بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Əl-Fatihə Surəsi, Ayə 1
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
﴿1﴾
Oxunuşu (Transkripsiya):
Bismillahir Rahmanir Rahim
Mişkini Tərcüməsi:
Bağışlayan və mehriban Allahın adı ilə.
2
Əl-Fatihə Surəsi, Ayə 2
ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ
﴿2﴾
Oxunuşu (Transkripsiya):
Alhamdu lillahi Rabbil 'alamin
Mişkini Tərcüməsi:
Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə edəni, mütləq hökmdarı və yaradaraq nəzmə salanı olan Allaha məxsusdur.
3
Əl-Fatihə Surəsi, Ayə 3
ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
﴿3﴾
Oxunuşu (Transkripsiya):
Ar-Rahmanir-Rahim
Mişkini Tərcüməsi:
(Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) Rəhimli və mehriban Allaha.
4
Əl-Fatihə Surəsi, Ayə 4
مَٰلِكِ يَوْمِ ٱلدِّينِ
﴿4﴾
Oxunuşu (Transkripsiya):
Maliki Yavmid-Din
Mişkini Tərcüməsi:
Cəza gününün sahib və hökmdarına.
5
Əl-Fatihə Surəsi, Ayə 5
إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ
﴿5﴾
Oxunuşu (Transkripsiya):
Iyyaka na'budu va iyyaka nasta'in
Mişkini Tərcüməsi:
(Pərvərdigara!) Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
6
Əl-Fatihə Surəsi, Ayə 6
ٱهْدِنَا ٱلصِّرَٰطَ ٱلْمُسْتَقِيمَ
﴿6﴾
Oxunuşu (Transkripsiya):
Ihdinas-Siratal-Mustaqim
Mişkini Tərcüməsi:
Bizi (əqidə, elm, əxlaq və əməllərdə) doğru yola hidayət (və həmin yolda dayanıqlı) et.
7
Əl-Fatihə Surəsi, Ayə 7
صِرَٰطَ ٱلَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ ٱلْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا ٱلضَّآلِّينَ
﴿7﴾
Oxunuşu (Transkripsiya):
Siratal-lazina an'amta 'alaihim ğayril-mağdubi 'alaihim va lad-dallin
Mişkini Tərcüməsi:
(Peyğəmbərlər və onların həqiqi ardıcılları kimi) nemət verdiyin kəslərin – (Sənin) qəzəb(in)ə düçar olmamış və azmamışların yoluna!