1
Əl-Ənbiya Surəsi, Ayə 1
ٱقْتَرَبَ لِلنَّاسِ حِسَابُهُمْ وَهُمْ فِى غَفْلَةٍۢ مُّعْرِضُونَ
﴿1﴾
Oxunuşu (Transkripsiya):
Iqtaraba linnasi hisa buhum va hum fi ğaflatim mu'ridun
Mişkini Tərcüməsi:
İnsanlarla (Qiyamətdə) haqq-hesab aparılması yaxınlaşıb (o, Allah baxımından yaxındır, və yaxud: ümumiyyətlə gəlməsi qəti olan hər bir şey yaxındır), halbuki onlar (həmin haqq-hesabdan) qəflətdədirlər və üz döndərirlər.
2
Əl-Ənbiya Surəsi, Ayə 2
مَا يَأْتِيهِم مِّن ذِكْرٍۢ مِّن رَّبِّهِم مُّحْدَثٍ إِلَّا ٱسْتَمَعُوهُ وَهُمْ يَلْعَبُونَ
﴿2﴾
Oxunuşu (Transkripsiya):
Ma yatihim min zikrim mir Rabbihim muhdasin illas tama'uhu va hum yal'abun
Mişkini Tərcüməsi:
Rəbblərindən onlara nə yeni öyüd-nəsihət (vəhy, Quran və möcüzə) gəlirsə ona (nəfsi istəkləri ilə) oynayan və əylənən halda qulaq asırlar (lakin ciddi qəbul etmirlər).
3
Əl-Ənbiya Surəsi, Ayə 3
لَاهِيَةًۭ قُلُوبُهُمْ ۗ وَأَسَرُّوا۟ ٱلنَّجْوَى ٱلَّذِينَ ظَلَمُوا۟ هَلْ هَٰذَآ إِلَّا بَشَرٌۭ مِّثْلُكُمْ ۖ أَفَتَأْتُونَ ٱلسِّحْرَ وَأَنتُمْ تُبْصِرُونَ
﴿3﴾
Oxunuşu (Transkripsiya):
Lahiyatan qulubuhum; va asarrun nacval lazina zalamu hal haza illa başarum mislukum afata tunas sihra va antum tubsirun
Mişkini Tərcüməsi:
(Vəhy və Qurana) qəlbləri (puç və batil işlərə) məşğul olan halda (qulaq asarlar). Zalımlar öz sirli danışıqlarını gizlədərək «məgər bu (Muhəmməd) sizin kimin bir bəşər deyil?! Özünüz görə-görə caduya tərəf gedirsiniz!» (deyərlər).
4
Əl-Ənbiya Surəsi, Ayə 4
قَالَ رَبِّى يَعْلَمُ ٱلْقَوْلَ فِى ٱلسَّمَآءِ وَٱلْأَرْضِ ۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ
﴿4﴾
Oxunuşu (Transkripsiya):
Qala Rabbi ya'lamul qavla fis sama'i val ardi va Huvas Sami'ul Alim
Mişkini Tərcüməsi:
(Peyğəmbər) dedi: «(Əbəs yerə pıçıltı ilə danışmayın, çünki) mənim Rəbbim göydə və yerdə olan hər bir danışığı bilir və O, (hər şeyi) eşidən və biləndir».
5
Əl-Ənbiya Surəsi, Ayə 5
بَلْ قَالُوٓا۟ أَضْغَٰثُ أَحْلَٰمٍۭ بَلِ ٱفْتَرَىٰهُ بَلْ هُوَ شَاعِرٌۭ فَلْيَأْتِنَا بِـَٔايَةٍۢ كَمَآ أُرْسِلَ ٱلْأَوَّلُونَ
﴿5﴾
Oxunuşu (Transkripsiya):
Bal qalu adğasu ahlamim balif tarahu bal huva şa'irun falyatina bi Aayatin kama ursilal avvalun
Mişkini Tərcüməsi:
Hətta dedilər: «(Sehr deyil, Muhəmmədin özünün və ya başqalarının gördüyü) bir ovuc qarmaqarışıq yuxulardır. Xeyr, özünün uydurduğu yalanlardır. Xeyr, o şairdir (bu kitab da onun şerləridir). Buna görə də, (əgər doğru deyirsə) gərək əvvəlkilər (Salehin dəvəsi, Musanın əsası, İsanın süfrəsi kimi möcüzələrlə) göndərildikləri kimi (o da bizə bir) möcüzə gətirsin».
6
Əl-Ənbiya Surəsi, Ayə 6
مَآ ءَامَنَتْ قَبْلَهُم مِّن قَرْيَةٍ أَهْلَكْنَٰهَآ ۖ أَفَهُمْ يُؤْمِنُونَ
﴿6﴾
Oxunuşu (Transkripsiya):
Ma amanat qablahum min qaryatin ahlaknaha a-fahum yu'minun
Mişkini Tərcüməsi:
Onlardan qabaq da Bizim həlak etdiyimiz toplumların heç biri iman gətirmədi. Bunlar iman gətirəcəklər?!
7
Əl-Ənbiya Surəsi, Ayə 7
وَمَآ أَرْسَلْنَا قَبْلَكَ إِلَّا رِجَالًۭا نُّوحِىٓ إِلَيْهِمْ ۖ فَسْـَٔلُوٓا۟ أَهْلَ ٱلذِّكْرِ إِن كُنتُمْ لَا تَعْلَمُونَ
﴿7﴾
Oxunuşu (Transkripsiya):
Va ma arsalna qablaka illa ricalan nuhi ilaihim fas'alu ahlaz zikri in kuntum la ta'lamun
Mişkini Tərcüməsi:
Biz səndən öncə də (insanlara peyğəmbər və ilahi elçi olaraq mələkləri, qadınları və cinləri deyil) yalnız vəhy etdiyimiz kişiləri göndərmişik. Buna görə də əgər (Allahın bu cari qanununu) bilmirsinizsə, zikr əhlindən (təhrif olunmamış Tövratın, İncilin və digər səma kitablarının alimlərindən) soruşun.
8
Əl-Ənbiya Surəsi, Ayə 8
وَمَا جَعَلْنَٰهُمْ جَسَدًۭا لَّا يَأْكُلُونَ ٱلطَّعَامَ وَمَا كَانُوا۟ خَٰلِدِينَ
﴿8﴾
Oxunuşu (Transkripsiya):
Va ma ca'alnahum casadal la yakulunat ta'ama va ma kanu xalidin
Mişkini Tərcüməsi:
Biz həmin peyğəmbərləri yemək yeməyən (həzm orqanı olmayan) bədənlər yaratmadıq və onlar əbədi də olmayıblar (ki ölməsinlər).
9
Əl-Ənbiya Surəsi, Ayə 9
ثُمَّ صَدَقْنَٰهُمُ ٱلْوَعْدَ فَأَنجَيْنَٰهُمْ وَمَن نَّشَآءُ وَأَهْلَكْنَا ٱلْمُسْرِفِينَ
﴿9﴾
Oxunuşu (Transkripsiya):
summa sadaqna humul va'da fa-ancainahum va man naşa'u va ahlaknal musrifin
Mişkini Tərcüməsi:
Sonra onlara verdiyimiz vədi (dinin möhkəmləndirilməsi və düşmənlərin məhv edilməsi vədini) həyata keçirdik. Beləliklə onlara və istədiyimiz şəxslərə nicat verdik və (Allahın təyin etdiyi) həddi aşanları məhv etdik. 21|10| Həqiqətən, Biz sizə (və tarix boyu olacaq bütün gələcək insanlara) içində sizin üçün (dinin hökmlərini, əxlaqi dəyərləri və müxtəlif bilikləri) xatırladan bir kitab nazil etdik, heç düşünmürsünüz?!
11
Əl-Ənbiya Surəsi, Ayə 11
وَكَمْ قَصَمْنَا مِن قَرْيَةٍۢ كَانَتْ ظَالِمَةًۭ وَأَنشَأْنَا بَعْدَهَا قَوْمًا ءَاخَرِينَ
﴿11﴾
Oxunuşu (Transkripsiya):
Va kam qasamna min qaryatin kannat zalimatanv va anşadna ba'daha qavman axarin
Mişkini Tərcüməsi:
Biz (şirk, küfr və günahlarda həddi aşmış) neçə-neçə zalım insan cəmiyyətlərini sarsıdıb məhv etdik və onlardan sonra başqa qövmlər yaratdıq.
12
Əl-Ənbiya Surəsi, Ayə 12
فَلَمَّآ أَحَسُّوا۟ بَأْسَنَآ إِذَا هُم مِّنْهَا يَرْكُضُونَ
﴿12﴾
Oxunuşu (Transkripsiya):
Falamma ahassu basana iza hum minha yarkudun
Mişkini Tərcüməsi:
Beləliklə, Bizim əzabımızı hiss edən kimi dərhal tez ondan qaçırdılar.
13
Əl-Ənbiya Surəsi, Ayə 13
لَا تَرْكُضُوا۟ وَٱرْجِعُوٓا۟ إِلَىٰ مَآ أُتْرِفْتُمْ فِيهِ وَمَسَٰكِنِكُمْ لَعَلَّكُمْ تُسْـَٔلُونَ
﴿13﴾
Oxunuşu (Transkripsiya):
La tarkudu varci'u ila ma utriftum fihe va masakinikum la'allakum tus'alun
Mişkini Tərcüməsi:
(Onlara zahirdə istehza ilə və ya batini dillə deyilirdi:) Qaçmayın və içində olduğunuz naz-nemətə və məskənlərinizə tərəf qayıdın, bəlkə sorğu-sual edildiniz (yoxsullar sizdən mal istəsinlər və siz verməyəsiniz, nökər və xadimlər sizdən haqlarını istəsinlər, siz də öz kibr və məğrurluğunuzu davam etdirəsiniz).
14
Əl-Ənbiya Surəsi, Ayə 14
قَالُوا۟ يَٰوَيْلَنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ
﴿14﴾
Oxunuşu (Transkripsiya):
Qalu ya vailana inna kunna zalimin
Mişkini Tərcüməsi:
Dedilər: «Vay olsun bizə! Doğrudan da biz zalım olmuşuq».
15
Əl-Ənbiya Surəsi, Ayə 15
فَمَا زَالَت تِّلْكَ دَعْوَىٰهُمْ حَتَّىٰ جَعَلْنَٰهُمْ حَصِيدًا خَٰمِدِينَ
﴿15﴾
Oxunuşu (Transkripsiya):
Fama zalat tilka da'vahum hatta ca'alnahum hasidan xamidin
Mişkini Tərcüməsi:
Beləliklə, onları (ot kimi) biçib (ölülər kimi) sakit edənə qədər o (ah-vayları) dillərində idi.
16
Əl-Ənbiya Surəsi, Ayə 16
وَمَا خَلَقْنَا ٱلسَّمَآءَ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا لَٰعِبِينَ
﴿16﴾
Oxunuşu (Transkripsiya):
Va ma xalaqnas sama'a val arda va ma bainahuma la'ibin
Mişkini Tərcüməsi:
Biz göyü və yeri və onların arasında olanları oyun və əyləncə üçün yaratmamışıq.
17
Əl-Ənbiya Surəsi, Ayə 17
لَوْ أَرَدْنَآ أَن نَّتَّخِذَ لَهْوًۭا لَّٱتَّخَذْنَٰهُ مِن لَّدُنَّآ إِن كُنَّا فَٰعِلِينَ
﴿17﴾
Oxunuşu (Transkripsiya):
Lav aradna an nattaxiza lahval lat taxaznahu mil ladunna in kunna fa'ilin
Mişkini Tərcüməsi:
Əgər Biz bir əyləncə (düzəltmək və ya arvad-uşaq) götürmək istəsəydik, (qeyri-mümkün olsa da fərz edək) əgər (bu işi) edən olsaydıq, şübhəsiz, onu Öz zatımızdan (və Öz vücudumuza uyğun gələn bir şeydən) götürərdik.
18
Əl-Ənbiya Surəsi, Ayə 18
بَلْ نَقْذِفُ بِٱلْحَقِّ عَلَى ٱلْبَٰطِلِ فَيَدْمَغُهُۥ فَإِذَا هُوَ زَاهِقٌۭ ۚ وَلَكُمُ ٱلْوَيْلُ مِمَّا تَصِفُونَ
﴿18﴾
Oxunuşu (Transkripsiya):
Bal naqzifu bilhaqqi 'alal batili fa yadmağuhu fa iza huva zahiq; va lakumul vailu mimma tasifun
Mişkini Tərcüməsi:
Əksinə, Biz haqqın vasitəsi ilə batilin başına vurarıq, (gedib) onun beyininə çatar. Beləliklə batil birdən məhv olar. (Aşkar tovhid dəlillərini və Quran ayələrini küfr və şirk əqidəsi üzərinə tökərik ki, onları tamamilə batil və puç etsin.) (Tovhid, peyğəmbərlik və məad barəsində) söylədiklərinizə görə vay olsun sizə!
19
Əl-Ənbiya Surəsi, Ayə 19
وَلَهُۥ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَمَنْ عِندَهُۥ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِۦ وَلَا يَسْتَحْسِرُونَ
﴿19﴾
Oxunuşu (Transkripsiya):
Va lahu man fis samavati val ard; va man 'indahu la yastakbiruna 'an 'ibada tihi va la yastahsirun
Mişkini Tərcüməsi:
Göylərdə və yerdə olan hər bir şey və hər bir kəs Ona məxsusdur (çünki yaratmaq, idarə etmək və yox etmək – bunların hamısı – Onun ixtiyarındadır). Onun yanında olanlar (mələklərdən, həmçinin insan və cinlərin əməlisalehlərindən Onun dərgahına yaxın olanlar) Ona ibadət etməkdən heç vaxt boyun qaçırmazlar və heç vaxt yorulmaz, zəif düşməzlər.
20
Əl-Ənbiya Surəsi, Ayə 20
يُسَبِّحُونَ ٱلَّيْلَ وَٱلنَّهَارَ لَا يَفْتُرُونَ
﴿20﴾
Oxunuşu (Transkripsiya):
Yusabbihuna laila vannahara la yafturun
Mişkini Tərcüməsi:
Onlar gecə-gündüz (Allahı) pak sifətlərlə mədh edər və heç vaxt süst olmazlar.
21
Əl-Ənbiya Surəsi, Ayə 21
أَمِ ٱتَّخَذُوٓا۟ ءَالِهَةًۭ مِّنَ ٱلْأَرْضِ هُمْ يُنشِرُونَ
﴿21﴾
Oxunuşu (Transkripsiya):
Amit taxazu alihatam minal ardi hum yunşirun
Mişkini Tərcüməsi:
Yoxsa onlar yerdən (insanları dünyada yaradan və axirətdə) dirildən məbudlar (büt və cinlər) götürüblər?!
22
Əl-Ənbiya Surəsi, Ayə 22
لَوْ كَانَ فِيهِمَآ ءَالِهَةٌ إِلَّا ٱللَّهُ لَفَسَدَتَا ۚ فَسُبْحَٰنَ ٱللَّهِ رَبِّ ٱلْعَرْشِ عَمَّا يَصِفُونَ
﴿22﴾
Oxunuşu (Transkripsiya):
Lav kana fihima alihatun illal lahu lafasadata; fa-Subhanal lahi Rabbil 'Arşi 'amma yasifun
Mişkini Tərcüməsi:
Əgər göylərdə və yerdə Allahdan başqa digər tanrılar olsaydı, şübhəsiz, (göylərin və yerin) hər ikisi (yaranmaq və qalmaq baxımından) xarab (zay) olardı. (Tədbirli, qüdrətli və müstəqil iradəyə malik bir neçə yaradanın olması yaradılışdan öncə ümumiyyətlə xilqətə mane olardı, belə tanrıların yaradılışdan sonra olması isə məxluqatın qalmasını pozardı.) Buna görə də ərşin sahibi olan (varlıq aləminə mütləq hakim olan) Allah (müşriklərin) sadaladıqları sifətlərdən pak (və uzaq)dır.
23
Əl-Ənbiya Surəsi, Ayə 23
لَا يُسْـَٔلُ عَمَّا يَفْعَلُ وَهُمْ يُسْـَٔلُونَ
﴿23﴾
Oxunuşu (Transkripsiya):
La yus'alu 'amma yaf'alu va hum yus'alun
Mişkini Tərcüməsi:
O (Allah) etdikləri barəsində (heç kəs tərəfindən) sorğu-suala tutulmaz və onların hamısı (yaratdıqlarının hamısı Onun qarşısında) sorğu-sual edilərlər.
24
Əl-Ənbiya Surəsi, Ayə 24
أَمِ ٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ ءَالِهَةًۭ ۖ قُلْ هَاتُوا۟ بُرْهَٰنَكُمْ ۖ هَٰذَا ذِكْرُ مَن مَّعِىَ وَذِكْرُ مَن قَبْلِى ۗ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ ٱلْحَقَّ ۖ فَهُم مُّعْرِضُونَ
﴿24﴾
Oxunuşu (Transkripsiya):
Amit taxazu min dunihi alihatan qul hatu burhanakum haza zikru mam ma'iya va zikru man qabli; bal aksaruhum la ya'lamunal haqqa fahum mu'ridun
Mişkini Tərcüməsi:
Onlar Allahın yerinə məbudlar götürüblər? De: «Dəlil-sübutunuzu gətirin. Bu (tovhidə dəvət və şirkin batil olması) mənimlə olanların və məndən qabaq olmuş kəslərin (peyğəmbərlərin) dilinin sözüdür. (Müşriklər dəlil-sübut və məntiq əhli deyildirlər,) əksinə, onların çoxu haqqı tanımırlar və buna görə də (ondan) üz döndərirlər».
25
Əl-Ənbiya Surəsi, Ayə 25
وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ إِلَّا نُوحِىٓ إِلَيْهِ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعْبُدُونِ
﴿25﴾
Oxunuşu (Transkripsiya):
Va ma arsalna min qablika mir Rasulin illa nuhi ilaihi annahu la ilaha illa Ana fa'budun
Mişkini Tərcüməsi:
Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona «Məndən başqa bir məbud yoxdur, buna görə də (yalnız) Mənə ibadət edin» (deyə) vəhy etməyək.
26
Əl-Ənbiya Surəsi, Ayə 26
وَقَالُوا۟ ٱتَّخَذَ ٱلرَّحْمَٰنُ وَلَدًۭا ۗ سُبْحَٰنَهُۥ ۚ بَلْ عِبَادٌۭ مُّكْرَمُونَ
﴿26﴾
Oxunuşu (Transkripsiya):
Va qalut taxazar Rahmanu valadan Subhanah; bal 'ibadum mkkramun
Mişkini Tərcüməsi:
(Bütpərəst müşriklər) «Rəhman olan Allah (mələklərdən) övlad götürmüşdür!» dedilər. Allah (ağılın, peyğəmbərlərin və səma kitablarının hökmünə əsasən övlad götürməkdən) pak (və uzaq)dır! Əksinə, onlar (mələklər) möhtərəm bəndələrdir. (Onların həqiqətləri nur, yerləri uca məkan, işləri ibadət və danışıqları zikrdir.)
27
Əl-Ənbiya Surəsi, Ayə 27
لَا يَسْبِقُونَهُۥ بِٱلْقَوْلِ وَهُم بِأَمْرِهِۦ يَعْمَلُونَ
﴿27﴾
Oxunuşu (Transkripsiya):
La yasbiqunahu bil qavli va hum bi amrihi ya'malun
Mişkini Tərcüməsi:
Söhbətdə heç vaxt Allahdan qabağa keçməzlər (əksinə, söhbətlərinin mənşəyi Allahın əmri olar) və həmişə Onun (əzəli istəyinə müvafiq olan və elə iradələri də onun bir şüası olan istiqamətləndirici) əmri ilə iş görərlər.
28
Əl-Ənbiya Surəsi, Ayə 28
يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يَشْفَعُونَ إِلَّا لِمَنِ ٱرْتَضَىٰ وَهُم مِّنْ خَشْيَتِهِۦ مُشْفِقُونَ
﴿28﴾
Oxunuşu (Transkripsiya):
Ya'lamu ma baina aidihim va ma xalfahum va la yaşfa'una illa limanir tada va hum min xaş yatihi muşfiqun
Mişkini Tərcüməsi:
Allah onların keçmişlərindən (yaradılışlarının əvvəlindən etdikləri bütün əməllərdən) və gələcəklərindən (əbədiyyətə kimi edəcəklərindən) xəbərdardır. Onlar Allahın (əqidəsini) bəyəndiyi kəsdən başqa heç kəs üçün şəfaət etməzlər və onlar (həmişə) Allah qorxusundan xofdadırlar.
29
Əl-Ənbiya Surəsi, Ayə 29
۞ وَمَن يَقُلْ مِنْهُمْ إِنِّىٓ إِلَٰهٌۭ مِّن دُونِهِۦ فَذَٰلِكَ نَجْزِيهِ جَهَنَّمَ ۚ كَذَٰلِكَ نَجْزِى ٱلظَّٰلِمِينَ
﴿29﴾
Oxunuşu (Transkripsiya):
Va mai yaqul minhum inni ilahum min dunihi fazalika naczihi Cahannam; kazalika nacziz zalimin
Mişkini Tərcüməsi:
Onlardan (mələk, insan və cinlərdən) hər kim «mən (özüm) Ondan qeyri və Onun müqabilində bir tanrıyam» desə, onu Cəhənnəmlə cəzalandırarıq. (Bəli,) Biz zalımları belə cəzalandırırıq.
30
Əl-Ənbiya Surəsi, Ayə 30
أَوَلَمْ يَرَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَنَّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ كَانَتَا رَتْقًۭا فَفَتَقْنَٰهُمَا ۖ وَجَعَلْنَا مِنَ ٱلْمَآءِ كُلَّ شَىْءٍ حَىٍّ ۖ أَفَلَا يُؤْمِنُونَ
﴿30﴾
Oxunuşu (Transkripsiya):
Avalam yaral lazina kafaru annas samavati val arda kanata ratqan faftaqnahuma va ca'alna minal ma'i kulla şai'in haiyin afala yu'minun
Mişkini Tərcüməsi:
Məgər kafirlər (qəlb gözü) ilə görmədilər ki, göylər və yer (göydəki planetlər və yer kürəsi) bir-birinə birləşik idilər və Biz onları parçalayaraq bir-birindən ayırdıq (və sonsuz planetlər yaratdıq)? [Yaxud: Göydəki planetlərin hər biri və yer bağlı və donmuş vəziyyətdə idilər və onları çaylar, mədənlər, ağaclar və bitkilər vasitəsi ilə yardıq və istifadəyə yararlı etdik.] Biz hər bir canlı varlığı sudan yaratdıq. Yenə də iman gətirmirlər?!
31
Əl-Ənbiya Surəsi, Ayə 31
وَجَعَلْنَا فِى ٱلْأَرْضِ رَوَٰسِىَ أَن تَمِيدَ بِهِمْ وَجَعَلْنَا فِيهَا فِجَاجًۭا سُبُلًۭا لَّعَلَّهُمْ يَهْتَدُونَ
﴿31﴾
Oxunuşu (Transkripsiya):
Va ca'alna fil ardi ravasiya an tamida bihim va ca'alna fiha ficacan subulal la'allahum yahtadun
Mişkini Tərcüməsi:
Yerin onları silkələməməsi üçün yer üzündə möhkəm və sabit dağlar qoyduq və onda (yerdə və ya dağların arasında) geniş yollar yaratdıq ki, bəlkə (öz məqsədlərinə) yol tapdılar.
32
Əl-Ənbiya Surəsi, Ayə 32
وَجَعَلْنَا ٱلسَّمَآءَ سَقْفًۭا مَّحْفُوظًۭا ۖ وَهُمْ عَنْ ءَايَٰتِهَا مُعْرِضُونَ
﴿32﴾
Oxunuşu (Transkripsiya):
Va ca'alnas sama'a saqfam mahfuzanv va hum 'an Aayatiha mu'ridun
Mişkini Tərcüməsi:
Və göyü (onların başı üzərində uçub dağılmaqdan, şeytan və cinlərin keçmələrindən) qorunmuş tavan (kimi) etdik. Halbuki onlar onun (Bizim onda olan qüdrət və əzəmətimizin) nişanələrindən üz döndərirlər.
33
Əl-Ənbiya Surəsi, Ayə 33
وَهُوَ ٱلَّذِى خَلَقَ ٱلَّيْلَ وَٱلنَّهَارَ وَٱلشَّمْسَ وَٱلْقَمَرَ ۖ كُلٌّۭ فِى فَلَكٍۢ يَسْبَحُونَ
﴿33﴾
Oxunuşu (Transkripsiya):
Va Huval lazi xalaqal laila vannahara vaşşamsa val qamara kullun fi falakiny yaşbahun
Mişkini Tərcüməsi:
Gecə, gündüz, günəş və ayı (da) yaradan Odur. (Onların) hər biri bir çevrədə üzür. (Gecə ilə gündüzün çevrəsi yerin səthi, günəşin çevrəsi kəhkəşanların dərinlikləri və ayın çevrəsi yerin dövrəsidir.)
34
Əl-Ənbiya Surəsi, Ayə 34
وَمَا جَعَلْنَا لِبَشَرٍۢ مِّن قَبْلِكَ ٱلْخُلْدَ ۖ أَفَإِي۟ن مِّتَّ فَهُمُ ٱلْخَٰلِدُونَ
﴿34﴾
Oxunuşu (Transkripsiya):
Va ma ca'alna libaşarim min qablikal xuld; afaimmitta fahumul xalidun
Mişkini Tərcüməsi:
Biz səndən öncə (dünyada) heç bir bəşərə əbədiyyət verməmişik. Belə olan halda əgər sən ölsən bunlar əbədi qalacaqlar?!
35
Əl-Ənbiya Surəsi, Ayə 35
كُلُّ نَفْسٍۢ ذَآئِقَةُ ٱلْمَوْتِ ۗ وَنَبْلُوكُم بِٱلشَّرِّ وَٱلْخَيْرِ فِتْنَةًۭ ۖ وَإِلَيْنَا تُرْجَعُونَ
﴿35﴾
Oxunuşu (Transkripsiya):
Kullu nafsin za'iqatul mavt; va nablukum bişşarri valxairi fitnatanv va ilaina turca'un
Mişkini Tərcüməsi:
Hər bir kəs ölümü dadacaqdır. Sizi pislik və yaxşılıq (xəstəlik və sağlamlıq, yoxsulluq və sərvət) ilə imtahan edirik və Bizə tərəf qaytarılacaqsınız.
36
Əl-Ənbiya Surəsi, Ayə 36
وَإِذَا رَءَاكَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَٰذَا ٱلَّذِى يَذْكُرُ ءَالِهَتَكُمْ وَهُم بِذِكْرِ ٱلرَّحْمَٰنِ هُمْ كَٰفِرُونَ
﴿36﴾
Oxunuşu (Transkripsiya):
Va iza ra akal lazina kafaru iny-yattaxizunaka illa huzuva; ahazal lazi yazkuru alihatakum va hum bi zikrir Rahmani hum kafirun
Mişkini Tərcüməsi:
Kafirlər səni görəndə ancaq məsxərə edir (və deyir)lər: «Sizin tanrılarınızı (tənə ilə) yad edən kəs budur?!» Halbuki onlar Rəhman olan Allahın zikrinə (Onun tovhid və kitabına) kafirdirlər (və bu işdən qorxub çəkinmirlər).
37
Əl-Ənbiya Surəsi, Ayə 37
خُلِقَ ٱلْإِنسَٰنُ مِنْ عَجَلٍۢ ۚ سَأُو۟رِيكُمْ ءَايَٰتِى فَلَا تَسْتَعْجِلُونِ
﴿37﴾
Oxunuşu (Transkripsiya):
Xuliqal insanu min 'acal; sa urikum Aayati fala tasta'cilun
Mişkini Tərcüməsi:
(Gildən yaradılmış) insan (elə tələskəndir ki, sanki) tələskənlikdən yaradılmışdır (bu səbəbdən Allahın əzabında da tələsir). Tezliklə (əvvəlcə dünyada sonra axirətdə) Öz ayə (və əzab nişanə)lərimizi sizə göstərəcəyəm. Buna görə də Məni tələsdirməyin.
38
Əl-Ənbiya Surəsi, Ayə 38
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَٰدِقِينَ
﴿38﴾
Oxunuşu (Transkripsiya):
Va yaquluna mata hazal va'du in kuntum sadiqin
Mişkini Tərcüməsi:
Və deyirlər: «Əgər doğruçusunuzsa, bu (əzab və Qiyamət) vəd(i) nə vaxtdır?!
39
Əl-Ənbiya Surəsi, Ayə 39
لَوْ يَعْلَمُ ٱلَّذِينَ كَفَرُوا۟ حِينَ لَا يَكُفُّونَ عَن وُجُوهِهِمُ ٱلنَّارَ وَلَا عَن ظُهُورِهِمْ وَلَا هُمْ يُنصَرُونَ
﴿39﴾
Oxunuşu (Transkripsiya):
Lav ya'lamul lazina kafaru hina la yakuffuna 'anv vucuhihimun Nara va la 'an zuhurihim va la hum yunsarun
Mişkini Tərcüməsi:
Əgər küfr etmiş kəslər üzlərindən və arxalarından (Cəhənnəm) odu(nu) dəf edə bilməyəcəkləri və kömək də olunmayacaqları vaxtı bilsəydilər (mütləq tələsməzdilər).
40
Əl-Ənbiya Surəsi, Ayə 40
بَلْ تَأْتِيهِم بَغْتَةًۭ فَتَبْهَتُهُمْ فَلَا يَسْتَطِيعُونَ رَدَّهَا وَلَا هُمْ يُنظَرُونَ
﴿40﴾
Oxunuşu (Transkripsiya):
Bal tatihim bağtatan fatabhatuhum fala yastati'una raddaha va la hum yunzarun
Mişkini Tərcüməsi:
Xeyr, (Bərzəx odu ölüm vasitəsi ilə) onlara qəfildən yetişəcək və onları elə mat qoyacaq ki, onu nə dəf edə biləcəklər, nə də onlara möhlət veriləcəkdir.
41
Əl-Ənbiya Surəsi, Ayə 41
وَلَقَدِ ٱسْتُهْزِئَ بِرُسُلٍۢ مِّن قَبْلِكَ فَحَاقَ بِٱلَّذِينَ سَخِرُوا۟ مِنْهُم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ
﴿41﴾
Oxunuşu (Transkripsiya):
Va laqadis tuhzi'a bi-Rusulim min qablika fahaqa billazina saxiru minhum ma kanu bihi yastahzi'un
Mişkini Tərcüməsi:
Həqiqətən, səndən əvvəlki peyğəmbərlərə də istehza edilmişdi. Onlara (peyğəmbərlərə) istehza edənləri istehza etdikləri şeyin cəzası tutdu.
42
Əl-Ənbiya Surəsi, Ayə 42
قُلْ مَن يَكْلَؤُكُم بِٱلَّيْلِ وَٱلنَّهَارِ مِنَ ٱلرَّحْمَٰنِ ۗ بَلْ هُمْ عَن ذِكْرِ رَبِّهِم مُّعْرِضُونَ
﴿42﴾
Oxunuşu (Transkripsiya):
Qul mai yakla 'ukum billaili vannahari minar Rahman; bal hum 'an zikri Rabbihim mu'ridun
Mişkini Tərcüməsi:
De: «(Əgər O, sizə əzab vermək istəsə) sizi Rəhman olan Allah(ın əzabın)dan gecə və gündüz kim qoruyar?» (Xeyr, onlar qəflətdən ayılmırlar,) əksinə, onlar Rəbblərini yada salmaqdan tamamilə üz döndərirlər.
43
Əl-Ənbiya Surəsi, Ayə 43
أَمْ لَهُمْ ءَالِهَةٌۭ تَمْنَعُهُم مِّن دُونِنَا ۚ لَا يَسْتَطِيعُونَ نَصْرَ أَنفُسِهِمْ وَلَا هُم مِّنَّا يُصْحَبُونَ
﴿43﴾
Oxunuşu (Transkripsiya):
Am lahum alihatun tamna'ulum min dunina; la yastati'una nasra anfusihim va la hum minnna yus-habun
Mişkini Tərcüməsi:
Məgər onların Bizdən başqa (Bizim əzablarımızdan) qoruyacaq tanrıları var? (Xeyr, əksinə, həmin tanrılar) nə özləri və birbirlərinə kömək edə bilərlər və nə də Bizim tərəfimizdən onlara bir sığınacaq və kömək verilər.
44
Əl-Ənbiya Surəsi, Ayə 44
بَلْ مَتَّعْنَا هَٰٓؤُلَآءِ وَءَابَآءَهُمْ حَتَّىٰ طَالَ عَلَيْهِمُ ٱلْعُمُرُ ۗ أَفَلَا يَرَوْنَ أَنَّا نَأْتِى ٱلْأَرْضَ نَنقُصُهَا مِنْ أَطْرَافِهَآ ۚ أَفَهُمُ ٱلْغَٰلِبُونَ
﴿44﴾
Oxunuşu (Transkripsiya):
Bal matta'na ha'ula'i va aba'ahum hatta tala 'alaihimul 'umur; afala yaravna anna natil arda nanqusuha min atrafiha; afahumul ğalibun
Mişkini Tərcüməsi:
Bəli, Biz onları (Məkkə müşriklərini) və onların atalarını (həyatın nemətlərindən) bəhrələndirdik, nəhayət ömürləri uzandı (və İsmailin zamanından indiyə kimi davam etdi və bütpərəst oldular). Məgər onlar Bizim yerə üz tutub onun kənarlarını azaltmağımızı görmürlər (küfr torpaqlarından kəsib İslam torpaqlarına əlavə edirik və onların əhalisini əsrlər keçdikcə azaldırıq, şəxslərin ardınca şəxsləri, millətlərin ardınca millətlərin kökünü kəsirik)? Belə olan halda onlar Bizə qalib gələcəklər?!
45
Əl-Ənbiya Surəsi, Ayə 45
قُلْ إِنَّمَآ أُنذِرُكُم بِٱلْوَحْىِ ۚ وَلَا يَسْمَعُ ٱلصُّمُّ ٱلدُّعَآءَ إِذَا مَا يُنذَرُونَ
﴿45﴾
Oxunuşu (Transkripsiya):
Qul innama unzirukum bilvahyi; va la yasma'us summud du'a'a iza ma yunzarun
Mişkini Tərcüməsi:
De: «Mən sizi yalnız vəhy vasitəsi ilə qorxuduram». Lakin karlar qorxudulduqları zaman dəvəti eşitmirlər.
46
Əl-Ənbiya Surəsi, Ayə 46
وَلَئِن مَّسَّتْهُمْ نَفْحَةٌۭ مِّنْ عَذَابِ رَبِّكَ لَيَقُولُنَّ يَٰوَيْلَنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ
﴿46﴾
Oxunuşu (Transkripsiya):
Va la'im massat hum nafhatum min 'azabi Rabbika la yaqulunna yavailana innna kunna zalimin
Mişkini Tərcüməsi:
Əgər Rəbbinin əzabından onlara azacıq toxunsa, şübhəsiz, «vay olsun bizə, həqiqətən, biz zalım idik» deyəcəklər.
47
Əl-Ənbiya Surəsi, Ayə 47
وَنَضَعُ ٱلْمَوَٰزِينَ ٱلْقِسْطَ لِيَوْمِ ٱلْقِيَٰمَةِ فَلَا تُظْلَمُ نَفْسٌۭ شَيْـًۭٔا ۖ وَإِن كَانَ مِثْقَالَ حَبَّةٍۢ مِّنْ خَرْدَلٍ أَتَيْنَا بِهَا ۗ وَكَفَىٰ بِنَا حَٰسِبِينَ
﴿47﴾
Oxunuşu (Transkripsiya):
Va nada'ul mavazinal qista li Yavmil Qiyamati fala tuzlamu nafsun şai'a; va in kana misqala habbatim min xardalin ataina biha; va kafa bina hasibin
Mişkini Tərcüməsi:
Biz Qiyamət günü (əqidə, sifət və əməlləri ölçmək üçün) ədalətli ölçü və tərəzilər qoyacağıq. Beləliklə heç kəsə heç bir şəkildə zülm olunmayacaq və onların haqlarından kəsilməyəcək. Əgər (insanın əməli kiçiklik baxımından) xardal dənəsi ağırlığında olsa belə, onu (tərəziyə) gətirəcəyik. Bizim haqq-hesab çəkən olmağımız kifayətdir.
48
Əl-Ənbiya Surəsi, Ayə 48
وَلَقَدْ ءَاتَيْنَا مُوسَىٰ وَهَٰرُونَ ٱلْفُرْقَانَ وَضِيَآءًۭ وَذِكْرًۭا لِّلْمُتَّقِينَ
﴿48﴾
Oxunuşu (Transkripsiya):
Va laqad ataina Musa va harunal Furqana va diya'anv va zikral lilmuttaqin
Mişkini Tərcüməsi:
Həqiqətən, Biz Musa ilə Haruna haqqı batildən ayırmaq vasitəsi, (qəlblərə və insanların mənəvi yoluna) aydınlıq (gətirən) və təqvalılar üçün öyüd-nəsihət (səma kitabı Tövratı) verdik.
49
Əl-Ənbiya Surəsi, Ayə 49
ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِٱلْغَيْبِ وَهُم مِّنَ ٱلسَّاعَةِ مُشْفِقُونَ
﴿49﴾
Oxunuşu (Transkripsiya):
Allazina yaxşavna Rabbahum bilğaibi va hum minas Sa'ati muşfiqun
Mişkini Tərcüməsi:
O kəslər (üçün) ki, gözlərin görmədiyi Rəbblərindən [və ya: xəlvətdə olanda da Rəbblərindən] qorxur və Qiyamətdən də vahimədədirlər.
50
Əl-Ənbiya Surəsi, Ayə 50
وَهَٰذَا ذِكْرٌۭ مُّبَارَكٌ أَنزَلْنَٰهُ ۚ أَفَأَنتُمْ لَهُۥ مُنكِرُونَ
﴿50﴾
Oxunuşu (Transkripsiya):
Va haza Zikrum Mubarakun anzalnah; afa antum lahu munkirun
Mişkini Tərcüməsi:
Nazil etdiyimiz bu (Quran bəşər cəmiyyəti üçün dünya və axirət baxımından) çox bərəkətli bir öyüd-nəsihətdir. Belə olan halda siz onu inkar edirsiniz?!
51
Əl-Ənbiya Surəsi, Ayə 51
۞ وَلَقَدْ ءَاتَيْنَآ إِبْرَٰهِيمَ رُشْدَهُۥ مِن قَبْلُ وَكُنَّا بِهِۦ عَٰلِمِينَ
﴿51﴾
Oxunuşu (Transkripsiya):
Va laqad ataina Ibrahima ruşdahu min qablu va kunna bihi 'alimin
Mişkini Tərcüməsi:
Həqiqətən, Biz İbrahimə daha öncə (Musa və Harundan qabaq, tovhid və ilahi maarif barəsində dərs almadan) ona layiq bir ağıl-kamal və fitri hidayət əta etdik və Biz ona (onun bütün mənəvi sifətlərinə və həyat tərzinə əzəldən) bələd idik.
52
Əl-Ənbiya Surəsi, Ayə 52
إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِۦ مَا هَٰذِهِ ٱلتَّمَاثِيلُ ٱلَّتِىٓ أَنتُمْ لَهَا عَٰكِفُونَ
﴿52﴾
Oxunuşu (Transkripsiya):
Iz qala li abihi va qavmihi ma hazihit tamasilul lati antum lahi 'akifun
Mişkini Tərcüməsi:
O zaman (İbrahim) öz atasına (qaynatasına, yaxud əmisinə, yaxud da ana babası Azərə) və öz qövmünə dedi: «Bu heykəllər nədir ki, siz həmişə təzim və itaətkarlıqla onlara ibadətlə məşğulsunuz?!»
53
Əl-Ənbiya Surəsi, Ayə 53
قَالُوا۟ وَجَدْنَآ ءَابَآءَنَا لَهَا عَٰبِدِينَ
﴿53﴾
Oxunuşu (Transkripsiya):
Qalu vacadna aba'ana laha 'abidin
Mişkini Tərcüməsi:
Dedilər: «Biz atalarımızı onlara ibadət edən görmüşük (və biz də onlara tabe olaraq həmin heykəllərə ibadət edirik)».
54
Əl-Ənbiya Surəsi, Ayə 54
قَالَ لَقَدْ كُنتُمْ أَنتُمْ وَءَابَآؤُكُمْ فِى ضَلَٰلٍۢ مُّبِينٍۢ
﴿54﴾
Oxunuşu (Transkripsiya):
Qala laqad kuntum antum va aba'ukum fi dalalim mubin
Mişkini Tərcüməsi:
Dedi: «Şübhəsiz, siz və atalarınız aşkar azğınlıqda olmusunuz».
55
Əl-Ənbiya Surəsi, Ayə 55
قَالُوٓا۟ أَجِئْتَنَا بِٱلْحَقِّ أَمْ أَنتَ مِنَ ٱللَّٰعِبِينَ
﴿55﴾
Oxunuşu (Transkripsiya):
Qalu aci'tana bil haqqi am anta minal la'ibin
Mişkini Tərcüməsi:
Dedilər: «Bizə haqq bir mətləb gətirmisən (bu sözləri ciddi deyirsən) yoxsa zarafat edirsən?!»
56
Əl-Ənbiya Surəsi, Ayə 56
قَالَ بَل رَّبُّكُمْ رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ٱلَّذِى فَطَرَهُنَّ وَأَنَا۠ عَلَىٰ ذَٰلِكُم مِّنَ ٱلشَّٰهِدِينَ
﴿56﴾
Oxunuşu (Transkripsiya):
Qala bar Rabbukum Rabbus samavati val ardil lazi fatarahunna va ana 'ala zalikum minaş şahidin
Mişkini Tərcüməsi:
Dedi: «(Zarafat etmirəm,) əksinə, sizin Rəbbiniz göylərin və yerin onları yaratmış Rəbbidir (sizin, göylərin və yerin ayrı-ayrı tanrı və rəbbinin olması, Allah-Taalanın isə Rəbbul-ərbab olması xülyası tamamilə səhvdir). Mən bu həqiqətə şəhadət verənlərdənəm.
57
Əl-Ənbiya Surəsi, Ayə 57
وَتَٱللَّهِ لَأَكِيدَنَّ أَصْنَٰمَكُم بَعْدَ أَن تُوَلُّوا۟ مُدْبِرِينَ
﴿57﴾
Oxunuşu (Transkripsiya):
Va tallahi la akidanna asnamakum ba'da an tuvallu mudbirin
Mişkini Tərcüməsi:
(İbrahim öz-özlüyündə və ya onların bəzilərinin yanında dedi:) «And olsun Allaha ki, (bayram toplantısı keçirilən yerə) üz tutub bütxananı arxada qoyduğunuz zaman sizin bütləriniz barəsində mütləq bir çarə qılacağam».
58
Əl-Ənbiya Surəsi, Ayə 58
فَجَعَلَهُمْ جُذَٰذًا إِلَّا كَبِيرًۭا لَّهُمْ لَعَلَّهُمْ إِلَيْهِ يَرْجِعُونَ
﴿58﴾
Oxunuşu (Transkripsiya):
Faca'alahum cuzazan illa kabiral lahum la'allahum ilaihi yarci'un
Mişkini Tərcüməsi:
Beləliklə, (gördüyü işi boynuna yıxmaq və) bəlkə ona üz tutsunlar deyə (bircə) böyüklərindən başqa onların (bütlərin) hamısını parça-parça etdi.
59
Əl-Ənbiya Surəsi, Ayə 59
قَالُوا۟ مَن فَعَلَ هَٰذَا بِـَٔالِهَتِنَآ إِنَّهُۥ لَمِنَ ٱلظَّٰلِمِينَ
﴿59﴾
Oxunuşu (Transkripsiya):
Qalu man fa'ala haza bi alihatina innahu laminaz zalimin
Mişkini Tərcüməsi:
Dedilər: «Bizim tanrılarımıza qarşı bunu (bu böyük hörmətsizliyi) kim edib? Şübhəsiz, o, zalımlardandır».
60
Əl-Ənbiya Surəsi, Ayə 60
قَالُوا۟ سَمِعْنَا فَتًۭى يَذْكُرُهُمْ يُقَالُ لَهُۥٓ إِبْرَٰهِيمُ
﴿60﴾
Oxunuşu (Transkripsiya):
Qalu sami'na fatany yazkuruhum yuqalu lahu Ibrahim
Mişkini Tərcüməsi:
(Onların bəziləri) dedilər: «Eşitmişik İbrahim deyilən bir gənc onları(n adını) dilə gətir(ərək pisləy)ir (bəlkə onun işidir)».
61
Əl-Ənbiya Surəsi, Ayə 61
قَالُوا۟ فَأْتُوا۟ بِهِۦ عَلَىٰٓ أَعْيُنِ ٱلنَّاسِ لَعَلَّهُمْ يَشْهَدُونَ
﴿61﴾
Oxunuşu (Transkripsiya):
Qalu fatu bihi 'ala a'yunin nasi la'allahum yaş hadun
Mişkini Tərcüməsi:
(Digərləri) dedilər: «Onu camaatın gözü qabağına gətirin, bəlkə (bütlər haqqında pis danışmasına və ya bu cinayəti törətməsinə) şəhadət verdilər».
62
Əl-Ənbiya Surəsi, Ayə 62
قَالُوٓا۟ ءَأَنتَ فَعَلْتَ هَٰذَا بِـَٔالِهَتِنَا يَٰٓإِبْرَٰهِيمُ
﴿62﴾
Oxunuşu (Transkripsiya):
Qalu 'a-anta fa'alta haza bi alihatina ya Ibrahim
Mişkini Tərcüməsi:
(Onu gətirəndən sonra) dedilər: «Ey İbrahim, bizim tanrılarımız barəsində bunu (bu çirkin və qorxulu işi) sən etmisən?»
63
Əl-Ənbiya Surəsi, Ayə 63
قَالَ بَلْ فَعَلَهُۥ كَبِيرُهُمْ هَٰذَا فَسْـَٔلُوهُمْ إِن كَانُوا۟ يَنطِقُونَ
﴿63﴾
Oxunuşu (Transkripsiya):
Qala bal fa'alahu kabiruhum haza fas'aluhum in kanu yantiqun
Mişkini Tərcüməsi:
Dedi: «(Xeyr,) əksinə, onu (bu hörmətsizliyi) bu böyükləri edib. Buna görə də əgər danışırlarsa, özlərindən soruşun».
64
Əl-Ənbiya Surəsi, Ayə 64
فَرَجَعُوٓا۟ إِلَىٰٓ أَنفُسِهِمْ فَقَالُوٓا۟ إِنَّكُمْ أَنتُمُ ٱلظَّٰلِمُونَ
﴿64﴾
Oxunuşu (Transkripsiya):
Faraca'u ila anfusihim faqalu innakum antumuz zalimun
Mişkini Tərcüməsi:
Belə olan halda onlar (əvvəlcə bir anlıq) özlərinə gəlib ayıldılar və (batində özlərinə və ya bir-birlərinə) dedilər: «Doğrudan da siz özünüz zalımsınız (ki, cansız şeylərə ibadət edirsiniz)!»
65
Əl-Ənbiya Surəsi, Ayə 65
ثُمَّ نُكِسُوا۟ عَلَىٰ رُءُوسِهِمْ لَقَدْ عَلِمْتَ مَا هَٰٓؤُلَآءِ يَنطِقُونَ
﴿65﴾
Oxunuşu (Transkripsiya):
Summa nukisu 'ala ru'usihim laqad 'alimta ma ha'ula'i yantiqun
Mişkini Tərcüməsi:
Sonra (fikirlərindən) döndülər (və öz əvvəlki əqidələrinə qayıdaraq İbrahimə dedilər:) «Sən bunların heç vaxt danışmadıqlarını yaxşı bilirsən».
66
Əl-Ənbiya Surəsi, Ayə 66
قَالَ أَفَتَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُكُمْ شَيْـًۭٔا وَلَا يَضُرُّكُمْ
﴿66﴾
Oxunuşu (Transkripsiya):
Qala afata'buduna min dunil lahi ma la yanfa'ukum şai'anv va la yadurrukum
Mişkini Tərcüməsi:
Dedi: «Belə isə, bəs siz Allahın yerinə sizə heç bir xeyir-ziyan yetirməyən şeyəmi ibadət edirsiiz?!»
67
Əl-Ənbiya Surəsi, Ayə 67
أُفٍّۢ لَّكُمْ وَلِمَا تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ ۖ أَفَلَا تَعْقِلُونَ
﴿67﴾
Oxunuşu (Transkripsiya):
Uffil lakum va lima ta'buduna min dunil lah; afala ta'qilun
Mişkini Tərcüməsi:
Tfu həm sizə, həm də Allahın yerinə ibadət etdiklərinizə! Heç düşünmürsünüz?!
68
Əl-Ənbiya Surəsi, Ayə 68
قَالُوا۟ حَرِّقُوهُ وَٱنصُرُوٓا۟ ءَالِهَتَكُمْ إِن كُنتُمْ فَٰعِلِينَ
﴿68﴾
Oxunuşu (Transkripsiya):
Qalu harriquho vansuru alihatakum in kuntum fa'ilin
Mişkini Tərcüməsi:
Dedilər: «Əgər (doğrudan da) bir iş görəcəksinizsə, onu (İbrahimi) yandırın və tanrılarınıza kömək edin!»
69
Əl-Ənbiya Surəsi, Ayə 69
قُلْنَا يَٰنَارُ كُونِى بَرْدًۭا وَسَلَٰمًا عَلَىٰٓ إِبْرَٰهِيمَ
﴿69﴾
Oxunuşu (Transkripsiya):
Qulna ya naru kuni bardanv va salaman 'ala Ibrahim
Mişkini Tərcüməsi:
(Nəhayət onu böyük bir oda atdılar. Lakin Biz odun mahiyyətinə) buyurduq: «Ey od, İbrahimə soyuq və zərərsiz ol!»
70
Əl-Ənbiya Surəsi, Ayə 70
وَأَرَادُوا۟ بِهِۦ كَيْدًۭا فَجَعَلْنَٰهُمُ ٱلْأَخْسَرِينَ
﴿70﴾
Oxunuşu (Transkripsiya):
Va aradu bihi kaidan faca'alnahumul axsarin
Mişkini Tərcüməsi:
Onun barəsində hiylə düşündülər. Lakin Biz onları daha çox ziyana uğratdıq (çünki İbrahimə nəinki bir zərər-ziyan toxunmadı, əksinə onların bu əməli onun doğruluğuna qəti bir dəlil oldu).
71
Əl-Ənbiya Surəsi, Ayə 71
وَنَجَّيْنَٰهُ وَلُوطًا إِلَى ٱلْأَرْضِ ٱلَّتِى بَٰرَكْنَا فِيهَا لِلْعَٰلَمِينَ
﴿71﴾
Oxunuşu (Transkripsiya):
Va naccainahu va Lutan ilal ardil lati barakna fiha lil 'alamin
Mişkini Tərcüməsi:
Biz ona və (qardaşı oğlu) Luta nicat verdik ki, aləmdəkilər üçün çox bərəkətli etdiyimiz yerə (peyğəmbərlərin göndərilmə mərkəzləri və səma dinlərinin yayılma məntəqəsi olan Şam torpaqlarına) doğru hərəkət etsinlər.
72
Əl-Ənbiya Surəsi, Ayə 72
وَوَهَبْنَا لَهُۥٓ إِسْحَٰقَ وَيَعْقُوبَ نَافِلَةًۭ ۖ وَكُلًّۭا جَعَلْنَا صَٰلِحِينَ
﴿72﴾
Oxunuşu (Transkripsiya):
Va vahabna lahu Işaq; va Ya'quba nafilah; va kullan ca'alna salihin
Mişkini Tərcüməsi:
Və (oğlu) İshaqı və (nəvəsi) Yəqubu əlavə bəxşiş kimi ona əta etdik və hamısını saleh və (peyğəmbərlik məqamına) layiq etdik.
73
Əl-Ənbiya Surəsi, Ayə 73
وَجَعَلْنَٰهُمْ أَئِمَّةًۭ يَهْدُونَ بِأَمْرِنَا وَأَوْحَيْنَآ إِلَيْهِمْ فِعْلَ ٱلْخَيْرَٰتِ وَإِقَامَ ٱلصَّلَوٰةِ وَإِيتَآءَ ٱلزَّكَوٰةِ ۖ وَكَانُوا۟ لَنَا عَٰبِدِينَ
﴿73﴾
Oxunuşu (Transkripsiya):
Va ca'alnahum a'immatany yahduna bi amrina va avhaina ilaihim fi'lal xairati va iqamas Salati va ita'az Zakati va kanu lana 'abidin
Mişkini Tərcüməsi:
Onları (yaşadıqları cəmiyyəti) Bizim əmrimizlə doğru yola yönəldən rəhbərlər etdik və onlara xeyir işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.
74
Əl-Ənbiya Surəsi, Ayə 74
وَلُوطًا ءَاتَيْنَٰهُ حُكْمًۭا وَعِلْمًۭا وَنَجَّيْنَٰهُ مِنَ ٱلْقَرْيَةِ ٱلَّتِى كَانَت تَّعْمَلُ ٱلْخَبَٰٓئِثَ ۗ إِنَّهُمْ كَانُوا۟ قَوْمَ سَوْءٍۢ فَٰسِقِينَ
﴿74﴾
Oxunuşu (Transkripsiya):
Va Lutan atainahu hukmanv va 'ilmanv va naccainahu minal qaryatil lati kanat ta'malul xaba'is; innahum kanu qavma sav'in fasiqin
Mişkini Tərcüməsi:
Və Biz Luta hökm (hikmət, hakimiyyət və hökm çıxarmaq) və (şəriət hökmləri və İbrahimin kitabının təlimlərinin) elm(ini) əta etdik və ona çirkin işlər görən cəmiyyət(in için)dən nicat verdik. Çünki onlar çirkin əməl sahibi və pozğun bir tayfa idilər.
75
Əl-Ənbiya Surəsi, Ayə 75
وَأَدْخَلْنَٰهُ فِى رَحْمَتِنَآ ۖ إِنَّهُۥ مِنَ ٱلصَّٰلِحِينَ
﴿75﴾
Oxunuşu (Transkripsiya):
Va adxalnahu fi rahmatina innahu minas salihi
Mişkini Tərcüməsi:
Və onu Öz mərhəmətimizə daxil etdik. Çünki o, ləyaqətlilərdən idi.
76
Əl-Ənbiya Surəsi, Ayə 76
وَنُوحًا إِذْ نَادَىٰ مِن قَبْلُ فَٱسْتَجَبْنَا لَهُۥ فَنَجَّيْنَٰهُ وَأَهْلَهُۥ مِنَ ٱلْكَرْبِ ٱلْعَظِيمِ
﴿76﴾
Oxunuşu (Transkripsiya):
Va nuhan iz nada min qablu fastacabna lahu fanaccainahu va ahlahu minal karbil 'azim
Mişkini Tərcüməsi:
Və Nuhu – onun bundan öncə (bu peyğəmbərlərdən qabaq Öz Allahını) səslədiyi zamanı (yada sal)! Biz onun duasını qəbul etdik, onu və (zövcəsi ilə bir oğlundan başqa bütün) ailəsini o böyük qəmdən (qövmünün küfr və nankorluğundan və doqquz yüz ildən artıq bir dəvətin nəticəsizliyindən) qurtardıq.
77
Əl-Ənbiya Surəsi, Ayə 77
وَنَصَرْنَٰهُ مِنَ ٱلْقَوْمِ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَآ ۚ إِنَّهُمْ كَانُوا۟ قَوْمَ سَوْءٍۢ فَأَغْرَقْنَٰهُمْ أَجْمَعِينَ
﴿77﴾
Oxunuşu (Transkripsiya):
Va nasarnahu minal qavmil lazina kazzabu bi Aayatina; innahum kkanu qavma sav'in fa-ağraq nahum acma'in
Mişkini Tərcüməsi:
Biz nişanələrimizi təkzib və inkar edən qövmdən (nicat verməklə) ona kömək etdik. Onlar doğrudan da pis işlər görən bir tayfa idilər. Buna görə də onların hamısını suda batırdıq.
78
Əl-Ənbiya Surəsi, Ayə 78
وَدَاوُۥدَ وَسُلَيْمَٰنَ إِذْ يَحْكُمَانِ فِى ٱلْحَرْثِ إِذْ نَفَشَتْ فِيهِ غَنَمُ ٱلْقَوْمِ وَكُنَّا لِحُكْمِهِمْ شَٰهِدِينَ
﴿78﴾
Oxunuşu (Transkripsiya):
Va Davuda va Sulaimana iz yahkumani fil harsi iz nafaşat fihi ğanamul qavmi va kunna lihukmihim şahidin
Mişkini Tərcüməsi:
Davudu və (onun oğlu) Süleymanı – onlar bir tayfanın qoyunlarının gecə vaxtı (və çobansız) səpələn(ərək bütün salxım və yarpaqları ye)diyi əkin yeri (yaxud üzüm bağı) barəsində hökm çıxardıqları zamanı (yada sal)! (Onlar bu məsələnin hökmü barəsində məsləhətləşirdilər. Qədim adətə görə həmin qoyunlar bağa dəymiş xəsarətə görə bağ sahibinə çatırdı.) Və Biz onların (bütün keçmiş peyğəmbərlərin) hökm çıxarmalarında iştirak edir və hökmlərinə şahid idik.
79
Əl-Ənbiya Surəsi, Ayə 79
فَفَهَّمْنَٰهَا سُلَيْمَٰنَ ۚ وَكُلًّا ءَاتَيْنَا حُكْمًۭا وَعِلْمًۭا ۚ وَسَخَّرْنَا مَعَ دَاوُۥدَ ٱلْجِبَالَ يُسَبِّحْنَ وَٱلطَّيْرَ ۚ وَكُنَّا فَٰعِلِينَ
﴿79﴾
Oxunuşu (Transkripsiya):
Fafahhamnaha sulaiman; va kullan ataina hukmanv va'ilmanv va sax xarna ma'a Davudal cibala yusabbihna vattayr; va kunna fa'ilin
Mişkini Tərcüməsi:
Beləliklə, Biz onu (əvvəlki hökmü ləğv edən yeni hökmü) Süleymana öyrətdik (ki, bağ yenidən yarpaqlayana və bar gətirənə kimi qoyunların özü deyil, gəliri bağ sahibinin olsun). Və Biz onların hər ikisinə hökm (peyğəmbərlik, qəzavət və hakimiyyət) və elm (din elmi və insanlara lazım olan digər elmlər) əta etdik. Dağları və quşları ram etdik ki, Davudla birlikdə (Allahı) pak sifətlərlə mədh etsinlər. Biz (istədiyimizi) edənik.
80
Əl-Ənbiya Surəsi, Ayə 80
وَعَلَّمْنَٰهُ صَنْعَةَ لَبُوسٍۢ لَّكُمْ لِتُحْصِنَكُم مِّنۢ بَأْسِكُمْ ۖ فَهَلْ أَنتُمْ شَٰكِرُونَ
﴿80﴾
Oxunuşu (Transkripsiya):
Va 'allamanahu san'ata labusil lakum lituhsinakum mim basikum fahal antum şakirun
Mişkini Tərcüməsi:
Sizə görə (siz insanlara gərək olduğu üçün) Davuda zireh düzəltmək və döyüş geyimi hazırlamaq peşəsini öyrətdik ki, sizi müharibələrin çətinlik və zərər-ziyanından qorusun. Belə isə şükr edəcəksinizmi?
81
Əl-Ənbiya Surəsi, Ayə 81
وَلِسُلَيْمَٰنَ ٱلرِّيحَ عَاصِفَةًۭ تَجْرِى بِأَمْرِهِۦٓ إِلَى ٱلْأَرْضِ ٱلَّتِى بَٰرَكْنَا فِيهَا ۚ وَكُنَّا بِكُلِّ شَىْءٍ عَٰلِمِينَ
﴿81﴾
Oxunuşu (Transkripsiya):
Va li Sulaimanar riha 'asifatan tacri bi amrihi ilal ardil lati barakna fiha; va kunna bikulli şai'in 'alimin
Mişkini Tərcüməsi:
Və Süleyman üçün bərk (və yavaş) küləyi ram etdik ki, (küləklər) onun əmri ilə çox bərəkəli etdiyimiz torpağa (Şam torpaqlarına və Fələstinə) əsərdi. Biz hər şeyi əzəldən bilirik.
82
Əl-Ənbiya Surəsi, Ayə 82
وَمِنَ ٱلشَّيَٰطِينِ مَن يَغُوصُونَ لَهُۥ وَيَعْمَلُونَ عَمَلًۭا دُونَ ذَٰلِكَ ۖ وَكُنَّا لَهُمْ حَٰفِظِينَ
﴿82﴾
Oxunuşu (Transkripsiya):
Va minaş Şayatini mai yağusuna lahu va ya'maluna 'amalan duna zalika va kunna lahum bafizin
Mişkini Tərcüməsi:
Şeytanların bəziləri onun üçün dalğıclıq edir, bundan başqa (şəhərlər salmaq, saraylar tikmək kimi digər) işlər də görürdülər. Və Biz onları həmişə (itaətsizlikdən və təbiətlərində olan xəbisliklərin ardınca getməkdən) qoruyurduq.
83
Əl-Ənbiya Surəsi, Ayə 83
۞ وَأَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُۥٓ أَنِّى مَسَّنِىَ ٱلضُّرُّ وَأَنتَ أَرْحَمُ ٱلرَّٰحِمِينَ
﴿83﴾
Oxunuşu (Transkripsiya):
Va Ayyuba iz nada Rabbahu anni massaniyad durru va Anta arhamur rahimin
Mişkini Tərcüməsi:
Və Əyyubu – onun «mənə xəstəlik, çətinlik və bəla üz verib və Sən mehribanların ən mehribanısan» (deyə) Rəbbini səslədiyi zamanı (yada sal)!
84
Əl-Ənbiya Surəsi, Ayə 84
فَٱسْتَجَبْنَا لَهُۥ فَكَشَفْنَا مَا بِهِۦ مِن ضُرٍّۢ ۖ وَءَاتَيْنَٰهُ أَهْلَهُۥ وَمِثْلَهُم مَّعَهُمْ رَحْمَةًۭ مِّنْ عِندِنَا وَذِكْرَىٰ لِلْعَٰبِدِينَ
﴿84﴾
Oxunuşu (Transkripsiya):
Fastacabna lahu fakaşaf na ma bihi min durrinv va atainahu ahlahu va mislahum ma'ahum rahmatam min 'indina va zikra lil'abidin
Mişkini Tərcüməsi:
Biz onun duasını qəbul etdik, içində olduğu çətinlik və bəlanı ondan uzaqlaşdırdıq və ona rəhm etmək və (digər səbrli) abidlər üçün ibrət olsun deyə onun (hadisələr nəticəsində həlak olmuş) adamlarını və onlarla birlikdə bənzərlərini ona əta etdik.
85
Əl-Ənbiya Surəsi, Ayə 85
وَإِسْمَٰعِيلَ وَإِدْرِيسَ وَذَا ٱلْكِفْلِ ۖ كُلٌّۭ مِّنَ ٱلصَّٰبِرِينَ
﴿85﴾
Oxunuşu (Transkripsiya):
Va Isma'ila va Idrisa va Zal Kifli kullum minas sabirin
Mişkini Tərcüməsi:
Həmçinin İsmaili, İdrisi və Zəlkifli (İlyası yada sal) ki, onların hamısı səbrlilərdən idilər (peyğəmbərlik yükünün ağırlığına və onun gözəl icrasının və ümmətin tərbiyə edilməsinin çətinliklərinə dözürdülər).
86
Əl-Ənbiya Surəsi, Ayə 86
وَأَدْخَلْنَٰهُمْ فِى رَحْمَتِنَآ ۖ إِنَّهُم مِّنَ ٱلصَّٰلِحِينَ
﴿86﴾
Oxunuşu (Transkripsiya):
Va adxalnahum fi rahmatina innahum minas salihin
Mişkini Tərcüməsi:
Onların hamısını Öz mərhəmətimizə (peyğəmbərlik məqamına, mənəvi kamilliklərə, səma kitabı verilmək və cəmiyyətin tərbiyəçisi olmaq şərəfinə) daxil etdik. Çünki onlar doğrudan da yaxşı və ləyaqətlilərdən idilər.
87
Əl-Ənbiya Surəsi, Ayə 87
وَذَا ٱلنُّونِ إِذ ذَّهَبَ مُغَٰضِبًۭا فَظَنَّ أَن لَّن نَّقْدِرَ عَلَيْهِ فَنَادَىٰ فِى ٱلظُّلُمَٰتِ أَن لَّآ إِلَٰهَ إِلَّآ أَنتَ سُبْحَٰنَكَ إِنِّى كُنتُ مِنَ ٱلظَّٰلِمِينَ
﴿87﴾
Oxunuşu (Transkripsiya):
Va Zan Nuni iz zahaba muğadiban fazanna al lan naqdira 'alaihi fananna al lan naqdira 'alaihi fanada fiz zulumati al la ilaha illa Anta Subhanaka inni kuntu minaz zalimin
Mişkini Tərcüməsi:
Və Zənnunu (balina sahibi Yunus ibn Mətanı) – onun qəzəbli halda (qövmünün arasından çıxıb) getdiyi zamanı (da yada sal)! O, Bizim onu heç vaxt sıxıntıya salmayacağımızı güman etdi. Amma (iş o yerə çatdı ki, o, üç zülmət – gecənin, dənizin dibinin və balığın qarınının) qaranlıqlar(ı) içində səsləndi: «(Ey Allah!) Səndən başqa bir məbud yoxdur, Sən (hər bir eyb və nöqsandan) uzaq və paksan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam».
88
Əl-Ənbiya Surəsi, Ayə 88
فَٱسْتَجَبْنَا لَهُۥ وَنَجَّيْنَٰهُ مِنَ ٱلْغَمِّ ۚ وَكَذَٰلِكَ نُۨجِى ٱلْمُؤْمِنِينَ
﴿88﴾
Oxunuşu (Transkripsiya):
Fastacabna lahu va naccainahu minal ğamm; va kazalika nuncil mu'minin
Mişkini Tərcüməsi:
Biz onun istəyini yerinə yetirdik və onu qəmdən (o böyük çətinlikdən) qurtardıq. Biz möminlərə bu cür nicat veririk.
89
Əl-Ənbiya Surəsi, Ayə 89
وَزَكَرِيَّآ إِذْ نَادَىٰ رَبَّهُۥ رَبِّ لَا تَذَرْنِى فَرْدًۭا وَأَنتَ خَيْرُ ٱلْوَٰرِثِينَ
﴿89﴾
Oxunuşu (Transkripsiya):
Va Zakariyya iz nada Rabbahu Rabbi la tazarni fardanv va Anta xairul varisin
Mişkini Tərcüməsi:
Və Zəkəriyyanı (yada sal). O zaman ki, o, «ey Rəbbim, məni tək (övladsız və varissiz) qoyma və (əlbəttə, əgər varis verməsən də eybi yoxdur, çünki) Sən varislərin ən yaxşısısan» (deyə) öz Rəbbini səslədi.
90
Əl-Ənbiya Surəsi, Ayə 90
فَٱسْتَجَبْنَا لَهُۥ وَوَهَبْنَا لَهُۥ يَحْيَىٰ وَأَصْلَحْنَا لَهُۥ زَوْجَهُۥٓ ۚ إِنَّهُمْ كَانُوا۟ يُسَٰرِعُونَ فِى ٱلْخَيْرَٰتِ وَيَدْعُونَنَا رَغَبًۭا وَرَهَبًۭا ۖ وَكَانُوا۟ لَنَا خَٰشِعِينَ
﴿90﴾
Oxunuşu (Transkripsiya):
Fastacabna lahu va vahabna lahu Yahya Va aslahna lahu zavcah; innahum kanu yusari'una fil xairati va yad'unana rağabanv va rahaba; va kanu lana xaşi'in
Mişkini Tərcüməsi:
Biz onun istəyini yerinə yetirdik və ona Yəhyanı bağışladıq. Və (qocalmış, əvvəldən qısır olan) zövcəsini də (cavanlaşdırmaq və ona doğmaq qüdrəti əta etməklə) onun üçün (doğmağa) layiq etdik. Çünki onlar (Zəkəriyyanın ailəsi və ya bütün keçmiş peyğəmbərlər) həmişə xeyir işlərə tələsir, həmişə ümid və qorxu ilə Bizə dua edərək istək diləyir və həmişə Bizim qarşımızda itaətkar və qorxan idilər.
91
Əl-Ənbiya Surəsi, Ayə 91
وَٱلَّتِىٓ أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهَا مِن رُّوحِنَا وَجَعَلْنَٰهَا وَٱبْنَهَآ ءَايَةًۭ لِّلْعَٰلَمِينَ
﴿91﴾
Oxunuşu (Transkripsiya):
Vallati ahsanat farcaha fanafaxna fiha mir ruhina va ca'alnaha vabnaha Aayatal lil'alamin
Mişkini Tərcüməsi:
Və öz iffətini (halal və haramdan) qorumuş o qadını (Məryəmi də yada sal). Biz ona Öz ruhumuzdan üfürdük (və onun bətnində bir oğlan uşağı yaratdıq). Onu və oğlunu (oğlunun yaradılmasını, peyğəmbərliyini, kitabının yayılmasını, müxtəlif növ möcüzələrini və ömrünün uzunluğunu) aləmdəkilər üçün (Öz tovhid, əzəmət və qüdrətimizin) bir nişanə(si) etdik.
92
Əl-Ənbiya Surəsi, Ayə 92
إِنَّ هَٰذِهِۦٓ أُمَّتُكُمْ أُمَّةًۭ وَٰحِدَةًۭ وَأَنَا۠ رَبُّكُمْ فَٱعْبُدُونِ
﴿92﴾
Oxunuşu (Transkripsiya):
Inna hazihi ummatukum ummatanv vahidatanv va Ana Rabbukum fa'budun
Mişkini Tərcüməsi:
(Ey insanlar!) Şübhəsiz, bu (insan cinsi) sizin ümmətinizdir və hamınız bir tayfa və bir millətsiniz [yaxud: Peyğəmbərlərin dəvət etdikləri bu tovhid dini sizin dininizdir, bütün bəşəriyyət üçün yeganə dindir]. Və Mən sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin.
93
Əl-Ənbiya Surəsi, Ayə 93
وَتَقَطَّعُوٓا۟ أَمْرَهُم بَيْنَهُمْ ۖ كُلٌّ إِلَيْنَا رَٰجِعُونَ
﴿93﴾
Oxunuşu (Transkripsiya):
Va taqatta'u amrahum bainahum kullun ilaina raci'un
Mişkini Tərcüməsi:
Lakin onlar öz (din və şəriət) işlərini öz aralarında parça-parça etdilər (hər bir dəstə onun bir parçasını bidətlərlə qarışdıraraq özü üçün din etdi və bütpərəst, yəhudi, xaçpərəst, zərdüşt, sabii və digər dinlərə bölündü). (Nəhayət sabah, Qiyamət günü) hamılıqla Bizə tərəf qayıdacaqlar.
94
Əl-Ənbiya Surəsi, Ayə 94
فَمَن يَعْمَلْ مِنَ ٱلصَّٰلِحَٰتِ وَهُوَ مُؤْمِنٌۭ فَلَا كُفْرَانَ لِسَعْيِهِۦ وَإِنَّا لَهُۥ كَٰتِبُونَ
﴿94﴾
Oxunuşu (Transkripsiya):
Famai ya'mal minas salihati va huva mu'minun fala kufrana lisa'yihi va inna lahu katibun
Mişkini Tərcüməsi:
Buna görə də kim mömin olaraq yaxşı işlər görsə onun səyləri əsla itirilməyəcəkdir və Biz şübhəsiz, onları yazırıq.
95
Əl-Ənbiya Surəsi, Ayə 95
وَحَرَٰمٌ عَلَىٰ قَرْيَةٍ أَهْلَكْنَٰهَآ أَنَّهُمْ لَا يَرْجِعُونَ
﴿95﴾
Oxunuşu (Transkripsiya):
Va haramun 'ala qaryatin ahlaknaha annahum la yarci'un
Mişkini Tərcüməsi:
Həlak etdiyimiz topluma (dünyaya qayıtmaq) qadağan və qeyri-mümkündür. Onlar qayıtmayacaqlar.
96
Əl-Ənbiya Surəsi, Ayə 96
حَتَّىٰٓ إِذَا فُتِحَتْ يَأْجُوجُ وَمَأْجُوجُ وَهُم مِّن كُلِّ حَدَبٍۢ يَنسِلُونَ
﴿96﴾
Oxunuşu (Transkripsiya):
Hatta iza futihat Yacucu va Macucu va hum min kulli hadabiny yansilun
Mişkini Tərcüməsi:
(İnsanın ixtiyara malik olması Qiyamət əlamətlərinin zühuruna, səddin sınması nəticəsində) Yə'cuc ilə Mə'cuc(un yolu) açılana və onların yüksəkliklərdən sürətlə töküldükləri zamana kimi (davam e)dir.
97
Əl-Ənbiya Surəsi, Ayə 97
وَٱقْتَرَبَ ٱلْوَعْدُ ٱلْحَقُّ فَإِذَا هِىَ شَٰخِصَةٌ أَبْصَٰرُ ٱلَّذِينَ كَفَرُوا۟ يَٰوَيْلَنَا قَدْ كُنَّا فِى غَفْلَةٍۢ مِّنْ هَٰذَا بَلْ كُنَّا ظَٰلِمِينَ
﴿97﴾
Oxunuşu (Transkripsiya):
Vaqtarabal va'dul haqqu fa-iza hiya şaxisatun absarul lazina kafaru yavailana qad kunna fi ğaflatim min haza bal kunna zalimin
Mişkini Tərcüməsi:
Haqq olan vəd (Qiyamət) yaxınlaşar, beləliklə kafirlərin gözləri qəflətən (mənzərənin əzəmətindən və dəhşətindən) bərələ və hərəkətsiz qalar (və fəryad qopararlar ki:) «Vay olsun bizə ki, bu çətin (gün)dən qəflətdə olmuşuq; biz hətta zalım bir dəstə olmuşuq (və qəflətimiz öz zülmlərimizin nəticəsində yaranıb)».
98
Əl-Ənbiya Surəsi, Ayə 98
إِنَّكُمْ وَمَا تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ حَصَبُ جَهَنَّمَ أَنتُمْ لَهَا وَٰرِدُونَ
﴿98﴾
Oxunuşu (Transkripsiya):
Innakum va ma ta'buduna min dunil lahi hasabu Cahannama antum laha varidun
Mişkini Tərcüməsi:
(Həmin gün kafirlərə xitab edilər ki:) «Həqiqətən, siz və Allahın yerinə ibadət etdikləriniz (bütlər, şəkillər, ulduzlar və digər şeylər) Cəhənnəmin odunusunuz, siz hamınız ona daxil olacaqsınız».
99
Əl-Ənbiya Surəsi, Ayə 99
لَوْ كَانَ هَٰٓؤُلَآءِ ءَالِهَةًۭ مَّا وَرَدُوهَا ۖ وَكُلٌّۭ فِيهَا خَٰلِدُونَ
﴿99﴾
Oxunuşu (Transkripsiya):
Lav kana ha'ula'i alihatam ma varaduha va kullun fiha xalidun
Mişkini Tərcüməsi:
Əgər onlar tanrı olsaydılar Cəhənnəmə girməzdilər. (Onların) hamısı orada əbədi qalacaqlar.
100
Əl-Ənbiya Surəsi, Ayə 100
لَهُمْ فِيهَا زَفِيرٌۭ وَهُمْ فِيهَا لَا يَسْمَعُونَ
﴿100﴾
Oxunuşu (Transkripsiya):
Lahum fiha zafirunv va hum fiha la yasma'un
Mişkini Tərcüməsi:
Onlar orada möhkəm ah-nalə edərlər və (qoxrudan, əzabın şiddətindən və dünyada haqqı eşitməməyin cəzası olaraq) heç nə eşitməzlər.
101
Əl-Ənbiya Surəsi, Ayə 101
إِنَّ ٱلَّذِينَ سَبَقَتْ لَهُم مِّنَّا ٱلْحُسْنَىٰٓ أُو۟لَٰٓئِكَ عَنْهَا مُبْعَدُونَ
﴿101﴾
Oxunuşu (Transkripsiya):
Innal lazina sabaqat lahum minnal husna ula'ika 'anha mub'adun
Mişkini Tərcüməsi:
Əlbəttə, tərəfimizdən (dünyadakı imanlarına görə) yaxşılıq (vədi verilib) keçmiş (bağışlanma, şəfaət və Cənnət vəd etdiyimiz) kəslər, həmin oddan uzaq saxlanılacaqlar.
102
Əl-Ənbiya Surəsi, Ayə 102
لَا يَسْمَعُونَ حَسِيسَهَا ۖ وَهُمْ فِى مَا ٱشْتَهَتْ أَنفُسُهُمْ خَٰلِدُونَ
﴿102﴾
Oxunuşu (Transkripsiya):
La yasma'una hasi saha va hum fi maş tahat anfusuhum xalidun
Mişkini Tərcüməsi:
Onlar (Sirat körpüsündən keçəndə və daha sonra) onun (Cəhənnəmin) uğultusunu belə eşitməzlər və ürəkləri istəyən şey (Cənnət nemətlərin)in içində əbədi qalacaqlar.
103
Əl-Ənbiya Surəsi, Ayə 103
لَا يَحْزُنُهُمُ ٱلْفَزَعُ ٱلْأَكْبَرُ وَتَتَلَقَّىٰهُمُ ٱلْمَلَٰٓئِكَةُ هَٰذَا يَوْمُكُمُ ٱلَّذِى كُنتُمْ تُوعَدُونَ
﴿103﴾
Oxunuşu (Transkripsiya):
La yahzunuhumul faza'ul akbaru va tatalaq qahumul mala'ikatu haza Yavmukumul lazi kuntum tu'adun
Mişkini Tərcüməsi:
O böyük vahimə onları kədərləndirməz və mələklər onları (təbriklə) qarşılayar(aq deyərlər): «Bu, (dünyada) sizə vəd olunmuş həmin o gününüzdür».
104
Əl-Ənbiya Surəsi, Ayə 104
يَوْمَ نَطْوِى ٱلسَّمَآءَ كَطَىِّ ٱلسِّجِلِّ لِلْكُتُبِ ۚ كَمَا بَدَأْنَآ أَوَّلَ خَلْقٍۢ نُّعِيدُهُۥ ۚ وَعْدًا عَلَيْنَآ ۚ إِنَّا كُنَّا فَٰعِلِينَ
﴿104﴾
Oxunuşu (Transkripsiya):
Yavma natvis sama'a kataiyis sicilli lilkutub; kama badana avvala xalqin nu'iduh; va'dan 'alaina; inna kunna fa'ilin
Mişkini Tərcüməsi:
(Yada sal) o günü ki, Biz göyü (daxilində olan hər bir şeylə, lülə şəkilli) yazı səhifəsinin bürmələnməsi kimi bürmələyəcəyik. Məxluqatı birinci dəfə (zərrəciklərini su və torpaqdan toplayıb) vücuda gətirdiyimiz kimi yenidən qaytaracağıq (onun dağılmış və ya məhv olmuş zərrəciklərini toplayaraq əvvəlki vəziyyətinə salacağıq). (Bu iş) Bizim öhdəmizdə olan bir vəddir ki, Biz onu edəcəyik.
105
Əl-Ənbiya Surəsi, Ayə 105
وَلَقَدْ كَتَبْنَا فِى ٱلزَّبُورِ مِنۢ بَعْدِ ٱلذِّكْرِ أَنَّ ٱلْأَرْضَ يَرِثُهَا عِبَادِىَ ٱلصَّٰلِحُونَ
﴿105﴾
Oxunuşu (Transkripsiya):
Va laqad katabna fiz Zaburi mim ba'diz zikri annal arda yarisuha 'ibadi yas salihun
Mişkini Tərcüməsi:
Həqiqətən, Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən (Musanın Tövratından) sonra (Davudun) Zəbur(un)da (və bu kitabların hamısından sonra Quranda) yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb ədalət imamları və onların canişinlərinə ötürəcəklər).
106
Əl-Ənbiya Surəsi, Ayə 106
إِنَّ فِى هَٰذَا لَبَلَٰغًۭا لِّقَوْمٍ عَٰبِدِينَ
﴿106﴾
Oxunuşu (Transkripsiya):
Inna fi haza labala ğal liqavmin 'abidin
Mişkini Tərcüməsi:
Həqiqətən, bunda (bu surədə və ya kitabın içindəkilərdə) Allaha ibadət edən dəstə üçün son məqsədə (və sağlam din və dünyaya) çatmaq vasitəsi vardır.
107
Əl-Ənbiya Surəsi, Ayə 107
وَمَآ أَرْسَلْنَٰكَ إِلَّا رَحْمَةًۭ لِّلْعَٰلَمِينَ
﴿107﴾
Oxunuşu (Transkripsiya):
Va ma arsalnaka illa rahmatal lil'alamin
Mişkini Tərcüməsi:
(Ya Muhəmməd!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik.
108
Əl-Ənbiya Surəsi, Ayə 108
قُلْ إِنَّمَا يُوحَىٰٓ إِلَىَّ أَنَّمَآ إِلَٰهُكُمْ إِلَٰهٌۭ وَٰحِدٌۭ ۖ فَهَلْ أَنتُم مُّسْلِمُونَ
﴿108﴾
Oxunuşu (Transkripsiya):
Qul innama yuha ilaiya annama ilahukum illahunv Vahid, fahal antum muslimun
Mişkini Tərcüməsi:
De: «Həqiqətən, mənə vəhy olunur ki, sizin məbudunuz tək olan Allahdır. Belə isə siz (bu sözün müqabilində) təslim olacaqsınızmı?»
109
Əl-Ənbiya Surəsi, Ayə 109
فَإِن تَوَلَّوْا۟ فَقُلْ ءَاذَنتُكُمْ عَلَىٰ سَوَآءٍۢ ۖ وَإِنْ أَدْرِىٓ أَقَرِيبٌ أَم بَعِيدٌۭ مَّا تُوعَدُونَ
﴿109﴾
Oxunuşu (Transkripsiya):
Fa in tavallav faqul azantukum 'ala sava'; va in adri aqaribun am ba'idum ma tu'adun
Mişkini Tərcüməsi:
Əgər üz döndərsələr de: «Sizə bərabər şəkildə elan və xəbərdarlıq etdim. Sizə vəd olunan şeyin yaxın yoxsa uzaq olmasını (isə) bilmirəm».
110
Əl-Ənbiya Surəsi, Ayə 110
إِنَّهُۥ يَعْلَمُ ٱلْجَهْرَ مِنَ ٱلْقَوْلِ وَيَعْلَمُ مَا تَكْتُمُونَ
﴿110﴾
Oxunuşu (Transkripsiya):
Innahu ya'lamul cahra minal qavli va ya'lamu ma taktumun
Mişkini Tərcüməsi:
O, aşkar sözü (sizin İslamdan eyb axtarmağınızı, ona tənə vurmağınızı və istehza etməyinizi) də bilir, sizin gizlətdiklərinizi də (İslamla düşmənçilik etməyinizi, onu məhv etmək üçün plan hazırlayıb hiylələr qurmağınızı da).
111
Əl-Ənbiya Surəsi, Ayə 111
وَإِنْ أَدْرِى لَعَلَّهُۥ فِتْنَةٌۭ لَّكُمْ وَمَتَٰعٌ إِلَىٰ حِينٍۢ
﴿111﴾
Oxunuşu (Transkripsiya):
Va in adri la'allahu fitnatul lakum va mata'un ilahin
Mişkini Tərcüməsi:
Mən bilmirəm, bəlkə də (mənim) bu (xəbərdarlığım və vəd edilən əzabın gecikməsi) sizin üçün bir sınaq və (müəyyən) bir müddətədək bəhrələnmək (üçün bir möhlət)dir.
112
Əl-Ənbiya Surəsi, Ayə 112
قَٰلَ رَبِّ ٱحْكُم بِٱلْحَقِّ ۗ وَرَبُّنَا ٱلرَّحْمَٰنُ ٱلْمُسْتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ
﴿112﴾
Oxunuşu (Transkripsiya):
Qala Rabbih kum bil haqq; va Rabbunar Rahma nul musta'anu 'ala ma tasifun
Mişkini Tərcüməsi:
(Peyğəmbər) dedi: «Ey Rəbbim, (mənimlə bu müşriklərin arasında) haqq əsasında hökm çıxar. Və (ey müşriklər,) bizim mehriban Rəbbimiz sizin (qalib gələcəyiniz və müsəlmanların məğlub olacaqları barəsində) dedikləriniz müqabilində (mənim üçün) mədəd yeridir».