93

Əd-Duha Surəsi

11 Ayə 30-ci Cüz Məkkə
سُورَةُ الضحى Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 93 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əd-Duha Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əd-Duha Surəsi, Ayə 1

وَٱلضُّحَىٰ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Vad duha
Mişkini Tərcüməsi: And olsun günəşin doğmasına və aydın gündüzə.
2 Əd-Duha Surəsi, Ayə 2

وَٱلَّيْلِ إِذَا سَجَىٰ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Val laili iza saca
Mişkini Tərcüməsi: And olsun sakitləşməkdə və (hər yeri) bürüməkdə olan gecəyə ki,
3 Əd-Duha Surəsi, Ayə 3

مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Ma vad da'aka rabbuka va ma qala
Mişkini Tərcüməsi: (Ya Muhəmməd), Rəbbin səni tərk etməmiş və (sənə) acığı tutmayıb.
4 Əd-Duha Surəsi, Ayə 4

وَلَلْءَاخِرَةُ خَيْرٌۭ لَّكَ مِنَ ٱلْأُولَىٰ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Valal-axiratu xairul laka minal-ula
Mişkini Tərcüməsi: Və şübhəsiz, axirət sənin üçün dünyadan daha xeyirlidir.
5 Əd-Duha Surəsi, Ayə 5

وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰٓ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Va la savfa y'utika rabbuka fatarda
Mişkini Tərcüməsi: Həqiqətən, Rəbbin tezliklə sənə (o qədər) əta edər ki, (Ondan) razı qalarsan.
6 Əd-Duha Surəsi, Ayə 6

أَلَمْ يَجِدْكَ يَتِيمًۭا فَـَٔاوَىٰ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Alam ya cidka yatiman fa ava
Mişkini Tərcüməsi: Məgər (O) səni yetim ikən tapıb, sığınacaq və pənah vermədimi?! (Və məgər səni zəmanəndə yeganə və tək tapıb bütün aləmi ətrafında cəm etmədimi?)
7 Əd-Duha Surəsi, Ayə 7

وَوَجَدَكَ ضَآلًّۭا فَهَدَىٰ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Va va cadaka dal lan fahada
Mişkini Tərcüməsi: Və səni (din mərifətlərindən) xəbərsiz tapıb, (vəhy vasitəsilə) yol göstərdi.
8 Əd-Duha Surəsi, Ayə 8

وَوَجَدَكَ عَآئِلًۭا فَأَغْنَىٰ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Va va cadaka 'a-ilan fa ağna
Mişkini Tərcüməsi: Və səni fəqir və ehtiyac (içində) tapıb, ehtiyacsız etdi.
9 Əd-Duha Surəsi, Ayə 9

فَأَمَّا ٱلْيَتِيمَ فَلَا تَقْهَرْ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Fa am mal yatima fala taqhar
Mişkini Tərcüməsi: Belə isə əsla yetimi alçaltma və qovma!
10 Əd-Duha Surəsi, Ayə 10

وَأَمَّا ٱلسَّآئِلَ فَلَا تَنْهَرْ ﴿10﴾

Oxunuşu (Transkripsiya): Va am mas sa-ila fala tanhar
Mişkini Tərcüməsi: Və dilənçini (də) acıqla qovma.
11 Əd-Duha Surəsi, Ayə 11

وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ ﴿11﴾

Oxunuşu (Transkripsiya): Va amma bi ni'mati rabbika fahad dis
Mişkini Tərcüməsi: Və Rəbbinin (sənə əta etdiyi) nemətindən söhbət aç! (De ki, sən özün Allahın varlıq aləminə olan ilk hədiyyəsisən, yaradılış qapısının fəth olunma vasitəsisən, ən kamil insaniyyətə, ən kamil ağıla, əzəmətli əxlaqa, peyğəmbərliyin xətm olunmasına, ən dolğun bir dinə, əbədilik Qurana, zat müqəddəsliyinə və canişinlərin ismətinə maliksən).
Əvvəlki: 92. Əl-Leyl Bütün Surələr ↑ Növbəti: 94. Əş-Şərh (Əl-İnşirah)

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...