Bəqərə surəsi (89-93) - Hacı Rahib | Ruhunuzu dinləndirin
Xaliqiyyətdə tövhid Səsli kitab 3
Bəqərə surəsi (84-88) - Hacı Rahib | Ruhunuzu dinləndirin
Nəhcül-bəlağənin şərhi 11.04.2026
Əməllər və davranışlar
Namaz haqqında
Hər bir surənin tilavətinin savabı, gündəlik namazlarda oxunmasının faydaları, xəstəliklər üçün şəfa ayələri, ruzi, hacət, qorxudan amanda qalmaq və digər mühüm xətmlər.
Ali-İmran surəsinin fəzilətləri
Digər bir nüsxədə: Übəyy ibn Kəb Peyğəmbərdən (s.ə.v.v.) nəql etmişdir ki, Həzrət buyurdu: "Hər kəs “Ali-İmran” surəsini oxusa, Allah-taala bu surənin hər ayəsinin müqabilində Cəhənnəm körpüsündən keçmək üçün amannamə (keçid vərəqəsi) əta edəcək."
İbn Abbas deyir: Rəsuli-Əkrəm (s.ə.v.v.) buyurdu: "Hər kəs “Ali-İmran” surəsini cümə günü günbatana qədər oxusa, Allah və mələkləri onun üçün salam göndərərlər." Burəydə deyir: Nəbiyyi-Əkrəm (s.ə.v.v.) buyurdu: "“Bəqərə” və “Ali-İmran” surəsini öyrənin. Çünki onların ikisi bir nurdur. Qiyamət günü onları bilən şəxs üçün bu surələr iki bulud, iki pərdə, yaxud iki cərgədən ibarət quşlar kimi kölgə salacaqdır."
Yuxudan oyandıqda öz ətrafınıza baxın və “Ali-İmran” surəsinin sonunu — *"İnnə fi xəlqis-səməvəti"*dən *"Lə tuxliful-miad"*a kimi oxusanız, çox faydalıdır. (Ali-İmran, 190-194).
Əgər bu ayəni ağrıyan yerə (üzvə) oxusanız, şəfa tapar: “Bismillahir-rəhmanir-rəhim. Rəbbənə lə tuziğ qulubənə bə’də iz hədəytənə və həblənə min lədunkə rəhmətən. İnnəkə əntəl-vəhhab.”
İbn Məsud deyir: "Allahın Rəsulundan (s.ə.v.v.) eşitdim ki, belə buyurdu: “Hər kəs (aşağıdakı) bu ayəni oxusa, Allah Qiyamət günündə ona buyurar: "Ey bəndəm, Mənim əhdimə vəfa etdin və əmanətimi yerinə yetirdin ki, o, yeganəlik və tövhiddən ibarətdir; Mən də öz əhdinə vəfa edənlərin ən ləyaqətlisiyəm. Bəs, ey Mənim mələklərim, Behiştin qapılarını açın ki, o, hansı qapıdan istəyirsə, daxil olsun"". Ayə: *"Şəhidəllahu ənnəhu lə iləhə illə huvə vəl-məlaikətu və ulul-ilmi qaimən bil-qist"*dən *"və tərzuqu mən təşau bi-ğəyri hisab"*a kimi (Ali-İmran, 18-27).
Bir kəs evdən xaric olanda (çıxanda) “Ali-İmran” surəsinin axırıncı ayələrini, “Qədr”, “Həmd” və “Ayətəl-kürsü”nü oxusa, dünyada və axirətdə hacətləri qəbul olunacaq.
Allah buyurur: "Rəbbənə və ətinə mə vəədtənə" — surənin axırı kimi (194-cü ayədən 200-cü ayəyə qədər). Çünki Allah-taaladan vədə xilaf çıxmaq caiz deyil. Beləliklə, *"Ətinə mə vəədtənə"*dən məqsəd Allahın dərgahına zarıldayıb ağlamaq və Allahdan başqasından rabitəni kəsməkdir. Allahın buyurduğu bunun kimidir: "Rəbbihkum bil-həqq" (Ənbiya, 112).
Nəbiyyi-Əkrəmdən (s.ə.v.v.) rəvayət olunub ki, Allah hər bir kəsə savab vədəsi versə, əlbəttə, ona vəfa edəcək; və hər kəsə əzab vədəsi versə, əgər istəsə, əzab verəcək və əgər istəməsə, əzab verməyəcək — bu iş Onun öz ixtiyarındadır. Həqiqətən, Nəbiyyi-Əkrəm (s.ə.v.v.) həmişə buyurardı: "Hər kəs gecə bu ayələri (“Ali-İmran” surəsinin axırını) oxusa, elə bil ki, bütün gecəni ibadət etmişdir." Həzrəti Sadiqdən (ə) nəql olunub ki, hər kim üçün çətinlik qarşıya çıxsa, beş dəfə "Rəbbənə" desin, Haqq-taala onun müşkülünü həll edər. O Həzrətdən soruşdular: "Yəbnə Rəsulallah, bunun mənbəyi nədir (haradandır)?" Buyurdu ki: "Allah-taala bu beş kəlmənin (Ali-İmran, 194) — "Rəbbənə və ətinə mə vəədtənə ələ rusulik" — bərəkətinə görə möminin duasını icabət (qəbul) edib buyurdu: "Fəstəcabə ləhum rəbbuhum" (Ali-İmran, 195)."
“Ali-İmran” surəsinin 26-cı ayəsində Allah-taala buyurur: *"Qulillahummə malikəl-mulki tu’til-mulkə mən təşau"*dan *"bi-ğəyri hisab"*a qədər. Yəni: "De: "İlahi! Ey hökumət maliki, hər kimə istəsən hökumət verirsən və hər kimdən istəsən hökuməti alırsan; hər kəsə istəsən izzət verərsən və hər kimi istəsən zəlil və xar edərsən. Bütün yaxşılıqlar Sənin əlindədir. Sən hər şeyə qadirsən"".
İşlərin açılması və dövlətli olmaq üçün bu ayəni 350 dəfə oxusun: "Qul innəl-fəzlə bi-yədillahi yu’tihi mən yəşau, vəllahu vasiun əlim." (Ali-İmran, 73).
Allahın Rəsulundan (s.ə.v.v.) rəvayət olunub ki, hər kəs cümə axşamı “Ali-İmran” surəsini oxusa, Qiyamətdə ona iki qanad verərlər ki, ildırım sürəti ile Sirat körpüsündən keçər.
İbn Abbas Həzrəti Rəsuldan (s.ə.v.v.) rəvayət edir ki: "Hər kəs cümə günü “Ali-İmran” surəsini oxusa, Haqq-taala və mələklər günəş batana qədər ona salavat göndərərlər."
Həzrəti Rəsul (s.ə.v.v.) buyurub: "“Bəqərə” və “Ali-İmran” surəsini öyrənin ki, işıq saçandırlar. Yəni bu iki surə nur verən və işıqlandırandırlar. Bunlar iki bulud parçası kimi başının üstündə kölgə salacaqlar."
Həzrəti Rəsuldan (s.ə.v.v.) ayrı bir rəvayətdə nəql olunur ki, hər kəs cümə axşamı “Ali-İmran” surəsini oxusa, Qiyamət günü ona iki qanad verərlər ki, onun vasitəsilə Sirat körpüsündən ildırım sürəti ilə keçər.
Başqa bir rəvayətdə nəql olunub ki, Muaz ibn Cəbəl rəvayət edir: "Tələbkarların borcunu tələb etməsinə görə bir cümə namazında iştirak edə bilmədim. Nəbiyyi-Əkrəm (s.ə.v.v.) buyurdu: “Ey Muaz! Hansı şey səni cümə namazından saxladı?” Dedi: “Mənim borcum var idi...” Peyğəmbər buyurdu: “Sənə bir dua öyrədim ki, onu oxusan Allah borcunu ödəyər.”"