بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
أَرَءَيْتَ ٱلَّذِى يُكَذِّبُ بِٱلدِّينِ
﴿1﴾
Oxunuşu (Transkripsiya):
Ara-aital lazi yu kazzibu bid din
Mişkini Tərcüməsi:
(Ya Peyğəmbər!) Allahın dinini və cəza gününü yalan hesab edəni gördünmü?
فَذَٰلِكَ ٱلَّذِى يَدُعُّ ٱلْيَتِيمَ
﴿2﴾
Oxunuşu (Transkripsiya):
Fa zalikal lazi yadu'ul-yatim
Mişkini Tərcüməsi:
Bəli, o, həmin o kəsdir ki, yetimi hiddətlə qovar.
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ
﴿3﴾
Oxunuşu (Transkripsiya):
Va la ya huddu 'ala ta'amil miskin
Mişkini Tərcüməsi:
Və (heç kimi) yoxsulları yedirtməyə rəğbətləndirməz.
فَوَيْلٌۭ لِّلْمُصَلِّينَ
﴿4﴾
Oxunuşu (Transkripsiya):
Fa vai lul-lil mu sallin
Mişkini Tərcüməsi:
Vay halına o namaz qılanların ki,
ٱلَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ
﴿5﴾
Oxunuşu (Transkripsiya):
Al lazina hum 'an salatihim sahun
Mişkini Tərcüməsi:
Onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar.
ٱلَّذِينَ هُمْ يُرَآءُونَ
﴿6﴾
Oxunuşu (Transkripsiya):
Al lazina hum yura-un
Mişkini Tərcüməsi:
Onlar riyakarlıq edər,
وَيَمْنَعُونَ ٱلْمَاعُونَ
﴿7﴾
Oxunuşu (Transkripsiya):
Va yamna'unal ma'un
Mişkini Tərcüməsi:
Və ehtiyac olan şeyləri (borc, zəkat, sədəqə, ev ləvazimatı və s. başqalarından) əsirgəyərlər. (Yetimi qovmaq və fəqirə (miskinə) etinasız yanaşmaq dini inkar etmək əlamətlərindəndirsə, onda vay halına namazdan qafil olanın, əməldə riyakarlıq edənin və zəkata mane olanın! Onların günahı daha böyükdür).