82

Əl-İnfitar Surəsi

19 Ayə 30-ci Cüz Məkkə
سُورَةُ الإنفطار Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 82 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əl-İnfitar Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-İnfitar Surəsi, Ayə 1

إِذَا ٱلسَّمَآءُ ٱنفَطَرَتْ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Izas sama'un fatarat
Mişkini Tərcüməsi: Göy yarıldığı zaman,
2 Əl-İnfitar Surəsi, Ayə 2

وَإِذَا ٱلْكَوَاكِبُ ٱنتَثَرَتْ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Va izal kavakibun tasarat
Mişkini Tərcüməsi: Ulduzlar dağılıb səpələndiyi zaman,
3 Əl-İnfitar Surəsi, Ayə 3

وَإِذَا ٱلْبِحَارُ فُجِّرَتْ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Va izal biharu fuccirat
Mişkini Tərcüməsi: Dənizlər yarıldığı (və sular bir-birlərinə qarışdığı) yaxud qaynayıb dolduğu zaman,
4 Əl-İnfitar Surəsi, Ayə 4

وَإِذَا ٱلْقُبُورُ بُعْثِرَتْ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Va izal quburu bu'sirat
Mişkini Tərcüməsi: Qəbirlər alt-üst olduğu (və ölülər çölə atıldığı) zaman,
5 Əl-İnfitar Surəsi, Ayə 5

عَلِمَتْ نَفْسٌۭ مَّا قَدَّمَتْ وَأَخَّرَتْ ﴿5﴾

Oxunuşu (Transkripsiya): 'Alimat nafsum ma qaddamat va axxarat
Mişkini Tərcüməsi: Hər bir kəs öncədən göndərdiyi və ya təxirə saldığı şeyi biləcəkdir (dünyada etdiyi hər bir xeyir və şəri və özündən sonra qoyub getdiyi hər bir xeyir və şər adəti biləcəkdir).
6 Əl-İnfitar Surəsi, Ayə 6

يَٰٓأَيُّهَا ٱلْإِنسَٰنُ مَا غَرَّكَ بِرَبِّكَ ٱلْكَرِيمِ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Ya ayyuhal insanu ma ğarraka bi Rabbikal karim
Mişkini Tərcüməsi: Ey insan, səni kərim olan Rəbbinə qarşı məğrur edən nədir?! (ki, Onun tanrılığına qarşı küfr, kərəminə qarşı isə nankorluq etdin)?
7 Əl-İnfitar Surəsi, Ayə 7

ٱلَّذِى خَلَقَكَ فَسَوَّىٰكَ فَعَدَلَكَ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Allazi xalaqaka fasav vaka fa'adalak
Mişkini Tərcüməsi: O Allah ki, səni yaratdı və bədəninin üzvlərini (hər bir üzvü lazımi hikmətinə uyğun olaraq öz münasib yerində) düzəltdi və nizamladı və (lazımi işi ifa etmək üçün üzvlər arasında uyğunluq və ahəngdarlıq icad etməklə) qaydaya saldı və sahmanladı.
8 Əl-İnfitar Surəsi, Ayə 8

فِىٓ أَىِّ صُورَةٍۢ مَّا شَآءَ رَكَّبَكَ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Fi ayye suratim ma şa'a rakkabak
Mişkini Tərcüməsi: İstədiyi şəkildə (üzvlərin xüsusiyyətləri və bütünlüyü baxımından) sənə quruluş verdi.
9 Əl-İnfitar Surəsi, Ayə 9

كَلَّا بَلْ تُكَذِّبُونَ بِٱلدِّينِ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Kalla bal tukazzibuna bid din
Mişkini Tərcüməsi: Belə deyildir (siz təkcə Allahın kərəminə qarşı məğrurluq etməklə qalmırsınız) əslində siz «Cəza» gününü təkzib edirsiniz.
10 Əl-İnfitar Surəsi, Ayə 10

وَإِنَّ عَلَيْكُمْ لَحَٰفِظِينَ ﴿10﴾

Oxunuşu (Transkripsiya): Va inna 'alaikum laha fizin
Mişkini Tərcüməsi: Və əlbəttə, sizin üstünüzdə gözətçilər vardır.
11 Əl-İnfitar Surəsi, Ayə 11

كِرَامًۭا كَٰتِبِينَ ﴿11﴾

Oxunuşu (Transkripsiya): Kiraman katibin
Mişkini Tərcüməsi: Şərəfli (möhtərəm) yazanlar (mələklər vardır).
12 Əl-İnfitar Surəsi, Ayə 12

يَعْلَمُونَ مَا تَفْعَلُونَ ﴿12﴾

Oxunuşu (Transkripsiya): Ya'lamuna ma taf'alun
Mişkini Tərcüməsi: Onlar sizin nə etdiklərinizi (zahir və batini, ixlası və riyanı, kamal və nöqsan dərəcələrini) bilirlər.
13 Əl-İnfitar Surəsi, Ayə 13

إِنَّ ٱلْأَبْرَارَ لَفِى نَعِيمٍۢ ﴿13﴾

Oxunuşu (Transkripsiya): Innal abrara lafi na'im
Mişkini Tərcüməsi: Şübhəsiz, yaxşı əməl sahibləri (axirətdə) bolluca nemət içində olarlar.
14 Əl-İnfitar Surəsi, Ayə 14

وَإِنَّ ٱلْفُجَّارَ لَفِى جَحِيمٍۢ ﴿14﴾

Oxunuşu (Transkripsiya): Va innal fuccara lafi cahim
Mişkini Tərcüməsi: Və şübhəsiz, pis əməl sahibləri isə odlu Cəhənnəm içində olarlar.
15 Əl-İnfitar Surəsi, Ayə 15

يَصْلَوْنَهَا يَوْمَ ٱلدِّينِ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Yaslavnaha Yavmad Din
Mişkini Tərcüməsi: Cəza günü oraya daxil olarlar (onun hərarətini dadar və yanarlar.)
16 Əl-İnfitar Surəsi, Ayə 16

وَمَا هُمْ عَنْهَا بِغَآئِبِينَ ﴿16﴾

Oxunuşu (Transkripsiya): Va ma hum 'anha biğa 'ibin
Mişkini Tərcüməsi: Onlar əsla oradan çıxan deyillər (dünyada səbəbin məhdud əhatəsində olduqları kimi axirətdə də nəticənin əbədilik əhatəsində olarlar).
17 Əl-İnfitar Surəsi, Ayə 17

وَمَآ أَدْرَىٰكَ مَا يَوْمُ ٱلدِّينِ ﴿17﴾

Oxunuşu (Transkripsiya): Va ma adraka ma Yavmud Din
Mişkini Tərcüməsi: Və sən nə bilirsən ki, cəza günü nədir?!
18 Əl-İnfitar Surəsi, Ayə 18

ثُمَّ مَآ أَدْرَىٰكَ مَا يَوْمُ ٱلدِّينِ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Summa ma adraka ma Yavmud Din
Mişkini Tərcüməsi: Yenə də sən nə bilirsən ki, cəza günü nədir?!
19 Əl-İnfitar Surəsi, Ayə 19

يَوْمَ لَا تَمْلِكُ نَفْسٌۭ لِّنَفْسٍۢ شَيْـًۭٔا ۖ وَٱلْأَمْرُ يَوْمَئِذٍۢ لِّلَّهِ ﴿19﴾

Oxunuşu (Transkripsiya): Yavma la tamliku nafsul linafsin şai'anv valamru yavma'izil lillah
Mişkini Tərcüməsi: Elə bir gündür ki,(o gün) heç kəs başqası üçün bir iş görməyə qadir olmayacaqdır. O gün əmr yalnız Allaha məxsusdur
Əvvəlki: 81. Ət-Təkvir Bütün Surələr ↑ Növbəti: 83. Əl-Mütəffifin

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...