بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
وَٱلَّيْلِ إِذَا يَغْشَىٰ
﴿1﴾
Oxunuşu (Transkripsiya):
Vallaili iza yağşa
Mişkini Tərcüməsi:
And olsun (hər yeri zülmətə) bürüməkdə olan gecəyə;
وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ
﴿2﴾
Oxunuşu (Transkripsiya):
Vannahari iza tacalla
Mişkini Tərcüməsi:
And olsun, cilvələnməkdə olan gündüzə.
وَمَا خَلَقَ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰٓ
﴿3﴾
Oxunuşu (Transkripsiya):
Va ma xalaqaz zakara val unsa
Mişkini Tərcüməsi:
And olsun erkəyi və dişini (Adəmi və Həvvanı, hər bir canlının erkəyini, dişisini və hər bir bitkinin erkəyini və dişisini) yaradana ki,
إِنَّ سَعْيَكُمْ لَشَتَّىٰ
﴿4﴾
Oxunuşu (Transkripsiya):
Inna sa'yakum laşatta
Mişkini Tərcüməsi:
Həqiqətən, sizin səy və çalışmanız olduqca müxtəlifdir. (Bəzən bəxşiş, təqva və təsdiq üçün, bəzən isə xəsislik, özünü Allaha möhtac bilməmək və təkzib üçün çalışırsınız).
فَأَمَّا مَنْ أَعْطَىٰ وَٱتَّقَىٰ
﴿5﴾
Oxunuşu (Transkripsiya):
Fa amma man a'ta vattaqa
Mişkini Tərcüməsi:
Amma kim (öz malından və var-yoxundan Allah yolunda) bəxş etsə və təqvalı olsa,
وَصَدَّقَ بِٱلْحُسْنَىٰ
﴿6﴾
Oxunuşu (Transkripsiya):
Va saddaqa bil husna
Mişkini Tərcüməsi:
Və Allahın vədlərini təsdiq etsə,
فَسَنُيَسِّرُهُۥ لِلْيُسْرَىٰ
﴿7﴾
Oxunuşu (Transkripsiya):
Fasanu yassiruhu lilyusra
Mişkini Tərcüməsi:
Biz onu tezliklə asan olan yola (iman və itaətə) hazırlayarıq (elə bir ruh yüksəlişi verərik ki, təqva yolunu getmək onun üçün rahat olar).
وَأَمَّا مَنۢ بَخِلَ وَٱسْتَغْنَىٰ
﴿8﴾
Oxunuşu (Transkripsiya):
Va amma mam baxila vastağna
Mişkini Tərcüməsi:
Amma kim xəsislik etsə və özünü (Allaha və Onun yardımına) möhtac olmadığını sansa,
وَكَذَّبَ بِٱلْحُسْنَىٰ
﴿9﴾
Oxunuşu (Transkripsiya):
Va kazzaba bil husna
Mişkini Tərcüməsi:
Və İlahi vədləri təkzib etsə,
10
Əl-Leyl Surəsi, Ayə 10
فَسَنُيَسِّرُهُۥ لِلْعُسْرَىٰ
﴿10﴾
Oxunuşu (Transkripsiya):
Fasanu yassiruhu lil'usra
Mişkini Tərcüməsi:
Tezliklə onu çətin bir yola hazırlayarıq (elə bir əhval-ruhiyyə verərik ki, təqva yolunu getmək ona çətin olar).
11
Əl-Leyl Surəsi, Ayə 11
وَمَا يُغْنِى عَنْهُ مَالُهُۥٓ إِذَا تَرَدَّىٰٓ
﴿11﴾
Oxunuşu (Transkripsiya):
Va ma yuğni 'anhu maluhu iza taradda
Mişkini Tərcüməsi:
Və (bədbəxtlik uçurumuna, ya qəbir quyusuna, ya Cəhənnəmin dibinə) düşəcəyi zaman mal-dövlətinin ona heç bir faydası olmayacaq.
12
Əl-Leyl Surəsi, Ayə 12
إِنَّ عَلَيْنَا لَلْهُدَىٰ
﴿12﴾
Oxunuşu (Transkripsiya):
Inna 'alaina lal huda
Mişkini Tərcüməsi:
Şübhəsiz, (insanları din hökmlərinə, dünyada peyğəmbərin göstərişlərinə və sağlam ağıla uyğun yaşamağa) hidayət etmək Bizim öhdəmizdədir.
13
Əl-Leyl Surəsi, Ayə 13
وَإِنَّ لَنَا لَلْءَاخِرَةَ وَٱلْأُولَىٰ
﴿13﴾
Oxunuşu (Transkripsiya):
Va inna lana lal Aaxirata val ula
Mişkini Tərcüməsi:
Və şübhəsiz, axirət də dünya da (ilk yaradılan aləm və yox olduqdan sonra yenidən qaytarılan aləm) Bizə məxsusdur və Bizim iradəmizə tabedir.
14
Əl-Leyl Surəsi, Ayə 14
فَأَنذَرْتُكُمْ نَارًۭا تَلَظَّىٰ
﴿14﴾
Oxunuşu (Transkripsiya):
Fa anzartukum naran talazza
Mişkini Tərcüməsi:
Beləliklə, (Mən) sizi şölələnən oddan çəkindirdim.
15
Əl-Leyl Surəsi, Ayə 15
لَا يَصْلَىٰهَآ إِلَّا ٱلْأَشْقَى
﴿15﴾
Oxunuşu (Transkripsiya):
La yaslaha illal aşqa
Mişkini Tərcüməsi:
Ora yalnız ən azğın kafir girər və yanar.
16
Əl-Leyl Surəsi, Ayə 16
ٱلَّذِى كَذَّبَ وَتَوَلَّىٰ
﴿16﴾
Oxunuşu (Transkripsiya):
Allazi kazzaba va tavalla
Mişkini Tərcüməsi:
O kəs ki, (dünyada kafir oldu və peyğəmbərlərin dəvətini) təkzib etdi və (ondan) üz çevirdi.
17
Əl-Leyl Surəsi, Ayə 17
وَسَيُجَنَّبُهَا ٱلْأَتْقَى
﴿17﴾
Oxunuşu (Transkripsiya):
Va sa yucannnabuhal atqa
Mişkini Tərcüməsi:
Tezliklə ən təqvalı şəxslər ondan uzaqlaşdırılacaq (nicat tapacaq). (Amma ən təqvalı olmayanlar, bir də ən bədbəxt olmayan şəxslər – yəni fasiqlər də ondan uzaqlaşdırılar, ora yalnız ən bədbəxt şəxslər daxil olar).
18
Əl-Leyl Surəsi, Ayə 18
ٱلَّذِى يُؤْتِى مَالَهُۥ يَتَزَكَّىٰ
﴿18﴾
Oxunuşu (Transkripsiya):
Allazi yu'ti malahu yatazakka
Mişkini Tərcüməsi:
O kəs ki, paklanmaq (və ruhunun kamala yetməsi üçün) öz malını (Allah yolunda) verir
19
Əl-Leyl Surəsi, Ayə 19
وَمَا لِأَحَدٍ عِندَهُۥ مِن نِّعْمَةٍۢ تُجْزَىٰٓ
﴿19﴾
Oxunuşu (Transkripsiya):
Va ma li ahadin 'indahu min ni'matin tucza
Mişkini Tərcüməsi:
Və onun boynunda heç kəsin neməti və minnəti də yoxdur ki, bu, onun mükafatı olsun,
20
Əl-Leyl Surəsi, Ayə 20
إِلَّا ٱبْتِغَآءَ وَجْهِ رَبِّهِ ٱلْأَعْلَىٰ
﴿20﴾
Oxunuşu (Transkripsiya):
Illab tiğa'a vachi rabbihil a 'la
Mişkini Tərcüməsi:
O, ancaq özünün ən uca olan Rəbbinin razılığını qazanmaq üçün (belə edər).
21
Əl-Leyl Surəsi, Ayə 21
Oxunuşu (Transkripsiya):
Va lasavfa yarda
Mişkini Tərcüməsi:
Və əlbəttə, o, tezliklə (axirətdə Haqqın sonsuz lütfləri ilə) razı olacaqdır.