43

Əz-Zuxruf Surəsi

89 Ayə 25-ci Cüz Məkkə
سُورَةُ الزخرف Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 43 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əz-Zuxruf Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əz-Zuxruf Surəsi, Ayə 1

حمٓ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Ha-Mim
Mişkini Tərcüməsi: Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu həriflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)
2 Əz-Zuxruf Surəsi, Ayə 2

وَٱلْكِتَٰبِ ٱلْمُبِينِ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Val Kitabil Mubin
Mişkini Tərcüməsi: And olsun bu aydın və (haqq ilə batilə, dinin əsasları ilə qollarına və halal ilə harama) aydınlıq gətirən kitaba ki,
3 Əz-Zuxruf Surəsi, Ayə 3

إِنَّا جَعَلْنَٰهُ قُرْءَٰنًا عَرَبِيًّۭا لَّعَلَّكُمْ تَعْقِلُونَ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Inna ca'alnahu Quranan 'Arabiyyal la'allakum ta'qilun
Mişkini Tərcüməsi: Biz bu kitabı bəlkə (bu kitabın təqdim edildiyi ilk ümmət olan) siz (onun həqiqətləri barəsində) düşünəsiz deyə ərəbcə olan bir Quran etdik.
4 Əz-Zuxruf Surəsi, Ayə 4

وَإِنَّهُۥ فِىٓ أُمِّ ٱلْكِتَٰبِ لَدَيْنَا لَعَلِىٌّ حَكِيمٌ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Va innahu fi Ummil Kitabi Ladaina la'aliyyun hakim
Mişkini Tərcüməsi: Həqiqətən, bu (Quran) Bizim yanımızda ana kitabda (Lövhi-Məhfuzda) uca məqam və möhkəm quruluş, dəqiq məzmun və mətin bəyan sahibidir.
5 Əz-Zuxruf Surəsi, Ayə 5

أَفَنَضْرِبُ عَنكُمُ ٱلذِّكْرَ صَفْحًا أَن كُنتُمْ قَوْمًۭا مُّسْرِفِينَ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Afanadribu 'ankumuz Zikra safhan an kuntum qavmam musrifin
Mişkini Tərcüməsi: Siz həddini aşan bir dəstə olduğunuz üçün başdan ayağa öyüd-nəsihət olan bu kitabı nifrət üzündən sizdən geriyəmi qaytaraq?
6 Əz-Zuxruf Surəsi, Ayə 6

وَكَمْ أَرْسَلْنَا مِن نَّبِىٍّۢ فِى ٱلْأَوَّلِينَ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Va kam arsalna min Nabiyyin fil avvalin
Mişkini Tərcüməsi: Keçmiş insanlara çoxlu peyğəmbərlər göndərdik.
7 Əz-Zuxruf Surəsi, Ayə 7

وَمَا يَأْتِيهِم مِّن نَّبِىٍّ إِلَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Va ma yatihim min Nabiyyin illa kanu bihi yasahzi'un
Mişkini Tərcüməsi: Onlar özlərinə gələn hər bir peyğəmbərə məsxərə edirdilər.
8 Əz-Zuxruf Surəsi, Ayə 8

فَأَهْلَكْنَآ أَشَدَّ مِنْهُم بَطْشًۭا وَمَضَىٰ مَثَلُ ٱلْأَوَّلِينَ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Fa ahlakna aşadda minhum batşanv va mada masalul lavvalin
Mişkini Tərcüməsi: Beləliklə, Biz onlardan (ərəblərdən) daha güclüləri həlak etdik və keçmişlərin məsəl və vəsfi (bu Quranda nəql edilib) keçdi.
9 Əz-Zuxruf Surəsi, Ayə 9

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ ٱلْعَزِيزُ ٱلْعَلِيمُ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Va la'in sa altahum man xalaqas samavati val arda la yaqulunna xalaqa hunnal 'Azizul 'Alim
Mişkini Tərcüməsi: Əlbəttə, əgər onlardan (Məkkə müşriklərindən) «göyləri və yeri kim yaradıb» (deyə) soruşsan, mütləq «onları həmin qüdrətli və bilən (Allah) yaratmışdır» deyəcəklər. (Çünki onlar aləmin yaradılmasında deyil, onun idarə olunması və rübubiyyətdə şirkə düçar olmuşdular.)
10 Əz-Zuxruf Surəsi, Ayə 10

ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ مَهْدًۭا وَجَعَلَ لَكُمْ فِيهَا سُبُلًۭا لَّعَلَّكُمْ تَهْتَدُونَ ﴿10﴾

Oxunuşu (Transkripsiya): Allazi ca'ala lakumul arda mahdanv va ca'ala lakum fiha subulal la'allakum tahtadun
Mişkini Tərcüməsi: Həmin O (Allah) ki, yer üzünü sizin üçün (beşik kimi) rahatlanmaq yeri etdi və bəlkə (öz dünyəvi hədəflərinizə, tovhid və onun kamilliyinə) hidayət olunasınız deyə sizin üçün onda yollar yaratdı.
11 Əz-Zuxruf Surəsi, Ayə 11

وَٱلَّذِى نَزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۢ بِقَدَرٍۢ فَأَنشَرْنَا بِهِۦ بَلْدَةًۭ مَّيْتًۭا ۚ كَذَٰلِكَ تُخْرَجُونَ ﴿11﴾

Oxunuşu (Transkripsiya): Vallazi nazzala minas sama'i ma'am biqadarin fa anşama bihi baldatam maita' kazalika tuxracun
Mişkini Tərcüməsi: Həmin O (Allah) ki, göydən müəyyən miqdarda (kamil hikmətinin tələbinə əsasən yağış, qar və dolu şəklində) su nazil etdi və onun vasitəsi ilə (bitki və ağaclar bitirməklə) ölü bir ölkəni diriltdik. (Qiyamət günü siz də torpaqdan) beləcə çıxarılacıqsınız.
12 Əz-Zuxruf Surəsi, Ayə 12

وَٱلَّذِى خَلَقَ ٱلْأَزْوَٰجَ كُلَّهَا وَجَعَلَ لَكُم مِّنَ ٱلْفُلْكِ وَٱلْأَنْعَٰمِ مَا تَرْكَبُونَ ﴿12﴾

Oxunuşu (Transkripsiya): Vallazi xalaqal azvaca kullaha va ca'ala lakum minal fulki val-an'ami ma tarkabun
Mişkini Tərcüməsi: Həmin O (Allah) ki, (varlıqların) bütün növləri(ni və bütün cüt məxluqatı) yaratdı və sizin üçün mindiyiniz gəmi və heyvanları vücuda gətirdi.
13 Əz-Zuxruf Surəsi, Ayə 13

لِتَسْتَوُۥا۟ عَلَىٰ ظُهُورِهِۦ ثُمَّ تَذْكُرُوا۟ نِعْمَةَ رَبِّكُمْ إِذَا ٱسْتَوَيْتُمْ عَلَيْهِ وَتَقُولُوا۟ سُبْحَٰنَ ٱلَّذِى سَخَّرَ لَنَا هَٰذَا وَمَا كُنَّا لَهُۥ مُقْرِنِينَ ﴿13﴾

Oxunuşu (Transkripsiya): Litastavu 'ala zuhurihi summa tazkuru ni'mata Rabbikum izastavaitum 'alaihi va taqulu Subhanal lazi saxxara lana haza va ma kunna lahu muqrinin
Mişkini Tərcüməsi: (Yaratdı) ki, onların üstünə minəsiniz, sonra onların üstündə qərar tutan zaman Rəbbinizin nemətini xatırlayıb deyəsiniz: «Bunu bizə tabe və ram edən (hər bir eyb və nöqsandan) pakdır; (yoxsa) bizim buna gücümüz çatmazdı».
14 Əz-Zuxruf Surəsi, Ayə 14

وَإِنَّآ إِلَىٰ رَبِّنَا لَمُنقَلِبُونَ ﴿14﴾

Oxunuşu (Transkripsiya): Va inna ila Rabbina lamunqalibun
Mişkini Tərcüməsi: «Və şübhəsiz, biz Rəbbimizə tərəf qayıdacağıq».
15 Əz-Zuxruf Surəsi, Ayə 15

وَجَعَلُوا۟ لَهُۥ مِنْ عِبَادِهِۦ جُزْءًا ۚ إِنَّ ٱلْإِنسَٰنَ لَكَفُورٌۭ مُّبِينٌ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Va ca'alu lahu min 'ibadihi cuz'a; innal insana lakafurum mubin
Mişkini Tərcüməsi: Və (müşriklər) bəndələrindən Allaha hissə (atadan ayrılmış bir hissə olan övlad) nisbət verdilər (mələkləri Onun qızları adlandırdılar). Doğrudan da insan çox küfr edən və aşkar nankordur.
16 Əz-Zuxruf Surəsi, Ayə 16

أَمِ ٱتَّخَذَ مِمَّا يَخْلُقُ بَنَاتٍۢ وَأَصْفَىٰكُم بِٱلْبَنِينَ ﴿16﴾

Oxunuşu (Transkripsiya): Amit taxaza mimma yaxluqu banatinv va asfakum bilbanin
Mişkini Tərcüməsi: Yoxsa O, yaratdıqlarından Özünə qızları (övlad) götürüb və sizi oğlanlarla (oğul olmaqla olmağa) seçib?!
17 Əz-Zuxruf Surəsi, Ayə 17

وَإِذَا بُشِّرَ أَحَدُهُم بِمَا ضَرَبَ لِلرَّحْمَٰنِ مَثَلًۭا ظَلَّ وَجْهُهُۥ مُسْوَدًّۭا وَهُوَ كَظِيمٌ ﴿17﴾

Oxunuşu (Transkripsiya): Va iza buşşira ahaduhum bima daraba lir Rahmani masalan zalla vachuhu musvaddanv va hua kazim
Mişkini Tərcüməsi: Halbuki onlardan birinə Rəhman olan Allaha nisbət verdiyi şey ilə (Allahın övladı hesab etdiyi qızın dünyaya gəlməsi ilə) müjdə verilən zaman içi qüssə və hüzn ilə dolu halda (kədərinin çoxluğundan) üzü qaralar.
18 Əz-Zuxruf Surəsi, Ayə 18

أَوَمَن يُنَشَّؤُا۟ فِى ٱلْحِلْيَةِ وَهُوَ فِى ٱلْخِصَامِ غَيْرُ مُبِينٍۢ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Ava mai yunaşşa'u fil hilyati va huva fil xisami ğairu mubin
Mişkini Tərcüməsi: Bər-bəzək içində bəslənən, mübahisə və dava-dalaş zamanı bəyanı aydın olmayan kəsi (Allahın övladı adlandırırsınız)?!
19 Əz-Zuxruf Surəsi, Ayə 19

وَجَعَلُوا۟ ٱلْمَلَٰٓئِكَةَ ٱلَّذِينَ هُمْ عِبَٰدُ ٱلرَّحْمَٰنِ إِنَٰثًا ۚ أَشَهِدُوا۟ خَلْقَهُمْ ۚ سَتُكْتَبُ شَهَٰدَتُهُمْ وَيُسْـَٔلُونَ ﴿19﴾

Oxunuşu (Transkripsiya): Va ca'alul mala'ikatal lazina hum 'ibadur Rahmani inasa; a şahidu xalaqhum; satuktabu şaha datuhum va yus'alun
Mişkini Tərcüməsi: Rəhman Allahın bəndələri olan mələkləri qızlar sandılar. Məgər onların yaradılışında iştirak edib (onların qız olmalarını) görüblər? Tezliklə onların (mələklər barəsindəki) şahidlikləri yazılacaq və sorğu-sual ediləcəklər.
20 Əz-Zuxruf Surəsi, Ayə 20

وَقَالُوا۟ لَوْ شَآءَ ٱلرَّحْمَٰنُ مَا عَبَدْنَٰهُم ۗ مَّا لَهُم بِذَٰلِكَ مِنْ عِلْمٍ ۖ إِنْ هُمْ إِلَّا يَخْرُصُونَ ﴿20﴾

Oxunuşu (Transkripsiya): Va qalu lav şa'ar Rahmanu ma 'abadnahum; ma lahum bizalika min 'ilmin in hum illa yaxrusun
Mişkini Tərcüməsi: Onlar (bütlər barəsində) dedilər: «Əgər Rəhman Allah (bizim bütlərə ibadət etməməyimizi) istəsəydi (əsla) onlara ibadət etməzdik!» Onların bu iddialarına (dair) bilikləri yoxdur, əksinə, yalnız güman edir və yalan deyirlər. (Çünki Allahın, şərik qoşmamağı məcburi etmək istəməməsi Onun həmin əmələ razı olmasına və bu işdən ixtiyari şəkildə çəkindirməməsinə dəlalət etmir. Əksinə, Allahın ayələri ixtiyari qadağanın olmasını sübut edir.)
21 Əz-Zuxruf Surəsi, Ayə 21

أَمْ ءَاتَيْنَٰهُمْ كِتَٰبًۭا مِّن قَبْلِهِۦ فَهُم بِهِۦ مُسْتَمْسِكُونَ ﴿21﴾

Oxunuşu (Transkripsiya): Am atainahum Kitabam min qablihi fahum bihi mustamsikun
Mişkini Tərcüməsi: Yoxsa onlara bundan (Qurandan) əvvəl bir kitab vermişik ki, (onlar bu iddialarında) ona istinad edirlər?!
22 Əz-Zuxruf Surəsi, Ayə 22

بَلْ قَالُوٓا۟ إِنَّا وَجَدْنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٍۢ وَإِنَّا عَلَىٰٓ ءَاثَٰرِهِم مُّهْتَدُونَ ﴿22﴾

Oxunuşu (Transkripsiya): Bal qalu inna vacadna aba'ana 'ala ummatinv va inna 'ala asarihim muhtadun
Mişkini Tərcüməsi: Əksinə, onlar dedilər: «Həqiqətən, biz atalarımızı bir dində görmüşük və biz də onlara tabe olmaq nəticəsində mütləq doğru yoldayıq».
23 Əz-Zuxruf Surəsi, Ayə 23

وَكَذَٰلِكَ مَآ أَرْسَلْنَا مِن قَبْلِكَ فِى قَرْيَةٍۢ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَآ إِنَّا وَجَدْنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٍۢ وَإِنَّا عَلَىٰٓ ءَاثَٰرِهِم مُّقْتَدُونَ ﴿23﴾

Oxunuşu (Transkripsiya): Va kazalika ma arsalna min qablika fi qaryatim min nazirin illa qala mutrafuha inna vacadna aba'ana 'ala ummatinv va inna 'ala asarihim muqtadun
Mişkini Tərcüməsi: Və beləcə Biz səndən əvvəl hansı cəmiyyətə bir qorxudan (peyğəmbər) göndərdiksə, onların naz-nemət içində olanları dedilər: «Biz atalarımızı bir dində görmüşük və biz onların arxasınca gedirik».
24 Əz-Zuxruf Surəsi, Ayə 24

۞ قَٰلَ أَوَلَوْ جِئْتُكُم بِأَهْدَىٰ مِمَّا وَجَدتُّمْ عَلَيْهِ ءَابَآءَكُمْ ۖ قَالُوٓا۟ إِنَّا بِمَآ أُرْسِلْتُم بِهِۦ كَٰفِرُونَ ﴿24﴾

Oxunuşu (Transkripsiya): Qala ava lav ci'tukum bi ahda mimma vacattum 'alaihi aba'akum qalu inna bima ursiltum bihi kafirun
Mişkini Tərcüməsi: (Onların peyğəmbərləri) dedi: «Hətta əgər sizin üçün öz atalarınızı üzərində gördüyünüz dindən daha artıq hidayət edən bir din gətirmiş olsam belə (yenə onların arxasınca gedəcəksiniz)?» Dedilər: «Şübhəsiz, biz sizin göndərildiyiniz (gətirdiyiniz) şeyi inkar edirik».
25 Əz-Zuxruf Surəsi, Ayə 25

فَٱنتَقَمْنَا مِنْهُمْ ۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُكَذِّبِينَ ﴿25﴾

Oxunuşu (Transkripsiya): Fantaqamna minhum fanzur kaifa kana 'aqibatul mukazzibin
Mişkini Tərcüməsi: Beləliklə, Biz onlardan (məhv etmək və köklərini kəsməklə) intiqam aldıq. Bax gör təkzib edənlərin aqibəti necə oldu!
26 Əz-Zuxruf Surəsi, Ayə 26

وَإِذْ قَالَ إِبْرَٰهِيمُ لِأَبِيهِ وَقَوْمِهِۦٓ إِنَّنِى بَرَآءٌۭ مِّمَّا تَعْبُدُونَ ﴿26﴾

Oxunuşu (Transkripsiya): Va iz qala Ibrahimu liabihi va qavmihi innane bara'um mimma ta'budo
Mişkini Tərcüməsi: Və (yada sal) o zaman(ı) ki, İbrahim atasına (qayınatasına və yaxud əmisinə) və öz qövmünə dedi: «Şübhəsiz, mən sizin ibadət etdiklərinizdən tamamilə bezaram,
27 Əz-Zuxruf Surəsi, Ayə 27

إِلَّا ٱلَّذِى فَطَرَنِى فَإِنَّهُۥ سَيَهْدِينِ ﴿27﴾

Oxunuşu (Transkripsiya): Illal lazi fatarani innahu sa yahdin
Mişkini Tərcüməsi: məni yaratmış (yoxluqdan varlığa gətirmiş) kəs istisna olmaqla ki, əlbəttə O, tezliklə məni (dünyada müxtəlif insani kamilliklərə və axirətdə Cənnətə) hidayət edəcəkdir».
28 Əz-Zuxruf Surəsi, Ayə 28

وَجَعَلَهَا كَلِمَةًۢ بَاقِيَةًۭ فِى عَقِبِهِۦ لَعَلَّهُمْ يَرْجِعُونَ ﴿28﴾

Oxunuşu (Transkripsiya): Va ca'alaha Kalimatam baqiyatan fi 'aqibihi la'al lahum yarci'un
Mişkini Tərcüməsi: Və (Allah) onu (bütlərdən bezarlığı və yaradılışın başlanğıcına üz tutulmasını) onun nəslinin arasında əbədi (qalan) kəlmə etdi ki, bəlkə (nəsli və qövmü ona tərəf) qayıtdılar.
29 Əz-Zuxruf Surəsi, Ayə 29

بَلْ مَتَّعْتُ هَٰٓؤُلَآءِ وَءَابَآءَهُمْ حَتَّىٰ جَآءَهُمُ ٱلْحَقُّ وَرَسُولٌۭ مُّبِينٌۭ ﴿29﴾

Oxunuşu (Transkripsiya): Bal matta'tu ha'ula'i va aba'ahum hatta ca'a humul haqqu va Rasulum mubin
Mişkini Tərcüməsi: Əksinə, haqq, eləcə də aşkar və aydınlıq gətirən elçi (Quran və Muhəmməd (s)) yanlarına gələnə kimi bunları (Məkkə kafirlərini) və (İbrahimin tovhidini qəbul etməyən) atalarını (dünya nemətlərindən) bəhrələndirdik.
30 Əz-Zuxruf Surəsi, Ayə 30

وَلَمَّا جَآءَهُمُ ٱلْحَقُّ قَالُوا۟ هَٰذَا سِحْرٌۭ وَإِنَّا بِهِۦ كَٰفِرُونَ ﴿30﴾

Oxunuşu (Transkripsiya): Va lamma ca'ahumul haqqu qalu haza sihrunv va inna bihi kafirun
Mişkini Tərcüməsi: Və elə ki, haqq onlara tərəf gəldi, «bu cadudur və biz onu tamamilə inkar edirik» dedilər.
31 Əz-Zuxruf Surəsi, Ayə 31

وَقَالُوا۟ لَوْلَا نُزِّلَ هَٰذَا ٱلْقُرْءَانُ عَلَىٰ رَجُلٍۢ مِّنَ ٱلْقَرْيَتَيْنِ عَظِيمٍ ﴿31﴾

Oxunuşu (Transkripsiya): Va qalu lav la nuzzila hazal Quranu 'ala raculim minal qaryataini 'azim
Mişkini Tərcüməsi: Həmçinin dedilər: «Nə üçün bu Quran bu iki şəhərin birindən (mal-dövlət və məqam sahibi olan) böyük bir kişiyə (Məkkədən Vəlid ibn Muğeyrəyə və Taifdən Urvə ibn Məsuda) nazil edilməyib?!»
32 Əz-Zuxruf Surəsi, Ayə 32

أَهُمْ يَقْسِمُونَ رَحْمَتَ رَبِّكَ ۚ نَحْنُ قَسَمْنَا بَيْنَهُم مَّعِيشَتَهُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۚ وَرَفَعْنَا بَعْضَهُمْ فَوْقَ بَعْضٍۢ دَرَجَٰتٍۢ لِّيَتَّخِذَ بَعْضُهُم بَعْضًۭا سُخْرِيًّۭا ۗ وَرَحْمَتُ رَبِّكَ خَيْرٌۭ مِّمَّا يَجْمَعُونَ ﴿32﴾

Oxunuşu (Transkripsiya): Ahum yaqsimuna rahmata Rabbik; Nahnu qasamna bainahum ma'işatahum fil hayatid dunya va rafa'na ba'dahum favqa ba'din daracatil liyattaxiza ba'duhum ba'dan suxriyya; va rahmatu Rabbika xairum mimma yacma'un
Mişkini Tərcüməsi: Məgər sənin Rəbbinin (peyğəmbərlik, hidayət və cəmiyyətin tərbiyəsi kimi) mərhəmətini onlar bölüşdürürlər (ki, istədiklərinə versinlər)?! Dünya həyatında onların məişət vasitələrini aralarında Biz bölüşdürmüşük və (maddi və mənəvi kamilliklər baxımından) onların bəzilərini bəzilərindən bir neçə dərəcə üstün etmişik ki, bəziləri digər bəzilərini xidmətə götürsünlər (və nəticədə bəşər cəmiyyətinin daha kamil və layiqli idarə sistemi formalaşsın). Sənin Rəbbinin mərhəməti (peyğəmbərlik, ümumi vilayət və din) onların topladıqlarından daha yaxşıdır.
33 Əz-Zuxruf Surəsi, Ayə 33

وَلَوْلَآ أَن يَكُونَ ٱلنَّاسُ أُمَّةًۭ وَٰحِدَةًۭ لَّجَعَلْنَا لِمَن يَكْفُرُ بِٱلرَّحْمَٰنِ لِبُيُوتِهِمْ سُقُفًۭا مِّن فِضَّةٍۢ وَمَعَارِجَ عَلَيْهَا يَظْهَرُونَ ﴿33﴾

Oxunuşu (Transkripsiya): Va lav la any yakunan nasu ummatanv vahidatal laca'alna limany yakfuru bir Rahmani libu yutihim suqufam min fiddatinv va ma'arica 'alaiha yajarun
Mişkini Tərcüməsi: Əgər insanların hamısının bir ümmət olmaları (hamısının küfr və şirk ətrafında birləşmələri) ehtimalı olmasaydı, həqiqətən, Rəhman Allaha kafir olan kəslərin evləri üçün gümüşdən tavanlar və yuxarı çıxmaları üçün (gümüşdən) nərdivanlar düzəldərdik.
34 Əz-Zuxruf Surəsi, Ayə 34

وَلِبُيُوتِهِمْ أَبْوَٰبًۭا وَسُرُرًا عَلَيْهَا يَتَّكِـُٔونَ ﴿34﴾

Oxunuşu (Transkripsiya): Va libu yutihim abvabanv va sururan 'alaiha yattaki'un
Mişkini Tərcüməsi: Və evləri üçün (gümüş) qapılar və taxtlar (düzəldərdik) ki, onlara söykənsinlər.
35 Əz-Zuxruf Surəsi, Ayə 35

وَزُخْرُفًۭا ۚ وَإِن كُلُّ ذَٰلِكَ لَمَّا مَتَٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۚ وَٱلْءَاخِرَةُ عِندَ رَبِّكَ لِلْمُتَّقِينَ ﴿35﴾

Oxunuşu (Transkripsiya): Va zuxrufa; va in kullu zalika lamma mata'ul hayatid dunya; val axiratu 'inda Rabbika lilmuttaqin
Mişkini Tərcüməsi: Həmçinin (evləri üçün) qızıl zinət və bəzəklər (verərdik). Lakin bunların hamısı (fani) dünya həyatından (azacıq) bəhrələnməkdən başqa bir şey deyildir. Və Rəbbinin yanında olan axirət təqvalılara məxsusdur.
36 Əz-Zuxruf Surəsi, Ayə 36

وَمَن يَعْشُ عَن ذِكْرِ ٱلرَّحْمَٰنِ نُقَيِّضْ لَهُۥ شَيْطَٰنًۭا فَهُوَ لَهُۥ قَرِينٌۭ ﴿36﴾

Oxunuşu (Transkripsiya): Va mai ya'şu 'an zikrir Rahmani nuqaiyid lahu Şaitanan fahuva lahu qarin
Mişkini Tərcüməsi: Kim (nəfsi istəklərlə məşğul olaraq) Rəhman Allahı yada salmağa göz yumsa (və nəticədə qəlbi korlaşsa) ona, həmişə (vəsvəsə etmək və azdırmaq üçün) yoldaş və yaxın dost olan bir şeytan qoşarıq.
37 Əz-Zuxruf Surəsi, Ayə 37

وَإِنَّهُمْ لَيَصُدُّونَهُمْ عَنِ ٱلسَّبِيلِ وَيَحْسَبُونَ أَنَّهُم مُّهْتَدُونَ ﴿37﴾

Oxunuşu (Transkripsiya): Va innahum la yasuddu nahum 'anis sabili va yahsabuna annahum muhtadun
Mişkini Tərcüməsi: Şübhəsiz, həmin şeytanlar onları (hər bir xeyir) yoldan saxlayarlar və onlar doğru yolu tapmış olduqlarını güman edərlər.
38 Əz-Zuxruf Surəsi, Ayə 38

حَتَّىٰٓ إِذَا جَآءَنَا قَالَ يَٰلَيْتَ بَيْنِى وَبَيْنَكَ بُعْدَ ٱلْمَشْرِقَيْنِ فَبِئْسَ ٱلْقَرِينُ ﴿38﴾

Oxunuşu (Transkripsiya): Hatta iza ca'ana qala ya laita baini va bainaka bu'dal maşriqaini fabi'sal qarin
Mişkini Tərcüməsi: Nəhayət (qəlbi kor olmuş həmin şəxs Qiyamətdə) bizim yanımıza gələn zaman (şeytanına) deyər: «Ey kaş mənimlə sənin aranda şərqlə qərb arasındakı fasilə qədər uzaqlıq olaydı, sən pis yoldaş və dostsan!»
39 Əz-Zuxruf Surəsi, Ayə 39

وَلَن يَنفَعَكُمُ ٱلْيَوْمَ إِذ ظَّلَمْتُمْ أَنَّكُمْ فِى ٱلْعَذَابِ مُشْتَرِكُونَ ﴿39﴾

Oxunuşu (Transkripsiya): Va lai yanfa'akumul Yavma iz zalamtum annakum fil 'azabi muştarikun
Mişkini Tərcüməsi: (Dünyada özünüzə) zülm etdiyiniz üçün (bu nifrət və uzaqlıq arzunuz) bu gün sizə əsla bir xeyir verməyəcəkdir. Çünki şübhəsiz, siz (Cəhənnəm) əzab(ın)da ortaqsınız (və sizin aranıza ayrılıq düşməyəcəkdir).
40 Əz-Zuxruf Surəsi, Ayə 40

أَفَأَنتَ تُسْمِعُ ٱلصُّمَّ أَوْ تَهْدِى ٱلْعُمْىَ وَمَن كَانَ فِى ضَلَٰلٍۢ مُّبِينٍۢ ﴿40﴾

Oxunuşu (Transkripsiya): Afa anta tusmi'us summa av tahdil 'umya va man kana fi dalalim mubin
Mişkini Tərcüməsi: Buna görə də məgər sən karlara (söz) eşitdirə, yaxud korları və aşkar azğınlıqda olanları hidayət edə bilərsən?!
41 Əz-Zuxruf Surəsi, Ayə 41

فَإِمَّا نَذْهَبَنَّ بِكَ فَإِنَّا مِنْهُم مُّنتَقِمُونَ ﴿41﴾

Oxunuşu (Transkripsiya): Fa imma najabanna bika fa inna minhum muntaqimun
Mişkini Tərcüməsi: Odur ki, əgər Biz səni (bu dünyadan) aparsaq şübhəsiz, onlardan intiqam alacağıq!
42 Əz-Zuxruf Surəsi, Ayə 42

أَوْ نُرِيَنَّكَ ٱلَّذِى وَعَدْنَٰهُمْ فَإِنَّا عَلَيْهِم مُّقْتَدِرُونَ ﴿42﴾

Oxunuşu (Transkripsiya): Av nuriyannakal lazi va'adnahum fa inna 'alaihim muqtadirun
Mişkini Tərcüməsi: Yaxud onlara vəd etdiyimizi (onların vəd etdiyimiz əzaba düçar olmalarını) sənə göstərəcəyik. Biz mütləq onlara (əzab verməyə) qadir və qalibik (və onlarda hər halda – istər sənin həyatın zamanı olsun, istərsə də sənin ölmündən sonra – intiqam alacağıq).
43 Əz-Zuxruf Surəsi, Ayə 43

فَٱسْتَمْسِكْ بِٱلَّذِىٓ أُوحِىَ إِلَيْكَ ۖ إِنَّكَ عَلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿43﴾

Oxunuşu (Transkripsiya): Fastamsik billazi uhi ya ilaika innaka 'ala Siratim Mustaqim
Mişkini Tərcüməsi: Odur ki, sənə edilən vəhydən yapış. Çünki sən doğru yoldasan.
44 Əz-Zuxruf Surəsi, Ayə 44

وَإِنَّهُۥ لَذِكْرٌۭ لَّكَ وَلِقَوْمِكَ ۖ وَسَوْفَ تُسْـَٔلُونَ ﴿44﴾

Oxunuşu (Transkripsiya): Va innahu lazikrul laka va liqavmika va savfa tus'alun
Mişkini Tərcüməsi: Əlbəttə, bu (Quran) sənin özün və qövmün üçün bir öyüddür və tezliklə (onun barəsində) sorğu-sual ediləcəksiniz.
45 Əz-Zuxruf Surəsi, Ayə 45

وَسْـَٔلْ مَنْ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رُّسُلِنَآ أَجَعَلْنَا مِن دُونِ ٱلرَّحْمَٰنِ ءَالِهَةًۭ يُعْبَدُونَ ﴿45﴾

Oxunuşu (Transkripsiya): Vas'al man arsalna min qablika mir Rusulina aca'alna min dunir Rahmani alihatany yu badun
Mişkini Tərcüməsi: Səndən qabaq göndərdiyimiz peyğəmbərlərdən (ümmətin alimlərindən və təhrif edilməmiş kitablardan və yaxud meracda onların ruhlarından) soruş (gör) heç Biz (tarixin əvvəlindən indiyə kimi) Rəhman Allahdan başqa ibadət edilən bir məbudlar təyin etmişik?!
46 Əz-Zuxruf Surəsi, Ayə 46

وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَٰتِنَآ إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ فَقَالَ إِنِّى رَسُولُ رَبِّ ٱلْعَٰلَمِينَ ﴿46﴾

Oxunuşu (Transkripsiya): Va laqad arsalna Musa bi ayatina ila Fir'avna va mala'ihi faqala inni Rasulu Rabbil 'alamin
Mişkini Tərcüməsi: Həqiqətən, Biz Musanı Öz ayə və nişanələrimizlə birlikdə Fironun və onun qövmünün başçı və böyüklərinin yanına göndərdik. O dedi: «Mən aləmlərin Rəbbinin elçisiyəm».
47 Əz-Zuxruf Surəsi, Ayə 47

فَلَمَّا جَآءَهُم بِـَٔايَٰتِنَآ إِذَا هُم مِّنْهَا يَضْحَكُونَ ﴿47﴾

Oxunuşu (Transkripsiya): Falammma ca'ahum bi ayatina iza hum minha yazakun
Mişkini Tərcüməsi: Elə ki, onlara Bizim ayələrimizi gətirdi, onlar birdən onlara (ayələrimizə məsxərə edib) güldülər.
48 Əz-Zuxruf Surəsi, Ayə 48

وَمَا نُرِيهِم مِّنْ ءَايَةٍ إِلَّا هِىَ أَكْبَرُ مِنْ أُخْتِهَا ۖ وَأَخَذْنَٰهُم بِٱلْعَذَابِ لَعَلَّهُمْ يَرْجِعُونَ ﴿48﴾

Oxunuşu (Transkripsiya): Va ma nurihim min ayatin illa hiya akbaru min uxtiha va axaznahum bil'azabi la'allahum yarci'un
Mişkini Tərcüməsi: Biz onlara nə ayə və möcüzə göstərirdiksə o, (möcüzəlik və iddiaya dəlalət baxımından) bənzərindən daha böyük idi. Və onları (qıtlıq, tufan, milçək və sairə) əzab(lar)a düçar etdik ki, bəlkə (haqq yola) qayıdalar.
49 Əz-Zuxruf Surəsi, Ayə 49

وَقَالُوا۟ يَٰٓأَيُّهَ ٱلسَّاحِرُ ٱدْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَ إِنَّنَا لَمُهْتَدُونَ ﴿49﴾

Oxunuşu (Transkripsiya): Va qalu ya ayyuhas sahirud'u lana Rabbaka bima 'ahida 'indaka innana lamuhtadun
Mişkini Tərcüməsi: Və (elə ki, bəlaya düçar oldular) dedilər: «Ey sehrbaz! (İman gətirəcəyimiz təqdirdə əzabı bizdən götürmək barəsində) səninlə bağladığı əhdə əsasən bizim üçün Rəbbini çağır, ki, biz mütləq doğru yolda olacağıq».
50 Əz-Zuxruf Surəsi, Ayə 50

فَلَمَّا كَشَفْنَا عَنْهُمُ ٱلْعَذَابَ إِذَا هُمْ يَنكُثُونَ ﴿50﴾

Oxunuşu (Transkripsiya): Falamma kaşafna 'anhumul 'azaba iza hum yankusun
Mişkini Tərcüməsi: Beləliklə, elə ki, əzabı onlardan qaldırdıq, dərhal əhd-peymanı pozdular.
51 Əz-Zuxruf Surəsi, Ayə 51

وَنَادَىٰ فِرْعَوْنُ فِى قَوْمِهِۦ قَالَ يَٰقَوْمِ أَلَيْسَ لِى مُلْكُ مِصْرَ وَهَٰذِهِ ٱلْأَنْهَٰرُ تَجْرِى مِن تَحْتِىٓ ۖ أَفَلَا تُبْصِرُونَ ﴿51﴾

Oxunuşu (Transkripsiya): Va nada Fir'avnu fi qavmihi qala ya qavmi alaisa li mulku Misra va hazihil anharu tacri min tahti afala tubsirun
Mişkini Tərcüməsi: Firon öz qövmünün arasında səsini ucaldaraq dedi: «Ey mənim qövmüm! Məgər Misirin hökmranlığı mənə məxsus deyil və bu çaylar mənim altımdan (saraylarımın altından və mənim istəyimə tabe olaraq) axmırlar? Məgər görmürsünüz?!»
52 Əz-Zuxruf Surəsi, Ayə 52

أَمْ أَنَا۠ خَيْرٌۭ مِّنْ هَٰذَا ٱلَّذِى هُوَ مَهِينٌۭ وَلَا يَكَادُ يُبِينُ ﴿52﴾

Oxunuşu (Transkripsiya): Am ana xairum min hazal lazi huva mahinunv va la yuakadu yubin
Mişkini Tərcüməsi: «Hətta mən xar və həqir olan və aydın danışa bilməyən bu şəxsdən daha yaxşıyam». (Firon bu sözləri ilə Musanın dilinin pəltək olmasına işarə edir.)
53 Əz-Zuxruf Surəsi, Ayə 53

فَلَوْلَآ أُلْقِىَ عَلَيْهِ أَسْوِرَةٌۭ مِّن ذَهَبٍ أَوْ جَآءَ مَعَهُ ٱلْمَلَٰٓئِكَةُ مُقْتَرِنِينَ ﴿53﴾

Oxunuşu (Transkripsiya): Falav la ulqiya 'alaihi asviratum min zahabin avca'a ma'ahul mala'ikatu muqtarinin
Mişkini Tərcüməsi: «Bəs nə üçün onun üzərindən qızıl bilərziklər asılmayıb, yaxud onunla birlikdə çiyin-çiyinə mələklər gəlməyiblər?»
54 Əz-Zuxruf Surəsi, Ayə 54

فَٱسْتَخَفَّ قَوْمَهُۥ فَأَطَاعُوهُ ۚ إِنَّهُمْ كَانُوا۟ قَوْمًۭا فَٰسِقِينَ ﴿54﴾

Oxunuşu (Transkripsiya): Fastaxaffa qavmahu fa ata'uh; innahum kanu qavman fasiqin
Mişkini Tərcüməsi: Beləliklə, o, öz qövmünü yelbeyin saydı və onlar da ona itaət etdilər. Həqiqətən, onlar günahkar və itaətsiz bir dəstə idilər.
55 Əz-Zuxruf Surəsi, Ayə 55

فَلَمَّآ ءَاسَفُونَا ٱنتَقَمْنَا مِنْهُمْ فَأَغْرَقْنَٰهُمْ أَجْمَعِينَ ﴿55﴾

Oxunuşu (Transkripsiya): Falamma asafunan taqamna minhum fa ağraqnahum acma'in
Mişkini Tərcüməsi: Beləliklə, elə ki, Bizi qəzəbləndirdilər, onlardan intiqam aldıq və onların hamısını suda qərq etdik.
56 Əz-Zuxruf Surəsi, Ayə 56

فَجَعَلْنَٰهُمْ سَلَفًۭا وَمَثَلًۭا لِّلْءَاخِرِينَ ﴿56﴾

Oxunuşu (Transkripsiya): Faca'alnahum salafanv va masalal lil axirin
Mişkini Tərcüməsi: Nəticədə onları (tarixin batil və azğın qüvələrinin) öncüllər(i) və gələcək (nəsil)lər üçün ibrətamiz məsəl etdik.
57 Əz-Zuxruf Surəsi, Ayə 57

۞ وَلَمَّا ضُرِبَ ٱبْنُ مَرْيَمَ مَثَلًا إِذَا قَوْمُكَ مِنْهُ يَصِدُّونَ ﴿57﴾

Oxunuşu (Transkripsiya): Va lamma duribab nu Maryama masalan iza qavmu ka minhu yasidun
Mişkini Tərcüməsi: Elə ki, Məryəm oğlu (İsa) məsəl çəkildi (Məryəm surəsində tərifləndi) sənin qövmün dərhal ona görə (sənin onun tanrılığı əqidəsini qəbul etməyini güman edib mübahisə və dava-dalaş salaraq) ona görə səslərini ucaltdılar.
58 Əz-Zuxruf Surəsi, Ayə 58

وَقَالُوٓا۟ ءَأَٰلِهَتُنَا خَيْرٌ أَمْ هُوَ ۚ مَا ضَرَبُوهُ لَكَ إِلَّا جَدَلًۢا ۚ بَلْ هُمْ قَوْمٌ خَصِمُونَ ﴿58﴾

Oxunuşu (Transkripsiya): Va qalu 'a-alihatuna xairun am hu; ma darabuhu laka illa cadala; balhum qavmun xasimun
Mişkini Tərcüməsi: Və (öz tanrılarını üstün tutmaq məqsədi ilə) dedilər: «Bizim tanrılarımız yaxşıdır, yoxsa o? (Əgər o, tanrı və məbud olmuş olsa, allahlığa bizim tanrılarımız daha layiqdir.)» Bu məsəli sənin üçün yalnız (batil) mübahisə məqsədi ilə çəkdilər. (Çünki sən onun tanrılığını qəbul etməmisən.) Əslində onlar inadkar və davakar bir dəstədirlər.
59 Əz-Zuxruf Surəsi, Ayə 59

إِنْ هُوَ إِلَّا عَبْدٌ أَنْعَمْنَا عَلَيْهِ وَجَعَلْنَٰهُ مَثَلًۭا لِّبَنِىٓ إِسْرَٰٓءِيلَ ﴿59﴾

Oxunuşu (Transkripsiya): In huva illa 'abdun an'amna 'alaihi va ca'alnahu masalal li Bani Isra'il
Mişkini Tərcüməsi: O, (İsa) yalnız nemət verdiyimiz və (qeyri-adi bir məxluq kimi dillərdə əzbər və əməldə örnək olması üçün) İsrail övladları üçün bir məsəl etdiyimiz bir bəndə idi.
60 Əz-Zuxruf Surəsi, Ayə 60

وَلَوْ نَشَآءُ لَجَعَلْنَا مِنكُم مَّلَٰٓئِكَةًۭ فِى ٱلْأَرْضِ يَخْلُفُونَ ﴿60﴾

Oxunuşu (Transkripsiya): Va lav naşa'u laca'alna minkum mala'ikatan fil ardi yaxlufun
Mişkini Tərcüməsi: Və (İsanın məsələsi Bizim qüdrətimiz baxımından elə də təəccüblü bir şey deyil. Çünki) əgər Biz istəsək siz insanlardan yer üzündə mələklər törədər və ya sizin yerinizə yer üzünə sizin canişinləriniz olan mələklər gətirərik.
61 Əz-Zuxruf Surəsi, Ayə 61

وَإِنَّهُۥ لَعِلْمٌۭ لِّلسَّاعَةِ فَلَا تَمْتَرُنَّ بِهَا وَٱتَّبِعُونِ ۚ هَٰذَا صِرَٰطٌۭ مُّسْتَقِيمٌۭ ﴿61﴾

Oxunuşu (Transkripsiya): Va innahu la'ilmul lis Sa'ati fala tamtarunna biha vattabi'un; haza Siratum Mustaqim
Mişkini Tərcüməsi: Həqiqətən, o (dünyaya gəlməsinin necəliyi, möcüzələri və ömrünün sonunda göydən yerə enməsi baxımından) Qiyamət elmi üçün bir nişanədir. Buna görə də ona (həmin günə) şübhə etməyin və Mənə (Mənim din və kitabıma) tabe olun ki, doğru yol budur.
62 Əz-Zuxruf Surəsi, Ayə 62

وَلَا يَصُدَّنَّكُمُ ٱلشَّيْطَٰنُ ۖ إِنَّهُۥ لَكُمْ عَدُوٌّۭ مُّبِينٌۭ ﴿62﴾

Oxunuşu (Transkripsiya): Va la yasuddan nakumuş Şaitanu innahu lakum 'aduvvum mubin
Mişkini Tərcüməsi: Məbada Şeytan sizi (tovhid və din yolundan) saxlasın. Doğrudan da o, sizin aşkar düşməninizdir.
63 Əz-Zuxruf Surəsi, Ayə 63

وَلَمَّا جَآءَ عِيسَىٰ بِٱلْبَيِّنَٰتِ قَالَ قَدْ جِئْتُكُم بِٱلْحِكْمَةِ وَلِأُبَيِّنَ لَكُم بَعْضَ ٱلَّذِى تَخْتَلِفُونَ فِيهِ ۖ فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿63﴾

Oxunuşu (Transkripsiya): Va lamma ca'a 'Eesa bilbaiyinati qala qad ci'tukum bil Hikmati va li-ubaiyina lakum ba'dal lazi taxtalifuna fihi fattaqul laha va ati'un
Mişkini Tərcüməsi: İsa (özünün peyğəmbərlik möcüzələrindən) aydın dəlillər gətirən zaman dedi: «Mən sizin üçün hikmət (şəriət hökmləri və əqli elmlər) gətirdim (və gəldim) ki, sizə barəsində ixtilafda olduğunuz şeyin bəzisini açıqlayım. Odur ki, Allah dan qorxun və mənə itaət edin.
64 Əz-Zuxruf Surəsi, Ayə 64

إِنَّ ٱللَّهَ هُوَ رَبِّى وَرَبُّكُمْ فَٱعْبُدُوهُ ۚ هَٰذَا صِرَٰطٌۭ مُّسْتَقِيمٌۭ ﴿64﴾

Oxunuşu (Transkripsiya): Innal laha Huva Rabbi va Rabbukum fa'buduh; haza Siratum Mustaqim
Mişkini Tərcüməsi: Şübhəsiz, sizin və mənim Rəbim tək olan Allahdır. Buna görə də Ona ibadət edin. Budur doğru yol».
65 Əz-Zuxruf Surəsi, Ayə 65

فَٱخْتَلَفَ ٱلْأَحْزَابُ مِنۢ بَيْنِهِمْ ۖ فَوَيْلٌۭ لِّلَّذِينَ ظَلَمُوا۟ مِنْ عَذَابِ يَوْمٍ أَلِيمٍ ﴿65﴾

Oxunuşu (Transkripsiya): Faxtalafal ahzabu mim bainihim favailul lillazina zalamu min 'azabi Yavmin alim
Mişkini Tərcüməsi: Beləliklə, onun ümmətinin içərisindən (bəzi) dəstələr ixtilaf etdilər (bəziləri yəhudilikdə qaldı, bəzisi iman gətirərək ifrata varıb həddi aşdı və bəzisi orta yol ilə getdilər). Buna görə də ağrılı günün əzabından vay olsun (bu böyüklükdə) zülm edənlərə (onların halına)!
66 Əz-Zuxruf Surəsi, Ayə 66

هَلْ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةًۭ وَهُمْ لَا يَشْعُرُونَ ﴿66﴾

Oxunuşu (Transkripsiya): Hal yanzuruna illas Sa'ata an tatiyahum bağtatanv va hum la yaş'urun
Mişkini Tərcüməsi: Yoxsa onlar, (barəsində) qəflətdə ikən Qiyamətdən qeyrisinin gözlənilmədən onlara gəlməsini gözləyirlər?!
67 Əz-Zuxruf Surəsi, Ayə 67

ٱلْأَخِلَّآءُ يَوْمَئِذٍۭ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ إِلَّا ٱلْمُتَّقِينَ ﴿67﴾

Oxunuşu (Transkripsiya): Al axilla'u Yavma'izim ba'duhum liba'din 'aduvvun illal muttaqin
Mişkini Tərcüməsi: Həmin gün (dostluq amilləri güclənəcək) təqvalılardan başqa (dünya) dostlar(ı) bir-birlərinə düşmən olacaqlar. (Çünki onların dostluq amilləri həmin gün düşmənçilik amilinə çevriləcəkdir.)
68 Əz-Zuxruf Surəsi, Ayə 68

يَٰعِبَادِ لَا خَوْفٌ عَلَيْكُمُ ٱلْيَوْمَ وَلَآ أَنتُمْ تَحْزَنُونَ ﴿68﴾

Oxunuşu (Transkripsiya): Ya 'ibadi la xavfun 'alaikumul Yavma va la antum tahzanun
Mişkini Tərcüməsi: (Və onlara belə xitab olunacaq:) «Ey Mənim bəndələrim! Bu gün sizə nə bir qorxu var və nə də qəmgin olacaqsınız!»
69 Əz-Zuxruf Surəsi, Ayə 69

ٱلَّذِينَ ءَامَنُوا۟ بِـَٔايَٰتِنَا وَكَانُوا۟ مُسْلِمِينَ ﴿69﴾

Oxunuşu (Transkripsiya): Allazina amanu bi Aayatina va kanu muslimin
Mişkini Tərcüməsi: (Ey) Bizim ayə və nişanələrimizə iman gətirərək həmişə (Bizə) təslim olan kəslər!
70 Əz-Zuxruf Surəsi, Ayə 70

ٱدْخُلُوا۟ ٱلْجَنَّةَ أَنتُمْ وَأَزْوَٰجُكُمْ تُحْبَرُونَ ﴿70﴾

Oxunuşu (Transkripsiya): Udxulul Cannata antum va azvacukum tuhbarun
Mişkini Tərcüməsi: Siz və (dünyadakı) zövcələriniz tam sevinc, kamil zinət və son dərəcə hörmətlə Cənnətə daxil olun!
71 Əz-Zuxruf Surəsi, Ayə 71

يُطَافُ عَلَيْهِم بِصِحَافٍۢ مِّن ذَهَبٍۢ وَأَكْوَابٍۢ ۖ وَفِيهَا مَا تَشْتَهِيهِ ٱلْأَنفُسُ وَتَلَذُّ ٱلْأَعْيُنُ ۖ وَأَنتُمْ فِيهَا خَٰلِدُونَ ﴿71﴾

Oxunuşu (Transkripsiya): Yutafu 'alaihim bişa fim min zahabinv va akvab, va fiha mataştahihil anfusu va talazzul a'yunu va antum fiha xalidun
Mişkini Tərcüməsi: Və onların ətrafında (yeməklə dolu) qızıl kasalar və (pak içki ilə dolu) kuzələr dolandırılacaqdır. Orada ürəklərin istədiyi və gözlərin ləzzət aldığı (hər) şey hazırdır. Siz orada əbədisiniz.
72 Əz-Zuxruf Surəsi, Ayə 72

وَتِلْكَ ٱلْجَنَّةُ ٱلَّتِىٓ أُورِثْتُمُوهَا بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿72﴾

Oxunuşu (Transkripsiya): Va tilkal cannatul lati uristumuha bima kuntum ta'malun
Mişkini Tərcüməsi: Bu sizin (dünyada) yerinə yetirdiklərinizin müqabilində (və ya yaxşı əməllərinizə görə kafirlərin də payına) varis olduğunuz Cənnətdir.
73 Əz-Zuxruf Surəsi, Ayə 73

لَكُمْ فِيهَا فَٰكِهَةٌۭ كَثِيرَةٌۭ مِّنْهَا تَأْكُلُونَ ﴿73﴾

Oxunuşu (Transkripsiya): Lakum fiha fakihatun kasiratum minha takulun
Mişkini Tərcüməsi: Orada sizin üçün çoxlu meyvələr var ki, onlardan yeyəcəksiniz.
74 Əz-Zuxruf Surəsi, Ayə 74

إِنَّ ٱلْمُجْرِمِينَ فِى عَذَابِ جَهَنَّمَ خَٰلِدُونَ ﴿74﴾

Oxunuşu (Transkripsiya): Innal mucrimina fi 'azabi cahannama xalidun
Mişkini Tərcüməsi: Həqiqətən, günahkarlar cəhənnəm əzabında əbədidirlər.
75 Əz-Zuxruf Surəsi, Ayə 75

لَا يُفَتَّرُ عَنْهُمْ وَهُمْ فِيهِ مُبْلِسُونَ ﴿75﴾

Oxunuşu (Transkripsiya): La yufattaru 'anhum va hum fihi mublisun
Mişkini Tərcüməsi: Onların (əzabı) yüngülləşdirilməyəcək və onlar orada (nicat tapacaqlarına) ümidsizdirlər.
76 Əz-Zuxruf Surəsi, Ayə 76

وَمَا ظَلَمْنَٰهُمْ وَلَٰكِن كَانُوا۟ هُمُ ٱلظَّٰلِمِينَ ﴿76﴾

Oxunuşu (Transkripsiya): Va ma zalamnahum va lakin kanu humuz zalimin
Mişkini Tərcüməsi: Biz onlara zülm etmədik, lakin onlar özləri (özlərinə qarşı) zülmkar idilər.
77 Əz-Zuxruf Surəsi, Ayə 77

وَنَادَوْا۟ يَٰمَٰلِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَ ۖ قَالَ إِنَّكُم مَّٰكِثُونَ ﴿77﴾

Oxunuşu (Transkripsiya): Va nadav ya Maliku liyaqdi 'alaina Rabbuka qala innakum makisson
Mişkini Tərcüməsi: Onlar (Cəhənnəmin məmurunu) çağırarlar (ki): «Ey (Cəhənnəmin) maliki! Rəbbin(ə de) bizi öldürsün və məhv etsin». O deyər: «Şübhəsiz, siz (burada) qalacaqsınız».
78 Əz-Zuxruf Surəsi, Ayə 78

لَقَدْ جِئْنَٰكُم بِٱلْحَقِّ وَلَٰكِنَّ أَكْثَرَكُمْ لِلْحَقِّ كَٰرِهُونَ ﴿78﴾

Oxunuşu (Transkripsiya): Laqad ci'nakum bilhaqqi va lakinna aksarakum lilhaqqi karihun
Mişkini Tərcüməsi: Biz sizə (siz insanlara dünyada) haqqı (din, kitab və ilahi maarifi) gətirdik, lakin sizin çoxunuzun haqqdan xoşu gəlmirdi.
79 Əz-Zuxruf Surəsi, Ayə 79

أَمْ أَبْرَمُوٓا۟ أَمْرًۭا فَإِنَّا مُبْرِمُونَ ﴿79﴾

Oxunuşu (Transkripsiya): Am abramu amran fainna mubrimun
Mişkini Tərcüməsi: Hətta (haqqa qarşı hiylə işlətməyi və ona qarşı çıxmağı) daha da artırdılar, Biz də (onlara qarşı hiylə və qəzəbi) artırdıq.
80 Əz-Zuxruf Surəsi, Ayə 80

أَمْ يَحْسَبُونَ أَنَّا لَا نَسْمَعُ سِرَّهُمْ وَنَجْوَىٰهُم ۚ بَلَىٰ وَرُسُلُنَا لَدَيْهِمْ يَكْتُبُونَ ﴿80﴾

Oxunuşu (Transkripsiya): Am yahsabuna anna la nasma'u sirrahum va nacvahum; bala va Rusuluna ladaihim yaktubun
Mişkini Tərcüməsi: Yoxsa onlar Bizim onların ürəklərinin sirlərini və pıçıltılarını eşitmədiyimizi güman edirlər? Xeyir (eşidirik)! Bizim onların yanında olan elçilərimiz yazırlar.
81 Əz-Zuxruf Surəsi, Ayə 81

قُلْ إِن كَانَ لِلرَّحْمَٰنِ وَلَدٌۭ فَأَنَا۠ أَوَّلُ ٱلْعَٰبِدِينَ ﴿81﴾

Oxunuşu (Transkripsiya): Qul in kana lir Rahmani valad; fa-ana avvalul 'abidin
Mişkini Tərcüməsi: De: «Əgər Rəhman Allahın övladı olsaydı, (onun övladlıq haqqını yerinə yetirmək və ibadətin vacibliyində atası ilə şərik olduğu üçün) mən özüm (ona) ilk ibadət edən olardım».
82 Əz-Zuxruf Surəsi, Ayə 82

سُبْحَٰنَ رَبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ رَبِّ ٱلْعَرْشِ عَمَّا يَصِفُونَ ﴿82﴾

Oxunuşu (Transkripsiya): Subhana Rabbis samavati val ardi Rabbil Arşi 'amma yasifun
Mişkini Tərcüməsi: Göylərin və yerin Rəbbi, ərşin Rəbbi onların vəsf etdiklərindən (övladı olmaq, mələklərin Onun qızı olması, cism olması, üç hissəyə bölünmək və bu kimi sifətlərdən) pakdır!
83 Əz-Zuxruf Surəsi, Ayə 83

فَذَرْهُمْ يَخُوضُوا۟ وَيَلْعَبُوا۟ حَتَّىٰ يُلَٰقُوا۟ يَوْمَهُمُ ٱلَّذِى يُوعَدُونَ ﴿83﴾

Oxunuşu (Transkripsiya): Fazarhum yaxudu va yal'abu hatta yulaqu Yavmahumul lazi yu'adun
Mişkini Tərcüməsi: Buna görə də onları boşla ki, onlara vəd edilən günlərini görənə kimi (küfr və itaətsizliklərində) batsınlar və başları (öz dünyaları ilə) oyuna qarışsın.
84 Əz-Zuxruf Surəsi, Ayə 84

وَهُوَ ٱلَّذِى فِى ٱلسَّمَآءِ إِلَٰهٌۭ وَفِى ٱلْأَرْضِ إِلَٰهٌۭ ۚ وَهُوَ ٱلْحَكِيمُ ٱلْعَلِيمُ ﴿84﴾

Oxunuşu (Transkripsiya): Va Huval lazi fissama'i Ilahunv va fil ardi Ilah; va Huval Hakimul'Alim
Mişkini Tərcüməsi: Göylərdə də, yerdə də məbud Odur. Odur möhkəm yaradılış və idarə sahibi və (hər şeyi) bilən.
85 Əz-Zuxruf Surəsi, Ayə 85

وَتَبَارَكَ ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَعِندَهُۥ عِلْمُ ٱلسَّاعَةِ وَإِلَيْهِ تُرْجَعُونَ ﴿85﴾

Oxunuşu (Transkripsiya): Va tabarakal lazi lahu mulkus samavati val ardi va ma bainahuma va 'indahu 'ilmus Sa'ati va ilaihi turca'un
Mişkini Tərcüməsi: Göylərin, yerin və onların arasında olan (hər) şeyin həqiqi sahibi və hakimi olan Allah xeyir-bərəkətli və sabitdir. Qiyamətin baş vermə zamanını O bilir və Ona tərəf qaytarılacaqsınız.
86 Əz-Zuxruf Surəsi, Ayə 86

وَلَا يَمْلِكُ ٱلَّذِينَ يَدْعُونَ مِن دُونِهِ ٱلشَّفَٰعَةَ إِلَّا مَن شَهِدَ بِٱلْحَقِّ وَهُمْ يَعْلَمُونَ ﴿86﴾

Oxunuşu (Transkripsiya): Va la yamlikul lazina yad'una min dunihiş şafa'ata illa man şahida bilhaqqi va hum ya'lamun
Mişkini Tərcüməsi: Bunların Allahın yerinə çağırdıqları (bütlər, mələklər və bəzi insanlar Qiyamət günü) – (şəfaət etdiklərinin imanını və şəfaətə layiq olmasını) bilərək haqqa (Allahın birliyinə) şəhadət verən kəslər istisna olmaqla – heç bir şəfaətə (şəfaət hüququna) malik olmayacaqlar.
87 Əz-Zuxruf Surəsi, Ayə 87

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَهُمْ لَيَقُولُنَّ ٱللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ ﴿87﴾

Oxunuşu (Transkripsiya): Va la'in sa altahum man xalaqahum la yaqulun nallahu fa anna yu'fakun
Mişkini Tərcüməsi: Əgər onlardan (elə) onları(n özlərini) kimin yaratdığını soruşsan «Allah» deyə (cavab verə)cəklər. (Çünki onlar yaradılışda deyil, rübubiyyətdə şirkə düçar olmuşlar.) Belə isə (haqdan) necə və hara döndərilirlər (və uluhiyyət və xaliqiyyəti rübubiyyətdən ayırırlar)?
88 Əz-Zuxruf Surəsi, Ayə 88

وَقِيلِهِۦ يَٰرَبِّ إِنَّ هَٰٓؤُلَآءِ قَوْمٌۭ لَّا يُؤْمِنُونَ ﴿88﴾

Oxunuşu (Transkripsiya): Va qilihi ya Rabbi inna ha'ula'i qavmul la yu'minun
Mişkini Tərcüməsi: (Allah Peyğəmbərin şikayətlənərək məyuscasına dediyi) «ey mənim Rəbbim! Həqiqətən, bunlar iman gətirməyəcək bir dəstədirlər» sözü(nü bilir və ondan xəbərdardır).
89 Əz-Zuxruf Surəsi, Ayə 89

فَٱصْفَحْ عَنْهُمْ وَقُلْ سَلَٰمٌۭ ۚ فَسَوْفَ يَعْلَمُونَ ﴿89﴾

Oxunuşu (Transkripsiya): Fasfah 'anhum va qul salam; fasavfa ya'lamun
Mişkini Tərcüməsi: (Ey Peyğəmbər!) Buna görə də onlardan üz döndər və de: «(Sağ-)salam(at)!» (Bu, onların dəvəti qəbul etmələrindən ümidi üzmək və buna görə də dəvəti tərk edərək döyüş üçün fürsət gözləmək mənasındadır.) Tezliklə (Mədinədə hökümət qurulduqdan sonra) biləcəklər»
Əvvəlki: 42. Əş-Şura Bütün Surələr ↑ Növbəti: 44. Əd-Duxan

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...