57

Əl-Hədid Surəsi

29 Ayə 27-ci Cüz Mədinə
سُورَةُ الحديد Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 57 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əl-Hədid Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Hədid Surəsi, Ayə 1

سَبَّحَ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Sabbaha lillahi ma fissamavati val ardi va Huval 'Azizul Hakim
Mişkini Tərcüməsi: Göylərdə və yerdə nə varsa (canlı və cansız varlıqların hamısı, hər biri öz dilində) Allahı pak sifətlərlə mədh edir. O yenilməz qüdrət və (xilqət və idarəetmədə) möhkəm yaradılış sahibidir.
2 Əl-Hədid Surəsi, Ayə 2

لَهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ يُحْىِۦ وَيُمِيتُ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Lahu mulkus samavati val ardi yuhyi va yumitu va Huva 'ala kulli şai'in Qadir
Mişkini Tərcüməsi: Göylərin və yerin həqiqi mülkiyyəti və mütləq hakimiyyəti Ona məxsusdur. (Çünki yaratmaq, qorumaq, idarə etmək və yox etmək, bunların hamısı Onun ixtiyarındadır.) Öldürür və dirildir. O hər bir şeyə qadirdir.
3 Əl-Hədid Surəsi, Ayə 3

هُوَ ٱلْأَوَّلُ وَٱلْءَاخِرُ وَٱلظَّٰهِرُ وَٱلْبَاطِنُ ۖ وَهُوَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Huval Avvalu val'Aaxiru vaz Zahiru val Batinu va huva bikulli şai'in Alim
Mişkini Tərcüməsi: O, əvvəl və axır (hamıdan əvvəl olan və hamıdan sonra qalan, səbəblər silsiləsinin əvvəli, nəticələrin döndüyü axır və son), (əlamətləri və sifətlərinin təzahürü baxımından) aşkar və (zatının həqiqəti baxımından) gizlindir. O, hər şeyi biləndir.
4 Əl-Hədid Surəsi, Ayə 4

هُوَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ فِى سِتَّةِ أَيَّامٍۢ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ ۚ يَعْلَمُ مَا يَلِجُ فِى ٱلْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنزِلُ مِنَ ٱلسَّمَآءِ وَمَا يَعْرُجُ فِيهَا ۖ وَهُوَ مَعَكُمْ أَيْنَ مَا كُنتُمْ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Huval lazi xalaqas samavati val arda fi sittati ayyamin summas tava 'alal 'Arş; ya'lamu ma yalicu filardi va ma yaxrucu minha va ma yanzilu minas sama'i va ma ya'rucu fiha va Huva ma'akum ayna ma kuntum; vallahu bima ta'maluna Basir
Mişkini Tərcüməsi: Göyləri və yeri altı gündə (yaxud altı gecə-gündüzdə, yaxud altı mərhələdə) yaradan, sonra taxta (varlıq aləminin hökmranlıq və idarəçilik taxtına) hakim olan Odur. O, həm yerə girəni (suları, ölüləri, dəfinələri, kökləri və heyvanları), həm yerdən çıxanı (heyvanları, bitkiləri, bulaqları və mədənləri), həm göydən enəni (mələkləri, səma kitablarını, ilahi təqdirləri, planetlərin nurlarını, şişmək və yağışları), həm də göyə qalxanı (mələkləri, bəndələrin əməllərini, bəzi cinləri və insanların ruhlarını) bilir. Harada olsanız, O, sizinlədir. Allah etdiklərinizi görəndir.
5 Əl-Hədid Surəsi, Ayə 5

لَّهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Lahu mulkus samavati val ard; va ilal lahi turca'ul umur
Mişkini Tərcüməsi: Göylərin və yerin (yaradılması, qorunması, idarə və yox edilməsi Onun əlində olduğu üçün onların) həqiqi malik və sahibi Odur. Və (varlıq aləminin) bütün işlər(i və səbəblər silsiləsi səbəblər səbəbi olan) Ona tərəf qaytarılır.
6 Əl-Hədid Surəsi, Ayə 6

يُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ ۚ وَهُوَ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Yulicul laila fin nahari va yulicun nahara fil lail; va Huva 'Alimum bizatis sudur
Mişkini Tərcüməsi: Gecəni (qışın əvvəlindən yayın əvvəlinə kimi altı ay ərzində tədricən) gündüzə daxil edir və (digər altı ayda yayın əvvəlindən qışın əvvəlinə kimi) gündüzü (tədricən) gecəyə daxil edir. O, ürəklərdə olanı (bütün şüur sahiblərinin fikir, düşüncə və sifətlərini) biləndir.
7 Əl-Hədid Surəsi, Ayə 7

ءَامِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَأَنفِقُوا۟ مِمَّا جَعَلَكُم مُّسْتَخْلَفِينَ فِيهِ ۖ فَٱلَّذِينَ ءَامَنُوا۟ مِنكُمْ وَأَنفَقُوا۟ لَهُمْ أَجْرٌۭ كَبِيرٌۭ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Aaminu billahi va Rasulihi va anfiqu mimma ca'alakum mustax lafina fihi fallazina amanu minkum va anfaqu lahum acrun kabir
Mişkini Tərcüməsi: Allaha və Onun peyğəmbərinə iman gətirin və sizi (özünün və keçmişlərin) canişin(i) etdiyi şeydən (mallardan Allah yolunda) xərcləyin. Beləliklə, sizdən iman gətirib (mallarını Allah yolunda) xərcləyənlərin (axirətdə) böyük mükafatı olacaqdır.
8 Əl-Hədid Surəsi, Ayə 8

وَمَا لَكُمْ لَا تُؤْمِنُونَ بِٱللَّهِ ۙ وَٱلرَّسُولُ يَدْعُوكُمْ لِتُؤْمِنُوا۟ بِرَبِّكُمْ وَقَدْ أَخَذَ مِيثَٰقَكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Va ma lakum la tu'minuna billahi var Rasulu yad'ukum litu'minu bi Rabbikum va qad axaza misaqakum in kuntum mu'minin
Mişkini Tərcüməsi: Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmir (və ya imanınızın nişanələrini biruzə vermir)siniz? Əgər iman (istedad)ınız varsa, Allah sizdən (peyğəmbərlər və idrakınız vasitəsi ilə) əhd almışdır.
9 Əl-Hədid Surəsi, Ayə 9

هُوَ ٱلَّذِى يُنَزِّلُ عَلَىٰ عَبْدِهِۦٓ ءَايَٰتٍۭ بَيِّنَٰتٍۢ لِّيُخْرِجَكُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ ۚ وَإِنَّ ٱللَّهَ بِكُمْ لَرَءُوفٌۭ رَّحِيمٌۭ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Huval lazi yunazzilu 'ala 'abdihi Aayatim baiyinatil liyuxricakum minaz zulumati ilan nur; va innal laha bikum la Ra'ufur Rahim
Mişkini Tərcüməsi: Sizi (şirk, küfr və itaətsizlik) qaranlıqlar(ın)dan (hidayət) nur(un)a tərəf çıxarmaq üçün həmişə Öz bəndəsinə (Muhəmmədə (s) ) ayə və aydın dəlillər nazil edən Odur. Həqiqətən, Allah sizə şəfqətli və mehribandır.
10 Əl-Hədid Surəsi, Ayə 10

وَمَا لَكُمْ أَلَّا تُنفِقُوا۟ فِى سَبِيلِ ٱللَّهِ وَلِلَّهِ مِيرَٰثُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ لَا يَسْتَوِى مِنكُم مَّنْ أَنفَقَ مِن قَبْلِ ٱلْفَتْحِ وَقَٰتَلَ ۚ أُو۟لَٰٓئِكَ أَعْظَمُ دَرَجَةًۭ مِّنَ ٱلَّذِينَ أَنفَقُوا۟ مِنۢ بَعْدُ وَقَٰتَلُوا۟ ۚ وَكُلًّۭا وَعَدَ ٱللَّهُ ٱلْحُسْنَىٰ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌۭ ﴿10﴾

Oxunuşu (Transkripsiya): Va ma lakum alla tunfiqu fi sabilil lahi va lillahi mirasus samavati val-ard; la yastavi minkum man anfaqa min qablil fat-hi va qatal; ulaika a'zamu daracatam minal lazina anfaqu mim ba'du va qatalu; va kullanv va'adallahul husna; vallahu bima ta'maluna Xabir
Mişkini Tərcüməsi: Göylərin və yerin mirası Allaha məxsus olduğu (hamı öldüyü və hər şey Ona məxsus olduğu) halda, Allah yolunda (mal) xərcləməməkdən sizə nə hasil olur? Sizdən (malını) fəthdən (Məkkənin fəthindən) qabaq (Allah yolunda) xərcləyib cihad edənlər əsla (başqaları ilə) bir deyildirlər. Onlar fəthdən sonra xərcləyərək cihad edənlərdən dərəcə baxımından daha böyükdürlər. Allah (onların) hər birinə gözəl (mükafat) vəd etmişdir. Allah etdiyiniz əməllərdən xəbərdardır.
11 Əl-Hədid Surəsi, Ayə 11

مَّن ذَا ٱلَّذِى يُقْرِضُ ٱللَّهَ قَرْضًا حَسَنًۭا فَيُضَٰعِفَهُۥ لَهُۥ وَلَهُۥٓ أَجْرٌۭ كَرِيمٌۭ ﴿11﴾

Oxunuşu (Transkripsiya): man zal lazi yuqridul laha qardan hasanan fa yuda'ifahu lahu va lahu acrun karim
Mişkini Tərcüməsi: Allaha borc – (xalis niyyətlə malının ən yaxşısından ən möhtac yerə) gözəl borc verən varmı ki, Allah da onu, onun üçün neçə qat artırsın və (axirətdə) ona çox dəyərli və bəyənilən bir mükafat versin?
12 Əl-Hədid Surəsi, Ayə 12

يَوْمَ تَرَى ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ يَسْعَىٰ نُورُهُم بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَٰنِهِم بُشْرَىٰكُمُ ٱلْيَوْمَ جَنَّٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا ۚ ذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ﴿12﴾

Oxunuşu (Transkripsiya): Yavma taral mu'minina valmu'minati yas'a nuruhum baina aydihim va biaymanihim buşrakumul yavma cannatun tacri min tahtihal anharu xalidina fiha; zalika huval favzul 'azim
Mişkini Tərcüməsi: Mömin kişi və qadınların nurlarının qabaqlarında və sağ tərəflərində irəlilədiyini görəcəyin gün, (onlara) «bu gün sizə altından çaylar axan, əbədi qalacağınız Cənnət və bağlarla müjdə olsun» (deyiləcəkdir). Bu həmin böyük uğur və qurtuluşdur!
13 Əl-Hədid Surəsi, Ayə 13

يَوْمَ يَقُولُ ٱلْمُنَٰفِقُونَ وَٱلْمُنَٰفِقَٰتُ لِلَّذِينَ ءَامَنُوا۟ ٱنظُرُونَا نَقْتَبِسْ مِن نُّورِكُمْ قِيلَ ٱرْجِعُوا۟ وَرَآءَكُمْ فَٱلْتَمِسُوا۟ نُورًۭا فَضُرِبَ بَيْنَهُم بِسُورٍۢ لَّهُۥ بَابٌۢ بَاطِنُهُۥ فِيهِ ٱلرَّحْمَةُ وَظَٰهِرُهُۥ مِن قِبَلِهِ ٱلْعَذَابُ ﴿13﴾

Oxunuşu (Transkripsiya): Yavma yaqulul muna fiquna valmunafiqatu lillazina amanun zuruna naqtabis min nurikum qilarci'u vara'akum faltamisu nuran faduriba bainahum bisuril lahu bab, batinuhu fihir rahmatu va zahiruhu min qibalihi-'azab
Mişkini Tərcüməsi: (Həmin) o gün ki, münafiq kişi və qadınlar (məhşər əhlinin məxsus hədəf istiqamətindəki yolunda) iman gətirənlərə deyəcəklər: «Bizə görə (bir az) dayanın və möhlət verin və ya bizə tərəf baxın ki, nurunuzdan işıq götürək». Onlara deyiləcək: «Geriyə (dünyaya) qayıdın və (orada) nur axtarın». Həmin vaxt onların (mömin və münafiqlərin) arasında qapısı olan divar çəkiləcək. Onun (cənnətə sarı olan) içəri tərəfində mərhəmət, (cəhənnəmə sarı olan) çölündə isə o tərəfdən əzab vardır.
14 Əl-Hədid Surəsi, Ayə 14

يُنَادُونَهُمْ أَلَمْ نَكُن مَّعَكُمْ ۖ قَالُوا۟ بَلَىٰ وَلَٰكِنَّكُمْ فَتَنتُمْ أَنفُسَكُمْ وَتَرَبَّصْتُمْ وَٱرْتَبْتُمْ وَغَرَّتْكُمُ ٱلْأَمَانِىُّ حَتَّىٰ جَآءَ أَمْرُ ٱللَّهِ وَغَرَّكُم بِٱللَّهِ ٱلْغَرُورُ ﴿14﴾

Oxunuşu (Transkripsiya): Yunadunahum alam nakum ma'akum qalu bala va lakinnakum fatantum anfusakum va tarabbastum vartabtum va ğarratkumul amaniyyu hatta ca'a amrul lahi va ğarrakum billahil ğarur
Mişkini Tərcüməsi: Onlar möminləri «məgər biz dünyada sizinlə deyildik?» (deyə) səsləyəcəklər. (Möminlər) deyəcəklər: «Bəli, lakin siz özünüzü həlakətə atdınız, (möminlər üçün hər cür fəlakət, şər) gözlədiniz, (haqq dinə) şübhə etdiniz, (batil) arzular sizi məğrur etdi və nəhayət, Allahın (sizin məhviniz barəsindəki) əmri gəlib yetişdi və yalançı şeytan sizi Allah barəsində aldatdı».
15 Əl-Hədid Surəsi, Ayə 15

فَٱلْيَوْمَ لَا يُؤْخَذُ مِنكُمْ فِدْيَةٌۭ وَلَا مِنَ ٱلَّذِينَ كَفَرُوا۟ ۚ مَأْوَىٰكُمُ ٱلنَّارُ ۖ هِىَ مَوْلَىٰكُمْ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Fal Yavma la yu'xazu minkum fidyatunv va la minal lazina kafaru; mavakumun Naru hiya mav lakum va bi'sal masir
Mişkini Tərcüməsi: Odur ki, bu gün nə sizdən və nə də (açıq-aşkar) küfr edənlərdən (nicat tapmağınız üçün bir) fidyə qəbul edilməyəcəkdir. Sizin yeriniz oddur. Sizə ora daha layiqdir və ora pis dönüş yeridir.
16 Əl-Hədid Surəsi, Ayə 16

۞ أَلَمْ يَأْنِ لِلَّذِينَ ءَامَنُوٓا۟ أَن تَخْشَعَ قُلُوبُهُمْ لِذِكْرِ ٱللَّهِ وَمَا نَزَلَ مِنَ ٱلْحَقِّ وَلَا يَكُونُوا۟ كَٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ مِن قَبْلُ فَطَالَ عَلَيْهِمُ ٱلْأَمَدُ فَقَسَتْ قُلُوبُهُمْ ۖ وَكَثِيرٌۭ مِّنْهُمْ فَٰسِقُونَ ﴿16﴾

Oxunuşu (Transkripsiya): Alam yani laillzina amanu an taxşa'a qulu buhum lizikril lahi va ma nazala minal haqqi va la yakunu kallazina utul Kitaba min qablu fatala 'alaihimul amadu faqasat qulubuhum va kasirum minhum fasiqun
Mişkini Tərcüməsi: Məgər iman gətirmiş kəslərin qəlblərinin Allahı yada salmaq və haqqdan nazil olan şey üçün təvazökar, müti olmasının və onların özlərindən qabaq (səmavi) kitab verilmiş, beləliklə (ömür) müddətləri uzadılmış, qəlbləri sərtləşmiş və çoxu itaətsiz olan kəslər kimi olmamalarının vaxtı çatmayıb?!
17 Əl-Hədid Surəsi, Ayə 17

ٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يُحْىِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ قَدْ بَيَّنَّا لَكُمُ ٱلْءَايَٰتِ لَعَلَّكُمْ تَعْقِلُونَ ﴿17﴾

Oxunuşu (Transkripsiya): I'lamu annal laha yuhyil arda ba'da mavtiha; qad baiyanna lakumul Aayati la'allakum ta'qilun
Mişkini Tərcüməsi: Bilin ki, həqiqətən, Allah yeri ölümündən sonra dirildir (onun inkişaf qabiliyyəti olan maddələrinə bir müddət sonra bitki həyatı bəxş edir. Buna görə sərt qəlblərə də iman suyu ilə həyat verəcəkdir). Həqiqətən, Biz bəlkə düşündünüz deyə, (Özümüzün tovhid və əzəmət) nişanələri(mizi) sizin üçün aydınlaşdırdıq.
18 Əl-Hədid Surəsi, Ayə 18

إِنَّ ٱلْمُصَّدِّقِينَ وَٱلْمُصَّدِّقَٰتِ وَأَقْرَضُوا۟ ٱللَّهَ قَرْضًا حَسَنًۭا يُضَٰعَفُ لَهُمْ وَلَهُمْ أَجْرٌۭ كَرِيمٌۭ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Innal mussaddiqina val mussaddiqati va aqradul laha qardan hassanany yuda'afu lahum va lahum acrun karim
Mişkini Tərcüməsi: Şübhəsiz, sədəqə verən kişi və qadınlar və Allaha gözəl borc vermiş kəslər (möminə faiz və xeyir istəmədən borc verən və Allah yolunda malından xərcləyən şəxs) üçün (onların mükafatları) qat-qat artırılacaq və onların dəyərli və bəyənilən mükafatı olacaqdır.
19 Əl-Hədid Surəsi, Ayə 19

وَٱلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦٓ أُو۟لَٰٓئِكَ هُمُ ٱلصِّدِّيقُونَ ۖ وَٱلشُّهَدَآءُ عِندَ رَبِّهِمْ لَهُمْ أَجْرُهُمْ وَنُورُهُمْ ۖ وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَٰتِنَآ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَحِيمِ ﴿19﴾

Oxunuşu (Transkripsiya): Vallazina amanu billahi va Rusulihi ula'ika humus siddiquna vaş şuhada'u 'inda Rabbihim lahum acruhum va nuruhum vallazina kafaru va kazzabu bi ayatina ulaika As habul cahim
Mişkini Tərcüməsi: Rəbbləri yanında siddiqlər (etiqad, söz və əməlləri bir-biri ilə müvafiq və həqiqətlə üst-üstə düşən kəslər) və şahidlər (Məhşərdə insanların əqidə və əməllərinə şahidlik edənlər) Allaha və Onun peyğəmbərlərinə iman gətirmiş kəslərdir. Bunların mükafatları və nurları onlarındır. Küfr edən və Bizim (tovhid və din) nişanələrimizi təkzib və inkar edənlər cəhənnəm əhlidirlər.
20 Əl-Hədid Surəsi, Ayə 20

ٱعْلَمُوٓا۟ أَنَّمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا لَعِبٌۭ وَلَهْوٌۭ وَزِينَةٌۭ وَتَفَاخُرٌۢ بَيْنَكُمْ وَتَكَاثُرٌۭ فِى ٱلْأَمْوَٰلِ وَٱلْأَوْلَٰدِ ۖ كَمَثَلِ غَيْثٍ أَعْجَبَ ٱلْكُفَّارَ نَبَاتُهُۥ ثُمَّ يَهِيجُ فَتَرَىٰهُ مُصْفَرًّۭا ثُمَّ يَكُونُ حُطَٰمًۭا ۖ وَفِى ٱلْءَاخِرَةِ عَذَابٌۭ شَدِيدٌۭ وَمَغْفِرَةٌۭ مِّنَ ٱللَّهِ وَرِضْوَٰنٌۭ ۚ وَمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَآ إِلَّا مَتَٰعُ ٱلْغُرُورِ ﴿20﴾

Oxunuşu (Transkripsiya): I'lamu annamal haya tud dunya la'ibunv va lahvunv va zinatunv va takasurun bainakum va takasurn fil amvali val avlad, kamasali ğaisin a'cabal kuffara nabatuhu summa yahicu fatarahu musfaran summa yakunu hutama; va fil axirati 'azabun şadidunv va mağ firatum minal lahi va ridvan; va mal haiya tuddun ya illa mata'ul ğurur
Mişkini Tərcüməsi: Bilin ki, bu dünya həyatı yalnız oyun, əyləncə, bəzənmək, bir-birinizə öyünmək və mal-dövlət və övladda bir-birinizi üstələmək(dən ibarət)dir. Necə ki, yağışın (yetişdirdiyi yamyaşıl) bitkiləri əkinçiləri heyrətə salar, sonra solar və onu saralmış görərsən və daha sonra quruyub sınar. Axirətdə (Allaha qarşı üsyankarlıq edənlər üçün) ağır əzab və (itaətkarlar üçün) Allahın bağışlaması və razılığı vardır. Dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir.
21 Əl-Hədid Surəsi, Ayə 21

سَابِقُوٓا۟ إِلَىٰ مَغْفِرَةٍۢ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا كَعَرْضِ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ أُعِدَّتْ لِلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦ ۚ ذَٰلِكَ فَضْلُ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ ۚ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ ﴿21﴾

Oxunuşu (Transkripsiya): Sabiqu ila mağfiratim mir Rabbikum va cannatin 'arduha ka-'ardis sama'i val ardi u'iddat lillazina amanu billahi va Rusulih; zalika fadlul lahi yu'tihi many yaşa'; val lahu zul fadlil 'azim
Mişkini Tərcüməsi: (Yaxşı əməllər vasitəsi ilə) Rəbbiniz tərəfindən olan bağışlanmaya və vüsəti göylə yerin eni kimi olan və Allaha, peyğəmbərlərə iman gətirənlər üçün hazırlanmış Cənnətə tərəf (tələsərək) bir-birinizlə ötüşün. Bu, Allahın istədiyi kəsə verdiyi lütf və mərhəmətdir. Allah böyük lütf, mərhəmət sahibidir.
22 Əl-Hədid Surəsi, Ayə 22

مَآ أَصَابَ مِن مُّصِيبَةٍۢ فِى ٱلْأَرْضِ وَلَا فِىٓ أَنفُسِكُمْ إِلَّا فِى كِتَٰبٍۢ مِّن قَبْلِ أَن نَّبْرَأَهَآ ۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌۭ ﴿22﴾

Oxunuşu (Transkripsiya): Ma asaba mim musi batin fil ardi va la fi anfusikum illa fi kitabim min qabli an nabra aha; inna zalika 'alal lahi yasir
Mişkini Tərcüməsi: Həm yer (üzün)də (zəlzələ, qıtlıq və hərc-mərclik kimi), həm də sizin özünüzdə (yaralanmaq, xəstəlik və ölüm kimi) nə müsibət üz verirsə, Biz onu (yeri və ya sizi və yaxud həmin müsibəti) yaratmamışdan qabaq kitabda (Lövhi-Məhfuzda) qeyd edilmişdir. Həqiqətən, bu (iş), Allah üçün asandır.
23 Əl-Hədid Surəsi, Ayə 23

لِّكَيْلَا تَأْسَوْا۟ عَلَىٰ مَا فَاتَكُمْ وَلَا تَفْرَحُوا۟ بِمَآ ءَاتَىٰكُمْ ۗ وَٱللَّهُ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍۢ فَخُورٍ ﴿23﴾

Oxunuşu (Transkripsiya): Likaila tasav 'ala ma fatakum va la tafrahu bima atakum; vallahu la yuhibbu kulla muxtalin faxur
Mişkini Tərcüməsi: (Bu,) əlinizdən çıxan şey üçün təəssüflənməməyiniz və sizə verilən şey üçün (yersiz) sevinməməyiniz üçün(dür)! Allah heç bir öyünən təkəbbürlünü sevmir.
24 Əl-Hədid Surəsi, Ayə 24

ٱلَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ ٱلنَّاسَ بِٱلْبُخْلِ ۗ وَمَن يَتَوَلَّ فَإِنَّ ٱللَّهَ هُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ ﴿24﴾

Oxunuşu (Transkripsiya): Allazina yabxaluna va yamurunan nasa bil buxl; va many yatavalla fa innal laha Huval Ğaniyyul Hamid
Mişkini Tərcüməsi: Həmin o kəslər(i) ki, (boyunlarında olan vacib xərclərə) xəsislik edir və insanları da xəsisliyə vadar edirlər. Kim (haqqı qəbul etməkdən və malı Allah yolunda xərcləməkdən) üz döndərsə, şübhəsiz ki, Allah Özü ehtiyacsız və (işi və sifətləri) təriflənmişdir.
25 Əl-Hədid Surəsi, Ayə 25

لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِٱلْبَيِّنَٰتِ وَأَنزَلْنَا مَعَهُمُ ٱلْكِتَٰبَ وَٱلْمِيزَانَ لِيَقُومَ ٱلنَّاسُ بِٱلْقِسْطِ ۖ وَأَنزَلْنَا ٱلْحَدِيدَ فِيهِ بَأْسٌۭ شَدِيدٌۭ وَمَنَٰفِعُ لِلنَّاسِ وَلِيَعْلَمَ ٱللَّهُ مَن يَنصُرُهُۥ وَرُسُلَهُۥ بِٱلْغَيْبِ ۚ إِنَّ ٱللَّهَ قَوِىٌّ عَزِيزٌۭ ﴿25﴾

Oxunuşu (Transkripsiya): Laqad arsalna Rusulana bilbaiyinati va anzalna ma'ahumul Kitaba val Mizana liyaquman nasu bilqist, va anzalnal hadida fihi basun şadidunv va manafi'u linnasi va liya'lamal lahu many yansuruhu va Rusulahu bilğaib; innal laha Qaviyyn 'Aziz
Mişkini Tərcüməsi: Şübhəsiz, Biz Öz peyğəmbərlərimizi aydın dəlillərlə (məntiq və möcüzə ilə) göndərdik və onlarla birlikdə insanların (dünya həyatında) ədalət və insafa əməl etmələri üçün (səmavi) kitab və (mənaları seçmək, haqq ilə batili bir-birindən ayırd etmək və əşyaları çəkmək üçün) ölçü vasitəsi nazil etdik. Və dəmiri (imkan mərhələsindən vücud aləminə) nazil etdik. Onda insanlar üçün (müharibə və müdafiədə) möhkəm qüvvə və (digər) mənfəətlər vardır. Həmçinin Allahın Ona və Onun peyğəmbərlərinə gizlində yardım edənləri tanıması (əzəli elminin sonra gerçəkləşən xarici aləmlə üst-üstə düşməsi) üçün. Həqiqətən, Allah qüvvətli və yenilməz qüdrət sahibidir.
26 Əl-Hədid Surəsi, Ayə 26

وَلَقَدْ أَرْسَلْنَا نُوحًۭا وَإِبْرَٰهِيمَ وَجَعَلْنَا فِى ذُرِّيَّتِهِمَا ٱلنُّبُوَّةَ وَٱلْكِتَٰبَ ۖ فَمِنْهُم مُّهْتَدٍۢ ۖ وَكَثِيرٌۭ مِّنْهُمْ فَٰسِقُونَ ﴿26﴾

Oxunuşu (Transkripsiya): Va laqad arsalna Nuhanv va Ibrahima va ca'alna fi zurriyyatihiman nubuvvata val Kitaba faminhum muhtad; va kasirum minhum fasiqun
Mişkini Tərcüməsi: Həqiqətən, Biz Nuhu və İbrahimi göndərdik və peyğəmbərlik (məqamını) və (səmavi) kitabı o ikisinin nəsilində qoyduq. Beləliklə onların bəziləri doğru yola gəldilər, çoxu isə itaətsiz idilər.
27 Əl-Hədid Surəsi, Ayə 27

ثُمَّ قَفَّيْنَا عَلَىٰٓ ءَاثَٰرِهِم بِرُسُلِنَا وَقَفَّيْنَا بِعِيسَى ٱبْنِ مَرْيَمَ وَءَاتَيْنَٰهُ ٱلْإِنجِيلَ وَجَعَلْنَا فِى قُلُوبِ ٱلَّذِينَ ٱتَّبَعُوهُ رَأْفَةًۭ وَرَحْمَةًۭ وَرَهْبَانِيَّةً ٱبْتَدَعُوهَا مَا كَتَبْنَٰهَا عَلَيْهِمْ إِلَّا ٱبْتِغَآءَ رِضْوَٰنِ ٱللَّهِ فَمَا رَعَوْهَا حَقَّ رِعَايَتِهَا ۖ فَـَٔاتَيْنَا ٱلَّذِينَ ءَامَنُوا۟ مِنْهُمْ أَجْرَهُمْ ۖ وَكَثِيرٌۭ مِّنْهُمْ فَٰسِقُونَ ﴿27﴾

Oxunuşu (Transkripsiya): Summa qaffaina 'ala asarihim bi Rusulina va qaffaina be 'Eesab ni Maryama va atainahul Incila va ca'alna fi qulubil lazinat taba' uhu rafatanv va rahmatanv va rahbaniyyatanib tada' uha ma katanaha 'alaihim illab tiğa'a ridvanil lahi fama ra'avha haqqa ri'ayatiha fa atainal lazina amanu minhum acrahum va kasirum minhum fasiqun
Mişkini Tərcüməsi: Sonra onların arxasınca bir-birinin ardınca (digər) peyğəmbərlərimizi göndərdik. Və Məryəmin oğlu İsanı onların arxasınca göndərdik. Ona İncili verdik və ona tabe olanların qəlblərinə (öz aralarında) rəhm və mehribanlıq saldıq. Və özlərindən Bizim onlar üçün qərara almadığımız (tərkidünyalıq və ibadət üçün insanlarla əlaqələri kəsməkdən ibarət olan) rahiblik icad etdilər. Lakin (həmin seçim) Allahın razılığını əldə etmək üçün idi ki, ona da layiqli şəkildə riayət etmədilər. Beləliklə, Biz onların iman gətirənlərinə muzdlarını verdik və onların çoxu fasiq idilər.
28 Əl-Hədid Surəsi, Ayə 28

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَءَامِنُوا۟ بِرَسُولِهِۦ يُؤْتِكُمْ كِفْلَيْنِ مِن رَّحْمَتِهِۦ وَيَجْعَل لَّكُمْ نُورًۭا تَمْشُونَ بِهِۦ وَيَغْفِرْ لَكُمْ ۚ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿28﴾

Oxunuşu (Transkripsiya): Ya ayyuhal lazina amanut taqullaha va aminu bi Rasulihi yu'tikum kiflaini mir rahmatihi va yac'al lakum nuran tamşuna bihi va yağfir lakum; vallahu Ğafurur Rahim
Mişkini Tərcüməsi: Ey (Allaha və keçmiş peyğəmbərlərə) iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə (Muhəmmədə (s)) iman gətirin ki, sizə Öz mərhəmətindən iki pay (bir pay ona iman gətirməyə görə, bir pay isə keçmiş peyğəmbərlərə iman gətirdiyiniz üçün) əta etsin, vasitəsi ilə yol (dünyada ictimai həyat yolunu, məhşərdə isə Cənnət yolunu) getməyiniz üçün bir nur versin və sizi bağışlasın. Allah bağışlayan və mehribandır.
29 Əl-Hədid Surəsi, Ayə 29

لِّئَلَّا يَعْلَمَ أَهْلُ ٱلْكِتَٰبِ أَلَّا يَقْدِرُونَ عَلَىٰ شَىْءٍۢ مِّن فَضْلِ ٱللَّهِ ۙ وَأَنَّ ٱلْفَضْلَ بِيَدِ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ ۚ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ ﴿29﴾

Oxunuşu (Transkripsiya): Li'alla ya'lama Ahlul kitabi alla yaqdiruna 'ala şai'im min fadlil lahi va annal fadla bi Yadil lahi u'tihi many yaşa'; vallahu Zul fadilil 'azim
Mişkini Tərcüməsi: Kitab əhlinin (peyğəmbərlərin sonuncusu həzrət Muhəmmədə (s) iman gətirməyincə) Allahın lütfündən bir şey əldə etməyəcəklərini, [yaxud: kitab əhlinin möminlərin Allahın lütfündən bir şey əldə edə bilməyəcəklərini və hər şeyi özlərinə məxsus edə biləcəklərini güman etməmələri,] həmçinin lütf və mərhəmətin doğrudan da Allahın əlində olmasını və onu istədiyinə verməsini bilməsi üçün! Allah böyük lütf, mərhəmət sahibidir.
Əvvəlki: 56. Əl-Vaqiə Bütün Surələr ↑ Növbəti: 58. Əl-Mücadilə

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...