88

Əl-Ğaşiyə Surəsi

26 Ayə 30-ci Cüz Məkkə
سُورَةُ الغاشية Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 88 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əl-Ğaşiyə Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Ğaşiyə Surəsi, Ayə 1

هَلْ أَتَىٰكَ حَدِيثُ ٱلْغَٰشِيَةِ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Hal ataka hadisul ğaşiyah
Mişkini Tərcüməsi: (Dəhşəti bütün aləmi) bürüyəcək hadisənin (Qiyamətin) xəbəri sənə yetişdimi?
2 Əl-Ğaşiyə Surəsi, Ayə 2

وُجُوهٌۭ يَوْمَئِذٍ خَٰشِعَةٌ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Vucuhuny yavma 'izin xaşi'ah
Mişkini Tərcüməsi: O gün (bəzi) üzlər zəlil və çökmüş olar.
3 Əl-Ğaşiyə Surəsi, Ayə 3

عَامِلَةٌۭ نَّاصِبَةٌۭ ﴿3﴾

Oxunuşu (Transkripsiya): 'Aamilatun nasibah
Mişkini Tərcüməsi: Onlar (əbəs yerə) səy edənlər, zəhmətə düşənlərdir. (Onların dünyəvi əməlləri axirət əzab-əziyyətinə səbəb olar). Yaxud da axirət əzabının içərisində əziyyət çəkənlərdir.
4 Əl-Ğaşiyə Surəsi, Ayə 4

تَصْلَىٰ نَارًا حَامِيَةًۭ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Tasla naran hamiyah
Mişkini Tərcüməsi: Çox hərarətli oda girəcəklər, onun hərarətini dadacaq və yanacaqlar.
5 Əl-Ğaşiyə Surəsi, Ayə 5

تُسْقَىٰ مِنْ عَيْنٍ ءَانِيَةٍۢ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Tusqa min 'aynin aniyah
Mişkini Tərcüməsi: Qaynar bulaqdan içirdiləcəklər.
6 Əl-Ğaşiyə Surəsi, Ayə 6

لَّيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِن ضَرِيعٍۢ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Laisa lahum ta'amun illa min dari'
Mişkini Tərcüməsi: Onların yeməyi qurumuş, acı tikandan başqa bir şey olmaz. (Onu heç heyvanlar da yeməz).
7 Əl-Ğaşiyə Surəsi, Ayə 7

لَّا يُسْمِنُ وَلَا يُغْنِى مِن جُوعٍۢ ﴿7﴾

Oxunuşu (Transkripsiya): La yusminu va la yuğni min cu'
Mişkini Tərcüməsi: (O yemək onları) nə kökəldər və nə də aclıqdan qurtarar.
8 Əl-Ğaşiyə Surəsi, Ayə 8

وُجُوهٌۭ يَوْمَئِذٍۢ نَّاعِمَةٌۭ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Vucuhuny yavma 'izin na'imah
Mişkini Tərcüməsi: O gün (bəzi) üzlər (isə) şad və təravətli olar.
9 Əl-Ğaşiyə Surəsi, Ayə 9

لِّسَعْيِهَا رَاضِيَةٌۭ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Lisa'yiha radiyah
Mişkini Tərcüməsi: Onlar öz (dünyəvi) səylərindən razı və xoşnud olacaqlar.
10 Əl-Ğaşiyə Surəsi, Ayə 10

فِى جَنَّةٍ عَالِيَةٍۢ ﴿10﴾

Oxunuşu (Transkripsiya): Fi cannatin 'aliyah
Mişkini Tərcüməsi: Ali və uca məqamlı Cənnətdə olarlar.
11 Əl-Ğaşiyə Surəsi, Ayə 11

لَّا تَسْمَعُ فِيهَا لَٰغِيَةًۭ ﴿11﴾

Oxunuşu (Transkripsiya): La tasma'u fiha lağiyah
Mişkini Tərcüməsi: Əsla orada boş və bihudə bir söz eşitməzsən və eşitməzlər.
12 Əl-Ğaşiyə Surəsi, Ayə 12

فِيهَا عَيْنٌۭ جَارِيَةٌۭ ﴿12﴾

Oxunuşu (Transkripsiya): Fiha 'aynun cariyah
Mişkini Tərcüməsi: Orada daim axan bulaq var.
13 Əl-Ğaşiyə Surəsi, Ayə 13

فِيهَا سُرُرٌۭ مَّرْفُوعَةٌۭ ﴿13﴾

Oxunuşu (Transkripsiya): Fiha sururum marfu'ah
Mişkini Tərcüməsi: Orada uca, qiymətli taxtlar var.
14 Əl-Ğaşiyə Surəsi, Ayə 14

وَأَكْوَابٌۭ مَّوْضُوعَةٌۭ ﴿14﴾

Oxunuşu (Transkripsiya): Va akvabum mavdu 'ah
Mişkini Tərcüməsi: (Bulağın yanında onların qarşısına) piyalələr qoyulmuşdur.
15 Əl-Ğaşiyə Surəsi, Ayə 15

وَنَمَارِقُ مَصْفُوفَةٌۭ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Va namariqu masfufah
Mişkini Tərcüməsi: Bir-birinin yanına düzülmüş yastıqlar
16 Əl-Ğaşiyə Surəsi, Ayə 16

وَزَرَابِىُّ مَبْثُوثَةٌ ﴿16﴾

Oxunuşu (Transkripsiya): Va zarabiyyu mabsusah
Mişkini Tərcüməsi: (Və döşənmiş, dəbdəbəli) xalçalar (vardır)
17 Əl-Ğaşiyə Surəsi, Ayə 17

أَفَلَا يَنظُرُونَ إِلَى ٱلْإِبِلِ كَيْفَ خُلِقَتْ ﴿17﴾

Oxunuşu (Transkripsiya): Afala yanzuruna ilalibili kaifa xuliqat
Mişkini Tərcüməsi: Məgər onlar dəvəyə baxmırlarmı ki, necə yaradılmışdır?
18 Əl-Ğaşiyə Surəsi, Ayə 18

وَإِلَى ٱلسَّمَآءِ كَيْفَ رُفِعَتْ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Va ilas sama'i kaifa rufi'at
Mişkini Tərcüməsi: Və göyü (görmürlər) ki, necə ucaldılmışdır?
19 Əl-Ğaşiyə Surəsi, Ayə 19

وَإِلَى ٱلْجِبَالِ كَيْفَ نُصِبَتْ ﴿19﴾

Oxunuşu (Transkripsiya): Va ilal cibali kaifa nusibat
Mişkini Tərcüməsi: Və dağlara (baxmırlar) ki, (yerin səthinə) necə mıxlanmış və qamətləri dikəlmişdir?
20 Əl-Ğaşiyə Surəsi, Ayə 20

وَإِلَى ٱلْأَرْضِ كَيْفَ سُطِحَتْ ﴿20﴾

Oxunuşu (Transkripsiya): Va ilal ardi kaifa sutihat
Mişkini Tərcüməsi: Və bu yeri (görmürlər) ki, necə döşənmiş və düzənlənmişdır?
21 Əl-Ğaşiyə Surəsi, Ayə 21

فَذَكِّرْ إِنَّمَآ أَنتَ مُذَكِّرٌۭ ﴿21﴾

Oxunuşu (Transkripsiya): Fazakkir innama anta Muzakkir
Mişkini Tərcüməsi: Belə isə, öyüd-nəsihət ver ki, sən (Peyğəmbər olaraq) ancaq öyüd-nəsihət verənsən.
22 Əl-Ğaşiyə Surəsi, Ayə 22

لَّسْتَ عَلَيْهِم بِمُصَيْطِرٍ ﴿22﴾

Oxunuşu (Transkripsiya): Lasta 'alaihim bimusaitir
Mişkini Tərcüməsi: Sən onların üzərində hakim deyilsən (onların qəlbinə hakim deyilsən ki, onları iman gətirməyə məcbur edəsən, nə də onların cəmiyyətlərinə hakim deyilsən ki, zorla hökm yürüdəsən və nə onların talelərinə hakim deyilsən ki, onlara axirət cəzası verəsən).
23 Əl-Ğaşiyə Surəsi, Ayə 23

إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ ﴿23﴾

Oxunuşu (Transkripsiya): Illa man tavalla va kafar
Mişkini Tərcüməsi: (Öyüd-nəsihət verməyinə davam et,) lakin kim (sənin öyüd-nəsihətindən sonra) üz çevirər və kafir olarsa,
24 Əl-Ğaşiyə Surəsi, Ayə 24

فَيُعَذِّبُهُ ٱللَّهُ ٱلْعَذَابَ ٱلْأَكْبَرَ ﴿24﴾

Oxunuşu (Transkripsiya): Fa yu'azzibuhul lahul 'azabal akbar
Mişkini Tərcüməsi: Allah ona ən böyük əzabla əzab verər.
25 Əl-Ğaşiyə Surəsi, Ayə 25

إِنَّ إِلَيْنَآ إِيَابَهُمْ ﴿25﴾

Oxunuşu (Transkripsiya): Inna ilaina iyabahum
Mişkini Tərcüməsi: Şübhəsiz ki, onların axır dönüşü Bizə tərəfdir!
26 Əl-Ğaşiyə Surəsi, Ayə 26

ثُمَّ إِنَّ عَلَيْنَا حِسَابَهُم ﴿26﴾

Oxunuşu (Transkripsiya): Summa inna 'alaina hisabahum
Mişkini Tərcüməsi: Bu zaman, şübhəsiz, onları haqq-hesaba çəkmək də Bizim öhdəmizdədir.
Əvvəlki: 87. Əl-Əla Bütün Surələr ↑ Növbəti: 89. Əl-Fəcr

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...