وَٱلنَّجْمِ إِذَا هَوَىٰ
﴿1﴾
Oxunuşu (Transkripsiya):
Vannacmi iza hava
Mişkini Tərcüməsi:
And olsun çıxmaqda və batmaqda olan ulduza. (Yaxud: And olsun cin və şeytanlara enən yandırıcı od parçalarına; yaxud baş qaldıran bitkiyə; yaxud Quranın vəhy mərkəzinə nazil olmaqda olan hissə və ayələrinə.)
مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَىٰ
﴿2﴾
Oxunuşu (Transkripsiya):
Ma dalla sahibukum va ma ğava
Mişkini Tərcüməsi:
Sizin yoldaşınız və dostunuz (Muhəmməd (s) nə (əməldə səadət) yolundan çıxıb və nə də (əqidəsində haqdan) azıb.
وَمَا يَنطِقُ عَنِ ٱلْهَوَىٰٓ
﴿3﴾
Oxunuşu (Transkripsiya):
Va ma yyantiqu 'anilhava
Mişkini Tərcüməsi:
O, (Quranın və ilahi tapşırıqların çatdırılmasında) əsla nəfsi istəkləri ilə danışmır.
إِنْ هُوَ إِلَّا وَحْىٌۭ يُوحَىٰ
﴿4﴾
Oxunuşu (Transkripsiya):
In huva illa Vahyuny yuha
Mişkini Tərcüməsi:
Dedikləri yalnız, (yuxarı aləmdən) ona ilham olunan vəhydir.
عَلَّمَهُۥ شَدِيدُ ٱلْقُوَىٰ
﴿5﴾
Oxunuşu (Transkripsiya):
'Allamahu şadidul quva
Mişkini Tərcüməsi:
Onu ona (Peyğəmbərə) qüvvələri möhkəm və güclü olan (əmanətdar Cəbrail) öyrətmişdir.
ذُو مِرَّةٍۢ فَٱسْتَوَىٰ
﴿6﴾
Oxunuşu (Transkripsiya):
Zu mirratin fastava
Mişkini Tərcüməsi:
(Yaradılışında) güc və qüvvə (və ağılda möhkəmlik və mətanət) sahibi olan! Beləliklə o, (özünün əsl qiyafəsində Peyğəmbərin (s) qarşısında) dayandı.
وَهُوَ بِٱلْأُفُقِ ٱلْأَعْلَىٰ
﴿7﴾
Oxunuşu (Transkripsiya):
Va huva bil ufuqil a'la
Mişkini Tərcüməsi:
(Yerdən) üstün üfüqdə olduğu halda.
ثُمَّ دَنَا فَتَدَلَّىٰ
﴿8﴾
Oxunuşu (Transkripsiya):
Summa dana fatadalla
Mişkini Tərcüməsi:
Sonra (Peyğəmbərə) yaxınlaşdı və daha yaxın oldu.
فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَىٰ
﴿9﴾
Oxunuşu (Transkripsiya):
Fakana qaba qavsaini av adna
Mişkini Tərcüməsi:
Beləliklə, (onunla Peyğəmbərin arasında) iki kaman (yaxud iki dirsək qədər) və ya daha az məsafə var idi.
10
Ən-Nəcm Surəsi, Ayə 10
فَأَوْحَىٰٓ إِلَىٰ عَبْدِهِۦ مَآ أَوْحَىٰ
﴿10﴾
Oxunuşu (Transkripsiya):
Fa avha ila 'abdihi ma avha
Mişkini Tərcüməsi:
Beləliklə də, Allahın bəndəsinə (Muhəmmədə (s) həqiqət və sirlərdən) vəhy etdiyini vəhy etdi.
11
Ən-Nəcm Surəsi, Ayə 11
مَا كَذَبَ ٱلْفُؤَادُ مَا رَأَىٰٓ
﴿11﴾
Oxunuşu (Transkripsiya):
Ma kazabal fu'adu ma ra a
Mişkini Tərcüməsi:
(Peyğəmbərin) qəlb(i) gördüyündə (Cəbrailin üzünü və onun yaxınlaşmasını görməsində yanılmadı və) yalan demədi.
12
Ən-Nəcm Surəsi, Ayə 12
أَفَتُمَٰرُونَهُۥ عَلَىٰ مَا يَرَىٰ
﴿12﴾
Oxunuşu (Transkripsiya):
Afatumarunahu 'ala mayara
Mişkini Tərcüməsi:
Onunla (öz gözü ilə) gördüyü şey barəsində mübahisə edirsiniz?!
13
Ən-Nəcm Surəsi, Ayə 13
وَلَقَدْ رَءَاهُ نَزْلَةً أُخْرَىٰ
﴿13﴾
Oxunuşu (Transkripsiya):
Va laqad ra ahu nazlatan uxra
Mişkini Tərcüməsi:
Şübhəsiz, (onun Peyğəmbəri özü ilə yuxarı apardığı) digər bir nazilolmada onu (öz gözü ilə əsl qifayəsində, Allahı isə qəlbinin gözü ilə) görmüşdü.
14
Ən-Nəcm Surəsi, Ayə 14
عِندَ سِدْرَةِ ٱلْمُنتَهَىٰ
﴿14﴾
Oxunuşu (Transkripsiya):
'Inda sidratil muntaha
Mişkini Tərcüməsi:
Sidrətulmüntəhanın (göylərin sərhədlərinin axırı və bəndələrin əməllərinin qalxıb-enmə yerinin sonunda yerləşən sidr ağacının) yanında.
15
Ən-Nəcm Surəsi, Ayə 15
عِندَهَا جَنَّةُ ٱلْمَأْوَىٰٓ
﴿15﴾
Oxunuşu (Transkripsiya):
'Indaha cannatul mava
Mişkini Tərcüməsi:
(Məhşərdə hesab qurtardıqdan sonra möminlərin) məskunlaşama yeri olan axirət Cənnəti onun yanındadır.
16
Ən-Nəcm Surəsi, Ayə 16
إِذْ يَغْشَى ٱلسِّدْرَةَ مَا يَغْشَىٰ
﴿16﴾
Oxunuşu (Transkripsiya):
Iz yağşas sidrata ma yağşa
Mişkini Tərcüməsi:
Bürüyən şey (nur, gözəllik və saysız mələklər) o sidrəni əhatə edən zaman
17
Ən-Nəcm Surəsi, Ayə 17
مَا زَاغَ ٱلْبَصَرُ وَمَا طَغَىٰ
﴿17﴾
Oxunuşu (Transkripsiya):
Ma zağal basaru va ma tağa
Mişkini Tərcüməsi:
(Peyğəmbərin) göz(ü gördüyünü) əsla səhv görmədi və (görməli olduğunda) həddi aşmadı.
18
Ən-Nəcm Surəsi, Ayə 18
لَقَدْ رَأَىٰ مِنْ ءَايَٰتِ رَبِّهِ ٱلْكُبْرَىٰٓ
﴿18﴾
Oxunuşu (Transkripsiya):
Laqad ra a min ayati Rabbihil kubra
Mişkini Tərcüməsi:
Şübhəsiz, öz Rəbbinin çox böyük nişanələrindən (bir qismini) gördü.
19
Ən-Nəcm Surəsi, Ayə 19
أَفَرَءَيْتُمُ ٱللَّٰتَ وَٱلْعُزَّىٰ
﴿19﴾
Oxunuşu (Transkripsiya):
Afara'aytumul lata val 'uzza
Mişkini Tərcüməsi:
Belə isə mənə (ərəb qəbilələrinin iki böyük bütü olan) Lat və Üzzadan xəbər verin.
20
Ən-Nəcm Surəsi, Ayə 20
وَمَنَوٰةَ ٱلثَّالِثَةَ ٱلْأُخْرَىٰٓ
﴿20﴾
Oxunuşu (Transkripsiya):
Va manatas salisatal uxra
Mişkini Tərcüməsi:
Həmçinin (ərəblərin qondarma mələk şəklindəki məşhur bütlərinin) üçüncü(sü olan) digər bir büt – Mənatdan! (Bunlar Allahın şərikləridirlər?!)
21
Ən-Nəcm Surəsi, Ayə 21
أَلَكُمُ ٱلذَّكَرُ وَلَهُ ٱلْأُنثَىٰ
﴿21﴾
Oxunuşu (Transkripsiya):
A-lakumuz zakaru va lahul unsa
Mişkini Tərcüməsi:
(Sizin fikrinizcə) oğlan sizə və qız (isə) Allaha məxsusdur?
22
Ən-Nəcm Surəsi, Ayə 22
تِلْكَ إِذًۭا قِسْمَةٌۭ ضِيزَىٰٓ
﴿22﴾
Oxunuşu (Transkripsiya):
Tilka izan qismatun diza
Mişkini Tərcüməsi:
Belə olan halda bu bölgü zalımanədir!
23
Ən-Nəcm Surəsi, Ayə 23
إِنْ هِىَ إِلَّآ أَسْمَآءٌۭ سَمَّيْتُمُوهَآ أَنتُمْ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلْطَٰنٍ ۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَمَا تَهْوَى ٱلْأَنفُسُ ۖ وَلَقَدْ جَآءَهُم مِّن رَّبِّهِمُ ٱلْهُدَىٰٓ
﴿23﴾
Oxunuşu (Transkripsiya):
In hiya illa asma'un sammaitumuha antum va aba'ukum ma anzalal lahu biha min sultan; inyyattabi'una illaz zanna va ma tahval anfusu va laqad ca'ahum mir Rabbihimul huda
Mişkini Tərcüməsi:
(Məbud, Allaha yaxınlaşdıran və şəfaətçi adlandırılan) bu bütlər sizin və atalarınızın (onlara) qoyduğunuz quru adlardan başqa bir şey deyildirlər. Allah onlar(ın haqq olmaların)a dair əsla bir dəlil-sübut nazil etməmişdir. (Bəli,) onlar yalnız gümana və nəfsi istəklərə tabe olurlar, halbuki Rəbbləri tərəfindən onlara hidayət vasitəsi (Quran və Peyğəmbər) gəlmişdir.
24
Ən-Nəcm Surəsi, Ayə 24
أَمْ لِلْإِنسَٰنِ مَا تَمَنَّىٰ
﴿24﴾
Oxunuşu (Transkripsiya):
Am lil insani ma taman na
Mişkini Tərcüməsi:
Məgər istədiyi (hər) şey insan üçün (dərhal) hazır olur (ki, bütlər tanrı, hacətləri verən və şəfaətçi olsunlar)?!
25
Ən-Nəcm Surəsi, Ayə 25
فَلِلَّهِ ٱلْءَاخِرَةُ وَٱلْأُولَىٰ
﴿25﴾
Oxunuşu (Transkripsiya):
Falillahil axiratu val ula
Mişkini Tərcüməsi:
(Xeyir, belə deyil!) Çünki axirət və dünya (ancaq) Allaha məxsusdur (və Onun bunlarda şəriki yoxdur).
26
Ən-Nəcm Surəsi, Ayə 26
۞ وَكَم مِّن مَّلَكٍۢ فِى ٱلسَّمَٰوَٰتِ لَا تُغْنِى شَفَٰعَتُهُمْ شَيْـًٔا إِلَّا مِنۢ بَعْدِ أَن يَأْذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرْضَىٰٓ
﴿26﴾
Oxunuşu (Transkripsiya):
Va kam mim malakin fissamavati la tuğni şafa'atuhum şai'an illa mim ba'di anyyazanal lahu limany yaşa'u va yarda
Mişkini Tərcüməsi:
Göylərdə neçə-neçə mələklər (var) ki, onların (bu dünyanın yaradılış işləri və o dünyanın günahkarları barəsindəki) şəfaət və vasitəçilikləri heç bir fayda verməz. (Bu) yalnız Allah (şəfaət etməsini və ya şəfaət olunmasını) istədiyi və razılıq verdiyi kəsə izn verdikdən sonra (mümkündür).
27
Ən-Nəcm Surəsi, Ayə 27
إِنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ لَيُسَمُّونَ ٱلْمَلَٰٓئِكَةَ تَسْمِيَةَ ٱلْأُنثَىٰ
﴿27﴾
Oxunuşu (Transkripsiya):
innal lazina la yu'minuna bil axirati la yusammunal mala'ikata tasmiyatal unsa
Mişkini Tərcüməsi:
Həqiqətən, axirətə imanı olmayan kəslər mələkləri qadın adı ilə adlandırırlar (onların Allahın qızları olmasını deyirlər).
28
Ən-Nəcm Surəsi, Ayə 28
وَمَا لَهُم بِهِۦ مِنْ عِلْمٍ ۖ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ ۖ وَإِنَّ ٱلظَّنَّ لَا يُغْنِى مِنَ ٱلْحَقِّ شَيْـًۭٔا
﴿28﴾
Oxunuşu (Transkripsiya):
Va ma lahum bihi min 'ilmin iny yattabi'una illaz zanna va innaz zanna la yuğni minal haqqi şai'a
Mişkini Tərcüməsi:
Halbuki onların bu (iddia) barədə bir bilikləri yoxdur. Onlar yalnız zənn və gümana tabe olurlar və şübhəsiz, zənn və güman əsla həqiqətin yerini tuta bilməz.
29
Ən-Nəcm Surəsi, Ayə 29
فَأَعْرِضْ عَن مَّن تَوَلَّىٰ عَن ذِكْرِنَا وَلَمْ يُرِدْ إِلَّا ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا
﴿29﴾
Oxunuşu (Transkripsiya):
Fa a'rid 'am man tavalla 'an zikrina va lam yurid illal hayatad dunya
Mişkini Tərcüməsi:
Buna görə də Bizi yad etməkdən (və Bizim Quranımızdan) üz döndərən və yalnız bu dünya həyatını istəyən kəs(lər)dən üz döndər (və onlarla mübahisə etmə).
30
Ən-Nəcm Surəsi, Ayə 30
ذَٰلِكَ مَبْلَغُهُم مِّنَ ٱلْعِلْمِ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعْلَمُ بِمَنِ ٱهْتَدَىٰ
﴿30﴾
Oxunuşu (Transkripsiya):
Zalika mablağuhum minal 'ilm; inna rabbaka huva a'lamu biman dalla 'an sabi lihi va huva a'lamu bimanih tada
Mişkini Tərcüməsi:
Bu, onların biliklərinin son mərhələsidir. Həqiqətən, sənin Rəbbin Onun yolundan sapanı da, doğru yola gələni də yaxşı tanıyır.
31
Ən-Nəcm Surəsi, Ayə 31
وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ لِيَجْزِىَ ٱلَّذِينَ أَسَٰٓـُٔوا۟ بِمَا عَمِلُوا۟ وَيَجْزِىَ ٱلَّذِينَ أَحْسَنُوا۟ بِٱلْحُسْنَى
﴿31﴾
Oxunuşu (Transkripsiya):
Va lillahi ma fis samavati va ma fil ardi liyacziyal lazina asa'u bima 'amilu va yacziyal lazina ahsanu bilhusna
Mişkini Tərcüməsi:
Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allaha məxsusdur. (Çünki onları yaratmaq, qorumaq, idarə etmək və yox etmək Onun qüdrət əlindədir. O hamını yaradıb) ki, pislik etmiş kəsləri etdiklərinin müqabilində (və ya həmin əməllərin gerçək axirət təzahürü ilə) cəzalandırsın və yaxşı işlər görmüş kəslərə daha yaxşı mükafat ilə əvəz versin.
32
Ən-Nəcm Surəsi, Ayə 32
ٱلَّذِينَ يَجْتَنِبُونَ كَبَٰٓئِرَ ٱلْإِثْمِ وَٱلْفَوَٰحِشَ إِلَّا ٱللَّمَمَ ۚ إِنَّ رَبَّكَ وَٰسِعُ ٱلْمَغْفِرَةِ ۚ هُوَ أَعْلَمُ بِكُمْ إِذْ أَنشَأَكُم مِّنَ ٱلْأَرْضِ وَإِذْ أَنتُمْ أَجِنَّةٌۭ فِى بُطُونِ أُمَّهَٰتِكُمْ ۖ فَلَا تُزَكُّوٓا۟ أَنفُسَكُمْ ۖ هُوَ أَعْلَمُ بِمَنِ ٱتَّقَىٰٓ
﴿32﴾
Oxunuşu (Transkripsiya):
Allazina yactanibuna kaba'iral ismi valfava hişa illal lamam; inna rabbaka vasi'ul mağfirah; huva a'lamu bikum iz anşa akum minal ardi va iz antum acinnatun fi butuni umma hatikum fala tuzakku anfusakum huva a'lamu bimanit taqa
Mişkini Tərcüməsi:
Həmin o kəslərə ki, kiçik və təsadüfi günahlar istisna olmaqla, həmişə (dünyada şəri cəza, axirət üçün isə od vəd edilmiş) böyük günahlardan və (İslamda cəza təyin edilmiş) çirkin əməllərdən çəkinirlər. Sənin Rəbbinin əfvi doğrudan da genişdir. O sizi həm torpaqdan yaradanda, həm də analarınızın bətnində rüşeym halında olanda çox yaxşı tanıyır. Odur ki, özünüzü tərifləməyin. O, təqvalı olanı daha yaxşı tanıyır.
33
Ən-Nəcm Surəsi, Ayə 33
أَفَرَءَيْتَ ٱلَّذِى تَوَلَّىٰ
﴿33﴾
Oxunuşu (Transkripsiya):
Afara'ayatal lazi tavalla
Mişkini Tərcüməsi:
(Tovhiddən, cihaddan və malını Allah yolunda xərcləməkdən) üz çevirəni gördünmü?
34
Ən-Nəcm Surəsi, Ayə 34
وَأَعْطَىٰ قَلِيلًۭا وَأَكْدَىٰٓ
﴿34﴾
Oxunuşu (Transkripsiya):
Va a'ta qalilanv va akda
Mişkini Tərcüməsi:
Və (öz malından) bir az verib (qalanını verməyə) xəsislik göstərəni?
35
Ən-Nəcm Surəsi, Ayə 35
أَعِندَهُۥ عِلْمُ ٱلْغَيْبِ فَهُوَ يَرَىٰٓ
﴿35﴾
Oxunuşu (Transkripsiya):
A'indahu 'ilmul ğaibi fahuva yara
Mişkini Tərcüməsi:
Məgər o, qeybi bilir və (qəlb gözü ilə gələcəyi – malını Allah yolunda verəcəyi təqdirdə yoxsullaşacağını) görür?!
36
Ən-Nəcm Surəsi, Ayə 36
أَمْ لَمْ يُنَبَّأْ بِمَا فِى صُحُفِ مُوسَىٰ
﴿36﴾
Oxunuşu (Transkripsiya):
Am lam yunabba bima fi suhuhfi Musa
Mişkini Tərcüməsi:
Yoxsa Musanın (Tövratının) səhifələrindəkilərdən xəbər tutmayıb?
37
Ən-Nəcm Surəsi, Ayə 37
وَإِبْرَٰهِيمَ ٱلَّذِى وَفَّىٰٓ
﴿37﴾
Oxunuşu (Transkripsiya):
Va Ibrahimal lazi vaffa
Mişkini Tərcüməsi:
Və (yaxud Allaha itaətə, tovhidin çatdırılmasına, mübarizədə səbrə və imtahanın yerinə yetirilməsində əhdə) tam vəfa etmiş İbrahim (in səhifələrində olanlardan)?
38
Ən-Nəcm Surəsi, Ayə 38
أَلَّا تَزِرُ وَازِرَةٌۭ وِزْرَ أُخْرَىٰ
﴿38﴾
Oxunuşu (Transkripsiya):
Alla taziru vaziratunv vizra uxra
Mişkini Tərcüməsi:
(Onlarda deyilir) ki: «Heç kəs başqasının günah yūkünü götürməyəcəkdir. ≫
39
Ən-Nəcm Surəsi, Ayə 39
وَأَن لَّيْسَ لِلْإِنسَٰنِ إِلَّا مَا سَعَىٰ
﴿39﴾
Oxunuşu (Transkripsiya):
Va al laisa lil insani illa ma sa'a
Mişkini Tərcüməsi:
Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur.
40
Ən-Nəcm Surəsi, Ayə 40
وَأَنَّ سَعْيَهُۥ سَوْفَ يُرَىٰ
﴿40﴾
Oxunuşu (Transkripsiya):
Va anna sa'yahu savfa yura
Mişkini Tərcüməsi:
Onun səy və təlaşı(nın nəticəsi) tezliklə (ölən kimi və Qiyamətdə) görünəcəkdir.
41
Ən-Nəcm Surəsi, Ayə 41
ثُمَّ يُجْزَىٰهُ ٱلْجَزَآءَ ٱلْأَوْفَىٰ
﴿41﴾
Oxunuşu (Transkripsiya):
Summa yuczahul caza 'al avfa
Mişkini Tərcüməsi:
Sonra onun müqabilində ona kamil əvəz veriləcəkdir.
42
Ən-Nəcm Surəsi, Ayə 42
وَأَنَّ إِلَىٰ رَبِّكَ ٱلْمُنتَهَىٰ
﴿42﴾
Oxunuşu (Transkripsiya):
Va anna ila rabbikal muntaha
Mişkini Tərcüməsi:
(Varlıq aləmində hər bir əməl sahibinin əməlinin və hər bir canlının hərəkətinin) son(u) sənin Rəbbinə tərəfdir.
43
Ən-Nəcm Surəsi, Ayə 43
وَأَنَّهُۥ هُوَ أَضْحَكَ وَأَبْكَىٰ
﴿43﴾
Oxunuşu (Transkripsiya):
Va annahu huva azaka va abka
Mişkini Tərcüməsi:
Güldürən və ağladan (bu iki sifəti varlıqlarda yaradan) Odur.
44
Ən-Nəcm Surəsi, Ayə 44
وَأَنَّهُۥ هُوَ أَمَاتَ وَأَحْيَا
﴿44﴾
Oxunuşu (Transkripsiya):
Va annahu huva amata va ahya
Mişkini Tərcüməsi:
(Bütün canlıları müəyyən edilmiş vaxtda) öldürən və (bütün ölülüləri Öz istəyi ilə) dirildən (də) Odur.
45
Ən-Nəcm Surəsi, Ayə 45
وَأَنَّهُۥ خَلَقَ ٱلزَّوْجَيْنِ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰ
﴿45﴾
Oxunuşu (Transkripsiya):
Va annahu xalaqaz zavcainiz zakara val unsa
Mişkini Tərcüməsi:
Həmçinin erkək və dişi cütlərini yaradan Odur.
46
Ən-Nəcm Surəsi, Ayə 46
مِن نُّطْفَةٍ إِذَا تُمْنَىٰ
﴿46﴾
Oxunuşu (Transkripsiya):
Min nutfatin iza tumna
Mişkini Tərcüməsi:
Uşaqlığa tökülən zaman, nütfədən!
47
Ən-Nəcm Surəsi, Ayə 47
وَأَنَّ عَلَيْهِ ٱلنَّشْأَةَ ٱلْأُخْرَىٰ
﴿47﴾
Oxunuşu (Transkripsiya):
Va anna 'alaihin naş atal uxra
Mişkini Tərcüməsi:
Həmçinin (səma kitabları və bəşəri şəriətlərdə yazıldığı kimi əzəli elm və qəti ilahi istəyə əsasən) digər aləmi yaratmaq Onun öhdəsinədir.
48
Ən-Nəcm Surəsi, Ayə 48
وَأَنَّهُۥ هُوَ أَغْنَىٰ وَأَقْنَىٰ
﴿48﴾
Oxunuşu (Transkripsiya):
Va annahu huva ağna va aqna
Mişkini Tərcüməsi:
Və (istədiyini) ehtiyacsız edən və daimi sərvət verən (da) Odur
49
Ən-Nəcm Surəsi, Ayə 49
وَأَنَّهُۥ هُوَ رَبُّ ٱلشِّعْرَىٰ
﴿49﴾
Oxunuşu (Transkripsiya):
Va annahu huva rabbuş şi'ra
Mişkini Tərcüməsi:
(Bəzi müşriklərin ibadət etdikləri) Şiranın (Şira ulduzunun da) Rəbbi Odur.
50
Ən-Nəcm Surəsi, Ayə 50
وَأَنَّهُۥٓ أَهْلَكَ عَادًا ٱلْأُولَىٰ
﴿50﴾
Oxunuşu (Transkripsiya):
Va annahu ahlak a 'Aadanil ula
Mişkini Tərcüməsi:
(Hudun qövmü) birinci Adı (Ad tayfasını) həlak edən də Odur.
51
Ən-Nəcm Surəsi, Ayə 51
وَثَمُودَا۟ فَمَآ أَبْقَىٰ
﴿51﴾
Oxunuşu (Transkripsiya):
Va samuda fama abqa
Mişkini Tərcüməsi:
Həmçinin (Salehin qövmü) Səmudu! (Onlardan bir nəfəri belə) saxlamadı.
52
Ən-Nəcm Surəsi, Ayə 52
وَقَوْمَ نُوحٍۢ مِّن قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا۟ هُمْ أَظْلَمَ وَأَطْغَىٰ
﴿52﴾
Oxunuşu (Transkripsiya):
Va qavma Nuhim min qablu innahum kanu hum azlama va atğa
Mişkini Tərcüməsi:
Eləcə də, onlardan əvvəl Nuhun daha zülmkar və üsyankar olan qövmünü (həlak etdi).
53
Ən-Nəcm Surəsi, Ayə 53
وَٱلْمُؤْتَفِكَةَ أَهْوَىٰ
﴿53﴾
Oxunuşu (Transkripsiya):
Val mu'tafikata ahva
Mişkini Tərcüməsi:
Və (Lutun qövmünün yuxarı qaldırdıqdan sonra) üzü üstə yerə çırpdığı alt-üst edilmiş şəhərləri (ni)!
54
Ən-Nəcm Surəsi, Ayə 54
فَغَشَّىٰهَا مَا غَشَّىٰ
﴿54﴾
Oxunuşu (Transkripsiya):
Fağaşşaha ma ğaşşa
Mişkini Tərcüməsi:
Beləliklə, o şəhərləri (şiddətli əzab, daş yağış və sairədən) bürüyən bürüdü.
55
Ən-Nəcm Surəsi, Ayə 55
فَبِأَىِّ ءَالَآءِ رَبِّكَ تَتَمَارَىٰ
﴿55﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbika tatamara
Mişkini Tərcüməsi:
(Bütün hadisələr aləmin kamil quruluşunu təşkil edən nemətlərin fövqündədir.) Belə isə Rəbbinin nemətlərinin hans birinə şəkk edirsən?!
56
Ən-Nəcm Surəsi, Ayə 56
هَٰذَا نَذِيرٌۭ مِّنَ ٱلنُّذُرِ ٱلْأُولَىٰٓ
﴿56﴾
Oxunuşu (Transkripsiya):
Haza nazirum minan nuzuril ula
Mişkini Tərcüməsi:
Bu (Peyğəmbər və onun kitabı, bunların hər biri bəşəriyyət üçün) əvvəlki qorxudanlar qismindən olan bir qorxudandır.
57
Ən-Nəcm Surəsi, Ayə 57
أَزِفَتِ ٱلْءَازِفَةُ
﴿57﴾
Oxunuşu (Transkripsiya):
Azifatil lazifah
Mişkini Tərcüməsi:
(Allahın zatına məxsus əzəli ilahi elmə əsasən) yaxınlaşmalı olan (Qiyamət) yaxınlaşmışdır.
58
Ən-Nəcm Surəsi, Ayə 58
لَيْسَ لَهَا مِن دُونِ ٱللَّهِ كَاشِفَةٌ
﴿58﴾
Oxunuşu (Transkripsiya):
Laisa laha min dunil lahi kaşifah
Mişkini Tərcüməsi:
Onun zamanını Allahdan başqa bir aşkar edən yoxdur və (gerçəkləşən zaman) onu Allahdan başqa heç kəs yox edə, təxirə sala və (qorxu və əzabını) dəf edə bilməz.
59
Ən-Nəcm Surəsi, Ayə 59
أَفَمِنْ هَٰذَا ٱلْحَدِيثِ تَعْجَبُونَ
﴿59﴾
Oxunuşu (Transkripsiya):
Afamin hazal hadisi ta'cabun
Mişkini Tərcüməsi:
Yoxsa (ümmətlərin vəziyyəti, Qiyamətin yaxınlaşması və Qur'an barəsində deyilən) bu sözə təəccüb edirsiniz?!
60
Ən-Nəcm Surəsi, Ayə 60
وَتَضْحَكُونَ وَلَا تَبْكُونَ
﴿60﴾
Oxunuşu (Transkripsiya):
Va tazakuna va la tabkun
Mişkini Tərcüməsi:
Və gülürsünüz, ağlamırsınız?!
61
Ən-Nəcm Surəsi, Ayə 61
وَأَنتُمْ سَٰمِدُونَ
﴿61﴾
Oxunuşu (Transkripsiya):
Va antum samidun
Mişkini Tərcüməsi:
Təkəbbür göstərir, oxuyur, əyləncə və qəflət içərisindəsiniz?!
62
Ən-Nəcm Surəsi, Ayə 62
فَٱسْجُدُوا۟ لِلَّهِ وَٱعْبُدُوا۟ ۩
﴿62﴾
Oxunuşu (Transkripsiya):
Fascudu lillahi va'budu
Mişkini Tərcüməsi:
Allaha səcdə və ibadət edin!