3

Ali-İmran Surəsi

200 Ayə 3-ci Cüz Mədinə
سُورَةُ آل عمران Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 3 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Ali-İmran Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Ali-İmran Surəsi, Ayə 1

الٓمٓ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Alif-Lam-Mim
Mişkini Tərcüməsi: Əlif, Lam, Mim. (Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur və heç kəsin onun bənzərini gətirmək qüdrəti yoxdur. Bu kitab Əlifdən (Allahdan) Lam (Cəbrail) vasitəsi ilə Mimə (Muhəmmədə (s)) təlqin olunmuşdur. Bu kitabın möhkəm və bu cür mütəşabih (neçə cür yozulan, təfsir oluna bilən) ayələri vardır).
2 Ali-İmran Surəsi, Ayə 2

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلْحَىُّ ٱلْقَيُّومُ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Allahu la ilaha illa Huval Haiyul Qaiyum
Mişkini Tərcüməsi: Tək olan Allah ki, Ondan başqa bir məbud yoxdur! O, diri və Öz zatı üzərində dayanan, (varlıq aləmini) öz yerində saxlayan qüdrət sahibi və əbədidir.
3 Ali-İmran Surəsi, Ayə 3

نَزَّلَ عَلَيْكَ ٱلْكِتَٰبَ بِٱلْحَقِّ مُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَيْهِ وَأَنزَلَ ٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Nazzala 'alaikal Kitaba bilhaqqi musaddiqal lima baina yadaihi va anzalat Tavrata val Incil
Mişkini Tərcüməsi: Özündən qabaqkıları (peyğəmbərləri, şəriətləri və səmavi kitabları) təsdiq edən bu kitabı haqq olaraq (və ali və əqlani bir məqsədlə) sənə tədricən nazil etdi. Tövrat və İncili (onların hər birini isə) birdəfəlik və məcmu halında nazil etdi.
4 Ali-İmran Surəsi, Ayə 4

مِن قَبْلُ هُدًۭى لِّلنَّاسِ وَأَنزَلَ ٱلْفُرْقَانَ ۗ إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ لَهُمْ عَذَابٌۭ شَدِيدٌۭ ۗ وَٱللَّهُ عَزِيزٌۭ ذُو ٱنتِقَامٍ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Min qablu hudal linnasi va anzalal Furqan; innallazina kafaru bi Aayatil lahi lahum 'azabun şadid; vallahu 'azizun zun tiqam
Mişkini Tərcüməsi: Bundan öncə, insanları hidayət etmək üçün! Və Furqanı (haqq ilə batili bir-birindən ayıran digər səma kitablarını) nazil etdi. Şübhəsiz, Allahın ayə və nişanələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah qüdrətli və intiqam sahibidir.
5 Ali-İmran Surəsi, Ayə 5

إِنَّ ٱللَّهَ لَا يَخْفَىٰ عَلَيْهِ شَىْءٌۭ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Innal laha la yaxfa 'alaihi şai'un fil ardi va la fis sama'
Mişkini Tərcüməsi: Şübhəsiz, yerdə və göydə olanlardan heç bir şey (o cümlədən sizin iman və küfrünüz) Allaha gizli deyildir.
6 Ali-İmran Surəsi, Ayə 6

هُوَ ٱلَّذِى يُصَوِّرُكُمْ فِى ٱلْأَرْحَامِ كَيْفَ يَشَآءُ ۚ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Huval lazi yusavvirukum fil arhami kaifa yaşa'; la ilaha illa Huval 'Azizul Hakim
Mişkini Tərcüməsi: Sizi (anaların) uşaqlıqlar(ın)da istədiyi şəkilə salan Odur. Ondan başqa bir tanrı yoxdur, yenilməz qüdrətli və (vücuda gətirmə və yol göstərmədə) möhkəm yaradılış sahibidir.
7 Ali-İmran Surəsi, Ayə 7

هُوَ ٱلَّذِىٓ أَنزَلَ عَلَيْكَ ٱلْكِتَٰبَ مِنْهُ ءَايَٰتٌۭ مُّحْكَمَٰتٌ هُنَّ أُمُّ ٱلْكِتَٰبِ وَأُخَرُ مُتَشَٰبِهَٰتٌۭ ۖ فَأَمَّا ٱلَّذِينَ فِى قُلُوبِهِمْ زَيْغٌۭ فَيَتَّبِعُونَ مَا تَشَٰبَهَ مِنْهُ ٱبْتِغَآءَ ٱلْفِتْنَةِ وَٱبْتِغَآءَ تَأْوِيلِهِۦ ۗ وَمَا يَعْلَمُ تَأْوِيلَهُۥٓ إِلَّا ٱللَّهُ ۗ وَٱلرَّٰسِخُونَ فِى ٱلْعِلْمِ يَقُولُونَ ءَامَنَّا بِهِۦ كُلٌّۭ مِّنْ عِندِ رَبِّنَا ۗ وَمَا يَذَّكَّرُ إِلَّآ أُو۟لُوا۟ ٱلْأَلْبَٰبِ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Huval lazi anzala 'alaikal Kitaba minhu Aayatum Muh kamatun hunna Ummul Kitabi va uxaru Mutaşabihatun fammal lazina fi qulubihim ziyğun fa yattabi'una ma taşabaha minhubtiğa 'alfitnati vabtiğa'a tavilih; va ma ya'lamu tavilahu illal lah; varrasixuna fil 'ilmi yaquluna amanna bihi kullum min 'indi Rabbina; va ma yazzakkaru illa ulul albab
Mişkini Tərcüməsi: Bu kitabı sənə nazil edən Odur. Onun (kitabın) bir hissəsi kəlmələri aşkar (və mənası aydın) olan «möhkəm» ayələrdir ki, onlar kitabın əsası və anasıdırlar (başqa ayələrdə olan qaranlıq məqamlar onların vasitəsi ilə aradan qaldırılır). Digər bir hissəsi «mütəşabih» (bir neçə mənası olan) ayələrdir (və onların mənası məzmununun genişliyi, məfhumunun dərinliyi və ondan nəzərdə tutulan məqsədlərin çoxluğu səbəbindən ilk nəzərdə aydın deyildir və onlar «möhkəm» ayələrin və sağlam ağlın köməyi ilə təfsir olunmalıdırlar). Amma qəlblərində (haqdan) dönüklük olan kəslər, fitnəkarlıq və təvil etmək (düzgün olmayan məna vermək) üçün bu kitabın mütəşabihinə tabe olarlar. Halbuki, onun təvilini (və həqiqi mənasının nə olduğunu) Allahdan başqa heç kəs bilmir. Elmdə qüvvətli olanlar (isə) deyərlər: «Biz (möhkəm və mütəşabih olmasından və bizim mənasını bilib bilməməyimizdən asılı olmayaraq) ona iman gətirdik, (onun) hamısı bizim Rəbbimiz tərəfindəndir». (Bunu) sağlam ağıl sahiblərindən başqa heç kəs başa düşməz.
8 Ali-İmran Surəsi, Ayə 8

رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِن لَّدُنكَ رَحْمَةً ۚ إِنَّكَ أَنتَ ٱلْوَهَّابُ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Rabbana la tuziğ qulubana ba'da iz hadaitana va hab lana mil ladunka rahmah; innaka antal Vahhab
Mişkini Tərcüməsi: (Onlar deyərlər:) «Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma və bizə Öz tərəfindən bir rəhmət bəxş et, çünki, çox-çox bağışlayan Sənsən!»
9 Ali-İmran Surəsi, Ayə 9

رَبَّنَآ إِنَّكَ جَامِعُ ٱلنَّاسِ لِيَوْمٍۢ لَّا رَيْبَ فِيهِ ۚ إِنَّ ٱللَّهَ لَا يُخْلِفُ ٱلْمِيعَادَ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Rabbana innaka cami 'un-nasi li Yavmil la raibafih; innal laha la yuxliful mi'ad
Mişkini Tərcüməsi: «Ey Rəbbimiz, həqiqətən, Sən, barəsində heç bir şəkk-şübhə olmayan gündə insanları bir yerə toplayansan. Həqiqətən, Allah vədinə xilaf çıxmaz».
10 Ali-İmran Surəsi, Ayə 10

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ لَن تُغْنِىَ عَنْهُمْ أَمْوَٰلُهُمْ وَلَآ أَوْلَٰدُهُم مِّنَ ٱللَّهِ شَيْـًۭٔا ۖ وَأُو۟لَٰٓئِكَ هُمْ وَقُودُ ٱلنَّارِ ﴿10﴾

Oxunuşu (Transkripsiya): Innal lazina kafaru lan tuğniya 'anhum amvaluhum va la avladuhum minal lahi şai'anv va ula'ika hum vaqudun Nar
Mişkini Tərcüməsi: Həqiqətən, kafirlərin nə malları və nə də övladları onlardan Allah(ın əzabın)dan olan heç bir şeyi əsla uzaqlaşdırmayacaqdır. Onlardır (Cəhənnəm) odun(un) yanacaqları!
11 Ali-İmran Surəsi, Ayə 11

كَدَأْبِ ءَالِ فِرْعَوْنَ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمْ ۗ وَٱللَّهُ شَدِيدُ ٱلْعِقَابِ ﴿11﴾

Oxunuşu (Transkripsiya): Kadabi Aali Fir'avna vallazina min qablihim; kazzabu bi Aayatina fa axazahumul lahu bizunu bihim; vallahu şadidul 'iqab
Mişkini Tərcüməsi: (Onların adəti) fironçuların və onlardan qabaqkıların adəti kimi(dir) ki, Bizim ayələrimizi və nişanələrimizi təkzib etdilər və Allah da onları günahlarına görə cəzalandırdı. Allah şiddətli cəzalandırandır.
12 Ali-İmran Surəsi, Ayə 12

قُل لِّلَّذِينَ كَفَرُوا۟ سَتُغْلَبُونَ وَتُحْشَرُونَ إِلَىٰ جَهَنَّمَ ۚ وَبِئْسَ ٱلْمِهَادُ ﴿12﴾

Oxunuşu (Transkripsiya): Qul lillazina kafarusatuğlabuna va tuhşaruna ila cahannam; va bi'sal mihad
Mişkini Tərcüməsi: Kafirlərə de: «Tezliklə (İslama) məğlub olacaqsınız və (axirətdə özünüzün pərakəndə qəbirlərinizdən) Cəhənnəmə doğru toplanacaqsınız». Ora qalmaq üçün çox pis yerdir.
13 Ali-İmran Surəsi, Ayə 13

قَدْ كَانَ لَكُمْ ءَايَةٌۭ فِى فِئَتَيْنِ ٱلْتَقَتَا ۖ فِئَةٌۭ تُقَٰتِلُ فِى سَبِيلِ ٱللَّهِ وَأُخْرَىٰ كَافِرَةٌۭ يَرَوْنَهُم مِّثْلَيْهِمْ رَأْىَ ٱلْعَيْنِ ۚ وَٱللَّهُ يُؤَيِّدُ بِنَصْرِهِۦ مَن يَشَآءُ ۗ إِنَّ فِى ذَٰلِكَ لَعِبْرَةًۭ لِّأُو۟لِى ٱلْأَبْصَٰرِ ﴿13﴾

Oxunuşu (Transkripsiya): Qad kana lakum Aayatun fi fi'atainil taqata fi'atun tuqatilu fi sabilil lahi va uxra kafiratuny yaravnahum mislaihim rayal 'ayn; vallahu yu'ayyidu bi nasrihi mai yaşa'; inna fi zalika la 'ibratal li ulil absar
Mişkini Tərcüməsi: Həqiqətən, sizin üçün (Bədr döyüşündə) bir-birləri ilə qarşılaşan iki dəstədə (Allahın qüdrəti və tovhidinə dair) nişanə var idi. Bir dəstə Allah yolunda döyüşürdü və digər bir dəstə kafir idi ki, müsəlmanları öz gözləri ilə özlərindən iki qat artıq görürdülər (və elə buna görə də məğlub oldular). Allah istədiyini Öz köməyi ilə qüvvətləndirir. Əlbəttə, bunda (bu işdə) bəsirət sahibləri üçün bir ibrət vardır.
14 Ali-İmran Surəsi, Ayə 14

زُيِّنَ لِلنَّاسِ حُبُّ ٱلشَّهَوَٰتِ مِنَ ٱلنِّسَآءِ وَٱلْبَنِينَ وَٱلْقَنَٰطِيرِ ٱلْمُقَنطَرَةِ مِنَ ٱلذَّهَبِ وَٱلْفِضَّةِ وَٱلْخَيْلِ ٱلْمُسَوَّمَةِ وَٱلْأَنْعَٰمِ وَٱلْحَرْثِ ۗ ذَٰلِكَ مَتَٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَٱللَّهُ عِندَهُۥ حُسْنُ ٱلْمَـَٔابِ ﴿14﴾

Oxunuşu (Transkripsiya): Zuyyina linnasi hubbuş şahavati minannisa'i val banina valqanatiril muqantarati minaz zahabi valfiddati valxailil musavvamati val an'ami valhars; zalika mata'ul hayatid dunya vallahu 'indahu husnul ma-ab
Mişkini Tərcüməsi: Qadınlar və övladlar, qızıl və gümüş kimi toplanılan çoxlu mallar, nişan qoyulmuş atlar, dördayaqlılar və əkin yerləri kimi istənilən və arzu edilən şeylərin (dünya mallarının) məhəbbəti insanlar üçün zinətləndirilmişdir. Halbuki, bunlar dünya həyatından faydalanmaq vasitəsidir. Gözəl qayıdış yeri isə Allahın yanındadır.
15 Ali-İmran Surəsi, Ayə 15

۞ قُلْ أَؤُنَبِّئُكُم بِخَيْرٍۢ مِّن ذَٰلِكُمْ ۚ لِلَّذِينَ ٱتَّقَوْا۟ عِندَ رَبِّهِمْ جَنَّٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا وَأَزْوَٰجٌۭ مُّطَهَّرَةٌۭ وَرِضْوَٰنٌۭ مِّنَ ٱللَّهِ ۗ وَٱللَّهُ بَصِيرٌۢ بِٱلْعِبَادِ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Qul a'unabbi 'ukum bixairim min zalikum; lillazinat taqav 'inda Rabbihim cannatun tacri min tahtihal anharu xalidina fiha va azvacum mutahharatunv va ridvanum minal lah; vallahu basirum bil'ibad
Mişkini Tərcüməsi: De: «Sizə bunlardan da xeyirlisini xəbər verimmi? Təqvalılar üçün Rəbbi yanında (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlər vardır ki, orada əbədidirlər. Həmçinin (orada cismi və ruhi çirkinliklərdən) pak olan zövcələr və Allah tərəfindən razılıq vardır. Allah Öz bəndələrini görəndir».
16 Ali-İmran Surəsi, Ayə 16

ٱلَّذِينَ يَقُولُونَ رَبَّنَآ إِنَّنَآ ءَامَنَّا فَٱغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ ٱلنَّارِ ﴿16﴾

Oxunuşu (Transkripsiya): Allazina yaquluna Rabbana innana amanna fağfir lana zunubana va qina 'azaban Nar
Mişkini Tərcüməsi: «Ey Rəbbimiz, həqiqətən, biz iman gətirdik, belə isə günahlarımızı bağışla və bizi odun əzabından qoru» deyən kəslər,
17 Ali-İmran Surəsi, Ayə 17

ٱلصَّٰبِرِينَ وَٱلصَّٰدِقِينَ وَٱلْقَٰنِتِينَ وَٱلْمُنفِقِينَ وَٱلْمُسْتَغْفِرِينَ بِٱلْأَسْحَارِ ﴿17﴾

Oxunuşu (Transkripsiya): Assabirina vassa diqina valqanitina valmunfiqina valmus tağfirina bil aşar
Mişkini Tərcüməsi: həmin səbrlilər, etiqad, danışıq və əməldə düz olanlar, itaət edənlər, (mallarını) Allah yolunda xərcləyənlər və səhərlər bağışlanma diləyənlərdirlər.
18 Ali-İmran Surəsi, Ayə 18

شَهِدَ ٱللَّهُ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا هُوَ وَٱلْمَلَٰٓئِكَةُ وَأُو۟لُوا۟ ٱلْعِلْمِ قَآئِمًۢا بِٱلْقِسْطِ ۚ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Şahidal lahu annahu la ilaha illa Huva valmala'ikatu va ulul 'ilmi qa'imam bilqist; la ilaha illa Huval 'Azizul Hakim
Mişkini Tərcüməsi: Allah (əzəldən Öz elmi ilə, dünyanı yaratdıqdan sonra Öz yaradılış qüdrəti ilə və daha sonra peyğəmbərlərin, ağılın və səmavi kitabların dili ilə) ədalətə əsaslanaraq (və işlərini ədalət üzərində möhkəmləndirərək) Ondan başqa bir məbudun olmamasına şəhadət verdi. Həmçinin mələklər və elm sahibləri (də şəhadət verdilər). (Bəli,) Ondan başqa bir məbud yoxdur. Yenilməz qüdrət və (xilqət və şəriətdə) möhkəm yaradılış sahibidir.
19 Ali-İmran Surəsi, Ayə 19

إِنَّ ٱلدِّينَ عِندَ ٱللَّهِ ٱلْإِسْلَٰمُ ۗ وَمَا ٱخْتَلَفَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ إِلَّا مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْعِلْمُ بَغْيًۢا بَيْنَهُمْ ۗ وَمَن يَكْفُرْ بِـَٔايَٰتِ ٱللَّهِ فَإِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ ﴿19﴾

Oxunuşu (Transkripsiya): Innad dina 'indal lahil Islam; va maxtalafal lazina utul Kitaba illa mim ba'di ma ca'ahumul 'ilmu bağyam bainahum; va mai yakfur bi Aayatil lahi fa innal laha sari'ul hisab
Mişkini Tərcüməsi: Şübhəsiz, (peyğəmbərlərin gətirdikləri və şəriət şəklində bəşəriyyətə təqdim etdikləri həqiqi) din Allah yanında həmin İslamdır. (Yəhudi və xaçpərəstlər kimi) (səma) kitab(ı) verilmiş kəslər yalnız, onlara (işin həqiqəti barəsində) elm gəldikdən sonra, (özü də) həsəd və təkəbbür ucbatından (öz dinlərində) ixtilafa düşdülər. Kim Allahın ayələrinə kafir olsa, (bilsin ki,) Allah tez hesab çəkəndir.
20 Ali-İmran Surəsi, Ayə 20

فَإِنْ حَآجُّوكَ فَقُلْ أَسْلَمْتُ وَجْهِىَ لِلَّهِ وَمَنِ ٱتَّبَعَنِ ۗ وَقُل لِّلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ وَٱلْأُمِّيِّۦنَ ءَأَسْلَمْتُمْ ۚ فَإِنْ أَسْلَمُوا۟ فَقَدِ ٱهْتَدَوا۟ ۖ وَّإِن تَوَلَّوْا۟ فَإِنَّمَا عَلَيْكَ ٱلْبَلَٰغُ ۗ وَٱللَّهُ بَصِيرٌۢ بِٱلْعِبَادِ ﴿20﴾

Oxunuşu (Transkripsiya): Fa in haccuka faqul aslamtu vachiya lillahi va manit taba'an; va qul lillazina utul Kitaba val ummiyyina 'a-aslamtum; fa in aslamu faqadih tadav va in tavallav fa innama 'alaikal balağ; vallahu basirum bil 'ibad
Mişkini Tərcüməsi: Odur ki, əgər səninlə mübahisə edərək höcətləşsələr de: «Mən vücudumu Allaha təslim etmişəm və həmçinin, mənə tabe olanlar (da özlərini təslim ediblər)!» Və (səmavi) kitab verilmiş kəslərə və savadsızlara (kitabsız müşriklərə) de: «İslamı qəbul etmisiniz?» Beləliklə, əgər İslamı qəbul etsələr mütləq hidayət olunublar və əgər arxa çevirsələr, onda sənin vəzifən (öz vaxtı olan vuruşma və ya Allaha aid olan cəzalandırma deyil) yalnız (peyğəmbərliyi və ondan doğan vəzifələri) çatdırmaqdır. Allah Öz bəndələrini görəndir.
21 Ali-İmran Surəsi, Ayə 21

إِنَّ ٱلَّذِينَ يَكْفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَيَقْتُلُونَ ٱلنَّبِيِّۦنَ بِغَيْرِ حَقٍّۢ وَيَقْتُلُونَ ٱلَّذِينَ يَأْمُرُونَ بِٱلْقِسْطِ مِنَ ٱلنَّاسِ فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ ﴿21﴾

Oxunuşu (Transkripsiya): Innal lazina yakfuruna bi Aayatil lahi va yaqtulunan Nabiyyina biğairi haqqinv va yaqtulunal lazina yamuruna bilqisti minannasi fabaşirhum bi'azabin alim
Mişkini Tərcüməsi: Həqiqətən, Allahın ayələrini inkar edənləri, peyğəmbərləri nahaq yerə öldürənləri və camaat içərisindən ədalətə dəvət edənləri qətlə yetirənləri ağrılı bir əzabla müjdələ.
22 Ali-İmran Surəsi, Ayə 22

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ حَبِطَتْ أَعْمَٰلُهُمْ فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ ﴿22﴾

Oxunuşu (Transkripsiya): Ula'ikal lazina habitat a'maluhum fid dunya val Aaxirati va ma lahum min nasirin
Mişkini Tərcüməsi: Onlar (xeyir) əməlləri dünyada və axirətdə puça çıxmış və heç olmuş kəslərdir (onların xeyir əməllərinin dünyada yaxşı bir izi, axirətdə də savabı yoxdur). Onların (axirətdə şəfaət edəcək) bir kömək edənləri də olmayacaqdır.
23 Ali-İmran Surəsi, Ayə 23

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُوا۟ نَصِيبًۭا مِّنَ ٱلْكِتَٰبِ يُدْعَوْنَ إِلَىٰ كِتَٰبِ ٱللَّهِ لِيَحْكُمَ بَيْنَهُمْ ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٌۭ مِّنْهُمْ وَهُم مُّعْرِضُونَ ﴿23﴾

Oxunuşu (Transkripsiya): Alam tara ilal lazina utu nasibam minal Kitabi yud'avna ila Kitabil lahi liyahkuma bainahum summa yatavalla fariqum minhum va hum mu'ridun
Mişkini Tərcüməsi: (Səmavi) kitabdan (Tövrat və İncildən) bir pay verilmiş şəxsləri görmədinmi ki, aralarında (Həzrət Muhəmmədin (s) peyğəmbərliyi, yaxud «daşqalaq» hökmü barəsində) hökm çıxarmaq üçün Allahın kitabına (Qurana və ya Tövrata) dəvət olunurlar, sonra onların bir qismi (haqdan) üz döndərmək olan adətləri üzrə üz çevirirlər?!
24 Ali-İmran Surəsi, Ayə 24

ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا۟ لَن تَمَسَّنَا ٱلنَّارُ إِلَّآ أَيَّامًۭا مَّعْدُودَٰتٍۢ ۖ وَغَرَّهُمْ فِى دِينِهِم مَّا كَانُوا۟ يَفْتَرُونَ ﴿24﴾

Oxunuşu (Transkripsiya): Zalika bi annahum qalu lan tamassanan naru illa ayyamam ma'dudatinv va ğarrahum fi dinihim ma kanu yaftarun
Mişkini Tərcüməsi: Bu onların «(axirətdə Cəhənnəm) od(u) bizə bir neçə gündən artıq əsla dəyməz» demələrinə görədir. (Onların yəhudilərin cəhənnəmdə babalarının buzova sitayiş etdikləri günlərin sayı qədər qalacağı barəsində) uydurduqları iftira onları dinlərində aldatmışdır.
25 Ali-İmran Surəsi, Ayə 25

فَكَيْفَ إِذَا جَمَعْنَٰهُمْ لِيَوْمٍۢ لَّا رَيْبَ فِيهِ وَوُفِّيَتْ كُلُّ نَفْسٍۢ مَّا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ ﴿25﴾

Oxunuşu (Transkripsiya): Fakaifa iza cama'nahum li Yavmil la raiba fi va vuffiyat kullu nafsim ma kasabat va hum la yuzlamun
Mişkini Tərcüməsi: Belə isə, barəsində heç bir şəkk-şübhə olmayan bir gündə onları topladığımız və hər kəsə kəsb etdiyinin əvəzi (və ya əməlin zahiri təcəssümü) tam və kamil şəkildə - onlara zülm olunmadan, mükafatlarından kəsilmədən və cəzaları artırılmadan verilən zaman halları necə olacaq?
26 Ali-İmran Surəsi, Ayə 26

قُلِ ٱللَّهُمَّ مَٰلِكَ ٱلْمُلْكِ تُؤْتِى ٱلْمُلْكَ مَن تَشَآءُ وَتَنزِعُ ٱلْمُلْكَ مِمَّن تَشَآءُ وَتُعِزُّ مَن تَشَآءُ وَتُذِلُّ مَن تَشَآءُ ۖ بِيَدِكَ ٱلْخَيْرُ ۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿26﴾

Oxunuşu (Transkripsiya): Qulil lahumma Malikal Mulki tu'til mulka man taşa'u va tanzi'ulmulka mimman taşha'u va tu'izzu man taşa'u va tuzillu man taşa'u biyadikal xairu innaka 'ala kulli şai'in Qadir
Mişkini Tərcüməsi: De: «Allahım! Ey hər bir mülkün həqiqi sahibi! Ey bütün hökumətlər üzərində mütləq hakim! İstədiyin kəsə hökmdarlıq verir və istədiyin kəsdən hökmdarlığı alırsan, istədiyinə izzət verir və istədiyini xar edirsən! Xeyir(in həqiqəti) Sənin əlindədir. Doğrudan da Sən hər bir şeyə qadirsən».
27 Ali-İmran Surəsi, Ayə 27

تُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَتُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ ۖ وَتُخْرِجُ ٱلْحَىَّ مِنَ ٱلْمَيِّتِ وَتُخْرِجُ ٱلْمَيِّتَ مِنَ ٱلْحَىِّ ۖ وَتَرْزُقُ مَن تَشَآءُ بِغَيْرِ حِسَابٍۢ ﴿27﴾

Oxunuşu (Transkripsiya): Tulicul laila fin nahari va tulicun nahara fil laili va tuxricul haiya minalmaiyiti va tuxriculo maiyita minal haiyi va tarzuqu man taşa'u biğari hisab
Mişkini Tərcüməsi: «Gecəni gündüzə və gündüzü gecəyə qatırsan (qışın əvvəlindən yayın əvvəlinə kimi gecənin bir hissəsini tədricən gündüzə daxil edir və yayın əvvəlindən qışın əvvəlinə kimi həmin miqdarı gecəyə daxil edirsən) və ölüdən diri və diridən ölü çıxarırsan (cansız təbiətdən bitki, nütfədən heyvan, kafirdən mömin və ya əksinə mömindən kafir çıxarırsan). Və istədiyinə hesabsız (saysız miqdarda, layiq olmasa belə və əvəzsiz olaraq) ruzi verirsən».
28 Ali-İmran Surəsi, Ayə 28

لَّا يَتَّخِذِ ٱلْمُؤْمِنُونَ ٱلْكَٰفِرِينَ أَوْلِيَآءَ مِن دُونِ ٱلْمُؤْمِنِينَ ۖ وَمَن يَفْعَلْ ذَٰلِكَ فَلَيْسَ مِنَ ٱللَّهِ فِى شَىْءٍ إِلَّآ أَن تَتَّقُوا۟ مِنْهُمْ تُقَىٰةًۭ ۗ وَيُحَذِّرُكُمُ ٱللَّهُ نَفْسَهُۥ ۗ وَإِلَى ٱللَّهِ ٱلْمَصِيرُ ﴿28﴾

Oxunuşu (Transkripsiya): La yattaxizil mu'minunal kafirina avliya'a min dunil mu'minina va mai yaf'al zalika falaisa minal lahi fi şai'in illa an tattaqu minhum tuqah; va yuhazzirukumul lahu nafsah; va ilal lahil masir
Mişkini Tərcüməsi: Möminlər möminlərin yerinə kafirləri dost, köməkçi və başçı götürməməlidirlər. Hər kim belə etsə – onlardan bir növ təqiyyə etməyiniz istisna olmaqla – (onun) Allahla heç bir əlaqəsi yoxdur. Allah sizi Özündən (əzabından) çəkindirir. (Bütün canlıların) qayıdış(ı) Allaha tərəfdir.
29 Ali-İmran Surəsi, Ayə 29

قُلْ إِن تُخْفُوا۟ مَا فِى صُدُورِكُمْ أَوْ تُبْدُوهُ يَعْلَمْهُ ٱللَّهُ ۗ وَيَعْلَمُ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿29﴾

Oxunuşu (Transkripsiya): Qul in tuxfu ma fi sudurikum av tubduhu ya'lamhul lah; va ya'lamu ma fis samavati va ma fil ard; vallahu 'ala kulli şai'in Qadir
Mişkini Tərcüməsi: De: «Əgər sinələrinizdə olanı (fikir və qəlbinizdən keçirdiklərinizi, əqidələrinizi, hallarınızı və adətlərinizi) gizlətsəniz, yaxud (dil və əməllə) aşkar etsəniz, Allah onu bilir. Həmçinin göylərdə olanı da, yerdə olanı da bilir və Allah hər bir şeyə qadirdir».
30 Ali-İmran Surəsi, Ayə 30

يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍۢ مَّا عَمِلَتْ مِنْ خَيْرٍۢ مُّحْضَرًۭا وَمَا عَمِلَتْ مِن سُوٓءٍۢ تَوَدُّ لَوْ أَنَّ بَيْنَهَا وَبَيْنَهُۥٓ أَمَدًۢا بَعِيدًۭا ۗ وَيُحَذِّرُكُمُ ٱللَّهُ نَفْسَهُۥ ۗ وَٱللَّهُ رَءُوفٌۢ بِٱلْعِبَادِ ﴿30﴾

Oxunuşu (Transkripsiya): Yavma tacidu kullu nafsim ma'amilat min xairim muhdaranv va ma 'amilat min su'in tavaddu lav anna bainaha va bainahu amadam ba'ida; va yuhazzirukumul lahu nafsah; vallahu ra'ufum bil'ibad
Mişkini Tərcüməsi: Hər bir kəs (dünyada) yerinə yetirdiyi xeyir və etdiyi pis əməlləri hazır görəcəyi (həmin əməllərin eynilə Qiyamətə uyğun şəkildə mücəssəm olunacağı) gün arzu edəcək ki, kaş onunla pis əməlləri arasında uzun bir zaman fasiləsi olaydı (Qiyamət təxirə düşəydi). Allah sizi Özündən (Öz əzabından) çəkindirir. Allah Öz bəndələrinə şəfqətlidir.
31 Ali-İmran Surəsi, Ayə 31

قُلْ إِن كُنتُمْ تُحِبُّونَ ٱللَّهَ فَٱتَّبِعُونِى يُحْبِبْكُمُ ٱللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ ۗ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿31﴾

Oxunuşu (Transkripsiya): Qul in kuntum tuhibbunal laha fattabi' uni yuhbibkumul lahu va yağfir lakum zunubakum; vallahu Ğafurur Rahim
Mişkini Tərcüməsi: De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır».
32 Ali-İmran Surəsi, Ayə 32

قُلْ أَطِيعُوا۟ ٱللَّهَ وَٱلرَّسُولَ ۖ فَإِن تَوَلَّوْا۟ فَإِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْكَٰفِرِينَ ﴿32﴾

Oxunuşu (Transkripsiya): Qul ati'ul laha var Rasula fa in tavallav fa innal laha la yuhibbul kafirin
Mişkini Tərcüməsi: De: «Allaha və Onun peyğəmbərinə itaət edin». Beləliklə, əgər arxa çevirsələr, onda (bilsinlər ki,) həqiqətən, Allah kafirləri sevmir.
33 Ali-İmran Surəsi, Ayə 33

۞ إِنَّ ٱللَّهَ ٱصْطَفَىٰٓ ءَادَمَ وَنُوحًۭا وَءَالَ إِبْرَٰهِيمَ وَءَالَ عِمْرَٰنَ عَلَى ٱلْعَٰلَمِينَ ﴿33﴾

Oxunuşu (Transkripsiya): Innal lahas tafa Aadama va Nuhanv va Aala Ibrahima va Aala Imrana 'alal 'alamin
Mişkini Tərcüməsi: Həqiqətən, Allah Adəmi, Nuhu, İbrahimin ailəsini və İmranın ailəsini (öz zamanlarındakı) bütün aləmdəkilərdən üstün etdi.
34 Ali-İmran Surəsi, Ayə 34

ذُرِّيَّةًۢ بَعْضُهَا مِنۢ بَعْضٍۢ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ ﴿34﴾

Oxunuşu (Transkripsiya): Zurriyyatam ba'duha mim ba'd; vallahu Sami'un 'Alim
Mişkini Tərcüməsi: Bəzisi digər bəzisinin nəslindən olan övladlardırlar (fəzilətlər və üstünlüklər baxımından hamısı birdirlər). Allah eşidən və biləndir.
35 Ali-İmran Surəsi, Ayə 35

إِذْ قَالَتِ ٱمْرَأَتُ عِمْرَٰنَ رَبِّ إِنِّى نَذَرْتُ لَكَ مَا فِى بَطْنِى مُحَرَّرًۭا فَتَقَبَّلْ مِنِّىٓ ۖ إِنَّكَ أَنتَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿35﴾

Oxunuşu (Transkripsiya): Iz qalatim ra atu 'Imrana Rabbi inni nazartu laka ma fi batni muharraran fataqabbal minni innaka Antas Sami'ul 'Alim
Mişkini Tərcüməsi: (Yada sal) o zaman(ı) ki, İmranın zövcəsi dedi: «Ey Rəbbim, mən Sənə nəzir etmişəm ki, bətnimdə olan azad olsun (hər bir məşğuliyyətdən azad olaraq Beytül-Müqəddəsdə xidmət etməyə məxsus olsun). Odur ki, məndən qəbul et. Çünki Sən eşidən və bilənsən! (Beytül-Müqəddəsin xidmətçisi oğlan olmalı idi. İmranın zövcəsi də bətnindəkinin oğlan olmasını güman edirdi.)
36 Ali-İmran Surəsi, Ayə 36

فَلَمَّا وَضَعَتْهَا قَالَتْ رَبِّ إِنِّى وَضَعْتُهَآ أُنثَىٰ وَٱللَّهُ أَعْلَمُ بِمَا وَضَعَتْ وَلَيْسَ ٱلذَّكَرُ كَٱلْأُنثَىٰ ۖ وَإِنِّى سَمَّيْتُهَا مَرْيَمَ وَإِنِّىٓ أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ ٱلشَّيْطَٰنِ ٱلرَّجِيمِ ﴿36﴾

Oxunuşu (Transkripsiya): Falamma vaqa'asa qalat Rabbi inni vada'tuha unsa vallahu a'lamu bima vada'at va laisaz zakaru kalunsa va inni sammaituha Maryama va inni u'izuha bika va zurriyyataha minaş Şaitanir Racim
Mişkini Tərcüməsi: Beləliklə, elə ki, onu dünyaya gətirdi, dedi: «Ey Rəbbim, mən onu qız doğdum». Allah onun nə doğduğunu yaxşı bilirdi və (onun nəzərdə tutduğu) o oğlan (fəzilət baxımından) bu qız kimi deyil. «Və mən onun adını Məryəm qoydum. Əlbəttə, mən onu və onun övladını qovulmuş Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram».
37 Ali-İmran Surəsi, Ayə 37

فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٍۢ وَأَنۢبَتَهَا نَبَاتًا حَسَنًۭا وَكَفَّلَهَا زَكَرِيَّا ۖ كُلَّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا ٱلْمِحْرَابَ وَجَدَ عِندَهَا رِزْقًۭا ۖ قَالَ يَٰمَرْيَمُ أَنَّىٰ لَكِ هَٰذَا ۖ قَالَتْ هُوَ مِنْ عِندِ ٱللَّهِ ۖ إِنَّ ٱللَّهَ يَرْزُقُ مَن يَشَآءُ بِغَيْرِ حِسَابٍ ﴿37﴾

Oxunuşu (Transkripsiya): Fataqabbalaha Rabbuha biqabulin hasaninv va ambataha nabatan hasananv va kaffalaha Zakariyya kullama daxala 'alaiha Zakariyyal Mihraba vacada 'indaha rizqan qala ya Maryamu anna laki haza qalat huva min 'indil lahi innal laha yarzuqu mai yaşa'u biğairi hisab
Mişkini Tərcüməsi: Beləliklə, Rəbbi onu gözəl (şəkildə) qəbul etdi və bir yaxşı tərzdə yetişdirdi və onun (tərbiyəsinin) məsuliyyətini (xalasının əri) Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə mehraba onun yanına daxil olanda, onun yanında (başqa mövsümlərə aid) ruzi görürdi. (Bir gün) dedi: «Ey Məryəm, sənə bu ruzi haradandır?» Dedi: «O, Allah tərəfindəndir, çünki Allah istədiyinə hesabsız ruzi verir».
38 Ali-İmran Surəsi, Ayə 38

هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُۥ ۖ قَالَ رَبِّ هَبْ لِى مِن لَّدُنكَ ذُرِّيَّةًۭ طَيِّبَةً ۖ إِنَّكَ سَمِيعُ ٱلدُّعَآءِ ﴿38﴾

Oxunuşu (Transkripsiya): Hunalika da'a Zakariyya Rabbahu qala Rabbi hab li mil ladunka zurriyyatan taiyibatan innaka sami'ud du'a'
Mişkini Tərcüməsi: Zəkəriyya həmin vaxt, orada öz Rəbbini çağırdı və dedi: «Ey Rəbbim, Öz tərəfindən mənə pak olan bir övlad əta et ki, həqiqətən, Sən, duanı eşidənsən».
39 Ali-İmran Surəsi, Ayə 39

فَنَادَتْهُ ٱلْمَلَٰٓئِكَةُ وَهُوَ قَآئِمٌۭ يُصَلِّى فِى ٱلْمِحْرَابِ أَنَّ ٱللَّهَ يُبَشِّرُكَ بِيَحْيَىٰ مُصَدِّقًۢا بِكَلِمَةٍۢ مِّنَ ٱللَّهِ وَسَيِّدًۭا وَحَصُورًۭا وَنَبِيًّۭا مِّنَ ٱلصَّٰلِحِينَ ﴿39﴾

Oxunuşu (Transkripsiya): Fanadat hul mala'ikatu va huva qa'imuny yusalli fil Mihrabi annal laha yubaşşiruka bi Yahya musaddiqam bi Kalimatim minal lahi va saiyidanv va hasuranv va Nabiyyam minas salihin
Mişkini Tərcüməsi: Beləliklə, mələklər onu öz mehrabında namaz və dua üçün durduğu halda səslədilər ki: «Allah səni Yəhya (adlı bir övlad) ilə müjdələyir ki, o, Allah tərfindən olan kəlməni (İsanı) təsdiq edən, (öz qövmünün) böyük və rəhbər(i), (bütün batil işlərdən) çəkinən və ləyaqətlilərin nəslindən olan bir peyğəmbərdir».
40 Ali-İmran Surəsi, Ayə 40

قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِى غُلَٰمٌۭ وَقَدْ بَلَغَنِىَ ٱلْكِبَرُ وَٱمْرَأَتِى عَاقِرٌۭ ۖ قَالَ كَذَٰلِكَ ٱللَّهُ يَفْعَلُ مَا يَشَآءُ ﴿40﴾

Oxunuşu (Transkripsiya): Qala Rabbi anna yakunu li ğulamunv va qad balağaniyal kibaru vamrati 'aqirun qala kazalikal lahu yaf'alu ma yaşa'
Mişkini Tərcüməsi: (Zəkəriyya) dedi: «Ey Rəbbim, qocalığın (gəlib) mənə çatdığı və zövcəmin qısır olduğu halda mənim necə oğlum ola bilər?!» Dedi: «Elədir, (amma) Allah istədiyini edir».
41 Ali-İmran Surəsi, Ayə 41

قَالَ رَبِّ ٱجْعَل لِّىٓ ءَايَةًۭ ۖ قَالَ ءَايَتُكَ أَلَّا تُكَلِّمَ ٱلنَّاسَ ثَلَٰثَةَ أَيَّامٍ إِلَّا رَمْزًۭا ۗ وَٱذْكُر رَّبَّكَ كَثِيرًۭا وَسَبِّحْ بِٱلْعَشِىِّ وَٱلْإِبْكَٰرِ ﴿41﴾

Oxunuşu (Transkripsiya): Qala Rabbic 'al li Aayatan qala Aayatuka alla tukalliman nasa salasata ayyamin illa ramza; vzkur Rabbaka kasiranv va sabbih bil'aşiyyi val ibkar
Mişkini Tərcüməsi: Dedi: «Ey Rəbbim, (bu müjdənin şeytanın vəsvəsəsi deyil, Sənin tərəfindən olmasını və ya zövcəmin hamilə olduğunu bilməyim üçün) mənə bir nişanə müəyyənləşdir». Dedi: «Sənin nişanən budur ki, üç gün camaatla yalnız rəmz və işarə ilə danışa biləcəksən. Və öz Rəbbini çox zikr et, axşam və səhər çağı pak sifətlərlə mədh edərək müqəddəs bil!»
42 Ali-İmran Surəsi, Ayə 42

وَإِذْ قَالَتِ ٱلْمَلَٰٓئِكَةُ يَٰمَرْيَمُ إِنَّ ٱللَّهَ ٱصْطَفَىٰكِ وَطَهَّرَكِ وَٱصْطَفَىٰكِ عَلَىٰ نِسَآءِ ٱلْعَٰلَمِينَ ﴿42﴾

Oxunuşu (Transkripsiya): Va iz qalatil mala'ikatu ya Ya Maryamu innal lahas tafaki va tahharaki vastafaki 'ala nisa'il 'alamin
Mişkini Tərcüməsi: Və (yada sal) o zaman(ı) ki, mələklər dedilər: «Ey Məryəm, həqiqətən, Allah səni seçib, paklaşdırıb və (Beytül-Müqəddəsdə xidmət etmək, ruzinin səmadan gəlməsi, mələk ilə söhbət etmək və dünyaya atasız övlad gətirmək şərəfinə nail olduğun üçün öz əsrində) aləmdəki bütün qadınlardan üstün edib.
43 Ali-İmran Surəsi, Ayə 43

يَٰمَرْيَمُ ٱقْنُتِى لِرَبِّكِ وَٱسْجُدِى وَٱرْكَعِى مَعَ ٱلرَّٰكِعِينَ ﴿43﴾

Oxunuşu (Transkripsiya): Ya Maryamuq nuti li Rabbiki vascudi varka'i ma'ar raki'in
Mişkini Tərcüməsi: «Ey Məryəm, öz Rəbbinə təvazökarlıq et (namaz qıl və bütün əməlləri yalnız Ona görə yerinə yetir), səcdə et və ruku edənlərlə birgə ruku et (namaz qılanlarla birgə namaz qıl).
44 Ali-İmran Surəsi, Ayə 44

ذَٰلِكَ مِنْ أَنۢبَآءِ ٱلْغَيْبِ نُوحِيهِ إِلَيْكَ ۚ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يُلْقُونَ أَقْلَٰمَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمَ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يَخْتَصِمُونَ ﴿44﴾

Oxunuşu (Transkripsiya): Zalika min amba'il ğaibi nuhihi ilaik; va ma kunta ladaihim iz yulquna aqlamahum ayyuhum yakfulu Maryama va ma kunta ladaihim iz yaxtasimun
Mişkini Tərcüməsi: Bu (hekayətlər), qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. (Yoxsa ki) sən onların Məryəmi kimin himayəyə götürməsi üçün qələmlərini (püşk məqsədi ilə suya) atdıqları zaman onların yanında deyildin. Həmçinin, onlar bir-birləri ilə (Məryəmi saxlamaq üçün) mübahisə və dava-dalaş etdikləri zaman (da sən) onların yanında deyildin.
45 Ali-İmran Surəsi, Ayə 45

إِذْ قَالَتِ ٱلْمَلَٰٓئِكَةُ يَٰمَرْيَمُ إِنَّ ٱللَّهَ يُبَشِّرُكِ بِكَلِمَةٍۢ مِّنْهُ ٱسْمُهُ ٱلْمَسِيحُ عِيسَى ٱبْنُ مَرْيَمَ وَجِيهًۭا فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ وَمِنَ ٱلْمُقَرَّبِينَ ﴿45﴾

Oxunuşu (Transkripsiya): Iz qalatil mala'ikatu ya Maryamu innal laha yubaşşiruki bi Kalimatim minhus muhul Masih u 'Eesab nu Maryama vacihan fid dunya val Aaxirati va minal muqarrabin
Mişkini Tərcüməsi: (Yada sal) o zaman(ı) ki, mələklər dedilər: «Ey Məryəm, həqiqətən, Allah sənə Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə (Onun «ol» deməyi ilə bətndə yaranan bir övlad) ilə müjdə verir ki, o, dünya və axirətdə cəlal və ehtiram sahibi və (Allah dərgahına) yaxınlardandır».
46 Ali-İmran Surəsi, Ayə 46

وَيُكَلِّمُ ٱلنَّاسَ فِى ٱلْمَهْدِ وَكَهْلًۭا وَمِنَ ٱلصَّٰلِحِينَ ﴿46﴾

Oxunuşu (Transkripsiya): Va yukallimun nasa filmahdi va kahlanv va minassalihin
Mişkini Tərcüməsi: «İnsanlarla beşikdə (möcüzə ilə) və yaşa dolduqda (vəhy əsasında) danışacaq və (o) salehlərdəndir».
47 Ali-İmran Surəsi, Ayə 47

قَالَتْ رَبِّ أَنَّىٰ يَكُونُ لِى وَلَدٌۭ وَلَمْ يَمْسَسْنِى بَشَرٌۭ ۖ قَالَ كَذَٰلِكِ ٱللَّهُ يَخْلُقُ مَا يَشَآءُ ۚ إِذَا قَضَىٰٓ أَمْرًۭا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ ﴿47﴾

Oxunuşu (Transkripsiya): Qalat Rabbi anna yakunu i valadunv va lam yamsasni başarun qala kazalikil lahu yaxluqu ma yaşa'; iza qada amran fa innama yaqulu lahu kun fayakun
Mişkini Tərcüməsi: (Məryəm) dedi: «Ey Rəbbim, mənə heç bir bəşərin toxunmadığı halda mənim necə övladım ola bilər?!» Dedi: «Elədir. Allah istədiyini yaradır, bir şeyin olmasını qəti şəkildə istəyəndə ona yalnız «ol» deyir, beləliklə (də həmin şey) dərhal olur».
48 Ali-İmran Surəsi, Ayə 48

وَيُعَلِّمُهُ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ ﴿48﴾

Oxunuşu (Transkripsiya): Va yu'allimuhul Kitaba val Hikmata vat Tavrata val Incil
Mişkini Tərcüməsi: Və ona (bütün peyğəmbərlərin səmavi) kitab(larını), şəriət hökmləri və əqli elmləri, həmçinin Tövrat və İncili öyrədəcək.
49 Ali-İmran Surəsi, Ayə 49

وَرَسُولًا إِلَىٰ بَنِىٓ إِسْرَٰٓءِيلَ أَنِّى قَدْ جِئْتُكُم بِـَٔايَةٍۢ مِّن رَّبِّكُمْ ۖ أَنِّىٓ أَخْلُقُ لَكُم مِّنَ ٱلطِّينِ كَهَيْـَٔةِ ٱلطَّيْرِ فَأَنفُخُ فِيهِ فَيَكُونُ طَيْرًۢا بِإِذْنِ ٱللَّهِ ۖ وَأُبْرِئُ ٱلْأَكْمَهَ وَٱلْأَبْرَصَ وَأُحْىِ ٱلْمَوْتَىٰ بِإِذْنِ ٱللَّهِ ۖ وَأُنَبِّئُكُم بِمَا تَأْكُلُونَ وَمَا تَدَّخِرُونَ فِى بُيُوتِكُمْ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ ﴿49﴾

Oxunuşu (Transkripsiya): Va Rasulan ila Bani Isra'ila anni qad ci'tukum bi Aayatim mir Rabbikum anni axluqu lakum minattini kahai 'atittairi fa anfuxu fihi fayakunu tairam bi iznil lahi va ubri'ul akmaha val abrasa va uhyil mavta bi iznil lahi va unabbi'ukum bima takuluna va ma taddaxiruna fi buyutikum; inna fi zalika la Aayatal lakum in kuntum mu'minin
Mişkini Tərcüməsi: Və bir peyğəmbər olaraq İsrail övladlarına (göndərəcək və o, onlara deyəcək) ki: «Mən sizə Rəbbiniz tərəfindən bir nişanə gətirmişəm; mən sizin üçün gildən quş surətində bir şey düzəldər, sonra ona üfürərəm, Allahın izni ilə quş olar; Allahın izni ilə anadangəlmə koru və cüzamı sağaldar, ölüləri dirildərəm və sizə evlərinizdə yediyiniz və yığıb saxladığınız şeylərdən xəbər verərəm. Həqiqətən, əgər mömin olsanız sizin üçün bunda (Allahın tovhidinə, elm və qüdrətinə, eləcə də mənim peyğəmbərliyimə dəlalət edən) nişanə vardır».
50 Ali-İmran Surəsi, Ayə 50

وَمُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَىَّ مِنَ ٱلتَّوْرَىٰةِ وَلِأُحِلَّ لَكُم بَعْضَ ٱلَّذِى حُرِّمَ عَلَيْكُمْ ۚ وَجِئْتُكُم بِـَٔايَةٍۢ مِّن رَّبِّكُمْ فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿50﴾

Oxunuşu (Transkripsiya): Va musaddiqal lima baina yadaiya minat Tavrati va liuhilla lakum ba'dal lazi hurrima 'alaikum; va ci'tukum bi Aayatim mir Rabbikum fattaqul laha va ati'un
Mişkini Tərcüməsi: «Özümdən əvvəlki Tövratı təsdiq edirəm və sizə haram olmuş şeylərin bəzisini (şənbə günü balıq ovlamağı, dəvə ətini, dördayaqlıların bədənlərinin yağını) halal etmək üçün (gəlmişəm). Və sizin üçün Rəbbiniz tərəfindən (öz peyğəmbərliyimə dair) nişanə gətirmişəm. Odur ki, Allahdan qorxun və mənə itaət edin».
51 Ali-İmran Surəsi, Ayə 51

إِنَّ ٱللَّهَ رَبِّى وَرَبُّكُمْ فَٱعْبُدُوهُ ۗ هَٰذَا صِرَٰطٌۭ مُّسْتَقِيمٌۭ ﴿51﴾

Oxunuşu (Transkripsiya): Innal laha Rabbi va Rabbukum fa'buduh; haza Siratum Mustaqim
Mişkini Tərcüməsi: «Şübhəsiz, Allah mənim Rəbbim və sizin Rəbbinizdir. Buna görə də Ona ibadət edin. Budur doğru yol!»
52 Ali-İmran Surəsi, Ayə 52

۞ فَلَمَّآ أَحَسَّ عِيسَىٰ مِنْهُمُ ٱلْكُفْرَ قَالَ مَنْ أَنصَارِىٓ إِلَى ٱللَّهِ ۖ قَالَ ٱلْحَوَارِيُّونَ نَحْنُ أَنصَارُ ٱللَّهِ ءَامَنَّا بِٱللَّهِ وَٱشْهَدْ بِأَنَّا مُسْلِمُونَ ﴿52﴾

Oxunuşu (Transkripsiya): Falamma ahassa 'Eesa minhumul kufra qala man ansari ilal lahi qalal Havariyyuna nahnu ansarul lahi amanna billahi vaşhad bi anna muslimun
Mişkini Tərcüməsi: Beləliklə, elə ki, İsa onlardan küfr hiss etdi (onların hamısının iman gətirməyəcəyini bildi, din üçün bir mərkəz müəyyənləşdirmək və onun sütunlarını, qoruyucularını möhkəmləndirmək məqsədi ilə) dedi: «Kimlərdir Allaha doğru (hərəkətdə) mənim köməkçilərim?» Həvarilər (onun ağ geyimli və nurani qəlbli xas dostları) dedilər: «Biz Allahın köməkçiləriyik; Allaha iman gətirdik və şəhadət ver ki, biz təslim olanlarıq».
53 Ali-İmran Surəsi, Ayə 53

رَبَّنَآ ءَامَنَّا بِمَآ أَنزَلْتَ وَٱتَّبَعْنَا ٱلرَّسُولَ فَٱكْتُبْنَا مَعَ ٱلشَّٰهِدِينَ ﴿53﴾

Oxunuşu (Transkripsiya): Rabbana amanna bima anzalta vattaba'nar Rasula faktubna ma'aş şahidin
Mişkini Tərcüməsi: «Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və bu Peyğəmbərinə tabe olduq. Odur ki, bizi(m adımızı dünyada tovhidin və əqidənin əsaslarına, axirətdə isə peyğəmbərlərin risaləti çatdırmalarına) şahid olanların zümrəsində yaz».
54 Ali-İmran Surəsi, Ayə 54

وَمَكَرُوا۟ وَمَكَرَ ٱللَّهُ ۖ وَٱللَّهُ خَيْرُ ٱلْمَٰكِرِينَ ﴿54﴾

Oxunuşu (Transkripsiya): Va makaru va makaral lahu vallahu xairul makirin
Mişkini Tərcüməsi: Və onlar (Bəni-İsrail kafirləri İsanı öldürmək və onun dinini məhv etmək üçün) hiylə işlətdilər və Allah da onların hiylələrinin cavabını verdi. Allah hiyləyə cavab verənlərin ən yaxşısıdır. (İsanın (ə) qətl planını cızanı onun, yəni həzrət İsanın surətinə saldı və dostları İsanın əvəzinə onu dara çəkdilər. Və Allah sonra İsanın dininə rəvac verdi.)
55 Ali-İmran Surəsi, Ayə 55

إِذْ قَالَ ٱللَّهُ يَٰعِيسَىٰٓ إِنِّى مُتَوَفِّيكَ وَرَافِعُكَ إِلَىَّ وَمُطَهِّرُكَ مِنَ ٱلَّذِينَ كَفَرُوا۟ وَجَاعِلُ ٱلَّذِينَ ٱتَّبَعُوكَ فَوْقَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ ۖ ثُمَّ إِلَىَّ مَرْجِعُكُمْ فَأَحْكُمُ بَيْنَكُمْ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ ﴿55﴾

Oxunuşu (Transkripsiya): Iz qalal lahu ya 'Eesa inni mutavaffika va rafi'uka ilaiya va mutah hiruka minal lazina kafaru va ca'ilul lazinattaba uka favqal lazina kafaru ila Yavmil Qiyamati summa ilaiya marci'ukum fa ahkumu bainakum fima kuntum fihi taxtalifun
Mişkini Tərcüməsi: (Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey İsa, həqiqətən, Mən səni (camaatın arasından) götürəcək, Özümə tərəf qaldıracaq, küfr edən kəslərdən (onların cəmiyyətlərinin çirkinliklərindən) paklaşdıracaq və Qiyamətə kimi sənə tabe olanları (son ilahi islahatçının zühurunadək xristianları, ondan sonra isə müsəlmanları) kafirlərdən (yəhudilərdən) üstün edəcəyəm. Sonra isə sizin qayıdışınız (axirətdə) Mənə tərəfdir. Beləliklə, sizin aranızda haqqında ixtilafda olduğunuz şey barəsində hökm çıxaracağam».
56 Ali-İmran Surəsi, Ayə 56

فَأَمَّا ٱلَّذِينَ كَفَرُوا۟ فَأُعَذِّبُهُمْ عَذَابًۭا شَدِيدًۭا فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ ﴿56﴾

Oxunuşu (Transkripsiya): Fa ammal lazina kafaru fa u'az zibuhum 'azaban şadidan fiddunya val Aaxirati va ma lahum min nasirin
Mişkini Tərcüməsi: «Kafirlərə gəldikdə isə onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm və onların heç bir köməkçisi olmayacaqdır».
57 Ali-İmran Surəsi, Ayə 57

وَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ ۗ وَٱللَّهُ لَا يُحِبُّ ٱلظَّٰلِمِينَ ﴿57﴾

Oxunuşu (Transkripsiya): Va ammal lazina amanu va 'amilus salihati fa yuvaffihim ucurahum; vallahu la yuhibbuz zalimin
Mişkini Tərcüməsi: «İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını kamil şəkildə verəcəkdir. Allah zalımları sevmir».
58 Ali-İmran Surəsi, Ayə 58

ذَٰلِكَ نَتْلُوهُ عَلَيْكَ مِنَ ٱلْءَايَٰتِ وَٱلذِّكْرِ ٱلْحَكِيمِ ﴿58﴾

Oxunuşu (Transkripsiya): Zalika natluhu 'alaika minal Aayati va Zikril Hakim
Mişkini Tərcüməsi: Sənə oxuduğumuz bu (hekayət), (sənin peyğəmbərliyinin doğruluğuna dəlalət edən) nişanə və ayələrdən, həmçinin bu yada salan və hikmətli kitabdandır.
59 Ali-İmran Surəsi, Ayə 59

إِنَّ مَثَلَ عِيسَىٰ عِندَ ٱللَّهِ كَمَثَلِ ءَادَمَ ۖ خَلَقَهُۥ مِن تُرَابٍۢ ثُمَّ قَالَ لَهُۥ كُن فَيَكُونُ ﴿59﴾

Oxunuşu (Transkripsiya): Inna masala 'Eesa 'indal lahi kamasali Aadama xalaqahu min turabin summa qala lahu kun fayakun
Mişkini Tərcüməsi: Həqiqətən, Allah yanında İsanın hekayəti, (yaradılışının necəliyi baxımından) Adəmin hekayəti kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona «(canlı insan) ol!» dedi, o da oldu. (Sanki sən onun olmasını görürdün. Əlbəttə, Adəmin cüssəsi çöldə, İsanınkı isə ana bətnində yaradıldı və onların hər ikisi Allahın əzəli əmri ilə, atasız insan oldular. Əgər belə bir iş allahlığa dəlalət edirsə, onda gərək onların hər ikisi allah olsunlar.)
60 Ali-İmran Surəsi, Ayə 60

ٱلْحَقُّ مِن رَّبِّكَ فَلَا تَكُن مِّنَ ٱلْمُمْتَرِينَ ﴿60﴾

Oxunuşu (Transkripsiya): Alhaqqu mir Rabbika fala takum minal mumtarin
Mişkini Tərcüməsi: (Bu mətləb) sənin Rəbbin tərəfindən olan sabit bir həqiqətdir. Odur ki, əsla şübhə edənlərdən olma!
61 Ali-İmran Surəsi, Ayə 61

فَمَنْ حَآجَّكَ فِيهِ مِنۢ بَعْدِ مَا جَآءَكَ مِنَ ٱلْعِلْمِ فَقُلْ تَعَالَوْا۟ نَدْعُ أَبْنَآءَنَا وَأَبْنَآءَكُمْ وَنِسَآءَنَا وَنِسَآءَكُمْ وَأَنفُسَنَا وَأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَتَ ٱللَّهِ عَلَى ٱلْكَٰذِبِينَ ﴿61﴾

Oxunuşu (Transkripsiya): Faman haccaka fihi mim ba'di ma ca'aka minal 'ilmi faqul ta'alav nad'u abna'ana va abna'akum va nisa'ana va nisa'akum va anfusana va anfusakum summa nabtahil fanac'al la'natal lahi 'alal kazibin
Mişkini Tərcüməsi: Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih (ə) haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: «Gəlin, biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq. (Peyğəmbər bu hadisədə imam Həsənlə İmam Hüseyni oğulları, Fatiməni qadın və Əlini canı kimi «mübahilə»yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular.)
62 Ali-İmran Surəsi, Ayə 62

إِنَّ هَٰذَا لَهُوَ ٱلْقَصَصُ ٱلْحَقُّ ۚ وَمَا مِنْ إِلَٰهٍ إِلَّا ٱللَّهُ ۚ وَإِنَّ ٱللَّهَ لَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿62﴾

Oxunuşu (Transkripsiya): Inna haza lahuval qasasul haqq; va ma min ilahin illal lah; va innal laha la Huval 'Azizul Hakim
Mişkini Tərcüməsi: Şübhəsiz, (Həzrət Məsihin) haqq olan hekayət(i) budur. Allahdan başqa bir məbud yoxdur və əlbəttə ki, Allahdır yenilməz qüdrət və hikmət sahibi!
63 Ali-İmran Surəsi, Ayə 63

فَإِن تَوَلَّوْا۟ فَإِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِٱلْمُفْسِدِينَ ﴿63﴾

Oxunuşu (Transkripsiya): Fa in tavallav fa innal laha'alimun bil mufsidin
Mişkini Tərcüməsi: Buna görə də əgər üz döndərsələr, şübhəsiz, Allah fəsad törədənləri (onların halını) biləndir.
64 Ali-İmran Surəsi, Ayə 64

قُلْ يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ تَعَالَوْا۟ إِلَىٰ كَلِمَةٍۢ سَوَآءٍۭ بَيْنَنَا وَبَيْنَكُمْ أَلَّا نَعْبُدَ إِلَّا ٱللَّهَ وَلَا نُشْرِكَ بِهِۦ شَيْـًۭٔا وَلَا يَتَّخِذَ بَعْضُنَا بَعْضًا أَرْبَابًۭا مِّن دُونِ ٱللَّهِ ۚ فَإِن تَوَلَّوْا۟ فَقُولُوا۟ ٱشْهَدُوا۟ بِأَنَّا مُسْلِمُونَ ﴿64﴾

Oxunuşu (Transkripsiya): Qul ya Ahlal Kitabi ta'alav ila Kalimatin sava'im bainana va bainakum alla na'buda illal laha va la nuşrika bihi şai'anv va la yattaxiza ba'duna ba'dan arbabam min dunil lah; fa in tavallav faquluş hadu bi anna muslimun
Mişkini Tərcüməsi: De: «Ey kitab əhli, gəlin bizimlə sizin aranızda bir olan kəlmə (barəsində peyğəmbərlərin və səmavi kitabların yekdil olduqları söz) ətrafında toplanaq (və o budur ki): Allahdan başqasına ibadət etməyək, heç bir şeyi Ona şərik qoşmayaq və bəzilərimiz Allahın yerinə bəzilərimizi tanrılar qəbul etməsin. Beləliklə, əgər (bu təklifdən) üz döndərsələr deyin: «Şahid olun ki, həqiqətən, biz müsəlmanlarıq».
65 Ali-İmran Surəsi, Ayə 65

يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لِمَ تُحَآجُّونَ فِىٓ إِبْرَٰهِيمَ وَمَآ أُنزِلَتِ ٱلتَّوْرَىٰةُ وَٱلْإِنجِيلُ إِلَّا مِنۢ بَعْدِهِۦٓ ۚ أَفَلَا تَعْقِلُونَ ﴿65﴾

Oxunuşu (Transkripsiya): Ya Ahlal Kitabi lima tuhaccuna fi Ibrahima va ma unzilatit Tavratu val Incilu illa mim ba'dih; afala ta'qilun
Mişkini Tərcüməsi: Ey kitab əhli, nə üçün İbrahim barəsində mübahisə edirsiniz? (Sizlərdən hər biriniz deyir ki, o bizim dinimizdə olub) halbuki Tövrat da, İncil də yalnız ondan sonra nazil olmuşdur! Heç düşünmürsünüz?!
66 Ali-İmran Surəsi, Ayə 66

هَٰٓأَنتُمْ هَٰٓؤُلَآءِ حَٰجَجْتُمْ فِيمَا لَكُم بِهِۦ عِلْمٌۭ فَلِمَ تُحَآجُّونَ فِيمَا لَيْسَ لَكُم بِهِۦ عِلْمٌۭ ۚ وَٱللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ ﴿66﴾

Oxunuşu (Transkripsiya): Ha antum ha'ula'i bacactum fima lakum bihi 'ilmun falima tuhaccuna fima laisa lakum bihi 'ilm; vallahu ya'lamu va antum la ta'lamun
Mişkini Tərcüməsi: Budur, siz ki, (hələ) elminiz olan şey barəsində bir-birinizlə mübahisə edirdiniz (məsələn yəhudilər xristianlarla İsanın Allah olmaması və «üç üqnuma» nəzəriyyəsinin puç olması barəsində, həmçinin xristianların yəhudilərlə İsanın peyğəmbərliyə göndərilməsi və peyğəmbərliyi barəsində mübahisə edirdilər), bəs nə üçün bir-birinizlə (İbrahimin yəhudi, yaxud xristian olması kimi) elminiz olmayan şey barəsində mübahisə edirsiniz?! Allah bilir, siz isə bilmirsiniz.
67 Ali-İmran Surəsi, Ayə 67

مَا كَانَ إِبْرَٰهِيمُ يَهُودِيًّۭا وَلَا نَصْرَانِيًّۭا وَلَٰكِن كَانَ حَنِيفًۭا مُّسْلِمًۭا وَمَا كَانَ مِنَ ٱلْمُشْرِكِينَ ﴿67﴾

Oxunuşu (Transkripsiya): Ma kana Ibrahimu Yahudiyyanv va la Nasra niyyanv va lakin kana Hanifam Muslimanv va ma kana minal muşrikin
Mişkini Tərcüməsi: İbrahim nə yəhudi idi, nə də xristian, lakin Allaha təslim olan haqpərəst idi. Həmçinin, müşriklərdən (də) deyildi.
68 Ali-İmran Surəsi, Ayə 68

إِنَّ أَوْلَى ٱلنَّاسِ بِإِبْرَٰهِيمَ لَلَّذِينَ ٱتَّبَعُوهُ وَهَٰذَا ٱلنَّبِىُّ وَٱلَّذِينَ ءَامَنُوا۟ ۗ وَٱللَّهُ وَلِىُّ ٱلْمُؤْمِنِينَ ﴿68﴾

Oxunuşu (Transkripsiya): Inna avlan nasi bi Ibrahima lallazinat taba 'uhu va hazan nabiyyu vallazina amanu; vallahu valiyyul mu'minin
Mişkini Tərcüməsi: Əlbəttə, insanların (şəriətin əsasları və qolları baxımından) İbrahimə ən yaxını (onun şəriətinin hakim olduğu zamanda) ona tabe olanlar və həmçinin, bu Peyğəmbər (Muhəmməd (s)) və (ona) iman gətirən kəslərdir. Allah möminlərin yardımçısı və başçısıdır.
69 Ali-İmran Surəsi, Ayə 69

وَدَّت طَّآئِفَةٌۭ مِّنْ أَهْلِ ٱلْكِتَٰبِ لَوْ يُضِلُّونَكُمْ وَمَا يُضِلُّونَ إِلَّآ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ ﴿69﴾

Oxunuşu (Transkripsiya): Vaddat ta'ifatum min Ahlil Kitabi lav yudil lunakum va ma yudilluna illa anfusahum va ma yaş'urun
Mişkini Tərcüməsi: Kitab əhlinin bir dəstəsi sizi azdırmaq istəyir, halbuki onlar özlərindən başqa heç kimi azdırmırlar və (bunu) dərk (də) etmirlər (çünki, bu qəlbi və ya əməli istəyin günahı onların özlərini yaxalayacaqdır).
70 Ali-İmran Surəsi, Ayə 70

يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لِمَ تَكْفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَأَنتُمْ تَشْهَدُونَ ﴿70﴾

Oxunuşu (Transkripsiya): Ya Ahlal Kitabi lima takfuruna bi Aayatil lahi van antum taşadun
Mişkini Tərcüməsi: Ey kitab əhli, nə üçün Allahın (Tövrat və İncildə Muhəmməd (s) barəsində olan) ayələrinə kafir olursunuz, halbuki, özünüz şahidsiniz (bilirsiniz ki, həmin ayələr Allah tərəfindəndir)?!
71 Ali-İmran Surəsi, Ayə 71

يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لِمَ تَلْبِسُونَ ٱلْحَقَّ بِٱلْبَٰطِلِ وَتَكْتُمُونَ ٱلْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ ﴿71﴾

Oxunuşu (Transkripsiya): Ya Ahalal Kitabi lima talbisunal haqqa bilbatili va taktumunal haqqa va antum ta'lamun
Mişkini Tərcüməsi: Ey kitab əhli, nə üçün (həqiqətin nə olduğunu) bilə-bilə haqqı batilə qatışdıraraq onu şübhəli hala salır və haqqı gizlədirsiniz (həqiqətin gizlin qalması üçün Tövrat və İncilin ayələrini təhrif edərək onlara daxil edirsiniz)?!
72 Ali-İmran Surəsi, Ayə 72

وَقَالَت طَّآئِفَةٌۭ مِّنْ أَهْلِ ٱلْكِتَٰبِ ءَامِنُوا۟ بِٱلَّذِىٓ أُنزِلَ عَلَى ٱلَّذِينَ ءَامَنُوا۟ وَجْهَ ٱلنَّهَارِ وَٱكْفُرُوٓا۟ ءَاخِرَهُۥ لَعَلَّهُمْ يَرْجِعُونَ ﴿72﴾

Oxunuşu (Transkripsiya): Va qalat ta'ifatum min Ahlil Kitabi aminu billazi unzila 'alal lazina amanu vachan nahari vakfuru axirahu la'alla hum yarci'un
Mişkini Tərcüməsi: Və kitab əhlinin bir dəstəsi (onların alimləri, öz ardıcıllarına) dedilər: «İman gətirənlərə nazil olan şeylərə (Quran ayələrinə) günün əvvəlində iman gətirin, axırında ona kafir olun, bəlkə (öz dinlərindən) qayıdalar (çünki onlar sizi dindən agah və xəbərdar adamlar kimi tanıyırlar və sizin tərəddüd etməyinizlə onlar da tərəddüd edəcək, şəkk-şübhəyə düşəcəklər)».
73 Ali-İmran Surəsi, Ayə 73

وَلَا تُؤْمِنُوٓا۟ إِلَّا لِمَن تَبِعَ دِينَكُمْ قُلْ إِنَّ ٱلْهُدَىٰ هُدَى ٱللَّهِ أَن يُؤْتَىٰٓ أَحَدٌۭ مِّثْلَ مَآ أُوتِيتُمْ أَوْ يُحَآجُّوكُمْ عِندَ رَبِّكُمْ ۗ قُلْ إِنَّ ٱلْفَضْلَ بِيَدِ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ ۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌۭ ﴿73﴾

Oxunuşu (Transkripsiya): Va la tu'minu illa liman tabi'a dinakum qul innal huda hudal lahi ai yu'ta ahadum misla ma utitum av yuhaccukum 'inda Rabbikum, qul innal fadla biyadil lah; yu'tihi mai yaşa'; vallahu Vasi'un 'Alim
Mişkini Tərcüməsi: (Həmçinin dedilər): «Və sizin dininizə tabe olandan başqasına inanmayın (həqiqəti açıb deməyin) – de: «Əlbəttə hidayət, Allahın hidayətidir» – ki, məbadə sizə verilən(in) kiməsə veril(mə)sin(in mümkünlüyü məlum olsun) və yaxud onlar Rəbbinizin yanında sizinlə mübahisə etsinlər (edə bilsinlər. Bir sözlə, müsəlmanların da sizin kimi qiblə, din və haqq olan kitaba malik olmalarını və Qiyamətdə sizinlə mübahisə edəcəklərini etiraf etməyin)». De: «Fəzilət və rəhmət Allahın əlindədir, onu istədiyinə verir (və sizin hiylələriniz Allahın hidayət etdiyi şəxsin imanına mane ola bilməz). Allah (zat və sifət baxımından) geniş və (hər şeyi) biləndir».
74 Ali-İmran Surəsi, Ayə 74

يَخْتَصُّ بِرَحْمَتِهِۦ مَن يَشَآءُ ۗ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ ﴿74﴾

Oxunuşu (Transkripsiya): Yaxtassu birahmatihi mai yaşa'; vallahu zulfadil 'azim
Mişkini Tərcüməsi: İstədiyi kəsi Öz rəhmətinə məxsus edər. Allah böyük əta və bəxşiş sahibidir.
75 Ali-İmran Surəsi, Ayə 75

۞ وَمِنْ أَهْلِ ٱلْكِتَٰبِ مَنْ إِن تَأْمَنْهُ بِقِنطَارٍۢ يُؤَدِّهِۦٓ إِلَيْكَ وَمِنْهُم مَّنْ إِن تَأْمَنْهُ بِدِينَارٍۢ لَّا يُؤَدِّهِۦٓ إِلَيْكَ إِلَّا مَا دُمْتَ عَلَيْهِ قَآئِمًۭا ۗ ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا۟ لَيْسَ عَلَيْنَا فِى ٱلْأُمِّيِّۦنَ سَبِيلٌۭ وَيَقُولُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ وَهُمْ يَعْلَمُونَ ﴿75﴾

Oxunuşu (Transkripsiya): Va min Ahlil Kitabi man in tamanhu biqintariny yu'addihi ilaika va minhum man in tamanhu bidinaril la yu'addihi ilaika illa ma dumta 'alaihi qa' ima; zalika biannahum qalu laisa 'alaina fil ummiyyina sabilunv va yaquluna 'alal lahil kaziba va hum ya'lamun
Mişkini Tərcüməsi: Kitab əhlindən eləsi var ki, əgər ona çoxlu malı əmanət tapşırsan, onu sənə qaytarar. Həmçinin onlardan eləsi (də) vardır ki, əgər ona bircə dinarı tapşırsan, daim başı üstündə dayanmayınca (və öz malını ondan tələb etməyincə), onu sənə qaytarmaz! Bu onların «savadsızların (yəhudi olmayanların) bizə bir yolu (bizdən bir şey tələb etmək hüquqları) yoxdur» demələrinə (bu əqidədə olmalarına) görədir. Onlar (öz sözlərinin puç olmasını) bilə-bilə Allaha yalan nisbət verirlər.
76 Ali-İmran Surəsi, Ayə 76

بَلَىٰ مَنْ أَوْفَىٰ بِعَهْدِهِۦ وَٱتَّقَىٰ فَإِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُتَّقِينَ ﴿76﴾

Oxunuşu (Transkripsiya): Bala man avfa bi'ahdihi vattaqa fainnal laha yuhibbul muttaqin
Mişkini Tərcüməsi: Xeyr, (müsəlmanların sizin üzərinizdə haqları var, çünki) kim öz(ünün dinə sadiq qalmaq barəsindəki) əhdinə vəfa etsə və təqvalı olsa, şübhəsiz, Allah da təqvalıları sevir (və Allahın dostunun başqaları üzərində haqqı vardır).
77 Ali-İmran Surəsi, Ayə 77

إِنَّ ٱلَّذِينَ يَشْتَرُونَ بِعَهْدِ ٱللَّهِ وَأَيْمَٰنِهِمْ ثَمَنًۭا قَلِيلًا أُو۟لَٰٓئِكَ لَا خَلَٰقَ لَهُمْ فِى ٱلْءَاخِرَةِ وَلَا يُكَلِّمُهُمُ ٱللَّهُ وَلَا يَنظُرُ إِلَيْهِمْ يَوْمَ ٱلْقِيَٰمَةِ وَلَا يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ ﴿77﴾

Oxunuşu (Transkripsiya): Innal lazina yaştaruna bi'ahdil lahi va aymanihim samanan qalilan ula'ika la xalaqa lahum fil Aaxirati va la yukallimuhumul lahu va la yanzuru ilaihim Yavmal Qiyamati va la yuzakkihim va lahum 'azabun 'alim
Mişkini Tərcüməsi: Həqiqətən, öz əhd-peymanları və andları(nı – dini qəbul etmək barəsində olan əhd-peymanlarını və haqqa kömək üçün olan andlarını pozmaq) müqabilində ucuz bir qazanc (vəzifə və mal) əldə edən kəslərin axirətdə bir payları yoxdur. Həmçinin Allah onlarla danışmayacaq, Qiyamət günü onlara (rəhmət) nəzər(i) salmayacaq, onları paklaşdırmayacaq və onlar üçün ağrılı bir əzab olacaqdır.
78 Ali-İmran Surəsi, Ayə 78

وَإِنَّ مِنْهُمْ لَفَرِيقًۭا يَلْوُۥنَ أَلْسِنَتَهُم بِٱلْكِتَٰبِ لِتَحْسَبُوهُ مِنَ ٱلْكِتَٰبِ وَمَا هُوَ مِنَ ٱلْكِتَٰبِ وَيَقُولُونَ هُوَ مِنْ عِندِ ٱللَّهِ وَمَا هُوَ مِنْ عِندِ ٱللَّهِ وَيَقُولُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ وَهُمْ يَعْلَمُونَ ﴿78﴾

Oxunuşu (Transkripsiya): Va inna minhum lafari qany yalvuna alsinatahum bil Kitabi litahsabuhu minal Kitab, va ma huva minal Kitabi va yaqulun huva min 'indillahi va ma huva min 'indillahi va yaquluna 'alal lahil kaziba va hum ya'lamun
Mişkini Tərcüməsi: Və əlbəttə, onlardan (yəhudilərdən) elə bir dəstə vardır ki, kitabı (təhrif olunmuş Tövratı) oxuyarkən sizin onun səmavi kitabdan olmasını güman etməyiniz üçün öz dillərini (məharətlə) bükürlər, halbuki o, səmavi kitabdan deyildir. Və o, Allah tərəfindən olmadığı halda deyirlər: «O, Allah tərəfindəndir». Bilərəkdən Allaha yalan nisbət verirlər.
79 Ali-İmran Surəsi, Ayə 79

مَا كَانَ لِبَشَرٍ أَن يُؤْتِيَهُ ٱللَّهُ ٱلْكِتَٰبَ وَٱلْحُكْمَ وَٱلنُّبُوَّةَ ثُمَّ يَقُولَ لِلنَّاسِ كُونُوا۟ عِبَادًۭا لِّى مِن دُونِ ٱللَّهِ وَلَٰكِن كُونُوا۟ رَبَّٰنِيِّۦنَ بِمَا كُنتُمْ تُعَلِّمُونَ ٱلْكِتَٰبَ وَبِمَا كُنتُمْ تَدْرُسُونَ ﴿79﴾

Oxunuşu (Transkripsiya): Ma kana libaşarin ai yu'tiyahul lahul Kitaba valhukma van Nubuvvata summa yaqula linnasi kunu 'ibadal li min dunil lahi va lakin kunu rabbaniy yina bima kuntum tu'allimunal Kitaba va bima kuntum tadrusun
Mişkini Tərcüməsi: Heç bir bəşərə yaraşmaz və mümkün deyil ki, Allah ona (səmavi) kitab və hikmət, yaxud mütləq hökm etmək səlahiyyəti və peyğəmbərlik versin, sonra o, insanlara «Allahın yerinə mənim qullarım olun!» desin. Və lakin (ona belə demək yaraşar): «kitabın müəllimləri olduğunuz və onu yaxşıca öyrənərək oxuduğunuz üçün Allahpərəst (dinin tərbiyə etdiyi və din alimləri) olun».
80 Ali-İmran Surəsi, Ayə 80

وَلَا يَأْمُرَكُمْ أَن تَتَّخِذُوا۟ ٱلْمَلَٰٓئِكَةَ وَٱلنَّبِيِّۦنَ أَرْبَابًا ۗ أَيَأْمُرُكُم بِٱلْكُفْرِ بَعْدَ إِذْ أَنتُم مُّسْلِمُونَ ﴿80﴾

Oxunuşu (Transkripsiya): Va la yamurakum an tattaxizul mala 'ikata van Nabiyyina arbaba; a yamurukum bilkufri ba'da iz antum muslimun
Mişkini Tərcüməsi: Həmçinin sizə mələkləri və peyğəmbərləri özünüzə Rəbb götürməyi əmr etməsi yaraşmaz. Məgər (hansısa bir peyğəmbər) siz haqqa təslim olduqdan sonra sizə kafir olmağı əmr edər?!
81 Ali-İmran Surəsi, Ayə 81

وَإِذْ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ ٱلنَّبِيِّۦنَ لَمَآ ءَاتَيْتُكُم مِّن كِتَٰبٍۢ وَحِكْمَةٍۢ ثُمَّ جَآءَكُمْ رَسُولٌۭ مُّصَدِّقٌۭ لِّمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهِۦ وَلَتَنصُرُنَّهُۥ ۚ قَالَ ءَأَقْرَرْتُمْ وَأَخَذْتُمْ عَلَىٰ ذَٰلِكُمْ إِصْرِى ۖ قَالُوٓا۟ أَقْرَرْنَا ۚ قَالَ فَٱشْهَدُوا۟ وَأَنَا۠ مَعَكُم مِّنَ ٱلشَّٰهِدِينَ ﴿81﴾

Oxunuşu (Transkripsiya): Va iz axazal lahu misaqan Nabiyyina lama ataitukum min Kitabinv va Hikmatin summa ca'akum Rasulum musaddiqul lima ma'akum latu'minunna bihi va latansurunnah; qala 'aqrartum va axaztum ala zalikum isri qalu aqrarna; qala faşhadu va ana ma'akum minaş şahidin
Mişkini Tərcüməsi: Və (yada salın) o zaman(ı) ki, Allah peyğəmbərlərin (hər birindən və onların ümmətlərindən) əhd-peyman aldı ki, sizə kitab və hikmət verdiyim zaman, sonradan (gələcəkdə) sizə sizinlə olanı təsdiqləyən bir peyğəmbər gəlsə, ona mütləq iman gətirin və kömək edin. (Allah sonra) buyurdu: «Təsdiq etdinizmi və bu (məsələ) barədə Mənim təkid olunmuş əhd-peymanımı qəbul etdinizmi?» Dedilər: «Təsdiq etdik». Buyurdu: «Belə isə, (bu əhd-peyman mübadiləsinə) şahid olun və Mən də sizinlə birgə şahidlərdənəm».
82 Ali-İmran Surəsi, Ayə 82

فَمَن تَوَلَّىٰ بَعْدَ ذَٰلِكَ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْفَٰسِقُونَ ﴿82﴾

Oxunuşu (Transkripsiya): Faman tavalla ba'da zalika fa ula'ika humul fasiqun
Mişkini Tərcüməsi: Buna görə də kim bundan (bu əhd-peymandan) sonra üz döndərsə, məhz onlar itaətsizdirlər!
83 Ali-İmran Surəsi, Ayə 83

أَفَغَيْرَ دِينِ ٱللَّهِ يَبْغُونَ وَلَهُۥٓ أَسْلَمَ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ طَوْعًۭا وَكَرْهًۭا وَإِلَيْهِ يُرْجَعُونَ ﴿83﴾

Oxunuşu (Transkripsiya): Afağaira dinil lahi yabğuna va lahu aslama man fis samavati val ardi tav'anv va karhanv va ilaihi yurca'un
Mişkini Tərcüməsi: Yoxsa onlar Allahın dinindən başqasını axtarırlar? Halbuki, göylərdə və yerdə olan hər bir kəs istər-istəməz (fitri olaraq) Onun qarşısında təslimdir. (Buna görə də, ixtiyari təslimçilik olan din də Ona məxsus olmalıdır.) Hamı Ona tərəf qaytarılacaqdır.
84 Ali-İmran Surəsi, Ayə 84

قُلْ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ عَلَيْنَا وَمَآ أُنزِلَ عَلَىٰٓ إِبْرَٰهِيمَ وَإِسْمَٰعِيلَ وَإِسْحَٰقَ وَيَعْقُوبَ وَٱلْأَسْبَاطِ وَمَآ أُوتِىَ مُوسَىٰ وَعِيسَىٰ وَٱلنَّبِيُّونَ مِن رَّبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍۢ مِّنْهُمْ وَنَحْنُ لَهُۥ مُسْلِمُونَ ﴿84﴾

Oxunuşu (Transkripsiya): Qul amanna billahi va ma unzila 'alaina va ma unzila 'ala Ibrahima va Isma'ila va Işaqa va Ya'quba val Asbati va ma utiya Musa va 'Eesa van Nabiyyuna mir Rabbihim la nufarriqu baina ahadim minhum va nahnu lahu muslimun
Mişkini Tərcüməsi: De: «Biz Allaha, bizə nazil olana, həmçinin İbrahimə, İsmailə, İshaqa, Yəquba və Əsbata (Yəqubun nəslindən olan peyğəmbərlərə) nazil olana, eləcə də Musaya, İsaya və (digər) peyğəmbərlərə, onların Rəbbi tərəfindən verilənə iman gətirdik (və onların peyğəmbərliklərinə və bir Allah tərəfindən göndərilmələrinə etiqad baxımından) onların heç birisinin arasında fərq qoymuruq və biz yalnız Ona təslimik».
85 Ali-İmran Surəsi, Ayə 85

وَمَن يَبْتَغِ غَيْرَ ٱلْإِسْلَٰمِ دِينًۭا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِى ٱلْءَاخِرَةِ مِنَ ٱلْخَٰسِرِينَ ﴿85﴾

Oxunuşu (Transkripsiya): Va mai yabtaği ğairal Islami dinan falany yuqbala minhu va huva fil Aaxirati minal xasirin
Mişkini Tərcüməsi: Kim İslamdan başqa bir din axtarışında olsa, əsla ondan qəbul olunmayacaqdır və o, axirətdə ziyana düşənlərdəndir.
86 Ali-İmran Surəsi, Ayə 86

كَيْفَ يَهْدِى ٱللَّهُ قَوْمًۭا كَفَرُوا۟ بَعْدَ إِيمَٰنِهِمْ وَشَهِدُوٓا۟ أَنَّ ٱلرَّسُولَ حَقٌّۭ وَجَآءَهُمُ ٱلْبَيِّنَٰتُ ۚ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ ﴿86﴾

Oxunuşu (Transkripsiya): Kaifa yahdil lahu qavman kafaru ba'da imanihim va şahidu annar Rasula haqqunv va ca'ahumul baiyinat; vallahu la yahdil qavmaz zalimin
Mişkini Tərcüməsi: İman gətirərək elçimizin haqq olmasına şəhadət verdikdən və aşkar dəlillər gəldikdən sonra kafir olan dəstəni Allah necə hidayət etsin?! (Kitab əhlinin bəzisi İslam peyğəmbərinin peyğəmbərliyə göndərilməsindən qabaq öz kitablarına əsasən iman sahibi idilər. Onun göndərilməsindən sonra isə İslamdan dönən mürtədlər kimi inkar etdilər.) Allah zalım dəstəni hidayət etməz.
87 Ali-İmran Surəsi, Ayə 87

أُو۟لَٰٓئِكَ جَزَآؤُهُمْ أَنَّ عَلَيْهِمْ لَعْنَةَ ٱللَّهِ وَٱلْمَلَٰٓئِكَةِ وَٱلنَّاسِ أَجْمَعِينَ ﴿87﴾

Oxunuşu (Transkripsiya): Ula'ika caza'uhum anna 'alaihim la'natal lahi valmala'ikati vannasi acma'in
Mişkini Tərcüməsi: Onların cəzası Allahın, mələklərin və bütün insanların lənətinin onlara olmasıdır.
88 Ali-İmran Surəsi, Ayə 88

خَٰلِدِينَ فِيهَا لَا يُخَفَّفُ عَنْهُمُ ٱلْعَذَابُ وَلَا هُمْ يُنظَرُونَ ﴿88﴾

Oxunuşu (Transkripsiya): Xalidina fiha la yuxaffafu 'anhumul 'azabu va la hum yunzarun
Mişkini Tərcüməsi: O lənətdə həmişəlikdirlər. Onların əzabı yüngülləşdirilməyəcək, onlara (rəhmət və ehsan) nəzər(i) salınmayacaq və qərara alınmış əzablarının təxirə düşməsi üçün onlara möhlət verilməyəcəkdir.
89 Ali-İmran Surəsi, Ayə 89

إِلَّا ٱلَّذِينَ تَابُوا۟ مِنۢ بَعْدِ ذَٰلِكَ وَأَصْلَحُوا۟ فَإِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌ ﴿89﴾

Oxunuşu (Transkripsiya): Illal lazina tabu mim ba'di zalika va aslahu fa innal laha Ğafurur Rahim
Mişkini Tərcüməsi: Ondan sonra tövbə edən və ləyaqət taparaq öz işlərini islah etməyə başlayan kəslər istisna olmaqla! Allah çox bağışlayan və mehribandır.
90 Ali-İmran Surəsi, Ayə 90

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بَعْدَ إِيمَٰنِهِمْ ثُمَّ ٱزْدَادُوا۟ كُفْرًۭا لَّن تُقْبَلَ تَوْبَتُهُمْ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلضَّآلُّونَ ﴿90﴾

Oxunuşu (Transkripsiya): Innal lazina kafaru ba'da imanihim summaz dadu kufral lan tuqbala tavbatuhum va ula'ika humud dallun
Mişkini Tərcüməsi: Həqiqətən, imanlarından sonra kafir olan, sonra öz küfrlərini artıran kəslərin tövbələri əsla qəbul olunmaz. (Çünki onların tövbəsi ya nifaq üzündəndir, ya da ki, ölümü müşahidə edən zamandır.) Onlardır doğru yoldan azanlar.
91 Ali-İmran Surəsi, Ayə 91

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَمَاتُوا۟ وَهُمْ كُفَّارٌۭ فَلَن يُقْبَلَ مِنْ أَحَدِهِم مِّلْءُ ٱلْأَرْضِ ذَهَبًۭا وَلَوِ ٱفْتَدَىٰ بِهِۦٓ ۗ أُو۟لَٰٓئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌۭ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ ﴿91﴾

Oxunuşu (Transkripsiya): Innal lazina kafaru va matu va hum kuffarun falany yuqbala min ahadihim mil'ul ardi zahabanv va laviftada bih; ula 'ika lahum 'azabun alimunv va ma lahum min nasirin
Mişkini Tərcüməsi: Həqiqətən, kafir olub küfr halında (kafir olaraq) ölmüş kəslərin heç birindən öz canlarının qurtulması üçün hətta yer üzünün tutumu qədər qızıl versələr belə qəbul olunmayacaqdır. Onlar üçün ağrılı bir əzab vardır və onlara bir kömək edən (də) olmayacaqdır.
92 Ali-İmran Surəsi, Ayə 92

لَن تَنَالُوا۟ ٱلْبِرَّ حَتَّىٰ تُنفِقُوا۟ مِمَّا تُحِبُّونَ ۚ وَمَا تُنفِقُوا۟ مِن شَىْءٍۢ فَإِنَّ ٱللَّهَ بِهِۦ عَلِيمٌۭ ﴿92﴾

Oxunuşu (Transkripsiya): Lan tanalul birra hatta tunfiqu mimma tuhibbun; va ma tunfiqu min şai'in fa innal laha bihi 'Alim
Mişkini Tərcüməsi: Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir.
93 Ali-İmran Surəsi, Ayə 93

۞ كُلُّ ٱلطَّعَامِ كَانَ حِلًّۭا لِّبَنِىٓ إِسْرَٰٓءِيلَ إِلَّا مَا حَرَّمَ إِسْرَٰٓءِيلُ عَلَىٰ نَفْسِهِۦ مِن قَبْلِ أَن تُنَزَّلَ ٱلتَّوْرَىٰةُ ۗ قُلْ فَأْتُوا۟ بِٱلتَّوْرَىٰةِ فَٱتْلُوهَآ إِن كُنتُمْ صَٰدِقِينَ ﴿93﴾

Oxunuşu (Transkripsiya): Kullut ta'ami kana hillal li Bani Isra'ila illa ma harrama Isra'ilu 'ala nafsihi min qabli an tunzzalat Tavrah; qul fatu bit Tavrati fatluha in kuntum sadiqin
Mişkini Tərcüməsi: Tövrat nazil olmamışdan qabaq İsrailin (Yəqubun xəstəliyə və ya etdiyi nəzirə görə) özünə haram etdiyi şeylərdən (dəvə əti və südündən) başqa bütün yeməklər İsrail övladlarına halal idi. (Deməli pak olan şeylərdən bəzilərinin Tövratda haram edilməsinin səbəbi onların keçmiş şəriətdən qalmaları deyil, İsrail övladlarının günahlarıdır.) De: «Əgər doğru deyirsinizsə (belə deyilsə) onda Tövratı gətirin və onu oxuyun (ki, Tövratda haram edilən yeməklərin cəza xarakterli hökmlər olması sübuta yetsin)».
94 Ali-İmran Surəsi, Ayə 94

فَمَنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ مِنۢ بَعْدِ ذَٰلِكَ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ ﴿94﴾

Oxunuşu (Transkripsiya): Famanif tara 'alal lahilkaziba mim ba'di zalika fa ula'ika humuz zalimun
Mişkini Tərcüməsi: Buna görə də kim bundan sonra Allaha yalan nisbət versə (və Tövratın haram etdiyi şeylərin keçmiş şəriətdən qalmasını desə), məhz onlardır zalımlar!
95 Ali-İmran Surəsi, Ayə 95

قُلْ صَدَقَ ٱللَّهُ ۗ فَٱتَّبِعُوا۟ مِلَّةَ إِبْرَٰهِيمَ حَنِيفًۭا وَمَا كَانَ مِنَ ٱلْمُشْرِكِينَ ﴿95﴾

Oxunuşu (Transkripsiya): Qul sadaqal lah; fattabi'u Millata Ibrahima Hanifanv va ma kana minal muş rikin
Mişkini Tərcüməsi: De: «Allah doğru buyurdu (ki, Tövratın haram etdiyi şeylər əvvəlki şəriətlərdə və İbrahimin dinində halal olub). Buna görə də haqpərəst olan və müşriklərdən olmayan İbrahimin dininə tabe olun».
96 Ali-İmran Surəsi, Ayə 96

إِنَّ أَوَّلَ بَيْتٍۢ وُضِعَ لِلنَّاسِ لَلَّذِى بِبَكَّةَ مُبَارَكًۭا وَهُدًۭى لِّلْعَٰلَمِينَ ﴿96﴾

Oxunuşu (Transkripsiya): Inna avvala Baitinv vudi'a linnasi lallazi bi Bakkata mubarakanv va hudal lil 'alamin
Mişkini Tərcüməsi: Şübhəsiz, insanlar(ın ibadəti) üçün (təməli) qoyulmuş ilk ev, həmin Bəkkədəkidir (müqəddəs Məkkə şəhərindəkidir) ki, (o,) xeyir və bərəkət dolu və aləmdəkilər üçün hidayət vasitəsidir.
97 Ali-İmran Surəsi, Ayə 97

فِيهِ ءَايَٰتٌۢ بَيِّنَٰتٌۭ مَّقَامُ إِبْرَٰهِيمَ ۖ وَمَن دَخَلَهُۥ كَانَ ءَامِنًۭا ۗ وَلِلَّهِ عَلَى ٱلنَّاسِ حِجُّ ٱلْبَيْتِ مَنِ ٱسْتَطَاعَ إِلَيْهِ سَبِيلًۭا ۚ وَمَن كَفَرَ فَإِنَّ ٱللَّهَ غَنِىٌّ عَنِ ٱلْعَٰلَمِينَ ﴿97﴾

Oxunuşu (Transkripsiya): Fihi Aayatum baiyinatum Maqamu Ibrahima va man daxalahu kana amina; va lillahi 'alan nasi Hiccul Baiti manis tata'a ilaihi sabila; va man kafara fa innal laha ğaniyyun 'anil 'alamin
Mişkini Tərcüməsi: Onda (Allahın tovhid, hikmət və rəhmətindən) aşkar nişanələr (və həmçinin o nişanələrdən biri olan) İbrahimin məqamı vardır. Kim ora daxil olsa amandadır (amanda olmalıdır). Allahın insanların – əlbəttə ora getmək imkanı olan kəsin – boynuna düşən haqqı budur ki, o evə gedərək oranın Həcc əməllərini yerinə yetirsinlər. Kim nankorluq etsə, (bilsin ki,) həqiqətən, Allahın aləmdəkilərə ehtiyacı yoxdur.
98 Ali-İmran Surəsi, Ayə 98

قُلْ يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لِمَ تَكْفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَٱللَّهُ شَهِيدٌ عَلَىٰ مَا تَعْمَلُونَ ﴿98﴾

Oxunuşu (Transkripsiya): Qul ya Ahlal Kitabi lima takfuruna bi Aayatillahi vallahu şahidun 'ala ma ta'malun
Mişkini Tərcüməsi: De: «Ey kitab əhli, nə üçün Allah etdiyiniz əməllərə şahid olduğu halda Allahın ayələrinə və nişanələrinə küfr edirsiniz?!»
99 Ali-İmran Surəsi, Ayə 99

قُلْ يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لِمَ تَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ مَنْ ءَامَنَ تَبْغُونَهَا عِوَجًۭا وَأَنتُمْ شُهَدَآءُ ۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعْمَلُونَ ﴿99﴾

Oxunuşu (Transkripsiya): Qul ya Ahlal Kitabi lima tusudduna 'an sabilil lahi man amana tabğunaha 'ivacanv va antum şuhada'; va mallahu biğafilin 'amma ta'malun
Mişkini Tərcüməsi: De: «Ey kitab əhli, nə üçün Allahın yolunu özünüz (onun haqq olmasına) şahid olduğunuz halda əymək istəyərək iman gətirən şəxsi Allahın yolundan saxlayırsınız?! Allah etdiyiniz əməllərdən əsla qafil deyildir».
100 Ali-İmran Surəsi, Ayə 100

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن تُطِيعُوا۟ فَرِيقًۭا مِّنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ يَرُدُّوكُم بَعْدَ إِيمَٰنِكُمْ كَٰفِرِينَ ﴿100﴾

Oxunuşu (Transkripsiya): Ya ayyuhal lazina amanu in tuti'u fariqam minal lazina utul Kitaba yaruddukum ba'da imanikum kafirin
Mişkini Tərcüməsi: Ey iman gətirənlər, əgər (səmavi) kitab verilmiş kəslərdən bir dəstəyə itaət etsəniz, (onlar) sizi imanınızdan sonra küfrə qaytararlar.
101 Ali-İmran Surəsi, Ayə 101

وَكَيْفَ تَكْفُرُونَ وَأَنتُمْ تُتْلَىٰ عَلَيْكُمْ ءَايَٰتُ ٱللَّهِ وَفِيكُمْ رَسُولُهُۥ ۗ وَمَن يَعْتَصِم بِٱللَّهِ فَقَدْ هُدِىَ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿101﴾

Oxunuşu (Transkripsiya): Va kaifa takfuruna va antum tutla 'alaikum Aayatul lahi va fikum Rasuluh; va mai ya'tasim baillahi faqad hudiya ila Siratim Mustaqim
Mişkini Tərcüməsi: Allahın ayələri sizə oxunduğu halda və Onun Rəsulu sizin aranızda ola-ola necə küfr edirsiniz?! Kim Allaha sığınsa, doğrudan da, doğru yola hidayət olunmuşdur.
102 Ali-İmran Surəsi, Ayə 102

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ حَقَّ تُقَاتِهِۦ وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنتُم مُّسْلِمُونَ ﴿102﴾

Oxunuşu (Transkripsiya): Ya ayyuhal lazina amanut taqul laha haqqa tuqatihi va la tamuntunna illa va antum muslimun
Mişkini Tərcüməsi: Ey iman gətirənlər, Allahdan Ona layiq olan tərzdə qorxun və yalnız müsəlman olaraq ölün.
103 Ali-İmran Surəsi, Ayə 103

وَٱعْتَصِمُوا۟ بِحَبْلِ ٱللَّهِ جَمِيعًۭا وَلَا تَفَرَّقُوا۟ ۚ وَٱذْكُرُوا۟ نِعْمَتَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَآءًۭ فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِۦٓ إِخْوَٰنًۭا وَكُنتُمْ عَلَىٰ شَفَا حُفْرَةٍۢ مِّنَ ٱلنَّارِ فَأَنقَذَكُم مِّنْهَا ۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمْ ءَايَٰتِهِۦ لَعَلَّكُمْ تَهْتَدُونَ ﴿103﴾

Oxunuşu (Transkripsiya): Va'tasimu bi Hablil lahi cami'anv va la tafarraqu; vazkuru ni'matal lahi alaikum iz kuntum a'da'an fa allafa baina qulubikum fa asbah tum bini'matihi ixvananv va kuntum 'ala şafa hufratim minan Nari fa anqazakum minha; kazalika yubaiyinul lahu lakum ayatihi la'allakum tahtadun
Mişkini Tərcüməsi: Və hamılıqla Allahın ipindən (dindən, kitabdan və vəhyi gətirənlərdən) möhkəm yapışın və parçalanmayın. Allahın sizin barənizdə bir-birinizlə düşmən ikən qəlbləriniz arasında ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki, Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Həmçinin siz od uçurumunun astanasında idiniz, sizi ondan xilas etdi. Allah Öz (tovhid, qüdrət və hikmət) nişanələrini sizin üçün bu cür bəyan edir ki, bəlkə hidayət olasınız.
104 Ali-İmran Surəsi, Ayə 104

وَلْتَكُن مِّنكُمْ أُمَّةٌۭ يَدْعُونَ إِلَى ٱلْخَيْرِ وَيَأْمُرُونَ بِٱلْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ ٱلْمُنكَرِ ۚ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ ﴿104﴾

Oxunuşu (Transkripsiya): Valtakum minkum ummatuny yad'una ilal xairi va yamuruna bilma 'rufi va yanhavna 'anil munkar; va ula'ika humul muflihun
Mişkini Tərcüməsi: Gərək sizdən (aranızda) (insanları) xeyir işə dəvət edən, yaxşı işə buyuran və pisliklərdən çəkindirən bir dəstə olsun. Məhz onlardır nicat tapanlar!
105 Ali-İmran Surəsi, Ayə 105

وَلَا تَكُونُوا۟ كَٱلَّذِينَ تَفَرَّقُوا۟ وَٱخْتَلَفُوا۟ مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْبَيِّنَٰتُ ۚ وَأُو۟لَٰٓئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌۭ ﴿105﴾

Oxunuşu (Transkripsiya): Va la takunu kallazina tafarraqu vaxtalafu mim ba'di ma ca'ahumul baiyinat; va ula'ika lahum 'azabun 'azim
Mişkini Tərcüməsi: (Yəhudi və xristianların) parçalanan və aşkar dəlillər gəldikdən sonra ixtilafa düçar olan kəslər(i) kimi olmayın. Onlar üçün böyük bir əzab vardır.
106 Ali-İmran Surəsi, Ayə 106

يَوْمَ تَبْيَضُّ وُجُوهٌۭ وَتَسْوَدُّ وُجُوهٌۭ ۚ فَأَمَّا ٱلَّذِينَ ٱسْوَدَّتْ وُجُوهُهُمْ أَكَفَرْتُم بَعْدَ إِيمَٰنِكُمْ فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ ﴿106﴾

Oxunuşu (Transkripsiya): Yavma tabyaddu vucuhunv va tasvaddu vucuh; fammal lazinas vaddat vucuhum akafartum ba'da imanikum fazuqul 'azaba bima kuntum takfurun
Mişkini Tərcüməsi: Bəzi üzlərin ağ və bəzi üzlərin qara olacağı gündə! Üzləri qara olanlara gəldikdə (onlara deyiləcək): «İman gətirdikdən sonra kafir oldunuz?! Elə isə küfr etdiyiniz şeyin müqabilində dadın bu əzabı!»
107 Ali-İmran Surəsi, Ayə 107

وَأَمَّا ٱلَّذِينَ ٱبْيَضَّتْ وُجُوهُهُمْ فَفِى رَحْمَةِ ٱللَّهِ هُمْ فِيهَا خَٰلِدُونَ ﴿107﴾

Oxunuşu (Transkripsiya): Va ammal lazinabyadd at vucuhuhum fafi rahmatil lahi hum fiha xalidun
Mişkini Tərcüməsi: Üzləri ağ olanlara gəldikdə isə, (onlar) Allahın rəhmətindədirlər və orada əbədi qalacaqlar.
108 Ali-İmran Surəsi, Ayə 108

تِلْكَ ءَايَٰتُ ٱللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِٱلْحَقِّ ۗ وَمَا ٱللَّهُ يُرِيدُ ظُلْمًۭا لِّلْعَٰلَمِينَ ﴿108﴾

Oxunuşu (Transkripsiya): Tilka Aayatul lahi natluha 'alaika bilhaqq; va mal lahu yuridu zulmallil 'alamin
Mişkini Tərcüməsi: Bunlar (axirət aləminin hekayətləri), Allahın ayələridir ki, onları haqq və doğru olaraq sənə oxuyuruq. Allah əsla aləmdəkilərə zülm (etmək) istəmir.
109 Ali-İmran Surəsi, Ayə 109

وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ ﴿109﴾

Oxunuşu (Transkripsiya): Va lillahi ma fissamavati va ma fil ard; va ilal lahi turca;ul umur
Mişkini Tərcüməsi: Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür. (Çünki yaratmaq, qorumaq, idarə etmək və aradan aparmaq, bunların hamısı Onun istək və iradəsinin təsiri altındadır.) Və (varlıq aləminə aid olan) bütün işlər Ona tərəf qaytarılacaqdır.
110 Ali-İmran Surəsi, Ayə 110

كُنتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِٱلْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ ٱلْمُنكَرِ وَتُؤْمِنُونَ بِٱللَّهِ ۗ وَلَوْ ءَامَنَ أَهْلُ ٱلْكِتَٰبِ لَكَانَ خَيْرًۭا لَّهُم ۚ مِّنْهُمُ ٱلْمُؤْمِنُونَ وَأَكْثَرُهُمُ ٱلْفَٰسِقُونَ ﴿110﴾

Oxunuşu (Transkripsiya): Kuntum xaira ummatin uxricat linnasi tamuruna bilma'rufi va tanhavna 'anil munkari va tu'minuna billah; va lav amana Ahlul Kitabi lakana xairal lahum minhumul mu'minuna va aksaruhumul fasiqun
Mişkini Tərcüməsi: Siz (müsəlmanlar), (Allah tərəfindən dünyanın) insanlar(ın)a zahir olmuş ən yaxşı ümmətsiniz, bəyənilən işə əmr edir və çirkin işdən çəkindirirsiniz və Allaha (nazil etdiyi şeylərdə) iman gətirirsiniz. Əgər kitab əhli də iman gətirsəydi, əlbəttə onlar üçün daha yaxşı olardı. Onların bəzisi mömin və çoxu itaətsizdirlər.
111 Ali-İmran Surəsi, Ayə 111

لَن يَضُرُّوكُمْ إِلَّآ أَذًۭى ۖ وَإِن يُقَٰتِلُوكُمْ يُوَلُّوكُمُ ٱلْأَدْبَارَ ثُمَّ لَا يُنصَرُونَ ﴿111﴾

Oxunuşu (Transkripsiya): Lai yadurrukum 'illa azanv va ai yuqatilukum yuvallukumul adbara summa la yunsarun
Mişkini Tərcüməsi: Onlar (yəhudilər və xristianlar) sizə azacıq əziyyətdən savayı əsla sizə ziyan vura bilməzlər. Əgər sizinlə döyüşsələr, sizə arxa çevirərlər (dönüb qaçarlar), sonra kömək olunmazlar.
112 Ali-İmran Surəsi, Ayə 112

ضُرِبَتْ عَلَيْهِمُ ٱلذِّلَّةُ أَيْنَ مَا ثُقِفُوٓا۟ إِلَّا بِحَبْلٍۢ مِّنَ ٱللَّهِ وَحَبْلٍۢ مِّنَ ٱلنَّاسِ وَبَآءُو بِغَضَبٍۢ مِّنَ ٱللَّهِ وَضُرِبَتْ عَلَيْهِمُ ٱلْمَسْكَنَةُ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَانُوا۟ يَكْفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَيَقْتُلُونَ ٱلْأَنۢبِيَآءَ بِغَيْرِ حَقٍّۢ ۚ ذَٰلِكَ بِمَا عَصَوا۟ وَّكَانُوا۟ يَعْتَدُونَ ﴿112﴾

Oxunuşu (Transkripsiya): Duribat 'alaihimuz zillatu aina ma suqifu illa bihablim minal lahi va hablim minan nasi va ba'u biğadabim minallahi va duribat 'alaihimul maskanah; zalika bi-annahum kanu yakfuruna bi Aayatil lahi va yaqtulunal Ambiya'a biğairi haqq; zalika bima 'asav va kanu ya'tadun
Mişkini Tərcüməsi: Harada tapılsalar (İslam baxımından) onlara – Allah tərəfindən olan bir ip(ə İslamı qəbul etməyə) və ya camaat tərəfindən olan bir ip(ə müsəlmanların himayəsinə sığınmaları) istisna olmaqla – zillət və xarlıq (damğası) vurulmuşdur. Onlar Allahın qəzəbinə tərəf dönüb Onun qəzəbinə layiq olublar və onlara (etiqadi, əxlaqi, əməli və ictimai) fəqirlik və bədbəxtlik (damğası) vurulmuşdur. Bu ona görədir ki, onlar həmişə Allahın ayələrinə kafir olur və Allahın peyğəmbərlərini nahaq yerə öldürürdülər. Bunun səbəbi günah etmələri və həmişə həddi aşmalarıdır.
113 Ali-İmran Surəsi, Ayə 113

۞ لَيْسُوا۟ سَوَآءًۭ ۗ مِّنْ أَهْلِ ٱلْكِتَٰبِ أُمَّةٌۭ قَآئِمَةٌۭ يَتْلُونَ ءَايَٰتِ ٱللَّهِ ءَانَآءَ ٱلَّيْلِ وَهُمْ يَسْجُدُونَ ﴿113﴾

Oxunuşu (Transkripsiya): Laisu sava'a; min Ahlil Kitabi ummatun qa'imatuny yatluna Aayatil lahi ana'al laili va hum yascudun
Mişkini Tərcüməsi: Onların hamısı bir deyil. Kitab əhlindən əməli doğru olan bir dəstə vardır ki, onlar gecə vaxtları (Allaha) boyun əyib səcdə edərək Allahın ayələrini oxuyurlar.
114 Ali-İmran Surəsi, Ayə 114

يُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَيَأْمُرُونَ بِٱلْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ ٱلْمُنكَرِ وَيُسَٰرِعُونَ فِى ٱلْخَيْرَٰتِ وَأُو۟لَٰٓئِكَ مِنَ ٱلصَّٰلِحِينَ ﴿114﴾

Oxunuşu (Transkripsiya): Yu'minuna billahi val Yavmil Aaxiri va ya muruna bilma'rufi va yanhavna 'anil munkari va yusari'una fil xairati va ula'ika minas salihin
Mişkini Tərcüməsi: Onlar Allaha və axirət gününə iman gətirir, bəyənilən işə əmr edir, nalayiq işdən çəkindirir və xeyir işlərə tələsirlər. Onlar ləyaqətlilərdəndirlər.
115 Ali-İmran Surəsi, Ayə 115

وَمَا يَفْعَلُوا۟ مِنْ خَيْرٍۢ فَلَن يُكْفَرُوهُ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِٱلْمُتَّقِينَ ﴿115﴾

Oxunuşu (Transkripsiya): Va ma yaf'alu min xairin falai yukfaruh; vallahu 'alimun bilmuttaqin
Mişkini Tərcüməsi: Onlar etdikləri heç bir xeyir iş üçün əsla mükafatsız qalmazlar. Allah təqvalıları(n halını) biləndir.
116 Ali-İmran Surəsi, Ayə 116

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ لَن تُغْنِىَ عَنْهُمْ أَمْوَٰلُهُمْ وَلَآ أَوْلَٰدُهُم مِّنَ ٱللَّهِ شَيْـًۭٔا ۖ وَأُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلنَّارِ ۚ هُمْ فِيهَا خَٰلِدُونَ ﴿116﴾

Oxunuşu (Transkripsiya): Innal lazina kafaru lan tuğniya 'anhum amvalum va la avladuhum minal lahi şai anv va ula'ika Aşabun Nar; hum fiha xalidun
Mişkini Tərcüməsi: Şübhəsiz, kafirlərin nə malları və nə də övladları onlardan Allah(ın əzabın)dan heç bir şeyi əsla dəf etməyəcəkdir. Onlar od əhlidirlər və orada əbədi qalacaqlar.
117 Ali-İmran Surəsi, Ayə 117

مَثَلُ مَا يُنفِقُونَ فِى هَٰذِهِ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا كَمَثَلِ رِيحٍۢ فِيهَا صِرٌّ أَصَابَتْ حَرْثَ قَوْمٍۢ ظَلَمُوٓا۟ أَنفُسَهُمْ فَأَهْلَكَتْهُ ۚ وَمَا ظَلَمَهُمُ ٱللَّهُ وَلَٰكِنْ أَنفُسَهُمْ يَظْلِمُونَ ﴿117﴾

Oxunuşu (Transkripsiya): Masalu ma yunfiquna fi hazihil hayatid dunya kamasali rihin fiha sirrun as abat harsa qavmin zalamu anfusahum fa ahlakas; va ma zalamahumul lahu va lakin anfusahum yazlimun
Mişkini Tərcüməsi: Onların bu dünya həyatında (İslamla düşmənçilik yolunda, yaxud riyakarlıqla və ya hər hansı bir xeyir işdə) xərclədikləri malların misalı özünə zülm etmiş bir dəstənin əkinlərinə (cəza olaraq) əsən və onu məhv edən çox soyuq külək kimidir. Allah onlara zülm etməyib, lakin onlar özlərinə zülm edirlər.
118 Ali-İmran Surəsi, Ayə 118

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوا۟ بِطَانَةًۭ مِّن دُونِكُمْ لَا يَأْلُونَكُمْ خَبَالًۭا وَدُّوا۟ مَا عَنِتُّمْ قَدْ بَدَتِ ٱلْبَغْضَآءُ مِنْ أَفْوَٰهِهِمْ وَمَا تُخْفِى صُدُورُهُمْ أَكْبَرُ ۚ قَدْ بَيَّنَّا لَكُمُ ٱلْءَايَٰتِ ۖ إِن كُنتُمْ تَعْقِلُونَ ﴿118﴾

Oxunuşu (Transkripsiya): Ya ayyuhal lazina amanu la tattaxizu bitanatam min dunikum la yalunakum xabalanv vaddu ma 'anittum qad badatil bağda'u min afvahihim; va ma tuxfi suduruhum akbar; qad baiyanna lakumul Aayati in kuntum ta'qilun
Mişkini Tərcüməsi: Ey iman gətirənlər, özünüzdən başqasını özünüzə sirdaş dost etməyin. Onlar sizin barənizdə heç bir fitnə-fəsaddan çəkinmir və əziyyətə düşməyinizi çox istəyirlər. Düşmənçilik (elə) ağızlarından (sözlərindən) bəllidir və sinələrində gizlətdikləri daha böyükdür. Əgər düşünürsünüzsə, biz sizin üçün (onların halının) nişanələri(ni) bəyan etdik.
119 Ali-İmran Surəsi, Ayə 119

هَٰٓأَنتُمْ أُو۟لَآءِ تُحِبُّونَهُمْ وَلَا يُحِبُّونَكُمْ وَتُؤْمِنُونَ بِٱلْكِتَٰبِ كُلِّهِۦ وَإِذَا لَقُوكُمْ قَالُوٓا۟ ءَامَنَّا وَإِذَا خَلَوْا۟ عَضُّوا۟ عَلَيْكُمُ ٱلْأَنَامِلَ مِنَ ٱلْغَيْظِ ۚ قُلْ مُوتُوا۟ بِغَيْظِكُمْ ۗ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿119﴾

Oxunuşu (Transkripsiya): Ha antum ula'i tuhibbunahum va la yuhibbunakum va tu'minuna bil kitabi kullihi va iza laqukum qalu amanna va iza xalav 'addu 'alaikumul anamila minal ğaiz; qul mutu biğai zikum; innal laha 'alimum bizatis sudur
Mişkini Tərcüməsi: Budur, sizin bütün (səmavi) kitablara (hətta onların kitabına) imanınızın olmasına (onların isə sizin kitabınıza imanlarının olmamasına) baxmayaraq onları sevən (yenə də) sizsiniz və onlar sizi sevmirlər. Sizinlə görüşdükləri zaman «iman gətirdik» deyirlər. Bir-birləri ilə xəlvətə çəkildikləri zaman isə, sizə qarşı olan qəzəblərinin çoxluğundan barmaqlarının ucunu gəmirirlər. De: «Acığınızdan ölün! Həqiqətən, Allah ürəklərdə olanı biləndir».
120 Ali-İmran Surəsi, Ayə 120

إِن تَمْسَسْكُمْ حَسَنَةٌۭ تَسُؤْهُمْ وَإِن تُصِبْكُمْ سَيِّئَةٌۭ يَفْرَحُوا۟ بِهَا ۖ وَإِن تَصْبِرُوا۟ وَتَتَّقُوا۟ لَا يَضُرُّكُمْ كَيْدُهُمْ شَيْـًٔا ۗ إِنَّ ٱللَّهَ بِمَا يَعْمَلُونَ مُحِيطٌۭ ﴿120﴾

Oxunuşu (Transkripsiya): In tamsaskum hasanatun tasu'hum va in tusibkum saiyi'atuny yafrahu biha va in tasbiru va tattaqu la yad urrukum kaiduhum şai'a; innal laha bima ya'maluna muhit
Mişkini Tərcüməsi: Sizə bir xeyir və yaxşılıq yetişdikdə, (bu) onların halını pisləşdirər, pislik və narahatçılıq yetişdikdə isə ona şad olarlar. Əgər səbr etsəniz və təqvalı olsanız, onların hiylələri sizə heç bir ziyan yetirə bilməz. Həqiqətən, Allah onların etdiklərini (elm və qüdrəti ilə) əhatə etmişdir.
121 Ali-İmran Surəsi, Ayə 121

وَإِذْ غَدَوْتَ مِنْ أَهْلِكَ تُبَوِّئُ ٱلْمُؤْمِنِينَ مَقَٰعِدَ لِلْقِتَالِ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ ﴿121﴾

Oxunuşu (Transkripsiya): Va iz ğadavta min ahlika tubavvi'ul mu'minina maqa'ida lilqital; vallahu sami'un 'alim
Mişkini Tərcüməsi: Və (yada sal) o zaman(ı) ki, möminləri döyüş üçün düşərgələrdə yerləşdirdiyin halda (Ühüd döyüşündə) sübh çağı öz əhlindən (ailəndən) ayrıldın. Allah həmişə (danışıqlarınızı) eşidən və (fikirlərinizi) biləndir.
122 Ali-İmran Surəsi, Ayə 122

إِذْ هَمَّت طَّآئِفَتَانِ مِنكُمْ أَن تَفْشَلَا وَٱللَّهُ وَلِيُّهُمَا ۗ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ ﴿122﴾

Oxunuşu (Transkripsiya): Iz hammat ta'ifatani minkum an tafşala vallahu valiyyuhuma; va 'alal lahi falyatavakkalil mu'minun
Mişkini Tərcüməsi: O zaman sizdən iki dəstə süstlük və zəiflik göstərmək (və yolun yarısından ayrılaraq qayıtmaq) istədi halbuki, Allah onların köməkçisi və yardımçısı idi (və elə buna görə də onları bu fikirdən daşındırdı). Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.
123 Ali-İmran Surəsi, Ayə 123

وَلَقَدْ نَصَرَكُمُ ٱللَّهُ بِبَدْرٍۢ وَأَنتُمْ أَذِلَّةٌۭ ۖ فَٱتَّقُوا۟ ٱللَّهَ لَعَلَّكُمْ تَشْكُرُونَ ﴿123﴾

Oxunuşu (Transkripsiya): Va laqad nasarakumul lahu bi-Badrinv va antum azillatun fattaqul laha la'allakum taşkurun
Mişkini Tərcüməsi: Həqiqətən, Allah sizə Bədr (döyüşün)də gücsüz və pənahsız olduğunuz halda kömək etdi. Buna görə də Allahdan qorxun ki, bəlkə şükr edəsiniz.
124 Ali-İmran Surəsi, Ayə 124

إِذْ تَقُولُ لِلْمُؤْمِنِينَ أَلَن يَكْفِيَكُمْ أَن يُمِدَّكُمْ رَبُّكُم بِثَلَٰثَةِ ءَالَٰفٍۢ مِّنَ ٱلْمَلَٰٓئِكَةِ مُنزَلِينَ ﴿124﴾

Oxunuşu (Transkripsiya): Iz taqulu lilmu'minina alai yakfiyakum ai-yumiddakum Rabbukum bisalasati alafim minal mala'ikati munzalin
Mişkini Tərcüməsi: O zaman möminlərə «Rəbbinizin (göydən) endirilmiş üç min mələklə sizə kömək etməsi bəsiniz deyilmi?!» deyirdin.
125 Ali-İmran Surəsi, Ayə 125

بَلَىٰٓ ۚ إِن تَصْبِرُوا۟ وَتَتَّقُوا۟ وَيَأْتُوكُم مِّن فَوْرِهِمْ هَٰذَا يُمْدِدْكُمْ رَبُّكُم بِخَمْسَةِ ءَالَٰفٍۢ مِّنَ ٱلْمَلَٰٓئِكَةِ مُسَوِّمِينَ ﴿125﴾

Oxunuşu (Transkripsiya): Bala; in tasbiru va tattaqu va yatukum min favrihim haza yumdidkum Rabbukum bixamsati alafim minal mala'ikati musavvaimin
Mişkini Tərcüməsi: Bəli, əgər səbr etsəniz və təqvalı olsanız və onlar həmin tezliklə və haray-həşirlə sizə üz tutsalar (hücum etsələr), Rəbbiniz sizə nişanə qoyulmuş beş min mələklə kömək edər.
126 Ali-İmran Surəsi, Ayə 126

وَمَا جَعَلَهُ ٱللَّهُ إِلَّا بُشْرَىٰ لَكُمْ وَلِتَطْمَئِنَّ قُلُوبُكُم بِهِۦ ۗ وَمَا ٱلنَّصْرُ إِلَّا مِنْ عِندِ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ ﴿126﴾

Oxunuşu (Transkripsiya): Va ma ca'alahul lahu illa buşra lakum va litatma'inna qulubukum bih' va man-nasru illa min 'indilllahil 'Azizil Hakim
Mişkini Tərcüməsi: Allah bunu (kömək vədəsini və mələklərin göndərilməsini) yalnız sizə müjdə olaraq və qəlblərinizin onunla rahatlıq tapması üçün etdi (çünki, adətən qəlblər əsas səbəbkara və amilə deyil, zahirdə görünən səbəb və vasitələrə yönəlir). Kömək və yardım yalnız yenilməz qüdrət və hikmət sahibi olan Allah tərəfindəndir (çünki bütün səbəblərin səbəbkarı və amili Onun istəyidir).
127 Ali-İmran Surəsi, Ayə 127

لِيَقْطَعَ طَرَفًۭا مِّنَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَوْ يَكْبِتَهُمْ فَيَنقَلِبُوا۟ خَآئِبِينَ ﴿127﴾

Oxunuşu (Transkripsiya): Laiyaqta'a tarafam minal lazina kafaru av yakbitahum fayanqalibu xa'ibin
Mişkini Tərcüməsi: (Və həmçinin bu qələbəni nəsib etdi) ki, kafirlərin bəzisinin kökünü kəssin və ya onları naümid geri qayıtmaları üçün əzsin.
128 Ali-İmran Surəsi, Ayə 128

لَيْسَ لَكَ مِنَ ٱلْأَمْرِ شَىْءٌ أَوْ يَتُوبَ عَلَيْهِمْ أَوْ يُعَذِّبَهُمْ فَإِنَّهُمْ ظَٰلِمُونَ ﴿128﴾

Oxunuşu (Transkripsiya): Laisa laka minal amrişai'un av yatuba 'alaihim av yu'az zi bahum fa innahum zalimun
Mişkini Tərcüməsi: Onların heç bir işi sənin əlində deyil. (Allah) ya onlara nəzər salaraq tövbə etmələrinə kömək edər, ya da onlara (bu dünyada möhlət, axirətdə isə) əzab verər. Çünki onlar zalımdırlar. (Bu dörd işin hamısı Allaha aiddir və sənin vəzifən yalnız Onun əmrlərini çatdırmaq və əmri yerinə yetirməkdir.)
129 Ali-İmran Surəsi, Ayə 129

وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ يَغْفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُ ۚ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿129﴾

Oxunuşu (Transkripsiya): Va lilahi ma fissamavati va ma fil-ard; yağfiru limai-yaşa'u va yu'azzibu mai-yaşa'; vallahu Ğafurur Rahim
Mişkini Tərcüməsi: Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür (çünki yaratmaq, qorumaq, idarə etmək və aradan aparmaq, bunların hamısı Onun əlindədir). İstədiyini (və layiq bildiyini) bağışlayır və istədiyinə (bütün dəlillər təqdim olunub qurtardıqdan sonra) əzab verər. Allah çox bağışlayan və mehribandır.
130 Ali-İmran Surəsi, Ayə 130

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَأْكُلُوا۟ ٱلرِّبَوٰٓا۟ أَضْعَٰفًۭا مُّضَٰعَفَةًۭ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴿130﴾

Oxunuşu (Transkripsiya): Ya ayyuhal lazina amanu la takuhur riba ad'afam muda'afatanv vattaqul laha la'allakum tuflihun
Mişkini Tərcüməsi: Ey iman gətirənlər, artıq və bir neçə qat gəlir olan sələmi yeməyin və Allahdan qorxun, bəlkə nicat tapasınız.
131 Ali-İmran Surəsi, Ayə 131

وَٱتَّقُوا۟ ٱلنَّارَ ٱلَّتِىٓ أُعِدَّتْ لِلْكَٰفِرِينَ ﴿131﴾

Oxunuşu (Transkripsiya): Vattaqun Naral lati u'iddat lilkafirin
Mişkini Tərcüməsi: Kafirlər üçün hazırlanmış oddan çəkinin.
132 Ali-İmran Surəsi, Ayə 132

وَأَطِيعُوا۟ ٱللَّهَ وَٱلرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ ﴿132﴾

Oxunuşu (Transkripsiya): Va ati'ul laha var Rasula la'allakum turhamun
Mişkini Tərcüməsi: Allaha və Onun peyğəmbərinə itaət edin, bəlkə rəhm olunasınız.
133 Ali-İmran Surəsi, Ayə 133

۞ وَسَارِعُوٓا۟ إِلَىٰ مَغْفِرَةٍۢ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا ٱلسَّمَٰوَٰتُ وَٱلْأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ ﴿133﴾

Oxunuşu (Transkripsiya): Va sari'u ila mağfiratim mir Rabbikum va Cannatin arduhassamavatu val ardu u'iddat lilmuttaqin
Mişkini Tərcüməsi: Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış Cənnətə doğru tələsin.
134 Ali-İmran Surəsi, Ayə 134

ٱلَّذِينَ يُنفِقُونَ فِى ٱلسَّرَّآءِ وَٱلضَّرَّآءِ وَٱلْكَٰظِمِينَ ٱلْغَيْظَ وَٱلْعَافِينَ عَنِ ٱلنَّاسِ ۗ وَٱللَّهُ يُحِبُّ ٱلْمُحْسِنِينَ ﴿134﴾

Oxunuşu (Transkripsiya): Allazina yunfiquna fissarra'i vaddarra'i val kaziminal ğaiza val afina 'anin-nas; vallahu yuhibbul muhsinin
Mişkini Tərcüməsi: (Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında (maddi və mənəvi) yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir.
135 Ali-İmran Surəsi, Ayə 135

وَٱلَّذِينَ إِذَا فَعَلُوا۟ فَٰحِشَةً أَوْ ظَلَمُوٓا۟ أَنفُسَهُمْ ذَكَرُوا۟ ٱللَّهَ فَٱسْتَغْفَرُوا۟ لِذُنُوبِهِمْ وَمَن يَغْفِرُ ٱلذُّنُوبَ إِلَّا ٱللَّهُ وَلَمْ يُصِرُّوا۟ عَلَىٰ مَا فَعَلُوا۟ وَهُمْ يَعْلَمُونَ ﴿135﴾

Oxunuşu (Transkripsiya): Vallazina iza fa'alu fahişatan av zalamu anfusahum zakarul laha fastağfaru lizunubihim; va mai yağfiruz zunuba illal lahu va lam yusirru 'ala ma fa'alu va hum ya'lamu
Mişkini Tərcüməsi: Və o kəslər ki, çirkin bir iş (böyük günah) gördükdə və ya (kiçik bir günahla) özlərinə zülm etdikdə, Allahı yada salar və günahları üçün bağışlanmaq istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdikləri işdə bilərəkdən israr etməzlər.
136 Ali-İmran Surəsi, Ayə 136

أُو۟لَٰٓئِكَ جَزَآؤُهُم مَّغْفِرَةٌۭ مِّن رَّبِّهِمْ وَجَنَّٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا ۚ وَنِعْمَ أَجْرُ ٱلْعَٰمِلِينَ ﴿136﴾

Oxunuşu (Transkripsiya): Ula'ika caza'uhum mağfiratum mir Rabbihim va Cannatun tacri min tahtihal anharu xalidina fiha; va ni'ma acrul 'amilin
Mişkini Tərcüməsi: Onların mükafatları öz Rəbbi tərəfindən bağışlanmaq və (ev və ağaclarının) altından çaylar axan cənnətlərdir. Orada əbədi qalacaqlar. Bu əməl sahiblərinin mükafatı necə də gözəldir!
137 Ali-İmran Surəsi, Ayə 137

قَدْ خَلَتْ مِن قَبْلِكُمْ سُنَنٌۭ فَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَٱنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُكَذِّبِينَ ﴿137﴾

Oxunuşu (Transkripsiya): Qad xalat min qablikum sunanum fasiru fil ardi fanzuru kaifa kana 'aqiba tul mukazzibin
Mişkini Tərcüməsi: Əlbəttə, sizdən öncə ilahi ənənəyə (Allahın dəyişməz ənənəvi qanunlarına) əsasən (kütləvi məhv etmələr kimi) bir sıra hadisələr ötüb keçmişdir. Odur ki, yer üzündə gəzib-dolanın və təkzib edənlərin aqibətinin necə olmasına baxın.
138 Ali-İmran Surəsi, Ayə 138

هَٰذَا بَيَانٌۭ لِّلنَّاسِ وَهُدًۭى وَمَوْعِظَةٌۭ لِّلْمُتَّقِينَ ﴿138﴾

Oxunuşu (Transkripsiya): Haza bayanul linnasi va hudanv va mav'izatul lilmuttaqin
Mişkini Tərcüməsi: Bu (Quran), insanlar üçün (həqiqətlərə) aydınlıq gətirən və təqvalılar üçün başdan-başa hidayət və nəsihətdir.
139 Ali-İmran Surəsi, Ayə 139

وَلَا تَهِنُوا۟ وَلَا تَحْزَنُوا۟ وَأَنتُمُ ٱلْأَعْلَوْنَ إِن كُنتُم مُّؤْمِنِينَ ﴿139﴾

Oxunuşu (Transkripsiya): Va la tahinu va la tahzanu va antumul a'lavna in kuntum mu'minin
Mişkini Tərcüməsi: Heç vaxt (düşmən qarşısında) süstləşməyin və (düçar olduğunuz bəlalara görə) kədərlənməyin ki, əgər (həqiqi) mömin olsanız siz üstünsünüz.
140 Ali-İmran Surəsi, Ayə 140

إِن يَمْسَسْكُمْ قَرْحٌۭ فَقَدْ مَسَّ ٱلْقَوْمَ قَرْحٌۭ مِّثْلُهُۥ ۚ وَتِلْكَ ٱلْأَيَّامُ نُدَاوِلُهَا بَيْنَ ٱلنَّاسِ وَلِيَعْلَمَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَيَتَّخِذَ مِنكُمْ شُهَدَآءَ ۗ وَٱللَّهُ لَا يُحِبُّ ٱلظَّٰلِمِينَ ﴿140﴾

Oxunuşu (Transkripsiya): Iny-yamsaskum qarhum faqad massal qavma qarhum misluh; va tilkal ayyamu nudaviluha bainan nasi va liya'lamal lahul lazina amanu va yattaxiza minkum şuhada'; vallahu la yuh ibbuz zalimin
Mişkini Tərcüməsi: Əgər (Ühüd döyüşündə) sizə yara və zərər-ziyan dəydisə (Bədr döyüşündə də) o biri dəstəyə onun kimi yara və zərər-ziyan dəydi. Biz bu (qələbə və məğlubiyyət) günləri(ni) (daha kamil bir quruluşun xeyiri,) Allahın iman gətirənləri üzə çıxarması (və Onun əzəli elminin xarici aləmdə gerçəkləşməsi) üçün, həmçinin sizin aranızdan (axirətdə insanların əməllərinə şahid durmaq üçün) şahidlər götürmək üçün insanların arasında növbə ilə dolandırırıq. Allah zalımları sevmir.
141 Ali-İmran Surəsi, Ayə 141

وَلِيُمَحِّصَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَيَمْحَقَ ٱلْكَٰفِرِينَ ﴿141﴾

Oxunuşu (Transkripsiya): Va liyumahhisal lahul lazina amanu va yamhaqal kafirin
Mişkini Tərcüməsi: Və həmçinin iman gətirənləri xalis etmək və saflaşdırmaq, kafirləri tədriclə məhv etmək üçün!
142 Ali-İmran Surəsi, Ayə 142

أَمْ حَسِبْتُمْ أَن تَدْخُلُوا۟ ٱلْجَنَّةَ وَلَمَّا يَعْلَمِ ٱللَّهُ ٱلَّذِينَ جَٰهَدُوا۟ مِنكُمْ وَيَعْلَمَ ٱلصَّٰبِرِينَ ﴿142﴾

Oxunuşu (Transkripsiya): Am hasibtum an tadxulul Cannnata va lamma ya'lamil lahul lazina cahadu minkum va ya'lamas sabirin
Mişkini Tərcüməsi: Yoxsa Allah aranızdan cihad edənləri və səbirliləri məlum etməmiş (üzə çıxarmamış və Onun əzəli elmi xaricdə gerçəkləşməmiş) Cənnətə daxil olacağınızı güman edirsiniz?!
143 Ali-İmran Surəsi, Ayə 143

وَلَقَدْ كُنتُمْ تَمَنَّوْنَ ٱلْمَوْتَ مِن قَبْلِ أَن تَلْقَوْهُ فَقَدْ رَأَيْتُمُوهُ وَأَنتُمْ تَنظُرُونَ ﴿143﴾

Oxunuşu (Transkripsiya): Va laqad kuntum tamannnavnal mavta min qabli an talqavhu faqad ra aitumuhu va antum tanzurun
Mişkini Tərcüməsi: Şübhəsiz, siz ölümlə qarşılaşmamışdan qabaq onu arzulayırdınız (möminlər Ühüd müharibəsindən qabaq şəhid olmağı arzulayırdılar). Beləliklə, həqiqətən, (Ühüd müharibəsində) ona baxdığınız halda gördünüz onu! (Bəs onda sarsıntı və döyüşdən qaçmaq nə üçündür?)
144 Ali-İmran Surəsi, Ayə 144

وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌۭ قَدْ خَلَتْ مِن قَبْلِهِ ٱلرُّسُلُ ۚ أَفَإِي۟ن مَّاتَ أَوْ قُتِلَ ٱنقَلَبْتُمْ عَلَىٰٓ أَعْقَٰبِكُمْ ۚ وَمَن يَنقَلِبْ عَلَىٰ عَقِبَيْهِ فَلَن يَضُرَّ ٱللَّهَ شَيْـًۭٔا ۗ وَسَيَجْزِى ٱللَّهُ ٱلشَّٰكِرِينَ ﴿144﴾

Oxunuşu (Transkripsiya): Va ma Muhammadun illa Rasulun qad xalat min qablihir Rusul; afa'im mata av qutilan qalabtum 'ala a'qabikum; va mai yanqalib 'ala aqibihi falai yadurral laha şai'a; va sayaczil lahuş şakirin
Mişkini Tərcüməsi: Muhəmməd (s) yalnız bir peyğəmbərdir ki, ondan öncə (də) peyğəmbərlər gəlib getmişlər. Buna görə də əgər o ölsə və ya öldürülsə, siz öz keçmişinizə qayıdacaqsınız (əqidələrinizdən əl çəkəcəksiniz)?! Öz keçmişinə qayıdan şəxs Allaha heç bir ziyan vurmaz. Allah tezliklə şükr edənləri mükafatlandıracaqdır.
145 Ali-İmran Surəsi, Ayə 145

وَمَا كَانَ لِنَفْسٍ أَن تَمُوتَ إِلَّا بِإِذْنِ ٱللَّهِ كِتَٰبًۭا مُّؤَجَّلًۭا ۗ وَمَن يُرِدْ ثَوَابَ ٱلدُّنْيَا نُؤْتِهِۦ مِنْهَا وَمَن يُرِدْ ثَوَابَ ٱلْءَاخِرَةِ نُؤْتِهِۦ مِنْهَا ۚ وَسَنَجْزِى ٱلشَّٰكِرِينَ ﴿145﴾

Oxunuşu (Transkripsiya): Va ma kana linafsin an tamuta illa bi iznillahi kitabam mu'accala; va mai yurid savabad dunya nu'tihi minha va mai yurid savabal Aaxirati nu'tihi minha; va sanacziş şakirin
Mişkini Tərcüməsi: Heç kəsin Allahın əzəli istək və əmri olmadan ölməsi mümkün deyildir. (Hər bir canlının ölümü) müəyyən olunmuş, vaxtlı bir yazıdır. Kim (öz səylərindən) dünya mükafatı istəsə, ondan ona verərik və kim axirət mükafatı istəsə, ona ondan verərik. Şükr edənləri tezliklə mükafatlandıracağıq.
146 Ali-İmran Surəsi, Ayə 146

وَكَأَيِّن مِّن نَّبِىٍّۢ قَٰتَلَ مَعَهُۥ رِبِّيُّونَ كَثِيرٌۭ فَمَا وَهَنُوا۟ لِمَآ أَصَابَهُمْ فِى سَبِيلِ ٱللَّهِ وَمَا ضَعُفُوا۟ وَمَا ٱسْتَكَانُوا۟ ۗ وَٱللَّهُ يُحِبُّ ٱلصَّٰبِرِينَ ﴿146﴾

Oxunuşu (Transkripsiya): Va ka aiyim min Nabiyyin qatala ma'ahu ribbiyyuna kasirun fama vahanu lima Asabahum fi sabilil lahi va ma da'ufu va mas takanu; vallahu yuhibbus sabirin
Mişkini Tərcüməsi: Nə çox peyğəmbərlər ki, onlarla birlikdə çoxlu ilahi şəxsiyyətlər vuruşmuşlar. Beləliklə onlar Allah yolunda düçar olduqları şey müqabilində süstləşərək zəifləmədilər və əyilərək təslim olmadılar. Allah səbirliləri sevir.
147 Ali-İmran Surəsi, Ayə 147

وَمَا كَانَ قَوْلَهُمْ إِلَّآ أَن قَالُوا۟ رَبَّنَا ٱغْفِرْ لَنَا ذُنُوبَنَا وَإِسْرَافَنَا فِىٓ أَمْرِنَا وَثَبِّتْ أَقْدَامَنَا وَٱنصُرْنَا عَلَى ٱلْقَوْمِ ٱلْكَٰفِرِينَ ﴿147﴾

Oxunuşu (Transkripsiya): Va ma kana qavlahum illa an qalu Rabbanağ fir lana zunubana va israfana fi amirna va sabbit aqdamana vansurna 'alal qavmil kafirin
Mişkini Tərcüməsi: (Döyüşün şiddətli anlarında) onların dedikləri söz yalnız bu idi ki: «Ey Rəbbimiz! Bizim günahlarımızı və işimizdəki israfçılığımızı bağışla, qədəmlərimizi möhkəmləndir və bizə kafir dəstəyə qarşı kömək et».
148 Ali-İmran Surəsi, Ayə 148

فَـَٔاتَىٰهُمُ ٱللَّهُ ثَوَابَ ٱلدُّنْيَا وَحُسْنَ ثَوَابِ ٱلْءَاخِرَةِ ۗ وَٱللَّهُ يُحِبُّ ٱلْمُحْسِنِينَ ﴿148﴾

Oxunuşu (Transkripsiya): Fa atahumul lahu savabad dunya va husna savabil Aaxirah; vallahu yuhibbul muhsinin
Mişkini Tərcüməsi: Beləliklə, Allah onlara bu dünyanın mükafatını və axirətin gözəl mükafatını əta etdi. Allah yaxşılıq edənləri sevir.
149 Ali-İmran Surəsi, Ayə 149

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن تُطِيعُوا۟ ٱلَّذِينَ كَفَرُوا۟ يَرُدُّوكُمْ عَلَىٰٓ أَعْقَٰبِكُمْ فَتَنقَلِبُوا۟ خَٰسِرِينَ ﴿149﴾

Oxunuşu (Transkripsiya): Ya 'aiyuhal lazina amanu in tuti'ullazina kafaru yaruddukum 'ala a'qabkum fatanqalibu xasirin
Mişkini Tərcüməsi: Ey iman gətirənlər, əgər kafirlərə itaət etsəniz, sizi geriyə (cahiliyyət dövrünün küfr və nadanlığına) qaytararlar, beləliklə də ziyana uğrayarsınız.
150 Ali-İmran Surəsi, Ayə 150

بَلِ ٱللَّهُ مَوْلَىٰكُمْ ۖ وَهُوَ خَيْرُ ٱلنَّٰصِرِينَ ﴿150﴾

Oxunuşu (Transkripsiya): Balil lahu mavlakum va Huva xairun nasirin
Mişkini Tərcüməsi: (Onlar sizə kömək edən və həmçinin itaətə layiq deyildirlər,) əksinə sizin yardımçınız Allahdır və O, kömək edənlərin ən yaxşısıdır.
151 Ali-İmran Surəsi, Ayə 151

سَنُلْقِى فِى قُلُوبِ ٱلَّذِينَ كَفَرُوا۟ ٱلرُّعْبَ بِمَآ أَشْرَكُوا۟ بِٱللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِۦ سُلْطَٰنًۭا ۖ وَمَأْوَىٰهُمُ ٱلنَّارُ ۚ وَبِئْسَ مَثْوَى ٱلظَّٰلِمِينَ ﴿151﴾

Oxunuşu (Transkripsiya): Sanulqi fi qulubil lazina kafarur ru'ba bima aşraku billahi ma lam yunazzil bihi sultana-nv va mavahumun Nar; va bi'sa masvaz zalimin
Mişkini Tərcüməsi: Tezliklə kafirlərin qəlblərinə Allahın, (haqq olmasına dair) heç bir yetərli dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşmalarının cəzası olaraq qorxu və vahimə salacağıq. Onların qalacaqları yer oddur. Zalımların qalacaqları yer nə qədər də pis bir yerdir.
152 Ali-İmran Surəsi, Ayə 152

وَلَقَدْ صَدَقَكُمُ ٱللَّهُ وَعْدَهُۥٓ إِذْ تَحُسُّونَهُم بِإِذْنِهِۦ ۖ حَتَّىٰٓ إِذَا فَشِلْتُمْ وَتَنَٰزَعْتُمْ فِى ٱلْأَمْرِ وَعَصَيْتُم مِّنۢ بَعْدِ مَآ أَرَىٰكُم مَّا تُحِبُّونَ ۚ مِنكُم مَّن يُرِيدُ ٱلدُّنْيَا وَمِنكُم مَّن يُرِيدُ ٱلْءَاخِرَةَ ۚ ثُمَّ صَرَفَكُمْ عَنْهُمْ لِيَبْتَلِيَكُمْ ۖ وَلَقَدْ عَفَا عَنكُمْ ۗ وَٱللَّهُ ذُو فَضْلٍ عَلَى ٱلْمُؤْمِنِينَ ﴿152﴾

Oxunuşu (Transkripsiya): Va laqad sadaqakumul lahu va'dahu iz tahussu nahum bi iznihi hatta iza faşiltim va tanaza'tum fil amri va 'asaitum mim ba'di ma arakum ma tuhibbun; minkum mai yuridud dunya va minkum mai yuridul Aaxirah; summa sarafakum 'anhum sarafakum 'anhum liyabtaliyakum va laqad 'afa 'ankum; vallahu zu fadlin 'alal mu'minin
Mişkini Tərcüməsi: Şübhəsiz, Allah (Ühüd müharibəsində) Onun əmri ilə onları (müşrikləri) əzib-tökdüyünüz zaman Öz vədini sizin üçün gerçəkləşdirdi, o vaxta kimi ki, süstləşdiniz, (sizə əmr olunmuş) işdə (yəni düşmənin qəflətən hücum edə biləcəyi mövqeyin qorunmasında) ixtilafa düşdünüz və sevdiyiniz şey (düşmən üzərində qələbə) sizə göstərildikdən sonra itaətsizlik etdiniz. Sizlərdən bəzisi dünyanı (döyüş qənimətlərini), bəziləriniz isə axirəti istəyirdi. Sonra sizi sınamaq üçün onlardan (onlara qalib gəlməkdən) yayındırdı. Əlbəttə sizi əfv etdi və Allah möminlərə qarşı (böyük) mərhəmət sahibidir.
153 Ali-İmran Surəsi, Ayə 153

۞ إِذْ تُصْعِدُونَ وَلَا تَلْوُۥنَ عَلَىٰٓ أَحَدٍۢ وَٱلرَّسُولُ يَدْعُوكُمْ فِىٓ أُخْرَىٰكُمْ فَأَثَٰبَكُمْ غَمًّۢا بِغَمٍّۢ لِّكَيْلَا تَحْزَنُوا۟ عَلَىٰ مَا فَاتَكُمْ وَلَا مَآ أَصَٰبَكُمْ ۗ وَٱللَّهُ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ ﴿153﴾

Oxunuşu (Transkripsiya): Iz tus'iduna va la talvuna 'ala ahadinv var Rasulu yad'ukum fi uxrakum fa asabakum ğammam biğammil likaila tahzanu 'ala ma fatakum va la ma asabakum; vallahu xabirum bima ta'malun
Mişkini Tərcüməsi: O zaman uzaqlara qaçırdınız, heç kəsə baxmırdınız və Allahın Peyğəmbəri qoşununuzun arxasında sizi çağırırdı. Beləliklə (Allah) sizi qəminizin üstünə qəm qoymaqla (əmrdən boyun qaçırmaq və müharibədə məğlubiyyət qəmi ilə) cəzalandırdı ki, (imanınız möhkəmlənsin və) heç vaxt əlinizdən çıxana və düçar olduğunuz şeyə (müsibət və zərər-ziyanlara görə) kədərlənməyəsiniz. Allah etdiklərinizdən xəbərdardır.
154 Ali-İmran Surəsi, Ayə 154

ثُمَّ أَنزَلَ عَلَيْكُم مِّنۢ بَعْدِ ٱلْغَمِّ أَمَنَةًۭ نُّعَاسًۭا يَغْشَىٰ طَآئِفَةًۭ مِّنكُمْ ۖ وَطَآئِفَةٌۭ قَدْ أَهَمَّتْهُمْ أَنفُسُهُمْ يَظُنُّونَ بِٱللَّهِ غَيْرَ ٱلْحَقِّ ظَنَّ ٱلْجَٰهِلِيَّةِ ۖ يَقُولُونَ هَل لَّنَا مِنَ ٱلْأَمْرِ مِن شَىْءٍۢ ۗ قُلْ إِنَّ ٱلْأَمْرَ كُلَّهُۥ لِلَّهِ ۗ يُخْفُونَ فِىٓ أَنفُسِهِم مَّا لَا يُبْدُونَ لَكَ ۖ يَقُولُونَ لَوْ كَانَ لَنَا مِنَ ٱلْأَمْرِ شَىْءٌۭ مَّا قُتِلْنَا هَٰهُنَا ۗ قُل لَّوْ كُنتُمْ فِى بُيُوتِكُمْ لَبَرَزَ ٱلَّذِينَ كُتِبَ عَلَيْهِمُ ٱلْقَتْلُ إِلَىٰ مَضَاجِعِهِمْ ۖ وَلِيَبْتَلِىَ ٱللَّهُ مَا فِى صُدُورِكُمْ وَلِيُمَحِّصَ مَا فِى قُلُوبِكُمْ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿154﴾

Oxunuşu (Transkripsiya): Summa anzala 'alaikum mim ba'dil ğammi amanatan nu'asai yağşa ta' ifatam minkum va ta'ifatun qad ahammasum anfusuhum yazunnuna billahi ğairal haqqi zannal cahiliyyati yaquluna hal lana minal amri min şai'; qul innal amra kullahu lillah; yuxfuna fi anfusihim ma la yubduna laka yaquluna lav kana lana minal amri şai'umma qutilna hahuna; qul lav kuntum fi buyutikum labarazal lazina kutiba 'alaihimul qatlu ila madaci'ihim va liyabtaliyal lahu ma fi sudurikum va liyumah hisa ma fi qulubikum; vallahu 'alimum bizatis sudur
Mişkini Tərcüməsi: Sonra, bu qəm-qüssənin ardınca, sizə xəfif bir yuxu şəklində rahatlıq nazil etdi. O, sizdən bir dəstəni bürüdü. Başqa bir dəstə isə yalnız öz canının hayında idi, Allah barəsində nahaq gümana-cahiliyyət dövrünə xas zənnə qapılırdılar. (Üzdə sənə) «görəsən, bu işdən (qələbədən) bizə də bir şey düşür?» deyirdilər. De: «Şübhəsiz, işlərin hamısı Allaha aiddir». Onlar qəlblərində sənə aşkar etmədikləri bir şeyi gizlədirlər. (Ürəklərində və ya öz aralarında) deyirlər: «Əgər (verilən vədələr doğru olsaydı və) bu işdən (qələbədən) bizə də bir şey düşsəydi, biz burada öldürülməzdik!» De: «Əgər siz hətta öz evlərinizdə belə olsaydınız, şübhəsiz, (Lövhi-məhfuzda) barələrində öldürülmək yazılmış, qərara alınmış kəslər (döyüş meydanındakı) yataqlarına tərəf hərəkət edərdilər (ki, Allahın qəza-qədəri gerçəkləşsin) və Allah sizin sinələrinizdə olanı (niyyətlərinizi) yoxlasın və qəlblərinizdə olanı (imanınızı) xalisləşdirsin. Allah ürəklərdə olanı (sizin niyyətlərinizi) biləndir.
155 Ali-İmran Surəsi, Ayə 155

إِنَّ ٱلَّذِينَ تَوَلَّوْا۟ مِنكُمْ يَوْمَ ٱلْتَقَى ٱلْجَمْعَانِ إِنَّمَا ٱسْتَزَلَّهُمُ ٱلشَّيْطَٰنُ بِبَعْضِ مَا كَسَبُوا۟ ۖ وَلَقَدْ عَفَا ٱللَّهُ عَنْهُمْ ۗ إِنَّ ٱللَّهَ غَفُورٌ حَلِيمٌۭ ﴿155﴾

Oxunuşu (Transkripsiya): Innal lazina tavallav minkum yavmal taqal cam'ani innamas tazallahumuş Şaitanu biba'di ma kasabu va laqad 'afal lahu 'anhum; innnal laha Ğafurum Halim
Mişkini Tərcüməsi: Əlbəttə, doğrudan da iki dəstənin qarşılaşdığı gün (Ühüd döyüşündə) sizlərdən düşmənə arxa çevirən kəsləri qazandıqları bəzi günahlara görə Şeytan büdrətdi və əlbəttə, Allah onları əfv etdi. Çünki Allah çox-çox bağışlayan və həlimdir.
156 Ali-İmran Surəsi, Ayə 156

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَكُونُوا۟ كَٱلَّذِينَ كَفَرُوا۟ وَقَالُوا۟ لِإِخْوَٰنِهِمْ إِذَا ضَرَبُوا۟ فِى ٱلْأَرْضِ أَوْ كَانُوا۟ غُزًّۭى لَّوْ كَانُوا۟ عِندَنَا مَا مَاتُوا۟ وَمَا قُتِلُوا۟ لِيَجْعَلَ ٱللَّهُ ذَٰلِكَ حَسْرَةًۭ فِى قُلُوبِهِمْ ۗ وَٱللَّهُ يُحْىِۦ وَيُمِيتُ ۗ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ ﴿156﴾

Oxunuşu (Transkripsiya): Ya ayyuhul lazina amanu la takunu kallazina kafaru va qalu li ixvanihim iza darabu fil ardi av kanu ğuzzal lav kanu 'indana ma matu va ma qutilu liyac'alal lahu zalika hasratan fi qulubihim; qallahu yuhyi va yumit; vallahu bima ta'maluna Basir
Mişkini Tərcüməsi: Ey iman gətirənlər, kafir olan və səfərə çıxmış (və səfərdə ölmüş) və ya döyüşçü (olub şəhid) olmuş qardaşları barəsində «əgər bizim yanımızda qalsaydılar, ölməzdilər və öldürülməzdilər!» deyən kəslər kimi olmayın. (Qoyun) Allah bunu (bu əqidəni və sözü) onların qəlblərində bir həsrət etsin. Dirildən də öldürən də Allahdır. Allah etdiklərinizi görəndir.
157 Ali-İmran Surəsi, Ayə 157

وَلَئِن قُتِلْتُمْ فِى سَبِيلِ ٱللَّهِ أَوْ مُتُّمْ لَمَغْفِرَةٌۭ مِّنَ ٱللَّهِ وَرَحْمَةٌ خَيْرٌۭ مِّمَّا يَجْمَعُونَ ﴿157﴾

Oxunuşu (Transkripsiya): Va la'in qutiltum fi sabilil lahi av muttum lamağfiratum minal lahi va rahmatun xairum mimma yacma'un
Mişkini Tərcüməsi: Əgər Allah yolunda öldürülsəniz, yaxud ölsəniz, şübhəsiz ki, Allah tərəfindən olan bağışlanmaq və rəhmət onların yığdıqlarından (dünya sərvətindən) daha yaxşıdır.
158 Ali-İmran Surəsi, Ayə 158

وَلَئِن مُّتُّمْ أَوْ قُتِلْتُمْ لَإِلَى ٱللَّهِ تُحْشَرُونَ ﴿158﴾

Oxunuşu (Transkripsiya): Va la'im muttum 'av qutiltumla ilal lahi tuhşarun
Mişkini Tərcüməsi: Ölsəniz də öldürülsəniz də şübhəsiz, Allaha tərəf toplanılacaqsınız.
159 Ali-İmran Surəsi, Ayə 159

فَبِمَا رَحْمَةٍۢ مِّنَ ٱللَّهِ لِنتَ لَهُمْ ۖ وَلَوْ كُنتَ فَظًّا غَلِيظَ ٱلْقَلْبِ لَٱنفَضُّوا۟ مِنْ حَوْلِكَ ۖ فَٱعْفُ عَنْهُمْ وَٱسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِى ٱلْأَمْرِ ۖ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُتَوَكِّلِينَ ﴿159﴾

Oxunuşu (Transkripsiya): Fabima rahmatim minal lahi linta lahum va lav kunta fazzan ğalizal qalbi lanfaddu min havlika fafu 'anhum vastağfir lahum va şavirhum fil amri fa iza 'azamta fatavakkal 'alal lah; innallaha yuhibbul mutavak kilin
Mişkini Tərcüməsi: Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar. Belə isə, onları əfv et, onlar üçün bağışlanmaq dilə və işlərdə onlarla məsləhətləş və qəti qərara gəldikdən sonra Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir.
160 Ali-İmran Surəsi, Ayə 160

إِن يَنصُرْكُمُ ٱللَّهُ فَلَا غَالِبَ لَكُمْ ۖ وَإِن يَخْذُلْكُمْ فَمَن ذَا ٱلَّذِى يَنصُرُكُم مِّنۢ بَعْدِهِۦ ۗ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ ﴿160﴾

Oxunuşu (Transkripsiya): Iny-yansurkumul lahu fala ğaliba lakum va iny-yaxzulkum faman zal lazi yansurukum mim ba'dih; va 'alal lahi falyatavakkalil mu'minun
Mişkini Tərcüməsi: Əgər Allah sizə kömək etsə, sizə heç kəs qalib gələ bilməz və əgər sizi köməksiz qoysa, onda sizə Ondan sonra kim kömək edər?! Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.
161 Ali-İmran Surəsi, Ayə 161

وَمَا كَانَ لِنَبِىٍّ أَن يَغُلَّ ۚ وَمَن يَغْلُلْ يَأْتِ بِمَا غَلَّ يَوْمَ ٱلْقِيَٰمَةِ ۚ ثُمَّ تُوَفَّىٰ كُلُّ نَفْسٍۢ مَّا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ ﴿161﴾

Oxunuşu (Transkripsiya): Va ma kana li Nabiyyin ai yağull; va mai yağlul yati bima ğalla Yavmal Qiyamah; summa tuvaffa kullu nafsim ma kasabat va hum la yuzlamun
Mişkini Tərcüməsi: (Həm səmavi şəriətlər və həm də sağlam ağıl baxımından) heç bir peyğəmbərə (qənimətlə əldə edilmiş mallarda və sairədə öz ümmətinə) xəyanət etmək yaraşmaz. Xəyanət edən hər bir kəs Qiyamət günü xəyanət etdiyi şeylə birlikdə gələcəkdir. Sonra hər bir şəxsə əldə etdiyi şeyin müqabilində tam və kamil əvəz veriləcəkdir. Onlara zülm edilməyəcək, haqlarından kəsilməyəcəkdir.
162 Ali-İmran Surəsi, Ayə 162

أَفَمَنِ ٱتَّبَعَ رِضْوَٰنَ ٱللَّهِ كَمَنۢ بَآءَ بِسَخَطٍۢ مِّنَ ٱللَّهِ وَمَأْوَىٰهُ جَهَنَّمُ ۚ وَبِئْسَ ٱلْمَصِيرُ ﴿162﴾

Oxunuşu (Transkripsiya): Afamanit taba'a Ridvanal lahi kamam ba'a bisaxatim minal lahi va mavahu Cahannam; va bi'sal masir
Mişkini Tərcüməsi: Belə isə, heç Allahın razılığına tabe olan şəxs, (haqqa) Allahın qəzəbi ilə qayıtmış və yeri Cəhənnəm olan şəxs kimidir?! Ora çox pis bir dönüş yeridir.
163 Ali-İmran Surəsi, Ayə 163

هُمْ دَرَجَٰتٌ عِندَ ٱللَّهِ ۗ وَٱللَّهُ بَصِيرٌۢ بِمَا يَعْمَلُونَ ﴿163﴾

Oxunuşu (Transkripsiya): Hum daracatun 'indal lah; vallahu basirum bima ya'malun
Mişkini Tərcüməsi: Onlar (möminlər və kafirlər) Allah yanında təbəqələrdir (bu iki dəstənin hər biri digərinə nisbətdə, həmçinin hər bir dəstə də öz fərdlərinə nisbətdə dərəcələrə bölünmüşdür) və Allah onların etdiklərini görəndir.
164 Ali-İmran Surəsi, Ayə 164

لَقَدْ مَنَّ ٱللَّهُ عَلَى ٱلْمُؤْمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولًۭا مِّنْ أَنفُسِهِمْ يَتْلُوا۟ عَلَيْهِمْ ءَايَٰتِهِۦ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَإِن كَانُوا۟ مِن قَبْلُ لَفِى ضَلَٰلٍۢ مُّبِينٍ ﴿164﴾

Oxunuşu (Transkripsiya): Laqad mannal lahu 'alal mu'minina iz ba'asa fihim Rasulam min anfusihim yatlu 'alaihim Aayatihi va yuzakkihim va yu'allimu humul Kitaba val Hikmata va in kanu min qablu lafi dalalim mubin
Mişkini Tərcüməsi: Şübhəsiz, Allah möminlərin boynuna onlara (mələklərdən və cinlərdən deyil) özlərindən Onun ayələrini onlara oxuyan, onları paklaşdıran və onlara (səmavi) kitabı, şəriət hökmlərini və əqli maarifi öyrədən bir peyğəmbər göndərən zaman haqq qoydu. Həqiqətən, onlar bundan əvvəl açıq-aydın bir azğınlıqda idilər.
165 Ali-İmran Surəsi, Ayə 165

أَوَلَمَّآ أَصَٰبَتْكُم مُّصِيبَةٌۭ قَدْ أَصَبْتُم مِّثْلَيْهَا قُلْتُمْ أَنَّىٰ هَٰذَا ۖ قُلْ هُوَ مِنْ عِندِ أَنفُسِكُمْ ۗ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿165﴾

Oxunuşu (Transkripsiya): Ava lamma asabatkum musibatun qad asabtum mislaiha qultum anna haza qul huva min 'indi anfusikum; innal laha 'ala kulli şai'in Qadir
Mişkini Tərcüməsi: Sizə bir müsibət üz verən zaman (Ühüd müharibəsində yetmiş nəfəriniz öldürülərkən) – ki, əlbəttə, onun iki qatını siz (onlara) vurmuşdunuz (Bədr müharibəsində onlardan yetmiş nəfəri öldürüb, yetmiş nəfərini əsir götürmüşdünüz) – «bu müsibət necə və haradandır?» deyirsiniz?! De: «Bu sizin öz tərəfinizdəndir (çünki bu müharibədə Peyğəmbərin əmrindən çıxdınız)». Həqiqətən, Allah hər bir şeyə qadirdir.
166 Ali-İmran Surəsi, Ayə 166

وَمَآ أَصَٰبَكُمْ يَوْمَ ٱلْتَقَى ٱلْجَمْعَانِ فَبِإِذْنِ ٱللَّهِ وَلِيَعْلَمَ ٱلْمُؤْمِنِينَ ﴿166﴾

Oxunuşu (Transkripsiya): Va ma asabakum yavmal taqal cam'ani fabiznil lahi va liya'lamal mu'minin
Mişkini Tərcüməsi: İki dəstənin bir-biri ilə qarşılaşdığı gün düçar olduğunuz şey (Ühüd müharibəsindəki böyük məğlubiyyət və yetmiş nəfərin öldürülməsi) Allahın izni və icazəsi ilə idi (ki, sizi imtahan) və möminləri məlum etsin (və əzəli elmi möcud gerçəkliklə üst-üstə düşsün).
167 Ali-İmran Surəsi, Ayə 167

وَلِيَعْلَمَ ٱلَّذِينَ نَافَقُوا۟ ۚ وَقِيلَ لَهُمْ تَعَالَوْا۟ قَٰتِلُوا۟ فِى سَبِيلِ ٱللَّهِ أَوِ ٱدْفَعُوا۟ ۖ قَالُوا۟ لَوْ نَعْلَمُ قِتَالًۭا لَّٱتَّبَعْنَٰكُمْ ۗ هُمْ لِلْكُفْرِ يَوْمَئِذٍ أَقْرَبُ مِنْهُمْ لِلْإِيمَٰنِ ۚ يَقُولُونَ بِأَفْوَٰهِهِم مَّا لَيْسَ فِى قُلُوبِهِمْ ۗ وَٱللَّهُ أَعْلَمُ بِمَا يَكْتُمُونَ ﴿167﴾

Oxunuşu (Transkripsiya): Va liya'lamal lazina nafaqu; va qila lahum ta'alav qatilu fi sabilil lahi avid fa'u qalu lav na'lamu qitalallat taba'nakum; hum lilkufri yavma'izin aqrabu minhum lil iman; yaquluna bi afvahihim ma laisa fi qulubihim; vallahu a'lamu bima yaktumun
Mişkini Tərcüməsi: Və münafiqləri məlum etməsi üçün! (Elə ki,) onlara «gəlin Allah yolunda vuruşun, ya (öz ərazilərinizi) müdafiə edin!» – deyildi, dedilər: «Əgər biz döyüşməyi bilsəydik, mütləq sizə tabe olardıq!» Onlar həmin gün, imandansa küfrə daha yaxın idilər. Onlar həmişə ağızları ilə qəlblərində olmayan şeyi deyirlər. Allah onların gizlətdiklərini daha yaxşı biləndir.
168 Ali-İmran Surəsi, Ayə 168

ٱلَّذِينَ قَالُوا۟ لِإِخْوَٰنِهِمْ وَقَعَدُوا۟ لَوْ أَطَاعُونَا مَا قُتِلُوا۟ ۗ قُلْ فَٱدْرَءُوا۟ عَنْ أَنفُسِكُمُ ٱلْمَوْتَ إِن كُنتُمْ صَٰدِقِينَ ﴿168﴾

Oxunuşu (Transkripsiya): Allazina qalu lixvanihim va qa'adu lav ata'una ma qutilu; qul fadra'u'an anfusikumul mavta in kuntum sadiqin
Mişkini Tərcüməsi: Özləri (döyüşə getməyib evdə) oturan və (doğma) qardaşları (və ya Ühüd müharibəsində öldürülmüş öz məsləkdaşları) barədə «əgər onlar bizə tabe olsaydılar, öldürülməzdilər!» deyən kəslərə de: «(İndi ki, siz ölümdən qaçmağın yolunu bilirsiniz) onda, əgər doğruçusunzsa ölümü özünüzdən dəf edin».
169 Ali-İmran Surəsi, Ayə 169

وَلَا تَحْسَبَنَّ ٱلَّذِينَ قُتِلُوا۟ فِى سَبِيلِ ٱللَّهِ أَمْوَٰتًۢا ۚ بَلْ أَحْيَآءٌ عِندَ رَبِّهِمْ يُرْزَقُونَ ﴿169﴾

Oxunuşu (Transkripsiya): Va la tahsabannal lazina qutilu fi sabilillahi amvata; bal ahya'un 'inda Rabbihim yurzaqun
Mişkini Tərcüməsi: Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir.
170 Ali-İmran Surəsi, Ayə 170

فَرِحِينَ بِمَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ وَيَسْتَبْشِرُونَ بِٱلَّذِينَ لَمْ يَلْحَقُوا۟ بِهِم مِّنْ خَلْفِهِمْ أَلَّا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ ﴿170﴾

Oxunuşu (Transkripsiya): Farihina bima ata humul lahu min fadlihi va yastabşiruna billazina lam yalhaqu bihim min fadlihi va yastabşiruna billazina lam yalhaqu bihim min xalfihim alla xavfun 'alaihim va la hum yahzanun
Mişkini Tərcüməsi: (Onlar) Allahın Öz mərhəmətindən onlara əta etdiyinə şaddırlar və arxalarınca (hələ gəlib) onlara qoşulmamış (hələ şəhid olmamış) kəslərə görə sevinirlər ki, onlar üçün nə bir qorxu var və nə də qəmgin olacaqlar.
171 Ali-İmran Surəsi, Ayə 171

۞ يَسْتَبْشِرُونَ بِنِعْمَةٍۢ مِّنَ ٱللَّهِ وَفَضْلٍۢ وَأَنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُؤْمِنِينَ ﴿171﴾

Oxunuşu (Transkripsiya): Yastabşiruna bini'matim minal lahi va fad linv va annal laha la yudi'u acral mu'minin
Mişkini Tərcüməsi: Onlar Allah tərəfindən olan nemət və bəxşişə görə və həmçinin Allahın möminlərin mükafatını zay etməməsindən şaddırlar.
172 Ali-İmran Surəsi, Ayə 172

ٱلَّذِينَ ٱسْتَجَابُوا۟ لِلَّهِ وَٱلرَّسُولِ مِنۢ بَعْدِ مَآ أَصَابَهُمُ ٱلْقَرْحُ ۚ لِلَّذِينَ أَحْسَنُوا۟ مِنْهُمْ وَٱتَّقَوْا۟ أَجْرٌ عَظِيمٌ ﴿172﴾

Oxunuşu (Transkripsiya): Allazinas tacabu lil lahi var Rasuli mim ba'di ma asabahumulqarh; lillazina ahsanu minhum vattaqav acrun 'azim
Mişkini Tərcüməsi: (Ühüd döyüşündən və) yaralandıqdan sonra (Qüreyş qoşununu təqib etmək üçün) Allahın və Onun peyğəmbərinin çağırışını qəbul etmiş kəslər – onların yaxşılıq edib təqvalı olanları üçün böyük bir mükafat vardır.
173 Ali-İmran Surəsi, Ayə 173

ٱلَّذِينَ قَالَ لَهُمُ ٱلنَّاسُ إِنَّ ٱلنَّاسَ قَدْ جَمَعُوا۟ لَكُمْ فَٱخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَٰنًۭا وَقَالُوا۟ حَسْبُنَا ٱللَّهُ وَنِعْمَ ٱلْوَكِيلُ ﴿173﴾

Oxunuşu (Transkripsiya): Allazina qala lahumun nasu innan nasa qad cama'u lakum faxşavhuin fazadahum imannanva va qalu hasbunal lahu va ni'malvakil
Mişkini Tərcüməsi: Həmin o kəslər (üçün) ki, camaat onlara «(Məkkə) camaat(ı) sizin(lə vuruşmaq) üçün toplaşıb, onlardan qorxun» dedi, amma (bu xəbər) onların imanını artırdı və dedilər: «Bizə Allah kifayətdir və O, gözəl vəkildir».
174 Ali-İmran Surəsi, Ayə 174

فَٱنقَلَبُوا۟ بِنِعْمَةٍۢ مِّنَ ٱللَّهِ وَفَضْلٍۢ لَّمْ يَمْسَسْهُمْ سُوٓءٌۭ وَٱتَّبَعُوا۟ رِضْوَٰنَ ٱللَّهِ ۗ وَٱللَّهُ ذُو فَضْلٍ عَظِيمٍ ﴿174﴾

Oxunuşu (Transkripsiya): Fanqalabu bini'matim minal lahi va fadlil lam yamsaşum su'unv vattaba'u ridvanal lah; vallahu zu fadlin 'azim
Mişkini Tərcüməsi: Beləliklə, Allah tərəfindən olan bir nemət (sağlamlıq və salamatçılıq) və bəxşiş (yollarında olan ticarətdən götürdükləri qazanc) ilə onlara heç bir pislik və ziyan dəymədən qayıtdılar və Allahın razılığına tabe oldular. Allah böyük fəzl (mərhəmət və bəxşiş) sahibidir.
175 Ali-İmran Surəsi, Ayə 175

إِنَّمَا ذَٰلِكُمُ ٱلشَّيْطَٰنُ يُخَوِّفُ أَوْلِيَآءَهُۥ فَلَا تَخَافُوهُمْ وَخَافُونِ إِن كُنتُم مُّؤْمِنِينَ ﴿175﴾

Oxunuşu (Transkripsiya): Innama zalikumuş Şaitanu yuxavvifu avliya'ahu fala taxafuhum va xafuni in kuntum mu'minin
Mişkini Tərcüməsi: Həqiqətən, öz dostlarını (şayələrlə düşməndən) qorxudan yalnız Şeytandır. Odur ki, əgər möminsinizsə onlardan qorxmayın, Məndən qorxun!.
176 Ali-İmran Surəsi, Ayə 176

وَلَا يَحْزُنكَ ٱلَّذِينَ يُسَٰرِعُونَ فِى ٱلْكُفْرِ ۚ إِنَّهُمْ لَن يَضُرُّوا۟ ٱللَّهَ شَيْـًۭٔا ۗ يُرِيدُ ٱللَّهُ أَلَّا يَجْعَلَ لَهُمْ حَظًّۭا فِى ٱلْءَاخِرَةِ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ ﴿176﴾

Oxunuşu (Transkripsiya): Va la yahzunkal lazina yusari'una fil Kufr; innahum lai yadurrul laha şai'a; yuridul lahu alla yac'ala lahum hazzan fil Aaxirati va lahum 'azabun 'azim
Mişkini Tərcüməsi: Məbada küfr yolunda tələsənlər səni kədərləndirsinlər. Onlar Allaha əsla heç bir ziyan vurmurlar. Allah istəyir ki, (itaətsizliklərinə görə) axirətdə onlara bir pay qoymasın. Onlar üçün böyük bir əzab vardır.
177 Ali-İmran Surəsi, Ayə 177

إِنَّ ٱلَّذِينَ ٱشْتَرَوُا۟ ٱلْكُفْرَ بِٱلْإِيمَٰنِ لَن يَضُرُّوا۟ ٱللَّهَ شَيْـًۭٔا وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ ﴿177﴾

Oxunuşu (Transkripsiya): Innal lazinaş taravul kufra bil imani lai yadurrul laha şai anv va lahum 'azdabun alim
Mişkini Tərcüməsi: Həqiqətən, küfrü imanı vermək bahasına (satın) alan kəslər, Allaha əsla bir ziyan vurmurlar və onlar üçün ağrılı bir əzab vardır.
178 Ali-İmran Surəsi, Ayə 178

وَلَا يَحْسَبَنَّ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَنَّمَا نُمْلِى لَهُمْ خَيْرٌۭ لِّأَنفُسِهِمْ ۚ إِنَّمَا نُمْلِى لَهُمْ لِيَزْدَادُوٓا۟ إِثْمًۭا ۚ وَلَهُمْ عَذَابٌۭ مُّهِينٌۭ ﴿178﴾

Oxunuşu (Transkripsiya): Va la yahsabannal lazina kafaru annama numli lahum xairulli anfusihim; innama numli lahum liyazdadu isma va lahum 'azabum muhin
Mişkini Tərcüməsi: Küfr edən kəslər onlara verdiyimiz möhlətin öz xeyirlərinə olmasını güman etməsinlər. Əslində Biz onlara (başa düşmələri üçün) möhlət veririk (lakin sonda bu, səbəb olur) ki, onlar (öz) günah(ların)ı artırsınlar. Onlar üçün alçaldıcı bir əzab vardır.
179 Ali-İmran Surəsi, Ayə 179

مَّا كَانَ ٱللَّهُ لِيَذَرَ ٱلْمُؤْمِنِينَ عَلَىٰ مَآ أَنتُمْ عَلَيْهِ حَتَّىٰ يَمِيزَ ٱلْخَبِيثَ مِنَ ٱلطَّيِّبِ ۗ وَمَا كَانَ ٱللَّهُ لِيُطْلِعَكُمْ عَلَى ٱلْغَيْبِ وَلَٰكِنَّ ٱللَّهَ يَجْتَبِى مِن رُّسُلِهِۦ مَن يَشَآءُ ۖ فَـَٔامِنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦ ۚ وَإِن تُؤْمِنُوا۟ وَتَتَّقُوا۟ فَلَكُمْ أَجْرٌ عَظِيمٌۭ ﴿179﴾

Oxunuşu (Transkripsiya): Ma kanal lahu liyazaral mu'minina 'ala ma antum 'alaihi hatta yamizal xabisa minat taiyib; va ma kanal lahu liyutli'akum 'alal ğaibi va lakinnal laha yactabi mir Rusulihi mai yaşa'u fa aminu billahi va Rusulih; va in tu 'minu va tattaqu falakum acrun 'azim
Mişkini Tərcüməsi: Allah (Peyğəmbərə vəhy nazil etmək və ya müxtəlif imtahanlar vasitəsilə) xəbisi pakdan ayırana kimi möminləri sizin indi olduğunuz (mömininizlə münafiqinizin bir-birinə qarışmış olduğu) halda qoyan deyildir. Və (həmçinin) Allah (Özünün ənənəvi qanunlarına əsasən) sizi qeyb sirlərindən (və bir-birinizin batininizdən) xəbərdar edən deyildir. Lakin peyğəmbərlərindən (onların arasından) istədiyini seçir (və ona peyğəmbərlik vəzifəsinin ehtiyacı qədər qeyb elmi öyrədir). Odur ki, (qəti və şərti qanunlarının icrasında) Allaha və Onun peyğəmbərlərinə iman gətirin. Əgər iman gətirsəniz və təqvalı olsanız, sizin üçün böyük bir mükafat olacaqdır.
180 Ali-İmran Surəsi, Ayə 180

وَلَا يَحْسَبَنَّ ٱلَّذِينَ يَبْخَلُونَ بِمَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ هُوَ خَيْرًۭا لَّهُم ۖ بَلْ هُوَ شَرٌّۭ لَّهُمْ ۖ سَيُطَوَّقُونَ مَا بَخِلُوا۟ بِهِۦ يَوْمَ ٱلْقِيَٰمَةِ ۗ وَلِلَّهِ مِيرَٰثُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۗ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌۭ ﴿180﴾

Oxunuşu (Transkripsiya): Va la yahsabannal lazina yabxalun bima atahumul lahu min fadilhi huva xairal lahum bal huva şarrul lahum sayutav vaquna ma baxilu bihi Yavmal Qiyamah; va lillahi mirasus samavati val ard; vallahu bima ta'maluna Xabir
Mişkini Tərcüməsi: Allahın Öz lütf və rəhmətindən verdiyində (səmavi kitab elmi və dünya malında) xəsislik edən kəslər, bu xəsisliyin onların xeyirlərinə olmasını güman etməsinlər. Əksinə, bu onlar üçün şərdir. Tezliklə xəsislik etdikləri şey (həmin elm və malın zəncir surətindəki gerçək təcəssümü) Qiyamət günü boyunlarının boyunduruqu olacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur (hamı yox olacaq və yalnız O qalacaqdır). Allah etdiklərinizdən xəbərdardır.
181 Ali-İmran Surəsi, Ayə 181

لَّقَدْ سَمِعَ ٱللَّهُ قَوْلَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ فَقِيرٌۭ وَنَحْنُ أَغْنِيَآءُ ۘ سَنَكْتُبُ مَا قَالُوا۟ وَقَتْلَهُمُ ٱلْأَنۢبِيَآءَ بِغَيْرِ حَقٍّۢ وَنَقُولُ ذُوقُوا۟ عَذَابَ ٱلْحَرِيقِ ﴿181﴾

Oxunuşu (Transkripsiya): Laqad sami'al lahu qavlal lazina qalu innal laha faqirunv va nahnu ağniya'; sanaktubu ma qalu va qatlahumul Ambiya'a biğairi haqqinv va naqulu zuqu 'azaba Ihriq
Mişkini Tərcüməsi: Şübhəsiz, Allah (Onun insanlardan borc istəməsini eşidib) «həqiqətən, Allah yoxsuldur, biz isə dövlətliyik» deyən kəslərin sözlərini eşitdi. Tezliklə dediklərini və Allahın peyğəmbərlərini nahaq yerə öldürmələrini yazacaq və (Qiyamət günü) «dadın yandırıcı əzabı» deyəcəyik.
182 Ali-İmran Surəsi, Ayə 182

ذَٰلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ ٱللَّهَ لَيْسَ بِظَلَّامٍۢ لِّلْعَبِيدِ ﴿182﴾

Oxunuşu (Transkripsiya): Zalika bima qaddamat aidikum va annal laha laisa bizallamil lil'abid
Mişkini Tərcüməsi: Bu (əzab) öz əllərinizlə qabaqcadan göndərdiyiniz işlərə görədir, yoxsa Allah əsla bəndələrə zülm edən deyildir.
183 Ali-İmran Surəsi, Ayə 183

ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ عَهِدَ إِلَيْنَآ أَلَّا نُؤْمِنَ لِرَسُولٍ حَتَّىٰ يَأْتِيَنَا بِقُرْبَانٍۢ تَأْكُلُهُ ٱلنَّارُ ۗ قُلْ قَدْ جَآءَكُمْ رُسُلٌۭ مِّن قَبْلِى بِٱلْبَيِّنَٰتِ وَبِٱلَّذِى قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوهُمْ إِن كُنتُمْ صَٰدِقِينَ ﴿183﴾

Oxunuşu (Transkripsiya): Allazina qalu innal laha 'ahida ilaina alla nu'mina liRasulin hatta ya tiyana biqurbanin ta kuluhun nar; qul qad ca'akum Rusulum min qabli bilbaiyinati va billazi qultum falima qataltumuhum in kuntum sadiqin
Mişkini Tərcüməsi: Həmin o kəslər ki, «həqiqətən, Allah (səma kitablarında) bizə (qəbul əlaməti olaraq göydən gələn) odun yandırdığı bir qurbanlıq gətirməyincə heç bir peyğəmbərə əsla iman gətirməməyimizi tapşırmışdır» dedilər. De: «Şübhəsiz, məndən öncə (Zəkəriyya və Yəhya kimi) bir sıra peyğəmbərlər sizin üçün aydın dəlillər və dediklərinizi gətirmişdilər, əgər doğruçusunuzsa bəs onları nə üçün öldürdünüz?!»
184 Ali-İmran Surəsi, Ayə 184

فَإِن كَذَّبُوكَ فَقَدْ كُذِّبَ رُسُلٌۭ مِّن قَبْلِكَ جَآءُو بِٱلْبَيِّنَٰتِ وَٱلزُّبُرِ وَٱلْكِتَٰبِ ٱلْمُنِيرِ ﴿184﴾

Oxunuşu (Transkripsiya): Fa in kaz zabuka faqad kuz ziba Rusulum min qablika ca'u bilbaiyinati vaz Zuburi val Kitabil Munir
Mişkini Tərcüməsi: Odur ki, əgər səni təkzib etdilərsə, həqiqətən, səndən öncə aydın dəlillər, (hikmətli və nəsihətli) yazılar, aydın və (din və şəriətə) aydınlıq gətirən kitab ilə gəlmiş peyğəmbərlər də təkzib olundular.
185 Ali-İmran Surəsi, Ayə 185

كُلُّ نَفْسٍۢ ذَآئِقَةُ ٱلْمَوْتِ ۗ وَإِنَّمَا تُوَفَّوْنَ أُجُورَكُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ ۖ فَمَن زُحْزِحَ عَنِ ٱلنَّارِ وَأُدْخِلَ ٱلْجَنَّةَ فَقَدْ فَازَ ۗ وَمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَآ إِلَّا مَتَٰعُ ٱلْغُرُورِ ﴿185﴾

Oxunuşu (Transkripsiya): Kulu nafsin za'iqatul mavt; va innama tuvaffavna ucurakum Yavmal Qiyamati faman zuhziha 'anin Nari vaudxilal Cannata faqad faz; va mal hayatud dunya illa mata'ul ğurur
Mişkini Tərcüməsi: Hər bir canlı (mütləq) ölümü dadacaqdır. Qiyamət günü sizin mükafatlarınız tam şəkildə veriləcəkdir. Odur ki, oddan uzaqlaşdırılan və Cənnətə daxil edilən kəs doğrudan da kama çatmışdır. Bu dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir.
186 Ali-İmran Surəsi, Ayə 186

۞ لَتُبْلَوُنَّ فِىٓ أَمْوَٰلِكُمْ وَأَنفُسِكُمْ وَلَتَسْمَعُنَّ مِنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ مِن قَبْلِكُمْ وَمِنَ ٱلَّذِينَ أَشْرَكُوٓا۟ أَذًۭى كَثِيرًۭا ۚ وَإِن تَصْبِرُوا۟ وَتَتَّقُوا۟ فَإِنَّ ذَٰلِكَ مِنْ عَزْمِ ٱلْأُمُورِ ﴿186﴾

Oxunuşu (Transkripsiya): Latublavunna fi amvalikum va anfusikum va latasma'unna minal lazina utul Kitaba min qablikum va minal lazina aşraku azan kasira; va in tasbiru va tattaqu fa inna zalika min 'azmil umur
Mişkini Tərcüməsi: Mallarınız və canlarınız barədə mütləq imtahan ediləcəksiniz və mütləq sizdən əvvəl (səmavi) kitab verilmiş şəxslərdən və həmçinin müşriklərdən (dinin və Peyğəmbərin inkarı və istehza olunması, eləcə də insanların İslam əleyhinə təhrik olunmaları barəsində) çoxlu cansıxıcı sözlər eşidəcəksiniz. Əgər səbr və təqvaya yiyələnsəniz, bu (dözümlülük), həqiqətən, böyük və əhəmiyyətli işlərdəndir.
187 Ali-İmran Surəsi, Ayə 187

وَإِذْ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ لَتُبَيِّنُنَّهُۥ لِلنَّاسِ وَلَا تَكْتُمُونَهُۥ فَنَبَذُوهُ وَرَآءَ ظُهُورِهِمْ وَٱشْتَرَوْا۟ بِهِۦ ثَمَنًۭا قَلِيلًۭا ۖ فَبِئْسَ مَا يَشْتَرُونَ ﴿187﴾

Oxunuşu (Transkripsiya): Va iz axazal lahu misaqal lazina utul Kitaba latubaiyinunnahu linnasi va la taktumuna hu fanabazuhu vara'a zuhurihim vaştarav bihi samanan qalilan fabi'sa ma yaştarun
Mişkini Tərcüməsi: Və (yada sal) o zaman(ı) ki, Allah (səmavi) kitab verilmiş kəslərdən «mütləq, gərək onu(n həqiqətlərini) insanlara açıqlayasınız və gizlətməyəsiniz!» deyə əhd-peyman aldı. Belə olan halda onlar onu (həmin kitabı və əhd-peymanı) arxalarına atdılar (ona göz yumdular) və onun müqabilində az bir qazanc əldə etdilər. Buna görə də, onların həmişə əldə etdikləri şey nə qədər də pis bir şeydir.
188 Ali-İmran Surəsi, Ayə 188

لَا تَحْسَبَنَّ ٱلَّذِينَ يَفْرَحُونَ بِمَآ أَتَوا۟ وَّيُحِبُّونَ أَن يُحْمَدُوا۟ بِمَا لَمْ يَفْعَلُوا۟ فَلَا تَحْسَبَنَّهُم بِمَفَازَةٍۢ مِّنَ ٱلْعَذَابِ ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ ﴿188﴾

Oxunuşu (Transkripsiya): La tahsabannal lazina yafrahuna bima atav va yuhibbona ai yuhmadu bima lam yaf'alu fala tahsabunnahum bimafazatim minal 'azabi va lahum 'azabun alim
Mişkini Tərcüməsi: Güman etmə ki, (səmavi kitabın ayələrini gizlətmək və camaatı İslamdan uzaqlaşdırmaq kimi) əməllərinə sevinən və etmədikləri şeylərə görə mədh olunmağı sevən kəslər, bəli, güman etmə ki, onlar əzabdan qurtulacaqlar. Onlar üçün ağrılı bir əzab vardır.
189 Ali-İmran Surəsi, Ayə 189

وَلِلَّهِ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ ﴿189﴾

Oxunuşu (Transkripsiya): Va lillahi mulkus samavati val ard; vallahu 'ala kulli şai'in Qadir
Mişkini Tərcüməsi: Göylərin və yerin həqiqi mülkiyyəti və tam hakimiyyəti Allaha məxsusdur (çünki yaratmaq, qorumaq, idarə etmək və yox etmək, bunların hamısı Onun istək və iradəsinə tabedir). Allah hər şeyə qadirdir.
190 Ali-İmran Surəsi, Ayə 190

إِنَّ فِى خَلْقِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَٱخْتِلَٰفِ ٱلَّيْلِ وَٱلنَّهَارِ لَءَايَٰتٍۢ لِّأُو۟لِى ٱلْأَلْبَٰبِ ﴿190﴾

Oxunuşu (Transkripsiya): Inna fi xalqis samavati val ardi vaxtilafil laili vannahari la Aayatil liulil albab
Mişkini Tərcüməsi: Həqiqətən, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün get-gəlində sağlam ağıl və fikir sahibləri üçün (Allahın qüdrət, elm və hikmətini göstərən) nişanələr vardır.
191 Ali-İmran Surəsi, Ayə 191

ٱلَّذِينَ يَذْكُرُونَ ٱللَّهَ قِيَٰمًۭا وَقُعُودًۭا وَعَلَىٰ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِى خَلْقِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَٰذَا بَٰطِلًۭا سُبْحَٰنَكَ فَقِنَا عَذَابَ ٱلنَّارِ ﴿191﴾

Oxunuşu (Transkripsiya): Allazina yazkurunal laha qiyamaiv-va qu'udanv-va 'ala cuno obihim va yatafakkaruna fi xalqis samavati val ardi Rabbana ma xalaqta haza batilan Subhanak faqina 'azaban Nar
Mişkini Tərcüməsi: O kəslər ki, ayaq üstə, oturduqları halda və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına salır, göylərin və yerin yaradılışı(nın sirləri) barəsində fikirləşir (və qəlbləri və ya həm qəlb, həm də dilləri ilə deyir)lər: «Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç işlərdən) pak (və uzaq)san (və bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri üçün vəzifələr müəyyənləşdirmək və dünyada savab və əzaba layiq olmaq və onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun əzabından qoru».
192 Ali-İmran Surəsi, Ayə 192

رَبَّنَآ إِنَّكَ مَن تُدْخِلِ ٱلنَّارَ فَقَدْ أَخْزَيْتَهُۥ ۖ وَمَا لِلظَّٰلِمِينَ مِنْ أَنصَارٍۢ ﴿192﴾

Oxunuşu (Transkripsiya): Rabbana innaka man tudxilin Nara faqad axzai tahu va ma lizzalimina min ansar
Mişkini Tərcüməsi: «Ey Rəbbimiz! Şübhəsiz, Sən (Cəhənnəm) od(un)a daxil etdiyin hər bir kəsi, mütləq xar və rüsvay etmisən. Zalımların əsla köməkçiləri olmayacaqdır».
193 Ali-İmran Surəsi, Ayə 193

رَّبَّنَآ إِنَّنَا سَمِعْنَا مُنَادِيًۭا يُنَادِى لِلْإِيمَٰنِ أَنْ ءَامِنُوا۟ بِرَبِّكُمْ فَـَٔامَنَّا ۚ رَبَّنَا فَٱغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّـَٔاتِنَا وَتَوَفَّنَا مَعَ ٱلْأَبْرَارِ ﴿193﴾

Oxunuşu (Transkripsiya): Rabbana innana sami'na munadiyai yunadi lil imani an aminu bi Rabbikum fa amanna; Rabbana fağfir lana zunubana va kaffir 'anna saiyi atina va tavaffana ma'al abrar
Mişkini Tərcüməsi: «Ey Rəbbimiz! Həqiqətən, biz «Rəbbinizə iman gətirin!» – deyə imana dəvət edən bir çağırışçını(n dəvətini) eşitdik və iman gətirdik. Ey Rəbbimiz, buna görə də günahlarımızı bizə bağışla, pisliklə mrimizi bizdən təmizlə və bizi yaxşı əməl sahiblərinin sırasında öldür!»
194 Ali-İmran Surəsi, Ayə 194

رَبَّنَا وَءَاتِنَا مَا وَعَدتَّنَا عَلَىٰ رُسُلِكَ وَلَا تُخْزِنَا يَوْمَ ٱلْقِيَٰمَةِ ۗ إِنَّكَ لَا تُخْلِفُ ٱلْمِيعَادَ ﴿194﴾

Oxunuşu (Transkripsiya): Rabbana va atina ma va'attana 'ala Rusulika va la tuxzina Yavmal Qiyamah; innaka la tuxliful mi'ad
Mişkini Tərcüməsi: «Ey Rəbbimiz! Peyğəmbərlərinin dili ilə bizə vəd etdiklərini bizə əta et və bizi Qiyamət günü xar və rüsvay etmə ki, həqiqətən, Sən heç vaxt Öz vədinə xilaf çıxmırsan».
195 Ali-İmran Surəsi, Ayə 195

فَٱسْتَجَابَ لَهُمْ رَبُّهُمْ أَنِّى لَآ أُضِيعُ عَمَلَ عَٰمِلٍۢ مِّنكُم مِّن ذَكَرٍ أَوْ أُنثَىٰ ۖ بَعْضُكُم مِّنۢ بَعْضٍۢ ۖ فَٱلَّذِينَ هَاجَرُوا۟ وَأُخْرِجُوا۟ مِن دِيَٰرِهِمْ وَأُوذُوا۟ فِى سَبِيلِى وَقَٰتَلُوا۟ وَقُتِلُوا۟ لَأُكَفِّرَنَّ عَنْهُمْ سَيِّـَٔاتِهِمْ وَلَأُدْخِلَنَّهُمْ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ثَوَابًۭا مِّنْ عِندِ ٱللَّهِ ۗ وَٱللَّهُ عِندَهُۥ حُسْنُ ٱلثَّوَابِ ﴿195﴾

Oxunuşu (Transkripsiya): Fastacaba lahum Rabbuhum anni la Udi'u 'amala 'amilim minkum min zakarin av unsa ba'dukum mim ba'din fal lazina hacaru va uxricu min diyarihim va uzu fi sabili va qatalu va qutilu la ukaffiranna 'anhum saiyi atihim va la udxilanna hum Cannnatin tacri min tahtihal anharu savabam min 'indil lah; vallahu 'indahu husnus savab
Mişkini Tərcüməsi: Beləliklə, Rəbbi onların dualarını qəbul etdi ki: «Həqiqətən, Mən sizlərdən heç bir əməl sahibinin – istər kişi olsun ya qadın ki, hamınız bir-birinizdənsiniz və bir-birinizlə bağlısınız – əməlini zay etməyəcəyəm. Odur ki, hicrət edən, öz evlərindən qovulan, Mənim yolumda əzab-əziyyət görən, döyüşən və öldürülən kəslərin pisliklərini mütləq təmizləyəcək və onları (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. (Bu,) Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat yalnız Allahın yanındadır».
196 Ali-İmran Surəsi, Ayə 196

لَا يَغُرَّنَّكَ تَقَلُّبُ ٱلَّذِينَ كَفَرُوا۟ فِى ٱلْبِلَٰدِ ﴿196﴾

Oxunuşu (Transkripsiya): La yağurrannaka taqal lubul lazina kafaru fil bilad
Mişkini Tərcüməsi: Küfr edənlərin şəhərlərdə (imkanla, mənfəəttələbcəsinə və qalib halda) hərəkət və get-gəlləri səni aldatmasın!
197 Ali-İmran Surəsi, Ayə 197

مَتَٰعٌۭ قَلِيلٌۭ ثُمَّ مَأْوَىٰهُمْ جَهَنَّمُ ۚ وَبِئْسَ ٱلْمِهَادُ ﴿197﴾

Oxunuşu (Transkripsiya): Mata'un qalilun summa mavahum Cahannam; va bi'sal mihad
Mişkini Tərcüməsi: (Bu, dünyadan) azacıq bir bəhrələnməkdir, sonra isə onların yerləri Cəhənnəm olacaqdır. Ora pis bir qalacaq yeridir.
198 Ali-İmran Surəsi, Ayə 198

لَٰكِنِ ٱلَّذِينَ ٱتَّقَوْا۟ رَبَّهُمْ لَهُمْ جَنَّٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا نُزُلًۭا مِّنْ عِندِ ٱللَّهِ ۗ وَمَا عِندَ ٱللَّهِ خَيْرٌۭ لِّلْأَبْرَارِ ﴿198﴾

Oxunuşu (Transkripsiya): Lakinil lazinat taqav Rabbahum lahum Cannnatun tacri min tahtihal anharu xalidina fiha nuzulammin 'indil lah; va ma 'indal lahi xairul lil abrar
Mişkini Tərcüməsi: Lakin öz Rəbbindən qorxan kəslər üçün (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlər vardır. Allah tərəfindən ilk ziyafət olaraq onlar orada əbədidirlər. Yaxşı əməl sahibləri üçün Allah yanında olan şey (Allahın razılığı və əbədi nemətlər) daha yaxşıdır.
199 Ali-İmran Surəsi, Ayə 199

وَإِنَّ مِنْ أَهْلِ ٱلْكِتَٰبِ لَمَن يُؤْمِنُ بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيْكُمْ وَمَآ أُنزِلَ إِلَيْهِمْ خَٰشِعِينَ لِلَّهِ لَا يَشْتَرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ ثَمَنًۭا قَلِيلًا ۗ أُو۟لَٰٓئِكَ لَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ ۗ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ ﴿199﴾

Oxunuşu (Transkripsiya): Va inna min Ahlil Kitabi lamai yu minu billahi va ma unzila ilaikum va ma unzila ilaihim xaşi 'ina lillahi la yaştaruna bi Aayatil lahi samanan qalila; ula'ika lahum acruhum 'inda Rabbihim; innal laha sari'ul hisab
Mişkini Tərcüməsi: Əlbəttə, kitab əhlindən Allah qarşısında təvazökarlıqla Allahın ayələri(ni təhrif etmək) ilə azacıq bir qazanc əldə etmədən Allaha, sizə nazil olana (Qurana) və onlara nazil olana (keçmiş səma kitablarına) iman gətirən kəslər vardır. Onların öz Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır. Şübhəsiz, Allah tez hesab çəkəndir (hesab baxımından heç kəsin mükafatını gecikdirmir).
200 Ali-İmran Surəsi, Ayə 200

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱصْبِرُوا۟ وَصَابِرُوا۟ وَرَابِطُوا۟ وَٱتَّقُوا۟ ٱللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴿200﴾

Oxunuşu (Transkripsiya): Ya aiyuhal lazina amanus biru va sabiru va rabitu vattaqul laha la'allakum tuflihun
Mişkini Tərcüməsi: Ey iman gətirənlər, səbrli olun və başqalarını da səbrə sövq edin, düşmən qarşısında müqavimət göstərin, sərhəddin keşiyində durun və Allahdan qorxun, bəlkə nicat tapdınız.
Əvvəlki: 2. Əl-Bəqərə Bütün Surələr ↑ Növbəti: 4. Ən-Nisa

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...