76

Əl-İnsan (Əd-Dəhr) Surəsi

31 Ayə 29-ci Cüz Mədinə
سُورَةُ الإنسان Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 76 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əl-İnsan (Əd-Dəhr) Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 1

هَلْ أَتَىٰ عَلَى ٱلْإِنسَٰنِ حِينٌۭ مِّنَ ٱلدَّهْرِ لَمْ يَكُن شَيْـًۭٔا مَّذْكُورًا ﴿1﴾

Oxunuşu (Transkripsiya): Hal ata 'alal insani hinum minad dahri lam yakun şai'am mazkura
Mişkini Tərcüməsi: İnsanın zaman axışında elə bir dövrü olub keçmişdirmi ki, onda xatırlanası bir şey olmasın? (Bəli, onun ilk maddəsinin formalaşmağa başladığı zamandan insan şəklinə düşdüyü və ruhun ona üfürüldüyü zamanadək, müxtəlif dövrlər olmuşdur. Bu, dövrdə o insan adlandırılacaq şəkildə olmamışdır).
2 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 2

إِنَّا خَلَقْنَا ٱلْإِنسَٰنَ مِن نُّطْفَةٍ أَمْشَاجٍۢ نَّبْتَلِيهِ فَجَعَلْنَٰهُ سَمِيعًۢا بَصِيرًا ﴿2﴾

Oxunuşu (Transkripsiya): Inna xalaqnal insana min nutfatin amşacin nabta lihi faca'alnahu sami'am basira
Mişkini Tərcüməsi: Həqiqətən, Biz insanı (ilk iki insanın nəslini) qarışıqlardan ibarət olan bir nütfədən, (hər biri bir neçə maddədən təşkil olunmuş kişi ilə qadının mənisindən) yaratdıq, onu bir haldan başqa bir hala saldıq ki, imtahana çəkək. Nəhayət onu eşidən və görən bir varlıq etdik.
3 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 3

إِنَّا هَدَيْنَٰهُ ٱلسَّبِيلَ إِمَّا شَاكِرًۭا وَإِمَّا كَفُورًا ﴿3﴾

Oxunuşu (Transkripsiya): Inna hadainahus sabila imma şakiranv va imma kafura
Mişkini Tərcüməsi: Həqiqətən, onu (yaradılış və şəriət hidayəti ilə həyatı boyunca) düz yola yönəltdik – istər şükr edən olsun, istərsə də nankor.
4 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 4

إِنَّآ أَعْتَدْنَا لِلْكَٰفِرِينَ سَلَٰسِلَا۟ وَأَغْلَٰلًۭا وَسَعِيرًا ﴿4﴾

Oxunuşu (Transkripsiya): Inna a'tadna lilka firina salasila va ağlalanv va sa'ira
Mişkini Tərcüməsi: Əlbəttə, Biz kafirlər (və nankorlar) üçün zəncirlər, qandallar və alovlu bir od hazırlamışıq.
5 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 5

إِنَّ ٱلْأَبْرَارَ يَشْرَبُونَ مِن كَأْسٍۢ كَانَ مِزَاجُهَا كَافُورًا ﴿5﴾

Oxunuşu (Transkripsiya): innal abrara yaşra buna min kasin kana miza cuha kafura
Mişkini Tərcüməsi: Şübhəsiz, yaxşı əməl sahibləri (o aləmdə sərin və xoş ətirli) kafur qatılmış camdan içəcəklər.
6 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 6

عَيْنًۭا يَشْرَبُ بِهَا عِبَادُ ٱللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيرًۭا ﴿6﴾

Oxunuşu (Transkripsiya): 'Aynany yaşrabu biha 'ibadul lahi yafaccirunaha tafcira
Mişkini Tərcüməsi: (Orada) elə bir bulaq (vardır) ki, Allah bəndələri ondan içəcək və onu hər hansı bir tərzdə istəsələr, axıdacaqlar.
7 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 7

يُوفُونَ بِٱلنَّذْرِ وَيَخَافُونَ يَوْمًۭا كَانَ شَرُّهُۥ مُسْتَطِيرًۭا ﴿7﴾

Oxunuşu (Transkripsiya): Yufuna binnazri va yaxafuna yavman kana şarruhu mustatira
Mişkini Tərcüməsi: Onlar öz nəzirlərinə əməl edər, şəri və əzabı olduqca geniş olan bir gündən qorxarlar.
8 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 8

وَيُطْعِمُونَ ٱلطَّعَامَ عَلَىٰ حُبِّهِۦ مِسْكِينًۭا وَيَتِيمًۭا وَأَسِيرًا ﴿8﴾

Oxunuşu (Transkripsiya): Va yut''imunat ta'ama 'ala hubbihi miskinanv va yatemanv va asira
Mişkini Tərcüməsi: Və onlar yeməklərini, özləri(nin ehtiyacı olub çox) istədikləri halda Allaha olan məhəbbət üzündən fəqirə, yetimə və əsirə verərlər.
9 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 9

إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ ٱللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَآءًۭ وَلَا شُكُورًا ﴿9﴾

Oxunuşu (Transkripsiya): Innama nut'imukum li vachil lahi la nuridu minkum caza'anv va la şukura
Mişkini Tərcüməsi: (Onlar həm dildə, həm də qəlbdə deyərlər:) «Biz sizə Allah rizası üçün yemək veririk. Biz sizdən hər hansı bir mükafat və təşəkkür istəmirik».
10 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 10

إِنَّا نَخَافُ مِن رَّبِّنَا يَوْمًا عَبُوسًۭا قَمْطَرِيرًۭا ﴿10﴾

Oxunuşu (Transkripsiya): Inna naxafu mir Rabbinna Yavman 'abusan qamtarira
Mişkini Tərcüməsi: «Həqiqətən, Biz öz Rəbbimizdən, çox sərt, olduqca çətin, dəhşətli (və üzlərin tutulub qaralacağı) gündən qorxuruq».
11 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 11

فَوَقَىٰهُمُ ٱللَّهُ شَرَّ ذَٰلِكَ ٱلْيَوْمِ وَلَقَّىٰهُمْ نَضْرَةًۭ وَسُرُورًۭا ﴿11﴾

Oxunuşu (Transkripsiya): Fa vaqahumul lahu şarra zalikal yavmi va laqqahum nadratanv va surura
Mişkini Tərcüməsi: Allah onları o günün şərindən saxladı və onları şadlıq və sevinclə üzləşdirəcəkdir.
12 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 12

وَجَزَىٰهُم بِمَا صَبَرُوا۟ جَنَّةًۭ وَحَرِيرًۭا ﴿12﴾

Oxunuşu (Transkripsiya): Va cazahum bima sabaru canatanv va harira
Mişkini Tərcüməsi: Və onları etdikləri səbr müqabilində (üstün bir) Cənnətlə və (zərif) ipəklə mükafatlandıracaqdır.
13 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 13

مُّتَّكِـِٔينَ فِيهَا عَلَى ٱلْأَرَآئِكِ ۖ لَا يَرَوْنَ فِيهَا شَمْسًۭا وَلَا زَمْهَرِيرًۭا ﴿13﴾

Oxunuşu (Transkripsiya): muttaki'ina fiha 'alal ara 'iki la yaravna fiha şamsanv va la zamharira
Mişkini Tərcüməsi: Orada taxtlara söykənəcək, orada nə istinin şiddətini nə də soyuğun şiddətini görəcəklər.
14 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 14

وَدَانِيَةً عَلَيْهِمْ ظِلَٰلُهَا وَذُلِّلَتْ قُطُوفُهَا تَذْلِيلًۭا ﴿14﴾

Oxunuşu (Transkripsiya): Va daniyatan 'alaihim zilaluha va zullilat qutufu ha tazlila
Mişkini Tərcüməsi: (Ağaclarının) kölgələri onların başları üstünə kölgə salacaq, yetişmiş meyvələri isə asanlıqla əyiləcək və onların ixtiyarına veriləcək.
15 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 15

وَيُطَافُ عَلَيْهِم بِـَٔانِيَةٍۢ مِّن فِضَّةٍۢ وَأَكْوَابٍۢ كَانَتْ قَوَارِيرَا۠ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Va yutafu 'alaihim bi aniyatim min fiddatinv va akvabin kanat qavarira
Mişkini Tərcüməsi: Və onların dövrəsində gümüş kasalar və büllur qədəhlər dolandırılacaqdır.
16 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 16

قَوَارِيرَا۟ مِن فِضَّةٍۢ قَدَّرُوهَا تَقْدِيرًۭا ﴿16﴾

Oxunuşu (Transkripsiya): Qavarira min fiddatin qaddaruha taqdira
Mişkini Tərcüməsi: Cövhəri gümüşdən olan elə büllur (qədəhlərdir) ki, (Cənnətdəkilər, yaxud xidmətçiləri) onları istədikləri ölçüdə hazırlamışlar.
17 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 17

وَيُسْقَوْنَ فِيهَا كَأْسًۭا كَانَ مِزَاجُهَا زَنجَبِيلًا ﴿17﴾

Oxunuşu (Transkripsiya): Va yusavna fiha kasan kana mizacuha zancabila
Mişkini Tərcüməsi: Və Cənnətdə onlara (xoş ətirli) zəncəfil qatılmış camdan içirdərlər.
18 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 18

عَيْنًۭا فِيهَا تُسَمَّىٰ سَلْسَبِيلًۭا ﴿18﴾

Oxunuşu (Transkripsiya): 'Aynan fiha tusamma salsabila
Mişkini Tərcüməsi: (Və zəncəfil) orada elə bir bulaqdan (çağlayır) ki, (nuş olduğu, ləzzət verdiyi və tez həzm olunduğu üçün) «Səlsəbil» adlanır.
19 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 19

۞ وَيَطُوفُ عَلَيْهِمْ وِلْدَٰنٌۭ مُّخَلَّدُونَ إِذَا رَأَيْتَهُمْ حَسِبْتَهُمْ لُؤْلُؤًۭا مَّنثُورًۭا ﴿19﴾

Oxunuşu (Transkripsiya): Va yatufu 'alaihim vildanum muxalladuna iza ra aytahum hasibtahum lu'lu 'am mansura
Mişkini Tərcüməsi: Onların dövrəsində (xidmət üçün təravəti və yeniyetməliyi) əbədi olan oğlanlar dolanarlar. Onları gördükdə ətrafa səpələnmiş mirvari (inci) olduqlarını zənn edərsən.
20 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 20

وَإِذَا رَأَيْتَ ثَمَّ رَأَيْتَ نَعِيمًۭا وَمُلْكًۭا كَبِيرًا ﴿20﴾

Oxunuşu (Transkripsiya): Va iza ra ayta summa ra ayta na'imanv va mulkan kabira
Mişkini Tərcüməsi: Oranı gördükdə, (bolluca) nemət və böyük bir mülk görərsən.
21 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 21

عَٰلِيَهُمْ ثِيَابُ سُندُسٍ خُضْرٌۭ وَإِسْتَبْرَقٌۭ ۖ وَحُلُّوٓا۟ أَسَاوِرَ مِن فِضَّةٍۢ وَسَقَىٰهُمْ رَبُّهُمْ شَرَابًۭا طَهُورًا ﴿21﴾

Oxunuşu (Transkripsiya): 'Aaliyahum siyabu sundusin xudrunv va istabraq, va hullu asavira min fiddatinv va saqahum Rabbuhum şaraban tahura
Mişkini Tərcüməsi: Onların əyinlərində yaşıl rəngli, nazik və qalın ipəkdən libaslar olacaq, gümüş bilərziklərlə zinətləndiriləcəklər və Rəbbi onlara pak olan və (bütün kin-küdurətdən təmizləyən) pak edici bir şərab içirəcəkdir.
22 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 22

إِنَّ هَٰذَا كَانَ لَكُمْ جَزَآءًۭ وَكَانَ سَعْيُكُم مَّشْكُورًا ﴿22﴾

Oxunuşu (Transkripsiya): Inna haza kana lakum cazz 'anv va kana sa'yukum maşkura
Mişkini Tərcüməsi: (Onlara deyilər:) «Həqiqətən, bu (nemət və rəhmət) sizin mükafatınızdır və səyiniz təqdirəlayiqdir».
23 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 23

إِنَّا نَحْنُ نَزَّلْنَا عَلَيْكَ ٱلْقُرْءَانَ تَنزِيلًۭا ﴿23﴾

Oxunuşu (Transkripsiya): Inna nahnu nazzalna 'alaikal qurana tanzila
Mişkini Tərcüməsi: (Ey Peyğəmbər,) şübhəsiz, Biz Özümüz bu Quranı sənə tədriclə nazil etdik.
24 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 24

فَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تُطِعْ مِنْهُمْ ءَاثِمًا أَوْ كَفُورًۭا ﴿24﴾

Oxunuşu (Transkripsiya): Fasbir lihukmi Rabbika va la tuti' minhum asiman av kafura
Mişkini Tərcüməsi: Odur ki, Rəbbinin əmrinə (əməl etmək, çatdırmaq və cəmiyyətdə həyata keçirməkdə) səbr et və onlardan heç bir günahkara, yaxud kafir və nankora itaət etmə.
25 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 25

وَٱذْكُرِ ٱسْمَ رَبِّكَ بُكْرَةًۭ وَأَصِيلًۭا ﴿25﴾

Oxunuşu (Transkripsiya): Vazkuris ma Rabbika bukratanv va asila
Mişkini Tərcüməsi: Və öz Rəbbinin adını səhər-axşam (hər hansı bir zikrlə və ya sübh, zöhr və əsr namazlarına məxsus zikrlə) yad et.
26 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 26

وَمِنَ ٱلَّيْلِ فَٱسْجُدْ لَهُۥ وَسَبِّحْهُ لَيْلًۭا طَوِيلًا ﴿26﴾

Oxunuşu (Transkripsiya): Va minal laili fascud lahu va sabbihhu lailan tavila
Mişkini Tərcüməsi: Və gecənin bir qismində Ona səcdə et (məğrib və işa namazlarını qıl) və gecə uzunu da Onu zikr et (gecə namazını qıl).
27 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 27

إِنَّ هَٰٓؤُلَآءِ يُحِبُّونَ ٱلْعَاجِلَةَ وَيَذَرُونَ وَرَآءَهُمْ يَوْمًۭا ثَقِيلًۭا ﴿27﴾

Oxunuşu (Transkripsiya): Inna ha'ula'i yuhibbuna 'acilata va yazaruna vara'ahum yavman saqila
Mişkini Tərcüməsi: Şübhəsiz, onlar bu tez keçən dünyanı çox sevər və ağır günə (Qiyamət gününə) arxa çevirərlər (unudarlar).
28 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 28

نَّحْنُ خَلَقْنَٰهُمْ وَشَدَدْنَآ أَسْرَهُمْ ۖ وَإِذَا شِئْنَا بَدَّلْنَآ أَمْثَٰلَهُمْ تَبْدِيلًا ﴿28﴾

Oxunuşu (Transkripsiya): Nahnu xalaqnahum va şadadna asrahum va iza şi'na baddalna amsala hum tabdila
Mişkini Tərcüməsi: Biz onları yaratmışıq və oynaqlarının bəndlərini bərkitmişik və istədiyimiz zaman onları (öldürərik və) özləri kimilərlə (dünyada gələcək əsrlərin insanları yaxud da axirətdə yeni bədənlərilə) onların təsəvvürlərinə sığışmayan heyrət doğurucu bir əvəzetmə ilə əvəz edərik.
29 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 29

إِنَّ هَٰذِهِۦ تَذْكِرَةٌۭ ۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلًۭا ﴿29﴾

Oxunuşu (Transkripsiya): Inna hazihi tazkiratun fa man şa'at taxaza ila rabbihi sabila
Mişkini Tərcüməsi: Şübhəsiz, bu (deyilənlər) bir öyüd-nəsihətdir, belə isə, kim istəsə (bu öyüd-nəsihəti qəbul edib ona əməl etməklə) öz Rəbbinə tərəf bir yol tutar.
30 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 30

وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ ۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمًۭا ﴿30﴾

Oxunuşu (Transkripsiya): Va ma taşa'una illa anyyaşa'al lah; innal laha kana'Aliman Hakima
Mişkini Tərcüməsi: Allah istəməsə siz əsla istəyə bilməzsiniz (çünki sizin ixtiyar üzündən olan iradəniz də ixtiyari əməliniz kimi, Allahın yaradılış iradəsinə bağlıdır). Həqiqətən, Allah (hər şeyi) biləndir və hikmət sahibidir!
31 Əl-İnsan (Əd-Dəhr) Surəsi, Ayə 31

يُدْخِلُ مَن يَشَآءُ فِى رَحْمَتِهِۦ ۚ وَٱلظَّٰلِمِينَ أَعَدَّ لَهُمْ عَذَابًا أَلِيمًۢا ﴿31﴾

Oxunuşu (Transkripsiya): Yudxilu mai yaşa'u fi rahmatih; vazzalimina a'adda lahum 'azaban alima
Mişkini Tərcüməsi: (Allah) istədiyi (və layiq gördüyü) şəxsi Öz mərhəmətinə daxil edər və zalımlara ağrılı bir əzab hazırlamışdır.
Əvvəlki: 75. Əl-Qiyamə Bütün Surələr ↑ Növbəti: 77. Əl-Mürsəlat

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...