47

Muhəmməd Surəsi

38 Ayə 26-ci Cüz Mədinə
سُورَةُ محمد Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 47 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Muhəmməd Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Muhəmməd Surəsi, Ayə 1

ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ أَضَلَّ أَعْمَٰلَهُمْ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Allazina kafaru va saddu'an sabilil lahi adalla a'malahum
Mişkini Tərcüməsi: Allah küfr edən, Allahın yolundan üz döndərən və onun qarşısını alan kəslərin əməllərini (xeyir əməllərini axirətdə və şər planlarını dünyada) puç etdi.
2 Muhəmməd Surəsi, Ayə 2

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ وَءَامَنُوا۟ بِمَا نُزِّلَ عَلَىٰ مُحَمَّدٍۢ وَهُوَ ٱلْحَقُّ مِن رَّبِّهِمْ ۙ كَفَّرَ عَنْهُمْ سَيِّـَٔاتِهِمْ وَأَصْلَحَ بَالَهُمْ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Vallazina amanu va 'amilus salihati va amanu bima nuzzila 'ala Muhammadinv-va huval haqqu mir Rabbihim kaffara 'anhum saiyiatihim va aslaha balahum
Mişkini Tərcüməsi: (Peyğəmbərlərə nazil olana) iman gətirərək yaxşı işlər görən və Muhəmmədə hamısı Rəbbləri tərəfindən haqq olaraq nazil olana iman gətirənlərin (isə) günahlarını təmizlədi və (dünya və axirətdə) vəziyyətlərini yaxşılaşdırdı.
3 Muhəmməd Surəsi, Ayə 3

ذَٰلِكَ بِأَنَّ ٱلَّذِينَ كَفَرُوا۟ ٱتَّبَعُوا۟ ٱلْبَٰطِلَ وَأَنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّبَعُوا۟ ٱلْحَقَّ مِن رَّبِّهِمْ ۚ كَذَٰلِكَ يَضْرِبُ ٱللَّهُ لِلنَّاسِ أَمْثَٰلَهُمْ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Zalika bi annal lazina kafarut taba'ul batila va annal lazina amanut taba'ul haqqa mir Rabbihim; kazalika yadribul lahu linnasi amsalahum
Mişkini Tərcüməsi: Bunun (kafirlərin əməllərinin puç edilməsinin və möminlərin vəziyyətlərinin yaxşılaşdırılmasının) səbəbi küfr edənlərin batilə tabe olmaları, iman gətirənlərin isə Rəbbləri tərəfindən olan haqqın arxasınca getmələridir. Allah insanlara (onların) sifətlərini bu cür bəyan edir.
4 Muhəmməd Surəsi, Ayə 4

فَإِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُوا۟ فَضَرْبَ ٱلرِّقَابِ حَتَّىٰٓ إِذَآ أَثْخَنتُمُوهُمْ فَشُدُّوا۟ ٱلْوَثَاقَ فَإِمَّا مَنًّۢا بَعْدُ وَإِمَّا فِدَآءً حَتَّىٰ تَضَعَ ٱلْحَرْبُ أَوْزَارَهَا ۚ ذَٰلِكَ وَلَوْ يَشَآءُ ٱللَّهُ لَٱنتَصَرَ مِنْهُمْ وَلَٰكِن لِّيَبْلُوَا۟ بَعْضَكُم بِبَعْضٍۢ ۗ وَٱلَّذِينَ قُتِلُوا۟ فِى سَبِيلِ ٱللَّهِ فَلَن يُضِلَّ أَعْمَٰلَهُمْ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Fa-iza laqitumul lazina kafaru fadarbar riqab, hatta iza asxan tumuhum faşuddul vasaq, fa imma mannnam ba'du va imma fida'an hatta tada'al harbu avzaraha; zalika va lav yaşa'ul lahu lantasara minhum va lakil laiyabluva ba'dakum biba'd; vallazina qutilu fi sabilil lahi falany yudilla a'malahum
Mişkini Tərcüməsi: Buna görə də kafirlərlə (müharibədə) qarşılaşan zaman onların boyunlarını vurun (ilk iş öldürməkdir). Nəhayət elə ki, onları möhkəm qırıb əldən saldınız, (onları əsir götürün və) bağlarını möhkəm bağlayın. Sonra onlara ya azad etməklə minnət qoyun və yaxud fidyə (onun əvəzində mal və əsir) alın ki, müharibə, silahını yerə qoysun və yatsın. Budur (Allahın əmri). Əgər Allah istəsəydi onlardan Özü intiqam alardı. Lakin sizin bəzinizi digər bəziniz ilə (möminləri kafirlərlə və kafirləri möminlərlə) sınamaq üçün (belə edir). Allah yolunda öldürülmüş kəslərin əməllərini (Allah) əsla itirmir (və onlara çoxlu mükafat verir).
5 Muhəmməd Surəsi, Ayə 5

سَيَهْدِيهِمْ وَيُصْلِحُ بَالَهُمْ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Sa-yahdihim va yusihu balahum
Mişkini Tərcüməsi: Tezliklə onları (Bərzəx və axirətin kəramətli dərəcələrinə) yönəldəcək və (o dünyada) onların vəziyyət və işlərini yaxşılaşdıracaq.
6 Muhəmməd Surəsi, Ayə 6

وَيُدْخِلُهُمُ ٱلْجَنَّةَ عَرَّفَهَا لَهُمْ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Va yudxiluhumul cannata 'arrafaha lahum
Mişkini Tərcüməsi: Və onları (dünyada) tanıtdırdığı, hüdud və sərhədlərini bildirdiyi və onlar üçün bəzəyib ətirlədiyi Cənnətə daxil edəcəkdir.
7 Muhəmməd Surəsi, Ayə 7

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن تَنصُرُوا۟ ٱللَّهَ يَنصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Ya ayyuhal lazina amanu in tansurul laha yansurkum va yusabbit aqdamakum
Mişkini Tərcüməsi: Ey iman gətirənlər! Əgər Allaha (Onun peyğəmbərinə, dininə və kitabına) yardım etsəniz, Allah da (məqsədlərinizə çatmaqda) sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər.
8 Muhəmməd Surəsi, Ayə 8

وَٱلَّذِينَ كَفَرُوا۟ فَتَعْسًۭا لَّهُمْ وَأَضَلَّ أَعْمَٰلَهُمْ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Vallazina kafaru fata's al lahum va adalla a'malahum
Mişkini Tərcüməsi: Küfr etmiş kəslər (isə) məhv olsunlar! (Allah) onların bütün əməllərini puç və təsirsiz etdi.
9 Muhəmməd Surəsi, Ayə 9

ذَٰلِكَ بِأَنَّهُمْ كَرِهُوا۟ مَآ أَنزَلَ ٱللَّهُ فَأَحْبَطَ أَعْمَٰلَهُمْ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Zalika bi annahum karihu ma anzalal lahu fahbata a'malahum
Mişkini Tərcüməsi: Bunun səbəbi onların Allahın nazil etdiyini (vəhy, Quran və dini) xoşlamamalarıdır. Beləliklə, Allah onların əməllərini (dünyadakı təsirləri və axirət mükafatı baxımından) puç və batil etdi.
10 Muhəmməd Surəsi, Ayə 10

۞ أَفَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ دَمَّرَ ٱللَّهُ عَلَيْهِمْ ۖ وَلِلْكَٰفِرِينَ أَمْثَٰلُهَا ﴿10﴾

Oxunuşu (Transkripsiya): Afalam yasiru fil ardi fayanzuru kaifa kana 'aqibatul lazina min qablihim; dammaral lahu 'alaihim va lilkafirina amsaluha
Mişkini Tərcüməsi: Məgər onlar özlərindən qabaq olmuş kəslərin aqibətlərinin necə olmasına nəzər salmaq üçün yer üzündə gəzmədilər?! Allah onların nəyi vardısa (can, ailə və mallarını) məhv etdi və (əlbəttə) o aqibət və cəzaların bənzəri bu kafirlər üçün də olacaqdır.
11 Muhəmməd Surəsi, Ayə 11

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ مَوْلَى ٱلَّذِينَ ءَامَنُوا۟ وَأَنَّ ٱلْكَٰفِرِينَ لَا مَوْلَىٰ لَهُمْ ﴿11﴾

Oxunuşu (Transkripsiya): Zalika bi annal laha mavlal lazina amanu va annal kafirina la mavla lahum
Mişkini Tərcüməsi: Bunun səbəbi Allahın iman gətirənlərin başçısı və yardımçısı olmasıdır. Kafirlərin isə başçı və yardımçıları yoxdur.
12 Muhəmməd Surəsi, Ayə 12

إِنَّ ٱللَّهَ يُدْخِلُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ۖ وَٱلَّذِينَ كَفَرُوا۟ يَتَمَتَّعُونَ وَيَأْكُلُونَ كَمَا تَأْكُلُ ٱلْأَنْعَٰمُ وَٱلنَّارُ مَثْوًۭى لَّهُمْ ﴿12﴾

Oxunuşu (Transkripsiya): Innal-laha yudxilul lazina amanu va 'amilus salihati Cannatin tacri min tahtihal anharu vallazina kafaru yatamatta'una va yakuluna kama takuluian'amu van Naru masvallahum
Mişkini Tərcüməsi: Həqiqətən, Allah iman gətirib yaxşı işlər görənləri (ev və ağaclarının) altından çaylar axan cənnət və bağlara daxil edəcəkdir. Küfr edənlər isə (dünya ləzzətlərindən) bəhrələnir və heyvanlar kimi yeyirlər (həyatın əsas məqsədini yemək və bəhrələnmək hesab edirlər) və (nəhayət) onların yeri oddur.
13 Muhəmməd Surəsi, Ayə 13

وَكَأَيِّن مِّن قَرْيَةٍ هِىَ أَشَدُّ قُوَّةًۭ مِّن قَرْيَتِكَ ٱلَّتِىٓ أَخْرَجَتْكَ أَهْلَكْنَٰهُمْ فَلَا نَاصِرَ لَهُمْ ﴿13﴾

Oxunuşu (Transkripsiya): Va ka ayyim min qaryatin hiya aşaddu quvvatam min qaryatikal lati axracatka ahlaknahum fala nasira lahum
Mişkini Tərcüməsi: Səni çıxartmış cəmiyyətindən daha güclü neçə-neçə cəmiyyətlər var idi. Biz onları məhv etdik. Onlara bir kömək edən (də) yox idi.
14 Muhəmməd Surəsi, Ayə 14

أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّهِۦ كَمَن زُيِّنَ لَهُۥ سُوٓءُ عَمَلِهِۦ وَٱتَّبَعُوٓا۟ أَهْوَآءَهُم ﴿14﴾

Oxunuşu (Transkripsiya): Afaman kana 'ala baiyinatim mir Rabbihi kaman zuyyina lahu su'u 'amalihi vattaba'u ahva'ahum
Mişkini Tərcüməsi: Belə isə məgər (işləri) öz Rəbbi tərəfindən dəlil-sübut (təməli) üzərində olan kəslər (möminlər kimi ağıl və şəriətə əsaslananlar) pis əməlləri özlərinə gözəl göstərilən və öz nəfsi istəklərinə tabe olan kəslər kimidirlər?!
15 Muhəmməd Surəsi, Ayə 15

مَّثَلُ ٱلْجَنَّةِ ٱلَّتِى وُعِدَ ٱلْمُتَّقُونَ ۖ فِيهَآ أَنْهَٰرٌۭ مِّن مَّآءٍ غَيْرِ ءَاسِنٍۢ وَأَنْهَٰرٌۭ مِّن لَّبَنٍۢ لَّمْ يَتَغَيَّرْ طَعْمُهُۥ وَأَنْهَٰرٌۭ مِّنْ خَمْرٍۢ لَّذَّةٍۢ لِّلشَّٰرِبِينَ وَأَنْهَٰرٌۭ مِّنْ عَسَلٍۢ مُّصَفًّۭى ۖ وَلَهُمْ فِيهَا مِن كُلِّ ٱلثَّمَرَٰتِ وَمَغْفِرَةٌۭ مِّن رَّبِّهِمْ ۖ كَمَنْ هُوَ خَٰلِدٌۭ فِى ٱلنَّارِ وَسُقُوا۟ مَآءً حَمِيمًۭا فَقَطَّعَ أَمْعَآءَهُمْ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Masalul cannatil lati vu'idal muttaquna fiha anharum mim ma'in ğayri asininv va anharum mil labanil lam yatağaiyar ta'muhu va anharum min xamril lazzatil lişşaribina va anharum min 'asalim musaffanv va lahum fiha min kullis samarati va mağfiratum mir Rabbihim kaman huva xalidun fin nari va suqu ma'an hamiman faqatta'a am'a'ahum
Mişkini Tərcüməsi: Təqvalılara vəd edilmiş cənnətin vəsfi (belədir): Orada dad və ətiri qaçmamış sudan çaylar, tamı dəyişməmiş süddən çaylar, içənlər üçün büsbütün ləzzət olan şərabdan çaylar və saflaşdırılmış baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvə və həmçinin Rəbbləri tərəfindən bağışlanma vardır. (Məgər bunlar) odda əbədi qalacaq və bağırsaqlarını parçalayan su içirdiləcək kəslər kimidirlər?!
16 Muhəmməd Surəsi, Ayə 16

وَمِنْهُم مَّن يَسْتَمِعُ إِلَيْكَ حَتَّىٰٓ إِذَا خَرَجُوا۟ مِنْ عِندِكَ قَالُوا۟ لِلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ مَاذَا قَالَ ءَانِفًا ۚ أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَٱتَّبَعُوٓا۟ أَهْوَآءَهُمْ ﴿16﴾

Oxunuşu (Transkripsiya): Va minhum mai yastami' ilaika hatta iza xaracu min 'indika qalu lillazina utul 'ilma maza qala anifa; ula'ikal lazina taba'al lahu 'ala qulubihim vattaba'u ahva'ahum
Mişkini Tərcüməsi: Onların (münafiqlərin) elələri var ki, sən(in sözlərin)ə qulaq asır, nəhayət sənin yanından çıxanda (ilahi) elm verilmiş kəslərə (istehza ilə və ya mətləbə diqqətsizlikdən) «(peyğəmbər) indi nə dedi?» deyirlər. Onlar Allahın qəlblərinə (bədbəxtlik) möhür(ü) vurduğu və nəfsi istəklərinə tabe olan kəslərdir.
17 Muhəmməd Surəsi, Ayə 17

وَٱلَّذِينَ ٱهْتَدَوْا۟ زَادَهُمْ هُدًۭى وَءَاتَىٰهُمْ تَقْوَىٰهُمْ ﴿17﴾

Oxunuşu (Transkripsiya): Vallazinah tadav zadahum hudanv va atahum taqvahum
Mişkini Tərcüməsi: (Allah) doğru yolda olanların hidayətlərini (daha da) artırıb və onlara vəziyyətlərinə münasib pərhizkarlıq (ruhu) bəxş edib.
18 Muhəmməd Surəsi, Ayə 18

فَهَلْ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةًۭ ۖ فَقَدْ جَآءَ أَشْرَاطُهَا ۚ فَأَنَّىٰ لَهُمْ إِذَا جَآءَتْهُمْ ذِكْرَىٰهُمْ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Fahal yanzuruna illas Sa'ata an tatiyahum bağtatan faqad ca'a aşratuha; fa-annna lahum iza ca'at hum zikrahum
Mişkini Tərcüməsi: Belə isə məgər onlar (kafirlər) Qiyamətin qəflətən onlara yetişməsindən ayrı bir şey gözləyirlər? Şübhəsiz, onun əlamətləri (insanların şəriət baxımından məsuliyyət daşımaları, boyunlarına vəzifə qoyulması, itaətkarlıq və itəatsizliyin mövcudluğu, son peyğəmbərin göndərilməsi və ayın möcüzə olaraq parçalanması) artıq gəlmişdir. Odur ki, (Qiyamət gəlib) onlara yetişəndə, öyüdnəsihətləri onlara necə və nə vaxt fayda verəcək?!
19 Muhəmməd Surəsi, Ayə 19

فَٱعْلَمْ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ وَٱسْتَغْفِرْ لِذَنۢبِكَ وَلِلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ ۗ وَٱللَّهُ يَعْلَمُ مُتَقَلَّبَكُمْ وَمَثْوَىٰكُمْ ﴿19﴾

Oxunuşu (Transkripsiya): Fa'lam annahu la ilaha illal lahu vastağfir lizambika va lilmu'minina valmu'minat; vallahu ya'lamu mutaqallabakum va masvakum
Mişkini Tərcüməsi: Bil ki, Allahdan başqa bir məbud yoxdur. Öz günahların (məsumluq məqamı üçün nisbi günah sayılan daha üstün əməlin tərk edilməsi) və mömin kişi və qadınlar(ın günahları) üçün bağışlanma dilə. Çünki Allah (dünyada) haldan-hala dəyişməyinizi və (axirətdə) məskunlaşacağınız və qərar tutacağınız yeri bilir.
20 Muhəmməd Surəsi, Ayə 20

وَيَقُولُ ٱلَّذِينَ ءَامَنُوا۟ لَوْلَا نُزِّلَتْ سُورَةٌۭ ۖ فَإِذَآ أُنزِلَتْ سُورَةٌۭ مُّحْكَمَةٌۭ وَذُكِرَ فِيهَا ٱلْقِتَالُ ۙ رَأَيْتَ ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌۭ يَنظُرُونَ إِلَيْكَ نَظَرَ ٱلْمَغْشِىِّ عَلَيْهِ مِنَ ٱلْمَوْتِ ۖ فَأَوْلَىٰ لَهُمْ ﴿20﴾

Oxunuşu (Transkripsiya): Va yaqulul lazina amanu lav la nuzzilat Suratun fa iza unzilat Suratum Muhkamatunv va zukira fihal qitalu ra aytal lazina fi qulubihim maraduny yanzuruna ilaika nazaral mağşiyyi 'alaihi minal mavti fa'avla lahum
Mişkini Tərcüməsi: İman gətirmiş kəslər «nə üçün (cihad barəsində) bir surə nazil edilmədi?» deyirlər. Möhkəm (aydın və qeyri-mütəşabih) bir surə nazil ediləndə və onda müharibədən söz salınanda isə qəlblərində xəstəlik (iman zəifliyi xəstəliyi) olanları ölüm bihuşluğunun burüdüyü bir kəs kimi sənə baxan görərsən. Buna görə də vay onların halına!
21 Muhəmməd Surəsi, Ayə 21

طَاعَةٌۭ وَقَوْلٌۭ مَّعْرُوفٌۭ ۚ فَإِذَا عَزَمَ ٱلْأَمْرُ فَلَوْ صَدَقُوا۟ ٱللَّهَ لَكَانَ خَيْرًۭا لَّهُمْ ﴿21﴾

Oxunuşu (Transkripsiya): Ta'atunv va qavlum ma'ruf; fa iza 'azamal amru falav sadaqul laha lakana xairal lahum
Mişkini Tərcüməsi: İtaətkarlıq və gözəl söz onlar üçün daha yaxşıdır. İş (müharibə) ciddiləşən zaman əgər Allaha sadiq olsalar (könüllü şəkildə cihada getsələr, bu) əlbəttə, onlar üçün daha yaxşı olar.
22 Muhəmməd Surəsi, Ayə 22

فَهَلْ عَسَيْتُمْ إِن تَوَلَّيْتُمْ أَن تُفْسِدُوا۟ فِى ٱلْأَرْضِ وَتُقَطِّعُوٓا۟ أَرْحَامَكُمْ ﴿22﴾

Oxunuşu (Transkripsiya): Fahal 'asaitum in tavallaitum an tufsidu fil ardi va tuqatti'u arhamakum
Mişkini Tərcüməsi: Odur ki, sizdən (siz münafiqlərdən və imanı zəif olanlardan) İslamdan üz döndərəcəyiniz (və ya İslamda qüdrət və hakimiyyətə çatacağınız) təqdirdə yer üzündə fəsad törətmək və öz qohumluqlarınızı (qohumluq əlaqələrinizi) tamamilə kəsməkdən başqa bir şey umulur?!
23 Muhəmməd Surəsi, Ayə 23

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ لَعَنَهُمُ ٱللَّهُ فَأَصَمَّهُمْ وَأَعْمَىٰٓ أَبْصَٰرَهُمْ ﴿23﴾

Oxunuşu (Transkripsiya): Ula'ikal lazina la'anahumul lahu fa asammahum va a'ma absarahum
Mişkini Tərcüməsi: Onlar Allahın lənət etdiyi və (batini) qulaqlarını kar və (qəlb) gözlərini kor etdiyi kəslərdir.
24 Muhəmməd Surəsi, Ayə 24

أَفَلَا يَتَدَبَّرُونَ ٱلْقُرْءَانَ أَمْ عَلَىٰ قُلُوبٍ أَقْفَالُهَآ ﴿24﴾

Oxunuşu (Transkripsiya): Afala yatadabbarunal Qur-ana am 'ala qulubin aqfaluha
Mişkini Tərcüməsi: Belə isə məgər onlar bu Quran barəsində düşünmürlər, yoxsa ürəklər(in)ə onun (inadkarlıq, daşürəklilik və bədbəxtlik) qıfılları vurulmuşdur?
25 Muhəmməd Surəsi, Ayə 25

إِنَّ ٱلَّذِينَ ٱرْتَدُّوا۟ عَلَىٰٓ أَدْبَٰرِهِم مِّنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلْهُدَى ۙ ٱلشَّيْطَٰنُ سَوَّلَ لَهُمْ وَأَمْلَىٰ لَهُمْ ﴿25﴾

Oxunuşu (Transkripsiya): Innal lazinar taddu 'ala adbarihim mim ba'di ma tabaiyana lahumul hudaş Şaitanu savvala lahum va amla lahum
Mişkini Tərcüməsi: Həqiqətən, Şeytan (kitab əhlindən) doğru yol aydın olduqdan sonra geriyə dönən (öz keçmiş əqidələrində qalan) kəslərin gözündə (batil və günah işləri) zinətləndirmiş və onları uzun-uzadı arzulara salmışdır.
26 Muhəmməd Surəsi, Ayə 26

ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا۟ لِلَّذِينَ كَرِهُوا۟ مَا نَزَّلَ ٱللَّهُ سَنُطِيعُكُمْ فِى بَعْضِ ٱلْأَمْرِ ۖ وَٱللَّهُ يَعْلَمُ إِسْرَارَهُمْ ﴿26﴾

Oxunuşu (Transkripsiya): Zalika bi annahum qalu lillazina karihu ma nazzalal lahu sanuti'ukum fi ba'dil amri vallahu ya'lamu israrahum
Mişkini Tərcüməsi: Bunun səbəbi onların Allahın nazil etdiyini bəyənməyənlərə (Qüreyş kafirləri kimilərinə) «biz bəzi işlərdə (sizin müsəlmanlara qarşı gizli planlarınızda) sizə tabe olacağıq» demələridir. Allah onların gizli işlərini bilir.
27 Muhəmməd Surəsi, Ayə 27

فَكَيْفَ إِذَا تَوَفَّتْهُمُ ٱلْمَلَٰٓئِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَٰرَهُمْ ﴿27﴾

Oxunuşu (Transkripsiya): Fakaifa iza tavaffat humul mala'ikatu yadribuna vucuhahum va adba rahum
Mişkini Tərcüməsi: Belə isə mələklər onların üzlərinə və arxalarına (qamçı) vura-vura canlarını alan zaman (onların halı) necə olacaq?
28 Muhəmməd Surəsi, Ayə 28

ذَٰلِكَ بِأَنَّهُمُ ٱتَّبَعُوا۟ مَآ أَسْخَطَ ٱللَّهَ وَكَرِهُوا۟ رِضْوَٰنَهُۥ فَأَحْبَطَ أَعْمَٰلَهُمْ ﴿28﴾

Oxunuşu (Transkripsiya): Zalika bi annahumut taba'u ma asxatal laha va karihu ridvanahu fa ahbata a'malahum
Mişkini Tərcüməsi: O (əzab) onların Allahı qəzəbləndirən şeyə tabe olmalarına (peyğəmbərə qarşı çıxmalarına, Tövrat və İncili təhrif etmələrinə) və Onun razılığını xoşlamadıqlarına görədir. Buna görə də (Allah) onların (xeyir) əməllərini puç və batil etdi.
29 Muhəmməd Surəsi, Ayə 29

أَمْ حَسِبَ ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ أَن لَّن يُخْرِجَ ٱللَّهُ أَضْغَٰنَهُمْ ﴿29﴾

Oxunuşu (Transkripsiya): Am hasibal lazina fi qulubihim maradun al lan yuxrical lahu adğanahum
Mişkini Tərcüməsi: Yoxsa qəlblərində xəstəlik (ikiüzlülük və iman zəifliyi xəstəliyi olan) kəslər Allahın onların kin və ədavətlərini heç vaxt üzə çıxarmayacağını (və onların iç üzlərini ifşa etməyəcəyini) zənn edirlər?!
30 Muhəmməd Surəsi, Ayə 30

وَلَوْ نَشَآءُ لَأَرَيْنَٰكَهُمْ فَلَعَرَفْتَهُم بِسِيمَٰهُمْ ۚ وَلَتَعْرِفَنَّهُمْ فِى لَحْنِ ٱلْقَوْلِ ۚ وَٱللَّهُ يَعْلَمُ أَعْمَٰلَكُمْ ﴿30﴾

Oxunuşu (Transkripsiya): Va lav naşa'u la-arainakahum fala 'araftahum bi simahum; va lata'rifan nahum fi lahnil qavl; vallahu ya'lamu a'malakum
Mişkini Tərcüməsi: Əgər istəsək onları sənə göstərərik (və) sən onları üz və simaları ilə tanıyarsan. Sən mütləq onları danışıq tərzlərindən tanıyacaqsan. Allah sizin (bütün) etdiklərinizi bilir.
31 Muhəmməd Surəsi, Ayə 31

وَلَنَبْلُوَنَّكُمْ حَتَّىٰ نَعْلَمَ ٱلْمُجَٰهِدِينَ مِنكُمْ وَٱلصَّٰبِرِينَ وَنَبْلُوَا۟ أَخْبَارَكُمْ ﴿31﴾

Oxunuşu (Transkripsiya): Va lanabluvannakum hatta na'lamal mucahidina minkum vassabirina va nabluva axbarakum
Mişkini Tərcüməsi: Sizi mütləq (boynunuza dini vəzifələr qoymaqla) sınayacağıq ki, mücahidlərinizi və səbrlilərinizi bilək (Bizim əzəli elmimiz xarici gerçəkliklə üst-üstə düşsün) və sizin xəbərlərinizi (əməlləriniz barəsindəki məlumatları) araşdıraq.
32 Muhəmməd Surəsi, Ayə 32

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ وَشَآقُّوا۟ ٱلرَّسُولَ مِنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلْهُدَىٰ لَن يَضُرُّوا۟ ٱللَّهَ شَيْـًۭٔا وَسَيُحْبِطُ أَعْمَٰلَهُمْ ﴿32﴾

Oxunuşu (Transkripsiya): Innnal lazina kafaru va saddu 'an sabilil lahi va şaqqur Rasula mim ba'di ma tabaiyana lahumul huda lany yadurrul laha şai'anv va sa yuhbitu a'malahum
Mişkini Tərcüməsi: Şübhəsiz, küfr edənlər, Allahın yolundan üz döndərərək onun qarşısını alanlar və doğru yol aydın olduqdan sonra Bizim peyğəmbərimizlə müxalifət və düşmənçilik edənlər Allaha əsla, azacıq belə zərər-ziyan vurmazlar və (Allah) tezliklə onların əməllərini puça çıxaracaqdır (dinə zidd əməllərini dünyada və xeyir əməllərini axirətdə puç və təsirsiz edəcəkdir).
33 Muhəmməd Surəsi, Ayə 33

۞ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ وَلَا تُبْطِلُوٓا۟ أَعْمَٰلَكُمْ ﴿33﴾

Oxunuşu (Transkripsiya): Ya ayyuhal lazina amanu ati'ul laha va ati'ur Rasula va la tubtilu a'malakum
Mişkini Tərcüməsi: Ey iman gətirənlər (şəriət hökmlərində) Allaha itaət edin, Onun peyğəmbərin(in şər’i vəzifə yaradan əmrlərin)ə itaət edin və öz (xeyir) əməllərinizi (dindən çıxmaq, Allaha və xalqa minnət qoymaq və əməlin puç olmasına səbəb olan digər günahlarla) batil etməyin.
34 Muhəmməd Surəsi, Ayə 34

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ ثُمَّ مَاتُوا۟ وَهُمْ كُفَّارٌۭ فَلَن يَغْفِرَ ٱللَّهُ لَهُمْ ﴿34﴾

Oxunuşu (Transkripsiya): Innal lazina kafaru va saddu 'an sabilil lahi summa matu va hum kuffarun falany yağfirallahu lahum
Mişkini Tərcüməsi: Şübhəsiz, küfr edən və Allahın yolundan üz döndərərək onun qarşısını alan, sonra (da) kafir olaraq ölənləri Allah əsla bağışlamayacaqdır.
35 Muhəmməd Surəsi, Ayə 35

فَلَا تَهِنُوا۟ وَتَدْعُوٓا۟ إِلَى ٱلسَّلْمِ وَأَنتُمُ ٱلْأَعْلَوْنَ وَٱللَّهُ مَعَكُمْ وَلَن يَتِرَكُمْ أَعْمَٰلَكُمْ ﴿35﴾

Oxunuşu (Transkripsiya): Fala tahinu va tad'u ilas salmi va antumul a'lavna vallahu ma'akum va lany yatirakum a'malakum
Mişkini Tərcüməsi: Buna görə də üstün olduğunuz, Allah sizinlə birgə olduğu və sizin əməllərinizi heç vaxt mükafatsız qoymayacağı bir halda zəiflik və süstlük göstərməyin və (düşməni) barışığa dəvət etməyin.
36 Muhəmməd Surəsi, Ayə 36

إِنَّمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا لَعِبٌۭ وَلَهْوٌۭ ۚ وَإِن تُؤْمِنُوا۟ وَتَتَّقُوا۟ يُؤْتِكُمْ أُجُورَكُمْ وَلَا يَسْـَٔلْكُمْ أَمْوَٰلَكُمْ ﴿36﴾

Oxunuşu (Transkripsiya): Innamal hayatud dunya la'ibunv va lahv; va in to'minu va tattaqu yu'tikum ucurakum va la yas'alkum amvalakum
Mişkini Tərcüməsi: Bu dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Əgər iman gətirsəniz və təqvalı olsanız, O, sizin (dünya və axirət) mükafatlarınızı verəcəkdir və (bunun müqabilində) mallarınızı(n hamısını) da istəmir (sizin bəzinizdən xums və zəkat olaraq malınızın bir hisəssini – beşdə birini, onda birini, qırxda birini və bu kimi miqdarı istəyir).
37 Muhəmməd Surəsi, Ayə 37

إِن يَسْـَٔلْكُمُوهَا فَيُحْفِكُمْ تَبْخَلُوا۟ وَيُخْرِجْ أَضْغَٰنَكُمْ ﴿37﴾

Oxunuşu (Transkripsiya): Iny yas'alkumuha fa yuhfikum tabxalu va yuxric adğanakum
Mişkini Tərcüməsi: Əgər mallarınızı(n hamısını) istəsə və (bunda) sizə israr etsə, xəsislik göstərərsiniz və (Allah boynunuza bu dini vəzifəni qoymaqla) sizin kinlərinizi üzə çıxararaq faş edər.
38 Muhəmməd Surəsi, Ayə 38

هَٰٓأَنتُمْ هَٰٓؤُلَآءِ تُدْعَوْنَ لِتُنفِقُوا۟ فِى سَبِيلِ ٱللَّهِ فَمِنكُم مَّن يَبْخَلُ ۖ وَمَن يَبْخَلْ فَإِنَّمَا يَبْخَلُ عَن نَّفْسِهِۦ ۚ وَٱللَّهُ ٱلْغَنِىُّ وَأَنتُمُ ٱلْفُقَرَآءُ ۚ وَإِن تَتَوَلَّوْا۟ يَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ ثُمَّ لَا يَكُونُوٓا۟ أَمْثَٰلَكُم ﴿38﴾

Oxunuşu (Transkripsiya): ha antum ha'ula'i tud'avna litunfiqu fi sabilillahi faminkum many yabxalu va many yabxal fa innama yabxalu 'an nafsih; vallahu Ğaniyyu va antumul fuqara'; va in tatval lav yastabdil qavman ğairakum summa la yakunu amsalakum
Mişkini Tərcüməsi: Bilin ki, siz Allah yolunda xərcləməyə çağırılanlarsınız. Sizlərdən bəzisi xəsislik edir. Kim xəsislik etsə yalnız özünə qarşı xəsislik edir. Ehtiyacsız (zəngin) olan Allah, möhtac olan isə sizsiniz. Əgər (Onun dinindən) üz döndərsəniz sizin yerinizə digər bir dəstəni gətirər (və) onda onlar sizin kimi olmazlar.
Əvvəlki: 46. Əl-Əhqaq Bütün Surələr ↑ Növbəti: 48. Əl-Fəth

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...