8

Əl-Ənfal Surəsi

75 Ayə 9-ci Cüz Mədinə
سُورَةُ الأنفال Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 8 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əl-Ənfal Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Ənfal Surəsi, Ayə 1

يَسْـَٔلُونَكَ عَنِ ٱلْأَنفَالِ ۖ قُلِ ٱلْأَنفَالُ لِلَّهِ وَٱلرَّسُولِ ۖ فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَصْلِحُوا۟ ذَاتَ بَيْنِكُمْ ۖ وَأَطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥٓ إِن كُنتُم مُّؤْمِنِينَ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Yas'alunaka 'anil anfali qulil anfalu lillahi var Rasuli fattaqul laha va ahlihu zata bainikum va ati'ul laha va Rasulahu in kuntum mu'minin
Mişkini Tərcüməsi: Səndən «ənfal» (bu ayənin nazil edilməsinə səbəb olan döyüş qənimətləri də nümunələrindən biri olan müxtəlif adlı çoxlu ümumi mallar) barəsində soruşurlar, de: «Ənfal» Allaha və Onun Peyğəmbərinə məxsusdur (onların həqiqi sahibi Allah, şərti sahibi isə Onun nümayəndəsi olaraq Peyğəmbərdir). Odur ki, Allahdan qorxun, aralarınızdakı əlaqələri düzəldin (və «ənfal» üstündə mübahisə və dava-dalaş etməyin) və əgər möminsinizsə, Allaha və Onun Peyğəmbərinə itaət edin».
2 Əl-Ənfal Surəsi, Ayə 2

إِنَّمَا ٱلْمُؤْمِنُونَ ٱلَّذِينَ إِذَا ذُكِرَ ٱللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ ءَايَٰتُهُۥ زَادَتْهُمْ إِيمَٰنًۭا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Innamal mu'minunal lazina iza zukiral lahu vacilat qulubuhum va iza tuliyat 'alaihim Aayatuhu zadat hum imananv va 'ala Rabbihim yatavakkalun
Mişkini Tərcüməsi: Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər.
3 Əl-Ənfal Surəsi, Ayə 3

ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَمِمَّا رَزَقْنَٰهُمْ يُنفِقُونَ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Allazina yuqimunas Salata va mimma razaqnahum yunfiqun
Mişkini Tərcüməsi: Həmin o kəslər ki, namaz qılar və onlara ruzi olaraq verdiyimizdən (həm maddi və həm də mənəvi ruzilərindən Allah yolunda) xərcləyərlər.
4 Əl-Ənfal Surəsi, Ayə 4

أُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُؤْمِنُونَ حَقًّۭا ۚ لَّهُمْ دَرَجَٰتٌ عِندَ رَبِّهِمْ وَمَغْفِرَةٌۭ وَرِزْقٌۭ كَرِيمٌۭ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Ula'ika humul mu'minuna haqqa; lahum daracatun 'inda Rabbihim va mağ firatunv va rizqun karim
Mişkini Tərcüməsi: Onlardır həqiqi möminlər! Onlar üçün Rəbblərinin yanında (dünyada və axirətdə Allaha yaxınlıq və mənəvi kəramətlərdən ibarət) dərəcələr, bağışlanma, gözəl və bəyənilmiş ruzi vardır.
5 Əl-Ənfal Surəsi, Ayə 5

كَمَآ أَخْرَجَكَ رَبُّكَ مِنۢ بَيْتِكَ بِٱلْحَقِّ وَإِنَّ فَرِيقًۭا مِّنَ ٱلْمُؤْمِنِينَ لَكَٰرِهُونَ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Kama axracaka Rabbuka mim baitika bilhaqq; va inna fariqam minal mu'minina lakarihun
Mişkini Tərcüməsi: (Onlardan bəzilərinin Bədr müharibəsi qənimətlərindən məhrum olduqlarına görə narazı qalmaları,) Rəbbinin səni möminlərdən bir dəstəsi narazı olduqları halda evindən haqq və doğru olaraq (Bədrə sarı) çıxarması kimidir.
6 Əl-Ənfal Surəsi, Ayə 6

يُجَٰدِلُونَكَ فِى ٱلْحَقِّ بَعْدَمَا تَبَيَّنَ كَأَنَّمَا يُسَاقُونَ إِلَى ٱلْمَوْتِ وَهُمْ يَنظُرُونَ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Yucadilunaka fil haqqi ba'da ma tabaiyana kannama yasaquna ilal mavti va hum uanzurun
Mişkini Tərcüməsi: Səninlə o haqq iş (Bədr döyüşünə getmək) barəsində (onun məsləhətə uyğun olması və Allahın onda olan köməyi) aydın olduqdan sonra, mübahisə edirdilər (ki, bu cihad döyüşündə qüvvələr bərabər deyildir). (Onlar elə qorxu və vəhşət içində idilər ki,) sanki gözləri baxa-baxa ölümə tərəf sürüklənirdilər!
7 Əl-Ənfal Surəsi, Ayə 7

وَإِذْ يَعِدُكُمُ ٱللَّهُ إِحْدَى ٱلطَّآئِفَتَيْنِ أَنَّهَا لَكُمْ وَتَوَدُّونَ أَنَّ غَيْرَ ذَاتِ ٱلشَّوْكَةِ تَكُونُ لَكُمْ وَيُرِيدُ ٱللَّهُ أَن يُحِقَّ ٱلْحَقَّ بِكَلِمَٰتِهِۦ وَيَقْطَعَ دَابِرَ ٱلْكَٰفِرِينَ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Va iz ya'idukumul lahu ihdat ta'ifataini annaha lakum va tavadduna anna ğaira zatiş şavkati takunu lakum va yuridul lahu ai yuhiqqal haqqa bikalimatihi va taqta'a dabiral kafirin
Mişkini Tərcüməsi: Və (yada salın) o zaman(ı) ki, Allah sizə o iki dəstədən birinin (Məkkə tacirlərinin Şamdan Məkkəyə gedən və ticarət malları daşıyan karvanının və ya Məkkədən onları qorumaq üçün çıxan silahlı dəstənin) sizə nəsib olacağını vəd edirdi. Siz o silahsız dəstənin sizin olmasını çox istəyirdiniz. Allah (isə) Öz kəlmələri (əzəldən Lövhi-Məhfuzda yazmış olduğu vədləri) ilə haqqı bərqərar edərək möhkəmləndirmək və kafirlərin kök və nəslini kəsmək istəyirdi.
8 Əl-Ənfal Surəsi, Ayə 8

لِيُحِقَّ ٱلْحَقَّ وَيُبْطِلَ ٱلْبَٰطِلَ وَلَوْ كَرِهَ ٱلْمُجْرِمُونَ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Liyuhiqqal haqqa va tubtilal batila va lav karihal mucrimun
Mişkini Tərcüməsi: (Buna görə də sizi silahlı dəstə ilə üzləşdirdi) ki, günahkarların xoşuna gəlməsə belə, haqqı bərqərar və batili məhv etsin.
9 Əl-Ənfal Surəsi, Ayə 9

إِذْ تَسْتَغِيثُونَ رَبَّكُمْ فَٱسْتَجَابَ لَكُمْ أَنِّى مُمِدُّكُم بِأَلْفٍۢ مِّنَ ٱلْمَلَٰٓئِكَةِ مُرْدِفِينَ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Iz tastağisuna Rabbakum fastacaba lakum anni mumiddukum bi alfim minal mala'ikati murdifin
Mişkini Tərcüməsi: O zaman (Bədr müharibəsi meydanında) Rəbbinizdən kömək istəyirdiniz. Beləliklə, (Allah) sizin duanızı qəbul etdi ki: «Mən mütləq sizə arxaları ilə minləri gətirən min mələklə kömək edəcəyəm (və mələklərin sayı ümumilikdə üç min oldu ki, beş minə qədər nəzərdə tutulmuşdular. Ali-İmran surəsinin 124-125-ci ayələrinə müraciət edin).
10 Əl-Ənfal Surəsi, Ayə 10

وَمَا جَعَلَهُ ٱللَّهُ إِلَّا بُشْرَىٰ وَلِتَطْمَئِنَّ بِهِۦ قُلُوبُكُمْ ۚ وَمَا ٱلنَّصْرُ إِلَّا مِنْ عِندِ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ ﴿10﴾

Oxunuşu (Transkripsiya): Va ma ca'alahul lahu illa buşra va litatma'inna bihi qulubukum; va man nasru illa min 'indil lah; innal laha Azizun Hakim
Mişkini Tərcüməsi: Allah onu (həmin köməyi) yalnız (sizin üçün) bir mücdə olması və qəlblərinizin onunla rahatlıq tapması üçün etdi (yoxsa, onlar qoşunun içində yalnız qaraltı idilər və düşmənin qətlə yetirilməsində birbaşa iştirak etmirdilər). Kömək yalnız Allah tərəfindəndir. Allah yenilməz qüdrət sahibi və hikmətlidir.
11 Əl-Ənfal Surəsi, Ayə 11

إِذْ يُغَشِّيكُمُ ٱلنُّعَاسَ أَمَنَةًۭ مِّنْهُ وَيُنَزِّلُ عَلَيْكُم مِّنَ ٱلسَّمَآءِ مَآءًۭ لِّيُطَهِّرَكُم بِهِۦ وَيُذْهِبَ عَنكُمْ رِجْزَ ٱلشَّيْطَٰنِ وَلِيَرْبِطَ عَلَىٰ قُلُوبِكُمْ وَيُثَبِّتَ بِهِ ٱلْأَقْدَامَ ﴿11﴾

Oxunuşu (Transkripsiya): Iz yuğaşşikumun nu'assa amanatam minhu va yunazzilu 'alaikum minas sama'i ma'al liyutah hirakum bihi va yujiba 'ankum riczaş Şaitani va liyarbita 'ala qulubikum va yusabbita bihil aqdam
Mişkini Tərcüməsi: O zaman (Allah) Onun tərəfindən xatircəmlik olsun deyə, sizi mürgü ilə bürüdü və sizi paklaşdırması, Şeytanın murdarlığını (Şeytanın vəsvəsəsini və ya cənabətliliyi) sizdən təmizləməsi, qəlblərinizi möhkəmləndirməsi və qədəmlərinizi sabitləşdirməsi üçün göydən sizə su endirirdi.
12 Əl-Ənfal Surəsi, Ayə 12

إِذْ يُوحِى رَبُّكَ إِلَى ٱلْمَلَٰٓئِكَةِ أَنِّى مَعَكُمْ فَثَبِّتُوا۟ ٱلَّذِينَ ءَامَنُوا۟ ۚ سَأُلْقِى فِى قُلُوبِ ٱلَّذِينَ كَفَرُوا۟ ٱلرُّعْبَ فَٱضْرِبُوا۟ فَوْقَ ٱلْأَعْنَاقِ وَٱضْرِبُوا۟ مِنْهُمْ كُلَّ بَنَانٍۢ ﴿12﴾

Oxunuşu (Transkripsiya): Iz yuhi Rabbuka ilal mala'ikati anni ma'akum fasabbitul lazina amanu; sa ulqi fi qulubil lazina kafarur ru'ba fadribu favqal a'naqi vadribu minhum kulla banan
Mişkini Tərcüməsi: O zaman Rəbbin mələklərə vəhy edirdi ki: «Mən sizinləyəm! Odur ki, iman gətirənlərin qədəmlərini sabit edin. Tezliklə kafirlərin qəlblərinə qorxu salaram. Beləliklə, boyunlarına (başlarına) zərbələr endirin və barmaqlarının hamısının ucunu kəsin».
13 Əl-Ənfal Surəsi, Ayə 13

ذَٰلِكَ بِأَنَّهُمْ شَآقُّوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ ۚ وَمَن يُشَاقِقِ ٱللَّهَ وَرَسُولَهُۥ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ ﴿13﴾

Oxunuşu (Transkripsiya): Zalika bi annahum şaqqul laha va Rasulah; va mai yuşaqiqil laha va Rasulahu fa innal laha şadidul 'iqab
Mişkini Tərcüməsi: Bu (cəza) onların Allah və Onun Peyğəmbəri ilə dava və düşmənçilik etmələrinə görədir. Kim Allah və Onun Peyğəmbəri ilə dava və düşmənçilik etsə, (bilsin ki,) həqiqətən, Allah ağır cəzalandırır.
14 Əl-Ənfal Surəsi, Ayə 14

ذَٰلِكُمْ فَذُوقُوهُ وَأَنَّ لِلْكَٰفِرِينَ عَذَابَ ٱلنَّارِ ﴿14﴾

Oxunuşu (Transkripsiya): Zalikum fazuquhu va anna lilkafirina 'azaban Nar
Mişkini Tərcüməsi: (Ey kafirlər,) budur (dünya əzabı)! Buna görə də dadın onu və əlbəttə, kafirlər üçün (axirətdə) od əzabı (da) vardır.
15 Əl-Ənfal Surəsi, Ayə 15

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُوا۟ زَحْفًۭا فَلَا تُوَلُّوهُمُ ٱلْأَدْبَارَ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Ya aiyuhal lazina amanu iza laqitumul lazina kafaru zahfan fala tuvalluhumul adbar
Mişkini Tərcüməsi: Ey iman gətirənlər, kafirlərlə – onların izdihamlı qoşunları sizə tərəf irəlilədiyi (ya siz onlara tərəf getdiyiniz) halda qarşılaşan zaman, onlara arxa çevirməyin (və meydandan qaçmayın).
16 Əl-Ənfal Surəsi, Ayə 16

وَمَن يُوَلِّهِمْ يَوْمَئِذٍۢ دُبُرَهُۥٓ إِلَّا مُتَحَرِّفًۭا لِّقِتَالٍ أَوْ مُتَحَيِّزًا إِلَىٰ فِئَةٍۢ فَقَدْ بَآءَ بِغَضَبٍۢ مِّنَ ٱللَّهِ وَمَأْوَىٰهُ جَهَنَّمُ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ ﴿16﴾

Oxunuşu (Transkripsiya): Va mai yuvallihim yavma'izin duburahu illa mutaharrifal liqitalin av mutahaiyizan ila fi'atin faqad ba'a biğadabim minal lahi va mavahu Cahannamu va bi'sal masir
Mişkini Tərcüməsi: Həmin gün – döyüşü davam etdirmək üçün başqa bir yer axtaran (yenidən hücum etmək üçün geri çəkilmə fəndi işlədən) və ya (döyüşçü) dəstəyə qoşulmaq üçün yeni bir mövqe seçən şəxs istisna olmaqla – onlara arxa çevirən kəs mütləq, Allahın qəzəbini özünə qoşmuşdur və onun sığınacağı Cəhənnəmdir. Ora pis bir dönüş yeridir.
17 Əl-Ənfal Surəsi, Ayə 17

فَلَمْ تَقْتُلُوهُمْ وَلَٰكِنَّ ٱللَّهَ قَتَلَهُمْ ۚ وَمَا رَمَيْتَ إِذْ رَمَيْتَ وَلَٰكِنَّ ٱللَّهَ رَمَىٰ ۚ وَلِيُبْلِىَ ٱلْمُؤْمِنِينَ مِنْهُ بَلَآءً حَسَنًا ۚ إِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌۭ ﴿17﴾

Oxunuşu (Transkripsiya): Falam taqtuluhum va lakinnal laha qatalahum; va ma ramaita iz ramaita va lakinnal laha rama; va liyubliyal mu'minina minhu bala'an hasana; innal laha Sami'un Alim
Mişkini Tərcüməsi: Buna görə də, (bilin ki,) onları siz öldürmədiniz, Allah öldürdü onları! Sən (onlara tərəf ox və daş) atan zaman, sən atmadın, Allah atdı (düşməni məğlub etmək) və möminləri yaxşı sınamaq (yaxud onlara gözəl qələbə neməti vermək) üçün! Həqiqətən, Allah eşidən və biləndir.
18 Əl-Ənfal Surəsi, Ayə 18

ذَٰلِكُمْ وَأَنَّ ٱللَّهَ مُوهِنُ كَيْدِ ٱلْكَٰفِرِينَ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Zalikum va annal laha muhinu kaidil kafirin
Mişkini Tərcüməsi: (Bəli,) budur (küfr və imanın sonu)! Allah kafirlərin hiyləsini həmişə qüvvədən salandır.
19 Əl-Ənfal Surəsi, Ayə 19

إِن تَسْتَفْتِحُوا۟ فَقَدْ جَآءَكُمُ ٱلْفَتْحُ ۖ وَإِن تَنتَهُوا۟ فَهُوَ خَيْرٌۭ لَّكُمْ ۖ وَإِن تَعُودُوا۟ نَعُدْ وَلَن تُغْنِىَ عَنكُمْ فِئَتُكُمْ شَيْـًۭٔا وَلَوْ كَثُرَتْ وَأَنَّ ٱللَّهَ مَعَ ٱلْمُؤْمِنِينَ ﴿19﴾

Oxunuşu (Transkripsiya): In tastaftihu faqad ca'akumul fasu va in tantahu fahuva xairul lakum va in ta'udu na'ud va lan tuğniya 'ankum fi'atukum şai'anv va lav kasurat va annal laha ma'al mu'minin
Mişkini Tərcüməsi: (Ey Bədr döyüşündən qabaq «tərəflərdən kim haqdırsa, qoy Allah onu qalib etsin!» deyən müşriklər,) əgər siz (haqq olan tərəfin) qələbə (çalmasını) istəyirsinizsə, istəyinizə uyğun olan qələbə gəldi (odur ki, təslim olun). Əgər (dava və düşmənçilikdən) əl çəksəniz, bu sizin üçün daha yaxşıdır. Əgər (döyüşə) qayıtsanız, biz də (möminlərə köməyə və sizi əzməyə) qayıdacağıq və sizin dəstəniz hər nə qədər çox olsa da, sizdən (Allahın əzabından) heç bir şeyi dəf etməyəcəkdir. (Bilin ki,) Allah həmişə möminlərlədir.
20 Əl-Ənfal Surəsi, Ayə 20

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَا تَوَلَّوْا۟ عَنْهُ وَأَنتُمْ تَسْمَعُونَ ﴿20﴾

Oxunuşu (Transkripsiya): Ya aiyuhal lazina amanu ati'ul laha va Rasulahu va la tavallav 'anhu va antum tasm'un
Mişkini Tərcüməsi: Ey iman gətirənlər, Allaha və (verdiyi əmrlərdə) Onun Peyğəmbərinə itaət edin və (onun məntiqə uyğun dəvətini) eşidə- eşidə ondan üz döndərməyin.
21 Əl-Ənfal Surəsi, Ayə 21

وَلَا تَكُونُوا۟ كَٱلَّذِينَ قَالُوا۟ سَمِعْنَا وَهُمْ لَا يَسْمَعُونَ ﴿21﴾

Oxunuşu (Transkripsiya): Va la takunu kallazina qalu sami'na va hum la yasma'un
Mişkini Tərcüməsi: (Əslində) eşitmədikləri halda (dildə) «eşitdik» deyən (kafir və münafiq)lər kimi olmayın.
22 Əl-Ənfal Surəsi, Ayə 22

۞ إِنَّ شَرَّ ٱلدَّوَآبِّ عِندَ ٱللَّهِ ٱلصُّمُّ ٱلْبُكْمُ ٱلَّذِينَ لَا يَعْقِلُونَ ﴿22﴾

Oxunuşu (Transkripsiya): Inna şarrad davabbi 'indal lahis summul bukmul lazina la ya'qilun
Mişkini Tərcüməsi: Həqiqətən, Allah yanında, tərpənən canlıların ən pisi düşünməyən (haqqı eşitməkdə) kar və (haqqı deməkdə) lal (olan) insanlardır.
23 Əl-Ənfal Surəsi, Ayə 23

وَلَوْ عَلِمَ ٱللَّهُ فِيهِمْ خَيْرًۭا لَّأَسْمَعَهُمْ ۖ وَلَوْ أَسْمَعَهُمْ لَتَوَلَّوا۟ وَّهُم مُّعْرِضُونَ ﴿23﴾

Oxunuşu (Transkripsiya): Va lav 'alimal lahu fihim xairal la asma'ahum; va lav asma'ahum latavallav va hum mu'ridun
Mişkini Tərcüməsi: Əgər Allah onlarda bir xeyir bilsəydi (əgər onların haqqı qəbul edən gözəl batinləri olsaydı), onlara (hətta peyğəmbərlər vasitəsi ilə təbliği təkrar etməklə olsaydı belə) mütləq eşitdirərdi. Əgər (indiki halda) onlara eşitdirsə, onlar (elə qəlbən də) dönük olduqları halda mütləq üz döndərərlər.
24 Əl-Ənfal Surəsi, Ayə 24

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱسْتَجِيبُوا۟ لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ ۖ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يَحُولُ بَيْنَ ٱلْمَرْءِ وَقَلْبِهِۦ وَأَنَّهُۥٓ إِلَيْهِ تُحْشَرُونَ ﴿24﴾

Oxunuşu (Transkripsiya): Ya aiyuhal lazina amanus tacibu lillahi va lir Rasuli iza da'akum lima yuhyikum va'lamu annal laha yahulu bainal mar'i va qalbihi va anahu ilaihi tuhşarun
Mişkini Tərcüməsi: Ey iman gətirənlər, sizi, sizə həyat verən şeyə tərəf dəvət edən zaman Allahın və Onun Peyğəmbərinin çağırışını qəbul edin və bilin ki, Allah (hər bir təsir mənbəyindən təsir gücünü almağa tam qadir olduğu üçün) insan ilə onun qəlbi arasında (onun nəfsi ilə məhəbbət və nifrət, iman və küfr kimi sifətləri arasında) maneə olar (aralarında ayrılıq salar). Siz hamınız (axirətdə) Ona tərəf (Onun hüzuruna) toplanacaqsınız.
25 Əl-Ənfal Surəsi, Ayə 25

وَٱتَّقُوا۟ فِتْنَةًۭ لَّا تُصِيبَنَّ ٱلَّذِينَ ظَلَمُوا۟ مِنكُمْ خَآصَّةًۭ ۖ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ ﴿25﴾

Oxunuşu (Transkripsiya): Vattaqu fitnatal la tusibannal lazina zalamu minkum xassatanv va'lamu annal laha şadidul 'iqab
Mişkini Tərcüməsi: (Bəlasına) sizin yalnız zalımlarınızın düçar olmayacağı (hamını bürüyəcəyi) fitnədən (fəsad və günahların ziddiyyətlər, əmr be mərufun yerinə yetirilməməsi və mühüm məqamların ləyaqətsiz insanların əlində olması kimi nəticələrindən) qorxun və bilin ki, Allah ağır cəzalandırandır.
26 Əl-Ənfal Surəsi, Ayə 26

وَٱذْكُرُوٓا۟ إِذْ أَنتُمْ قَلِيلٌۭ مُّسْتَضْعَفُونَ فِى ٱلْأَرْضِ تَخَافُونَ أَن يَتَخَطَّفَكُمُ ٱلنَّاسُ فَـَٔاوَىٰكُمْ وَأَيَّدَكُم بِنَصْرِهِۦ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِ لَعَلَّكُمْ تَشْكُرُونَ ﴿26﴾

Oxunuşu (Transkripsiya): Vazkuru iz antum qalilum mustad 'afuna filardi taxafuna ai yataxat tafakumun nasu fa avakum va aiyadakum binasrihi va razaqakum minat taiyibati la'allakum taşkurun
Mişkini Tərcüməsi: Və (yada salın) o zaman(ı) ki, siz yer üzündə az idiniz və zəif sayılırdınız. Həmişə insanların (Qüreyşin və digər kafirlərin) sizi (bu torpaqda) aradan götürmələrindən qorxurdunuz. Allah, bəlkə şükr edəsiniz deyə sizə yer verdi, sizi Öz köməyi ilə gücləndirdi və (dünya nemətlərinin) paklar(ın)dan sizə ruzi verdi.
27 Əl-Ənfal Surəsi, Ayə 27

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَخُونُوا۟ ٱللَّهَ وَٱلرَّسُولَ وَتَخُونُوٓا۟ أَمَٰنَٰتِكُمْ وَأَنتُمْ تَعْلَمُونَ ﴿27﴾

Oxunuşu (Transkripsiya): Ya aiyuhal lazina amanu la taxunal laha var Rasula va taxunu amanatikum va antum ta'lamun
Mişkini Tərcüməsi: Ey iman gətirənlər, (dinin hökmlərinə qarşı çıxmaqla) Allaha və Onun Peyğəmbərinə xəyanət etməyin. Həmçinin (xəyanətin şəriət və vicdan baxımından çirkin bir iş olmasını) bilə-bilə öz əmanətlərinizə (xalqın və yaradanın əmanətlərinə) xəyanət etməyin.
28 Əl-Ənfal Surəsi, Ayə 28

وَٱعْلَمُوٓا۟ أَنَّمَآ أَمْوَٰلُكُمْ وَأَوْلَٰدُكُمْ فِتْنَةٌۭ وَأَنَّ ٱللَّهَ عِندَهُۥٓ أَجْرٌ عَظِيمٌۭ ﴿28﴾

Oxunuşu (Transkripsiya): Va'lamu annama amvalukum va avladukum fitnatunv va annal laha 'indahu acrun azim
Mişkini Tərcüməsi: Bilin ki, mallarınız və övladlarınız imtahan vasitəsidir və həqiqətən, böyük mükafat, məhz Allahın yanındadır.
29 Əl-Ənfal Surəsi, Ayə 29

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن تَتَّقُوا۟ ٱللَّهَ يَجْعَل لَّكُمْ فُرْقَانًۭا وَيُكَفِّرْ عَنكُمْ سَيِّـَٔاتِكُمْ وَيَغْفِرْ لَكُمْ ۗ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ ﴿29﴾

Oxunuşu (Transkripsiya): Ya aiyuhal lazina amanu in tattaqul laha yac'al lakum furqananv va yukaffir 'ankum saiyi atikum va yağfir lakum; vallahu zul fadlil 'azim
Mişkini Tərcüməsi: Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər, sizin (kiçik) günahlarınızı təmizləyər, və sizi(n böyük günahlarınızı) bağışlayar. Allah böyük lütf və ehsan sahibdir.
30 Əl-Ənfal Surəsi, Ayə 30

وَإِذْ يَمْكُرُ بِكَ ٱلَّذِينَ كَفَرُوا۟ لِيُثْبِتُوكَ أَوْ يَقْتُلُوكَ أَوْ يُخْرِجُوكَ ۚ وَيَمْكُرُونَ وَيَمْكُرُ ٱللَّهُ ۖ وَٱللَّهُ خَيْرُ ٱلْمَٰكِرِينَ ﴿30﴾

Oxunuşu (Transkripsiya): Va iz yamkuru bikal lazina kafaru liyusbituka av yaqtuluka av yuxricuk; va yamkuruna va yamkurul lahu vallahu xairul makirin
Mişkini Tərcüməsi: Və (yada sal) o zaman(ı) ki, kafirlər sənin barəndə – səni həbs etmək, ya öldürmək və ya (şəhərdən) çıxarmaq üçün hiylə və biclik işlədirdilər. Onlar daim hiylə işlədirdilər və Allah da onların hiylələrinin qarşısını alırdı. Allah hiylənin qarşısını alanların ən yaxşısıdır.
31 Əl-Ənfal Surəsi, Ayə 31

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَٰتُنَا قَالُوا۟ قَدْ سَمِعْنَا لَوْ نَشَآءُ لَقُلْنَا مِثْلَ هَٰذَآ ۙ إِنْ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ ﴿31﴾

Oxunuşu (Transkripsiya): Va iza tutla 'alaihim Aayatuna qalu qad sami'na lav naşa'u laqulna misla haza in haza illa asatirul avvalin
Mişkini Tərcüməsi: Bizim kitabın ayələri onlara oxunduqda (inadın və təkəbbürün çoxluğundan) «əlbəttə eşitdik; əgər istəsək, biz də bunun kimisini deyərik; bu, qədimlərin əfsanələrindən başqa bir şey deyildir» deyərlər.
32 Əl-Ənfal Surəsi, Ayə 32

وَإِذْ قَالُوا۟ ٱللَّهُمَّ إِن كَانَ هَٰذَا هُوَ ٱلْحَقَّ مِنْ عِندِكَ فَأَمْطِرْ عَلَيْنَا حِجَارَةًۭ مِّنَ ٱلسَّمَآءِ أَوِ ٱئْتِنَا بِعَذَابٍ أَلِيمٍۢ ﴿32﴾

Oxunuşu (Transkripsiya): Va iz qalul lahumma in kana haza huval haqqa min 'indika fa amtir 'alaina hicaratam minas sama'i avi'tina bi 'azabin alaim
Mişkini Tərcüməsi: Və (yada sal) o zaman(ı) ki, (Quranı inkar edən müşriklər) «ey Allahımız, əgər bu, Sənin tərəfindən (vəd olunmuş) həmin haqdırsa, onda göydən bizə daş yağdır, ya bizim üçün başqa bir ağrılı əzab gətir» dedilər.
33 Əl-Ənfal Surəsi, Ayə 33

وَمَا كَانَ ٱللَّهُ لِيُعَذِّبَهُمْ وَأَنتَ فِيهِمْ ۚ وَمَا كَانَ ٱللَّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ ﴿33﴾

Oxunuşu (Transkripsiya): Va ma kanal lahu liyu'az zibahum va anta fihim; va ma kanal lahu mu'az zibahum va hum yastağfirun
Mişkini Tərcüməsi: Lakin, nə qədər ki, sən onların içindəsən, Allah onlara əzab verməyəcəkdir. Həmçinin nə qədər ki, onlar istiğfar edirlər (Allahdan bağışlanmalarını istəyirlər) Allah onlara əzab verən deyildir. (İstiğfar, müşriklər barəsindəki ayələrin içərisində olan bu ayənin kitab əhlinə aid olmasına dəlalət edir).
34 Əl-Ənfal Surəsi, Ayə 34

وَمَا لَهُمْ أَلَّا يُعَذِّبَهُمُ ٱللَّهُ وَهُمْ يَصُدُّونَ عَنِ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ وَمَا كَانُوٓا۟ أَوْلِيَآءَهُۥٓ ۚ إِنْ أَوْلِيَآؤُهُۥٓ إِلَّا ٱلْمُتَّقُونَ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ ﴿34﴾

Oxunuşu (Transkripsiya): Va ma lahum alla yu'az zibahumul lahu va hum yasudduna 'anil Mascidil-Harami va ma kanu avliya'ah; in avliya' uhu illal muttaquna va lakinna aksarahum la ya'lamun
Mişkini Tərcüməsi: Məscidül-Həramın başçısı olmaya-olmaya insanları ora (daxil olmaq)dan saxladıqları (camaatın ora daxil olmalarına mane olduqları) halda Allah onlara nə üçün əzab verməməlidir? Oranın başçısı yalnız pərhizkarlardırlar, lakin çoxları bilmirlər.
35 Əl-Ənfal Surəsi, Ayə 35

وَمَا كَانَ صَلَاتُهُمْ عِندَ ٱلْبَيْتِ إِلَّا مُكَآءًۭ وَتَصْدِيَةًۭ ۚ فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ ﴿35﴾

Oxunuşu (Transkripsiya): Va ma kana Salatuhum 'indal Baiti illa muka anv-va tasdiyah; fazuqul 'azaba bima kuntum takfurun
Mişkini Tərcüməsi: Onların Kəbə evinin yanındakı namaz və duaları fit və əl çalmaqdan başqa bir şey deyildi. Buna görə də etdiyiniz küfrün cəzası olaraq dadın (dünya və axirət) əzabı(nı)!
36 Əl-Ənfal Surəsi, Ayə 36

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ يُنفِقُونَ أَمْوَٰلَهُمْ لِيَصُدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ ۚ فَسَيُنفِقُونَهَا ثُمَّ تَكُونُ عَلَيْهِمْ حَسْرَةًۭ ثُمَّ يُغْلَبُونَ ۗ وَٱلَّذِينَ كَفَرُوٓا۟ إِلَىٰ جَهَنَّمَ يُحْشَرُونَ ﴿36﴾

Oxunuşu (Transkripsiya): Innal lazina kafaru yunfiquna amvalahum liyasuddu 'an sabilil lah; fasayunfiqunaha summa takunu 'alaihim hasratan summa yuğlabun; val lazina kafaru ila Cahannnama yuhşaruna
Mişkini Tərcüməsi: Həqiqətən, kafirlər öz mallarını (Bədr, Ühüd və digər müharibələrdə olduğu kimi insanları) Allahın yolundan saxlamaq üçün xərcləyirlər. Tezliklə hamısını xərcləyəcəklər, (amma bu) sonra onlar üçün bir həsrət (dağı) olacaqdır və daha sonra məğlub olacaqlar. Kafirlər (Qiyamət günü öz qəbirlərindən) Cəhənnəmə doğru toplanacaqlar.
37 Əl-Ənfal Surəsi, Ayə 37

لِيَمِيزَ ٱللَّهُ ٱلْخَبِيثَ مِنَ ٱلطَّيِّبِ وَيَجْعَلَ ٱلْخَبِيثَ بَعْضَهُۥ عَلَىٰ بَعْضٍۢ فَيَرْكُمَهُۥ جَمِيعًۭا فَيَجْعَلَهُۥ فِى جَهَنَّمَ ۚ أُو۟لَٰٓئِكَ هُمُ ٱلْخَٰسِرُونَ ﴿37﴾

Oxunuşu (Transkripsiya): Liyamizal lahul xabisa minat taiyibi va yac'alal xabisa ba'dahu 'ala ba'din fayarkumahu cami'an fayac'alahu fi Cahannnam; ula'ika humul xasirun
Mişkini Tərcüməsi: (Onların küfrləri və həmin yoldakı xərcləri səbəb olub) ki, Allah murdarı pakdan (dünyada kafiri mömindən və haramı halaldan) ayırsın və (axirətdə) murdarları bir-birinin üstünə yığıb hamısını üst-üstə qalasın və Cəhənnəmə atsın. (Bəli,) onlardır ziyana uğrayanlar!
38 Əl-Ənfal Surəsi, Ayə 38

قُل لِّلَّذِينَ كَفَرُوٓا۟ إِن يَنتَهُوا۟ يُغْفَرْ لَهُم مَّا قَدْ سَلَفَ وَإِن يَعُودُوا۟ فَقَدْ مَضَتْ سُنَّتُ ٱلْأَوَّلِينَ ﴿38﴾

Oxunuşu (Transkripsiya): Qul lillazina kafaru iny yantahu yuğfar lahum ma qad salafa va iny ya'udu faqad madat sunnatul avvalin
Mişkini Tərcüməsi: Kafirlərə de: «Əgər (küfrdən) əl çəksələr (və İslamı qəbul etsələr) keçənlər (günahlarına görə çəkməli olduqları cəzalar, əməllərinin qəzası, kəffarələr, Allaha olan borcları və axirət əzabları) onlara bağışlanar. (Amma) əgər (küfrə və haqq ilə mübarizəyə) qayıtsalar, şübhəsiz, (Bizim) əvvəlkilərin (barəsindəki) yolu(muz, Bizim itaətsiz azğınları həlak və məhv etmək barəsindəki ənənəvi qanunumuz) keçmişdir (və bunlarla da elə rəftar edərik)».
39 Əl-Ənfal Surəsi, Ayə 39

وَقَٰتِلُوهُمْ حَتَّىٰ لَا تَكُونَ فِتْنَةٌۭ وَيَكُونَ ٱلدِّينُ كُلُّهُۥ لِلَّهِ ۚ فَإِنِ ٱنتَهَوْا۟ فَإِنَّ ٱللَّهَ بِمَا يَعْمَلُونَ بَصِيرٌۭ ﴿39﴾

Oxunuşu (Transkripsiya): Va qatiluhum hatta la takuna fitnatunv va yakunaddinu kulluhu lillah; fainin tahav fa innallaha bima ya'maluna Basir
Mişkini Tərcüməsi: Onlarla (müşriklərlə) heç bir küfr, fəsad və təhlükə qalmayana və (ümumi rəsmi) din tamamilə Allaha məxsus olana kimi vuruşun. Beləliklə, əgər (şirkdən) əl çəksələr, əlbəttə Allah onların etdiklərini görəndir.
40 Əl-Ənfal Surəsi, Ayə 40

وَإِن تَوَلَّوْا۟ فَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ مَوْلَىٰكُمْ ۚ نِعْمَ ٱلْمَوْلَىٰ وَنِعْمَ ٱلنَّصِيرُ ﴿40﴾

Oxunuşu (Transkripsiya): Va in tavallav fa'lamu annal laha mavlakum; ni'mal mavla va ni'man nasir
Mişkini Tərcüməsi: Və əgər üz döndərsələr, bilin ki, Allah sizin başçınız və dostunuzdur. O gözəl başçı və dost, gözəl yardımçıdır.
41 Əl-Ənfal Surəsi, Ayə 41

۞ وَٱعْلَمُوٓا۟ أَنَّمَا غَنِمْتُم مِّن شَىْءٍۢ فَأَنَّ لِلَّهِ خُمُسَهُۥ وَلِلرَّسُولِ وَلِذِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَٰمَىٰ وَٱلْمَسَٰكِينِ وَٱبْنِ ٱلسَّبِيلِ إِن كُنتُمْ ءَامَنتُم بِٱللَّهِ وَمَآ أَنزَلْنَا عَلَىٰ عَبْدِنَا يَوْمَ ٱلْفُرْقَانِ يَوْمَ ٱلْتَقَى ٱلْجَمْعَانِ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ ﴿41﴾

Oxunuşu (Transkripsiya): Va'lamu annama ğanimtum min şa'in fa anna lillahi xumusahu va lir Rasuli va lizil qurba valyatama valmasakini vabnis sabili in kuntum amantum billahi va ma anzalna 'ala 'abdina yavmal Furqani yavmaltaqal cam'an; val lahu 'ala kulli şai'in Qadir
Mişkini Tərcüməsi: Əgər Allaha və (haqqın batildən) ayrılıq günü – o iki dəstənin (müsəlmanlarla müşriklərin Bədr müharibəsində) toqquşduğu gün Öz bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, bilin, (kafirlərlə döyüşdən və ya hər hansı bir qazanc vasitəsilə ilə) əşya və mallardan nə qənimət əldə etsəniz, onda, şübhəsiz, onun beşdə biri Allahın, Onun Peyğəmbərinin, Peyğəmbərin qohumunun, yetimlərin, yoxsulların və yolda (İslam və müsəlmanlar üçün lazım olan hər bir dini və dünyəvi hədəf yolunda) qalanlarındır. (Allah onun həqiqi sahibi, Peyğəmbər və onun yaxınları isə ümmətin imamı olaraq onun şərti sahibidirlər. Peyğəmbərin qohumlarından olan digər üç dəstə isə həmin maldan onlar üçün xərclənmək haqqına malikdirlər.) Allah hər şeyə qadirdir. (Bu surənin birinci ayəsində bütün döyüş qənimətlərinin Allaha və Onun Peyğəmbərinə məxsus olduğu bildirilmişdi. 69-cu ayədə isə onun hamısı möminlərə mübah edilmişdi. Həmin iki ayəyə iman gətirdikdən sonra bu ayə qaranlıqları aradan qaldırır ki, onun xumsu, yəni beşdə biri Allahın, Peyğəmbərin və adı çəkilən dəstələrin, yerdə qalanı isə döyüşçülərindir).
42 Əl-Ənfal Surəsi, Ayə 42

إِذْ أَنتُم بِٱلْعُدْوَةِ ٱلدُّنْيَا وَهُم بِٱلْعُدْوَةِ ٱلْقُصْوَىٰ وَٱلرَّكْبُ أَسْفَلَ مِنكُمْ ۚ وَلَوْ تَوَاعَدتُّمْ لَٱخْتَلَفْتُمْ فِى ٱلْمِيعَٰدِ ۙ وَلَٰكِن لِّيَقْضِىَ ٱللَّهُ أَمْرًۭا كَانَ مَفْعُولًۭا لِّيَهْلِكَ مَنْ هَلَكَ عَنۢ بَيِّنَةٍۢ وَيَحْيَىٰ مَنْ حَىَّ عَنۢ بَيِّنَةٍۢ ۗ وَإِنَّ ٱللَّهَ لَسَمِيعٌ عَلِيمٌ ﴿42﴾

Oxunuşu (Transkripsiya): Iz antum bil'udvatid dunya va hum bil'udvatil qusva varrakbu asfala minkum; va lav tava'attum laxtalaftum fil mi'adi va lakil liyaqdiyal lahu amran kana maf'ulal liyahlika man halaka 'am baiyinatinv va yahya man haiya 'am baiyinah; va innal laha la Sami'un 'Alim
Mişkini Tərcüməsi: (Ayrılıq günü) o zaman (idi) ki, siz vadinin (Mədinəyə) yaxın tərəfində (əlverişli olmayan bir mövqedə) idiniz, onlar (Mədinədən) uzaq tərəfdə (Məkkəyə yaxın olan və əlverişli olan bir mövqedə), (Qüreyşin ticarət) karvan(ı) isə sizdən aşağı hissədə idi (ki, onlar qaça bildilər). Əgər bir-birinizlə vədələşsəydiniz, həmin vədələşmənizdə fikir ayrılığına düçar olar, yaxud orada olmaqdan yayınardınız. Lakin Allahın, olmalı işi gerçəkləşdirməsi üçün (belə oldu və belə bir məcburi qarşıdurma yarandı və qarşıya qeyri-adi qələbə çıxdı) ki, həlak olan dəlil-sübut üzündən həlak olsun və (mənəvi) həyat tapan dəlil-sübut üzündən həyat tapsın. Həqiqətən, Allah eşidən və biləndir.
43 Əl-Ənfal Surəsi, Ayə 43

إِذْ يُرِيكَهُمُ ٱللَّهُ فِى مَنَامِكَ قَلِيلًۭا ۖ وَلَوْ أَرَىٰكَهُمْ كَثِيرًۭا لَّفَشِلْتُمْ وَلَتَنَٰزَعْتُمْ فِى ٱلْأَمْرِ وَلَٰكِنَّ ٱللَّهَ سَلَّمَ ۗ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿43﴾

Oxunuşu (Transkripsiya): Iz yurikahumul lahu fi manamika qalila; va lav arakahum kasiral lafaşiltum va latanaza'tum fil amri va lakinnal laha sallam; innahu 'alimum bizatis sudur
Mişkini Tərcüməsi: (Xatırla) o zaman(ı) ki, Allah onları yuxunda sənə az göstərirdi (ki, öz qövmünə belə xəbər verəsən). Əgər onları sənə çox göstərsəydi, mütləq süst olar və qorxar, döyüş işində bir-birinizlə ixtilaf və çəkişməyə düçar olardınız. Lakin Allah (size ixtilafdan) salamat saxladı. Həqiqətən, O, ürəklərdə olanı (sizin niyyətlərinizi) biləndir.
44 Əl-Ənfal Surəsi, Ayə 44

وَإِذْ يُرِيكُمُوهُمْ إِذِ ٱلْتَقَيْتُمْ فِىٓ أَعْيُنِكُمْ قَلِيلًۭا وَيُقَلِّلُكُمْ فِىٓ أَعْيُنِهِمْ لِيَقْضِىَ ٱللَّهُ أَمْرًۭا كَانَ مَفْعُولًۭا ۗ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ ﴿44﴾

Oxunuşu (Transkripsiya): Va iz yurikumuhum izil taqaitum fi a'yunikum qalilanv va yuqallilukum fi a'yunihim liyaqdiyal lahu amran kana maf'ula; va ilal lahi turca'ul umur
Mişkini Tərcüməsi: Və (xatırla) o zaman(ı) ki, onlarla üz-üzə gəldiyiniz vaxt, Allah (öz əzəli elmi və mütləq iradəsi əsasında) olacaq işi gerçəkləşdirməsi üçün (ilk baxışda) onları sizin gözlərinizdə az göstərir və sizi onların gözlərində azaldırdı (hərçənd, döyüş əsnasında iş əksinə oldu. Ali-İmran surəsinin 12-ci ayəsinə müraciət edin). Bütün işlər (və varlıq aləminin bütün hadisələri nəticələrin səbəblərə qayıtması qanununa uyğun olaraq, mütləq səbəb olan) Allaha qayıdır.
45 Əl-Ənfal Surəsi, Ayə 45

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا لَقِيتُمْ فِئَةًۭ فَٱثْبُتُوا۟ وَٱذْكُرُوا۟ ٱللَّهَ كَثِيرًۭا لَّعَلَّكُمْ تُفْلِحُونَ ﴿45﴾

Oxunuşu (Transkripsiya): Ya aiyuhal lazina amanu iza laqitum fi'atan fasbutu vazkurul laha kasiral la'allakum tuflihun
Mişkini Tərcüməsi: Ey iman gətirənlər, (düşmən ordusundan olan) bir dəstə ilə qarşılaşarkən möhkəm durun və Allahı (dildə və qəlbdə) çox zikr edin, bəlkə nicat tapdınız.
46 Əl-Ənfal Surəsi, Ayə 46

وَأَطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَا تَنَٰزَعُوا۟ فَتَفْشَلُوا۟ وَتَذْهَبَ رِيحُكُمْ ۖ وَٱصْبِرُوٓا۟ ۚ إِنَّ ٱللَّهَ مَعَ ٱلصَّٰبِرِينَ ﴿46﴾

Oxunuşu (Transkripsiya): Va ati'ul laha va Rasulahu va la tanaza'u fatafşalu va tajaba rihukum vasbiru; innal laha ma'as sabirin
Mişkini Tərcüməsi: Allaha və Onun Peyğəmbərinə (vacib əmrlərində) itaət edin və bir-birinizlə çəkişməyin və mübahisə etməyin ki, süstləşərək qorxaqlaşar və ağalıq və hökmranlığınız aradan gedər, sizə (bir daha) qələbə yeli əsməz. Səbr edin ki, həqiqətən, Allah səbrlilərlədir.
47 Əl-Ənfal Surəsi, Ayə 47

وَلَا تَكُونُوا۟ كَٱلَّذِينَ خَرَجُوا۟ مِن دِيَٰرِهِم بَطَرًۭا وَرِئَآءَ ٱلنَّاسِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ ۚ وَٱللَّهُ بِمَا يَعْمَلُونَ مُحِيطٌۭ ﴿47﴾

Oxunuşu (Transkripsiya): Va la takunu kallazina xaracu min diyarihim bataranv va ri'a'an nasi va yasudduna 'an sabilil lah; vallahu bima ya'maluna muhit
Mişkini Tərcüməsi: Öz evlərindən nemətdən sərxoş halda və özlərini camaata göstərmək üçün çıxan və (insanları) Allahın yolundan saxlayan kəslər (Əbu Cəhlin Bədrə tərəf gedən qoşunu) kimi olmayın. Allah (qüdrət və elm baxımından) onların etdiklərini əhatə etmişdir.
48 Əl-Ənfal Surəsi, Ayə 48

وَإِذْ زَيَّنَ لَهُمُ ٱلشَّيْطَٰنُ أَعْمَٰلَهُمْ وَقَالَ لَا غَالِبَ لَكُمُ ٱلْيَوْمَ مِنَ ٱلنَّاسِ وَإِنِّى جَارٌۭ لَّكُمْ ۖ فَلَمَّا تَرَآءَتِ ٱلْفِئَتَانِ نَكَصَ عَلَىٰ عَقِبَيْهِ وَقَالَ إِنِّى بَرِىٓءٌۭ مِّنكُمْ إِنِّىٓ أَرَىٰ مَا لَا تَرَوْنَ إِنِّىٓ أَخَافُ ٱللَّهَ ۚ وَٱللَّهُ شَدِيدُ ٱلْعِقَابِ ﴿48﴾

Oxunuşu (Transkripsiya): Va iz zaiyana lahumuş şaitanu a'ma alahum va qala la ğaliba lakumul yavma minan nasi va inni carul lakum falamma tara'atil fi'atani nakasa 'ala aqibaihi va qala inni bari'um minkum inni ara ma la taravna inni axaful lah; vallahu şadidul 'iqab
Mişkini Tərcüməsi: Və (xatırla) o zaman(ı) ki, Şeytan onların gözlərində (batil) əməllərini zinətləndirdi və «bu gün insanlardan sizə qalib gələcək bir kimsə yoxdur və mən sizə pənah verənəm» dedi. Beləliklə, iki dəstə bir-birlərini gördükləri zaman o, dabanları üstə geriyə döndü və dedi: «Mən sizdən uzağam (mənim sizin əməllərinizə heç bir qarışacağım yoxdur), mən sizin görmədiyiniz şeyi (mələklərin nazil olmalarını və kömək etmələrini) görürəm. Həqiqətən, mən Allahdan qorxuram və Allah şiddətli cəza verəndir».
49 Əl-Ənfal Surəsi, Ayə 49

إِذْ يَقُولُ ٱلْمُنَٰفِقُونَ وَٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ غَرَّ هَٰٓؤُلَآءِ دِينُهُمْ ۗ وَمَن يَتَوَكَّلْ عَلَى ٱللَّهِ فَإِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌۭ ﴿49﴾

Oxunuşu (Transkripsiya): Iz yaqulul munafiquna vallazina fi qulubihim maradun ğarra ha'ula'i dinuhum; va mai yatavakkal 'alal lahi fa innal laha 'azi zun Hakim
Mişkini Tərcüməsi: O zaman münafiqlər və qəlblərində xəstəlik (küfr və şəkk xəstəliyi) olanlar «bunları (Bədrə gedən İslam ordusunu) dinləri aldatmışdır!» deyirdilər, halbuki, kim Allaha təvəkkül etsə, şübhəsiz, (qalibdir, çünki) Allah yenilməz qüdrət və hikmət sahibidir.
50 Əl-Ənfal Surəsi, Ayə 50

وَلَوْ تَرَىٰٓ إِذْ يَتَوَفَّى ٱلَّذِينَ كَفَرُوا۟ ۙ ٱلْمَلَٰٓئِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَٰرَهُمْ وَذُوقُوا۟ عَذَابَ ٱلْحَرِيقِ ﴿50﴾

Oxunuşu (Transkripsiya): Va lav tara iz yatavaf fal lazina kafarul mala'ikatu yadribuna vucuhahum va adbarahum va zuqu 'azabal hariq
Mişkini Tərcüməsi: Əgər mələklərin kafirlərin canlarını aldıqları zamanı görsən (belə bir səhnənin şahidi olarsan ki, alovlu qamçı ilə) onların üz və arxalarına vururlar və «dadın yandırıcı əzabı!» (deyirlər).
51 Əl-Ənfal Surəsi, Ayə 51

ذَٰلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ ٱللَّهَ لَيْسَ بِظَلَّٰمٍۢ لِّلْعَبِيدِ ﴿51﴾

Oxunuşu (Transkripsiya): Zalika bima qaddamat aidikum va anal laha laisa bizallamil lil 'abid
Mişkini Tərcüməsi: Bu (əzablar) özünüzün qabaqcadan göndərdiyiniz şeylərin cəzasıdır, yoxsa Allah bəndələrə əsla zülm edən deyildir. 8|52. (Bu müşriklərin hərəkətləri) Firon ailəsinin və onlardan qabaqkıların rəftarı kimidir ki: onlar Allahın ayə və nişanələrinə kafir oldular, Allah da onları günahlarına görə cəzalandırdı. Həqiqətən, Allah çox qüvvətli və şiddətli cəza verəndir.
53 Əl-Ənfal Surəsi, Ayə 53

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ لَمْ يَكُ مُغَيِّرًۭا نِّعْمَةً أَنْعَمَهَا عَلَىٰ قَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا۟ مَا بِأَنفُسِهِمْ ۙ وَأَنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌۭ ﴿53﴾

Oxunuşu (Transkripsiya): Zalika bi annal laha lam yaku muğaiyiran ni matan an'amaha 'ala qavmin hatta yuğaiyiru ma bianfusihim va annallaha sami un 'Alim
Mişkini Tərcüməsi: (Müşriklər üçün olan) bu (əzablar), ona görədir ki: Allah (Öz ənənəvi qanunlarına əsasən) bir qövmə verdiyi neməti onlar özlərində olanı (saleh halları) dəyişməyincə dəyişdirmir (onlardan almır). (Məkkə əhalisinin rifah halı İslamdan sonra pisliyə və çətinliyə doğru dəyişdi, çünki onlar öz adi hallarını Peyğəmbərlə mübarizə və inad etmək istiqamətində dəyişdirdilər.) Şübhəsiz, Allah eşidən və biləndir.
54 Əl-Ənfal Surəsi, Ayə 54

كَدَأْبِ ءَالِ فِرْعَوْنَ ۙ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَذَّبُوا۟ بِـَٔايَٰتِ رَبِّهِمْ فَأَهْلَكْنَٰهُم بِذُنُوبِهِمْ وَأَغْرَقْنَآ ءَالَ فِرْعَوْنَ ۚ وَكُلٌّۭ كَانُوا۟ ظَٰلِمِينَ ﴿54﴾

Oxunuşu (Transkripsiya): Kadabi Aali Fir'avna vallazina min qablihim; kazzabu bi Aayati Rabbihim fahlaknahum bizunubihim va ağraqna Aala Fir'avn; va kullun kanu zalimin
Mişkini Tərcüməsi: (Bunların davranışları) Firon ailəsinin və onlardan əvvəlkilərin rəftarı kimi(dir). Onlar özlərinin Rəbbinin ayələrini təkzib etdilər, Biz də onları günahlarının cəzası olaraq həlak etdik və Firon ailəsini batırdıq. Onların hamısı zalım idilər.
55 Əl-Ənfal Surəsi, Ayə 55

إِنَّ شَرَّ ٱلدَّوَآبِّ عِندَ ٱللَّهِ ٱلَّذِينَ كَفَرُوا۟ فَهُمْ لَا يُؤْمِنُونَ ﴿55﴾

Oxunuşu (Transkripsiya): Inna şarrad davabbi 'indal lahil lazina kafaru fahum la yu'minun
Mişkini Tərcüməsi: Şübhəsiz, Allah yanında (Onun əzəli elmində və Lövhi-Məhfuzunda) canlıların ən pisi kafir olub daha iman gətirməyən kəslərdir.
56 Əl-Ənfal Surəsi, Ayə 56

ٱلَّذِينَ عَٰهَدتَّ مِنْهُمْ ثُمَّ يَنقُضُونَ عَهْدَهُمْ فِى كُلِّ مَرَّةٍۢ وَهُمْ لَا يَتَّقُونَ ﴿56﴾

Oxunuşu (Transkripsiya): Allazina'ahatta min hum summa yanquduna 'ahdahum fi kulli marratinv va hum la yattaqun
Mişkini Tərcüməsi: O kəslər ki, onların bəziləri ilə əhd-peyman bağladın, sonra onlar hər dəfə öz peymanlarını pozur və (Allahdan və peymanı pozmaqdan) çəkinmir və qorxmurlar.
57 Əl-Ənfal Surəsi, Ayə 57

فَإِمَّا تَثْقَفَنَّهُمْ فِى ٱلْحَرْبِ فَشَرِّدْ بِهِم مَّنْ خَلْفَهُمْ لَعَلَّهُمْ يَذَّكَّرُونَ ﴿57﴾

Oxunuşu (Transkripsiya): Fa imma tasqafannahum fil harbi faşarrid bihim man xalfahum la'allahum yazzakkarun
Mişkini Tərcüməsi: Odur ki, əgər döyüşdə onları ələ keçirsən, onlarla (onlara ağır cəza verməklə), arxalarınca gedənləri qovub dağıt bəlkə ibrət alsınlar (və döyüş fikrinə düşməsinlər).
58 Əl-Ənfal Surəsi, Ayə 58

وَإِمَّا تَخَافَنَّ مِن قَوْمٍ خِيَانَةًۭ فَٱنۢبِذْ إِلَيْهِمْ عَلَىٰ سَوَآءٍ ۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْخَآئِنِينَ ﴿58﴾

Oxunuşu (Transkripsiya): Va imma taxafana min qavmin xiyanatan fambiz ilaihim 'ala sava'; innal laha layuhibbul xa'inin
Mişkini Tərcüməsi: Əgər (əhd-peymanınız olan) bir dəstənin xəyanətindən və əhd-peymanı pozmasından qorxsan, onda sən də (əhd-peymanını pozmağı) bərabərlik və ədalət əsasında onlara tərəf at (və elan etməmiş öz əhd-peymanını pozma) ki, həqiqətən, Allah xainləri sevmir.
59 Əl-Ənfal Surəsi, Ayə 59

وَلَا يَحْسَبَنَّ ٱلَّذِينَ كَفَرُوا۟ سَبَقُوٓا۟ ۚ إِنَّهُمْ لَا يُعْجِزُونَ ﴿59﴾

Oxunuşu (Transkripsiya): Va la yahsabannal lazina kafaru sabaqu; innahum la yu'cizun
Mişkini Tərcüməsi: Kafirlər əsla irəli keçmiş olduqlarını (Bizim səltənətimizdən xaric olduqlarını) zənn etməsinlər. Şübhəsiz, onlar Bizi aciz edə bilməzlər (Bizim əzabımızdan qaçıb qurtula bilməzlər).
60 Əl-Ənfal Surəsi, Ayə 60

وَأَعِدُّوا۟ لَهُم مَّا ٱسْتَطَعْتُم مِّن قُوَّةٍۢ وَمِن رِّبَاطِ ٱلْخَيْلِ تُرْهِبُونَ بِهِۦ عَدُوَّ ٱللَّهِ وَعَدُوَّكُمْ وَءَاخَرِينَ مِن دُونِهِمْ لَا تَعْلَمُونَهُمُ ٱللَّهُ يَعْلَمُهُمْ ۚ وَمَا تُنفِقُوا۟ مِن شَىْءٍۢ فِى سَبِيلِ ٱللَّهِ يُوَفَّ إِلَيْكُمْ وَأَنتُمْ لَا تُظْلَمُونَ ﴿60﴾

Oxunuşu (Transkripsiya): Va a'iddu lahum mastata'tum min quvvatinv va mirribatil xaili turhibuna bihi 'aduvval lahi va 'aduvvakum va axarina min dunihim la ta'lamu nahum Allahu ya'lamuhum; va ma tunfiqu min şai'in fi sabilil lahi yuvaf failaikum va antum la tuzlamun
Mişkini Tərcüməsi: Vasitəsiylə Allahın düşmənini, öz düşməninizi və onlardan qeyri – sizin tanımadığınız və Allahın tanıdığı – digər düşmənləri qorxutmaq üçün onların müqabilində bacardığınız qədər qüvvə (insan qüvvəsi, müasir silahlar və döyüş xərcləri) və bağlanmış və bəslənmiş atlar (münasib minik vasitələri) tədarük görün. Allah yoluna hər nə xərcləsəniz, (Qiyamət günü) o, kamil surətdə sizə veriləcəkdir və sizə əsla zülm edilməyəcəkdir (haqqınızdan kəsilməyəcəkdir).
61 Əl-Ənfal Surəsi, Ayə 61

۞ وَإِن جَنَحُوا۟ لِلسَّلْمِ فَٱجْنَحْ لَهَا وَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿61﴾

Oxunuşu (Transkripsiya): Va in canahu lissalmi facnah laha va tavakkal 'alal lah; innahu Huvas Sami'ul 'Alim
Mişkini Tərcüməsi: Əgər onlar sülh və barışığa meyl göstərsələr, sən də ona meyl et və Allaha təvəkkül et ki, şübhəsiz, Odur eşidən və bilən!
62 Əl-Ənfal Surəsi, Ayə 62

وَإِن يُرِيدُوٓا۟ أَن يَخْدَعُوكَ فَإِنَّ حَسْبَكَ ٱللَّهُ ۚ هُوَ ٱلَّذِىٓ أَيَّدَكَ بِنَصْرِهِۦ وَبِٱلْمُؤْمِنِينَ ﴿62﴾

Oxunuşu (Transkripsiya): Va iny yuridu any-yaxda'uka fainna hasbakal lah; Huval lazi aiyadaka binasrihi va bilmu'minin
Mişkini Tərcüməsi: Əgər (sülh və barışıqda, yaxud başqa bir məsələdə) səni aldatmaq istəsələr, şübhəsiz, sənə Allah kifayət edər. Səni Öz (qeyb) köməyi və möminlərin vasitəsilə qüvvətləndirən Odur.
63 Əl-Ənfal Surəsi, Ayə 63

وَأَلَّفَ بَيْنَ قُلُوبِهِمْ ۚ لَوْ أَنفَقْتَ مَا فِى ٱلْأَرْضِ جَمِيعًۭا مَّآ أَلَّفْتَ بَيْنَ قُلُوبِهِمْ وَلَٰكِنَّ ٱللَّهَ أَلَّفَ بَيْنَهُمْ ۚ إِنَّهُۥ عَزِيزٌ حَكِيمٌۭ ﴿63﴾

Oxunuşu (Transkripsiya): Va allafa baina qulubihim; lav anfaqta ma fil ardi cami'am ma allafta baina qulubihim va lakinnallaha allafa bainahum; innahu 'Azizun Hakim
Mişkini Tərcüməsi: Onların qəlbləri arasında (Allah) ülfət yaratdı. Əgər sən yer üzündə olan şeylərin hamısını xərcləsəydin, onların qəlbləri arasında ülfət yarada bilməzdin. Lakin Allah onların aralarında ülfət yaratdı. Həqiqətən, O, yenilməz qüdrət və hikmət sahibidir.
64 Əl-Ənfal Surəsi, Ayə 64

يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ حَسْبُكَ ٱللَّهُ وَمَنِ ٱتَّبَعَكَ مِنَ ٱلْمُؤْمِنِينَ ﴿64﴾

Oxunuşu (Transkripsiya): Ya aiyuhan Nabiyyu hasbukal lahu va manittaba 'aka minal mu'minin
Mişkini Tərcüməsi: Ey Peyğəmbər, Allah və sənə tabe olan möminlər (risalət vəzifələrini həyata keçirməkdə) sənə kifayətdir (qeyb köməkləri Ondan, zahiri müqəddimələr isə onlardan).
65 Əl-Ənfal Surəsi, Ayə 65

يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ حَرِّضِ ٱلْمُؤْمِنِينَ عَلَى ٱلْقِتَالِ ۚ إِن يَكُن مِّنكُمْ عِشْرُونَ صَٰبِرُونَ يَغْلِبُوا۟ مِا۟ئَتَيْنِ ۚ وَإِن يَكُن مِّنكُم مِّا۟ئَةٌۭ يَغْلِبُوٓا۟ أَلْفًۭا مِّنَ ٱلَّذِينَ كَفَرُوا۟ بِأَنَّهُمْ قَوْمٌۭ لَّا يَفْقَهُونَ ﴿65﴾

Oxunuşu (Transkripsiya): Ya aiyuhan Nabiyyu harridil mu'minina 'alal qital; iny-yakum minkum 'işruna sabiruna yağlibu mi'atayn; va iny-yakum minkum min'atuny yağlibu alfam minal lazina kafaru bi anahum qavmul la yafqahun
Mişkini Tərcüməsi: Ey Peyğəmbər, möminləri cihada həvəsləndir. Əgər sizdən iyirmi nəfər səbirli olsa, onlar iki yüz nəfərə qalib gələrlər. Əgər sizdən yüz nəfər olsa, onlar kafirlərin min nəfərinə qalib gələrlər. Çünki onlar anlamaz bir qövmdürlər (şücaət və bu kimi ruhu sifətlərin qüvvətlənməsinə səbəb olan tovhidi dərindən dərk etmirlər).
66 Əl-Ənfal Surəsi, Ayə 66

ٱلْـَٰٔنَ خَفَّفَ ٱللَّهُ عَنكُمْ وَعَلِمَ أَنَّ فِيكُمْ ضَعْفًۭا ۚ فَإِن يَكُن مِّنكُم مِّا۟ئَةٌۭ صَابِرَةٌۭ يَغْلِبُوا۟ مِا۟ئَتَيْنِ ۚ وَإِن يَكُن مِّنكُمْ أَلْفٌۭ يَغْلِبُوٓا۟ أَلْفَيْنِ بِإِذْنِ ٱللَّهِ ۗ وَٱللَّهُ مَعَ ٱلصَّٰبِرِينَ ﴿66﴾

Oxunuşu (Transkripsiya): Al'ana xaffafal lahu 'ankum va 'alima anna fikum da'fa; fa-iny yakum minkum mi'atun sabiratuny yağlibu mi'atayn; va iny-yakum minkum alfuny yağlibu alfaini bi iznil lah; vallahu ma'as sabirin
Mişkini Tərcüməsi: İndi Allah (bir nəfərin on nəfərlə mübarizə etməsinin vacibliyi və bir nəfərin on nəfərdən qaçmasının haramlığını götürərək) vəzifənizi yüngülləşdirdi və sizdə (ruhiyyə və sayınızda) zəiflik olmasını bildi (əzəli elmi zahirdə həyata keçdi). Beləliklə, əgər sizdən yüz nəfər səbirli olsa, onlar iki yüz nəfərə qalib gələrlər və əgər sizdən min nəfər olsa, Allahın izni (və köməyi) ilə onlar iki min nəfərə qalib gələrlər. Allah səbirlilərlədir.
67 Əl-Ənfal Surəsi, Ayə 67

مَا كَانَ لِنَبِىٍّ أَن يَكُونَ لَهُۥٓ أَسْرَىٰ حَتَّىٰ يُثْخِنَ فِى ٱلْأَرْضِ ۚ تُرِيدُونَ عَرَضَ ٱلدُّنْيَا وَٱللَّهُ يُرِيدُ ٱلْءَاخِرَةَ ۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌۭ ﴿67﴾

Oxunuşu (Transkripsiya): Ma kana li Nabiyyin ai yakuna lahu asra hatta yusxina fil ard; turiduna aradad dunya vallahu yuridul Aaxirah; vallahu 'Azizun Hakim
Mişkini Tərcüməsi: (İlahi hökümətin qurulması və onun qalması baxımından) heç bir peyğəmbərə hökümətini yer üzündə qüvvətləndirib möhkəmləndirənə qədər (döyüş) əsirlərinin olması yaraşmaz və haqqı yoxdur (əksinə, düşmən döyüş əsnasında öldürülməlidir). Siz dünya malını (əsirləri satmaq və ya fidyə ilə azad etmək) istəyirsiniz, Allah isə axirəti istəyir. Allah yenilməz qüdrətli və hikmət sahibidir.
68 Əl-Ənfal Surəsi, Ayə 68

لَّوْلَا كِتَٰبٌۭ مِّنَ ٱللَّهِ سَبَقَ لَمَسَّكُمْ فِيمَآ أَخَذْتُمْ عَذَابٌ عَظِيمٌۭ ﴿68﴾

Oxunuşu (Transkripsiya): Lav la Kitabum minal lahi sabaqa lamassakum fi ma axaztum 'azabun 'azim
Mişkini Tərcüməsi: Əgər Allah tərəfindən qərara alınmış keçmiş hökm (bütün dəlil-sübutlar gəlməmiş əzab etməmək hökmü) olmasaydı, götürdüyünüz şey (Peyğəmbərin əmri olmadan fidyə üçün götürdüyünüz əsirlər) barəsində sizə mütləq böyük bir əzab yetişərdi.
69 Əl-Ənfal Surəsi, Ayə 69

فَكُلُوا۟ مِمَّا غَنِمْتُمْ حَلَٰلًۭا طَيِّبًۭا ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿69﴾

Oxunuşu (Transkripsiya): Fakulu mima ğanimtum halalan taiyiba; vatta qullah; innal laha Ğafurur Rahim
Mişkini Tərcüməsi: Buna görə də qənimət kimi əldə etdiyiniz şeydən (Bədr döyüşünün qənimətləri və əsirlərin fidyəsindən) halal və pak olaraq yeyin. (Bu, səmavi şəriətlərdə döyüş qənimətləri və fidyələri barəsində olan ilk icazədir və bu icazə ilə surənin onları «ənfal» olaraq Peyğəmbərin ixtiyarında qoyan birinci ayəsi arasındakı ziddiyyəti 41-ci ayədəki bölgü aradan qaldırır.) Allahdan qorxun ki, əlbəttə Allah çox bağışlayan və mehribandır.
70 Əl-Ənfal Surəsi, Ayə 70

يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ قُل لِّمَن فِىٓ أَيْدِيكُم مِّنَ ٱلْأَسْرَىٰٓ إِن يَعْلَمِ ٱللَّهُ فِى قُلُوبِكُمْ خَيْرًۭا يُؤْتِكُمْ خَيْرًۭا مِّمَّآ أُخِذَ مِنكُمْ وَيَغْفِرْ لَكُمْ ۗ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿70﴾

Oxunuşu (Transkripsiya): Ya aiyuhan Nabiyyu qul liman fi aidikum minal asra iny-ya lamillahu fi qulubikum xairany yu'tikum xayram mimma uxiza minkum va yağfir lakum; vallahu Ğafurur Rahim
Mişkini Tərcüməsi: Ey Peyğəmbər, (Bədr müharibəsi) əsirlər(in)dən sizin ixtiyarınızda olanlara de: «Əgər Allah sizin qəlblərinizdə bir xeyir (olmasını, İslamı qəbul edəcəyinizi) bilsə, sizə sizdən alınandan daha yaxşısını verər və sizi bağışlayar. Allah çox bağışlayan və mehribandır».
71 Əl-Ənfal Surəsi, Ayə 71

وَإِن يُرِيدُوا۟ خِيَانَتَكَ فَقَدْ خَانُوا۟ ٱللَّهَ مِن قَبْلُ فَأَمْكَنَ مِنْهُمْ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ ﴿71﴾

Oxunuşu (Transkripsiya): Va iny-yuridu xiya nataka faqad xanullaha min qablu fa amkana minhum; vallahu 'alimum Hakim
Mişkini Tərcüməsi: Əgər (bu əsirlər) sənə xəyanət etmək (fidyə ilə azad olub yenidən digər müharibəyə başlamaq) istəsələr (bu, ilk dəfə olan iş deyil), bundan qabaq Allaha da xəyanət (küfr və müharibə xəyanəti) etdilər. Buna görə də (səni) onlara O hakim etdi. Allah bilən və hikmətlidir.
72 Əl-Ənfal Surəsi, Ayə 72

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَهَاجَرُوا۟ وَجَٰهَدُوا۟ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ فِى سَبِيلِ ٱللَّهِ وَٱلَّذِينَ ءَاوَوا۟ وَّنَصَرُوٓا۟ أُو۟لَٰٓئِكَ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍۢ ۚ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَلَمْ يُهَاجِرُوا۟ مَا لَكُم مِّن وَلَٰيَتِهِم مِّن شَىْءٍ حَتَّىٰ يُهَاجِرُوا۟ ۚ وَإِنِ ٱسْتَنصَرُوكُمْ فِى ٱلدِّينِ فَعَلَيْكُمُ ٱلنَّصْرُ إِلَّا عَلَىٰ قَوْمٍۭ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَٰقٌۭ ۗ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ ﴿72﴾

Oxunuşu (Transkripsiya): Innal lazina amanu va hacaru va cahadu bi amvalihim va anfusihim fi sabilil lahi vallazina avav va nasaru ula'ika ba'duhum avliya'u ba'd; vallazina amanu va lam yuhaciru ma lakum minv valayatihim min şai'in hatta yuhaciru; va inistan sarukum fid dini fa'alaiku munnasru illa 'ala qavmim bainakum va bainahum misaq; vallahu bima ta'maluna Basir
Mişkini Tərcüməsi: Həqiqətən, iman gətirən, (Mədinəyə) hicrət edən və Allah yolunda öz malları və canları ilə cihad edən kəslərlə (Mədinə əhalisindən) (mühacirlərə) yer və pənah verən və kömək edənlər bir-birlərinin qəyyumudurlar (onların arasında dostluq, qarşılıqlı yardım və irs əlaqələri vardır). Sizin iman gətirib hicrət etməyən kəslərlə, onlar hicrət edənə kimi heç bir bağlılığınız yoxdur. Əgər din işləri barəsində sizdən kömək istəsələr, sizinlə aralarında (düşmənçiliyin ləğvi barəsində) əhd-peyman olan dəstənin zərərinə olan (kömək) istisna olmaqla, onlara kömək etmək sizin vəzifənizdir. Allah etdiklərinizi görəndir.
73 Əl-Ənfal Surəsi, Ayə 73

وَٱلَّذِينَ كَفَرُوا۟ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍ ۚ إِلَّا تَفْعَلُوهُ تَكُن فِتْنَةٌۭ فِى ٱلْأَرْضِ وَفَسَادٌۭ كَبِيرٌۭ ﴿73﴾

Oxunuşu (Transkripsiya): Vallazina kafaru ba'duhum avliya'u ba'd; illa taf'aluhu takun fitnatun fil ardi va fasadun kabir
Mişkini Tərcüməsi: Kafirlər də bir-birlərinin müttəfiq və dostudurlar. Əgər bunu (möminlərlə birlik və kafirlərdən uzaqlaşmaq barəsindəki bu əmri) yerinə yetirməsəniz, yer üzündə fitnə və böyük bir fəsad baş verəcəkdir.
74 Əl-Ənfal Surəsi, Ayə 74

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَهَاجَرُوا۟ وَجَٰهَدُوا۟ فِى سَبِيلِ ٱللَّهِ وَٱلَّذِينَ ءَاوَوا۟ وَّنَصَرُوٓا۟ أُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُؤْمِنُونَ حَقًّۭا ۚ لَّهُم مَّغْفِرَةٌۭ وَرِزْقٌۭ كَرِيمٌۭ ﴿74﴾

Oxunuşu (Transkripsiya): Vallazina amanu va hacaru va cahadu fi sabilil lahi vallazina avav va nasaru ula'ika humul mu'minuna haqqa; lahum mağfiratunv va rizqun karim
Mişkini Tərcüməsi: İman gətirən, hicrət edən və Allah yolunda cihad edən kəslər və (onlara) yer və pənah verən və kömək edənlər – onlardır həqiqi möminlər! Onlar üçün bağışlanma və gözəl və bol ruzi vardır.
75 Əl-Ənfal Surəsi, Ayə 75

وَٱلَّذِينَ ءَامَنُوا۟ مِنۢ بَعْدُ وَهَاجَرُوا۟ وَجَٰهَدُوا۟ مَعَكُمْ فَأُو۟لَٰٓئِكَ مِنكُمْ ۚ وَأُو۟لُوا۟ ٱلْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَىٰ بِبَعْضٍۢ فِى كِتَٰبِ ٱللَّهِ ۗ إِنَّ ٱللَّهَ بِكُلِّ شَىْءٍ عَلِيمٌۢ ﴿75﴾

Oxunuşu (Transkripsiya): Vallazina amanu mim ba'du va hacaru va cahadu ma;akum faula'ika minkum; va ulul arhami baduhum avla biba'din fi Kitabil lah; innal laha bikulli şai'in 'Alim
Mişkini Tərcüməsi: Sonradan iman gətirən, hicrət edən və sizinlə birlikdə cihad edən kəslər (dostluq və dini qardaşlıq əlaqələri baxımından) sizdəndirlər. Allahın kitabında (Lövhi-Məhfuzda və bu kitabda yazılmış varislik hökmündə) qohumlar bir-birlərinə (başqalarından) daha haqlıdırlar (beləliklə, hicrətin əvvəlində mühacirlərlə ənsar arasında çıxarılmış varislik hökmü nəsx oldu). Həqiqətən, Allah hər şeyi biləndir.
Əvvəlki: 7. Əl-Əraf Bütün Surələr ↑ Növbəti: 9. Ət-Tövbə

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...