بَرَآءَةٌۭ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦٓ إِلَى ٱلَّذِينَ عَٰهَدتُّم مِّنَ ٱلْمُشْرِكِينَ
﴿1﴾
Oxunuşu (Transkripsiya):
Bara'atum minal lahi va Rasulihi ilal lazina 'anhattum minal muşrikin
Mişkini Tərcüməsi:
(Bu ayələr) Allah və Onun Peyğəmbəri tərəfindən müşriklərdən əhd-peyman bağladığınız kəslərə nifrət (və onlarla olan əhdpeymanın ləğv edilməsi və onlara verilən amanın aradan qaldırılması) bildirişidir.
فَسِيحُوا۟ فِى ٱلْأَرْضِ أَرْبَعَةَ أَشْهُرٍۢ وَٱعْلَمُوٓا۟ أَنَّكُمْ غَيْرُ مُعْجِزِى ٱللَّهِ ۙ وَأَنَّ ٱللَّهَ مُخْزِى ٱلْكَٰفِرِينَ
﴿2﴾
Oxunuşu (Transkripsiya):
Fasihu fil ardi arba'ata aşhurinv va'lamuannakum ğairu mu'cizil lahi va annal laha muxzil kafirin
Mişkini Tərcüməsi:
Odur ki, (ey müşriklər, bu nifrət bildirişinin elan olunmasından sonra) dörd ay yer üzündə (azad) gəzin və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz (Onun çəngindən yaxanızı qurtara bilməzsiniz) və Allah kafirləri xar edəndir.
وَأَذَٰنٌۭ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦٓ إِلَى ٱلنَّاسِ يَوْمَ ٱلْحَجِّ ٱلْأَكْبَرِ أَنَّ ٱللَّهَ بَرِىٓءٌۭ مِّنَ ٱلْمُشْرِكِينَ ۙ وَرَسُولُهُۥ ۚ فَإِن تُبْتُمْ فَهُوَ خَيْرٌۭ لَّكُمْ ۖ وَإِن تَوَلَّيْتُمْ فَٱعْلَمُوٓا۟ أَنَّكُمْ غَيْرُ مُعْجِزِى ٱللَّهِ ۗ وَبَشِّرِ ٱلَّذِينَ كَفَرُوا۟ بِعَذَابٍ أَلِيمٍ
﴿3﴾
Oxunuşu (Transkripsiya):
Va azanum minal lahi va Rasulihi ilan nasi yavmal Haccil Akbari annal laha bari'um minal muşrikina va Rasuluh; fa-in tubtum fahuva xairullakum va in tavallaitum fa'lamu annakum ğairu mu'cizil lah; va başiril lazina kafaru biazabin alim
Mişkini Tərcüməsi:
Həmçinin (bu ayələr) Allah və Onun Peyğəmbəri tərəfindən (bütün) insanlara böyük həcc günündə (qurban bayramı günü, yaxud hicrətin doqquzuncu ilində müşriklərlə müsəlmanların həcc əməllərini birlikdə yerinə yetirdikləri böyük həcc günü) bir bildirişdir ki: «Allah və Onun Peyğəmbəri müşriklərdən uzaqdırlar (onlarla heç bir əhd-peymanları yoxdur)». Buna görə də (ey müşriklər), əgər tövbə etsəniz (və İslamı qəbul etsəniz), sizin üçün daha yaxşıdır və əgər üz döndərsəniz, bilin ki, siz (nə mübarizə etmək və nə də qaçmaqla) Allahı aciz qoya bilməzsiniz. (Ey Peyğəmbər,) kafirlərə ağrılı bir əzabla müjdə ver!
إِلَّا ٱلَّذِينَ عَٰهَدتُّم مِّنَ ٱلْمُشْرِكِينَ ثُمَّ لَمْ يَنقُصُوكُمْ شَيْـًۭٔا وَلَمْ يُظَٰهِرُوا۟ عَلَيْكُمْ أَحَدًۭا فَأَتِمُّوٓا۟ إِلَيْهِمْ عَهْدَهُمْ إِلَىٰ مُدَّتِهِمْ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُتَّقِينَ
﴿4﴾
Oxunuşu (Transkripsiya):
Illal lazina 'ahattum minal muşrikina summa lam yanqusukum şai'anv-va lam yuzahiru 'alaikum ahadan fa atimmu ilaihim 'ahdahum ila muddatihim; innal laha yuhibbul muttaqin
Mişkini Tərcüməsi:
Müşriklərdən əhd-peyman bağladığınız, sonra sizdən (sizinlə olan əhdlərindən) bir şeyi əskiltməyən və (düşmənlərinizdən) sizin əleyhinizə heç kəsə kömək etməyənlər istisnadırlar. Beləliklə, onların əhd peymanını müddətlərinin sonuna qədər tamamlayın. Həqiqətən, Allah pərhizkarları sevir.
فَإِذَا ٱنسَلَخَ ٱلْأَشْهُرُ ٱلْحُرُمُ فَٱقْتُلُوا۟ ٱلْمُشْرِكِينَ حَيْثُ وَجَدتُّمُوهُمْ وَخُذُوهُمْ وَٱحْصُرُوهُمْ وَٱقْعُدُوا۟ لَهُمْ كُلَّ مَرْصَدٍۢ ۚ فَإِن تَابُوا۟ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتَوُا۟ ٱلزَّكَوٰةَ فَخَلُّوا۟ سَبِيلَهُمْ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ
﴿5﴾
Oxunuşu (Transkripsiya):
Fa izansalaxal Aşhurul Hurumu faqtulul muşrikina haisu vacattumuhum va xuzuhum vahsuruhum qaq'udu lahum kulla marsad; fa-in tabu va aqamus Salata va atavuz Zakata faxallu sabilahum; innal laha Ğafurur Rahim
Mişkini Tərcüməsi:
Beləliklə, elə ki, haram aylar (verilmiş möhlət və döyüşməyin haram olduğu dörd ay) sona çatdı, müşrikləri harada görsəniz (istər Hərəmin daxilində olsunlar, istərsə də xaricində, haram aylarda olsun və ya başqa aylarda) öldürün, tutun, mühasirəyə alın və hər yerdə onların pusqusunda durun. Beləliklə, əgər tövbə etsələr, namaz qılsalar və zəkat versələr yollarını açın ki, həqiqətən, Allah çox bağışlayan və mehribandır.
وَإِنْ أَحَدٌۭ مِّنَ ٱلْمُشْرِكِينَ ٱسْتَجَارَكَ فَأَجِرْهُ حَتَّىٰ يَسْمَعَ كَلَٰمَ ٱللَّهِ ثُمَّ أَبْلِغْهُ مَأْمَنَهُۥ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌۭ لَّا يَعْلَمُونَ
﴿6﴾
Oxunuşu (Transkripsiya):
Va in ahadum minal muşrikinas tacaraka fa acirhu hatta yasma'a Kalamal lahi summa abliğhu ma manah; zalika bi annahum qavmul la ya'lamun
Mişkini Tərcüməsi:
Əgər (təqib edilən) müşriklərdən biri səndən aman istəsə, Allahın kəlamını eşitmək üçün ona aman ver. Sonra onu təhlükəsiz olduğu yerə çatdır. Çünki onlar bilməyən bir dəstədirlər.
كَيْفَ يَكُونُ لِلْمُشْرِكِينَ عَهْدٌ عِندَ ٱللَّهِ وَعِندَ رَسُولِهِۦٓ إِلَّا ٱلَّذِينَ عَٰهَدتُّمْ عِندَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ ۖ فَمَا ٱسْتَقَٰمُوا۟ لَكُمْ فَٱسْتَقِيمُوا۟ لَهُمْ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُتَّقِينَ
﴿7﴾
Oxunuşu (Transkripsiya):
Kaifa yakunu lilmuş rikina 'ahdun 'indallahi va 'inda Rasulihi illal lazina 'ahattum 'indal Mascidil Harami famas taqamu lakum fastaqimu lahum; innallaha yuhibbul muttaqin
Mişkini Tərcüməsi:
Məscidül-Həramın yanında əhd-peyman bağladığınız kəslərdən başqa, müşriklərin Allahın yanında və Onun Peyğəmbərinin yanında necə əhd-peymanları ola bilər?! Buna görə də, nə qədər ki, onlar (Məscidül-Həramın yanında əhd-peyman bağladığınız müşriklər) sizinlə (olan əhdlərində) möhkəm durublar, siz də onlarla (olan əhdlərinizdə) möhkəm durun ki, həqiqətən, Allah pəhrizkarları sevir.
كَيْفَ وَإِن يَظْهَرُوا۟ عَلَيْكُمْ لَا يَرْقُبُوا۟ فِيكُمْ إِلًّۭا وَلَا ذِمَّةًۭ ۚ يُرْضُونَكُم بِأَفْوَٰهِهِمْ وَتَأْبَىٰ قُلُوبُهُمْ وَأَكْثَرُهُمْ فَٰسِقُونَ
﴿8﴾
Oxunuşu (Transkripsiya):
Kaifa va iny-yajaru 'alaikum la yarqubu fikum illanv va la zimmah; yurdu nakum biafvahihim va taba qulubuhum va aksaruhum fasiqun
Mişkini Tərcüməsi:
(Bəli, onların əhdlərinə) necə (etimad bəslənə bilər)? Halbuki, əgər sizə qalib gəlsələr, sizin haqqınızda nə bir qohumuluğu nəzərə alarlar, nə də bir əhdnaməyə riayət edərlər. Sizi öz sözləri ilə razı salırlar, halbuki, ürəkləri imtina edir. Onların çoxu (Allaha və vicdanlarına qarşı) itaətsizdirlər.
ٱشْتَرَوْا۟ بِـَٔايَٰتِ ٱللَّهِ ثَمَنًۭا قَلِيلًۭا فَصَدُّوا۟ عَن سَبِيلِهِۦٓ ۚ إِنَّهُمْ سَآءَ مَا كَانُوا۟ يَعْمَلُونَ
﴿9﴾
Oxunuşu (Transkripsiya):
Iştarav bi Aayatil lahi samanan qalilan fasaddu 'an sabilih; innahum sa'a ma kanu ya'malun
Mişkini Tərcüməsi:
Onlar Allahın ayələrini vermək müqabilində az bir qazanc əldə etdilər (Peyğəmbəri və onun kitabını inkar etməklə məqam və dünya əldə etdilər), beləliklə, (insanları) Onun yolundan saxladılar. Doğrudan da, onların əməlləri pisdir.
10
Ət-Tövbə Surəsi, Ayə 10
لَا يَرْقُبُونَ فِى مُؤْمِنٍ إِلًّۭا وَلَا ذِمَّةًۭ ۚ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُعْتَدُونَ
﴿10﴾
Oxunuşu (Transkripsiya):
La yarqubuna fi mu'minin illanv va la zimmah va ula 'ika humulmu 'tadun
Mişkini Tərcüməsi:
Heç bir mömin barəsində qohumluq haqqına və əhd-peymana riayət etmirlər. Onlar həmin həddi aşanlardır.
11
Ət-Tövbə Surəsi, Ayə 11
فَإِن تَابُوا۟ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتَوُا۟ ٱلزَّكَوٰةَ فَإِخْوَٰنُكُمْ فِى ٱلدِّينِ ۗ وَنُفَصِّلُ ٱلْءَايَٰتِ لِقَوْمٍۢ يَعْلَمُونَ
﴿11﴾
Oxunuşu (Transkripsiya):
Fa in tabu va aqamus Salata va atavuz Zakata fa ixvanukum fid din; va nufassilul Aayati liqavminy ya'lamun
Mişkini Tərcüməsi:
Beləliklə, əgər tövbə etsələr, namaz qılsalar və zəkat versələr, onlar sizin din qardaşlarınız olacaqlar. Biz öz ayə və nişanələrimizi bilən dəstə üçün ətraflı surətdə izah edirik.
12
Ət-Tövbə Surəsi, Ayə 12
وَإِن نَّكَثُوٓا۟ أَيْمَٰنَهُم مِّنۢ بَعْدِ عَهْدِهِمْ وَطَعَنُوا۟ فِى دِينِكُمْ فَقَٰتِلُوٓا۟ أَئِمَّةَ ٱلْكُفْرِ ۙ إِنَّهُمْ لَآ أَيْمَٰنَ لَهُمْ لَعَلَّهُمْ يَنتَهُونَ
﴿12﴾
Oxunuşu (Transkripsiya):
Va in nakasu aimanahum mim ba'di 'ahdihim va ta'anu fi dinikum faqatilu a'immatal kufri innahum la aimana lahum la'allahum yantahun
Mişkini Tərcüməsi:
Əgər yerinə yetirəcəklərini öhdələrinə götürdükdən sonra əhdlərini pozsalar və sizin dininizə tənə vurub irad tutsalar, onda bəlkə əl çəkələr deyə (bu) küfr başçıları ilə vuruşun ki, onların heç bir öhdəçilikləri yoxdur.
13
Ət-Tövbə Surəsi, Ayə 13
أَلَا تُقَٰتِلُونَ قَوْمًۭا نَّكَثُوٓا۟ أَيْمَٰنَهُمْ وَهَمُّوا۟ بِإِخْرَاجِ ٱلرَّسُولِ وَهُم بَدَءُوكُمْ أَوَّلَ مَرَّةٍ ۚ أَتَخْشَوْنَهُمْ ۚ فَٱللَّهُ أَحَقُّ أَن تَخْشَوْهُ إِن كُنتُم مُّؤْمِنِينَ
﴿13﴾
Oxunuşu (Transkripsiya):
Ala tuqatiluna qavman nakasu aimanahum va hammu bi ixracir Rasuli va hum bada'ukum avvala marrah; ataxşavnahum; fallahu ahaqqu an taxşavhu in kuntum mu'minin
Mişkini Tərcüməsi:
Yoxsa siz öz andlarını pozmuş, Allahın Peyğəmbərini (Məkkədən) çıxarmaq qərarına gəlmiş və sizinlə (müharibəyə) ilk dəfə başlayan da onlar olan bir dəstə ilə vuruşmayacaqsınız? Yoxsa onlardan qorxursunuz? Əgər imanınız varsa, Allah qorxulmağa daha layiqdir.
14
Ət-Tövbə Surəsi, Ayə 14
قَٰتِلُوهُمْ يُعَذِّبْهُمُ ٱللَّهُ بِأَيْدِيكُمْ وَيُخْزِهِمْ وَيَنصُرْكُمْ عَلَيْهِمْ وَيَشْفِ صُدُورَ قَوْمٍۢ مُّؤْمِنِينَ
﴿14﴾
Oxunuşu (Transkripsiya):
Qatiluhum yu'az zibhumul lahu bi aidikum va yuxzihim va yansurkum 'alaihim va yaşfi sudura qavmim mu 'minin
Mişkini Tərcüməsi:
Onlarla vuruşun ki, Allah onlara sizin əlinizlə əzab versin, onları xar etsin, sizi onlara qalib etsin və möminlərdən (müşriklərdən yaralı) olan dəstənin ürəklərinə şəfa versin.
15
Ət-Tövbə Surəsi, Ayə 15
وَيُذْهِبْ غَيْظَ قُلُوبِهِمْ ۗ وَيَتُوبُ ٱللَّهُ عَلَىٰ مَن يَشَآءُ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ
﴿15﴾
Oxunuşu (Transkripsiya):
Va yujib ğaiza qulubihim; va yatubullahu 'ala mai yaşa'; vallahu 'Alimun Hakim
Mişkini Tərcüməsi:
Həmçinin onların qəlblərinin qəzəbini aradan aparsın. Allah nəzərini istədiyi şəxsə yönəldərək tövbəsini qəbul edər. Allah bilən və hikmətlidir.
16
Ət-Tövbə Surəsi, Ayə 16
أَمْ حَسِبْتُمْ أَن تُتْرَكُوا۟ وَلَمَّا يَعْلَمِ ٱللَّهُ ٱلَّذِينَ جَٰهَدُوا۟ مِنكُمْ وَلَمْ يَتَّخِذُوا۟ مِن دُونِ ٱللَّهِ وَلَا رَسُولِهِۦ وَلَا ٱلْمُؤْمِنِينَ وَلِيجَةًۭ ۚ وَٱللَّهُ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ
﴿16﴾
Oxunuşu (Transkripsiya):
Am hasibtum an turaku va lamma ya'lamil lahul lazina cahadu minkum va lam yattaxizu min dunil lahi va la Rasulihi va lalmu'minina valicah; vallahu xabirum bima ta'malun
Mişkini Tərcüməsi:
Yoxsa Allahın sizlərdən cihad edənləri və Allahdan, Onun Peyğəmbərindən və möminlərdən başqasını özlərinə sirdaş etməyənləri hələ aydınlaşdırıb üzə çıxarmadığı halda (onlar haqqında olan əzəli elmi gerçəkləşməmiş öz başınıza) buraxılacağınızı zənn edirsiniz? Allah əməllərinizdən xəbərdardır.
17
Ət-Tövbə Surəsi, Ayə 17
مَا كَانَ لِلْمُشْرِكِينَ أَن يَعْمُرُوا۟ مَسَٰجِدَ ٱللَّهِ شَٰهِدِينَ عَلَىٰٓ أَنفُسِهِم بِٱلْكُفْرِ ۚ أُو۟لَٰٓئِكَ حَبِطَتْ أَعْمَٰلُهُمْ وَفِى ٱلنَّارِ هُمْ خَٰلِدُونَ
﴿17﴾
Oxunuşu (Transkripsiya):
ma kana lilmuşrikina ai ya'muru masacidal lahi şahidina 'ala anfusihim bilkufr; ula'ika habitat a'maluhum va fin nari hum xalidun
Mişkini Tərcüməsi:
Müşriklərə öz küfrlərinə şahid olduqları halda (küfrlə şirk tovhidlə bağlı əməllərə zidd olduğu üçün) Allahın məscidlərini abadlaşdırmaq (tikməkdən tutmuş digər bəzək işlərinə kimi) yaraşmaz, haqları yoxdur, şəriət və ağıl baxımından da düzgün deyildir. Onların bütün (xeyir) əməlləri hədərə gedib puç olmuşdur və onlar odda əbədi qalacaqlar.
18
Ət-Tövbə Surəsi, Ayə 18
إِنَّمَا يَعْمُرُ مَسَٰجِدَ ٱللَّهِ مَنْ ءَامَنَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَأَقَامَ ٱلصَّلَوٰةَ وَءَاتَى ٱلزَّكَوٰةَ وَلَمْ يَخْشَ إِلَّا ٱللَّهَ ۖ فَعَسَىٰٓ أُو۟لَٰٓئِكَ أَن يَكُونُوا۟ مِنَ ٱلْمُهْتَدِينَ
﴿18﴾
Oxunuşu (Transkripsiya):
Innama ya'muru masa cidal lahi man amana billahi val Yavmil Aaxiri va aqamas Salata va ataz Zakata va lam yakxsa illal laha fa'asa ula'ika ai yakunu minal muhtadin
Mişkini Tərcüməsi:
Həqiqətən, Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və (dini vəzifələrin yerinə yetirilməsində) Allahdan başqa heç kəsdən qorxmayan şəxslər (maddi və mənəvi cəhətdən) abad edərlər. Buna görə də ola bilsin onlar hidayət olunmuşlardan olsunlar.
19
Ət-Tövbə Surəsi, Ayə 19
۞ أَجَعَلْتُمْ سِقَايَةَ ٱلْحَآجِّ وَعِمَارَةَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ كَمَنْ ءَامَنَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَجَٰهَدَ فِى سَبِيلِ ٱللَّهِ ۚ لَا يَسْتَوُۥنَ عِندَ ٱللَّهِ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ
﴿19﴾
Oxunuşu (Transkripsiya):
Aca'altum siqayatal hacci va 'imaratal mascidil harami kamman amana billahi val Yavmil Aaxiri va cahada fi sabilil lah; la yastavuna 'indal lah; vallahu la yahdil qavmaz zalimin
Mişkini Tərcüməsi:
Yoxsa siz hacılara su verməyi və Məscidül-Həramı abadlaşdırmağı Allaha və axirət gününə iman gətirən və Allah yolunda cihad edən şəxs(in iman və əməli) ilə bir tutursunuz? Allah yanında (bu ikisi əsla) bir deyildir. Allah zalım dəstəni hidayət etməz.
20
Ət-Tövbə Surəsi, Ayə 20
ٱلَّذِينَ ءَامَنُوا۟ وَهَاجَرُوا۟ وَجَٰهَدُوا۟ فِى سَبِيلِ ٱللَّهِ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ أَعْظَمُ دَرَجَةً عِندَ ٱللَّهِ ۚ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْفَآئِزُونَ
﴿20﴾
Oxunuşu (Transkripsiya):
Allazina amanu va hacaru va cahadu fi sabilil lahi bi amvalihim va anufsihim a'zamu daracatan 'indal lah; va ula'ika humul fa'izun
Mişkini Tərcüməsi:
İman gətirən, hicrət edən və Allah yolunda malları və canları ilə cihad edənlərin Allah yanında məqam və dərəcələri çox böyükdür və onlar həmin nicat tapanlardır.
21
Ət-Tövbə Surəsi, Ayə 21
يُبَشِّرُهُمْ رَبُّهُم بِرَحْمَةٍۢ مِّنْهُ وَرِضْوَٰنٍۢ وَجَنَّٰتٍۢ لَّهُمْ فِيهَا نَعِيمٌۭ مُّقِيمٌ
﴿21﴾
Oxunuşu (Transkripsiya):
Yubaşşiruhum Rabbuhum birahmatim minhu va ridvaninv va Cannatil lahum fiha na'imum muqim
Mişkini Tərcüməsi:
Rəbbi onları Öz tərəfindən bir rəhmət və razılıqla və içərisində onlar üçün sürəkli və daimi nemət olan Cənnətlərlə müjdələyir.
22
Ət-Tövbə Surəsi, Ayə 22
خَٰلِدِينَ فِيهَآ أَبَدًا ۚ إِنَّ ٱللَّهَ عِندَهُۥٓ أَجْرٌ عَظِيمٌۭ
﴿22﴾
Oxunuşu (Transkripsiya):
Xalidina fiha abada; innal laha 'indahu acrun 'azim
Mişkini Tərcüməsi:
Onlar orada həmişəlik olaraq, əbədi qalacaqlar. Həqiqətən, Allah yanında böyük bir mükafat vardır.
23
Ət-Tövbə Surəsi, Ayə 23
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوٓا۟ ءَابَآءَكُمْ وَإِخْوَٰنَكُمْ أَوْلِيَآءَ إِنِ ٱسْتَحَبُّوا۟ ٱلْكُفْرَ عَلَى ٱلْإِيمَٰنِ ۚ وَمَن يَتَوَلَّهُم مِّنكُمْ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ
﴿23﴾
Oxunuşu (Transkripsiya):
Ya aiyuhal lazina amanu la tattaxizu aba 'akum va ixvanakum avliya'a inis tahabbul kufra 'alal iman; va mai yataval lahum minkum fa ula'ika humuz zalimun
Mişkini Tərcüməsi:
Ey iman gətirənlər, əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tutsalar, onları özünüzə dost və köməkçi götürməyin. Sizdən kim onları dost və köməkçi götürsə, (dostluğu öz lazımi yerində sərf etmədikləri üçün) onlar həmin zalımlardır.
24
Ət-Tövbə Surəsi, Ayə 24
قُلْ إِن كَانَ ءَابَآؤُكُمْ وَأَبْنَآؤُكُمْ وَإِخْوَٰنُكُمْ وَأَزْوَٰجُكُمْ وَعَشِيرَتُكُمْ وَأَمْوَٰلٌ ٱقْتَرَفْتُمُوهَا وَتِجَٰرَةٌۭ تَخْشَوْنَ كَسَادَهَا وَمَسَٰكِنُ تَرْضَوْنَهَآ أَحَبَّ إِلَيْكُم مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦ وَجِهَادٍۢ فِى سَبِيلِهِۦ فَتَرَبَّصُوا۟ حَتَّىٰ يَأْتِىَ ٱللَّهُ بِأَمْرِهِۦ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْفَٰسِقِينَ
﴿24﴾
Oxunuşu (Transkripsiya):
Qul in kana aba'ukum va abna'ukum va ixvanukum va azvacukum va 'aşiratukum va amvaluniq taraftumuha va ticaratun taxşavna kasadaha va masakinu tardavnaha ahabba ilaikum minal lahi va Rasulihi va Cihadin fi Sabilihi fatarabbasu hatta yatiyallahu bi amrih; vallahu la yahdil qavmal fasiqin
Mişkini Tərcüməsi:
De: «Əgər atalarınız, oğullarınız, qardaşlarınız, arvadlarınız, (insan cəmiyyətinin əsasını təşkil edən) qohumlarınız, topladığınız mallar, kasadlaşmasından qorxduğunuz ticarət və (cəmiyyətin maddi cəhətdən möhkəmlənməsinin əsasını təşkil edən) razı olduğunuz yaşayış yerləri sizin üçün Allahdan, Onun Peyğəmbərindən və Onun yolunda cihad etməkdən daha sevimlidirsə, onda Allahın Öz əmrini (sizə əzab etmək əmrini) verməsini gözləyin. Allah itaətsizlərin dəstəsini hidayət etməz».
25
Ət-Tövbə Surəsi, Ayə 25
لَقَدْ نَصَرَكُمُ ٱللَّهُ فِى مَوَاطِنَ كَثِيرَةٍۢ ۙ وَيَوْمَ حُنَيْنٍ ۙ إِذْ أَعْجَبَتْكُمْ كَثْرَتُكُمْ فَلَمْ تُغْنِ عَنكُمْ شَيْـًۭٔا وَضَاقَتْ عَلَيْكُمُ ٱلْأَرْضُ بِمَا رَحُبَتْ ثُمَّ وَلَّيْتُم مُّدْبِرِينَ
﴿25﴾
Oxunuşu (Transkripsiya):
Laqad nasarakumul lahu fi mavatina kasiratinv va yavma Hunainin iz a'cabatkum kasratukum falam tuğni 'ankum şai'anv va daqat 'alaikumul ardu bima rahubat summa vallaitum mudbirin
Mişkini Tərcüməsi:
Həqiqətən, Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn günü – sayınızın çoxluğunun sizi məğrur etdiyi, amma sizdən (hadisə və əzabdan) heç bir şeyi dəf etmədiyi və yer üzü bütün genişliyi ilə sizə dar olduğu, sonra isə düşmənə arxa çevirərək qaçmağa üz qoydunuz zaman kömək etdi.
26
Ət-Tövbə Surəsi, Ayə 26
ثُمَّ أَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَىٰ رَسُولِهِۦ وَعَلَى ٱلْمُؤْمِنِينَ وَأَنزَلَ جُنُودًۭا لَّمْ تَرَوْهَا وَعَذَّبَ ٱلَّذِينَ كَفَرُوا۟ ۚ وَذَٰلِكَ جَزَآءُ ٱلْكَٰفِرِينَ
﴿26﴾
Oxunuşu (Transkripsiya):
Summa anzalal lahu sakinatahu 'ala Rasulihi va 'alalmu 'minina va anzala cunudal lam taravha va azzabal lazina kafaru; va zalika caza'ul kafirin
Mişkini Tərcüməsi:
Sonra Allah Öz Peyğəmbərinə və möminlərə Öz xatircəmliyini (məxsus vaxtlarda Öz dostlarının qəlbinə nazil etdiyi qəlb rahatlığını) nazil etdi, sizin görmədiyiniz qoşunları göndərdi və küfr edənlərə əzab verdi. Budur kafirlərin cəzası!
27
Ət-Tövbə Surəsi, Ayə 27
ثُمَّ يَتُوبُ ٱللَّهُ مِنۢ بَعْدِ ذَٰلِكَ عَلَىٰ مَن يَشَآءُ ۗ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ
﴿27﴾
Oxunuşu (Transkripsiya):
Summa yatubul lahu mim ba'di zalika 'ala mai yaşa'; vallahu Ğafurur Rahim
Mişkini Tərcüməsi:
Sonra onun (həmin hadisənin) ardınca Allah nəzərini (kafirlərin döyüşə gələnlərindən və müsəlmanların dönüb qaçanlarından) istədiyinə yönəldər və tövbəsini qəbul edər. Allah çox bağışlayan və mehribandır.
28
Ət-Tövbə Surəsi, Ayə 28
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّمَا ٱلْمُشْرِكُونَ نَجَسٌۭ فَلَا يَقْرَبُوا۟ ٱلْمَسْجِدَ ٱلْحَرَامَ بَعْدَ عَامِهِمْ هَٰذَا ۚ وَإِنْ خِفْتُمْ عَيْلَةًۭ فَسَوْفَ يُغْنِيكُمُ ٱللَّهُ مِن فَضْلِهِۦٓ إِن شَآءَ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ حَكِيمٌۭ
﴿28﴾
Oxunuşu (Transkripsiya):
Ya aiyuhal lazina amanu innamal muşrikuna nacasun fala yaqrabul Mascidal Harama ba'da 'amihim haza; va in xiftum 'ailatan fasavfa yuğni kumul lahu min fadlihi in şa'; innallaha 'Alimun hakim
Mişkini Tərcüməsi:
Ey iman gətirənlər, doğrudan da müşriklər murdardırlar. Odur ki, bu ildən (Hicrətin doqquzuncu ili, Tövbə surəsinin nazil olduğu ildən) sonra Məscidül-Hərama yaxınlaşmamalıdırlar. Əgər (onlarla əlaqənin kəsildiyinə görə düçar olacağınız) yoxsulluq və kasıblıqdan qorxsanız, əgər Allah istəsə, tezliklə sizi Öz lütf və mərhəməti ilə ehtiyacsız edər. Həqiqətən, Allah bilən və hikmətlidir.
29
Ət-Tövbə Surəsi, Ayə 29
قَٰتِلُوا۟ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱللَّهِ وَلَا بِٱلْيَوْمِ ٱلْءَاخِرِ وَلَا يُحَرِّمُونَ مَا حَرَّمَ ٱللَّهُ وَرَسُولُهُۥ وَلَا يَدِينُونَ دِينَ ٱلْحَقِّ مِنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ حَتَّىٰ يُعْطُوا۟ ٱلْجِزْيَةَ عَن يَدٍۢ وَهُمْ صَٰغِرُونَ
﴿29﴾
Oxunuşu (Transkripsiya):
Qatilul lazina la yu'minuna billahi va la bil yavmil Aaxiri va la yuharrimuna ma harramal lahu va Rasuluhu va la yadinuna dinal haqqi minal lazina utul Kitaba hatta yu'tul cizyata ai yadinv va hum sağirun
Mişkini Tərcüməsi:
(Yəhudilər və xristianlar kimi səmavi) kitab verilmiş kəslərin Allaha və axirət gününə iman gətirməyən (çünki, onların etiqad bəslədikləri Allah və məad, həqiqi Allah və məad deyildir), Allahın və Onun Peyğəmbərinin (Muhəmmədin (s) Quranda, Musa və İsanın da «Əhdi-ətiq» və «Əhdi-cədid»də şərab, donuz əti, rüşvət və sələm kimi) haram buyurduğunu haram hesab etməyən və haqq dinə (İslama) tabe olmayanları ilə onlar tam təslim və zillətlə öz əlləri ilə (İslam hökumətinin hakimiyyəti altında) cizyə ödəyincəyə qədər vuruşun.
30
Ət-Tövbə Surəsi, Ayə 30
وَقَالَتِ ٱلْيَهُودُ عُزَيْرٌ ٱبْنُ ٱللَّهِ وَقَالَتِ ٱلنَّصَٰرَى ٱلْمَسِيحُ ٱبْنُ ٱللَّهِ ۖ ذَٰلِكَ قَوْلُهُم بِأَفْوَٰهِهِمْ ۖ يُضَٰهِـُٔونَ قَوْلَ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَبْلُ ۚ قَٰتَلَهُمُ ٱللَّهُ ۚ أَنَّىٰ يُؤْفَكُونَ
﴿30﴾
Oxunuşu (Transkripsiya):
Q qalatil yahudu 'Uzairunib nul lahi va qalatin Nasaral Masihub nul lahi zalika qavluhum bi afvahihim yudahi'una qavlal lazina kafaru min qabl; qatalahumul lah; anna yu'fakun
Mişkini Tərcüməsi:
Yəhudilər dedilər: «(Yəhudi millətinə zillətdən sonra həyat bəxş etmiş və Tövratı yaymış) Üzeyir Allahın oğludur». Və xaçpərəstlər dedilər: «Məsih Allahın oğludur». Bu onların dilləri ilə dedikləri (həqiqəti və dəlili olmayan) bir sözdür. Onlardan qabaq kafir olmuş kəslərin (Allah üçün ata, oğul, ana və arvad fərz edən qədim bütpərəstlərin) sözlərinə oxşayır. Allah öldürsün onları! Necə və hara döndərilirlər?
31
Ət-Tövbə Surəsi, Ayə 31
ٱتَّخَذُوٓا۟ أَحْبَارَهُمْ وَرُهْبَٰنَهُمْ أَرْبَابًۭا مِّن دُونِ ٱللَّهِ وَٱلْمَسِيحَ ٱبْنَ مَرْيَمَ وَمَآ أُمِرُوٓا۟ إِلَّا لِيَعْبُدُوٓا۟ إِلَٰهًۭا وَٰحِدًۭا ۖ لَّآ إِلَٰهَ إِلَّا هُوَ ۚ سُبْحَٰنَهُۥ عَمَّا يُشْرِكُونَ
﴿31﴾
Oxunuşu (Transkripsiya):
ittaxazu ahbarahum va ruhbanahum arbabammin dunil lahi val Masihab na Maryama va ma umiru illa liya'budu Ilahanv Va hidan la ilaha illa Hu; Subhanahu 'amma yuşrikun
Mişkini Tərcüməsi:
Onlar öz alimlərini, rahiblərini və Məryəm oğlu Məsihi (əmrlərinə qeydsiz-şərtsiz itaət etmək baxımından) Allahın yerinə tanrılar götürdülər, halbuki onlara yalnız Ondan başqa bir məbud olmayan tək Allaha ibadət etmələri əmr olunmuşdu. O, qoşulan şəriklərdən pak (və uzaq)dır.
32
Ət-Tövbə Surəsi, Ayə 32
يُرِيدُونَ أَن يُطْفِـُٔوا۟ نُورَ ٱللَّهِ بِأَفْوَٰهِهِمْ وَيَأْبَى ٱللَّهُ إِلَّآ أَن يُتِمَّ نُورَهُۥ وَلَوْ كَرِهَ ٱلْكَٰفِرُونَ
﴿32﴾
Oxunuşu (Transkripsiya):
Yuriduna ai yutfi'u nural lahi bi'afvahihim va yaballahu illa ai yutimma nurahu va lav karihal kafirun
Mişkini Tərcüməsi:
Onlar sözləri ilə Allahın nurunu (Onun dinini və kitabını) söndürmək istəyirlər, halbuki Allah kafirlərə xoş gəlməsə belə, yalnız Öz nurunu (hətta zamanın keçməsi, ağılların kamilləşməsi və bütün aləmin islahedicisinin gəlməsi ilə olsa da) kamilləşdirmək istəyir.
33
Ət-Tövbə Surəsi, Ayə 33
هُوَ ٱلَّذِىٓ أَرْسَلَ رَسُولَهُۥ بِٱلْهُدَىٰ وَدِينِ ٱلْحَقِّ لِيُظْهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦ وَلَوْ كَرِهَ ٱلْمُشْرِكُونَ
﴿33﴾
Oxunuşu (Transkripsiya):
huval lazi ar sala Rasulahu bilhuda va dinil haqqi liyujirahu 'alad dini kullihi va lav karihal muşrikun
Mişkini Tərcüməsi:
Öz Peyğəmbərini müşriklərə xoş gəlməsə belə, hidayət (vasitələri) və haqq din ilə bütün dinlərə qalib etmək üçün göndərən Odur.
34
Ət-Tövbə Surəsi, Ayə 34
۞ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّ كَثِيرًۭا مِّنَ ٱلْأَحْبَارِ وَٱلرُّهْبَانِ لَيَأْكُلُونَ أَمْوَٰلَ ٱلنَّاسِ بِٱلْبَٰطِلِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ ۗ وَٱلَّذِينَ يَكْنِزُونَ ٱلذَّهَبَ وَٱلْفِضَّةَ وَلَا يُنفِقُونَهَا فِى سَبِيلِ ٱللَّهِ فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍۢ
﴿34﴾
Oxunuşu (Transkripsiya):
Ya aiyuhal lazina amanu inna kasiramminal ahbari varruhbani la yakuluna amvalan nasi bil batili va yasudduna 'an sabilil lah; vallazina yaknizunaz zahaba val fiddata va layunfiqunaha fi sabilil lahi fabaşşirhum bi'azabin alim
Mişkini Tərcüməsi:
Ey iman gətirənlər, şübhəsiz, kitab əhlinin alimlərindən və rahiblərindən bir çoxu camaatın mallarını haqsız yerə (Tövrat və İncili təhrif etmək və rüşvət almaq bahasına) yeyirlər və (camaatı) Allahın yolundan saxlayırlar. (Kafirlərdən, yaxud müsəlmanlardan) qızıl və gümüş yığıb onu Allah yolunda xərcləməyən (onda olan vacib haqqı ayırmayan və qalanını ümmətin iqtisadiyyatının güclənməsinə sərf etməyən) kəslərin hamısını ağrılı bir əzabla müjdələ.
35
Ət-Tövbə Surəsi, Ayə 35
يَوْمَ يُحْمَىٰ عَلَيْهَا فِى نَارِ جَهَنَّمَ فَتُكْوَىٰ بِهَا جِبَاهُهُمْ وَجُنُوبُهُمْ وَظُهُورُهُمْ ۖ هَٰذَا مَا كَنَزْتُمْ لِأَنفُسِكُمْ فَذُوقُوا۟ مَا كُنتُمْ تَكْنِزُونَ
﴿35﴾
Oxunuşu (Transkripsiya):
Yavma yuhma 'alaiha fi nari cahannama fatukva biha cibahuhum haza ma kanaztum li anfusikum fazuqu ma kuntum taknizun
Mişkini Tərcüməsi:
O gün ki, onlar (həmin qızıl-gümüş) Cəhənnəm odunda qızardılacaq və onlarla həmin şəxslərin alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (onlara): «Bu, özünüz üçün yığdığınız həmin xəzinələrdir, odur ki, dadın yığdıqlarınızın cəzasını!» (deyiləcəkdir).
36
Ət-Tövbə Surəsi, Ayə 36
إِنَّ عِدَّةَ ٱلشُّهُورِ عِندَ ٱللَّهِ ٱثْنَا عَشَرَ شَهْرًۭا فِى كِتَٰبِ ٱللَّهِ يَوْمَ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ مِنْهَآ أَرْبَعَةٌ حُرُمٌۭ ۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلْقَيِّمُ ۚ فَلَا تَظْلِمُوا۟ فِيهِنَّ أَنفُسَكُمْ ۚ وَقَٰتِلُوا۟ ٱلْمُشْرِكِينَ كَآفَّةًۭ كَمَا يُقَٰتِلُونَكُمْ كَآفَّةًۭ ۚ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ مَعَ ٱلْمُتَّقِينَ
﴿36﴾
Oxunuşu (Transkripsiya):
Inna 'iddataş şuhuri 'indal lahis na 'aşara şahran fi Kitabil lahi yavma xalaqas samavati val arda minha arba'atun hurum; zalikad dinul qaiyim; fala tazlimu fihinna anfusakum; va qatilul muşrikina kaf fattan kama yuqati lunakum kaffah; va'lamu annal laha ma'al muttaqin
Mişkini Tərcüməsi:
Həqiqətən, Allah yanında (Onun əzəli elmi və Lövhi-Məhfuzunda, qəməri) ayların sayı on iki aydır ki, (onlar) Allahın kitabında (yaradılış kitabı olan varlıq aləmində) göyləri və yeri yaratdığı gündən sabit və gerçəkdir (və yer kürəsi ilə ayın günəş sistemində sıralanmasının necəliyindən yaranır). Onlardan dördü (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm ayları) haram (möhtərəm) aylardır (və onlarda döyüş haramdır). Bu, möhkəm və əbədi bir dindir (dinin hökmüdür). Odur ki, bu aylarda (onlara hörmətsizlik etmək və onlarda bir-birinizlə döyüşməklə) özünüzə zülm etməyin. Və (döyüş zamanı) müşriklər sizin hamınızla vuruşduqları kimi siz də onların hamısı ilə vuruşun və bilin ki, Allah pərhizkarlarladır.
37
Ət-Tövbə Surəsi, Ayə 37
إِنَّمَا ٱلنَّسِىٓءُ زِيَادَةٌۭ فِى ٱلْكُفْرِ ۖ يُضَلُّ بِهِ ٱلَّذِينَ كَفَرُوا۟ يُحِلُّونَهُۥ عَامًۭا وَيُحَرِّمُونَهُۥ عَامًۭا لِّيُوَاطِـُٔوا۟ عِدَّةَ مَا حَرَّمَ ٱللَّهُ فَيُحِلُّوا۟ مَا حَرَّمَ ٱللَّهُ ۚ زُيِّنَ لَهُمْ سُوٓءُ أَعْمَٰلِهِمْ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْكَٰفِرِينَ
﴿37﴾
Oxunuşu (Transkripsiya):
Innamma nasi'u ziyadatun filkufri yudallu bihillazina kafaru yuhil lunahu 'amanv va yuhar rimunahu 'amalliyu vatti'u 'iddata ma harramal lah; zuyyina lahum su'u a'malihim; vallahu la yahdil qavmal kafirin
Mişkini Tərcüməsi:
Həqiqətən, (haram ayları) təxirə salmaq (və onların yerlərini dəyişdirmək) küfrü artırmaqdır (etiqadi baxımdan küfr olmaqdan əlavə, əməldə bidətdir) ki, kafirlər onun vasitəsilə azdırılırlar. Onu bir il halal və bir il haram sayırlar (məsələn, bir Şə’ban ayını Rəcəb ayının yerinə haram və Rəcəb ayını isə halal edirlər) ki, sizinlə və Allahın haram etdiyi ilə uyğunlaşsınlar (və bir ildə dörd haram ay olsun), amma (nəticədə) Allahın haram etdiyini halal edirlər. Əməllərinin çirkinliyi onlar üçün zinətlənmişdir. Allah kafirlərin dəstəsini hidayət etməz.
38
Ət-Tövbə Surəsi, Ayə 38
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ مَا لَكُمْ إِذَا قِيلَ لَكُمُ ٱنفِرُوا۟ فِى سَبِيلِ ٱللَّهِ ٱثَّاقَلْتُمْ إِلَى ٱلْأَرْضِ ۚ أَرَضِيتُم بِٱلْحَيَوٰةِ ٱلدُّنْيَا مِنَ ٱلْءَاخِرَةِ ۚ فَمَا مَتَٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا فِى ٱلْءَاخِرَةِ إِلَّا قَلِيلٌ
﴿38﴾
Oxunuşu (Transkripsiya):
Ya aiyuhal lazina amanu ma lakum iza qila lakumun firu fi sabilil lahis saqaltum ilal ard; araditum bilhayatid dunya minal Aaxirah; fama ma taul hayatiddunya fil Aaxirati illa qalil
Mişkini Tərcüməsi:
(Bu ayədən başlayaraq, daha on bir ayə Təbuk müharibəsinə və rumlularla döyüşə aiddir.) Ey iman gətirənlər, sizə nə olub ki, «Allah yolunda (döyüş meydanına tərəf) hərəkət edin» deyildikdə, ağırlaşaraq yerə yapışırsınız? Yoxsa, axirətin yerinə dünya həyatına razı olmusunuz? Belə isə, (bilin ki,) dünyanın xeyir və mənfəətləri axirət müqabilində yalnız cüzi bir şeydir.
39
Ət-Tövbə Surəsi, Ayə 39
إِلَّا تَنفِرُوا۟ يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًۭا وَيَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّوهُ شَيْـًۭٔا ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ
﴿39﴾
Oxunuşu (Transkripsiya):
Illa tanfiru yu'az zibkum 'azaban alimanv va yastabdil qavman ğairakum va la tadurruhu şai'a; val lahu 'ala kulli şai'in Qadir
Mişkini Tərcüməsi:
Əgər (cihad meydanına tərəf) hərəkət etməsəniz, Allah sizə ağrılı bir əzab verəcək və sizin yerinizə başqa bir dəstəni gətirəcək. Siz Ona heç bir zərər vura bilməzsiniz. Allah hər şeyə qadirdir.
40
Ət-Tövbə Surəsi, Ayə 40
إِلَّا تَنصُرُوهُ فَقَدْ نَصَرَهُ ٱللَّهُ إِذْ أَخْرَجَهُ ٱلَّذِينَ كَفَرُوا۟ ثَانِىَ ٱثْنَيْنِ إِذْ هُمَا فِى ٱلْغَارِ إِذْ يَقُولُ لِصَٰحِبِهِۦ لَا تَحْزَنْ إِنَّ ٱللَّهَ مَعَنَا ۖ فَأَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَيْهِ وَأَيَّدَهُۥ بِجُنُودٍۢ لَّمْ تَرَوْهَا وَجَعَلَ كَلِمَةَ ٱلَّذِينَ كَفَرُوا۟ ٱلسُّفْلَىٰ ۗ وَكَلِمَةُ ٱللَّهِ هِىَ ٱلْعُلْيَا ۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌ
﴿40﴾
Oxunuşu (Transkripsiya):
Illa tansuruhu faqad nasarahul lahu iz axracahul lazina kafaru saniyasnaini iz huma filğari iz yaqulu lisahibihi la tahzan innnal laha ma'ana fa anzalallahu sakinatahu 'alaihi va aiyadahu bicunudil lam taravha va ca'ala kalimatal lazina kafarus sufla; va Kalimatul lahi hiyal 'ulya; vallahu 'Azizun Hakim;
Mişkini Tərcüməsi:
Əgər ona (Peyğəmbərə) kömək etməsəniz, şübhəsiz, kafirlər onu iki nəfərdən (Peyğəmbərlə Əbu Bəkrdən) biri olaraq Məkkədən çıxardıqları zaman, hər ikisi o mağarada (Məkkə yaxınlığındakı «Saur» mağarasında) olduqları vaxt və o, yanındakına «qəm yemə, Allah mütləq bizimlədir» dediyi zaman Allah ona kömək etdi(yi kimi yenə də kömək edəcəkdir). Beləliklə, Allah ona (Peyğəmbərə) Öz rahatlıq və xatircəmliyini nazil etdi, (İslam müharibələrində) onu sizin görmədiyiniz qoşunlarla qüvvətləndirdi və kafirlərin sözünü alçaltdı. Uca və üstün, Allahın kəlməsidir (Onun peyğəmbərlərə kömək və dininin digər dinlərə qalib gəlməsi barəsindəki əzəli vədidir)! Allah yenilməz qüdrətli və hikmət sahibidir.
41
Ət-Tövbə Surəsi, Ayə 41
ٱنفِرُوا۟ خِفَافًۭا وَثِقَالًۭا وَجَٰهِدُوا۟ بِأَمْوَٰلِكُمْ وَأَنفُسِكُمْ فِى سَبِيلِ ٱللَّهِ ۚ ذَٰلِكُمْ خَيْرٌۭ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ
﴿41﴾
Oxunuşu (Transkripsiya):
Infiru xifafanv va siqalanv va cahidu bi amvalikum va anfusikum fi sabilil lah; zalikum xairul lakum in kuntum ta'lamun
Mişkini Tərcüməsi:
Yüngül və ağır (süvari və piyada, yaxud cavan və qoca cihad meydanına tərəf) hərəkət edin və öz mallarınız və canlarınızla Allah yolunda cihad edin. Əgər bilsəniz, bu, sizin üçün daha xeyirlidir.
42
Ət-Tövbə Surəsi, Ayə 42
لَوْ كَانَ عَرَضًۭا قَرِيبًۭا وَسَفَرًۭا قَاصِدًۭا لَّٱتَّبَعُوكَ وَلَٰكِنۢ بَعُدَتْ عَلَيْهِمُ ٱلشُّقَّةُ ۚ وَسَيَحْلِفُونَ بِٱللَّهِ لَوِ ٱسْتَطَعْنَا لَخَرَجْنَا مَعَكُمْ يُهْلِكُونَ أَنفُسَهُمْ وَٱللَّهُ يَعْلَمُ إِنَّهُمْ لَكَٰذِبُونَ
﴿42﴾
Oxunuşu (Transkripsiya):
Lav kana 'aradan qaribanv va safaran qasidal lattaba'uka va lakim ba'udat 'alaihimuş şuqqah; va sayahlifuna billahi lavis tata'na laxaracna ma'akum; yuhlikuna anfusahum val lahu ya'lamu innahum laka zibun
Mişkini Tərcüməsi:
Əgər əl çatan mallar və qısa və asan səfər olsaydı, onlar sənə mütləq tabe olardılar. Lakin bu məşəqqətli yol (Təbuk müharibəsinin döyüş meydanında hazır olmaq) onlara uzaq göründü. Tezliklə Allaha and içəcəklər ki: «Əgər qüdrət və bacarığımız olsaydı, sizinlə çıxardıq». Onlar özlərini (küfr və yalanları ilə) həlak edirlər və Allah onların yalançı olduqlarını bilir.
43
Ət-Tövbə Surəsi, Ayə 43
عَفَا ٱللَّهُ عَنكَ لِمَ أَذِنتَ لَهُمْ حَتَّىٰ يَتَبَيَّنَ لَكَ ٱلَّذِينَ صَدَقُوا۟ وَتَعْلَمَ ٱلْكَٰذِبِينَ
﴿43﴾
Oxunuşu (Transkripsiya):
'Afal lahu 'anka lima azinta lahum hatta yatabai yana lakal lazina sadaqu va ta'lamal kazibin
Mişkini Tərcüməsi:
Allah səni bağışlasın! Nə üçün doğruçular(ın halı) sənə aydınlaşmamış və yalançıları tanımadan onlara (döyüşə getməmək üçün) izn verdin?
44
Ət-Tövbə Surəsi, Ayə 44
لَا يَسْتَـْٔذِنُكَ ٱلَّذِينَ يُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ أَن يُجَٰهِدُوا۟ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِٱلْمُتَّقِينَ
﴿44﴾
Oxunuşu (Transkripsiya):
La yastazinukal lazina yu'minuna billahi val Yavmil Aaxiri ai yuca hidu bi amvalihim va anfusihim; vallahu 'alimum bilmut taqin
Mişkini Tərcüməsi:
Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etməkdən qalmaq üçün səndən izn istəmirlər (çünki təkid olunmuş bir vacib olan həmin cihadın yerinə yetirilməsi üçün izn istəmək lazım deyil və eləcə də onun haram sayılan tərki üçün icazə almaq caiz deyil). Allah pərhizkarları tanıyandır.
45
Ət-Tövbə Surəsi, Ayə 45
إِنَّمَا يَسْتَـْٔذِنُكَ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَٱرْتَابَتْ قُلُوبُهُمْ فَهُمْ فِى رَيْبِهِمْ يَتَرَدَّدُونَ
﴿45﴾
Oxunuşu (Transkripsiya):
Innama yastazinukal lazina la yu'minuna billahi val Yavmil Aaxiri vartabat qulubuhum fahum fi raibihim yataraddadun
Mişkini Tərcüməsi:
(Cihaddan yayınmaq üçün) səndən yalnız Allaha və axirət gününə imanları olmayan və qəlbləri şəkk və tərəddüdə düşən kəslər izn istəyərlər. Onlar həmişə öz şəkk və tərəddüdlərində sərgərdandırlar.
46
Ət-Tövbə Surəsi, Ayə 46
۞ وَلَوْ أَرَادُوا۟ ٱلْخُرُوجَ لَأَعَدُّوا۟ لَهُۥ عُدَّةًۭ وَلَٰكِن كَرِهَ ٱللَّهُ ٱنۢبِعَاثَهُمْ فَثَبَّطَهُمْ وَقِيلَ ٱقْعُدُوا۟ مَعَ ٱلْقَٰعِدِينَ
﴿46﴾
Oxunuşu (Transkripsiya):
Va lav aradul xuruca la-'addu lahu 'uddatanv va lakin karihal lahum bi'asahum fasabbatahum va qilaq 'udu ma'al qa'idin
Mişkini Tərcüməsi:
Əgər onların (cihad üçün) çıxmaq niyyətləri olsaydı, ona mütləq bir vasitə və xərc hazırlayardılar. Lakin Allah onların hərəkətini xoşlamırdı. Buna görə də (köməyini əsirgəməklə) onları saxladı və (sanki onlara) «oturanlarla (qadınlar, uşaqlar və acizlər kimi) oturun» deyildi.
47
Ət-Tövbə Surəsi, Ayə 47
لَوْ خَرَجُوا۟ فِيكُم مَّا زَادُوكُمْ إِلَّا خَبَالًۭا وَلَأَوْضَعُوا۟ خِلَٰلَكُمْ يَبْغُونَكُمُ ٱلْفِتْنَةَ وَفِيكُمْ سَمَّٰعُونَ لَهُمْ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِٱلظَّٰلِمِينَ
﴿47﴾
Oxunuşu (Transkripsiya):
Lav xaracu fikum ma zadukum ila Xabalanv va la avda'u xilalakum yabğuna kumul fitnata va fikum samma'una lahum; vallahu 'alimum biz zalimin
Mişkini Tərcüməsi:
Əgər sizin aranızda (döyüşə) çıxsaydılar, sizin üçün fəsaddan başqa bir şey artırmazdılar və şübhəsiz, sizə fitnə yaratmaq üçün sizin aranızda pozuculuq etməyə tələsərdilər. Sizin aranızda cəsuslar və onların sözlərinə çox qulaq asan imanı zəiflər vardır. Allah zalımları tanıyır.
48
Ət-Tövbə Surəsi, Ayə 48
لَقَدِ ٱبْتَغَوُا۟ ٱلْفِتْنَةَ مِن قَبْلُ وَقَلَّبُوا۟ لَكَ ٱلْأُمُورَ حَتَّىٰ جَآءَ ٱلْحَقُّ وَظَهَرَ أَمْرُ ٱللَّهِ وَهُمْ كَٰرِهُونَ
﴿48﴾
Oxunuşu (Transkripsiya):
Laqadib tağavul fitnata min qablu va qallabu lakal umura hatta ca'al haqqu va zahara amrul lahi va hum karihun
Mişkini Tərcüməsi:
Həqiqətən, onlar bundan əvvəl (Ühüd müharibəsində) də fitnə yaratmaq istədilər və işləri sənə alt-üst etdilər (İslam ordusunu parçaladılar, camaatı döyüşdən soyutdular və sonda Ühüd faciəsi baş verdi). Nəhayət haqq gəlib çatdı və onlar istəmədikləri halda Allahın əmri aşkar oldu (siz qalib gəldiniz).
49
Ət-Tövbə Surəsi, Ayə 49
وَمِنْهُم مَّن يَقُولُ ٱئْذَن لِّى وَلَا تَفْتِنِّىٓ ۚ أَلَا فِى ٱلْفِتْنَةِ سَقَطُوا۟ ۗ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌۢ بِٱلْكَٰفِرِينَ
﴿49﴾
Oxunuşu (Transkripsiya):
Va minhum mai yaqulu' zal li va la taftinni; ala fil fitnati saqatu; va inna Cahannama lamuhitatum bil kafirin
Mişkini Tərcüməsi:
Onlardan bəzisi «mənə (bu döyüşü tərk etməyə) izn ver və məni fitnəyə (sənin əmrinə qarşı çıxmaq günahına) salma!» deyir. Bil ki, onlar fitnəyə (küfr və nifaq fitnəsinə) düşüblər. Şübhəsiz, Cəhənnəm kafirləri əhatə etmişdir (dünyada Cəhənnəm oduna girməyin səbəbi olan küfr və itaətsizliklə əhatə olunmaq formasında, axirətdə isə nəticə olan od ilə.)
50
Ət-Tövbə Surəsi, Ayə 50
إِن تُصِبْكَ حَسَنَةٌۭ تَسُؤْهُمْ ۖ وَإِن تُصِبْكَ مُصِيبَةٌۭ يَقُولُوا۟ قَدْ أَخَذْنَآ أَمْرَنَا مِن قَبْلُ وَيَتَوَلَّوا۟ وَّهُمْ فَرِحُونَ
﴿50﴾
Oxunuşu (Transkripsiya):
in tusibka hasanatun tasu'hum; va in tusibka musibatuny yaqulu qad axazna amrana min qablu va yatavallav va hum farihun
Mişkini Tərcüməsi:
Əgər sənə bir yaxşılıq (qələbə və qənimət) yetişsə, bu onları narahat edər və əgər bir müsibət (məğlubiyyət yaxud bir ziyan) yetişsə, «biz işimizi(n ehtiyatını) qabaqcadan götürmüşük» deyər və şad halda (öz yerlərinə) qayıdarlar.
51
Ət-Tövbə Surəsi, Ayə 51
قُل لَّن يُصِيبَنَآ إِلَّا مَا كَتَبَ ٱللَّهُ لَنَا هُوَ مَوْلَىٰنَا ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ
﴿51﴾
Oxunuşu (Transkripsiya):
Qul lany-yusibana illa ma katabal lahu lana Huva mavlana; va 'alal lahi falyatavak kalimu 'minun
Mişkini Tərcüməsi:
De: «Bizə Allahın (Lövhi-Məhfuzda) bizim üçün yazdığından və qərara aldığından (zəfər, məğlubiyyət və sairədən) başqa əsla bir şey yetişməyəcəkdir. O bizim başçı və yadımçımızdır və bütün möminlər Allaha təvəkkül etməlidirlər».
52
Ət-Tövbə Surəsi, Ayə 52
قُلْ هَلْ تَرَبَّصُونَ بِنَآ إِلَّآ إِحْدَى ٱلْحُسْنَيَيْنِ ۖ وَنَحْنُ نَتَرَبَّصُ بِكُمْ أَن يُصِيبَكُمُ ٱللَّهُ بِعَذَابٍۢ مِّنْ عِندِهِۦٓ أَوْ بِأَيْدِينَا ۖ فَتَرَبَّصُوٓا۟ إِنَّا مَعَكُم مُّتَرَبِّصُونَ
﴿52﴾
Oxunuşu (Transkripsiya):
Qul hal tarabbasuna bina illa ihdal husnayayni va nahnu natrabbasu bikum ai yus ibakumul lahu bi'aza bim min 'indihi av biaidi na fatarabbasu inna ma'akum mutarabbisun
Mişkini Tərcüməsi:
De: «Yoxsa bizim üçün iki gözəl xislətdən (döyüşdə qələbə çalmaq, yaxud haqq yolunda şəhid olmaqdan) başqa bir şey gözləyirsiniz? Biz də sizin barənizdə Allahın sizə Öz tərəfindən, ya bizim əlimizlə əzab yetirməsini (küfr halında həlak olmaq, yaxud küfr halında öldürülməyi) gözləyirik. Buna görə də gözləyin ki, biz də sizinlə gözləyənlərdənik».
53
Ət-Tövbə Surəsi, Ayə 53
قُلْ أَنفِقُوا۟ طَوْعًا أَوْ كَرْهًۭا لَّن يُتَقَبَّلَ مِنكُمْ ۖ إِنَّكُمْ كُنتُمْ قَوْمًۭا فَٰسِقِينَ
﴿53﴾
Oxunuşu (Transkripsiya):
Qul anfiqu tav'an av karhal lany yutaqabbala min kum innakum kuntum qavman fasiqin
Mişkini Tərcüməsi:
De: «(İstədiyiniz kimi-) istər rəğbətlə, istərsə də ikrahla xərcləyin, sizdən əsla qəbul olunmayacaqdır. Çünki siz itaətsiz bir dəstəsiniz».
54
Ət-Tövbə Surəsi, Ayə 54
وَمَا مَنَعَهُمْ أَن تُقْبَلَ مِنْهُمْ نَفَقَٰتُهُمْ إِلَّآ أَنَّهُمْ كَفَرُوا۟ بِٱللَّهِ وَبِرَسُولِهِۦ وَلَا يَأْتُونَ ٱلصَّلَوٰةَ إِلَّا وَهُمْ كُسَالَىٰ وَلَا يُنفِقُونَ إِلَّا وَهُمْ كَٰرِهُونَ
﴿54﴾
Oxunuşu (Transkripsiya):
Va ma mana'ahum an tuqbala minhum nafaqatuhum illa annnahum kafaru billahi va bi Rasulihi va la yatunas Salata illa va hum kusala va la yunfiquna illa va hum karihun
Mişkini Tərcüməsi:
Onların sədəqələrinin qəbul olunmasına Allaha və Onun Peyğəmbərinə kafir olmalarından başqa bir şey mane olmadı. Onlar namazı yalnız tənbəlcəsinə qılarlar və yalnız narazılıqla sədəqə verərlər.
55
Ət-Tövbə Surəsi, Ayə 55
فَلَا تُعْجِبْكَ أَمْوَٰلُهُمْ وَلَآ أَوْلَٰدُهُمْ ۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ لِيُعَذِّبَهُم بِهَا فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَتَزْهَقَ أَنفُسُهُمْ وَهُمْ كَٰفِرُونَ
﴿55﴾
Oxunuşu (Transkripsiya):
Fala tu'cibka amvaluhum va la avladuhum; innama yuridul lahu liyu'az zibahum biha fil hayatid dunya va tajaqa anfusuhum va hum kafirun
Mişkini Tərcüməsi:
Odur ki, onların malları və övladları(nın çoxluğu) səni təəccübləndirməsin! Həqiqətən, Allah onların (mal və övladlarının əldə edilməsi və qorunması) vasitəsilə dünya həyatında onlara əzab vermək və canlarının kafir olduqları halda çıxmasını istəyir.
56
Ət-Tövbə Surəsi, Ayə 56
وَيَحْلِفُونَ بِٱللَّهِ إِنَّهُمْ لَمِنكُمْ وَمَا هُم مِّنكُمْ وَلَٰكِنَّهُمْ قَوْمٌۭ يَفْرَقُونَ
﴿56﴾
Oxunuşu (Transkripsiya):
Va yahlifuna billahi innnahum laminkum va ma hum minkum va lakinnahum qavmuny yafraqun
Mişkini Tərcüməsi:
Onlar həqiqətən də, sizdən olmaları barəsində Allaha and içirlər. Halbuki, onlar sizdən deyildirlər, əksinə (nifaqlarının faş olmasından) qorxan bir dəstədirlər.
57
Ət-Tövbə Surəsi, Ayə 57
لَوْ يَجِدُونَ مَلْجَـًٔا أَوْ مَغَٰرَٰتٍ أَوْ مُدَّخَلًۭا لَّوَلَّوْا۟ إِلَيْهِ وَهُمْ يَجْمَحُونَ
﴿57﴾
Oxunuşu (Transkripsiya):
Lav yaciduna malca'an av mağaratin av mudda xalal lavallav ilaihi va hum yacmahun
Mişkini Tərcüməsi:
Əgər bir sığınacaq, ya mağaralar, ya da zirzəmilər tapsaydılar, şübhəsiz, tələsik ora üz tutardılar (ki, müsəlmanlardan uzaq olsunlar).
58
Ət-Tövbə Surəsi, Ayə 58
وَمِنْهُم مَّن يَلْمِزُكَ فِى ٱلصَّدَقَٰتِ فَإِنْ أُعْطُوا۟ مِنْهَا رَضُوا۟ وَإِن لَّمْ يُعْطَوْا۟ مِنْهَآ إِذَا هُمْ يَسْخَطُونَ
﴿58﴾
Oxunuşu (Transkripsiya):
Va minhum mai yalmizuka fis sadaqati fa-in u'tu minha radu va illam yu'tav minha iza hum yasxatun
Mişkini Tərcüməsi:
Onların bəzisi sədəqələr(in bölünməsi) barəsində sənə irad tuturlar. Əgər ondan onlara verilsə razı qalar və əgər verilməsə (hətta haqları olmasa belə), qəfildən qəzəblənərlər.
59
Ət-Tövbə Surəsi, Ayə 59
وَلَوْ أَنَّهُمْ رَضُوا۟ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ وَرَسُولُهُۥ وَقَالُوا۟ حَسْبُنَا ٱللَّهُ سَيُؤْتِينَا ٱللَّهُ مِن فَضْلِهِۦ وَرَسُولُهُۥٓ إِنَّآ إِلَى ٱللَّهِ رَٰغِبُونَ
﴿59﴾
Oxunuşu (Transkripsiya):
Va lav annahum radu ma atahumul lahu va Rasuluhu va qalu hasbunal lahu vayu'tinallahu min fadlihi va Rasuluhu inna ilallahi rağibun
Mişkini Tərcüməsi:
Əgər onlar Allahın və Onun Peyğəmbərinin (sədəqələrdən) onlara verdikləri ilə razılaşıb «bizə Allah kifayətdir, tezliklə Allah və Onun Peyğəmbəri bizə Öz lütfündən əta edəcək, həqiqətən, biz Allaha tərəf meylliyik» desəydilər (onlar üçün daha yaxşı olardı).
60
Ət-Tövbə Surəsi, Ayə 60
۞ إِنَّمَا ٱلصَّدَقَٰتُ لِلْفُقَرَآءِ وَٱلْمَسَٰكِينِ وَٱلْعَٰمِلِينَ عَلَيْهَا وَٱلْمُؤَلَّفَةِ قُلُوبُهُمْ وَفِى ٱلرِّقَابِ وَٱلْغَٰرِمِينَ وَفِى سَبِيلِ ٱللَّهِ وَٱبْنِ ٱلسَّبِيلِ ۖ فَرِيضَةًۭ مِّنَ ٱللَّهِ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ
﴿60﴾
Oxunuşu (Transkripsiya):
Innamas sadaqatu lilfuqara'i valmasakini val 'amilina 'alaiha val mu'al lafati qulubuhum va fir riqabi valğarimina va fi sabilil lahi vabnis sabili faridatam minal lah; val lahu 'Alimun Hakim
Mişkini Tərcüməsi:
Həqiqətən, sədəqələr (malların və canların zəkatı, səkkiz yerə sərf olunmalıdır, yəni) yoxsulların, miskinlərin (daha yoxsul olanların), onun (toplanması, qorunması və paylanılması) icraçılarının, (kafirlərdən, yaxud əqidələri zəif olan müsəlmanlardan bəzilərini dinə cəlb etmək, ya onlardan döyüşdə istifadə etmək üçün) ürəklərinin ələ alınması lazım olan kəslərin, qulların (azad olunmasının), borculuların (borclarının ödənilməsinin), Allah yolundakı xərclərin (xeyiri ümumi olan hər hansı bir xeyir işin, xüsusilə cihadın) və yolda (İslam və müsəlmanların din və dünyaları üçün lazım olan hər hansı bir hədəf yolunda) qalanlarındır. (Bu hökm,) Allah tərəfindən qəti bir vacibdir. Allah bilən və hikmətlidir.
61
Ət-Tövbə Surəsi, Ayə 61
وَمِنْهُمُ ٱلَّذِينَ يُؤْذُونَ ٱلنَّبِىَّ وَيَقُولُونَ هُوَ أُذُنٌۭ ۚ قُلْ أُذُنُ خَيْرٍۢ لَّكُمْ يُؤْمِنُ بِٱللَّهِ وَيُؤْمِنُ لِلْمُؤْمِنِينَ وَرَحْمَةٌۭ لِّلَّذِينَ ءَامَنُوا۟ مِنكُمْ ۚ وَٱلَّذِينَ يُؤْذُونَ رَسُولَ ٱللَّهِ لَهُمْ عَذَابٌ أَلِيمٌۭ
﴿61﴾
Oxunuşu (Transkripsiya):
Va minhumul lazina yu'zunan nabiyya va yaquluna huva uzun; qul uzunu xairil lakum yu'minu billahi va yu'minu lilmu mi nina va rahmatul lillazina amanu minkum; vallazina yu'zuna Rasulal lahi lahum 'azabun alim
Mişkini Tərcüməsi:
Onların bəziləri Peyğəmbəri incidir və «o (başdan-başa) qulaqdır (hər bir kəsin sözünü qəbul edir)!» deyirlər. De: «O, sizin üçün yaxşı bir qulaqdır, (bütün danışıqlarında) Allahı təsdiqləyir, möminlərə etimad göstərir və sizdən iman gətirənlər üçün bir rəhmətdir». Allahın Peyğəmbərini incidən kəslər üçün ağrılı bir əzab olacaqdır.
62
Ət-Tövbə Surəsi, Ayə 62
يَحْلِفُونَ بِٱللَّهِ لَكُمْ لِيُرْضُوكُمْ وَٱللَّهُ وَرَسُولُهُۥٓ أَحَقُّ أَن يُرْضُوهُ إِن كَانُوا۟ مُؤْمِنِينَ
﴿62﴾
Oxunuşu (Transkripsiya):
yahlifuna billahi lakum liyurdukum vallahu va Rasuluhu ahaqqu ai yurduhu in kanu mu'minin
Mişkini Tərcüməsi:
Onlar sizi razı salmaq üçün sizə (öz xoşagəlməz işləri barədə) Allaha and içirlər, halbuki əgər mömin olsaydılar Allahı və Onun Peyğəmbərini razı salmaları daha yaxşı olardı.
63
Ət-Tövbə Surəsi, Ayə 63
أَلَمْ يَعْلَمُوٓا۟ أَنَّهُۥ مَن يُحَادِدِ ٱللَّهَ وَرَسُولَهُۥ فَأَنَّ لَهُۥ نَارَ جَهَنَّمَ خَٰلِدًۭا فِيهَا ۚ ذَٰلِكَ ٱلْخِزْىُ ٱلْعَظِيمُ
﴿63﴾
Oxunuşu (Transkripsiya):
Alam ya'lamu annahu mai yuhadidillaha va Rasulahu fanna lahu Nara cahannama xalidan fiha; zalikal xizyul 'Azim
Mişkini Tərcüməsi:
Məgər Allahla və Onun Peyğəmbəri ilə müxalifət və düşmənçilik edən şəxs üçün doğrudan da əbədi qalacağı Cəhənnəm odu olmasını bilməyiblər? Budur həmin böyük rüsvayçılıq!
64
Ət-Tövbə Surəsi, Ayə 64
يَحْذَرُ ٱلْمُنَٰفِقُونَ أَن تُنَزَّلَ عَلَيْهِمْ سُورَةٌۭ تُنَبِّئُهُم بِمَا فِى قُلُوبِهِمْ ۚ قُلِ ٱسْتَهْزِءُوٓا۟ إِنَّ ٱللَّهَ مُخْرِجٌۭ مَّا تَحْذَرُونَ
﴿64﴾
Oxunuşu (Transkripsiya):
Yahzarul munafiquna an tunaz zala 'alaihim Suratun tunabbi 'uhum bima fiqulubihim; qulistahzi'u innal laha muxricum ma tahzarun
Mişkini Tərcüməsi:
Münafiqlər (istehza məqsədi ilə) özlərini onların barəsində qəlblərində olanı (küfrü və İslam hökumətini devirmək niyyətlərini) onların özlərinə və camaata xəbər verən bir surə nazil olmasından qorxan kimi göstərirlər. De: «(Bu rəftarınızla İslama) istehza edin, şübhəsiz, Allah qorxduğunuz şeyi aşkar edəcəkdir».
65
Ət-Tövbə Surəsi, Ayə 65
وَلَئِن سَأَلْتَهُمْ لَيَقُولُنَّ إِنَّمَا كُنَّا نَخُوضُ وَنَلْعَبُ ۚ قُلْ أَبِٱللَّهِ وَءَايَٰتِهِۦ وَرَسُولِهِۦ كُنتُمْ تَسْتَهْزِءُونَ
﴿65﴾
Oxunuşu (Transkripsiya):
Vala'in sa altahum layaqulunna innama kunna naxudu va nal'ab; qul abillahi va 'Aayatihi va Rasulihi kuntum tastahzi'un
Mişkini Tərcüməsi:
Əgər onlardan (nə üçün İslam əleyhinə danışır və fəaliyyət göstərirdiniz?) soruşsan, «biz yalnız zarafat edir və oynayırdıq» deyəcəklər. De: «Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehza edirdiniz?»
66
Ət-Tövbə Surəsi, Ayə 66
لَا تَعْتَذِرُوا۟ قَدْ كَفَرْتُم بَعْدَ إِيمَٰنِكُمْ ۚ إِن نَّعْفُ عَن طَآئِفَةٍۢ مِّنكُمْ نُعَذِّبْ طَآئِفَةًۢ بِأَنَّهُمْ كَانُوا۟ مُجْرِمِينَ
﴿66﴾
Oxunuşu (Transkripsiya):
La ta'taziru qad kafartum ba'da imanikum; in na'fu 'an ta'ifatim minkum nu'az zib ta'ifatam bi annahum kanu mucrimin
Mişkini Tərcüməsi:
Daha üzr və bəhanə gətirməyin, doğrudan da siz imanınızdan sonra kafir oldunuz (zahiri imandan sonra küfrünüz aşkar oldu)! Əgər sizdən bir dəstəni (tövbələrinə görə) bağışlasaq da, digər bir dəstəyə əzab verəcəyik. Çünki onlar günahkar olublar.
67
Ət-Tövbə Surəsi, Ayə 67
ٱلْمُنَٰفِقُونَ وَٱلْمُنَٰفِقَٰتُ بَعْضُهُم مِّنۢ بَعْضٍۢ ۚ يَأْمُرُونَ بِٱلْمُنكَرِ وَيَنْهَوْنَ عَنِ ٱلْمَعْرُوفِ وَيَقْبِضُونَ أَيْدِيَهُمْ ۚ نَسُوا۟ ٱللَّهَ فَنَسِيَهُمْ ۗ إِنَّ ٱلْمُنَٰفِقِينَ هُمُ ٱلْفَٰسِقُونَ
﴿67﴾
Oxunuşu (Transkripsiya):
Almunafiquna val munafiqatu ba'duhum mim ba'd; yamuruna bilmunkari va yanhavna 'anil ma'rufi va yaqbiduna aidiyahum; nasul laha fanasiyahum; innal munafiqina humul fasiqun
Mişkini Tərcüməsi:
Münafiq kişilərlə münafiq qadınların bəziləri bəzilərindəndirlər (etiqad və əməldə bir-birləri ilə bağlıdırlar). Pis işlər görməyi əmr edərlər, yaxşı işləri qadağan edərlər və öz əllərini (mallarını haqq yolunda xəcləməkdən) bağlayarlar. Onlar Allahı unutdular, Allah da onları unutdu (bütün dəlil-sübutları göndərdikdən sonra onları öz başlarına buraxdı). Şübhəsiz, münafiqlər həmin itaətsizlərdir.
68
Ət-Tövbə Surəsi, Ayə 68
وَعَدَ ٱللَّهُ ٱلْمُنَٰفِقِينَ وَٱلْمُنَٰفِقَٰتِ وَٱلْكُفَّارَ نَارَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَا ۚ هِىَ حَسْبُهُمْ ۚ وَلَعَنَهُمُ ٱللَّهُ ۖ وَلَهُمْ عَذَابٌۭ مُّقِيمٌۭ
﴿68﴾
Oxunuşu (Transkripsiya):
Va'adal lahul munafiqina val munafiqati val kuffara nara cahannnamma xalidina fiha; hiya hasbuhum; va la'annahumul lahu va lahum 'azabum muqim
Mişkini Tərcüməsi:
Allah münafiq kişilərə və qadınlara və kafirlərə əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Onlara bu bəsdir. Və onlara Allah lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır.
69
Ət-Tövbə Surəsi, Ayə 69
كَٱلَّذِينَ مِن قَبْلِكُمْ كَانُوٓا۟ أَشَدَّ مِنكُمْ قُوَّةًۭ وَأَكْثَرَ أَمْوَٰلًۭا وَأَوْلَٰدًۭا فَٱسْتَمْتَعُوا۟ بِخَلَٰقِهِمْ فَٱسْتَمْتَعْتُم بِخَلَٰقِكُمْ كَمَا ٱسْتَمْتَعَ ٱلَّذِينَ مِن قَبْلِكُم بِخَلَٰقِهِمْ وَخُضْتُمْ كَٱلَّذِى خَاضُوٓا۟ ۚ أُو۟لَٰٓئِكَ حَبِطَتْ أَعْمَٰلُهُمْ فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ ۖ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْخَٰسِرُونَ
﴿69﴾
Oxunuşu (Transkripsiya):
Kallazina min qablikum kanu aşadda minkum quvvatanv va aksara amvalanv va avladan fastamta'u bixalaqihim fastamta'tum bixalaqikum kamas tamta'al lazina min qablikum bixala qihim va xudtum kallazi xadu; ula'ika habitat a'maluhum fid dunya val Aaxirati va ula'ika humul xasirun
Mişkini Tərcüməsi:
(Siz kafir və münafiqlər) sizdən qabaq olmuş və qüdrətləri sizdən daha artıq və malları, övladları sizdən daha çox olmuş kəslər kimisiniz. Beləliklə onlar öz (dünya) paylarından bəhrələndilər. Sizdən qabaqkılar öz paylarından bəhrələndikləri kimi siz də öz payınızdan bəhrələndiniz və onlar (günah və nəfsi istəklərə) batdıqları kimi siz də batdınız. Onların (xeyir) əməlləri dünyada və axirətdə batil və puç oldu (dünyada yaxşı addan, müsəlmanların duasından və qeyb köməklərindən, axirətdə isə gözəl mükafatlardan məhrum oldular). Onlardır ziyana uğrayanlar!
70
Ət-Tövbə Surəsi, Ayə 70
أَلَمْ يَأْتِهِمْ نَبَأُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ قَوْمِ نُوحٍۢ وَعَادٍۢ وَثَمُودَ وَقَوْمِ إِبْرَٰهِيمَ وَأَصْحَٰبِ مَدْيَنَ وَٱلْمُؤْتَفِكَٰتِ ۚ أَتَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَٰتِ ۖ فَمَا كَانَ ٱللَّهُ لِيَظْلِمَهُمْ وَلَٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ
﴿70﴾
Oxunuşu (Transkripsiya):
Alam yatihim naba ul lazina min qablihim qavmi Nuhinv va 'Aadinv va Samuda va qavmi Ibrahima va aşabi adyana valmu'tafikat; atasum Rusuluhum bilbaiyinati fama kanal lahu liyazlimahum va lakin kanu anfusahum yazlimun
Mişkini Tərcüməsi:
Məgər onlardan qabaqkıların Nuhun (suda batmış) qövmü(nün), Adın (Hudun külək əsməsi ilə həlak olmuş qövmünün), Səmudun (Salehin göydən gələn bir bağırtı ilə məhv olmuş qövmünün), İbrahimin (aqcaqanad və digər əzabların göndərilməsi ilə məhv olmuş) qövmünün, Mədyən əshabının (Şüeybin od yağdıran buludla həlak olmuş qövmünün) və alt-üst edilmiş məlum şəhərlərin (Lut qövmünün üç şəhərinin) xəbəri onlara çatmayıb? Peyğəmbərləri onlara açıq-aşkar dəlillər gətirdilər. Beləliklə, Allah onlara zülm etmək istəmirdi, lakin (özlərinə) zülm edən onlar özləri idilər.
71
Ət-Tövbə Surəsi, Ayə 71
وَٱلْمُؤْمِنُونَ وَٱلْمُؤْمِنَٰتُ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍۢ ۚ يَأْمُرُونَ بِٱلْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ ٱلْمُنكَرِ وَيُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤْتُونَ ٱلزَّكَوٰةَ وَيُطِيعُونَ ٱللَّهَ وَرَسُولَهُۥٓ ۚ أُو۟لَٰٓئِكَ سَيَرْحَمُهُمُ ٱللَّهُ ۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌۭ
﴿71﴾
Oxunuşu (Transkripsiya):
Valmu'minuna val mu'minatu ba'duhum avliya'u ba;d; yamuruna bilma'rufi va yanhavna 'anil munkari va yuqimunas Salata va yu'tunaz Zakata va yuti'unal laha va Rasulah; ula'ika sayarhamuhumul lah; innallaha 'Azizun Hakim
Mişkini Tərcüməsi:
Mömin kişilər və möminə qadınlar bir-birlərinin dost, yardımçı və başçılarıdırlar. (Bir-birlərinə ağıl və şəriət baxımından) yaxşı (hesab edilən) iş görməyi əmr edir və (ağıl və şəriət baxımından) pis (sayılan) işdən çəkindirirlər, namaz qılır, zəkat verir və Allah və Onun Peyğəmbərinə itaət edirlər. Allahın tezliklə Öz rəhmətinə şamil edəcəyi kəslər onlardır. Həqiqətən, Allah yenilməz qüdrət sahibi və (yaradılış, qanunvericilik və cəzalandırmaqda) hikmətlidir.
72
Ət-Tövbə Surəsi, Ayə 72
وَعَدَ ٱللَّهُ ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا وَمَسَٰكِنَ طَيِّبَةًۭ فِى جَنَّٰتِ عَدْنٍۢ ۚ وَرِضْوَٰنٌۭ مِّنَ ٱللَّهِ أَكْبَرُ ۚ ذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ
﴿72﴾
Oxunuşu (Transkripsiya):
Va'adal lahulmu' minina valmu'minati Cannatin tacri min tahtihal anharu xalidina fiha va masakina taiyibatan fi Cannnati 'adn; va ridvanum minal lahi akbar; zalika hual favzul 'azim
Mişkini Tərcüməsi:
Allah mömin kişilərə və möminə qadınlara (ev və ağaclarının) altından çaylar axan, əbədi qalacaqları Cənnətlər vəd etmişdir. Həmçinin əbədi Cənnətlərdə pak məskənlər! Allah tərəfindən olan razılıq (isə bütün nemətlərdən) böyükdür. Budur böyük uğur və qurtuluş!
73
Ət-Tövbə Surəsi, Ayə 73
يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ جَٰهِدِ ٱلْكُفَّارَ وَٱلْمُنَٰفِقِينَ وَٱغْلُظْ عَلَيْهِمْ ۚ وَمَأْوَىٰهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ
﴿73﴾
Oxunuşu (Transkripsiya):
ya aiyuhan Nabiyyu cahidil kuffara valmunafiqina vağluz 'alaihim; va mavahum cahannnamu va bi'sal masir
Mişkini Tərcüməsi:
Ey peyğəmbər, kafirlərlə (vuruşmaqla) və münafiqlərlə (dəlil-sübut gətirmək və onlarla ünsiyyətdən uzaqlaşmaqla) cihad et və onlarla sərt davran. Onların qalacaqları yer Cəhənnəmdir və ora pis dönüş yeridir.
74
Ət-Tövbə Surəsi, Ayə 74
يَحْلِفُونَ بِٱللَّهِ مَا قَالُوا۟ وَلَقَدْ قَالُوا۟ كَلِمَةَ ٱلْكُفْرِ وَكَفَرُوا۟ بَعْدَ إِسْلَٰمِهِمْ وَهَمُّوا۟ بِمَا لَمْ يَنَالُوا۟ ۚ وَمَا نَقَمُوٓا۟ إِلَّآ أَنْ أَغْنَىٰهُمُ ٱللَّهُ وَرَسُولُهُۥ مِن فَضْلِهِۦ ۚ فَإِن يَتُوبُوا۟ يَكُ خَيْرًۭا لَّهُمْ ۖ وَإِن يَتَوَلَّوْا۟ يُعَذِّبْهُمُ ٱللَّهُ عَذَابًا أَلِيمًۭا فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ ۚ وَمَا لَهُمْ فِى ٱلْأَرْضِ مِن وَلِىٍّۢ وَلَا نَصِيرٍۢ
﴿74﴾
Oxunuşu (Transkripsiya):
Yahlifuna billahi va qalu va laqad qalu kalimatal kufri va kafaru ba'da Islamihim va hammu bima lam yanalu; va ma naqamu illa an ağna humullahu va Rasuluhu min fadlih; fainy yatubu yaku xairal lahum va iny yataval lav yu'az zibhumullahu 'azaban aliman fiddunya val Aaxirah; vama lahum fil ardi minv valiyyinv va la nasir
Mişkini Tərcüməsi:
Münafiqlər Allaha and içirlər ki, (Peyğəmbərin arxasınca pis söz) deməyiblər. Halbuki şübhəsiz, küfr sözü deyiblər və İslamı qəbul etdikdən sonra (dönüb) kafir olublar (İslamı izhar etdikdən sonra küfrü izhar ediblər). Və onlar nail ola bilmədikləri təhlükəli bir qərar (Peyğəmbərə sui-qəsd, ya onu Mədinədən çıxarmaq qərarını) qəbul etdilər. Onlar (Allaha və Peyğəmbərə) yalnız Allah və Onun Peyğəmbərinin onları Öz lütf və kərəmləri ilə ehtiyacsız etmələrini irad tutdular və qəzəbləndilər (beləliklə, nemətə şükr etmək əvəzinə intiqam almaq istədilər). Odur ki, əgər tövbə etsələr, onlar üçün daha yaxşıdır və əgər üz döndərsələr, Allah onlara dünya və axirətdə ağrılı bir əzab verəcək və yer üzündə onların bir başçı və köməkçiləri olmayacaqdır.
75
Ət-Tövbə Surəsi, Ayə 75
۞ وَمِنْهُم مَّنْ عَٰهَدَ ٱللَّهَ لَئِنْ ءَاتَىٰنَا مِن فَضْلِهِۦ لَنَصَّدَّقَنَّ وَلَنَكُونَنَّ مِنَ ٱلصَّٰلِحِينَ
﴿75﴾
Oxunuşu (Transkripsiya):
Va minhum man 'aha dal laha la'in atana min fadlihi lanas saddaqanna va lanakunanna minassalihin
Mişkini Tərcüməsi:
Onlardan Allahla «əgər O Öz lütfündən bizə əta etsə, mütləq sədəqə verəcək (hər bir haqq sahibinin haqqını ödəyəcək) və mütləq salehlərdən olacağıq» deyə əhd bağlamış kəslər vardır.
76
Ət-Tövbə Surəsi, Ayə 76
فَلَمَّآ ءَاتَىٰهُم مِّن فَضْلِهِۦ بَخِلُوا۟ بِهِۦ وَتَوَلَّوا۟ وَّهُم مُّعْرِضُونَ
﴿76﴾
Oxunuşu (Transkripsiya):
Falamma atahum min fadlihi baxilu bihi va tavallav va hum mu'ridun
Mişkini Tərcüməsi:
Beləliklə, elə ki, (Allah) Öz lütfündən onlara əta etdi, ona xəsislik etdilər və (qəlbən) dönük olaraq üz çevirdilər.
77
Ət-Tövbə Surəsi, Ayə 77
فَأَعْقَبَهُمْ نِفَاقًۭا فِى قُلُوبِهِمْ إِلَىٰ يَوْمِ يَلْقَوْنَهُۥ بِمَآ أَخْلَفُوا۟ ٱللَّهَ مَا وَعَدُوهُ وَبِمَا كَانُوا۟ يَكْذِبُونَ
﴿77﴾
Oxunuşu (Transkripsiya):
Fa a'qabahum nifaqan fi qulubihim ila Yavmi yalqav nahu bima axlaful laha ma va'aduhu va bima kanu yaxzibun
Mişkini Tərcüməsi:
Odur ki, Allaha verdikləri vədə xilaf çıxdıqlarına və daim yalan danışdıqlarına görə, Allah Onunla görüşəcəkləri günə (Qiyamət gününə) kimi onların qəlblərinə bir nifaq saldı.
78
Ət-Tövbə Surəsi, Ayə 78
أَلَمْ يَعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يَعْلَمُ سِرَّهُمْ وَنَجْوَىٰهُمْ وَأَنَّ ٱللَّهَ عَلَّٰمُ ٱلْغُيُوبِ
﴿78﴾
Oxunuşu (Transkripsiya):
Alam ya'lamu annal laha ya'lamu sirrahum va nacvahum va annal laha 'Allamul Ğuyub
Mişkini Tərcüməsi:
Məgər Allahın onların sirlərini və pıçıltılarını bilməsini, eləcə də Allahın bütün qeybləri və gizlinləri tam bilən olmasını bilmirdilər?
79
Ət-Tövbə Surəsi, Ayə 79
ٱلَّذِينَ يَلْمِزُونَ ٱلْمُطَّوِّعِينَ مِنَ ٱلْمُؤْمِنِينَ فِى ٱلصَّدَقَٰتِ وَٱلَّذِينَ لَا يَجِدُونَ إِلَّا جُهْدَهُمْ فَيَسْخَرُونَ مِنْهُمْ ۙ سَخِرَ ٱللَّهُ مِنْهُمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
﴿79﴾
Oxunuşu (Transkripsiya):
Allazina yalmizunal mut tavvi'ina minalmu'minina fis sadaqati vallazina la yaciduna illa cuhdahum fayasxaruna minhum saxiral lahu minhum va lahum azabun alim
Mişkini Tərcüməsi:
Rəğbətlə sədəqə verən və müstəhəb sədəqələr ödəyən möminlərə və (Allah yolunda xərcləmək üçün) yalnız imkanları miqdarında tapanlara sədəqələri barədə irad tutanları (varlı və yoxsul möminlərə sədəqə vermələrinə görə tənə vuranları) və onlara məsxərə edənlərə Allah məsxərə edir və onlar üçün ağrılı bir əzab olacaqdır.
80
Ət-Tövbə Surəsi, Ayə 80
ٱسْتَغْفِرْ لَهُمْ أَوْ لَا تَسْتَغْفِرْ لَهُمْ إِن تَسْتَغْفِرْ لَهُمْ سَبْعِينَ مَرَّةًۭ فَلَن يَغْفِرَ ٱللَّهُ لَهُمْ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَفَرُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْفَٰسِقِينَ
﴿80﴾
Oxunuşu (Transkripsiya):
istağfir lahum av la tastağfir lahum in tastağfir lahum sab'ina marratan falany yağfiral lahu lahum; zalika bi annahum kafaru billahi va Rasulih; vallahu la yahdil qavmal fasiqin
Mişkini Tərcüməsi:
Onlar üçün bağışlanma dilə, ya bağışlanma diləmə (birdir), əgər onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allaha və Onun Peyğəmbərinə kafir oldular. Allah fasiq dəstəni hidayət etməz.
81
Ət-Tövbə Surəsi, Ayə 81
فَرِحَ ٱلْمُخَلَّفُونَ بِمَقْعَدِهِمْ خِلَٰفَ رَسُولِ ٱللَّهِ وَكَرِهُوٓا۟ أَن يُجَٰهِدُوا۟ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ فِى سَبِيلِ ٱللَّهِ وَقَالُوا۟ لَا تَنفِرُوا۟ فِى ٱلْحَرِّ ۗ قُلْ نَارُ جَهَنَّمَ أَشَدُّ حَرًّۭا ۚ لَّوْ كَانُوا۟ يَفْقَهُونَ
﴿81﴾
Oxunuşu (Transkripsiya):
Farihal muxallafuna bimaq'adihim xilafa Rasulil lahi va karihu ai yucahidu bi amvalihim va anfusihim fi sabilil lahi va qalu la tanfiru fil harr; qul Naru cahannama aşaddu harra; lav kanu yafqahun
Mişkini Tərcüməsi:
(Təbuk döyüşünə aparılmayıb) yerdə qoyulanlar Allahın Peyğəmbərinin (hərəkət etməsinin) əksinə olaraq evdə oturmalarına sevindilər. Onlar Allah yolunda malları və canları ilə cihad etməyi xoşlamadılar və (camaata) «istidə (döyüşə) getməyin!» dedilər. De: – Əgər dərindən düşünürlərsə – «Cəhənnəm odu daha istidir».
82
Ət-Tövbə Surəsi, Ayə 82
فَلْيَضْحَكُوا۟ قَلِيلًۭا وَلْيَبْكُوا۟ كَثِيرًۭا جَزَآءًۢ بِمَا كَانُوا۟ يَكْسِبُونَ
﴿82﴾
Oxunuşu (Transkripsiya):
Falyazaku qalilanv valyabku kasiran caza'am bima kanu yaksibun
Mişkini Tərcüməsi:
Buna görə də gərək (küfr və itaətsizlikdən) əldə etdiklərinin cəzası olaraq (həyatları boyu) az gülsünlər və çox ağlasınlar. [Və ya: Buna görə də gərək (küfr və itaətsizliklə) əldə etdiklərinin cəzası olaraq (həyatları boyu) dünyada azacıq gülsünlər və axirətdə çox ağlasınlar.]
83
Ət-Tövbə Surəsi, Ayə 83
فَإِن رَّجَعَكَ ٱللَّهُ إِلَىٰ طَآئِفَةٍۢ مِّنْهُمْ فَٱسْتَـْٔذَنُوكَ لِلْخُرُوجِ فَقُل لَّن تَخْرُجُوا۟ مَعِىَ أَبَدًۭا وَلَن تُقَٰتِلُوا۟ مَعِىَ عَدُوًّا ۖ إِنَّكُمْ رَضِيتُم بِٱلْقُعُودِ أَوَّلَ مَرَّةٍۢ فَٱقْعُدُوا۟ مَعَ ٱلْخَٰلِفِينَ
﴿83﴾
Oxunuşu (Transkripsiya):
Fa ir raca'akal lahu ila ta'ifatim minhum fasta zanuka lilxuruci faqul lan taxrucu ma'iya abadanv a lan tuqatilu ma'iya 'aduvvan innakum raditum bilqu'udi avvala marratin faq'udu ma'al xalifin
Mişkini Tərcüməsi:
Odur ki, əgər Allah səni (bu Təbuk müharibəsindən) (Mədinəyə) onlardan (döyüşdən qalmış) bir dəstəsinin yanına qaytarsa və onlar səndən (başqa bir döyüşə) çıxmaq üçün icazə istəsələr, de: «Əsla mənimlə çıxmayacaqsınız və əsla mənimlə birgə düşmənlə vuruşmayacaqsınız, çünki siz əvvəlcə döyüşdən qalmağa razı oldunuz, indi də qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) birgə (evdə) oturun».
84
Ət-Tövbə Surəsi, Ayə 84
وَلَا تُصَلِّ عَلَىٰٓ أَحَدٍۢ مِّنْهُم مَّاتَ أَبَدًۭا وَلَا تَقُمْ عَلَىٰ قَبْرِهِۦٓ ۖ إِنَّهُمْ كَفَرُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَمَاتُوا۟ وَهُمْ فَٰسِقُونَ
﴿84﴾
Oxunuşu (Transkripsiya):
Va la tusalli 'ala ahadim minhum mata abadanv va la taqum 'ala qabrihi innahum kafaru billahi va Rasulihi va matu va hum fasiqun
Mişkini Tərcüməsi:
Və onlardan ölən heç bir şəxs üçün əsla namaz qılma və (barəsində dua etmək və bağışlanma diləmək üçün) qəbrinin üstündə durma. Çünki onlar Allaha və Onun Peyğəmbərinə küfr etdilər və itaətsiz halda öldülər.
85
Ət-Tövbə Surəsi, Ayə 85
وَلَا تُعْجِبْكَ أَمْوَٰلُهُمْ وَأَوْلَٰدُهُمْ ۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ أَن يُعَذِّبَهُم بِهَا فِى ٱلدُّنْيَا وَتَزْهَقَ أَنفُسُهُمْ وَهُمْ كَٰفِرُونَ
﴿85﴾
Oxunuşu (Transkripsiya):
Va la tu'cibka amva luhum va avladuhum; innama yuridul lahu ai yu'az zibahum biha fid dunya va tajaqa anfusuhum va hum kafirun
Mişkini Tərcüməsi:
Onların malları və övladları(nın çoxluğu) səni təəccübləndirməsin! (Çünki bu, onlara yaxşılıq etmək və ya onların yaxşı işlərinin mükafatı deyildir.) Əslində Allah onlara dünya həyatında o şeylər(i ələ gətirmək və qorumaq) vasitəsilə əzab vermək və canlarının kafir olduqları halda çıxmasını istəyir.
86
Ət-Tövbə Surəsi, Ayə 86
وَإِذَآ أُنزِلَتْ سُورَةٌ أَنْ ءَامِنُوا۟ بِٱللَّهِ وَجَٰهِدُوا۟ مَعَ رَسُولِهِ ٱسْتَـْٔذَنَكَ أُو۟لُوا۟ ٱلطَّوْلِ مِنْهُمْ وَقَالُوا۟ ذَرْنَا نَكُن مَّعَ ٱلْقَٰعِدِينَ
﴿86﴾
Oxunuşu (Transkripsiya):
Va iza unzilat Suratun an aminu billahi va cahidu ma'a Rasulihis tazanaka uluttavli minhum va qalu zarna nakum ma'alqa 'idin
Mişkini Tərcüməsi:
«Allaha iman gətirin və Onun Peyğəmbəri ilə birgə cihad edin» deyə bir surə nazil olan zaman, onların (münafiqlərin) qüdrət və sərvət sahibləri səndən izn istəyər və «qoy biz evdə oturanlarla birgə olaq» deyərlər.
87
Ət-Tövbə Surəsi, Ayə 87
رَضُوا۟ بِأَن يَكُونُوا۟ مَعَ ٱلْخَوَالِفِ وَطُبِعَ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَفْقَهُونَ
﴿87﴾
Oxunuşu (Transkripsiya):
Radu bi ai yakunu ma'al xavalifi va tubi'a 'ala qulubihim fahum la yafqahun
Mişkini Tərcüməsi:
Onlar yerdə qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) birgə olmağa razı oldular və qəlblərinə (bədbəxtlik) möhür(ü) vurulmuşdur. Buna görə də daha (səadət yolunu) dərk etməzlər.
88
Ət-Tövbə Surəsi, Ayə 88
لَٰكِنِ ٱلرَّسُولُ وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ جَٰهَدُوا۟ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ ۚ وَأُو۟لَٰٓئِكَ لَهُمُ ٱلْخَيْرَٰتُ ۖ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ
﴿88﴾
Oxunuşu (Transkripsiya):
Lakinir Rasulu val lazina amanu ma'ahu cahadu bi amvalihim va anfusihim; va ula'ika lahumul xairatu va ula'ika humul muflihun
Mişkini Tərcüməsi:
Lakin Allahın Peyğəmbəri və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlardır (iki aləmin) yaxşılıqların(ın) sahibləri və onlardır nicat tapanlar!
89
Ət-Tövbə Surəsi, Ayə 89
أَعَدَّ ٱللَّهُ لَهُمْ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ
﴿89﴾
Oxunuşu (Transkripsiya):
A'addal lahu lahum Cannatin tacri min tahtihal anharu xalidina fiha; zalikal favzul 'azim
Mişkini Tərcüməsi:
Allah onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər hazırlamışdır. Orada əbədi qalarlar. Budur böyük uğur və qurtuluş!
90
Ət-Tövbə Surəsi, Ayə 90
وَجَآءَ ٱلْمُعَذِّرُونَ مِنَ ٱلْأَعْرَابِ لِيُؤْذَنَ لَهُمْ وَقَعَدَ ٱلَّذِينَ كَذَبُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ ۚ سَيُصِيبُ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْهُمْ عَذَابٌ أَلِيمٌۭ
﴿90﴾
Oxunuşu (Transkripsiya):
Va ca'al mu'az ziruna minal A'rabi liyu'zana lahum va qa'adal lazina kazabul laha va Rasulah; sayusibul lazina kafaru minhum 'azabun alim
Mişkini Tərcüməsi:
Bədəvi ərəblərin üzürlüləri (qeyrət üzündən sənin yanına) gəldilər ki, onlara (cihada getmək üçün) icazə verilsin. Həmçinin səbəbsiz üzr istəyənlər gəldilər ki, (cihadı tərk etmək üçün) icazə alsınlar. Allaha və Onun Peyğəmbərinə yalan söyləmiş kəslər evdə oturdular (və cihaddan qalmaq üçün izn belə istəmədilər)! Tezliklə onlardan kafir olmuş kəslərə ağrılı bir əzab yetişəcəkdir.
91
Ət-Tövbə Surəsi, Ayə 91
لَّيْسَ عَلَى ٱلضُّعَفَآءِ وَلَا عَلَى ٱلْمَرْضَىٰ وَلَا عَلَى ٱلَّذِينَ لَا يَجِدُونَ مَا يُنفِقُونَ حَرَجٌ إِذَا نَصَحُوا۟ لِلَّهِ وَرَسُولِهِۦ ۚ مَا عَلَى ٱلْمُحْسِنِينَ مِن سَبِيلٍۢ ۚ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ
﴿91﴾
Oxunuşu (Transkripsiya):
Laisa 'alad du'a'i va la 'alal marda va la 'alal lazina la yaciduna ma yunfiquna haracun iza nasahu lillahi va Rasulih; ma 'alal muhsinina min sabil; vallahu Ğafurur Rahim
Mişkini Tərcüməsi:
(Qadın və uşaqlar kimi) zəiflərə, xəstələrə və xərcləməyə (yolxərci etməyə) bir şey tapa bilməyən kəslərə Allah və Onun Peyğəmbəri üçün (söz və əməldə) xeyirxahlıq edəcəkləri təqdirdə (cihadı tərk etmələrinə görə) bir günah yoxdur (onların boynuna vəzifə düşmür və buna görə də onlara təzyiq göstərilməməlidir). Yaxşı əməl sahiblərinə qarşı (onları məzəmmət etmək və cəzalandırmaq üçün) heç bir yol yoxdur. Allah çox bağışlayan və mehribandır.
92
Ət-Tövbə Surəsi, Ayə 92
وَلَا عَلَى ٱلَّذِينَ إِذَا مَآ أَتَوْكَ لِتَحْمِلَهُمْ قُلْتَ لَآ أَجِدُ مَآ أَحْمِلُكُمْ عَلَيْهِ تَوَلَّوا۟ وَّأَعْيُنُهُمْ تَفِيضُ مِنَ ٱلدَّمْعِ حَزَنًا أَلَّا يَجِدُوا۟ مَا يُنفِقُونَ
﴿92﴾
Oxunuşu (Transkripsiya):
Va la 'alal lazina iza ma atavka litahmilahum qulta la acidu ma ahmilukum 'alaihi tavallav va a'yunuhum tafidu minaddam'i hazanan alla yacidu ma yunfiqun
Mişkini Tərcüməsi:
Onları (bir miniyə) mindirməyin üçün sənin yanına gəldikləri zaman, sən «sizi mindirmək üçün bir miniyim yoxdur» deyəndə (cihad yolunda) xərcləməyə bir şey tapmadıqları üçün qəm-qüssədən gözlərindən yaş axa-axa dönüb qayıdan kəslərə də (bir günah yoxdur).
93
Ət-Tövbə Surəsi, Ayə 93
۞ إِنَّمَا ٱلسَّبِيلُ عَلَى ٱلَّذِينَ يَسْتَـْٔذِنُونَكَ وَهُمْ أَغْنِيَآءُ ۚ رَضُوا۟ بِأَن يَكُونُوا۟ مَعَ ٱلْخَوَالِفِ وَطَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَعْلَمُونَ
﴿93﴾
Oxunuşu (Transkripsiya):
Innamas sabilu 'alal lazina yastazinunaka va hum ağniya'; radu biany-yakunu ma'al xavalifi va taba'al lahu 'ala qulubihim fahum la ya'lamun
Mişkini Tərcüməsi:
(Məzəmmət) yol(u) yalnız o kəslərə (açıqdır) ki, ehtiyacsız olmalarına baxmayaraq, yenə də (cihada getməmək üçün) səndən izn istəyirlər. Onlar (qadınlar, uşaqlar və əlillərdən ibarət) yerdə qalanlarla birgə qalmağa razı oldular. Allah onların qəlblərinə (bədbəxtlik) möhür(ü) vurub, buna görə də heç (nə) bilmirlər.
94
Ət-Tövbə Surəsi, Ayə 94
يَعْتَذِرُونَ إِلَيْكُمْ إِذَا رَجَعْتُمْ إِلَيْهِمْ ۚ قُل لَّا تَعْتَذِرُوا۟ لَن نُّؤْمِنَ لَكُمْ قَدْ نَبَّأَنَا ٱللَّهُ مِنْ أَخْبَارِكُمْ ۚ وَسَيَرَى ٱللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُۥ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ
﴿94﴾
Oxunuşu (Transkripsiya):
ya'taziruna ilaikum iza raca'tum ilaihim; qul la ta'taziru lan nu'mina lakum qad nabba annal lahu min axbarikum; va sa yaral lahu 'amalakum va Rasuluhu suma turadduna ila 'Aalimil Ğaibi vaşşahadati fa yunabbi'ukum bima kuntum ta'malun
Mişkini Tərcüməsi:
Siz (Təbuk döyüşündən) onların yanına qayıdanda onlar (döyüşə getmədiklərinə görə) sizə bəhanə gətirərlər. De: «Heç bir bəhanə gətirməyin ki, sizə əsla inanmayacağıq. Həqiqətən, Allah bizi sizin xəbərlərinizdən agah etmişdir. Sizin əməllərinizi (gələcəkdə tövbə edəcəyinizi, yoxsa öz küfrünüzdə qalacağınızı) tezliklə Allah və Onun Peyğəmbəri görəcəklər. Sonra gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə, sizi etdiklərinizdən xəbərdar edəcəkdir.
95
Ət-Tövbə Surəsi, Ayə 95
سَيَحْلِفُونَ بِٱللَّهِ لَكُمْ إِذَا ٱنقَلَبْتُمْ إِلَيْهِمْ لِتُعْرِضُوا۟ عَنْهُمْ ۖ فَأَعْرِضُوا۟ عَنْهُمْ ۖ إِنَّهُمْ رِجْسٌۭ ۖ وَمَأْوَىٰهُمْ جَهَنَّمُ جَزَآءًۢ بِمَا كَانُوا۟ يَكْسِبُونَ
﴿95﴾
Oxunuşu (Transkripsiya):
Sa yahlifuna billahi lakum izanqalabtum ilaihim litu'ridu 'anhum fa a'ridu 'anhum innahum ricsunv va mavahum cahannamu caza 'ambima kanu yaksibun
Mişkini Tərcüməsi:
Onların yanına qayıdanda tezliklə sizin üçün Allaha and içəcəklər ki, onlar(ı məzəmmət etmək və danlamaq)dan daşınasınız. Buna görə də onlardan üz döndərin. Çünki onlar murdardırlar (məzəmmət və danlaq onlara təsir etmir) və onların yerləri əldə etdiklərinin cəzası olaraq Cəhənnəmdir.
96
Ət-Tövbə Surəsi, Ayə 96
يَحْلِفُونَ لَكُمْ لِتَرْضَوْا۟ عَنْهُمْ ۖ فَإِن تَرْضَوْا۟ عَنْهُمْ فَإِنَّ ٱللَّهَ لَا يَرْضَىٰ عَنِ ٱلْقَوْمِ ٱلْفَٰسِقِينَ
﴿96﴾
Oxunuşu (Transkripsiya):
Yahlifuna lakum litardav 'anhum fa in tardav 'anhum fa innal laha la yarda 'anil qavmil fasiqin
Mişkini Tərcüməsi:
Onlardan razı olasınız deyə sizin üçün and içirlər. Buna görə də əgər onlardan siz razı olsanız da, həqiqətən, Allah itaətsiz insanlardan razı olmayacaqdır.
97
Ət-Tövbə Surəsi, Ayə 97
ٱلْأَعْرَابُ أَشَدُّ كُفْرًۭا وَنِفَاقًۭا وَأَجْدَرُ أَلَّا يَعْلَمُوا۟ حُدُودَ مَآ أَنزَلَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ
﴿97﴾
Oxunuşu (Transkripsiya):
Al A'rabu aşaddu kufranv va nifaqanv va acdaru alla ya'lamu hududa ma anzalal lahu 'ala Rasulih; vallahu 'Alimun Hakim
Mişkini Tərcüməsi:
(Cəmiyyətdən və mədəniyyətdən uzaq olduqları üçün) bədəvi ərəblərin küfr və nifaqları daha şiddətlidir və onlar Allahın Öz Peyğəmbərinə nazil etdiyinin hüdudlarını bilməməyə daha layiqdirlər. Allah bilən və hikmətlidir.
98
Ət-Tövbə Surəsi, Ayə 98
وَمِنَ ٱلْأَعْرَابِ مَن يَتَّخِذُ مَا يُنفِقُ مَغْرَمًۭا وَيَتَرَبَّصُ بِكُمُ ٱلدَّوَآئِرَ ۚ عَلَيْهِمْ دَآئِرَةُ ٱلسَّوْءِ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌۭ
﴿98﴾
Oxunuşu (Transkripsiya):
Va minal A'rabi mai yattaxizu ma yunfiqu mağramanv va yatarabbasu bikumud dava'ir; alaihim da'iratus sav'; vallahu Sami'un 'Alim
Mişkini Tərcüməsi:
Bədəvi ərəblərdən (xeyir yolda) xərclədiyini ziyan və zərər hesab edənlər və sizin barənizdə (İslam dövlətinin süqutu kimi) pis hadisələr gözləyənlər vardır. Pis hadisələr onların özləri üçün olsun! Allah eşidən və biləndir.
99
Ət-Tövbə Surəsi, Ayə 99
وَمِنَ ٱلْأَعْرَابِ مَن يُؤْمِنُ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَيَتَّخِذُ مَا يُنفِقُ قُرُبَٰتٍ عِندَ ٱللَّهِ وَصَلَوَٰتِ ٱلرَّسُولِ ۚ أَلَآ إِنَّهَا قُرْبَةٌۭ لَّهُمْ ۚ سَيُدْخِلُهُمُ ٱللَّهُ فِى رَحْمَتِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ
﴿99﴾
Oxunuşu (Transkripsiya):
Va minal A'rabi mai yu'minu billahi val yavmil AAxiri va yattaxizu ma yunfiqu qurubatin 'indal lahi va salavatir Rasul; ala innaha qurbatul lahum; sayudxiluhumul lahu fi rahmatih; innal laha Ğafurur Rahim
Mişkini Tərcüməsi:
Həmçinin bədəvi ərəblərdən Allaha və axirət gününə imanı olanlar və xərclədiklərini Allaha yaxınlaşmaq amili və Onun Peyğəmbərinin duaları(nın onlara şamil edilməsi vasitəsi) hesab edənlər vardır. [Yaxud: Onlar xərclədiklərini və Peyğəmbərin (onların haqqında etdiyi) dualarını Allaha yaxınlaşmaq amili hesab edirlər.] Bilin ki, o (xərclədikləri şeylər və Peyğəmbərin duaları) onların (Allaha) yaxınlaşma amilidir. Allah tezliklə onları Öz mərhəmətinə (mərhəmətinin pənahına) daxil edəcəkdir. Həqiqətən, Allah çox bağışlayan və mehribandır.
100
Ət-Tövbə Surəsi, Ayə 100
وَٱلسَّٰبِقُونَ ٱلْأَوَّلُونَ مِنَ ٱلْمُهَٰجِرِينَ وَٱلْأَنصَارِ وَٱلَّذِينَ ٱتَّبَعُوهُم بِإِحْسَٰنٍۢ رَّضِىَ ٱللَّهُ عَنْهُمْ وَرَضُوا۟ عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّٰتٍۢ تَجْرِى تَحْتَهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ
﴿100﴾
Oxunuşu (Transkripsiya):
Vas sabiqunal avva luna minal Muhacirina val Ansari vallazinat taba'u hum bi ihsanir radiyal lahu 'anhum va radu 'anhu va a'adda lahum cannnatin tacri tahtahal anharu xalidina fiha abada; zalikal favzul 'azim
Mişkini Tərcüməsi:
Allah mühacirlərin və ənsarın (Peyğəmbərin (s) Mədinəyə hicrətindən qabaq iman gətirənlərin) ilk qabaqcıllarından və yaxşılıqla onlara tabe olanlardan razıdır və onlar da Allahdan razıdırlar. Və onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər hazırlamışdır və onlar orada əbədi olaraq qalacaqlar. Budur böyük uğur və qurtuluş!
101
Ət-Tövbə Surəsi, Ayə 101
وَمِمَّنْ حَوْلَكُم مِّنَ ٱلْأَعْرَابِ مُنَٰفِقُونَ ۖ وَمِنْ أَهْلِ ٱلْمَدِينَةِ ۖ مَرَدُوا۟ عَلَى ٱلنِّفَاقِ لَا تَعْلَمُهُمْ ۖ نَحْنُ نَعْلَمُهُمْ ۚ سَنُعَذِّبُهُم مَّرَّتَيْنِ ثُمَّ يُرَدُّونَ إِلَىٰ عَذَابٍ عَظِيمٍۢ
﴿101﴾
Oxunuşu (Transkripsiya):
Va mimmann havlakum minal A'rabi munafiquna va min ahlil Madinati maradu 'alan nifaq, la ta'lamuhum nahnu na'lamuhum; sanu'azzibuhum marrataini summa yuradduna ila 'azabin 'azim
Mişkini Tərcüməsi:
Sizin ətrafınızdakı (şəhərinizin ətrafında olan) bədəvi ərəblərdən bir dəstə münafiqdirlər. Mədinə əhlindən də nifaqa adət etmiş kəslər vardır. Sən onları tanımırsan, Biz onları tanıyırıq. Tezliklə onlara iki dəfə əzab verəcəyik (dünya əzabı, ölüm və Bərzəx əzabı), sonra isə (Qiyamətdə) daha böyük əzaba tərəf döndəriləcəklər.
102
Ət-Tövbə Surəsi, Ayə 102
وَءَاخَرُونَ ٱعْتَرَفُوا۟ بِذُنُوبِهِمْ خَلَطُوا۟ عَمَلًۭا صَٰلِحًۭا وَءَاخَرَ سَيِّئًا عَسَى ٱللَّهُ أَن يَتُوبَ عَلَيْهِمْ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌ
﴿102﴾
Oxunuşu (Transkripsiya):
Va axaruna' tarafu bizunubihim xalatu 'amalan salihanv va axara saiyi'an 'asal lahu ai yatuba 'alaihim; innal laha Ğafurur Rahim
Mişkini Tərcüməsi:
(Onlardan) digər bir dəstə öz günahlarını etiraf edib, yaxşı bir işi başqa bir pis işlə qarışdırmışlar. Ola bilsin ki, Allah onlara nəzər yetirsin. Həqiqətən, Allah çox bağışlayan və mehribandır.
103
Ət-Tövbə Surəsi, Ayə 103
خُذْ مِنْ أَمْوَٰلِهِمْ صَدَقَةًۭ تُطَهِّرُهُمْ وَتُزَكِّيهِم بِهَا وَصَلِّ عَلَيْهِمْ ۖ إِنَّ صَلَوٰتَكَ سَكَنٌۭ لَّهُمْ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ
﴿103﴾
Oxunuşu (Transkripsiya):
Xuz min amvalihim sadaqtan tutahhiruhum va tuzakkihim biha va salli 'alaihim inna salataka sakanul lahum; vallahu Sami'un 'Alim
Mişkini Tərcüməsi:
(Ey ümmətin işlərinin sahibi,) onların mallarından zəkat al ki, bununla onları(n can və mallarını) təmizləyir və paklaşdırır (və artırır)san. Və onlara dua et və salam göndər ki, həqiqətən, sənin duan və salamın onlar üçün rahatlıq və xatircəmlik amilidir. Allah eşidən və biləndir.
104
Ət-Tövbə Surəsi, Ayə 104
أَلَمْ يَعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ هُوَ يَقْبَلُ ٱلتَّوْبَةَ عَنْ عِبَادِهِۦ وَيَأْخُذُ ٱلصَّدَقَٰتِ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ
﴿104﴾
Oxunuşu (Transkripsiya):
Alam ya'lamu annnal laha huva yaqbalut tavbata 'an ibadihi va yaxuzus sadaqati va annal laha Huvat avvabur Rahim
Mişkini Tərcüməsi:
Məgər onlar bilmirlərmi ki, bəndələrindən tövbəni Allah qəbul edir, sədəqələri (zahirdə Peyğəmbərin, yaxud haqq sahibinin almasına baxmayaraq) əslində Onun Özü götürür və Allah tövbələri çox qəbul edən və mehribandır?!
105
Ət-Tövbə Surəsi, Ayə 105
وَقُلِ ٱعْمَلُوا۟ فَسَيَرَى ٱللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُۥ وَٱلْمُؤْمِنُونَ ۖ وَسَتُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ
﴿105﴾
Oxunuşu (Transkripsiya):
Va quli'malu fasayaral lahu 'amalakum va Rasuluhu valmu'minuna va saturadduna ila 'Aalimil Ğaibi vaşşahadati fa yunabbi'ukum bima kuntum ta'malun
Mişkini Tərcüməsi:
Və de: «İstədiyinizi edin ki, tezliklə əməlinizi Allah, Onun Peyğəmbəri və möminlər (əməllərinizin dünyadakı şahidləri) görəcəklər və tezliklə gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə, O sizi (dünyada) etdiklərinizdən xəbərdar edəcəkdir».
106
Ət-Tövbə Surəsi, Ayə 106
وَءَاخَرُونَ مُرْجَوْنَ لِأَمْرِ ٱللَّهِ إِمَّا يُعَذِّبُهُمْ وَإِمَّا يَتُوبُ عَلَيْهِمْ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ
﴿106﴾
Oxunuşu (Transkripsiya):
Va axaruna murcavna li amril lahi ima yu'az zibuhum va imma yatubu 'alaihim; vallahu 'Alimun Hakim
Mişkini Tərcüməsi:
Və digər bir dəstə (küfr əhli)nin (zəif hala salınmışlarıdır ki,) işləri Allahın əmrinə qalmışdır – onlara ya əzab verəcək (əgər küfrlərində israrlı olsalar), ya da (əgər imana yönəlsələr) nəzər yetirəcəkdir. Allah bilən və hikmət sahibidir.
107
Ət-Tövbə Surəsi, Ayə 107
وَٱلَّذِينَ ٱتَّخَذُوا۟ مَسْجِدًۭا ضِرَارًۭا وَكُفْرًۭا وَتَفْرِيقًۢا بَيْنَ ٱلْمُؤْمِنِينَ وَإِرْصَادًۭا لِّمَنْ حَارَبَ ٱللَّهَ وَرَسُولَهُۥ مِن قَبْلُ ۚ وَلَيَحْلِفُنَّ إِنْ أَرَدْنَآ إِلَّا ٱلْحُسْنَىٰ ۖ وَٱللَّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَٰذِبُونَ
﴿107﴾
Oxunuşu (Transkripsiya):
Vallazinat taxazu mascidan diraranv va kufranv va tafriqam bainal mu'minina va irsadal liman harabal laha va Rasulahu min qabl; va la yahlifunna in aradna illal husna vallahu yaş hadu innahum lakazibun
Mişkini Tərcüməsi:
Və (həmçinin münafiqlərdən müsəlmanlara) zərər, küfr(ü gücləndirmək), möminlərin arasında təfriqə salmaq və qabaqcadan Allah və Onun Peyğəmbəri ilə müharibyə qalxmış şəxsi(n gəlməsini) gözləmək üçün bir məscid seçən kəslər vardır. (Mədinə kafirlərinin xaçpərəst rahibi üçün tikdikləri «Zirar» məscidi nəzərdə tutulur.) Və onlar mütləq and içəcəklər ki: «bizim xeyir işdən başqa niyyətimiz olmayıb». Allah isə onların mütləq yalançı olmalarına şəhadət verir.
108
Ət-Tövbə Surəsi, Ayə 108
لَا تَقُمْ فِيهِ أَبَدًۭا ۚ لَّمَسْجِدٌ أُسِّسَ عَلَى ٱلتَّقْوَىٰ مِنْ أَوَّلِ يَوْمٍ أَحَقُّ أَن تَقُومَ فِيهِ ۚ فِيهِ رِجَالٌۭ يُحِبُّونَ أَن يَتَطَهَّرُوا۟ ۚ وَٱللَّهُ يُحِبُّ ٱلْمُطَّهِّرِينَ
﴿108﴾
Oxunuşu (Transkripsiya):
La taqum fihi abada; lamascidun ussisa 'alat taqva min avvali yavmin ahaqqu an taquma fih; fihi ricaluny yuhibbona ai yatatahharu, vallahu yuhibbul mmuttah hirin
Mişkini Tərcüməsi:
Orada (həmin məsciddə) əsla (namaza) durma. Şübhəsiz, (bünövrəsi) ilk gündən təqva üzərində qurulmuş məscid (Quba məscidi, Mədinə məscidi və digərləri) sənin onda namaza durmağına daha layiqdir. Orada paklanmağı sevən kişilər vardır. Allah pakları sevir.
109
Ət-Tövbə Surəsi, Ayə 109
أَفَمَنْ أَسَّسَ بُنْيَٰنَهُۥ عَلَىٰ تَقْوَىٰ مِنَ ٱللَّهِ وَرِضْوَٰنٍ خَيْرٌ أَم مَّنْ أَسَّسَ بُنْيَٰنَهُۥ عَلَىٰ شَفَا جُرُفٍ هَارٍۢ فَٱنْهَارَ بِهِۦ فِى نَارِ جَهَنَّمَ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ
﴿109﴾
Oxunuşu (Transkripsiya):
Afaman assasa bunya nahu 'ala taqva minal lahi va ridvanin xairun am man assasa bunyanahu 'ala şafa curufin harin fanhara bihi fi Nari Cahannnam; vallahu la yahdil qavmaz zalimin
Mişkini Tərcüməsi:
Buna görə də, öz (dininin) təməlini ilahi təqva və Onun razılığı əsasında quran şəxs yaxşıdır, yoxsa öz təməlini süst və uçmaq ərəfəsində olan bir uçurumun kənarında qurmuş və o binanın Cəhənnəm oduna yuvarlandıracağı şəxs?! (Möminin əməlləri iman və niyyət saflığı əsasındadır. Kafirin əməlləri isə əqidəsində şəkk və güman əsasındadır və onun sonu Cəhənnəmdir.) Və Allah zalımların dəstəsini (bütün dəlil-sübutlar təqdim edildikdən sonra) düz yola yönəltməz.
110
Ət-Tövbə Surəsi, Ayə 110
لَا يَزَالُ بُنْيَٰنُهُمُ ٱلَّذِى بَنَوْا۟ رِيبَةًۭ فِى قُلُوبِهِمْ إِلَّآ أَن تَقَطَّعَ قُلُوبُهُمْ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ
﴿110﴾
Oxunuşu (Transkripsiya):
La yazalu bunyanu humul lazi banav ribatan fi qulubihim illa an taqatta'a qulubuhum; val lahu 'Alimun Hakim
Mişkini Tərcüməsi:
(Küfr və nifaq üzündən) tikdikləri o bina (hətta dağılsa belə) həmişə – (onlar ölməyincə və) ürəkləri parça-parça olmayınca onların qəlblərində bir şəkk və tərəddüd və nifaqın artması amilidir. Allah bilən və hikmət sahibidir.
111
Ət-Tövbə Surəsi, Ayə 111
۞ إِنَّ ٱللَّهَ ٱشْتَرَىٰ مِنَ ٱلْمُؤْمِنِينَ أَنفُسَهُمْ وَأَمْوَٰلَهُم بِأَنَّ لَهُمُ ٱلْجَنَّةَ ۚ يُقَٰتِلُونَ فِى سَبِيلِ ٱللَّهِ فَيَقْتُلُونَ وَيُقْتَلُونَ ۖ وَعْدًا عَلَيْهِ حَقًّۭا فِى ٱلتَّوْرَىٰةِ وَٱلْإِنجِيلِ وَٱلْقُرْءَانِ ۚ وَمَنْ أَوْفَىٰ بِعَهْدِهِۦ مِنَ ٱللَّهِ ۚ فَٱسْتَبْشِرُوا۟ بِبَيْعِكُمُ ٱلَّذِى بَايَعْتُم بِهِۦ ۚ وَذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ
﴿111﴾
Oxunuşu (Transkripsiya):
Innal lahaş tara minal mu'minina anfusahum va amvalahum bi anna lahumul cannah; yuqatiluna fi sabilil lahi fa yaqtuluna va yuqtaluna va'dan 'alaihi haqqan fit Tavrati val Incili val Qur-an; va man avfa be'ahdihi minal lah; fastabşiru bibai'ikumul lazi baya'tum bih; va zalika huval favzul 'azim
Mişkini Tərcüməsi:
Həqiqətən, Allah möminlərin canlarını və mallarını onlardan Cənnətin onların olması bahasına alıb. (Bu malın verilmək tərzi belədir ki, onlar) Allah yolunda vuruşurlar, beləliklə, öldürürlər və öldürülürlər (və öz mallarından Allah yolunda xərcləyirlər). (Bu alver) Onun öhdəsində olan – (Onun əzəli elmindən başqa, həm də Lövhi-Məhfuzda qeyd olunmuş və alver sənədi kimi) Tövrat, İncil və Quranda (yazılmış) haqq bir vəddir. Allahdan başqa kim öz əhdinə daha vəfalıdır?! Buna görə də etdiyiniz bu alverə şad olun. Budur böyük uğur və qurtuluş!
112
Ət-Tövbə Surəsi, Ayə 112
ٱلتَّٰٓئِبُونَ ٱلْعَٰبِدُونَ ٱلْحَٰمِدُونَ ٱلسَّٰٓئِحُونَ ٱلرَّٰكِعُونَ ٱلسَّٰجِدُونَ ٱلْءَامِرُونَ بِٱلْمَعْرُوفِ وَٱلنَّاهُونَ عَنِ ٱلْمُنكَرِ وَٱلْحَٰفِظُونَ لِحُدُودِ ٱللَّهِ ۗ وَبَشِّرِ ٱلْمُؤْمِنِينَ
﴿112﴾
Oxunuşu (Transkripsiya):
At ta'ibunal 'abidunal hamidunas sa'ihunar raki'unas sacidunal amiruna bilma'rufi vannahuna 'anil munkari valhafizuna lihududil lah; va başşiril mu'minin
Mişkini Tərcüməsi:
(Bu möminlər) həmin tövbə edənlər, ibadət edənlər, həmdü-səna deyənlər, oruc tutanlar, (cihad və din elmi kəsb etmək üçün) səfər edənlər, rüku edənlər, səcdə edənlər, yaxşı işlərə dəvət edənlər, pis əməllərdən çəkindirənlər və Allahın (dininin əsas və qollarının) sərhədlərini qoruyanlardır. Bu möminlərə müjdə ver.
113
Ət-Tövbə Surəsi, Ayə 113
مَا كَانَ لِلنَّبِىِّ وَٱلَّذِينَ ءَامَنُوٓا۟ أَن يَسْتَغْفِرُوا۟ لِلْمُشْرِكِينَ وَلَوْ كَانُوٓا۟ أُو۟لِى قُرْبَىٰ مِنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمْ أَنَّهُمْ أَصْحَٰبُ ٱلْجَحِيمِ
﴿113﴾
Oxunuşu (Transkripsiya):
Ma kana lin nabiyyi vallazina amanu ai yastağfiru lilmuşrikina va lav kanu uli qurba mim ba'di ma tabiyana lahum annahum Aşabul cahim
Mişkini Tərcüməsi:
Peyğəmbərə və iman gətirənlərə müşriklərin Cəhənnəm əhli olduqları onlara bəlli olduqdan sonra onlar üçün, hətta qohumları(ndan) olsalar belə, bağışlanma istəmək yaraşmaz (və bu, şəriət baxımından caiz və əqli nöqteyi-nəzərdən düzgün olmaz).
114
Ət-Tövbə Surəsi, Ayə 114
وَمَا كَانَ ٱسْتِغْفَارُ إِبْرَٰهِيمَ لِأَبِيهِ إِلَّا عَن مَّوْعِدَةٍۢ وَعَدَهَآ إِيَّاهُ فَلَمَّا تَبَيَّنَ لَهُۥٓ أَنَّهُۥ عَدُوٌّۭ لِّلَّهِ تَبَرَّأَ مِنْهُ ۚ إِنَّ إِبْرَٰهِيمَ لَأَوَّٰهٌ حَلِيمٌۭ
﴿114﴾
Oxunuşu (Transkripsiya):
Va ma kanas tiğfaru ibrahima li abihi illa 'ammav 'idatinv va 'adaha iyyahu falamma tabaiyana lahu annahu 'aduvvul lillahi tabarra a minh; inna Ibrahima la avvahum halim
Mişkini Tərcüməsi:
İbrahimin atası (əmisi Azər) üçün bağışlanmaq istəməsi (istiğfar etməsi) yalnız ona verdiyi vədə (onun üçün istiğfar edəcəyini vəd etməsinə) görə idi. Buna görə də elə ki, (onun küfrdə israrlı olmasından, ya küfr halında ölməsindən) ona (İbrahimə) onun (əmisinin) Allahın düşməni olması aydın oldu ondan uzaqlaşdı (çünki əfv diləmək Allahla düşmən olan kəs üçün deyil Allahın düşmən olduğu kəs üçündür). Həqiqətən, İbrahim haqdan qorxan, günahdan qəmgin olan, (Allah dərgahına) ürəkdən çox ah çəkən və həlim idi.
115
Ət-Tövbə Surəsi, Ayə 115
وَمَا كَانَ ٱللَّهُ لِيُضِلَّ قَوْمًۢا بَعْدَ إِذْ هَدَىٰهُمْ حَتَّىٰ يُبَيِّنَ لَهُم مَّا يَتَّقُونَ ۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ
﴿115﴾
Oxunuşu (Transkripsiya):
Va ma kanal lahu liyudilla qavmam ba'da iz hadahum hatta yubaiyina lahum ma yattaqun; innal laha bikulli şai'in 'Alim
Mişkini Tərcüməsi:
Allaha bir dəstəni (dinin əsaslarına) hidayət etdikdən sonra, (digər hökmlərdə) qorxmalı olduqları şeyi (vacib və haramları) onlara aydınlaşdırmadan (açıqlamadan) nadanlıqda buraxmaq (və ya müxalifət etdiklərinə görə cəzalandırmaq) yaraşmaz (və bu, «lütf» qanunu və ağıl ilə uyğun gəlmir). Həqiqətən, Allah hər bir şeyi biləndir.
116
Ət-Tövbə Surəsi, Ayə 116
إِنَّ ٱللَّهَ لَهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ يُحْىِۦ وَيُمِيتُ ۚ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِىٍّۢ وَلَا نَصِيرٍۢ
﴿116﴾
Oxunuşu (Transkripsiya):
Innal laha lahu mulkus samavati val ardi yuhyi va yumit; va ma lakum min dunil lahi minv valiyyinv va la nasir
Mişkini Tərcüməsi:
Şübhəsiz, göylərin və yerin həqiqi sahibi və mütləq hakimiyyəti Allaha məxsusdur. (Yaşamaq və ölmək qabiliyyəti olan hər bir şeyi) O dirildir və öldürür. Sizin üçün Allahdan başqa heç bir dost, başçı və yardımçı yoxdur.
117
Ət-Tövbə Surəsi, Ayə 117
لَّقَد تَّابَ ٱللَّهُ عَلَى ٱلنَّبِىِّ وَٱلْمُهَٰجِرِينَ وَٱلْأَنصَارِ ٱلَّذِينَ ٱتَّبَعُوهُ فِى سَاعَةِ ٱلْعُسْرَةِ مِنۢ بَعْدِ مَا كَادَ يَزِيغُ قُلُوبُ فَرِيقٍۢ مِّنْهُمْ ثُمَّ تَابَ عَلَيْهِمْ ۚ إِنَّهُۥ بِهِمْ رَءُوفٌۭ رَّحِيمٌۭ
﴿117﴾
Oxunuşu (Transkripsiya):
Laqat tabal lahu 'alan nabiyyi val Muhacirina val Ansaril lazinat taba'uhu fi sa'atil 'usrati mim ba'di ma kada yaziğu qulubu fariqim minhum summma taba 'alaihim; innahu bihim Ra'ufur Rahim
Mişkini Tərcüməsi:
Əlbəttə, Allah Peyğəmbərə və çətinlik zamanı (Təbuk müharibəsi səfərində) ona tabe olan mühacir və ənsara, onlardan bir dəstəsinin qəlblərinin («nə üçün say və təchizat baxımından bərabər olmayan bir döyüşə başlamalıyıq?» – deyə Peyğəmbərin əmrinə) dönük çıxmasının yaxın olmasından sonra nəzər yetirdi və onların tövbəsini qəbul etdi. Sonra Öz mərhəməti ilə onlara üz tutdu. Həqiqətən, Allah onlara qarşı çox şəfqətli və mehribandır.
118
Ət-Tövbə Surəsi, Ayə 118
وَعَلَى ٱلثَّلَٰثَةِ ٱلَّذِينَ خُلِّفُوا۟ حَتَّىٰٓ إِذَا ضَاقَتْ عَلَيْهِمُ ٱلْأَرْضُ بِمَا رَحُبَتْ وَضَاقَتْ عَلَيْهِمْ أَنفُسُهُمْ وَظَنُّوٓا۟ أَن لَّا مَلْجَأَ مِنَ ٱللَّهِ إِلَّآ إِلَيْهِ ثُمَّ تَابَ عَلَيْهِمْ لِيَتُوبُوٓا۟ ۚ إِنَّ ٱللَّهَ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ
﴿118﴾
Oxunuşu (Transkripsiya):
Va 'alas salasatil lazina xullifu hatta iza daqat 'alaihimul ardu bima rahubat va daqat 'alaihim anfusuhum va zannnu al la malca-a minal lahi illa ilaihi summa taba 'alaihim liyatubu; innal laha Huvat Tavvabur Rahim
Mişkini Tərcüməsi:
Və həmçinin («Təbuk» qoşunu ilə aparılmayıb) yerdə qoyulan (və Peyğəmbərin (s) əmri ilə camaatın əlaqələrini kəsdiyi) o üç nəfərə! Nəhayət yer üzü bütün genişliyi ilə onlara daraldı, ürəkləri özlərindən təngə gəldi və bildilər ki, Allahdan (qaçmaq üçün) Onun Özündən başqa bir sığınacaq yoxdur. Sonra Allah Öz rəhməti ilə onlara üz tutdu ki, tövbə etsinlər və (Ona tərəf) qayıtsınlar. Həqiqətən, Allah Özü tövbələri çox qəbul edən və mehribandır.
119
Ət-Tövbə Surəsi, Ayə 119
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَكُونُوا۟ مَعَ ٱلصَّٰدِقِينَ
﴿119﴾
Oxunuşu (Transkripsiya):
Ya aiyuhal lazina amanut taqul laha va kunu ma'as sadiqin
Mişkini Tərcüməsi:
Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun (ki, onların ən bariz nümunəsi Peyğəmbərin məsum Əhlibeytidir).
120
Ət-Tövbə Surəsi, Ayə 120
مَا كَانَ لِأَهْلِ ٱلْمَدِينَةِ وَمَنْ حَوْلَهُم مِّنَ ٱلْأَعْرَابِ أَن يَتَخَلَّفُوا۟ عَن رَّسُولِ ٱللَّهِ وَلَا يَرْغَبُوا۟ بِأَنفُسِهِمْ عَن نَّفْسِهِۦ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ لَا يُصِيبُهُمْ ظَمَأٌۭ وَلَا نَصَبٌۭ وَلَا مَخْمَصَةٌۭ فِى سَبِيلِ ٱللَّهِ وَلَا يَطَـُٔونَ مَوْطِئًۭا يَغِيظُ ٱلْكُفَّارَ وَلَا يَنَالُونَ مِنْ عَدُوٍّۢ نَّيْلًا إِلَّا كُتِبَ لَهُم بِهِۦ عَمَلٌۭ صَٰلِحٌ ۚ إِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُحْسِنِينَ
﴿120﴾
Oxunuşu (Transkripsiya):
Ma kana li ahlil Madinati va man havlahum minal A'rabi ai yataxallafu 'ar-Rasulil lahi va la yarğabu bi anfusihim 'an nafsih; zalika bi annahum la yusibuhum zama unv va la nasabunv va la maxmasatun fi sabilil lahi va la yata'una mavti'ai yağizul kuffara va la yanaluna min 'aduvvin nailan illa kutiba lahum bihi 'amalun salih; innal laha la yudi'u acral muhsinin
Mişkini Tərcüməsi:
Mədinə əhlinə və (onun) ətrafındakı bədəvi ərəblərə (cihad zamanında) Allahın Peyğəmbərindən boyun qaçırmaları və ya (səfər zamanı və döyüş təhlükələri vaxtı) özləri ilə məşğul olaraq ondan üz çevirələri yaraşmaz (və bu, şəriət baxımından caiz və ağıl baxımından rəva deyildir). Bu, ona görədir ki, Allah yolunda onların düçar olduqları hər bir susuzluq, əziyyət və aclığın, eləcə də kafirlərin qəzəbinə səbəb olacaq hər bir yerə qədəm basmalarının və düşməndən əldə etdikləri hər bir bəhrənin (onları öldürmək və əsir etməyin) mükafatı olaraq onlar üçün bir saleh əməl yazılır. Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını zay etməz.
121
Ət-Tövbə Surəsi, Ayə 121
وَلَا يُنفِقُونَ نَفَقَةًۭ صَغِيرَةًۭ وَلَا كَبِيرَةًۭ وَلَا يَقْطَعُونَ وَادِيًا إِلَّا كُتِبَ لَهُمْ لِيَجْزِيَهُمُ ٱللَّهُ أَحْسَنَ مَا كَانُوا۟ يَعْمَلُونَ
﴿121﴾
Oxunuşu (Transkripsiya):
Va la yunfiquna nafa qatan sağiratanv va la kabiratanv va la yaqta'una vadiyan illa kutiba lahum liyacziyahumul lahu ahsana ma kanu ya'malun
Mişkini Tərcüməsi:
Və çəkdiklədikləri hər bir kiçik və böyük xərc və (cihad səfərində) qət etdikləri hər bir yer və dərə onların hesabına yazılır ki, Allah etdikləri çoxlu gözəl əməllərin mükafatını onlara əta etsin.
122
Ət-Tövbə Surəsi, Ayə 122
۞ وَمَا كَانَ ٱلْمُؤْمِنُونَ لِيَنفِرُوا۟ كَآفَّةًۭ ۚ فَلَوْلَا نَفَرَ مِن كُلِّ فِرْقَةٍۢ مِّنْهُمْ طَآئِفَةٌۭ لِّيَتَفَقَّهُوا۟ فِى ٱلدِّينِ وَلِيُنذِرُوا۟ قَوْمَهُمْ إِذَا رَجَعُوٓا۟ إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ
﴿122﴾
Oxunuşu (Transkripsiya):
Va ma kanal mu'minuna liyanfiru kaffah; falav la nafara min kulli firqatim minhum ta'ifatul liyatafaqqahu fiddini va liyunziru qavmahum iza raca'u ilaihim la'allahum yahzarun
Mişkini Tərcüməsi:
Möminlərə hamılıqla (döyüş cəbhəsinə, yaxud dini elm mərkəzlərinə, xüsusilə müəyyən zaman və məkana aid olan cihada) köç etmələri yaraşmaz (və bu, caiz və mümkün də deyildir). Buna görə də, nə üçün onların hər bir cəmiyyətindən (kiçik) bir dəstə (əsgərlər təcrübi tovhidə yiyələnməkdə və mədrəsədəkilər dini maariflərdə) dərin elmi təhsil almaq üçün köç etmirlər ki, öz qövmlərini onlara tərəf döndükdə qorxutsunlar, bəlkə onlar (batində və əməldə) çəkindilər.
123
Ət-Tövbə Surəsi, Ayə 123
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ قَٰتِلُوا۟ ٱلَّذِينَ يَلُونَكُم مِّنَ ٱلْكُفَّارِ وَلْيَجِدُوا۟ فِيكُمْ غِلْظَةًۭ ۚ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ مَعَ ٱلْمُتَّقِينَ
﴿123﴾
Oxunuşu (Transkripsiya):
Ya aiyuhal lazina amanu qatilul lazina yalunakum minal kuffari valyacidu fikum ğilzah; va'lamu annal laha ma'al muttaqin
Mişkini Tərcüməsi:
Ey iman gətirənlər, (əvvəlcə məsləhətə və qayda-qanunlara uyğun olaraq) kafirlərdən sizə daha yaxınlıqda olanlarla vuruşun və onlar gərək sizdə mütləq bir möhkəmlik və (əməlinizdə) sərtlik görsünlər. Bilin ki, Allah təqvalılarladır.
124
Ət-Tövbə Surəsi, Ayə 124
وَإِذَا مَآ أُنزِلَتْ سُورَةٌۭ فَمِنْهُم مَّن يَقُولُ أَيُّكُمْ زَادَتْهُ هَٰذِهِۦٓ إِيمَٰنًۭا ۚ فَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ فَزَادَتْهُمْ إِيمَٰنًۭا وَهُمْ يَسْتَبْشِرُونَ
﴿124﴾
Oxunuşu (Transkripsiya):
Va iza ma unzilat Suratun faminhum mai yaqulu aiyukum zadat hu hazihi imana; fa ammal lazina amanu fazadat hum imananv va hum yastabşirun
Mişkini Tərcüməsi:
Bir surə nazil olan zaman, onlardan (münafiqlərdən) bəzisi (istehza ilə) deyərlər: «Bu surə sizdən hansınızın imanını artırdı?» (De:) «İman gətirənlərə gəlincə, onların imanını artırdı və onlar (yeni səmavi töhfə aldıqlarına görə) sevinirlər».
125
Ət-Tövbə Surəsi, Ayə 125
وَأَمَّا ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌۭ فَزَادَتْهُمْ رِجْسًا إِلَىٰ رِجْسِهِمْ وَمَاتُوا۟ وَهُمْ كَٰفِرُونَ
﴿125﴾
Oxunuşu (Transkripsiya):
Va ammal lazina fi qulubihim maradun fazadat hum ricsan ila ricsihim va matu va hum kafirun
Mişkini Tərcüməsi:
Qəlblərində (şirk, küfr və nifaq) xəstəliyi olanlara gəldikdə isə, onların murdarlığının üstünə daha bir murdarlıq artırdı və onlar kafir kimi öldülər».
126
Ət-Tövbə Surəsi, Ayə 126
أَوَلَا يَرَوْنَ أَنَّهُمْ يُفْتَنُونَ فِى كُلِّ عَامٍۢ مَّرَّةً أَوْ مَرَّتَيْنِ ثُمَّ لَا يَتُوبُونَ وَلَا هُمْ يَذَّكَّرُونَ
﴿126﴾
Oxunuşu (Transkripsiya):
Avala yaravna annahum yuftanuna fi kulli 'amim marratan av marrataini summa la yatubuna va la hum yazzakkkarun
Mişkini Tərcüməsi:
Məgər hər il (müharibə və ya digər hadisələrlə) bir-iki dəfə imtahan olunduqlarını görmürlər? Amma (bununla belə), nə tövbə edirlər və nə də ibrət alırlar.
127
Ət-Tövbə Surəsi, Ayə 127
وَإِذَا مَآ أُنزِلَتْ سُورَةٌۭ نَّظَرَ بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ هَلْ يَرَىٰكُم مِّنْ أَحَدٍۢ ثُمَّ ٱنصَرَفُوا۟ ۚ صَرَفَ ٱللَّهُ قُلُوبَهُم بِأَنَّهُمْ قَوْمٌۭ لَّا يَفْقَهُونَ
﴿127﴾
Oxunuşu (Transkripsiya):
Va iza ma unzilat Suratun nazara ba'duhum ila ba'din hal yarakum min ahadin summman sarafu; sarafal lahu qulubahum bi annahum qavmul la yafqahun
Mişkini Tərcüməsi:
Və bir surə nazil olan zaman (narahat olduqlarına və rəngləri dəyişdiyinə görə) onların bəzisi bəzisinə baxar (və sanki birbirlərindən soruşarlar ki:) «sizi kimsə görürmü? (Məbada nifaqınız zahir ola, yaxud məclisdən çıxarılaq.)» Sonra (gizlincə sənin yanından) qayıdarlar. Onlar anlamaz bir dəstə olduqları üçün Allah onların qəlblərini (haqdan) döndərdi.
128
Ət-Tövbə Surəsi, Ayə 128
لَقَدْ جَآءَكُمْ رَسُولٌۭ مِّنْ أَنفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُم بِٱلْمُؤْمِنِينَ رَءُوفٌۭ رَّحِيمٌۭ
﴿128﴾
Oxunuşu (Transkripsiya):
Laqad ca'akum Rasulum min anfusikum 'azizun 'alaihi ma 'anittum harisun 'alaikum bilmu'minina ra'ufur rahim
Mişkini Tərcüməsi:
Həqiqətən, sizə (mələklərdən və cinlərdən deyil) özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizi(n iman gətirməyinizi və kamala çatmağınızı) çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır.
129
Ət-Tövbə Surəsi, Ayə 129
فَإِن تَوَلَّوْا۟ فَقُلْ حَسْبِىَ ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۖ عَلَيْهِ تَوَكَّلْتُ ۖ وَهُوَ رَبُّ ٱلْعَرْشِ ٱلْعَظِيمِ
﴿129﴾
Oxunuşu (Transkripsiya):
Fa in tavallav faqul lhasbiyal lahu la ilaha illa Huva 'alaihi tavakkkaltu va Huva Rabbul 'Arşil 'Azim
Mişkini Tərcüməsi:
Beləliklə, əgər (haqqı qəbul etməkdən) üz döndərsələr, de: «Mənə Allah kifayətdir, O Allah ki, Ondan başqa bir məbud yoxdur, Ona təvəkkül etdim və O, böyük ərşin Rəbbidir».