87

Əl-Əla Surəsi

19 Ayə 30-ci Cüz Məkkə
سُورَةُ الأعلى Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 87 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əl-Əla Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Əla Surəsi, Ayə 1

سَبِّحِ ٱسْمَ رَبِّكَ ٱلْأَعْلَى ﴿1﴾

Oxunuşu (Transkripsiya): Sabbihisma Rabbikal A'la
Mişkini Tərcüməsi: Ən üstün və uca olan Rəbbinin adını pak və müqəddəs tut! (Dillə Onun paklığına sitayiş et, qəlblə Onu hər bir eyb və nöqsandan pak bil, və Ona məxsus adları Ondan başqasına aid etmə, o adları təhrif etmə və nalayiq yozumlar etmə.)
2 Əl-Əla Surəsi, Ayə 2

ٱلَّذِى خَلَقَ فَسَوَّىٰ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Allazi xalaqa fasavva
Mişkini Tərcüməsi: O kəs ki, (hər bir varlığı) xəlq etdi və (onun tərkib hissələrini yaradılışındakı əsl məqsədə uyğun olaraq) qaydaya saldı (nizamladı).
3 Əl-Əla Surəsi, Ayə 3

وَٱلَّذِى قَدَّرَ فَهَدَىٰ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Vallazi qaddara fahada
Mişkini Tərcüməsi: Və o kəs ki, (hər bir məxluq üçün kəmiyyət və keyfiyyət baxımından) bir əndazə (ölçü) qoydu, beləliklə də (onları öz kamilliklərinə doğru) yönəltdi.
4 Əl-Əla Surəsi, Ayə 4

وَٱلَّذِىٓ أَخْرَجَ ٱلْمَرْعَىٰ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Vallazi axracal mar'a
Mişkini Tərcüməsi: O kəs ki, (yerin köksündən) otlaq çıxartdı.
5 Əl-Əla Surəsi, Ayə 5

فَجَعَلَهُۥ غُثَآءً أَحْوَىٰ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Faca'alahu ğusa'an ahva
Mişkini Tərcüməsi: (Al-əlvan rənglərə boyandıqdan) sonra onu qara rəngli quru çör-çöpə döndərdi.
6 Əl-Əla Surəsi, Ayə 6

سَنُقْرِئُكَ فَلَا تَنسَىٰٓ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Sanuqri'uka fala tansa
Mişkini Tərcüməsi: (Ya Peyğəmbər!) Tezliklə sənə (bütün Quranı – əzəli elmdə və Lövhi-Məhfuzda olan əsl tənzimi ilə) oxudarıq, belə ki, əsla unutmazsan.
7 Əl-Əla Surəsi, Ayə 7

إِلَّا مَا شَآءَ ٱللَّهُ ۚ إِنَّهُۥ يَعْلَمُ ٱلْجَهْرَ وَمَا يَخْفَىٰ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Illa ma şa'al lah; innahu ya'lamul cahra va ma yaxfa
Mişkini Tərcüməsi: Allahın istədiyindən başqa (ki, əsla istəməz də, lakin Onun qüdrəti daim məhfuzdur), həqiqətən, O, aşkar olanı da, gizli olanı da bilir.
8 Əl-Əla Surəsi, Ayə 8

وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Va nu-yassiruka lilyusra
Mişkini Tərcüməsi: Və səni (dəvətdə və hidayətdə olan) ən asan yol üçün hazır və müyəssər edərik.
9 Əl-Əla Surəsi, Ayə 9

فَذَكِّرْ إِن نَّفَعَتِ ٱلذِّكْرَىٰ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Fazakkir in nafa'atizzikra
Mişkini Tərcüməsi: Əgər öyüd - nəsihət fayda verəcəksə (onlara) öyüd-nəsihət ver,
10 Əl-Əla Surəsi, Ayə 10

سَيَذَّكَّرُ مَن يَخْشَىٰ ﴿10﴾

Oxunuşu (Transkripsiya): Sa yazzakkaru maiyaxşa
Mişkini Tərcüməsi: (Allahdan) qorxmaq qabiliyyətinə malik olan şəxs tezliklə öyüd-nəsihət alacaqdır.
11 Əl-Əla Surəsi, Ayə 11

وَيَتَجَنَّبُهَا ٱلْأَشْقَى ﴿11﴾

Oxunuşu (Transkripsiya): Va yatacannabuhal aşqa
Mişkini Tərcüməsi: Ən bədbəxt şəxs (və Allahdan qorxmayan), ondan (öyüd-nəsihətdən) uzaqlaşar.
12 Əl-Əla Surəsi, Ayə 12

ٱلَّذِى يَصْلَى ٱلنَّارَ ٱلْكُبْرَىٰ ﴿12﴾

Oxunuşu (Transkripsiya): Allazi yaslan Naral kubra
Mişkini Tərcüməsi: O kəs ki, ən böyük oda girəcək və yanacaqdır.
13 Əl-Əla Surəsi, Ayə 13

ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ ﴿13﴾

Oxunuşu (Transkripsiya): Summa la yamutu fiha va la yahya
Mişkini Tərcüməsi: Sonra isə orada nə (həqiqətən,) öləcək və nə də (rahat) yaşayacaqdır.
14 Əl-Əla Surəsi, Ayə 14

قَدْ أَفْلَحَ مَن تَزَكَّىٰ ﴿14﴾

Oxunuşu (Transkripsiya): Qad aflaha man tazakka
Mişkini Tərcüməsi: Həqiqətən, nicat tapdı (o kəs) ki, özünü (fəsadlı əqidələrdən, əxlaqi rəzalətlərdən və çirkin əməllərdən) pak etdi, təkamülə yetişdi və zəkat verdi
15 Əl-Əla Surəsi, Ayə 15

وَذَكَرَ ٱسْمَ رَبِّهِۦ فَصَلَّىٰ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Va zakaras ma Rabbihi fasalla
Mişkini Tərcüməsi: Və öz Rəbbinin adını zikr etdi və namaz qıldı.
16 Əl-Əla Surəsi, Ayə 16

بَلْ تُؤْثِرُونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا ﴿16﴾

Oxunuşu (Transkripsiya): Bal tu'sirunal hayatad dunya
Mişkini Tərcüməsi: Lakin (siz o nicatın sorağına getmirsiniz), əksinə, siz dünya həyatını üstün tutursunuz.
17 Əl-Əla Surəsi, Ayə 17

وَٱلْءَاخِرَةُ خَيْرٌۭ وَأَبْقَىٰٓ ﴿17﴾

Oxunuşu (Transkripsiya): Val Aaxiratu xairunv va abqa
Mişkini Tərcüməsi: Halbuki axirət daha xeyirli və daha baqidir.
18 Əl-Əla Surəsi, Ayə 18

إِنَّ هَٰذَا لَفِى ٱلصُّحُفِ ٱلْأُولَىٰ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Inna haza lafis suhu fil ula
Mişkini Tərcüməsi: Həqiqətən, bu (deyilənlər: mənəvi paklıq və nicat, öyüd-nəsihət və namaz, dünyanı axirətdən üstün tutma) bütün keçmiş səmavi kitablarda yazılmışdır.
19 Əl-Əla Surəsi, Ayə 19

صُحُفِ إِبْرَٰهِيمَ وَمُوسَىٰ ﴿19﴾

Oxunuşu (Transkripsiya): Suhufi Ibrahima va Musa
Mişkini Tərcüməsi: İbrahimin və Musanın kitablarında.
Əvvəlki: 86. Ət-Tariq Bütün Surələr ↑ Növbəti: 88. Əl-Ğaşiyə

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...