59

Əl-Həşr Surəsi

24 Ayə 28-ci Cüz Mədinə
سُورَةُ الحشر Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 59 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əl-Həşr Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Həşr Surəsi, Ayə 1

سَبَّحَ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Sabbaha lillahi ma fissamavati va ma fil ardi va Huval 'Azizul Hakim
Mişkini Tərcüməsi: Göylərdə və yerdə olanların hamısı Allahı (dil və hal ilə) zikr edir və O, yenilməz qüdrət sahibi və mətindir və (yaradılış və şəriət mərhələsində) gözəl yaradandır.
2 Əl-Həşr Surəsi, Ayə 2

هُوَ ٱلَّذِىٓ أَخْرَجَ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْ أَهْلِ ٱلْكِتَٰبِ مِن دِيَٰرِهِمْ لِأَوَّلِ ٱلْحَشْرِ ۚ مَا ظَنَنتُمْ أَن يَخْرُجُوا۟ ۖ وَظَنُّوٓا۟ أَنَّهُم مَّانِعَتُهُمْ حُصُونُهُم مِّنَ ٱللَّهِ فَأَتَىٰهُمُ ٱللَّهُ مِنْ حَيْثُ لَمْ يَحْتَسِبُوا۟ ۖ وَقَذَفَ فِى قُلُوبِهِمُ ٱلرُّعْبَ ۚ يُخْرِبُونَ بُيُوتَهُم بِأَيْدِيهِمْ وَأَيْدِى ٱلْمُؤْمِنِينَ فَٱعْتَبِرُوا۟ يَٰٓأُو۟لِى ٱلْأَبْصَٰرِ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Huval lazi axaracal lazina kafaru min ahlil kitabi min diyarihim li avvalil Haşr; ma zanantum any yaxrucu va zannu annahum ma ni'atuhum husunuhum minal lahi fatahumul lahu min haisu lam yahtasibu va qazafa fi qulubihimur ru'ba yuxribuna bu yutahum bi aydihim va aydil mu'minina fa'tabiru ya ulil absar
Mişkini Tərcüməsi: Kitab əhlindən olan kafirləri (Bəni-Nəzir yəhudilərini) ilk dəfə yurdlarından çıxaran və dəstə halında sürgün etdirib evlərindən (Cəzirətül-ərəbdən) qovduran Odur. Siz onların çıxacaqlarını güman etmirdiniz. Onlar da hasarlarının və qalalarının onları Allahdan (Allahın iradəsindən) saxlayacağını güman edirdilər. Amma Allah(ın iradəsi, əzabı) onlara güman etmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı. (Belə ki,) onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. Ey bəsirət sahibləri! İbrət alın.
3 Əl-Həşr Surəsi, Ayə 3

وَلَوْلَآ أَن كَتَبَ ٱللَّهُ عَلَيْهِمُ ٱلْجَلَآءَ لَعَذَّبَهُمْ فِى ٱلدُّنْيَا ۖ وَلَهُمْ فِى ٱلْءَاخِرَةِ عَذَابُ ٱلنَّارِ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Va lav la an katabal lahu 'alaihimul cala'a la'azzabahum fid dunya va lahum fil Aaxirati 'azabun Nar
Mişkini Tərcüməsi: Və əgər Allah onlara vətənlərindən çıxarılmağı yazmasaydı, mütləq onlara dünyada (öldürülmək və əsirliklə) əzab verərdi. Onlar üçün axirətdə od əzabı vardır.
4 Əl-Həşr Surəsi, Ayə 4

ذَٰلِكَ بِأَنَّهُمْ شَآقُّوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ ۖ وَمَن يُشَآقِّ ٱللَّهَ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Zalika bi annahum şaqqul laha va Rasulahu va many yuşaqqil laha fa innal laha şadidul-'iqab
Mişkini Tərcüməsi: Bu (vətəndən çıxarılma və əzab) onlar Allahla və Onun Rəsulu ilə inadkarlıqla müxalifət etdiklərinə görədir. Kim Allahla inadkarlıqla müxalifət etsə (bilsin ki,) Allah şiddətli cəza verəndir.
5 Əl-Həşr Surəsi, Ayə 5

مَا قَطَعْتُم مِّن لِّينَةٍ أَوْ تَرَكْتُمُوهَا قَآئِمَةً عَلَىٰٓ أُصُولِهَا فَبِإِذْنِ ٱللَّهِ وَلِيُخْزِىَ ٱلْفَٰسِقِينَ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Ma qata'tum mil linatin av taraktumuha qa'imatan'ala usuliha fabi iznil lahi va liyuxziyal fasiqin
Mişkini Tərcüməsi: Hər hansı çox dəyərli xurma ağacını kəsdinizsə, ya onu öz kökləri üstündə boy atan halda buraxdınızsa (bu), Allahın izni ilə idi, (bəzi məsələlərə xatirdir) və bu, Allahın itaətsizləri rüsvay etməsi üçündür.
6 Əl-Həşr Surəsi, Ayə 6

وَمَآ أَفَآءَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦ مِنْهُمْ فَمَآ أَوْجَفْتُمْ عَلَيْهِ مِنْ خَيْلٍۢ وَلَا رِكَابٍۢ وَلَٰكِنَّ ٱللَّهَ يُسَلِّطُ رُسُلَهُۥ عَلَىٰ مَن يَشَآءُ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Va ma afa'al lahu 'ala Rasulihi minhum fama avcaftum 'alaihi min xailinv va la rikabinv va lakinnal laha yusallitu Rusulahu 'ala many yaşa'; vallahu 'ala kulli şai'in Qadir
Mişkini Tərcüməsi: Allah onlar(ın malların)dan («fəy» şəklində) öz peyğəmbərinə nəyi qaytardısa, (hamısı Allah Rəsuluna məxsusdur, çünki) siz on(u almağ)a nə at çapmısınız və nə də dəvə sürmüsünüz (və onun üstündə müharibə etmisiniz). Lakin Allah Öz peyğəmbərlərini istədiyinə hökmran edər və Allah hər şeyə qadirdir.
7 Əl-Həşr Surəsi, Ayə 7

مَّآ أَفَآءَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦ مِنْ أَهْلِ ٱلْقُرَىٰ فَلِلَّهِ وَلِلرَّسُولِ وَلِذِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَٰمَىٰ وَٱلْمَسَٰكِينِ وَٱبْنِ ٱلسَّبِيلِ كَىْ لَا يَكُونَ دُولَةًۢ بَيْنَ ٱلْأَغْنِيَآءِ مِنكُمْ ۚ وَمَآ ءَاتَىٰكُمُ ٱلرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَىٰكُمْ عَنْهُ فَٱنتَهُوا۟ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ۖ إِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Ma afa'al lahu 'ala Rasulihi min ahlil qura falillahi va lir Rasuli va lizil qurba val yatama valmasakini vabnis sabili kai la yakuna dulatam bainal ağniya'i minkum; va ma atakumur Rasulu faxuzuhu va ma nahakum 'anhu fantahu; vattaqul laha innal laha şadidul-'iqab
Mişkini Tərcüməsi: Allahın şəhər və kəndlərin əhalisinin mallarından («Fəy» şəklində qənimət olaraq) Öz Rəsuluna qaytardığı şeylər Allaha və Rəsuluna, onun yaxın qohumlarına, yetimlərə, miskinlərə və yolda qalanlara məxsusdur (İslamın və ya müsəlmanların din və dünyalarında hər hansı bir lazimi işin həll olunması üçün ehtiyac olan şeylər üçündür). Bu ona görədir ki, (həmin şeylər) sizin sərvətliləriniz arasında əldən-ələ düşməsin və Bizim Rəsulumuz sizə nə verirsə (hökmlər, maarif və malları) götürün və sizə nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun ki, Allah şiddətli cəza verəndir.
8 Əl-Həşr Surəsi, Ayə 8

لِلْفُقَرَآءِ ٱلْمُهَٰجِرِينَ ٱلَّذِينَ أُخْرِجُوا۟ مِن دِيَٰرِهِمْ وَأَمْوَٰلِهِمْ يَبْتَغُونَ فَضْلًۭا مِّنَ ٱللَّهِ وَرِضْوَٰنًۭا وَيَنصُرُونَ ٱللَّهَ وَرَسُولَهُۥٓ ۚ أُو۟لَٰٓئِكَ هُمُ ٱلصَّٰدِقُونَ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Lilfuqara'il Muhaci rinal lazina uxricu min diyarihim va amvalihim yabtağuna fadlam minal lahi va ridvananv va yansurunal laha va Rasulah; ula'ika humus sadiqun
Mişkini Tərcüməsi: (Fəyin bir hissəsi) yurdlarından çıxarılmış və malları əllərindən alınmış, Allahın fəzl-mərhəmət və razılığını istəyən, Allaha və Onun Rəsuluna kömək edən yoxsul mühacirlərə məxsusdur. (Əsl) sadiqlər elə bunlardır.
9 Əl-Həşr Surəsi, Ayə 9

وَٱلَّذِينَ تَبَوَّءُو ٱلدَّارَ وَٱلْإِيمَٰنَ مِن قَبْلِهِمْ يُحِبُّونَ مَنْ هَاجَرَ إِلَيْهِمْ وَلَا يَجِدُونَ فِى صُدُورِهِمْ حَاجَةًۭ مِّمَّآ أُوتُوا۟ وَيُؤْثِرُونَ عَلَىٰٓ أَنفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌۭ ۚ وَمَن يُوقَ شُحَّ نَفْسِهِۦ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Vallazina tabavva'ud dara val imana min qablihim yuhibbuna man hacara ilaihim va la yaciduna fi sudurihim hacatam mimma utu va yu'siruna 'ala anfusihim va lav kana bihim xasasah; va many yuqa şuhha nafsihi fa ula'ika humul muflihun
Mişkini Tərcüməsi: Həm də (ənsardan) o kəslər üçündür ki, hicrət və iman evini (Mədinə mühitini) özü üçün yurd seçib onlara tərəf hicrət edənləri sevər, onlara (mühacirlərə) verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olduqları halda onları özlərindən üstün tutarlar. Nəfsin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapanlardır.
10 Əl-Həşr Surəsi, Ayə 10

وَٱلَّذِينَ جَآءُو مِنۢ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا ٱغْفِرْ لَنَا وَلِإِخْوَٰنِنَا ٱلَّذِينَ سَبَقُونَا بِٱلْإِيمَٰنِ وَلَا تَجْعَلْ فِى قُلُوبِنَا غِلًّۭا لِّلَّذِينَ ءَامَنُوا۟ رَبَّنَآ إِنَّكَ رَءُوفٌۭ رَّحِيمٌ ﴿10﴾

Oxunuşu (Transkripsiya): Vallazina ca'u min ba'dihim yaquluna Rabbanağ fir lana va li ixvani nal lazina sabquna bil imani va la tac'al fi qulubina ğillalil lazina amanu rabbanna innaka Ra'ufur Rahim
Mişkini Tərcüməsi: Onlardan (mühacirlərdən və ənsardan) sonra gələn(mömin)lər deyərlər: «Ey Rəbbimiz, bizi və bizdən öncə iman gətirən qardaşlarımızı bağışla! Bizim qəlblərimizdə iman gətirən kəslərə qarşı bir kin və xəyanət qoyma. Ey Rəbbimiz, həqiqətən, Sən çox şəfqətli və mehribansan».
11 Əl-Həşr Surəsi, Ayə 11

۞ أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ نَافَقُوا۟ يَقُولُونَ لِإِخْوَٰنِهِمُ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْ أَهْلِ ٱلْكِتَٰبِ لَئِنْ أُخْرِجْتُمْ لَنَخْرُجَنَّ مَعَكُمْ وَلَا نُطِيعُ فِيكُمْ أَحَدًا أَبَدًۭا وَإِن قُوتِلْتُمْ لَنَنصُرَنَّكُمْ وَٱللَّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَٰذِبُونَ ﴿11﴾

Oxunuşu (Transkripsiya): Alam tara ilal lazina nafaqu yaquluna li ixvanihimul lazina kafaru min ahlil kitabi la'in uxrictum lanaxrucanna ma'akum va la nuti'u fikum ahadan abadanv-va in qutiltum lanansuran nakum vallahu yaşhadu innahum lakazibun
Mişkini Tərcüməsi: Məgər münafiqlərin kitab əhlindən olan kafir qardaşlarına (həqiqi, yaxud din qardaşlarına): «Əgər siz (öz vətəninizdən) çıxarılsanız, biz də mütləq sizinlə birlikdə çıxarıq. Sizin barənizdə heç vaxt heç bir kəsə itaət etmərik. Əgər hücuma və ölüm təhlükəsinə məruz qalsanız, mütləq sizə kömək edəcəyik» – dediklərini görmədinmi?! Allah şəhadət verir ki, onlar yalançıdırlar.
12 Əl-Həşr Surəsi, Ayə 12

لَئِنْ أُخْرِجُوا۟ لَا يَخْرُجُونَ مَعَهُمْ وَلَئِن قُوتِلُوا۟ لَا يَنصُرُونَهُمْ وَلَئِن نَّصَرُوهُمْ لَيُوَلُّنَّ ٱلْأَدْبَٰرَ ثُمَّ لَا يُنصَرُونَ ﴿12﴾

Oxunuşu (Transkripsiya): La'in uxricu la yaxrucuna ma'ahum va la'in qutilu la yansurunahum va la'in nasaruhum la yuvallunnal adbara summa la yunsarun
Mişkini Tərcüməsi: Şübhəsiz, əgər onlar (kafirlər öz yurdlarından) çıxarılsalar, bunlar (münafiqlər) onlarla birgə çıxmazlar və əgər onlarla döyüş baş versə, onlara kömək etməzlər və əgər (fərz olunsa ki,) kömək də edələr, onlara arxa çevirərək qaçarlar, sonra da (o iki dəstədən heç birinə) kömək olunmaz.
13 Əl-Həşr Surəsi, Ayə 13

لَأَنتُمْ أَشَدُّ رَهْبَةًۭ فِى صُدُورِهِم مِّنَ ٱللَّهِ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌۭ لَّا يَفْقَهُونَ ﴿13﴾

Oxunuşu (Transkripsiya): La antum aşaddu rahbatan fi sudurihim minal lah; zalika bi annahum qavmul la yafqahun
Mişkini Tərcüməsi: Əlbəttə, onların ürəklərinə qorxu salan Allahdan çox sizsiniz. Bu da onların idrakı (və İlahi mərifəti) olmayan bir qövm olduqlarına görədir.
14 Əl-Həşr Surəsi, Ayə 14

لَا يُقَٰتِلُونَكُمْ جَمِيعًا إِلَّا فِى قُرًۭى مُّحَصَّنَةٍ أَوْ مِن وَرَآءِ جُدُرٍۭ ۚ بَأْسُهُم بَيْنَهُمْ شَدِيدٌۭ ۚ تَحْسَبُهُمْ جَمِيعًۭا وَقُلُوبُهُمْ شَتَّىٰ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌۭ لَّا يَعْقِلُونَ ﴿14﴾

Oxunuşu (Transkripsiya): La yuqatilunakum cami'an illa fi quram muhas sanatin av minv vara'i cudur; basuhum bainahum şadid; tahsabuhum cami'anv-va qulubuhum şatta; zalika biannahum qavmul la ya'qilun
Mişkini Tərcüməsi: Onların hamısı (yəhudilər və münafiqlər) sizə qarşı yalnız hasarları olan şəhər və kəndlərdə, yaxud (qalaların, ya evlərin) divarlar(ının) arxasında döyüşərlər. Zor-gücləri öz aralarında şiddətlidir. (Lakin siz möminlərin müqabilində zəifdirlər). Onların əlbir olduqlarını sanırsan, halbuki qəlbləri dağınıqdır, bunun səbəbi onların düşüncəsiz bir qövm olmasıdır.
15 Əl-Həşr Surəsi, Ayə 15

كَمَثَلِ ٱلَّذِينَ مِن قَبْلِهِمْ قَرِيبًۭا ۖ ذَاقُوا۟ وَبَالَ أَمْرِهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Kamasalil lazina min qablihim qariban zaqu vabala amrihim va lahum 'azabun alim
Mişkini Tərcüməsi: (Bəni-Nəzir yəhudiləri) özlərindən bir az əvvəl işlərinin pis aqibətini dadmış kimsələrə (Bədr əhli və s.) bənzəyir. Və onlar üçün (axirətdə) ağrılı bir əzab vardır.
16 Əl-Həşr Surəsi, Ayə 16

كَمَثَلِ ٱلشَّيْطَٰنِ إِذْ قَالَ لِلْإِنسَٰنِ ٱكْفُرْ فَلَمَّا كَفَرَ قَالَ إِنِّى بَرِىٓءٌۭ مِّنكَ إِنِّىٓ أَخَافُ ٱللَّهَ رَبَّ ٱلْعَٰلَمِينَ ﴿16﴾

Oxunuşu (Transkripsiya): Kamasaliş şaitani izqala lil insanik fur falamma kafara qala inni bari'um minka inni axaful laha rabbal 'alamin
Mişkini Tərcüməsi: (Münafiqlərin aldatması) Şeytana (onun aldatmasına) bənzəyir. O insana: «Kafir ol!» – dedi və elə ki, (insan) kafir oldu, dedi: «Doğrusu, mən səndən uzağam, həqiqətən, mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!»
17 Əl-Həşr Surəsi, Ayə 17

فَكَانَ عَٰقِبَتَهُمَآ أَنَّهُمَا فِى ٱلنَّارِ خَٰلِدَيْنِ فِيهَا ۚ وَذَٰلِكَ جَزَٰٓؤُا۟ ٱلظَّٰلِمِينَ ﴿17﴾

Oxunuşu (Transkripsiya): Fakana 'aqibatahuma annahuma fin nari xalidaini fiha; va zalika caza'uz zalimin
Mişkini Tərcüməsi: Beləliklə, hər ikisinin (Şeytan və kafirin) işinin aqibəti də od içində əbədi qalmaq oldu. Budur zalımların cəzası!
18 Əl-Həşr Surəsi, Ayə 18

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَلْتَنظُرْ نَفْسٌۭ مَّا قَدَّمَتْ لِغَدٍۢ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Ya ayyuhal lazina amanut taqul la; valtanzur nafsum ma qaddamat liğadiv vattaqual lah; innal laha xabirum bima ta'malun
Mişkini Tərcüməsi: Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs (özünün) sabah(ı) üçün qabaqcadan nə göndərdiyinə (qəlb gözü ilə) nəzər salmalıdır. Allahdan qorxun ki, Allah etdiklərinizdən xəbərdardır!
19 Əl-Həşr Surəsi, Ayə 19

وَلَا تَكُونُوا۟ كَٱلَّذِينَ نَسُوا۟ ٱللَّهَ فَأَنسَىٰهُمْ أَنفُسَهُمْ ۚ أُو۟لَٰٓئِكَ هُمُ ٱلْفَٰسِقُونَ ﴿19﴾

Oxunuşu (Transkripsiya): Va la takunu kallazina nasul laha fa ansahum anfusahum; ula'ika humul fasiqun
Mişkini Tərcüməsi: Allahı unutduqlarına görə, Allahın da onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar həmin fasiqlərdirlər!
20 Əl-Həşr Surəsi, Ayə 20

لَا يَسْتَوِىٓ أَصْحَٰبُ ٱلنَّارِ وَأَصْحَٰبُ ٱلْجَنَّةِ ۚ أَصْحَٰبُ ٱلْجَنَّةِ هُمُ ٱلْفَآئِزُونَ ﴿20﴾

Oxunuşu (Transkripsiya): La yastavi as-habun nari va aşabul cannah; as habul cannati humul fa'izun
Mişkini Tərcüməsi: Əsla Cəhənnəm əhli ilə Cənnət əhli bir deyildir. Cənnət əhli nicat tapan və səadətə yetişənlərdir.
21 Əl-Həşr Surəsi, Ayə 21

لَوْ أَنزَلْنَا هَٰذَا ٱلْقُرْءَانَ عَلَىٰ جَبَلٍۢ لَّرَأَيْتَهُۥ خَٰشِعًۭا مُّتَصَدِّعًۭا مِّنْ خَشْيَةِ ٱللَّهِ ۚ وَتِلْكَ ٱلْأَمْثَٰلُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ ﴿21﴾

Oxunuşu (Transkripsiya): Lav anzalna hazal qurana 'ala cabilil lara aytahu xaşi'am muta saddi'am min xaşiyatil lah; va tilkal amsalu nadribuha linnasi la'allahum yatafakkarun
Mişkini Tərcüməsi: Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, mütləq onun Allah qorxusundan zəlil olub kiçildiyini və parçalandığını görərdin. Və bu məsəlləri insanlar üçün çəkirik ki, bəlkə fikirləşələr.
22 Əl-Həşr Surəsi, Ayə 22

هُوَ ٱللَّهُ ٱلَّذِى لَآ إِلَٰهَ إِلَّا هُوَ ۖ عَٰلِمُ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ ۖ هُوَ ٱلرَّحْمَٰنُ ٱلرَّحِيمُ ﴿22﴾

Oxunuşu (Transkripsiya): Huval-lahul-lazi la Ilaha illa Huva 'Aalimul Ğaibi vaş-şahada; Huvar Rahmanur-Rahim
Mişkini Tərcüməsi: O, özündən başqa heç bir tanrı olmayan, qeybi (gizlini) və aşkarı (hər bir şüur sahibinin zahiri və batini hissiyatından gizli və aşkar olanı, yaxud hələ mövcud olmayan və artıq mövcud olan hər bir şeyi) bilən Allahdır. O, bağışlayan və mehribandır.
23 Əl-Həşr Surəsi, Ayə 23

هُوَ ٱللَّهُ ٱلَّذِى لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلْمَلِكُ ٱلْقُدُّوسُ ٱلسَّلَٰمُ ٱلْمُؤْمِنُ ٱلْمُهَيْمِنُ ٱلْعَزِيزُ ٱلْجَبَّارُ ٱلْمُتَكَبِّرُ ۚ سُبْحَٰنَ ٱللَّهِ عَمَّا يُشْرِكُونَ ﴿23﴾

Oxunuşu (Transkripsiya): Huval-lahul-lazi la Ilaha illa Huval-Malikul Quddusus-Salamul Muminul Muhaiminul-'aAzizul Cabbarul-Mutakabbir; Subhanal lahi 'Amma yuşrikun
Mişkini Tərcüməsi: O, Ondan başqa heç bir tanrı olmayan Allahdır. O, Məlikdir (varlıq aləminin sultanı və hökmranıdır), Qüddüsdür (müqəddəsdir. Hər hansı bir eyibdən, nöqsandan, şərikdən və övladdan uzaq və pakdır), Salamdır (zatı eyibdən, sifətləri nöqsandan, işləri şərdən salamatdır), Mömindir (Öz tovhidini bəyan edəndir. Öz zatının və sifətlərinin həqiqətinə imanı olan, hər bir zülmdən və pislikdən amanda saxlayandır), Muhəymindir (əmindir, hər bir şeyə hakim və üstündür, bütün varlığı qoruyan və hər bir şeyə nəzarət edəndir), Əzizdir (oxşarsız və bənzərsizdir, məğlubedilməz qalib və izzət bəxş edəndir), Cabbardır (əzəmətli şan-şövkət sahibi, hər bir məğlubiyyəti və zərəri yoluna qoyan, mövcudatı islah edən, hər şey üzərində qəti iradəyə malik olandır). Mütəkkəbirdir (təzim olunmağa layiq, batini və aşkar böyüklük sahibidir). Allah Ona şərik qoşduqlarından pakdır.
24 Əl-Həşr Surəsi, Ayə 24

هُوَ ٱللَّهُ ٱلْخَٰلِقُ ٱلْبَارِئُ ٱلْمُصَوِّرُ ۖ لَهُ ٱلْأَسْمَآءُ ٱلْحُسْنَىٰ ۚ يُسَبِّحُ لَهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿24﴾

Oxunuşu (Transkripsiya): Huval Lahul Xaliqul Bari 'ul Musavvir; lahul Asma'ul Husna; yusabbihu lahu ma fis samavati val ardi va Huval 'Azizul Hakim
Mişkini Tərcüməsi: O (hər bir şeyi təqdir və ölçü əsasında) yaradan, (bir-birindən fərqli, lakin yaradılışının kamilliyi baxımından isə bir-birinin eyni olan varlıqları) yoxdan var edən, (hər bir şeyə müxtəlif şəkillərdə) surətlər bəxş edən Allahdır. Ən gözəl adlar Ona məxsusdur. Göylərdə və yerdə olan hər bir şey (dillə və hal ilə) Onu zikr edirlər. O qüdrət və hikmət sahibidir.
Əvvəlki: 58. Əl-Mücadilə Bütün Surələr ↑ Növbəti: 60. Əl-Mümtəhinə

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...