96

Əl-Ələq Surəsi

19 Ayə 30-ci Cüz Məkkə
سُورَةُ العلق Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 96 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əl-Ələq Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Ələq Surəsi, Ayə 1

ٱقْرَأْ بِٱسْمِ رَبِّكَ ٱلَّذِى خَلَقَ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Iqra bismi rab bikal lazi xalaq
Mişkini Tərcüməsi: Oxu! (Bu kitabı bütün məxluqatı) yaradan Rəbbinin adı ilə,
2 Əl-Ələq Surəsi, Ayə 2

خَلَقَ ٱلْإِنسَٰنَ مِنْ عَلَقٍ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Xalaqal insana min 'alaq
Mişkini Tərcüməsi: O, insanı (Adəm övladını) laxtalanmış qandan yaratdı.
3 Əl-Ələq Surəsi, Ayə 3

ٱقْرَأْ وَرَبُّكَ ٱلْأَكْرَمُ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Iqra va rab bukal akram
Mişkini Tərcüməsi: Oxu (və tərəddüd etmə) ki, sənin Rəbbin (bütün kərimlərdən) daha kərimdir. (O səni oxuma-yazma bilməsən belə oxuda bilər).
4 Əl-Ələq Surəsi, Ayə 4

ٱلَّذِى عَلَّمَ بِٱلْقَلَمِ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Al lazi 'allama bil qalam
Mişkini Tərcüməsi: O (Rəbbin) ki, (bəşərə) qələm vasitəsilə elm öyrətdi.
5 Əl-Ələq Surəsi, Ayə 5

عَلَّمَ ٱلْإِنسَٰنَ مَا لَمْ يَعْلَمْ ﴿5﴾

Oxunuşu (Transkripsiya): 'Al lamal insana ma lam y'alam
Mişkini Tərcüməsi: İnsana bilmədiyini öyrətdi.
6 Əl-Ələq Surəsi, Ayə 6

كَلَّآ إِنَّ ٱلْإِنسَٰنَ لَيَطْغَىٰٓ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Kalla innal insana layatğa
Mişkini Tərcüməsi: (İnsan bu nemətlər üçün şükr edirmi?! Xeyr) Belə deyil, (əksinə insan) həqiqətən, azğınlıq edər!
7 Əl-Ələq Surəsi, Ayə 7

أَن رَّءَاهُ ٱسْتَغْنَىٰٓ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Ar-ra ahus tağna
Mişkini Tərcüməsi: Özünü ehtiyacsız gördüyü üçün.
8 Əl-Ələq Surəsi, Ayə 8

إِنَّ إِلَىٰ رَبِّكَ ٱلرُّجْعَىٰٓ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Innna ila rabbikar ruc'a
Mişkini Tərcüməsi: Şübhəsiz, (bütün canlıların öldükdən sonra dönüşü) sənin Rəbbinədir.
9 Əl-Ələq Surəsi, Ayə 9

أَرَءَيْتَ ٱلَّذِى يَنْهَىٰ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Ara-aital lazi yanha
Mişkini Tərcüməsi: Mənə de, məgər o kəs ki, mane olur.
10 Əl-Ələq Surəsi, Ayə 10

عَبْدًا إِذَا صَلَّىٰٓ ﴿10﴾

Oxunuşu (Transkripsiya): 'Abdan iza salla
Mişkini Tərcüməsi: Bir bəndəyə namaz qıldığı vaxt (məgər o, əzaba layiq deyilmi)?!
11 Əl-Ələq Surəsi, Ayə 11

أَرَءَيْتَ إِن كَانَ عَلَى ٱلْهُدَىٰٓ ﴿11﴾

Oxunuşu (Transkripsiya): Ara-aita in kana 'alal huda
Mişkini Tərcüməsi: Mənə de, əgər (namaz qılan şəxs) doğru yoldadırsa,
12 Əl-Ələq Surəsi, Ayə 12

أَوْ أَمَرَ بِٱلتَّقْوَىٰٓ ﴿12﴾

Oxunuşu (Transkripsiya): Au amara bit taqva
Mişkini Tərcüməsi: Yaxud (başqalarını) təqvalı olmağa çağırırsa (onda ona mane olmaq yaxşı bir işdirmi)?!
13 Əl-Ələq Surəsi, Ayə 13

أَرَءَيْتَ إِن كَذَّبَ وَتَوَلَّىٰٓ ﴿13﴾

Oxunuşu (Transkripsiya): Ara-aita in kaz zaba va ta valla
Mişkini Tərcüməsi: Mənə de, əgər (bu mane olan haqqı) təkzib edir və üz döndərirsə (məgər əzaba layiq deyildirmi)?!
14 Əl-Ələq Surəsi, Ayə 14

أَلَمْ يَعْلَم بِأَنَّ ٱللَّهَ يَرَىٰ ﴿14﴾

Oxunuşu (Transkripsiya): Alam y'alam bi-an nal laha yara
Mişkini Tərcüməsi: Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!
15 Əl-Ələq Surəsi, Ayə 15

كَلَّا لَئِن لَّمْ يَنتَهِ لَنَسْفَعًۢا بِٱلنَّاصِيَةِ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Kalla la illam yantahi la nasfa'am bin nasiyah
Mişkini Tərcüməsi: Belə deyildir! (Onun güman etdiyi kimi deyil. O güman edir ki, ona əzab verməyəcəyik). Şübhəsiz, əgər (inadından) əl çəkməsə, onun kəkilindən yapışıb (əzaba doğru) sürüyəcəyik.
16 Əl-Ələq Surəsi, Ayə 16

نَاصِيَةٍۢ كَٰذِبَةٍ خَاطِئَةٍۢ ﴿16﴾

Oxunuşu (Transkripsiya): Nasiyatin kazi batin xatiyah
Mişkini Tərcüməsi: (Yolunu azmış) günahkar yalançının kəkilindən!
17 Əl-Ələq Surəsi, Ayə 17

فَلْيَدْعُ نَادِيَهُۥ ﴿17﴾

Oxunuşu (Transkripsiya): Fal yad'u nadiyah
Mişkini Tərcüməsi: (Əgər istəyirsə) öz tərəfdarlarını (köməyə) çağırsın.
18 Əl-Ələq Surəsi, Ayə 18

سَنَدْعُ ٱلزَّبَانِيَةَ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Sanad 'uz zabaniyah
Mişkini Tərcüməsi: Biz də od məmurlarını çağırarıq.
19 Əl-Ələq Surəsi, Ayə 19

كَلَّا لَا تُطِعْهُ وَٱسْجُدْ وَٱقْتَرِب ۩ ﴿19﴾

Oxunuşu (Transkripsiya): Kalla; la tuti'hu vascud vaqtarib
Mişkini Tərcüməsi: Belə deyildir (o heç bir şey edə bilməz) Sən əsla ona itaət etmə! (Öz Rəbbinə) səcdə et və Ona yaxın ol!
Əvvəlki: 95. Ət-Tin Bütün Surələr ↑ Növbəti: 97. Əl-Qədr

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...