92

Əl-Leyl Surəsi

21 Ayə 30-ci Cüz Məkkə
سُورَةُ الليل Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 92 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əl-Leyl Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Leyl Surəsi, Ayə 1

وَٱلَّيْلِ إِذَا يَغْشَىٰ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Vallaili iza yağşa
Mişkini Tərcüməsi: And olsun (hər yeri zülmətə) bürüməkdə olan gecəyə;
2 Əl-Leyl Surəsi, Ayə 2

وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Vannahari iza tacalla
Mişkini Tərcüməsi: And olsun, cilvələnməkdə olan gündüzə.
3 Əl-Leyl Surəsi, Ayə 3

وَمَا خَلَقَ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰٓ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Va ma xalaqaz zakara val unsa
Mişkini Tərcüməsi: And olsun erkəyi və dişini (Adəmi və Həvvanı, hər bir canlının erkəyini, dişisini və hər bir bitkinin erkəyini və dişisini) yaradana ki,
4 Əl-Leyl Surəsi, Ayə 4

إِنَّ سَعْيَكُمْ لَشَتَّىٰ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Inna sa'yakum laşatta
Mişkini Tərcüməsi: Həqiqətən, sizin səy və çalışmanız olduqca müxtəlifdir. (Bəzən bəxşiş, təqva və təsdiq üçün, bəzən isə xəsislik, özünü Allaha möhtac bilməmək və təkzib üçün çalışırsınız).
5 Əl-Leyl Surəsi, Ayə 5

فَأَمَّا مَنْ أَعْطَىٰ وَٱتَّقَىٰ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Fa amma man a'ta vattaqa
Mişkini Tərcüməsi: Amma kim (öz malından və var-yoxundan Allah yolunda) bəxş etsə və təqvalı olsa,
6 Əl-Leyl Surəsi, Ayə 6

وَصَدَّقَ بِٱلْحُسْنَىٰ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Va saddaqa bil husna
Mişkini Tərcüməsi: Və Allahın vədlərini təsdiq etsə,
7 Əl-Leyl Surəsi, Ayə 7

فَسَنُيَسِّرُهُۥ لِلْيُسْرَىٰ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Fasanu yassiruhu lilyusra
Mişkini Tərcüməsi: Biz onu tezliklə asan olan yola (iman və itaətə) hazırlayarıq (elə bir ruh yüksəlişi verərik ki, təqva yolunu getmək onun üçün rahat olar).
8 Əl-Leyl Surəsi, Ayə 8

وَأَمَّا مَنۢ بَخِلَ وَٱسْتَغْنَىٰ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Va amma mam baxila vastağna
Mişkini Tərcüməsi: Amma kim xəsislik etsə və özünü (Allaha və Onun yardımına) möhtac olmadığını sansa,
9 Əl-Leyl Surəsi, Ayə 9

وَكَذَّبَ بِٱلْحُسْنَىٰ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Va kazzaba bil husna
Mişkini Tərcüməsi: Və İlahi vədləri təkzib etsə,
10 Əl-Leyl Surəsi, Ayə 10

فَسَنُيَسِّرُهُۥ لِلْعُسْرَىٰ ﴿10﴾

Oxunuşu (Transkripsiya): Fasanu yassiruhu lil'usra
Mişkini Tərcüməsi: Tezliklə onu çətin bir yola hazırlayarıq (elə bir əhval-ruhiyyə verərik ki, təqva yolunu getmək ona çətin olar).
11 Əl-Leyl Surəsi, Ayə 11

وَمَا يُغْنِى عَنْهُ مَالُهُۥٓ إِذَا تَرَدَّىٰٓ ﴿11﴾

Oxunuşu (Transkripsiya): Va ma yuğni 'anhu maluhu iza taradda
Mişkini Tərcüməsi: Və (bədbəxtlik uçurumuna, ya qəbir quyusuna, ya Cəhənnəmin dibinə) düşəcəyi zaman mal-dövlətinin ona heç bir faydası olmayacaq.
12 Əl-Leyl Surəsi, Ayə 12

إِنَّ عَلَيْنَا لَلْهُدَىٰ ﴿12﴾

Oxunuşu (Transkripsiya): Inna 'alaina lal huda
Mişkini Tərcüməsi: Şübhəsiz, (insanları din hökmlərinə, dünyada peyğəmbərin göstərişlərinə və sağlam ağıla uyğun yaşamağa) hidayət etmək Bizim öhdəmizdədir.
13 Əl-Leyl Surəsi, Ayə 13

وَإِنَّ لَنَا لَلْءَاخِرَةَ وَٱلْأُولَىٰ ﴿13﴾

Oxunuşu (Transkripsiya): Va inna lana lal Aaxirata val ula
Mişkini Tərcüməsi: Və şübhəsiz, axirət də dünya da (ilk yaradılan aləm və yox olduqdan sonra yenidən qaytarılan aləm) Bizə məxsusdur və Bizim iradəmizə tabedir.
14 Əl-Leyl Surəsi, Ayə 14

فَأَنذَرْتُكُمْ نَارًۭا تَلَظَّىٰ ﴿14﴾

Oxunuşu (Transkripsiya): Fa anzartukum naran talazza
Mişkini Tərcüməsi: Beləliklə, (Mən) sizi şölələnən oddan çəkindirdim.
15 Əl-Leyl Surəsi, Ayə 15

لَا يَصْلَىٰهَآ إِلَّا ٱلْأَشْقَى ﴿15﴾

Oxunuşu (Transkripsiya): La yaslaha illal aşqa
Mişkini Tərcüməsi: Ora yalnız ən azğın kafir girər və yanar.
16 Əl-Leyl Surəsi, Ayə 16

ٱلَّذِى كَذَّبَ وَتَوَلَّىٰ ﴿16﴾

Oxunuşu (Transkripsiya): Allazi kazzaba va tavalla
Mişkini Tərcüməsi: O kəs ki, (dünyada kafir oldu və peyğəmbərlərin dəvətini) təkzib etdi və (ondan) üz çevirdi.
17 Əl-Leyl Surəsi, Ayə 17

وَسَيُجَنَّبُهَا ٱلْأَتْقَى ﴿17﴾

Oxunuşu (Transkripsiya): Va sa yucannnabuhal atqa
Mişkini Tərcüməsi: Tezliklə ən təqvalı şəxslər ondan uzaqlaşdırılacaq (nicat tapacaq). (Amma ən təqvalı olmayanlar, bir də ən bədbəxt olmayan şəxslər – yəni fasiqlər də ondan uzaqlaşdırılar, ora yalnız ən bədbəxt şəxslər daxil olar).
18 Əl-Leyl Surəsi, Ayə 18

ٱلَّذِى يُؤْتِى مَالَهُۥ يَتَزَكَّىٰ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Allazi yu'ti malahu yatazakka
Mişkini Tərcüməsi: O kəs ki, paklanmaq (və ruhunun kamala yetməsi üçün) öz malını (Allah yolunda) verir
19 Əl-Leyl Surəsi, Ayə 19

وَمَا لِأَحَدٍ عِندَهُۥ مِن نِّعْمَةٍۢ تُجْزَىٰٓ ﴿19﴾

Oxunuşu (Transkripsiya): Va ma li ahadin 'indahu min ni'matin tucza
Mişkini Tərcüməsi: Və onun boynunda heç kəsin neməti və minnəti də yoxdur ki, bu, onun mükafatı olsun,
20 Əl-Leyl Surəsi, Ayə 20

إِلَّا ٱبْتِغَآءَ وَجْهِ رَبِّهِ ٱلْأَعْلَىٰ ﴿20﴾

Oxunuşu (Transkripsiya): Illab tiğa'a vachi rabbihil a 'la
Mişkini Tərcüməsi: O, ancaq özünün ən uca olan Rəbbinin razılığını qazanmaq üçün (belə edər).
21 Əl-Leyl Surəsi, Ayə 21

وَلَسَوْفَ يَرْضَىٰ ﴿21﴾

Oxunuşu (Transkripsiya): Va lasavfa yarda
Mişkini Tərcüməsi: Və əlbəttə, o, tezliklə (axirətdə Haqqın sonsuz lütfləri ilə) razı olacaqdır.
Əvvəlki: 91. Əş-Şəms Bütün Surələr ↑ Növbəti: 93. Əd-Duha

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...