1
Ər-Rəhman Surəsi, Ayə 1
Oxunuşu (Transkripsiya):
Ar Rahman
Mişkini Tərcüməsi:
Rəhman (dünyada maddi və mənəvi nemətləri həm möminlərə, həm də kafirlərə şamil olan, axirətdə isə yalnız möminləri əhatə edəcək geniş mərhəmət sahibi) olan Allah! (Onun nemətlərinin bəziləri ibarətdir:)
2
Ər-Rəhman Surəsi, Ayə 2
Oxunuşu (Transkripsiya):
'Allamal Quran
Mişkini Tərcüməsi:
(Əzəli elmindən Lövhi-Məhfuza nazil olmuş) Quranı (əvvəlcə yuxarı aləmin məxsus sakinlərinə təlim verdi, oradan Cəbrail vasitəsi ilə Peyğəmbərin qəlbinə nazil etdi və onun dili ilə bəşər cəmiyyətinə) öyrətdi.
3
Ər-Rəhman Surəsi, Ayə 3
Oxunuşu (Transkripsiya):
Xalaqal insan
Mişkini Tərcüməsi:
(Yaradılmışların ən heyrətamizi, varlığın şah əsəri, ən gözəl vücud, ruhi və cismi baxımdan yaradılış aləminin ən kamil varlığı olan) insanı yaratdı.
4
Ər-Rəhman Surəsi, Ayə 4
Oxunuşu (Transkripsiya):
'Allamalhul bayan
Mişkini Tərcüməsi:
Ona (ən heyrətamiz nemətlərdən olub insanı digər canlılardan üstün edən və bəşər cəmiyyətinə ilahi vəhyin gəlməsinə səbəb olan) bəyan yolunu öyrətdi (qəlbində olanları dildə sözlər yaratmaqla başqasına çatdırmaq qüdrəti verdi).
5
Ər-Rəhman Surəsi, Ayə 5
ٱلشَّمْسُ وَٱلْقَمَرُ بِحُسْبَانٍۢ
﴿5﴾
Oxunuşu (Transkripsiya):
Aşşamsu valqamaru bihusban
Mişkini Tərcüməsi:
Günəş və ay müəyyən hesab ilə (günəş sabit düz hərəkətlə, ay isə yerin ətrafına dövr etmək və günəşin ətrafına fırlanmaq vasitəsi ilə) hərəkətdədirlər.
6
Ər-Rəhman Surəsi, Ayə 6
وَٱلنَّجْمُ وَٱلشَّجَرُ يَسْجُدَانِ
﴿6﴾
Oxunuşu (Transkripsiya):
Vannacmu vaşşacaru yascudan
Mişkini Tərcüməsi:
Ot və ağac (yaradılışı ilə Allah qarşısında) səcdə edir.
7
Ər-Rəhman Surəsi, Ayə 7
وَٱلسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ ٱلْمِيزَانَ
﴿7﴾
Oxunuşu (Transkripsiya):
Vassama'a rafa'aha va vada'al Mizan
Mişkini Tərcüməsi:
Göyü ucaltdı və (əqidə, əxlaq, əməl və xarici aləmdəki şeylərin hər birinin özünə münasib şəkildə ölçülməsi vasitəsi olan) qanun və mizanı qoydu (peyğəmbərlər vasitəsi ilə və insanların ağıllarına ilham etməklə öyrətdi).
8
Ər-Rəhman Surəsi, Ayə 8
أَلَّا تَطْغَوْا۟ فِى ٱلْمِيزَانِ
﴿8﴾
Oxunuşu (Transkripsiya):
Alla tatğav fil mizan
Mişkini Tərcüməsi:
(Və əmr etdi) ki, ölçüdə (əməllərin yaxşı və pis cəhətlərinin və əşyaların kəmiyyət və keyfiyyətinin ölçülməsində) həddi aşmayasınız.
9
Ər-Rəhman Surəsi, Ayə 9
وَأَقِيمُوا۟ ٱلْوَزْنَ بِٱلْقِسْطِ وَلَا تُخْسِرُوا۟ ٱلْمِيزَانَ
﴿9﴾
Oxunuşu (Transkripsiya):
Va aqimul vazna bilqisti va la tuxsirul mizan
Mişkini Tərcüməsi:
Və çəkini ədalətlə icra edəsiniz və tərəzini (çəkdiyiniz malı) əskiltməyəsiniz.
10
Ər-Rəhman Surəsi, Ayə 10
وَٱلْأَرْضَ وَضَعَهَا لِلْأَنَامِ
﴿10﴾
Oxunuşu (Transkripsiya):
Val arda vada'aha lilaname
Mişkini Tərcüməsi:
Və bu yeri yaradılmışların (insan və cinlərin, onda olan canlıların) hamısı üçün yaratdı.
11
Ər-Rəhman Surəsi, Ayə 11
فِيهَا فَٰكِهَةٌۭ وَٱلنَّخْلُ ذَاتُ ٱلْأَكْمَامِ
﴿11﴾
Oxunuşu (Transkripsiya):
Fiha fakihatunv van naxlu zatul akmam
Mişkini Tərcüməsi:
Onda hər növ meyvə və tumurcuqlu salxımları olan xurma ağacı vardır.
12
Ər-Rəhman Surəsi, Ayə 12
وَٱلْحَبُّ ذُو ٱلْعَصْفِ وَٱلرَّيْحَانُ
﴿12﴾
Oxunuşu (Transkripsiya):
Valhabbu zul 'asfi var Raihanu
Mişkini Tərcüməsi:
Həmçinin gövdəli-yarpaqlı dənli bitkilər və ətirli bitkilər.
13
Ər-Rəhman Surəsi, Ayə 13
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿13﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
14
Ər-Rəhman Surəsi, Ayə 14
خَلَقَ ٱلْإِنسَٰنَ مِن صَلْصَٰلٍۢ كَٱلْفَخَّارِ
﴿14﴾
Oxunuşu (Transkripsiya):
Xalaqal insana min salsalin kalfaxxari
Mişkini Tərcüməsi:
(İlk) insanı (Adəm və Həvvanı yerin üfunətli qatından götürülmüş) saxsı kimi quru gildən yaratdı.
15
Ər-Rəhman Surəsi, Ayə 15
وَخَلَقَ ٱلْجَآنَّ مِن مَّارِجٍۢ مِّن نَّارٍۢ
﴿15﴾
Oxunuşu (Transkripsiya):
Va xalaqal can mim maricim min nar
Mişkini Tərcüməsi:
Və cini (yaxud cinlərin əcdadını) odun ağ, qırmızı, qara şöləsindən yaratdı.
16
Ər-Rəhman Surəsi, Ayə 16
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿16﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
17
Ər-Rəhman Surəsi, Ayə 17
رَبُّ ٱلْمَشْرِقَيْنِ وَرَبُّ ٱلْمَغْرِبَيْنِ
﴿17﴾
Oxunuşu (Transkripsiya):
Rabbul maşriqayni va Rabbul mağribayni
Mişkini Tərcüməsi:
İki şərqin və iki qərbin Rəbbidir.
18
Ər-Rəhman Surəsi, Ayə 18
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿18﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
19
Ər-Rəhman Surəsi, Ayə 19
مَرَجَ ٱلْبَحْرَيْنِ يَلْتَقِيَانِ
﴿19﴾
Oxunuşu (Transkripsiya):
Maracal bahrayni yalta qiyani
Mişkini Tərcüməsi:
Bir-birinə qovuşan iki dənizi bir-birinə qarışdırdı (şirin sulu axar çaylar dəniz kimi, suyu şor hərəkətsiz dənizlərə qovuşurlar).
20
Ər-Rəhman Surəsi, Ayə 20
بَيْنَهُمَا بَرْزَخٌۭ لَّا يَبْغِيَانِ
﴿20﴾
Oxunuşu (Transkripsiya):
Bainahuma barzaxul la yabğiyan
Mişkini Tərcüməsi:
(Qovuşma yerində) onların ikisinin arasında (geniş bir ərazini əhatə edən) məsafə vardır ki, (təsir baxımından) bir-birini üstələmirlər. [Yaxud: Yer üzündə olan şirin suların hamısı dənizin şor suyundan gəlib və bir daha ora qayıdacaqdır. Lakin onlar Allahın qüdrəti ilə bir-birinə təsir göstərmirlər.]
21
Ər-Rəhman Surəsi, Ayə 21
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿21﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
22
Ər-Rəhman Surəsi, Ayə 22
يَخْرُجُ مِنْهُمَا ٱللُّؤْلُؤُ وَٱلْمَرْجَانُ
﴿22﴾
Oxunuşu (Transkripsiya):
Yaxrucu minhumal lu 'lu u val marcanu
Mişkini Tərcüməsi:
O iki (şirin və şor) dənizdən inci və mirvari çıxır.
23
Ər-Rəhman Surəsi, Ayə 23
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿23﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
24
Ər-Rəhman Surəsi, Ayə 24
وَلَهُ ٱلْجَوَارِ ٱلْمُنشَـَٔاتُ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَٰمِ
﴿24﴾
Oxunuşu (Transkripsiya):
Va lahul cavaril mun şa'atu fil bahri kal a'lam
Mişkini Tərcüməsi:
Uca dağlar kimi düzəldilib dənizdə üzən gəmilər Ona məxsusdur. (Çünki onların düzəldildiyi xammal, onları düzəldənin təfəkkür qüvvəsi və gücü, həmçinin sular Onundur.)
25
Ər-Rəhman Surəsi, Ayə 25
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿25﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban.
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
26
Ər-Rəhman Surəsi, Ayə 26
كُلُّ مَنْ عَلَيْهَا فَانٍۢ
﴿26﴾
Oxunuşu (Transkripsiya):
Kullu man 'alaiha fan
Mişkini Tərcüməsi:
Bunun (yerin) üzərində (insan və cinlərdən) olan hər bir kəs fənaya məhkumdur.
27
Ər-Rəhman Surəsi, Ayə 27
وَيَبْقَىٰ وَجْهُ رَبِّكَ ذُو ٱلْجَلَٰلِ وَٱلْإِكْرَامِ
﴿27﴾
Oxunuşu (Transkripsiya):
Va yabqa vachu rabbika zul calali val ikram
Mişkini Tərcüməsi:
Yalnız əzəmət, böyüklük, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin zatı qalacaqdır.
28
Ər-Rəhman Surəsi, Ayə 28
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿28﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban.
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
29
Ər-Rəhman Surəsi, Ayə 29
يَسْـَٔلُهُۥ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ كُلَّ يَوْمٍ هُوَ فِى شَأْنٍۢ
﴿29﴾
Oxunuşu (Transkripsiya):
Yas'aluhu man fissamavati valard; kulla yvmin huva fi şan
Mişkini Tərcüməsi:
Göylərdə və yerdə olan hər bir kəs (həm dili, həm də halı ilə) Ondan (dilək) istəyir. O hər gün, hər an bir işdədir.
30
Ər-Rəhman Surəsi, Ayə 30
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿30﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban.
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inar edirsiniz?!
31
Ər-Rəhman Surəsi, Ayə 31
سَنَفْرُغُ لَكُمْ أَيُّهَ ٱلثَّقَلَانِ
﴿31﴾
Oxunuşu (Transkripsiya):
Sanafruğu lakum ayyuhas saqalan
Mişkini Tərcüməsi:
Ey insan və cin dəstələri! Tezliklə sizin (əməllərinizin hesabı i)lə məşğul olacağıq.
32
Ər-Rəhman Surəsi, Ayə 32
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿32﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban.
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
33
Ər-Rəhman Surəsi, Ayə 33
يَٰمَعْشَرَ ٱلْجِنِّ وَٱلْإِنسِ إِنِ ٱسْتَطَعْتُمْ أَن تَنفُذُوا۟ مِنْ أَقْطَارِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ فَٱنفُذُوا۟ ۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلْطَٰنٍۢ
﴿33﴾
Oxunuşu (Transkripsiya):
Ya ma'şaral cinni val insi inis tata'tum an tanfuzu min aqtaris samavati val ardi fanfuzu; la tanfuzuna illa bisultan
Mişkini Tərcüməsi:
(Qiyamət günü belə xitab olunacaq ki:) «Ey insan və cin tayfaları! Əgər (əməllərinizin cəzasından qaçmaq üçün) göylərin və yerin (əhatə) dairəsindən (başqa bir yerə) keçə bilsəniz, keçin. (Lakin qeyri-adi) bir qüdrət olmadan keçə bilməyəcəksiniz (ona da ki, malik deyilsiniz)!»
34
Ər-Rəhman Surəsi, Ayə 34
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿34﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban.
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
35
Ər-Rəhman Surəsi, Ayə 35
يُرْسَلُ عَلَيْكُمَا شُوَاظٌۭ مِّن نَّارٍۢ وَنُحَاسٌۭ فَلَا تَنتَصِرَانِ
﴿35﴾
Oxunuşu (Transkripsiya):
Yursalu 'alaikuma şuvazum min narifiv-va nuhasun fala tantasiran
Mişkini Tərcüməsi:
Sizin üstünüzə alov şöləsi və qatı tüstü, yaxud əridilmiş mis parçaları göndərilicək, onda özünüzü əsla müdafiə edə bilməyəcəksiniz.
36
Ər-Rəhman Surəsi, Ayə 36
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿36﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban.
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
37
Ər-Rəhman Surəsi, Ayə 37
فَإِذَا ٱنشَقَّتِ ٱلسَّمَآءُ فَكَانَتْ وَرْدَةًۭ كَٱلدِّهَانِ
﴿37﴾
Oxunuşu (Transkripsiya):
Fa-izan şaqqatis sama'u fakanat vardatan kaddihan
Mişkini Tərcüməsi:
Göyün yarılaraq qırmızı dəri (və ya əridilmiş yağ) kimi qıpqırmızı olacağı zaman!
38
Ər-Rəhman Surəsi, Ayə 38
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿38﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban.
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
39
Ər-Rəhman Surəsi, Ayə 39
فَيَوْمَئِذٍۢ لَّا يُسْـَٔلُ عَن ذَنۢبِهِۦٓ إِنسٌۭ وَلَا جَآنٌّۭ
﴿39﴾
Oxunuşu (Transkripsiya):
Fa-yavma'izil la yus'alu 'an zambihi insunv va la cann
Mişkini Tərcüməsi:
(Hamının qəbirdən çıxıb hələ əsl yerə çatmadıqları) həmin gün insan və cinlərin heç birindən günahı barəsində (bir şey) soruşulmayacaqdır.
40
Ər-Rəhman Surəsi, Ayə 40
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿40﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban.
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
41
Ər-Rəhman Surəsi, Ayə 41
يُعْرَفُ ٱلْمُجْرِمُونَ بِسِيمَٰهُمْ فَيُؤْخَذُ بِٱلنَّوَٰصِى وَٱلْأَقْدَامِ
﴿41﴾
Oxunuşu (Transkripsiya):
Yu'raful mucrimuna bisimahum fa'yu'xazu binna vasi val aqdam
Mişkini Tərcüməsi:
(Çünki) günahkarlar üzlərindən tanınırlar. Buna görə də onların kəkillərindən və ayaqlarından tutacaq (və Cəhənnəmə atacaq)lar.
42
Ər-Rəhman Surəsi, Ayə 42
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿42﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban.
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
43
Ər-Rəhman Surəsi, Ayə 43
هَٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِى يُكَذِّبُ بِهَا ٱلْمُجْرِمُونَ
﴿43﴾
Oxunuşu (Transkripsiya):
Hazihi cahannamul lati yukazzibu bihal mucrimun
Mişkini Tərcüməsi:
Bu, günahkarların təkzib və inkar etdikləri həmin cəhənnəmdir.
44
Ər-Rəhman Surəsi, Ayə 44
يَطُوفُونَ بَيْنَهَا وَبَيْنَ حَمِيمٍ ءَانٍۢ
﴿44﴾
Oxunuşu (Transkripsiya):
Yatufuna bainaha va baina hamimim an
Mişkini Tərcüməsi:
Onlar həmin od və qaynar suyun içərisində (susuzluqdan və ardı-arası kəsilməyən dəhşətdən) fırlanacaqlar.
45
Ər-Rəhman Surəsi, Ayə 45
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿45﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban.
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
46
Ər-Rəhman Surəsi, Ayə 46
وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِۦ جَنَّتَانِ
﴿46﴾
Oxunuşu (Transkripsiya):
Va liman xafa maqama rabbihi cannatan
Mişkini Tərcüməsi:
Rəbbinin hökmranlığından və (hər şeyi) əhatə etməsindən və ya özünün Rəbbinin hüzurunda dayanmasından qorxan kəs üçün iki Cənnət vardır.
47
Ər-Rəhman Surəsi, Ayə 47
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿47﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban.
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
48
Ər-Rəhman Surəsi, Ayə 48
ذَوَاتَآ أَفْنَانٍۢ
﴿48﴾
Oxunuşu (Transkripsiya):
Zavata afnan
Mişkini Tərcüməsi:
Onların (həmin iki cənnətin) hər ikisinin müxtəlif qollu-budaqlı ağacları vardır.
49
Ər-Rəhman Surəsi, Ayə 49
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿49﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban.
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
50
Ər-Rəhman Surəsi, Ayə 50
فِيهِمَا عَيْنَانِ تَجْرِيَانِ
﴿50﴾
Oxunuşu (Transkripsiya):
Fihima 'aynani tacriyan
Mişkini Tərcüməsi:
O iki cənnətdə daim axan iki bulaq vardır.
51
Ər-Rəhman Surəsi, Ayə 51
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿51﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban.
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
52
Ər-Rəhman Surəsi, Ayə 52
فِيهِمَا مِن كُلِّ فَٰكِهَةٍۢ زَوْجَانِ
﴿52﴾
Oxunuşu (Transkripsiya):
Fihima min kulli fakihatin zavcan
Mişkini Tərcüməsi:
O iki cənnətdə, hər meyvədən iki növ (quru və yaş, dünyada olan və olmayan) vardır.
53
Ər-Rəhman Surəsi, Ayə 53
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿53﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban.
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
54
Ər-Rəhman Surəsi, Ayə 54
مُتَّكِـِٔينَ عَلَىٰ فُرُشٍۭ بَطَآئِنُهَا مِنْ إِسْتَبْرَقٍۢ ۚ وَجَنَى ٱلْجَنَّتَيْنِ دَانٍۢ
﴿54﴾
Oxunuşu (Transkripsiya):
Muttaki'ina 'ala furuşim bata'inuha min istabraq; vacanal cannataini dan
Mişkini Tərcüməsi:
Astarları qalın ipəkdən olan yataqların üzərində (arxalıqlara) söykənərlər və hər iki bağın meyvələri yaxın və əlçatan olar!
55
Ər-Rəhman Surəsi, Ayə 55
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿55﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban.
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
56
Ər-Rəhman Surəsi, Ayə 56
فِيهِنَّ قَٰصِرَٰتُ ٱلطَّرْفِ لَمْ يَطْمِثْهُنَّ إِنسٌۭ قَبْلَهُمْ وَلَا جَآنٌّۭ
﴿56﴾
Oxunuşu (Transkripsiya):
Fihinna qasiratut tarfi lam yatmişunna insun qablahum va la cann
Mişkini Tərcüməsi:
Həmin cənnətlərdə gözlərini ərlərindən qeyrisindən yığan və ondan başqasını sevməyən, nə bir insanın nə də cinin toxunmadığı qadınlar vardır.
57
Ər-Rəhman Surəsi, Ayə 57
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿57﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban.
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
58
Ər-Rəhman Surəsi, Ayə 58
كَأَنَّهُنَّ ٱلْيَاقُوتُ وَٱلْمَرْجَانُ
﴿58﴾
Oxunuşu (Transkripsiya):
ka annahunnal yaqutu val marcan
Mişkini Tərcüməsi:
(Onlar paklıq və parlaqlıqda) sanki yaqut və mərcandırlar.
59
Ər-Rəhman Surəsi, Ayə 59
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿59﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban.
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
60
Ər-Rəhman Surəsi, Ayə 60
هَلْ جَزَآءُ ٱلْإِحْسَٰنِ إِلَّا ٱلْإِحْسَٰنُ
﴿60﴾
Oxunuşu (Transkripsiya):
Hal caza'ul ihsani illal ihsan
Mişkini Tərcüməsi:
Məgər yaxşılığın əvəzi yaxşılıqdan qeyri (bir şey)dir? (Onların dünyadakı yaxşılıqlarının mükafatı Allahın onlara yaxşılıq etməsidir.)
61
Ər-Rəhman Surəsi, Ayə 61
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿61﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban.
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
62
Ər-Rəhman Surəsi, Ayə 62
وَمِن دُونِهِمَا جَنَّتَانِ
﴿62﴾
Oxunuşu (Transkripsiya):
Va min dunihima cannatan
Mişkini Tərcüməsi:
(Allahdan qorxan və Allah dərgahına yaxın bəndələrə məxsus) o iki cənnətdən aşağı (sağ tərəf əhlinə məxsus) digər iki cənnət vardır.
63
Ər-Rəhman Surəsi, Ayə 63
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿63﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban.
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
64
Ər-Rəhman Surəsi, Ayə 64
Oxunuşu (Transkripsiya):
Muzammatan
Mişkini Tərcüməsi:
Onların hər ikisi yaşıllığın çoxluğundan qaraya çalırlar.
65
Ər-Rəhman Surəsi, Ayə 65
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿65﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban.
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
66
Ər-Rəhman Surəsi, Ayə 66
فِيهِمَا عَيْنَانِ نَضَّاخَتَانِ
﴿66﴾
Oxunuşu (Transkripsiya):
Fihima 'aynani nad daxatan
Mişkini Tərcüməsi:
O iki cənnətdə fəvvarə vurub qaynayan iki bulaq vardır.
67
Ər-Rəhman Surəsi, Ayə 67
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿67﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban.
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
68
Ər-Rəhman Surəsi, Ayə 68
فِيهِمَا فَٰكِهَةٌۭ وَنَخْلٌۭ وَرُمَّانٌۭ
﴿68﴾
Oxunuşu (Transkripsiya):
Fihima fakihatunv va naxlunv va rumman
Mişkini Tərcüməsi:
O iki cənnətdə (hər növ) meyvə (ağacı), xurma və nar ağac(lar)ı vardır.
69
Ər-Rəhman Surəsi, Ayə 69
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿69﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban.
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
70
Ər-Rəhman Surəsi, Ayə 70
فِيهِنَّ خَيْرَٰتٌ حِسَانٌۭ
﴿70﴾
Oxunuşu (Transkripsiya):
Fihinna xairatun hisan
Mişkini Tərcüməsi:
Onlarda gözəl təbiətli və gözəl üzlü qadınlar vardır.
71
Ər-Rəhman Surəsi, Ayə 71
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿71﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban.
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
72
Ər-Rəhman Surəsi, Ayə 72
حُورٌۭ مَّقْصُورَٰتٌۭ فِى ٱلْخِيَامِ
﴿72﴾
Oxunuşu (Transkripsiya):
Hurum maqsuratun fil xiyam
Mişkini Tərcüməsi:
Çadırlar içərisində pərdə arxasında oturmuş (və yadların gözlərindən uzaq) hurilər.
73
Ər-Rəhman Surəsi, Ayə 73
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿73﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban.
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
74
Ər-Rəhman Surəsi, Ayə 74
لَمْ يَطْمِثْهُنَّ إِنسٌۭ قَبْلَهُمْ وَلَا جَآنٌّۭ
﴿74﴾
Oxunuşu (Transkripsiya):
Lam yatmis hunna insun qablahum va la cann
Mişkini Tərcüməsi:
Bunlardan qabaq onlara nə bir insan, nə də bir cin toxunub.
75
Ər-Rəhman Surəsi, Ayə 75
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿75﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban.
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
76
Ər-Rəhman Surəsi, Ayə 76
مُتَّكِـِٔينَ عَلَىٰ رَفْرَفٍ خُضْرٍۢ وَعَبْقَرِىٍّ حِسَانٍۢ
﴿76﴾
Oxunuşu (Transkripsiya):
Muttaki'ina 'ala rafratin xudrinv va 'abqariyyin hisan
Mişkini Tərcüməsi:
(Cənnət əhli) yaşıl balışlara və gözəl yataq və döşənəcəklərə söykənərlər!
77
Ər-Rəhman Surəsi, Ayə 77
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
﴿77﴾
Oxunuşu (Transkripsiya):
Fabi ayyi ala'i Rabbikuma tukazziban.
Mişkini Tərcüməsi:
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
78
Ər-Rəhman Surəsi, Ayə 78
تَبَٰرَكَ ٱسْمُ رَبِّكَ ذِى ٱلْجَلَٰلِ وَٱلْإِكْرَامِ
﴿78﴾
Oxunuşu (Transkripsiya):
Tabarakasmu Rabbika Zil-Calali val-Ikram
Mişkini Tərcüməsi:
Cəlal, əzəmət, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin adı xeyir-bərəkətlidir.