95

Ət-Tin Surəsi

8 Ayə 30-ci Cüz Məkkə
سُورَةُ التين Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 95 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Ət-Tin Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Ət-Tin Surəsi, Ayə 1

بِّسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلتِّينِ وَٱلزَّيْتُونِ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Vat tini vaz zaitun
Mişkini Tərcüməsi: And olsun əncirə və onun ağacına, zeytuna və onun ağacına (və ya Dəməşqdə və Beytül-Müqəddəsdə olan iki dağa – «Tin» və «Zeytun» dağlarına).
2 Ət-Tin Surəsi, Ayə 2

وَطُورِ سِينِينَ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Va turi sinin
Mişkini Tərcüməsi: Və and olsun Sina dağına (Allah Musa ilə orada danışmış və Tövratı üç gün dalbadal ayaq üstə qalan Musanın qulağına çatdırmış, onun qəlbinə nazil etmişdi).
3 Ət-Tin Surəsi, Ayə 3

وَهَٰذَا ٱلْبَلَدِ ٱلْأَمِينِ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Va hazal balad-il amin
Mişkini Tərcüməsi: Və and olsun bu əmin-amanlıq (olan) şəhərə (şəriət baxımından toxunulmaz olan Məkkeyi-Müəzzəməyə) ki,
4 Ət-Tin Surəsi, Ayə 4

لَقَدْ خَلَقْنَا ٱلْإِنسَٰنَ فِىٓ أَحْسَنِ تَقْوِيمٍۢ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Laqad xalaqnal insana fi ahsani taqvim
Mişkini Tərcüməsi: Həqiqətən, Biz insanı(n cismini və ruhunu) ən gözəl bir biçimdə yaratdıq (ona düzgün qamət, mütənasib üzvlər, düşünən beyin və fəzilətlərə qadir olan bir ruh verdik).
5 Ət-Tin Surəsi, Ayə 5

ثُمَّ رَدَدْنَٰهُ أَسْفَلَ سَٰفِلِينَ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Summa ra dad nahu asfala safilin
Mişkini Tərcüməsi: Sonra isə onu rəzillərin ən aşağı dərəcəsinə qaytardıq (maddi cəhətdən cismi və fikri zəiflik halında, mənəvi cəhətdən – bütün dəlillər təqdim edilib tamamlandıqdan sonra – cəhl və bədbəxtlik halında buraxarıq).
6 Ət-Tin Surəsi, Ayə 6

إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍۢ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Ill-lal lazina amanu va 'amilus salihati; falahum acrun ğairu mamnun
Mişkini Tərcüməsi: Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa. Onlar üçün minnətsiz və saysız-hesabsız bir mükafat vardır.
7 Ət-Tin Surəsi, Ayə 7

فَمَا يُكَذِّبُكَ بَعْدُ بِٱلدِّينِ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Fama yu kaz zibuka b'adu bid din
Mişkini Tərcüməsi: Belə isə (ey insan), bundan sonra səni cəza (gününü) təkzib etməyə vadar edən nədir?!
8 Ət-Tin Surəsi, Ayə 8

أَلَيْسَ ٱللَّهُ بِأَحْكَمِ ٱلْحَٰكِمِينَ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Alai sal lahu bi-ahkamil hakimin
Mişkini Tərcüməsi: Məgər Allah hökm edənlərin, hakimlərin ən yaxşısı deyilmi?
Əvvəlki: 94. Əş-Şərh (Əl-İnşirah) Bütün Surələr ↑ Növbəti: 96. Əl-Ələq

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...