83

Əl-Mütəffifin Surəsi

36 Ayə 30-ci Cüz Məkkə
سُورَةُ المطففين Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 83 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əl-Mütəffifin Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Mütəffifin Surəsi, Ayə 1

وَيْلٌۭ لِّلْمُطَفِّفِينَ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Vailul lil mutaffifin
Mişkini Tərcüməsi: Vay halına əskik satanların!
2 Əl-Mütəffifin Surəsi, Ayə 2

ٱلَّذِينَ إِذَا ٱكْتَالُوا۟ عَلَى ٱلنَّاسِ يَسْتَوْفُونَ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Allazina izak talu 'alan nasi yastavfun
Mişkini Tərcüməsi: O kəslər ki, özləri insanlardan ölçü ilə bir şey aldıqda, onu tam ölçüb alarlar,
3 Əl-Mütəffifin Surəsi, Ayə 3

وَإِذَا كَالُوهُمْ أَو وَّزَنُوهُمْ يُخْسِرُونَ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Va iza kaluhum av vazanuhum yuxsirun
Mişkini Tərcüməsi: Onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onu əskildərlər.
4 Əl-Mütəffifin Surəsi, Ayə 4

أَلَا يَظُنُّ أُو۟لَٰٓئِكَ أَنَّهُم مَّبْعُوثُونَ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Ala yazunnu ula'ika annahum mab'usun
Mişkini Tərcüməsi: Məgər onlar güman etmirlərmi ki, (haqq-hesab üçün) dirildiləcəklər,
5 Əl-Mütəffifin Surəsi, Ayə 5

لِيَوْمٍ عَظِيمٍۢ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Li Yavmin 'Azim
Mişkini Tərcüməsi: Böyük bir gündə?!
6 Əl-Mütəffifin Surəsi, Ayə 6

يَوْمَ يَقُومُ ٱلنَّاسُ لِرَبِّ ٱلْعَٰلَمِينَ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Yavma yaqumun nasu li Rabbil 'alamin
Mişkini Tərcüməsi: O gün bütün insanlar (haqq-hesab və mühakimə olunmaq üçün) aləmlərin Rəbbinin hüzurunda duracaqlar!
7 Əl-Mütəffifin Surəsi, Ayə 7

كَلَّآ إِنَّ كِتَٰبَ ٱلْفُجَّارِ لَفِى سِجِّينٍۢ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Kalla inna kitabal fuccari lafi Siccin
Mişkini Tərcüməsi: Belə deyildir (Onların güman etdiyi kimi deyil. Onlar güman edirlər ki, heç bir hesab-kitab yoxdur). Şübhəsiz, pis əməl sahiblərinin cəza əməl dəftəri «Siccin»dədir.
8 Əl-Mütəffifin Surəsi, Ayə 8

وَمَآ أَدْرَىٰكَ مَا سِجِّينٌۭ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Va ma adraka ma Siccin
Mişkini Tərcüməsi: Və sən nə bilirsən ki, «Siccin» nədir?
9 Əl-Mütəffifin Surəsi, Ayə 9

كِتَٰبٌۭ مَّرْقُومٌۭ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Kitabum marqum
Mişkini Tərcüməsi: (O,) rəqəmlənmiş (yazılmış) (əhatəli) bir kitabdır (bütün pis əməl sahiblərinin cəzası orada qeyd olunmuşdur).
10 Əl-Mütəffifin Surəsi, Ayə 10

وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ﴿10﴾

Oxunuşu (Transkripsiya): Vailuny yavma'izil lil mukazzibin
Mişkini Tərcüməsi: Vay halına o gün təkzib edənlərin.
11 Əl-Mütəffifin Surəsi, Ayə 11

ٱلَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ ٱلدِّينِ ﴿11﴾

Oxunuşu (Transkripsiya): Allazina yukazzibuna bi yavmid din
Mişkini Tərcüməsi: O kəslərin ki, cəza gününü təkzib edirlər.
12 Əl-Mütəffifin Surəsi, Ayə 12

وَمَا يُكَذِّبُ بِهِۦٓ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ ﴿12﴾

Oxunuşu (Transkripsiya): Va ma yukazzibu bihi illa kullu mu'tadin asim
Mişkini Tərcüməsi: Və onu ancaq həddini aşan daim günah edən şəxs təkzib edər.
13 Əl-Mütəffifin Surəsi, Ayə 13

إِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ ﴿13﴾

Oxunuşu (Transkripsiya): Iza tutla'alaihi ayatuna qala asatirul avvalin
Mişkini Tərcüməsi: O kəs ki, Bizim ayələrimiz ona oxunduğu zaman «Bu keçmişdəkilərin əfsanələridir» – deyər.
14 Əl-Mütəffifin Surəsi, Ayə 14

كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُوا۟ يَكْسِبُونَ ﴿14﴾

Oxunuşu (Transkripsiya): Kalla bal rana 'ala qulubihim ma kanu yaksibun
Mişkini Tərcüməsi: Belə deyildir (Bizim ayələrimiz əfsanə deyil), əslində onların qəlblərini qazandıqları (günahlar) paslandırmışdır.
15 Əl-Mütəffifin Surəsi, Ayə 15

كَلَّآ إِنَّهُمْ عَن رَّبِّهِمْ يَوْمَئِذٍۢ لَّمَحْجُوبُونَ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Kalla innahum 'ar Rabbihim yavma'izil lamah cubun
Mişkini Tərcüməsi: Belə deyil (Onların güman etdiyi kimi deyil,) şübhəsiz, o gün onlar Rəbbin(in lütfün)dən məhrum olacaqlar.
16 Əl-Mütəffifin Surəsi, Ayə 16

ثُمَّ إِنَّهُمْ لَصَالُوا۟ ٱلْجَحِيمِ ﴿16﴾

Oxunuşu (Transkripsiya): Summa innahum lasa lul cahim
Mişkini Tərcüməsi: Sonra onlar mütləq cəhənnəmə daxil olacaqlar, (onun hərarətini dadacaq və orada yanacaqlar.)
17 Əl-Mütəffifin Surəsi, Ayə 17

ثُمَّ يُقَالُ هَٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ ﴿17﴾

Oxunuşu (Transkripsiya): Summa yuqalu hazal lazi kuntum bihi tukazzibun
Mişkini Tərcüməsi: Sonra da onlara: «Bu, həmin təkzib və inkar etdiyinizdir!» deyiləcəkdir.
18 Əl-Mütəffifin Surəsi, Ayə 18

كَلَّآ إِنَّ كِتَٰبَ ٱلْأَبْرَارِ لَفِى عِلِّيِّينَ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Kalla inna kitabal abrari lafi'Illiyyin
Mişkini Tərcüməsi: Belə deyildir (hesab-kitabsız deyil), həqiqətən, yaxşı əməl sahiblərinin mükafat əməl dəftəri «İlliyyin»dədir.
19 Əl-Mütəffifin Surəsi, Ayə 19

وَمَآ أَدْرَىٰكَ مَا عِلِّيُّونَ ﴿19﴾

Oxunuşu (Transkripsiya): Va ma adraka ma 'Illiyyun
Mişkini Tərcüməsi: Sən nə bilirsən ki, «İlliyyin» nədir?
20 Əl-Mütəffifin Surəsi, Ayə 20

كِتَٰبٌۭ مَّرْقُومٌۭ ﴿20﴾

Oxunuşu (Transkripsiya): Kitabum marqum
Mişkini Tərcüməsi: (O,) rəqəmlənmiş (yazılmış) (əhatəli) bir kitabdır (yaxşıların mükafatı orada qeyd olunmuşdur),
21 Əl-Mütəffifin Surəsi, Ayə 21

يَشْهَدُهُ ٱلْمُقَرَّبُونَ ﴿21﴾

Oxunuşu (Transkripsiya): Yaşhadu hul muqarra bun
Mişkini Tərcüməsi: (Allah) dərgahına yaxın olanlar onu görərlər və mələklər onun yanında hazır olarlar.
22 Əl-Mütəffifin Surəsi, Ayə 22

إِنَّ ٱلْأَبْرَارَ لَفِى نَعِيمٍ ﴿22﴾

Oxunuşu (Transkripsiya): Innal abrara lafi Na'im
Mişkini Tərcüməsi: Şübhəsiz, yaxşı əməl sahibləri bolluca nemət içindədirlər.
23 Əl-Mütəffifin Surəsi, Ayə 23

عَلَى ٱلْأَرَآئِكِ يَنظُرُونَ ﴿23﴾

Oxunuşu (Transkripsiya): 'Alal ara'iki yanzurun
Mişkini Tərcüməsi: Zinətlənmiş fəxri kürsülər üzərində (əyləşib) (Cənnət nemətlərinə və Haqqın camalına) tamaşa edərlər.
24 Əl-Mütəffifin Surəsi, Ayə 24

تَعْرِفُ فِى وُجُوهِهِمْ نَضْرَةَ ٱلنَّعِيمِ ﴿24﴾

Oxunuşu (Transkripsiya): Ta'rifu fi vucuhihim nadratan na'im
Mişkini Tərcüməsi: Sən onların üzlərində bolluca nemət sevinci və təravəti görərsən.
25 Əl-Mütəffifin Surəsi, Ayə 25

يُسْقَوْنَ مِن رَّحِيقٍۢ مَّخْتُومٍ ﴿25﴾

Oxunuşu (Transkripsiya): Yusqavna mir rahiqim maxtum
Mişkini Tərcüməsi: Onlara saf və xalis, möhürlənmiş şərabdan içirdilər.
26 Əl-Mütəffifin Surəsi, Ayə 26

خِتَٰمُهُۥ مِسْكٌۭ ۚ وَفِى ذَٰلِكَ فَلْيَتَنَافَسِ ٱلْمُتَنَٰفِسُونَ ﴿26﴾

Oxunuşu (Transkripsiya): Xitamuhu misk; va fi zalika falyatanafasil Mutanafisun
Mişkini Tərcüməsi: Onun möhrü müşkdəndir və son qurtumları müşk ətri verər. Qoy yarışanlar bu nemətlər üçün yarışsınlar! (Dünyada xeyir əməllərdə bir-birini ötsünlər).
27 Əl-Mütəffifin Surəsi, Ayə 27

وَمِزَاجُهُۥ مِن تَسْنِيمٍ ﴿27﴾

Oxunuşu (Transkripsiya): Va mizacuhu min Tasnim
Mişkini Tərcüməsi: Və o şərabın qarışığı (yuxarıdan aşağıya axan) «təsnim» (çeşməsin)dəndir.
28 Əl-Mütəffifin Surəsi, Ayə 28

عَيْنًۭا يَشْرَبُ بِهَا ٱلْمُقَرَّبُونَ ﴿28﴾

Oxunuşu (Transkripsiya): 'Ainaiy yaşrabu bihal muqarrabun
Mişkini Tərcüməsi: O elə bir çeşmədir ki, ondan (Allah) dərgahına yaxın olanlar içərlər.
29 Əl-Mütəffifin Surəsi, Ayə 29

إِنَّ ٱلَّذِينَ أَجْرَمُوا۟ كَانُوا۟ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ يَضْحَكُونَ ﴿29﴾

Oxunuşu (Transkripsiya): Innal lazina acramu kanu minal lazina amanu yazakun
Mişkini Tərcüməsi: Həqiqətən, günahkarlar (dünyada) iman gətirənlərin halına gülürdülər.
30 Əl-Mütəffifin Surəsi, Ayə 30

وَإِذَا مَرُّوا۟ بِهِمْ يَتَغَامَزُونَ ﴿30﴾

Oxunuşu (Transkripsiya): Va iza marru bihim yatağamazun
Mişkini Tərcüməsi: Onların yanlarından keçərkən, (məsxərə edərək) qaş-gözlə bir-birinə işarə edirdilər.
31 Əl-Mütəffifin Surəsi, Ayə 31

وَإِذَا ٱنقَلَبُوٓا۟ إِلَىٰٓ أَهْلِهِمُ ٱنقَلَبُوا۟ فَكِهِينَ ﴿31﴾

Oxunuşu (Transkripsiya): Va izan qalabu ila ahlihimun qalabu fakihin
Mişkini Tərcüməsi: Öz adamlarının yanına dönəndə, (onlara məsxərə etdiklərinə görə) şad halda dönürdülər.
32 Əl-Mütəffifin Surəsi, Ayə 32

وَإِذَا رَأَوْهُمْ قَالُوٓا۟ إِنَّ هَٰٓؤُلَآءِ لَضَآلُّونَ ﴿32﴾

Oxunuşu (Transkripsiya): Va iza ra avhum qalu inna ha'ula'i ladal lun
Mişkini Tərcüməsi: Onları gördükdə: «Şübhəsiz, bunlar azmışlardır» – deyirdilər.
33 Əl-Mütəffifin Surəsi, Ayə 33

وَمَآ أُرْسِلُوا۟ عَلَيْهِمْ حَٰفِظِينَ ﴿33﴾

Oxunuşu (Transkripsiya): Va ma ursilu 'alaihim hafizin
Mişkini Tərcüməsi: Halbuki, onlar bunlar (möminlər) üzərində nəzarətçi göndərilməmişdilər (ki, onların haqq yola gəlmələrinə və ya azğınlıqda qalmalarına nəzarət etsinlər).
34 Əl-Mütəffifin Surəsi, Ayə 34

فَٱلْيَوْمَ ٱلَّذِينَ ءَامَنُوا۟ مِنَ ٱلْكُفَّارِ يَضْحَكُونَ ﴿34﴾

Oxunuşu (Transkripsiya): Fal yavmal lazina amanu minal kuffari yazakun
Mişkini Tərcüməsi: Bu gün (isə) iman gətirənlər kafirlərə gülərlər.
35 Əl-Mütəffifin Surəsi, Ayə 35

عَلَى ٱلْأَرَآئِكِ يَنظُرُونَ ﴿35﴾

Oxunuşu (Transkripsiya): 'Alal ara'iki yanzurun
Mişkini Tərcüməsi: Onlar (Cənnət) taxtlar(ının) üzərində (əyləşərək Cənnətdəki- lərin və Cəhənnəmdəkilərin) halına tamaşa edərlər.
36 Əl-Mütəffifin Surəsi, Ayə 36

هَلْ ثُوِّبَ ٱلْكُفَّارُ مَا كَانُوا۟ يَفْعَلُونَ ﴿36﴾

Oxunuşu (Transkripsiya): Hal suvvibal kuffaru ma kanu yaf'alun
Mişkini Tərcüməsi: (Tamaşa edərlər ki,) görəsən kafirlərə, etdikləri əməllərinə görə cəza verildimi? (Ya batil əqidələri və əməlləri vücudlarında təcəssüm olunmaqla cəzalandırıldılarmı?)
Əvvəlki: 82. Əl-İnfitar Bütün Surələr ↑ Növbəti: 84. Əl-İnşiqaq

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...