəndəsiyəm, O, (bu halımda) mənə kitab (İncil) verib və məni (bu yaşda) peyğəmbər edib.
31 Məryəm Surəsi, Ayə 31

وَجَعَلَنِى مُبَارَكًا أَيْنَ مَا كُنتُ وَأَوْصَٰنِى بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ مَا دُمْتُ حَيًّۭا ﴿31﴾

Oxunuşu (Transkripsiya): Va ca'alani mubarakan aina ma kuntu va avsani bis Salati vaz Zakati ma dumtu haiya
Mişkini Tərcüməsi: Və məni harada olsam bərəkətli bir vücud edib və nə qədər ki sağam mənə namaz (qılmağ)ı və zəkatı (verməyi) tapşırıb.
32 Məryəm Surəsi, Ayə 32

وَبَرًّۢا بِوَٰلِدَتِى وَلَمْ يَجْعَلْنِى جَبَّارًۭا شَقِيًّۭا ﴿32﴾

Oxunuşu (Transkripsiya): Va barram bivalidati va lam yac'alni cabbaran şaqiyya
Mişkini Tərcüməsi: Və məni anama xeyirxah edib və təkəbbürlü, itaətsiz və rəhmətdən məhrum etməyib.
33 Məryəm Surəsi, Ayə 33

وَٱلسَّلَٰمُ عَلَىَّ يَوْمَ وُلِدتُّ وَيَوْمَ أَمُوتُ وَيَوْمَ أُبْعَثُ حَيًّۭا ﴿33﴾

Oxunuşu (Transkripsiya): Vassalamu 'alaiya yavma vulittu va yavma amutu va yavma ub'asu baiya
Mişkini Tərcüməsi: Salam olsun mənə o gün ki, doğuldum, o gün ki, öləcəyəm və o gün ki, diri(ldilərək) qaldırılacağam.
34 Məryəm Surəsi, Ayə 34

ذَٰلِكَ عِيسَى ٱبْنُ مَرْيَمَ ۚ قَوْلَ ٱلْحَقِّ ٱلَّذِى فِيهِ يَمْتَرُونَ ﴿34﴾

Oxunuşu (Transkripsiya): Zalika 'Eesab-nu Marya; qavlal haqqil lazi fihi yamtarun
Mişkini Tərcüməsi: (Dünyaya gəlməsi və sifətləri deyilən) bu (insan) İsa ibn Məryəm – (yəhudilərin sehrbaz, xaçpərəstlərin isə Allahın oğlu adlandırıb) barəsində tərəddüddəddə olduqları (həmin) o haqq kəlmədir.
35 Məryəm Surəsi, Ayə 35

مَا كَانَ لِلَّهِ أَن يَتَّخِذَ مِن وَلَدٍۢ ۖ سُبْحَٰنَهُۥٓ ۚ إِذَا قَضَىٰٓ أَمْرًۭا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ ﴿35﴾

Oxunuşu (Transkripsiya): Ma kana lillahi ai yattaxiza minv valadin Subhanah; iza qada amran fa innama yaqulu lahu kun fa yakun
Mişkini Tərcüməsi: Allaha övlad götürmək yaraşmaz (bu, ağıl baxımından qeyri-mümkün, şəriət baxımından qəbul edilməzdir). O, (qadın və övlada möhtac olmaqdan) pakdır. (Çünki) bir işin olmasını qəti istəyəndə ona «ol!» deyən kimi olur.
36 Məryəm Surəsi, Ayə 36

وَإِنَّ ٱللَّهَ رَبِّى وَرَبُّكُمْ فَٱعْبُدُوهُ ۚ هَٰذَا صِرَٰطٌۭ مُّسْتَقِيمٌۭ ﴿36﴾

Oxunuşu (Transkripsiya): Va innal laha Rabbi va Rabbukum fa'buduh; haza Siratum Mustaqim
Mişkini Tərcüməsi: (İsa dedi:) Və şübhəsiz, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Buna görə də Ona ibadət edin. Doğru yol budur!
37 Məryəm Surəsi, Ayə 37

فَٱخْتَلَفَ ٱلْأَحْزَابُ مِنۢ بَيْنِهِمْ ۖ فَوَيْلٌۭ لِّلَّذِينَ كَفَرُوا۟ مِن مَّشْهَدِ يَوْمٍ عَظِيمٍ ﴿37﴾

Oxunuşu (Transkripsiya): Faxtalafal ahzabu mim bainihim favailul lillazina kafaru mim maşhadi Yavmin 'azim
Mişkini Tərcüməsi: Beləliklə, onların arasından dəstələr (xaçpərəstər onun barəsində) ixtilafa düşdülər (bəziləri onun Allah olmasını, bəziləri isə Allahın oğlu olmasını iddia etdilər). Buna görə də vay (onun barəsində ifrata varmaqla) küfr etmiş kəslərin böyük gündəki halına!
38 Məryəm Surəsi, Ayə 38

أَسْمِعْ بِهِمْ وَأَبْصِرْ يَوْمَ يَأْتُونَنَا ۖ لَٰكِنِ ٱلظَّٰلِمُونَ ٱلْيَوْمَ فِى ضَلَٰلٍۢ مُّبِينٍۢ ﴿38﴾

Oxunuşu (Transkripsiya): Asmi' bihim va absir Yavma yatunana lakiniz zalimunal yavma fi dalalim mubin
Mişkini Tərcüməsi: Olar Bizim yanımıza gəldikləri gün necə də (yaxşı) eşidər və necə də (yaxşı) görərlər. Lakin zalımlar bu gün aşkar azğınlıqdadırlar və o gün də azğınlıqda olacaqlar (çünki icbari imanın onlara heç bir xeyiri olmayacaqdır).
39 Məryəm Surəsi, Ayə 39

وَأَنذِرْهُمْ يَوْمَ ٱلْحَسْرَةِ إِذْ قُضِىَ ٱلْأَمْرُ وَهُمْ فِى غَفْلَةٍۢ وَهُمْ لَا يُؤْمِنُونَ ﴿39﴾

Oxunuşu (Transkripsiya): Va anzirhum Yavmal hasrati iz qudiyal amr; va hum fi ğaflatinv va hum la yu'minun
Mişkini Tərcüməsi: (Ya Peyğəmbər!) Onları (hamını əhatə edəcək) peşmançılıq günü ilə (pislərin günahlarının peşmançılığını, yaxşıların isə itaətlərinin azlığının peşmançılığını çəkəcəkləri bir günlə) qorxut. O zamanla ki, (hesab və mühakimə) iş(i) bitər, lakin onlar qəflətdə olarlar və iman gətirməzlər.
40 Məryəm Surəsi, Ayə 40

إِنَّا نَحْنُ نَرِثُ ٱلْأَرْضَ وَمَنْ عَلَيْهَا وَإِلَيْنَا يُرْجَعُونَ ﴿40﴾

Oxunuşu (Transkripsiya): Inna NNahnu narisul arda va man 'alaiha va ilaina yurca'un
Mişkini Tərcüməsi: Şübhəsiz, yerin və onun üzərində olanların varisi Biz Özümüz olacağıq (onun əhlini məhv edəcək və Özümüz qalacağıq). Və Qiyamət günü hamı Bizə tərəf qaytarılacaqdır.
41 Məryəm Surəsi, Ayə 41

وَٱذْكُرْ فِى ٱلْكِتَٰبِ إِبْرَٰهِيمَ ۚ إِنَّهُۥ كَانَ صِدِّيقًۭا نَّبِيًّا ﴿41﴾

Oxunuşu (Transkripsiya): Vazkur fil Kitabi Ibrahim; innahu kana siddiqan Nabiyya
Mişkini Tərcüməsi: Və bu kitabda İbrahimi xatırla ki, o, çox doğruçu və (Allahın) peyğəmbər(i) idi.
42 Məryəm Surəsi, Ayə 42

إِذْ قَالَ لِأَبِيهِ يَٰٓأَبَتِ لِمَ تَعْبُدُ مَا لَا يَسْمَعُ وَلَا يُبْصِرُ وَلَا يُغْنِى عَنكَ شَيْـًۭٔا ﴿42﴾

Oxunuşu (Transkripsiya): Iz qala li abihi ya abati lima ta'budu ma la yasma'u va la yubsiru va la yuğni 'anka şai'a
Mişkini Tərcüməsi: O zaman(ı) ki, öz atasına (onun başçısı olan əmisi Azərə) dedi: Ey ata, nə üçün eşitməyən, görməyən və səndən heç bir bəlanı dəf etməyən bir şeyə (bütlərə) ibadət edirsən?!
43 Məryəm Surəsi, Ayə 43

يَٰٓأَبَتِ إِنِّى قَدْ جَآءَنِى مِنَ ٱلْعِلْمِ مَا لَمْ يَأْتِكَ فَٱتَّبِعْنِىٓ أَهْدِكَ صِرَٰطًۭا سَوِيًّۭا ﴿43﴾

Oxunuşu (Transkripsiya): Ya abati inni qad ca'ani minal 'ilmi ma lam yatika fattabi'ni ahdika siratan Saviyya
Mişkini Tərcüməsi: Ey mənim atam, şübhəsiz, mənə (Haqq tərəfindən) sənə gəlməmiş bir elm gəlib. Buna görə də mənə tabe ol, səni doğru yola yönəldim.
44 Məryəm Surəsi, Ayə 44

يَٰٓأَبَتِ لَا تَعْبُدِ ٱلشَّيْطَٰنَ ۖ إِنَّ ٱلشَّيْطَٰنَ كَانَ لِلرَّحْمَٰنِ عَصِيًّۭا ﴿44﴾

Oxunuşu (Transkripsiya): Ya abati la ta'budiş Şaitana innaş Şaitana kana lir Rahmani 'asiyya
Mişkini Tərcüməsi: Ey mənim atam, Şeytana (tabe olmaqla ona) ibadət etmə. Çünki Şeytan Rəhman olan Allaha qarşı həmişə itaətsizdir.
45 Məryəm Surəsi, Ayə 45

يَٰٓأَبَتِ إِنِّىٓ أَخَافُ أَن يَمَسَّكَ عَذَابٌۭ مِّنَ ٱلرَّحْمَٰنِ فَتَكُونَ لِلشَّيْطَٰنِ وَلِيًّۭا ﴿45﴾

Oxunuşu (Transkripsiya): Ya abati inni axafu ai yamssaka 'azabum minar Rahmani fatakuna liş Şaitani valiyya
Mişkini Tərcüməsi: Ey mənim atam, həqiqətən, mən Allah tərəfindən sənə bir əzab gəlməsindən və nəticədə sənin Şeytanın dost və yardımçısı olmağından (dünyada lənətə düçar olmağından, axirətdə isə Şeytanın oduna şərik olmağından) qorxuram.
46 Məryəm Surəsi, Ayə 46

قَالَ أَرَاغِبٌ أَنتَ عَنْ ءَالِهَتِى يَٰٓإِبْرَٰهِيمُ ۖ لَئِن لَّمْ تَنتَهِ لَأَرْجُمَنَّكَ ۖ وَٱهْجُرْنِى مَلِيًّۭا ﴿46﴾

Oxunuşu (Transkripsiya): Qala arağibun anta 'an alihati ya Ibrahimu la 'il lam tantahi la arcumannaka vahcumi maliyya
Mişkini Tərcüməsi: Dedi: Ey İbrahim, sən mənim məbudlarımdan üz çevirirsən?! Əgər (bu sözlərdən) çəkinməsən, səni mütləq daşqalaq edəcəyəm. Və (indi) məndən uzun müddət uzaq ol!
47 Məryəm Surəsi, Ayə 47

قَالَ سَلَٰمٌ عَلَيْكَ ۖ سَأَسْتَغْفِرُ لَكَ رَبِّىٓ ۖ إِنَّهُۥ كَانَ بِى حَفِيًّۭا ﴿47﴾

Oxunuşu (Transkripsiya): Qala salamun 'alaika sa astağfiru laka Rabbi innahu kana bi hafiyya
Mişkini Tərcüməsi: (İbrahim onun bu hədə-qorxusuna yumşaq cavab verərək) dedi: Salam olsun sənə. Mən tezliklə öz Rəbbimdən sənin bağışlanmağını istəyəcəyəm. Çünki O, mənə qarşı həmişə mehriban və çox xeyirxahdır.
48 Məryəm Surəsi, Ayə 48

وَأَعْتَزِلُكُمْ وَمَا تَدْعُونَ مِن دُونِ ٱللَّهِ وَأَدْعُوا۟ رَبِّى عَسَىٰٓ أَلَّآ أَكُونَ بِدُعَآءِ رَبِّى شَقِيًّۭا ﴿48﴾

Oxunuşu (Transkripsiya): Va a'tazilukum va ma tad'una min dunil lahi va ad'o Rabbi 'asa alla akuna bidu'a'i Rabbi şaqiyya
Mişkini Tərcüməsi: Və mən sizdən və Allahın yerinə çağırdıqlarınızdan uzaqlaşır və Rəbbimi çağırmaqda məhrum olmayacağım (və ya siz bütləri çağırmaqla bədbəxt olduğunuz kimi bədbəxtliyə düçar olmayacağım) ümidi ilə öz Rəbbimi çağırıram.
49 Məryəm Surəsi, Ayə 49

فَلَمَّا ٱعْتَزَلَهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ وَهَبْنَا لَهُۥٓ إِسْحَٰقَ وَيَعْقُوبَ ۖ وَكُلًّۭا جَعَلْنَا نَبِيًّۭا ﴿49﴾

Oxunuşu (Transkripsiya): Falamma' tazalahum va ma ya'buduna min dunil lahi vahabna lahu is-haqa va ya'qub, va kullan ca'alna Nabiyya
Mişkini Tərcüməsi: Elə ki, (İbrahim) onlardan və onların Allahın yerinə ibadət etdiklərindən uzaqlaşdı (və Şama tərəf getdi) ona (Bəni-İsrail peyğəmbərlərinin əcdadı olacaq oğlu) İshaqı və (nəvəsi) Yəqubu əta etdik və onların hər birini peyğəmbər etdik.
50 Məryəm Surəsi, Ayə 50

وَوَهَبْنَا لَهُم مِّن رَّحْمَتِنَا وَجَعَلْنَا لَهُمْ لِسَانَ صِدْقٍ عَلِيًّۭا ﴿50﴾

Oxunuşu (Transkripsiya): Va vahabna lahum mirrahmatina va ca'alna lahum lisana sidqin 'aliyya
Mişkini Tərcüməsi: Onların hamısına Öz rəhmətimizdən (səma kitabı, övlad və var-dövlət kimi digər nemətlərdən də) əta etdik və (bütün şəriətlərin davamçıları arasında) onlar üçün həqiqi və uca yaxşı ad qoyduq.
51 Məryəm Surəsi, Ayə 51

وَٱذْكُرْ فِى ٱلْكِتَٰبِ مُوسَىٰٓ ۚ إِنَّهُۥ كَانَ مُخْلَصًۭا وَكَانَ رَسُولًۭا نَّبِيًّۭا ﴿51﴾

Oxunuşu (Transkripsiya): Vazkur fil Kitabi Musa; innahu kana muxlasanv va kana Rasulan Nabiyya
Mişkini Tərcüməsi: Və bu kitabda Musanı (da) xatırla ki, o, (xüsusi ilahi tərbiyə vasitəsi ilə) saflaşmış, Allahın seçilmişi, (Haqqın) elçi(si) və (xalq üçün) xəbər gətirən idi.
52 Məryəm Surəsi, Ayə 52

وَنَٰدَيْنَٰهُ مِن جَانِبِ ٱلطُّورِ ٱلْأَيْمَنِ وَقَرَّبْنَٰهُ نَجِيًّۭا ﴿52﴾

Oxunuşu (Transkripsiya): Va nadainahu min canibit Turil aimani va qarrabnahu naciyya
Mişkini Tərcüməsi: Onu Turun (Tur dağının) sağ tərəfindən səslədik və Özümüzə yaxın(lardan) etdik. O, Bizimlə münacat etdi, Biz də onunla münacat etdik.
53 Məryəm Surəsi, Ayə 53

وَوَهَبْنَا لَهُۥ مِن رَّحْمَتِنَآ أَخَاهُ هَٰرُونَ نَبِيًّۭا ﴿53﴾

Oxunuşu (Transkripsiya): Va vahabna lahu mir rahmatina axahu Haruna Nabiyya
Mişkini Tərcüməsi: Və Öz rəhmətimizdən qardaşı Harunu peyğəmbər olaraq əta etdik.
54 Məryəm Surəsi, Ayə 54

وَٱذْكُرْ فِى ٱلْكِتَٰبِ إِسْمَٰعِيلَ ۚ إِنَّهُۥ كَانَ صَادِقَ ٱلْوَعْدِ وَكَانَ رَسُولًۭا نَّبِيًّۭا ﴿54﴾

Oxunuşu (Transkripsiya): Vazkur fil Kitabi isma'il; innahu kana sadiqal va'di va kana Rasulan Nabiyya
Mişkini Tərcüməsi: Və bu kitabda İsmaili xatırla. O, vədlərində doğruçu və (Allahın) elçi(si və xalqa) xəbər gətirən idi.
55 Məryəm Surəsi, Ayə 55

وَكَانَ يَأْمُرُ أَهْلَهُۥ بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ وَكَانَ عِندَ رَبِّهِۦ مَرْضِيًّۭا ﴿55﴾

Oxunuşu (Transkripsiya): Va kana yamuru ahlahu bis Salati vaz zakati va kana 'inda Rabbihi mardiyya
Mişkini Tərcüməsi: O, öz ailəsinə həmişə namaz (qılmağı) və zəkatı (zəkat verməyi) buyurardı və Rəbbinin yanında bəyənilən idi.
56 Məryəm Surəsi, Ayə 56

وَٱذْكُرْ فِى ٱلْكِتَٰبِ إِدْرِيسَ ۚ إِنَّهُۥ كَانَ صِدِّيقًۭا نَّبِيًّۭا ﴿56﴾

Oxunuşu (Transkripsiya): Vazkur fil Kitabi Idris; innahu kana siddiqan Nabiyya
Mişkini Tərcüməsi: Və bu kitabda (Nuhun ikinci babası) İdrisi xatırla ki, o, çox doğruçu və peyğəmbər idi.
57 Məryəm Surəsi, Ayə 57

وَرَفَعْنَٰهُ مَكَانًا عَلِيًّا ﴿57﴾

Oxunuşu (Transkripsiya): Va rafa'nahu makanan 'aliyya
Mişkini Tərcüməsi: Biz onu yüksək məqam və dərəcəyə ucaltdıq (və onu göyə qaldırdıq).
58 Məryəm Surəsi, Ayə 58

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِم مِّنَ ٱلنَّبِيِّۦنَ مِن ذُرِّيَّةِ ءَادَمَ وَمِمَّنْ حَمَلْنَا مَعَ نُوحٍۢ وَمِن ذُرِّيَّةِ إِبْرَٰهِيمَ وَإِسْرَٰٓءِيلَ وَمِمَّنْ هَدَيْنَا وَٱجْتَبَيْنَآ ۚ إِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَٰتُ ٱلرَّحْمَٰنِ خَرُّوا۟ سُجَّدًۭا وَبُكِيًّۭا ۩ ﴿58﴾

Oxunuşu (Transkripsiya): Ula'ikal lazina an'amal lahu 'alaihim minan Nabiyyina min zurriyyati Aadama va mimman hamalna ma'a Nuhinv va min zurriyyati Ibrahima va Isra'ila va mimman hadaina vacta baina; iza tutla 'alaihim Aayatur Rahmani xarru succadanv va bukiyya
Mişkini Tərcüməsi: Bunlar (bu on peyğəmbər və Məryəm) Allahın peyğəmbərlərdən – Adəmin övladlarından, (İdrisdən başqa hamısı Nuhun) Nuh ilə birlikdə gəmiyə mindirdiyimiz (övladlarının nəslindən olan) kəslər(in nəslin)dən, (Bəni-İsrail peyğəmbərləri və Məryəm kimi) İbrahim və İsrailin övladlarından, hidayət etdiyimiz və seçdiyimiz şəxslərdən olan (peyğəmbərlərdən) nemət (peyğəmbərlik, din və səma kitabı) əta etdiyi kəslərdir. Rəhman olan Allahın ayələri (səma kitablarının ayələri və ya Onun tovhid və əzəmət nişanələri) onlara oxunan zaman ağlar və səcdə edən halda üzü üstə düşərdilər.
59 Məryəm Surəsi, Ayə 59

۞ فَخَلَفَ مِنۢ بَعْدِهِمْ خَلْفٌ أَضَاعُوا۟ ٱلصَّلَوٰةَ وَٱتَّبَعُوا۟ ٱلشَّهَوَٰتِ ۖ فَسَوْفَ يَلْقَوْنَ غَيًّا ﴿59﴾

Oxunuşu (Transkripsiya): Faxalafa mim ba'dihim xalfun ada'us Salata vattaba'uş şahavati fasavfa yalqavna ğaiya
Mişkini Tərcüməsi: Sonra onların arxasınca namazı zay edən və (nəfsi) istəklərə tabe olan canişinlər gəldilər. Buna görə də onlar tezliklə öz azğınlıqlarını(n əvəz və cəzasını) görəcəklər.
60 Məryəm Surəsi, Ayə 60

إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحًۭا فَأُو۟لَٰٓئِكَ يَدْخُلُونَ ٱلْجَنَّةَ وَلَا يُظْلَمُونَ شَيْـًۭٔا ﴿60﴾

Oxunuşu (Transkripsiya): Illa man taba va amana va 'amila salihan fa ula'ika yadxulunal cannata va la yuzlamuna şai'a
Mişkini Tərcüməsi: Tövbə edən, iman gətirən və yaxşı işlər görən kəslər istisna olmaqla ki, onlar Cənnətə daxil olacaq və heç bir zülm görməyəcəklər (və onların haqlarından heç nə kəsilməyəcəkdir).
61 Məryəm Surəsi, Ayə 61

جَنَّٰتِ عَدْنٍ ٱلَّتِى وَعَدَ ٱلرَّحْمَٰنُ عِبَادَهُۥ بِٱلْغَيْبِ ۚ إِنَّهُۥ كَانَ وَعْدُهُۥ مَأْتِيًّۭا ﴿61﴾

Oxunuşu (Transkripsiya): Cannati 'adninil lati va'adar Rahmanu ibadahu bilğaib; innahu kana va'duhu matiyya
Mişkini Tərcüməsi: Rəhman olan Allahın, bəndələrinə görmədən (və ixtiyarlarından xaric halda) vəd etdiyi əbədi (Cənnət) bağlar(ına). Şübhəsiz, Onun vədi yerinə yetəndir.
62 Məryəm Surəsi, Ayə 62

لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًا إِلَّا سَلَٰمًۭا ۖ وَلَهُمْ رِزْقُهُمْ فِيهَا بُكْرَةًۭ وَعَشِيًّۭا ﴿62﴾

Oxunuşu (Transkripsiya): La yasma'una fiha lağvan illa salama; va lahum rizquhum fiha bukratanv va 'aşiyya
Mişkini Tərcüməsi: Onlar orada (mələklərdən və bir-birlərindən) salamdan başqa əsla boş və puç bir söz eşitməzlər və orada ruziləri onlar üçün səhər-axşam (hazır)dır.
63 Məryəm Surəsi, Ayə 63

تِلْكَ ٱلْجَنَّةُ ٱلَّتِى نُورِثُ مِنْ عِبَادِنَا مَن كَانَ تَقِيًّۭا ﴿63﴾

Oxunuşu (Transkripsiya): Tilkal cannatul lati urisu min 'ibadina man kana taqiyya
Mişkini Tərcüməsi: Bu, Öz bəndələrimizdən təqvalı olan hər bir kəsi varis edəcəyimiz həmin Cənnətdir.
64 Məryəm Surəsi, Ayə 64

وَمَا نَتَنَزَّلُ إِلَّا بِأَمْرِ رَبِّكَ ۖ لَهُۥ مَا بَيْنَ أَيْدِينَا وَمَا خَلْفَنَا وَمَا بَيْنَ ذَٰلِكَ ۚ وَمَا كَانَ رَبُّكَ نَسِيًّۭا ﴿64﴾

Oxunuşu (Transkripsiya): Va ma natanazzalu illa bi amri Rabbika lahu ma baina aidina va ma xalfana va ma baina zalik; va ma kana Rabbuka nasiyya
Mişkini Tərcüməsi: (Vəhy mələyi bir müddət yubandı. Peyğəmbər bunun səbəbini soruşdu. Mələk dedi:) Biz (peyğəmbərlərə tədrici vəhyi gətirmək üçün) yalnız Rəbbinin əmri ilə nazil oluruq. Bizim gələcək və keçmiş işlərimiz və o ikisinin arasında olan hal-hazır (həmçinin bizim, qarşımızdakı və arxamızdakı, eləcə də bunların ikisinin arasındakı zaman və məkanlar, bunların hamısı) Allaha məxsusdur. (Allah üçün keçmiş, gələcək və indiki zaman birdir və vəhyin gecikməsi məsləhətdir.) Sənin Rəbbin əsla unutqan deyil.
65 Məryəm Surəsi, Ayə 65

رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا فَٱعْبُدْهُ وَٱصْطَبِرْ لِعِبَٰدَتِهِۦ ۚ هَلْ تَعْلَمُ لَهُۥ سَمِيًّۭا ﴿65﴾

Oxunuşu (Transkripsiya): Rabbus samavati val ardi va ma bainahuma fa'bud hu vastabir li'ibadatih; hal ta'lamu lahu samiyya
Mişkini Tərcüməsi: O, göylərin, yerin və o ikisinin arasında olanların Rəbbi (sahibi və idarə edəni)dir. Buna görə də Ona ibadət et və Ona ibadətində dözümlü ol! Heç adda Ona tay olan («göylərin və yerin Rəbbi, Allah, vacibəl-vücud» olan başqa birisini) tanıyırsan?
66 Məryəm Surəsi, Ayə 66

وَيَقُولُ ٱلْإِنسَٰنُ أَءِذَا مَا مِتُّ لَسَوْفَ أُخْرَجُ حَيًّا ﴿66﴾

Oxunuşu (Transkripsiya): Va yaqulul insanu 'aiza ma mittu lasavfa uxracu haiya
Mişkini Tərcüməsi: (Məadı inkar edən) insan həmişə «mən öləndə(n sonra) doğrudanmı tezliklə (torpağın altından) diri(ldilərək) çıxarılacağam?!» deyir.
67 Məryəm Surəsi, Ayə 67

أَوَلَا يَذْكُرُ ٱلْإِنسَٰنُ أَنَّا خَلَقْنَٰهُ مِن قَبْلُ وَلَمْ يَكُ شَيْـًۭٔا ﴿67﴾

Oxunuşu (Transkripsiya): avala yazkurul insanu anna xalaqnahu min qablu va lam yaku şai'a
Mişkini Tərcüməsi: Məgər (bu) insan onu bundan qabaq həqiqətən, (heç) bir şey olmadığı halda yaratmağımızı xatırlamır?
68 Məryəm Surəsi, Ayə 68

فَوَرَبِّكَ لَنَحْشُرَنَّهُمْ وَٱلشَّيَٰطِينَ ثُمَّ لَنُحْضِرَنَّهُمْ حَوْلَ جَهَنَّمَ جِثِيًّۭا ﴿68﴾

Oxunuşu (Transkripsiya): Fava Rabbika lanahşu rannahum vaş şayatina summa lanuhdirannahum havla cahannama cisiyya
Mişkini Tərcüməsi: Buna görə də and olsun Rəbbinə ki, şübhəsiz, onları şeytanları ilə (birlikdə Məhşər səhnəsinə) toplayacaq, sonra isə (əzabın çoxluğundan) diz çökdükləri halda dəstə-dəstə Cəhənnəmin dövrəsinə gətirəcəyik.
69 Məryəm Surəsi, Ayə 69

ثُمَّ لَنَنزِعَنَّ مِن كُلِّ شِيعَةٍ أَيُّهُمْ أَشَدُّ عَلَى ٱلرَّحْمَٰنِ عِتِيًّۭا ﴿69﴾

Oxunuşu (Transkripsiya): Summa lananzi 'anna min kulli şi'atin aiyuhum aşaddu 'alar Rahmani 'itiyya
Mişkini Tərcüməsi: Sonra hər bir millət və dəstənin arasından Rəhman olan Allaha qarşı itaətsizlik və üsyankarlıqları daha çox olanları (zalım başçı, pis alim və nemət içində yaşayan itaətsizləri) çəkib çıxaracağıq.
70 Məryəm Surəsi, Ayə 70

ثُمَّ لَنَحْنُ أَعْلَمُ بِٱلَّذِينَ هُمْ أَوْلَىٰ بِهَا صِلِيًّۭا ﴿70﴾

Oxunuşu (Transkripsiya): Summa lanahnu a'lamu billazina hum avla biha siliyya
Mişkini Tərcüməsi: Sonra Cəhənnəm əzabını dadmağa və onda yanmağa daha layiq olanların halını (onların Cəhənnəmə düşmələrinin səbəbini və yanmalarının necəliyini) Biz daha yaxşı bilirik.
71 Məryəm Surəsi, Ayə 71

وَإِن مِّنكُمْ إِلَّا وَارِدُهَا ۚ كَانَ عَلَىٰ رَبِّكَ حَتْمًۭا مَّقْضِيًّۭا ﴿71﴾

Oxunuşu (Transkripsiya): Va im minkum illa va riduha; kana 'ala Rabbika hatmam maqdiyya
Mişkini Tərcüməsi: Sizdən (insanlardan) Cəhənnəmə girmək astanasında olmayan və ya ona daxil olmayan bir kəs yoxdur. Bu iş sənin Rəbbin öhdəsində qəti və (Onun əzəli istəyinə əsasən) labüddür.
72 Məryəm Surəsi, Ayə 72

ثُمَّ نُنَجِّى ٱلَّذِينَ ٱتَّقَوا۟ وَّنَذَرُ ٱلظَّٰلِمِينَ فِيهَا جِثِيًّۭا ﴿72﴾

Oxunuşu (Transkripsiya): Summa nunaccil lazinat taqav va nazaruz zalimina fiha cisiyya
Mişkini Tərcüməsi: Sonra (etiqad və əməllərində) təqvalı olmuş kəsləri (ora düşməkdən və ya daxil olduqdan sonra) qurtaracaq, zalımları isə (əzabın çoxluğundan) diz üstə düşdükləri halda orada boşlayacağıq.
73 Məryəm Surəsi, Ayə 73

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَٰتُنَا بَيِّنَٰتٍۢ قَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلَّذِينَ ءَامَنُوٓا۟ أَىُّ ٱلْفَرِيقَيْنِ خَيْرٌۭ مَّقَامًۭا وَأَحْسَنُ نَدِيًّۭا ﴿73﴾

Oxunuşu (Transkripsiya): Va iza tutla 'alaihim Aayatuna baiyinatin qalal lazina kafaru lillazina amanu aiyul fariqaini xairum maqamanv va ahsanu nadiyya
Mişkini Tərcüməsi: Bizim aşkar (tovhid) nişanələrimiz və (kitabımızdakı) aydın ayələrimiz onlara oxunan zaman küfr etmiş kəslər (lovğalanaraq) iman gətirmiş kəslərə «(biz) iki dəstədən hansı biri(miz) məqam, mənsəb, yer və məkan baxımından daha yaxşı, məclisin fəzilət, kəramət və təntənəsi baxımından daha gözəldir?!» deyərlər.
74 Məryəm Surəsi, Ayə 74

وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هُمْ أَحْسَنُ أَثَٰثًۭا وَرِءْيًۭا ﴿74﴾

Oxunuşu (Transkripsiya): Va kam ahlakna qablahum min qarnin hum ahsanu asasanv va ri'ya
Mişkini Tərcüməsi: Biz onlardan qabaqkı dövrlərin var-dövlət və (yaşayış) ləvazımat(ı), təmtəraq və mənzərələrin gözəlliyi baxımından bunlardan daha yaxşı olan neçə-neçə nəsillərini məhv etdik.
75 Məryəm Surəsi, Ayə 75

قُلْ مَن كَانَ فِى ٱلضَّلَٰلَةِ فَلْيَمْدُدْ لَهُ ٱلرَّحْمَٰنُ مَدًّا ۚ حَتَّىٰٓ إِذَا رَأَوْا۟ مَا يُوعَدُونَ إِمَّا ٱلْعَذَابَ وَإِمَّا ٱلسَّاعَةَ فَسَيَعْلَمُونَ مَنْ هُوَ شَرٌّۭ مَّكَانًۭا وَأَضْعَفُ جُندًۭا ﴿75﴾

Oxunuşu (Transkripsiya): Qul man kana fidda lalati falyamdud lahur Rahmanu madda; hatta iza ra av ma yu'aduna immal 'azaba va immas Sa'ata fasa ya'lamuna man huva şarrum makananv va ad'afu cunda
Mişkini Tərcüməsi: De: Azğınlıq içində olan şəxsə (öz azğınlıq və bədbəxtliyini kamilləşdirmək üçün) müəyyən bir müddətədək, kömək etmək və möhlət vermək Rəhman olan Allahın öhdəsinədir. Nəhayət, vəd olunduqları şeyi – ya (dünyadakı qəfil) əzabı və ya Qiyamətin gəlməsini görəndə kimin yerinin daha pis və qoşununun daha zəif olduğunu başa düşəcəklər.
76 Məryəm Surəsi, Ayə 76

وَيَزِيدُ ٱللَّهُ ٱلَّذِينَ ٱهْتَدَوْا۟ هُدًۭى ۗ وَٱلْبَٰقِيَٰتُ ٱلصَّٰلِحَٰتُ خَيْرٌ عِندَ رَبِّكَ ثَوَابًۭا وَخَيْرٌۭ مَّرَدًّا ﴿76﴾

Oxunuşu (Transkripsiya): Va yazidul lahul lazinah tadav huda; val baqiyatus salihatu xairun 'inda Rabbika savabanv va xairum maradda
Mişkini Tərcüməsi: Allah doğru yola yönəldilmiş kəslərin hidayətini artırır və əbədi yaxşılıqlar (haqq əqidələr, mənəvi fəzilətlər və saleh əməllər) Rəbbinin yanında (axirət) mükafat(ı) və nəticə baxımından daha yaxşıdır.
77 Məryəm Surəsi, Ayə 77

أَفَرَءَيْتَ ٱلَّذِى كَفَرَ بِـَٔايَٰتِنَا وَقَالَ لَأُوتَيَنَّ مَالًۭا وَوَلَدًا ﴿77﴾

Oxunuşu (Transkripsiya): Afara'aytal lazi kafara bi Aayatina va qala la uta yanna malanv va valada
Mişkini Tərcüməsi: Bizim (tovhid) nişanələrimizə və (kitabdakı) ayələrimizə kafir olub «(şirki seçməklə dünyada çoxlu sərvət və övlad əldə edirəm, əgər axirət olmuş olsa orda da) mənə mal və övlad veriləcəkdir» deyən kəsi gördünmü?!
78 Məryəm Surəsi, Ayə 78

أَطَّلَعَ ٱلْغَيْبَ أَمِ ٱتَّخَذَ عِندَ ٱلرَّحْمَٰنِ عَهْدًۭا ﴿78﴾

Oxunuşu (Transkripsiya): Attala'al ğaiba amitta xaza'indar Rahmani 'ahda
Mişkini Tərcüməsi: Məgər o qeybdən (dünyanın gələcəyindən və ya axirətin gizli saxlanılan işlərindən) xəbər tutub, yoxsa Allahdan bir əhdpeyman alıb (və buna görə qəlbi rahatdır)?!
79 Məryəm Surəsi, Ayə 79

كَلَّا ۚ سَنَكْتُبُ مَا يَقُولُ وَنَمُدُّ لَهُۥ مِنَ ٱلْعَذَابِ مَدًّۭا ﴿79﴾

Oxunuşu (Transkripsiya): Kalla; sanaktubu ma yaqulu va namuddu lahu minal 'azabi madda
Mişkini Tərcüməsi: Belə deyil! Tezliklə onun dediklərini yazacağıq (yaxud yazdıqlarımızı ona təqdim edəcəyik və ya onları onun barəsində həyata keçirəcəyik) və onun üçün (axirət) əzabı(nı) sonsuz şəkildə uzadacağıq.
80 Məryəm Surəsi, Ayə 80

وَنَرِثُهُۥ مَا يَقُولُ وَيَأْتِينَا فَرْدًۭا ﴿80﴾

Oxunuşu (Transkripsiya): Va narisuhu ma yaqulu va yatina farda
Mişkini Tərcüməsi: Və dediklərinə (dediyi şirk sözlərə və ya barəsində danışdığı sərvət və övlada) varis olacağıq və (Qiyamət günü) o, Bizim yanımıza tək gələcəkdir.
81 Məryəm Surəsi, Ayə 81

وَٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ ءَالِهَةًۭ لِّيَكُونُوا۟ لَهُمْ عِزًّۭا ﴿81﴾

Oxunuşu (Transkripsiya): Vattaxazu min dunil lahi alihatal liyakunu lahum 'izza
Mişkini Tərcüməsi: Və onlar üçün qüdrət və zəfər vasitəsi olsunlar deyə Allahın yerinə məbudlar götürdülər.
82 Məryəm Surəsi, Ayə 82

كَلَّا ۚ سَيَكْفُرُونَ بِعِبَادَتِهِمْ وَيَكُونُونَ عَلَيْهِمْ ضِدًّا ﴿82﴾

Oxunuşu (Transkripsiya): Kalla; sa yakfuruna bi'ibadatihim va yakununa 'alaihim didda
Mişkini Tərcüməsi: Belə deyil! Tezliklə həmin tanrılar onların ibadətlərini inkar edəcək və onlara zidd və düşmən olacaqlar. Müşriklər də bütlərə ibadəti inkar edərək onlarla düşmən olacaqlar.
83 Məryəm Surəsi, Ayə 83

أَلَمْ تَرَ أَنَّآ أَرْسَلْنَا ٱلشَّيَٰطِينَ عَلَى ٱلْكَٰفِرِينَ تَؤُزُّهُمْ أَزًّۭا ﴿83﴾

Oxunuşu (Transkripsiya): Alam tara anna arsalnaş Şayatina 'alal kafirina ta'uzzuhum azza
Mişkini Tərcüməsi: Məgər (qəlb gözü ilə) şeytanları (öz qıcıqlandırıcı səsləri ilə) kafirləri (heyvan sürüsü kimi) yerlərindən şiddətlə (günah və fəsada) təhrik etmələri üçün onların üstünə göndərməyimizi görmədin?!
84 Məryəm Surəsi, Ayə 84

فَلَا تَعْجَلْ عَلَيْهِمْ ۖ إِنَّمَا نَعُدُّ لَهُمْ عَدًّۭا ﴿84﴾

Oxunuşu (Transkripsiya): Fala ta'cal alaihim innama na 'uddu lahum 'adda
Mişkini Tərcüməsi: Buna görə də onlara münasibətdə (onların məğlub və məhv olmalarına) tələsmə. Həqiqətən, Biz onların barəsində diqqətlə anları (əzablarının vaxtının çatması üçün əməl, gün və nəfəslərini) sayırıq.
85 Məryəm Surəsi, Ayə 85

يَوْمَ نَحْشُرُ ٱلْمُتَّقِينَ إِلَى ٱلرَّحْمَٰنِ وَفْدًۭا ﴿85﴾

Oxunuşu (Transkripsiya): Yavma nahşurul muttaqina ilar Rahmani vafda
Mişkini Tərcüməsi: (Yada sal) o gün(ü) ki, təqvalıları (Məhşər səhnəsindən nur dəvələrə minmiş) süvarilər şəklində Rəhman olan Allaha tərəf toplayarıq.
86 Məryəm Surəsi, Ayə 86

وَنَسُوقُ ٱلْمُجْرِمِينَ إِلَىٰ جَهَنَّمَ وِرْدًۭا ﴿86﴾

Oxunuşu (Transkripsiya): Va nasuqul mucrimina ila Cahannama virda
Mişkini Tərcüməsi: Və günahkarları (heyvanlar kimi) susuz (vəziyyətdə), Cəhənnəmə tərəf sürərik.
87 Məryəm Surəsi, Ayə 87

لَّا يَمْلِكُونَ ٱلشَّفَٰعَةَ إِلَّا مَنِ ٱتَّخَذَ عِندَ ٱلرَّحْمَٰنِ عَهْدًۭا ﴿87﴾

Oxunuşu (Transkripsiya): La yamlikunaş şafa'ta illa manittaxaza 'indar Rahmani 'ahda
Mişkini Tərcüməsi: (Həmin gün) Rəhman olan Allahın yanından (peyğəmbərlər, övliyalar və mələklər kimi) əhd-peyman almış şəxslərdən başqa (insanlardan heç kəsin) şəfaət etmək ixtiyarı olmaz. [Həmçinin (əqidəsinin əsaslarının düzgün olması ilə) şəfaətə layiq olmaq peymanı alandan başqa insanlardan heç kəsin şəfaət olunmaq haqqı olmaz.]
88 Məryəm Surəsi, Ayə 88

وَقَالُوا۟ ٱتَّخَذَ ٱلرَّحْمَٰنُ وَلَدًۭا ﴿88﴾

Oxunuşu (Transkripsiya): Va qalut taxazar Rahmanu valada
Mişkini Tərcüməsi: (Xaçpərəst və bütpərəstlərin bəziləri) dedilər: Rəhman olan Allah (atanın zatının cövhərindən ayrılmış və Onun bütün sifətləri ilə vəsf edilən vacibəl-vücud) övlad götürmüşdür.
89 Məryəm Surəsi, Ayə 89

لَّقَدْ جِئْتُمْ شَيْـًٔا إِدًّۭا ﴿89﴾

Oxunuşu (Transkripsiya): Laqad ci'tum şai'an idda
Mişkini Tərcüməsi: Doğrudan da, çox çirkin və yaramaz bir iş gördünüz.
90 Məryəm Surəsi, Ayə 90

تَكَادُ ٱلسَّمَٰوَٰتُ يَتَفَطَّرْنَ مِنْهُ وَتَنشَقُّ ٱلْأَرْضُ وَتَخِرُّ ٱلْجِبَالُ هَدًّا ﴿90﴾

Oxunuşu (Transkripsiya): Takadus samavatu yatafattarna minhu va tanşaq qul ardu va taxirrul cibalu hadda
Mişkini Tərcüməsi: Az qalır ondan (onun şiddətindən) göylər parçalansın, yer yarılsın və dağlar (yerindən qopub) tökülsün
91 Məryəm Surəsi, Ayə 91

أَن دَعَوْا۟ لِلرَّحْمَٰنِ وَلَدًۭا ﴿91﴾

Oxunuşu (Transkripsiya): An da'av lir Rahmani valada
Mişkini Tərcüməsi: onların Rəhman olan Allaha övlad qail olmalarından.
92 Məryəm Surəsi, Ayə 92

وَمَا يَنۢبَغِى لِلرَّحْمَٰنِ أَن يَتَّخِذَ وَلَدًا ﴿92﴾

Oxunuşu (Transkripsiya): Va ma yambaği lir Rahmani ai yattaxiza valada
Mişkini Tərcüməsi: Rəhman olan Allaha (nə ağıl, nə də şəriət baxımından) övlad götürmək yaraşmaz.
93 Məryəm Surəsi, Ayə 93

إِن كُلُّ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ إِلَّآ ءَاتِى ٱلرَّحْمَٰنِ عَبْدًۭا ﴿93﴾

Oxunuşu (Transkripsiya): In kullu man fis samavati val ardi illa atir Rahmani 'abda
Mişkini Tərcüməsi: Göylərdə və yerdə olanların hamısı (qeyri-ixtiyari şəkildə) istisnasız, Rəhman olan Allahın qarşısında bəndə(lik əlaməti) olaraq baş əyərlər.
94 Məryəm Surəsi, Ayə 94

لَّقَدْ أَحْصَىٰهُمْ وَعَدَّهُمْ عَدًّۭا ﴿94﴾

Oxunuşu (Transkripsiya): Laqad ahsahum va addahum 'adda
Mişkini Tərcüməsi: Şübhəsiz, Allah onların hamısını son ədədinə kimi xüsusi bir tərzdə (ömürlərini, miqdarlarını, təkamüllərini, ehtiyaclarını və həyat dövrlərini müəyyən etməklə) saymışdır.
95 Məryəm Surəsi, Ayə 95

وَكُلُّهُمْ ءَاتِيهِ يَوْمَ ٱلْقِيَٰمَةِ فَرْدًا ﴿95﴾

Oxunuşu (Transkripsiya): Va kulluhum atihi Yavmal Qiyamati farda
Mişkini Tərcüməsi: Qiyamət günü onların hamısı Onun yanına tək (dünyaya gələndə olduğu kimi, bir şəxsin və ya malın ixtiyarı əllərində olmadan) gələcəklər.
96 Məryəm Surəsi, Ayə 96

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ سَيَجْعَلُ لَهُمُ ٱلرَّحْمَٰنُ وُدًّۭا ﴿96﴾

Oxunuşu (Transkripsiya): Innal lazina amanu va 'amilus salihati sa yac'alu lahumur Rahmanu vudda
Mişkini Tərcüməsi: Rəhman olan Allah iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə (dünya və axirətdə mələklərin və möminlərin qəlblərində) dostluq və məhəbbət yaradacaqdır.
97 Məryəm Surəsi, Ayə 97

فَإِنَّمَا يَسَّرْنَٰهُ بِلِسَانِكَ لِتُبَشِّرَ بِهِ ٱلْمُتَّقِينَ وَتُنذِرَ بِهِۦ قَوْمًۭا لُّدًّۭا ﴿97﴾

Oxunuşu (Transkripsiya): Fa innama yassarnahu bilisanika litubaşşira bihil muttaqina va tunzira bihi qavmal ludda
Mişkini Tərcüməsi: Bunu (Quranı, yuxarı aləmdə ərəbcə tənzimləməklə) sənin dilində yalnız ona görə asanlaşdırdıq ki, onun vasitəsi ilə təqvalılara müjdə verəsən və inadkar düşmənləri qorxudasan.
98 Məryəm Surəsi, Ayə 98

وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هَلْ تُحِسُّ مِنْهُم مِّنْ أَحَدٍ أَوْ تَسْمَعُ لَهُمْ رِكْزًۢا ﴿98﴾

Oxunuşu (Transkripsiya): Va kam ahlakna qabla hum min qarnin hal tuhissu minhum min ahadin av tasma'u lahum rikza
Mişkini Tərcüməsi: Onlardan qabaq nə çox dövrlərin insanlarını həlak etdik. Heç onlardan hansısa birini hiss edir və ya onlardan bir səs eşidirsən?
Əvvəlki: 18. Əl-Kəhf Bütün Surələr ↑ Növbəti: 20. Taha

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...