بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Əl-Müzəmmil Surəsi, Ayə 1
يَٰٓأَيُّهَا ٱلْمُزَّمِّلُ
﴿1﴾
Oxunuşu (Transkripsiya):
Yav ayyuhal muzzammil
Mişkini Tərcüməsi:
Ey libasına bürünmüş.
2
Əl-Müzəmmil Surəsi, Ayə 2
قُمِ ٱلَّيْلَ إِلَّا قَلِيلًۭا
﴿2﴾
Oxunuşu (Transkripsiya):
Qumil laila illa qalila
Mişkini Tərcüməsi:
Gecə-az bir hissəsi istisna olmaqla (namaz və ibadət üçün) ayağa qalx!
3
Əl-Müzəmmil Surəsi, Ayə 3
نِّصْفَهُۥٓ أَوِ ٱنقُصْ مِنْهُ قَلِيلًا
﴿3﴾
Oxunuşu (Transkripsiya):
Nisfahu avinqus minhu qalila
Mişkini Tərcüməsi:
Gecənin yarısına qədər, yaxud bir qədər ondan az (onun üçdə birini) azalt;
4
Əl-Müzəmmil Surəsi, Ayə 4
أَوْ زِدْ عَلَيْهِ وَرَتِّلِ ٱلْقُرْءَانَ تَرْتِيلًا
﴿4﴾
Oxunuşu (Transkripsiya):
Av zid 'alaihi va rattilil Qur'ana tartila
Mişkini Tərcüməsi:
Yaxud yarıya artır (onun üçdə ikisini), Quranı tərtil ilə (aram-aram, aydın və tərtiblə) oxu!
5
Əl-Müzəmmil Surəsi, Ayə 5
إِنَّا سَنُلْقِى عَلَيْكَ قَوْلًۭا ثَقِيلًا
﴿5﴾
Oxunuşu (Transkripsiya):
Inna sanulqi 'alika qavalan saqila
Mişkini Tərcüməsi:
Həqiqətən, Biz tezliklə sənə ağır bir kəlam (mənalarının başa düşülməsi, onun həqiqətlərinə varmaq, əmrlərinə əməl olunması, camaata çatdırılması, cəmiyyətdə onun həyata keçirilməsi və cəmiyyətin onu dərk etməsi və ona əməl etməsi baxımından ağır ayələr) təlqin edəcəyik.
6
Əl-Müzəmmil Surəsi, Ayə 6
إِنَّ نَاشِئَةَ ٱلَّيْلِ هِىَ أَشَدُّ وَطْـًۭٔا وَأَقْوَمُ قِيلًا
﴿6﴾
Oxunuşu (Transkripsiya):
Inn naşi'atal laili hiya aşadddu vat anv va aqvamu qila
Mişkini Tərcüməsi:
Çünki gecə vaxtı edilən ibadət daha möhkəm və daha sabitdir, danışıq baxımından da daha düzgün və daha əlverişlidir.
7
Əl-Müzəmmil Surəsi, Ayə 7
إِنَّ لَكَ فِى ٱلنَّهَارِ سَبْحًۭا طَوِيلًۭا
﴿7﴾
Oxunuşu (Transkripsiya):
Inna laka fin nahari sabhan tavila
Mişkini Tərcüməsi:
Və əlbəttə, sənin gün ərzində uzun-uzadı işlərin vardır (və ibadət üçün nisbətən az vaxtın qalır).
8
Əl-Müzəmmil Surəsi, Ayə 8
وَٱذْكُرِ ٱسْمَ رَبِّكَ وَتَبَتَّلْ إِلَيْهِ تَبْتِيلًۭا
﴿8﴾
Oxunuşu (Transkripsiya):
Vazkuris ma rabbika va tabattal ilaihi tabtila
Mişkini Tərcüməsi:
Rəbbinin adını (dil və qəlblə) zikr et və (qəlbdə) hər şeyi buraxıb Ona tərəf yönəl.
9
Əl-Müzəmmil Surəsi, Ayə 9
رَّبُّ ٱلْمَشْرِقِ وَٱلْمَغْرِبِ لَآ إِلَٰهَ إِلَّا هُوَ فَٱتَّخِذْهُ وَكِيلًۭا
﴿9﴾
Oxunuşu (Transkripsiya):
Rabbul maşriqi val mağribi la ilaha illa Huva fattaxiju vakila
Mişkini Tərcüməsi:
O, məşriqin və məğribin Rəbbidir, Ondan başqa heç bir tanrı yoxdur. Belə isə Onu özünə vəkil tut (və Ona təvəkkül et).
10
Əl-Müzəmmil Surəsi, Ayə 10
وَٱصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَٱهْجُرْهُمْ هَجْرًۭا جَمِيلًۭا
﴿10﴾
Oxunuşu (Transkripsiya):
Vasbir 'ala ma yaqu luna vahcurhum hacran camila
Mişkini Tərcüməsi:
Onların dediklərinə (nalayiq söz və iftiralarına) səbr et və onlardan gözəl bir tərzdə (səbrlə, sənə cihad əmri verilənə qədər onlarla döyüşmədən) uzaqlaş.
11
Əl-Müzəmmil Surəsi, Ayə 11
وَذَرْنِى وَٱلْمُكَذِّبِينَ أُو۟لِى ٱلنَّعْمَةِ وَمَهِّلْهُمْ قَلِيلًا
﴿11﴾
Oxunuşu (Transkripsiya):
Va zarni valmukaz zibina ulin na'mati va mahhilhum qalila
Mişkini Tərcüməsi:
Təkzib edən mal-dövlət sahiblərini Mən(im öhdəm)ə burax və onlara (bu dünyada) azacıq bir möhlət ver ki,
12
Əl-Müzəmmil Surəsi, Ayə 12
إِنَّ لَدَيْنَآ أَنكَالًۭا وَجَحِيمًۭا
﴿12﴾
Oxunuşu (Transkripsiya):
Inna ladaina ankalanv va cahima
Mişkini Tərcüməsi:
Həqiqətən, Bizim yanımızda (axirət aləmində) ağır zəncirlər (qandallar) və şiddətlə yanan alovlu bir od vardır.
13
Əl-Müzəmmil Surəsi, Ayə 13
وَطَعَامًۭا ذَا غُصَّةٍۢ وَعَذَابًا أَلِيمًۭا
﴿13﴾
Oxunuşu (Transkripsiya):
Va ta'aman za ğussa tinv va'azaban alima
Mişkini Tərcüməsi:
Və boğazda ilişib qalan bir yemək və ağrılı bir əzab (vardır).
14
Əl-Müzəmmil Surəsi, Ayə 14
يَوْمَ تَرْجُفُ ٱلْأَرْضُ وَٱلْجِبَالُ وَكَانَتِ ٱلْجِبَالُ كَثِيبًۭا مَّهِيلًا
﴿14﴾
Oxunuşu (Transkripsiya):
Yavma tarcuful ardu valcibalu va kanatil cibalu kasibam mahila
Mişkini Tərcüməsi:
O gündə ki, bu yer və dağlar titrəyərlər və dağlar yumşaq qum təpələri şəklində axarlar.
15
Əl-Müzəmmil Surəsi, Ayə 15
إِنَّآ أَرْسَلْنَآ إِلَيْكُمْ رَسُولًۭا شَٰهِدًا عَلَيْكُمْ كَمَآ أَرْسَلْنَآ إِلَىٰ فِرْعَوْنَ رَسُولًۭا
﴿15﴾
Oxunuşu (Transkripsiya):
Inna arsalna ilaikum rasulan şahidan 'alikum kama arsalna ila Fir'avna Rasulna
Mişkini Tərcüməsi:
Şübhəsiz, Biz sizə elə bir peyğəmbər göndərdik ki, siz(in əməlləriniz)ə şahiddir, necə ki, (bir zaman) Firona tərəf bir peyğəmbər göndərmişdik.
16
Əl-Müzəmmil Surəsi, Ayə 16
فَعَصَىٰ فِرْعَوْنُ ٱلرَّسُولَ فَأَخَذْنَٰهُ أَخْذًۭا وَبِيلًۭا
﴿16﴾
Oxunuşu (Transkripsiya):
Fa'asa Fir'avnur Rasula fa axaznahu axzanv vabila
Mişkini Tərcüməsi:
Firon o peyğəmbərə asi oldu, Biz də onu ağır bir tərzdə (Öz əzabımızla) yaxaladıq.
17
Əl-Müzəmmil Surəsi, Ayə 17
فَكَيْفَ تَتَّقُونَ إِن كَفَرْتُمْ يَوْمًۭا يَجْعَلُ ٱلْوِلْدَٰنَ شِيبًا
﴿17﴾
Oxunuşu (Transkripsiya):
Fakaifa tattaquna in kafartum yavmany yac'alul vildana şiba
Mişkini Tərcüməsi:
Elə isə əgər kafir olsanız, uşaqları (qorxunun şiddətindən) ağ saçlı qocaya döndərən gün(ün əzabın)dan necə qorunacaqsınız?!
18
Əl-Müzəmmil Surəsi, Ayə 18
ٱلسَّمَآءُ مُنفَطِرٌۢ بِهِۦ ۚ كَانَ وَعْدُهُۥ مَفْعُولًا
﴿18﴾
Oxunuşu (Transkripsiya):
Assama'u munfatirum bih; kana va'duhu maf'ula
Mişkini Tərcüməsi:
Göy o günün (şiddətinin) səbəbindən yarılacaqdır. (Bəli,) Onun vədi yerinə yetəsidir.
19
Əl-Müzəmmil Surəsi, Ayə 19
إِنَّ هَٰذِهِۦ تَذْكِرَةٌۭ ۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلًا
﴿19﴾
Oxunuşu (Transkripsiya):
Inna hazihi tazkiratun fa man şa'at taxaza ila Rabbihi sabila
Mişkini Tərcüməsi:
Həqiqətən, bu (ayələr) öyüd-nəsihətdir, belə isə, kim istəsə öz Rəbbinə tərəf bir yol tutar (seçər).
20
Əl-Müzəmmil Surəsi, Ayə 20
۞ إِنَّ رَبَّكَ يَعْلَمُ أَنَّكَ تَقُومُ أَدْنَىٰ مِن ثُلُثَىِ ٱلَّيْلِ وَنِصْفَهُۥ وَثُلُثَهُۥ وَطَآئِفَةٌۭ مِّنَ ٱلَّذِينَ مَعَكَ ۚ وَٱللَّهُ يُقَدِّرُ ٱلَّيْلَ وَٱلنَّهَارَ ۚ عَلِمَ أَن لَّن تُحْصُوهُ فَتَابَ عَلَيْكُمْ ۖ فَٱقْرَءُوا۟ مَا تَيَسَّرَ مِنَ ٱلْقُرْءَانِ ۚ عَلِمَ أَن سَيَكُونُ مِنكُم مَّرْضَىٰ ۙ وَءَاخَرُونَ يَضْرِبُونَ فِى ٱلْأَرْضِ يَبْتَغُونَ مِن فَضْلِ ٱللَّهِ ۙ وَءَاخَرُونَ يُقَٰتِلُونَ فِى سَبِيلِ ٱللَّهِ ۖ فَٱقْرَءُوا۟ مَا تَيَسَّرَ مِنْهُ ۚ وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ وَأَقْرِضُوا۟ ٱللَّهَ قَرْضًا حَسَنًۭا ۚ وَمَا تُقَدِّمُوا۟ لِأَنفُسِكُم مِّنْ خَيْرٍۢ تَجِدُوهُ عِندَ ٱللَّهِ هُوَ خَيْرًۭا وَأَعْظَمَ أَجْرًۭا ۚ وَٱسْتَغْفِرُوا۟ ٱللَّهَ ۖ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۢ
﴿20﴾
Oxunuşu (Transkripsiya):
Inna Rabbaka ya'lamu annaka taqumu adna min sulusa yil laili va nisfahu va sulusahu va ta'ifatum minal lazina ma'ak; val lahu yuqaddirul laila vanna har; 'alima al lan tuhsuhu fataba 'alaikum faqra'u ma tayassara minal quran; 'alima an sa yakunu minkum marda va axaruna yadribuna fil ardi yabtağuna min fadlil lahi va axaruna yuqatiluna fi sabilil lahi faqra'u ma tayassara minhu va aqimus salata va atuz zakata va aqridul laha qardan hasana; va ma tuqadimu li anfusikum min xairin taciduhu 'indal lahi huva xayranv va a'zama acra; vastağfirul laha innal laha ğafurur rahim.
Mişkini Tərcüməsi:
Şübhəsiz, sənin Rəbbin bilir ki, sən gecənin üçdə ikisinə yaxın, (bəzən) onun yarısını, (bəzən də) onun üçdə birini (namaz və ibadət üçün) durursan və səninlə olan kəslərdən bir dəstə də həmçinin. Gecəni və gündüzü (yerin günəş ətrafında hərəkətini tənzimləməklə) ölçüyə salan Allahdır. O bilir ki, siz əsla onu (gecənin üçdə iki, yarı və üçdə bir hissəsini bütün fəsillərdə dəqiqliklə) ətraflı hesablaya bilməyəcəksiniz, beləliklə sizə nəzər yetirdi (və rüsxət verdi). İndi isə, siz (gecə namazından və) Qurandan müyəssər olanı oxuyun. O bilir ki, tezliklə sizdən bəzisi xəstələnəcək, digər bir dəstə Allahın ruzisini diləmək üçün səfərə çıxacaq və başqa bir dəstə də Allah yolunda vuruşacaqdır. Elə isə (gecələr) Qurandan (sizə) müyəssər olanı oxuyun, namaz qılın, zəkat verin və Allaha gözəl bir borc verin. Özünüz üçün öncədən göndərdiyiniz xeyir əməli Allah yanında daha gözəl və mükafat baxımından daha böyük tapacaqsınız. Allahdan bağışlanmaq diləyin, çünki, Allah çox bağışlayan və mehribandır.