بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Əl-Mütəffifin Surəsi, Ayə 1
وَيْلٌۭ لِّلْمُطَفِّفِينَ
﴿1﴾
Oxunuşu (Transkripsiya):
Vailul lil mutaffifin
Mişkini Tərcüməsi:
Vay halına əskik satanların!
2
Əl-Mütəffifin Surəsi, Ayə 2
ٱلَّذِينَ إِذَا ٱكْتَالُوا۟ عَلَى ٱلنَّاسِ يَسْتَوْفُونَ
﴿2﴾
Oxunuşu (Transkripsiya):
Allazina izak talu 'alan nasi yastavfun
Mişkini Tərcüməsi:
O kəslər ki, özləri insanlardan ölçü ilə bir şey aldıqda, onu tam ölçüb alarlar,
3
Əl-Mütəffifin Surəsi, Ayə 3
وَإِذَا كَالُوهُمْ أَو وَّزَنُوهُمْ يُخْسِرُونَ
﴿3﴾
Oxunuşu (Transkripsiya):
Va iza kaluhum av vazanuhum yuxsirun
Mişkini Tərcüməsi:
Onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onu əskildərlər.
4
Əl-Mütəffifin Surəsi, Ayə 4
أَلَا يَظُنُّ أُو۟لَٰٓئِكَ أَنَّهُم مَّبْعُوثُونَ
﴿4﴾
Oxunuşu (Transkripsiya):
Ala yazunnu ula'ika annahum mab'usun
Mişkini Tərcüməsi:
Məgər onlar güman etmirlərmi ki, (haqq-hesab üçün) dirildiləcəklər,
5
Əl-Mütəffifin Surəsi, Ayə 5
Oxunuşu (Transkripsiya):
Li Yavmin 'Azim
Mişkini Tərcüməsi:
Böyük bir gündə?!
6
Əl-Mütəffifin Surəsi, Ayə 6
يَوْمَ يَقُومُ ٱلنَّاسُ لِرَبِّ ٱلْعَٰلَمِينَ
﴿6﴾
Oxunuşu (Transkripsiya):
Yavma yaqumun nasu li Rabbil 'alamin
Mişkini Tərcüməsi:
O gün bütün insanlar (haqq-hesab və mühakimə olunmaq üçün) aləmlərin Rəbbinin hüzurunda duracaqlar!
7
Əl-Mütəffifin Surəsi, Ayə 7
كَلَّآ إِنَّ كِتَٰبَ ٱلْفُجَّارِ لَفِى سِجِّينٍۢ
﴿7﴾
Oxunuşu (Transkripsiya):
Kalla inna kitabal fuccari lafi Siccin
Mişkini Tərcüməsi:
Belə deyildir (Onların güman etdiyi kimi deyil. Onlar güman edirlər ki, heç bir hesab-kitab yoxdur). Şübhəsiz, pis əməl sahiblərinin cəza əməl dəftəri «Siccin»dədir.
8
Əl-Mütəffifin Surəsi, Ayə 8
وَمَآ أَدْرَىٰكَ مَا سِجِّينٌۭ
﴿8﴾
Oxunuşu (Transkripsiya):
Va ma adraka ma Siccin
Mişkini Tərcüməsi:
Və sən nə bilirsən ki, «Siccin» nədir?
9
Əl-Mütəffifin Surəsi, Ayə 9
Oxunuşu (Transkripsiya):
Kitabum marqum
Mişkini Tərcüməsi:
(O,) rəqəmlənmiş (yazılmış) (əhatəli) bir kitabdır (bütün pis əməl sahiblərinin cəzası orada qeyd olunmuşdur).
10
Əl-Mütəffifin Surəsi, Ayə 10
وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ
﴿10﴾
Oxunuşu (Transkripsiya):
Vailuny yavma'izil lil mukazzibin
Mişkini Tərcüməsi:
Vay halına o gün təkzib edənlərin.
11
Əl-Mütəffifin Surəsi, Ayə 11
ٱلَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ ٱلدِّينِ
﴿11﴾
Oxunuşu (Transkripsiya):
Allazina yukazzibuna bi yavmid din
Mişkini Tərcüməsi:
O kəslərin ki, cəza gününü təkzib edirlər.
12
Əl-Mütəffifin Surəsi, Ayə 12
وَمَا يُكَذِّبُ بِهِۦٓ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ
﴿12﴾
Oxunuşu (Transkripsiya):
Va ma yukazzibu bihi illa kullu mu'tadin asim
Mişkini Tərcüməsi:
Və onu ancaq həddini aşan daim günah edən şəxs təkzib edər.
13
Əl-Mütəffifin Surəsi, Ayə 13
إِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ
﴿13﴾
Oxunuşu (Transkripsiya):
Iza tutla'alaihi ayatuna qala asatirul avvalin
Mişkini Tərcüməsi:
O kəs ki, Bizim ayələrimiz ona oxunduğu zaman «Bu keçmişdəkilərin əfsanələridir» – deyər.
14
Əl-Mütəffifin Surəsi, Ayə 14
كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُوا۟ يَكْسِبُونَ
﴿14﴾
Oxunuşu (Transkripsiya):
Kalla bal rana 'ala qulubihim ma kanu yaksibun
Mişkini Tərcüməsi:
Belə deyildir (Bizim ayələrimiz əfsanə deyil), əslində onların qəlblərini qazandıqları (günahlar) paslandırmışdır.
15
Əl-Mütəffifin Surəsi, Ayə 15
كَلَّآ إِنَّهُمْ عَن رَّبِّهِمْ يَوْمَئِذٍۢ لَّمَحْجُوبُونَ
﴿15﴾
Oxunuşu (Transkripsiya):
Kalla innahum 'ar Rabbihim yavma'izil lamah cubun
Mişkini Tərcüməsi:
Belə deyil (Onların güman etdiyi kimi deyil,) şübhəsiz, o gün onlar Rəbbin(in lütfün)dən məhrum olacaqlar.
16
Əl-Mütəffifin Surəsi, Ayə 16
ثُمَّ إِنَّهُمْ لَصَالُوا۟ ٱلْجَحِيمِ
﴿16﴾
Oxunuşu (Transkripsiya):
Summa innahum lasa lul cahim
Mişkini Tərcüməsi:
Sonra onlar mütləq cəhənnəmə daxil olacaqlar, (onun hərarətini dadacaq və orada yanacaqlar.)
17
Əl-Mütəffifin Surəsi, Ayə 17
ثُمَّ يُقَالُ هَٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ
﴿17﴾
Oxunuşu (Transkripsiya):
Summa yuqalu hazal lazi kuntum bihi tukazzibun
Mişkini Tərcüməsi:
Sonra da onlara: «Bu, həmin təkzib və inkar etdiyinizdir!» deyiləcəkdir.
18
Əl-Mütəffifin Surəsi, Ayə 18
كَلَّآ إِنَّ كِتَٰبَ ٱلْأَبْرَارِ لَفِى عِلِّيِّينَ
﴿18﴾
Oxunuşu (Transkripsiya):
Kalla inna kitabal abrari lafi'Illiyyin
Mişkini Tərcüməsi:
Belə deyildir (hesab-kitabsız deyil), həqiqətən, yaxşı əməl sahiblərinin mükafat əməl dəftəri «İlliyyin»dədir.
19
Əl-Mütəffifin Surəsi, Ayə 19
وَمَآ أَدْرَىٰكَ مَا عِلِّيُّونَ
﴿19﴾
Oxunuşu (Transkripsiya):
Va ma adraka ma 'Illiyyun
Mişkini Tərcüməsi:
Sən nə bilirsən ki, «İlliyyin» nədir?
20
Əl-Mütəffifin Surəsi, Ayə 20
كِتَٰبٌۭ مَّرْقُومٌۭ
﴿20﴾
Oxunuşu (Transkripsiya):
Kitabum marqum
Mişkini Tərcüməsi:
(O,) rəqəmlənmiş (yazılmış) (əhatəli) bir kitabdır (yaxşıların mükafatı orada qeyd olunmuşdur),
21
Əl-Mütəffifin Surəsi, Ayə 21
يَشْهَدُهُ ٱلْمُقَرَّبُونَ
﴿21﴾
Oxunuşu (Transkripsiya):
Yaşhadu hul muqarra bun
Mişkini Tərcüməsi:
(Allah) dərgahına yaxın olanlar onu görərlər və mələklər onun yanında hazır olarlar.
22
Əl-Mütəffifin Surəsi, Ayə 22
إِنَّ ٱلْأَبْرَارَ لَفِى نَعِيمٍ
﴿22﴾
Oxunuşu (Transkripsiya):
Innal abrara lafi Na'im
Mişkini Tərcüməsi:
Şübhəsiz, yaxşı əməl sahibləri bolluca nemət içindədirlər.
23
Əl-Mütəffifin Surəsi, Ayə 23
عَلَى ٱلْأَرَآئِكِ يَنظُرُونَ
﴿23﴾
Oxunuşu (Transkripsiya):
'Alal ara'iki yanzurun
Mişkini Tərcüməsi:
Zinətlənmiş fəxri kürsülər üzərində (əyləşib) (Cənnət nemətlərinə və Haqqın camalına) tamaşa edərlər.
24
Əl-Mütəffifin Surəsi, Ayə 24
تَعْرِفُ فِى وُجُوهِهِمْ نَضْرَةَ ٱلنَّعِيمِ
﴿24﴾
Oxunuşu (Transkripsiya):
Ta'rifu fi vucuhihim nadratan na'im
Mişkini Tərcüməsi:
Sən onların üzlərində bolluca nemət sevinci və təravəti görərsən.
25
Əl-Mütəffifin Surəsi, Ayə 25
يُسْقَوْنَ مِن رَّحِيقٍۢ مَّخْتُومٍ
﴿25﴾
Oxunuşu (Transkripsiya):
Yusqavna mir rahiqim maxtum
Mişkini Tərcüməsi:
Onlara saf və xalis, möhürlənmiş şərabdan içirdilər.
26
Əl-Mütəffifin Surəsi, Ayə 26
خِتَٰمُهُۥ مِسْكٌۭ ۚ وَفِى ذَٰلِكَ فَلْيَتَنَافَسِ ٱلْمُتَنَٰفِسُونَ
﴿26﴾
Oxunuşu (Transkripsiya):
Xitamuhu misk; va fi zalika falyatanafasil Mutanafisun
Mişkini Tərcüməsi:
Onun möhrü müşkdəndir və son qurtumları müşk ətri verər. Qoy yarışanlar bu nemətlər üçün yarışsınlar! (Dünyada xeyir əməllərdə bir-birini ötsünlər).
27
Əl-Mütəffifin Surəsi, Ayə 27
وَمِزَاجُهُۥ مِن تَسْنِيمٍ
﴿27﴾
Oxunuşu (Transkripsiya):
Va mizacuhu min Tasnim
Mişkini Tərcüməsi:
Və o şərabın qarışığı (yuxarıdan aşağıya axan) «təsnim» (çeşməsin)dəndir.
28
Əl-Mütəffifin Surəsi, Ayə 28
عَيْنًۭا يَشْرَبُ بِهَا ٱلْمُقَرَّبُونَ
﴿28﴾
Oxunuşu (Transkripsiya):
'Ainaiy yaşrabu bihal muqarrabun
Mişkini Tərcüməsi:
O elə bir çeşmədir ki, ondan (Allah) dərgahına yaxın olanlar içərlər.
29
Əl-Mütəffifin Surəsi, Ayə 29
إِنَّ ٱلَّذِينَ أَجْرَمُوا۟ كَانُوا۟ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ يَضْحَكُونَ
﴿29﴾
Oxunuşu (Transkripsiya):
Innal lazina acramu kanu minal lazina amanu yazakun
Mişkini Tərcüməsi:
Həqiqətən, günahkarlar (dünyada) iman gətirənlərin halına gülürdülər.
30
Əl-Mütəffifin Surəsi, Ayə 30
وَإِذَا مَرُّوا۟ بِهِمْ يَتَغَامَزُونَ
﴿30﴾
Oxunuşu (Transkripsiya):
Va iza marru bihim yatağamazun
Mişkini Tərcüməsi:
Onların yanlarından keçərkən, (məsxərə edərək) qaş-gözlə bir-birinə işarə edirdilər.
31
Əl-Mütəffifin Surəsi, Ayə 31
وَإِذَا ٱنقَلَبُوٓا۟ إِلَىٰٓ أَهْلِهِمُ ٱنقَلَبُوا۟ فَكِهِينَ
﴿31﴾
Oxunuşu (Transkripsiya):
Va izan qalabu ila ahlihimun qalabu fakihin
Mişkini Tərcüməsi:
Öz adamlarının yanına dönəndə, (onlara məsxərə etdiklərinə görə) şad halda dönürdülər.
32
Əl-Mütəffifin Surəsi, Ayə 32
وَإِذَا رَأَوْهُمْ قَالُوٓا۟ إِنَّ هَٰٓؤُلَآءِ لَضَآلُّونَ
﴿32﴾
Oxunuşu (Transkripsiya):
Va iza ra avhum qalu inna ha'ula'i ladal lun
Mişkini Tərcüməsi:
Onları gördükdə: «Şübhəsiz, bunlar azmışlardır» – deyirdilər.
33
Əl-Mütəffifin Surəsi, Ayə 33
وَمَآ أُرْسِلُوا۟ عَلَيْهِمْ حَٰفِظِينَ
﴿33﴾
Oxunuşu (Transkripsiya):
Va ma ursilu 'alaihim hafizin
Mişkini Tərcüməsi:
Halbuki, onlar bunlar (möminlər) üzərində nəzarətçi göndərilməmişdilər (ki, onların haqq yola gəlmələrinə və ya azğınlıqda qalmalarına nəzarət etsinlər).
34
Əl-Mütəffifin Surəsi, Ayə 34
فَٱلْيَوْمَ ٱلَّذِينَ ءَامَنُوا۟ مِنَ ٱلْكُفَّارِ يَضْحَكُونَ
﴿34﴾
Oxunuşu (Transkripsiya):
Fal yavmal lazina amanu minal kuffari yazakun
Mişkini Tərcüməsi:
Bu gün (isə) iman gətirənlər kafirlərə gülərlər.
35
Əl-Mütəffifin Surəsi, Ayə 35
عَلَى ٱلْأَرَآئِكِ يَنظُرُونَ
﴿35﴾
Oxunuşu (Transkripsiya):
'Alal ara'iki yanzurun
Mişkini Tərcüməsi:
Onlar (Cənnət) taxtlar(ının) üzərində (əyləşərək Cənnətdəki- lərin və Cəhənnəmdəkilərin) halına tamaşa edərlər.
36
Əl-Mütəffifin Surəsi, Ayə 36
هَلْ ثُوِّبَ ٱلْكُفَّارُ مَا كَانُوا۟ يَفْعَلُونَ
﴿36﴾
Oxunuşu (Transkripsiya):
Hal suvvibal kuffaru ma kanu yaf'alun
Mişkini Tərcüməsi:
(Tamaşa edərlər ki,) görəsən kafirlərə, etdikləri əməllərinə görə cəza verildimi? (Ya batil əqidələri və əməlləri vücudlarında təcəssüm olunmaqla cəzalandırıldılarmı?)