Təfsiri-Nur Höccətül-İslam Möhsin Qəraəti

Hər kəs üçün anlaşıqlı, mənəvi dərslər və mesajlar ehtiva edən təfsir.

Əl-Fatihə Surəsinin Ayələri →
Əl-Fatihə Surəsi • Təfsiri-Nur • Bölüm 2

“Rəhman və Rəhim Allahın adı ilə”

“Rəhman və Rəhim Allahın adı ilə”
Nöqtələr
◘Dünya xalqları arasında belə bir adət var ki, mühüm və dəyərli işlərə möhtərəm və sevimli böyüklərin adı ilə başlanılsın. Belə bir başlanğıc işin gözəllik, bərəkət, müvəffəqiyyətlə başa çatması səbəbi sayılır. Belələri istər doğru, istərsə də çaşqın etiqadlarına əməl edirlər. Kimi yardım üçün bütlərə və zalım hakimlərə, kimi də Allaha və Onun övliyalarına əl uzadırlar. Yada salaq ki, Xəndək döyüşündə yerə ilk külüncü həzrət peyğəmbər vurdu.1
İlahi kitabın müqəddiməsi “Bismillahir-rəhmanir-rəhim”dir. “Bismillah” təkcə Quranın yox, bütün ilahi kitabların başlanğıcında olmuşdur. Bütün peyğəmbərlər öz işlərinə “Bismillah”la başlamışlar. Həzrət Nuhun gəmisi tufan zamanı dəli dalğalar arasına düşdüyü vaxt Nuh öz yoldaşlarına dedi: “Süvar olun, bu gəminin hərəkəti və dayanması Allahın adı ilədir.”2 Həzrət Süleyman Səba mələkəsini (qadın hakim) imana çağırdığı vaxt öz dəvətnaməsini “bismillahir-rəhmanir-rəhim”lə başladı.3
◘Həzrət Əli (ə) buyurmuşdur: “Bismillah” işlərin bərəkət mayası, onu tərk etmək isə müvəffəqiyyətsizlikdir.” Həzrət “bismillah” yazan bir kişiyə deyir: “Onu gözəl yaz.”4
◘Bütün işlərdən qabaq “bismillah” demək tapşırılmışdır. Yeməkdən və yatmazdan, yazmaqdan və oxumağa başlamazdan, süvar olmazdan və yola çıxmazdan qabaq “bismillah” demək tövsiyə edilir. Hətta “bismillah” deyilmədən kəsilən heyvanın əti haram sayılır. Belə görünür ki, təkallahçı insanların yeməyi də ilahi rəngdə olmalıdır.
Hədisdə oxuyuruq: “Hətta bir beyt şer yazarkən də “bismillah”ı unutma. Uşağa ilk dəfə “bismillah” öyrədən şəxsin mükafatı haqqında rəvayət nəql olunmuşdur.5
Sual: Nə üçün bütün işlərdən qabaq “bismillah” demək tapşırılmışdır?
Cavab: “Bismillah” müsəlmanlığın simvoludur. Müsəlmanın hər bir işində ilahi rəng olmalıdır. Hər hansı bir müəssisənin istehsal etdiyi bir məhsulun öz nişanı olduğu kimi, müsəlmanlığın da əlaməti var. Bu nişan həm cüzi, həm də külli ola bilər. Məsələn, bir müəssisə istehsal etdiyi bütün qablara böyük-kiçikliyindən asılı olmayaraq nişan vura bilər. Dövlət idarələrinin üstünə sancılmış, dövlət məmurlarının stolu üstünə qoyulmuş, dövlətə aid gəmilərin uca bir nöqtəsində dalğalanan bayraqları da misal göstərmək olar.
Sual: “Bismillahir-Rəhmanir-Rəhim” müstəqil ayədirmi?
Cavab: Başqa fiqh rəhbərlərindən yüz il qabaq fəaliyyətə başlamış, Allah yolunda şəhadətə çatmış, Quranda paklığı yad edilmiş peyğəmbər Əhli-beytinin (ə) etiqadına görə, “bismillahir-rəhmanir-rəhim” ayəsi Qurana daxil olan müstəqil bir ayədir. Fəxr Razi öz təfsirində “bismillah”ın surə tərkibi olmasına on altı dəlil gətirir. Alusi də belə bir etiqaddadır. Əhmədin “Müsnəd”ində də “bismillah” surə tərkibi sayılmışdır.6 “Bismillah”ı surədən saymayan və ya onu namazda tərk edənlər etirazla qarşılanmışlar. Hakimin “Mustədrək”ində deyilir: “Bir gün Müaviyə namazda “bismillah” demədi. Xalq ona etiraz edərək dedi: “Ayəni oğurladın, yoxsa yaddan çıxardın?”7
Məsum imamlar israr etmişlər ki, namazda “bismillah” ucadan deyilsin. İmam Baqir (ə) namazda “bismillah” deməyənlər haqqında buyurmuşdur: “Quranın ən üstün ayəsini


1 “Bihar”, c. 20, s. 218.
2 Bax: “Hud”, 41.
3 Bax: “Nəml”, 30.
4 “Kənzül-ümmal”, h. 29558.
5 “Təfsiri-bürhan”, c. 1, s. 43.
6 “Müsnəd”, c. 3, s. 177; c. 4, s. 85.
7 “Müstədrək”, c. 3, s. 233.

oğurladılar.”1 Beyhəqinin “Sünən”ində bir hədisdə belə deyilir: “Nə üçün bəziləri “bismillah”ı surədən saymırlar?2
Şəhid Mütəhhəri həmd surəsinin təfsirində İbn Abbası, Asimi, Kəsayini, İbn Öməri, İbn Zübeyri, Ətaini, Tavusu, Fəxr Razini, Süyutini “bismillah”ı surədən sayanlar kimi tanıtdırır.
“Təfsiri-Qurtəbi”də imam Sadiqdən (ə) belə nəql olunur: “Bismillah” surələrin tacıdır.” Yalnız “Bəraət” (“Tövbə”) surəsinin başlanğıcında “bismillah” gəlməmişdir. Həzrət Əlinin (ə) buyruğuna əsasən, bunun səbəbi kafirlərdən və müşriklərdən üz döndərməyi əmr edən “Bəraət” surəsi ilə mərhəmət dolu “bismillah” kəlməsinin uyğun gəlməməsidir.3
“Bismillah”ın siması:

1. “Bismillah” ilahi rəng göstəricisi, tövhid cəhətinin nişanıdır. İmam Riza (ə) buyurmuşdur: “Bismillah” insanın özünə Allah bəndəsi nişanı vurmasıdır.”4


2. “Bismillah” tövhid rəmzidir. Bu ad əvəzində başqa adın çəkilməsi küfr rəmzi sayılır. “Allah” adını başqa adlarla bir tutmaq isə şirk əlamətidir. Nə Allahın adı ilə yanaşı, nə də Onun adının yerinə başqa ad çəkməyək. Allahın təkcə zatı yox, adı da şəriksizdir. İşə Allah və Məhəmməd (s) adı ilə başlamaq da qadağan olunmuşdur5.


3. “Bismillah” davam rəmzidir. Çünki Allah boyasında olmayan hər bir şey fanidir.6


4. “Bismillah” Allaha eşq və Ona təvvəkkül rəmzidir. Rəhman və Rəhim olan kəsə sevgi göstərək, işimizi Ona təvəkküllə başlayaq. Onun adını çəkmək mərhəmətinin cəlb olunması səbəbidir.


5. “Bismillah” təkəbbürdən uzaqlaşma və ilahi dərgaha acizliyin izharı rəmzidir.


6. “Bismillah” bəndəlik yolunda ilk addımdır.


7. “Bismillah” şeytanın qaçması səbəbidir. Allaha yaxın olan insana şeytan təsirsizdir.


8. “Bismillah” işlərin paklıq və sığortalanma səbəbidir.


9. “Bismillah” Allahın zikridir. Yəni “bismillah” deyən kəs Allahı unutmadığını bəyan edir.


10. “Bismillah” insanın məqsədini açıqlayır. İnsan “bismillah” deməklə izhar edir ki, Pərvərdigara, hədəfim xalq, zalım hakimlər, görüntülər, həvəslər yox, yalnız Sənsən!


11. İmam Riza (ə) buyurmuşdur: “Bismillah” ismi-əzəmə gözün qarası ağına yaxın olduğundan da yaxındır.”7


Bildirişlər

1. Surənin başlanğıcında “bismillahir-rəhmanir-rəhimin” kəlməsi surədəki mətləblərin haqq və mərhəmət sahibi tərəfindən nazil olmasının rəmzidir.


2. Kitabın “bismillahir-rəhmanir-rəhimlə” başlaması bildirir ki, hidayət, doğru yol yalnız Allaha üz tutmaqla gerçəkləşir.


3. Allah öz bəndələri, bəndələr isə öz məbudları ilə sözə “bismillah”la başlayırlar.


4. Allahın mərhəməti də Onun zatı kimi əbədi və həmişəlikdir.


5. Allahın mərhəmətinin müxtəlif formalarda bəyanı onun israrı nişanəsidir.


6. İlahi kitabın “Rəhman və Rəhim” kəlmələri ilə açılması Quranın ilahi mərhəmət cilvəsinə işarə ola bilər. Necə ki, yaranışın özü və peyğəmbərin göndərilməsi (besət) Allahın lütf və mərhəmət cilvəsidir.


﴿اَلْـحَمْدُ لِلّهِ رَبِّ الْعالَمينَ﴾ 2.

1 “Bihar”, c. 85, s.20.
2 “Sünəne-Beyhəqi”, c. 2, s. 50.
3 “Təfsiri-Məcməul-bəyan”; “Təfsiri-Fəxr Razi”.
4 “Təfsiri-Nurus-səqəleyn”.
5 “İsbatul-huda”, c. 7, s. 482.
6 Bax: “Qəsəs”, 88.
7 “Təfsiri-Rahnüma”.

“Həmd aləmlərin rəbbi olan Allaha məxsusdur.”
◘“Bir şeyin həm sahibi, həm də tərbiyəçisi olan varlıq “Rəbb” adlanır. Varlıq aləminin həqiqi sahibi isə Allahdır. O bu aləmi yaratmış və həmin bu aləmlə bağlı tədbirlərini davam etdirməkdədir. Demək, bütün varlıq aləmi təkamül yolundadır. O, Allahın müəyyənləşdirdiyi yola hidayət olunur, istiqamətləndirilir.
◘“Həmd” surəsindən əlavə daha dörd surə (“Ənam”, “Kəhf”, “Səba”, “Fatir”) “əlhəmdulillah” cümləsi ilə başlayır. Amma yalnız “həmd” surəsində "əlhəmdulillah" kəlməsindən sonra “rəbbil aləmin” ifadəsi işlədilmişdir.
◘“Həmd” dedikdə mədh və şükür nəzərdə tutulur. İnsan kamillik və gözəllik qarşısında sitayiş edir, başqalarının xidmət və ehsanına görə təşəkkürünü bildirir. Allah-təala öz kamal və camalı, ehsan və nemətləri ilə sitayiş və şükrə daha layiqdir.
◘“Əlhəmdulillah” Allaha ən üstün təşəkkür formasıdır. İstənilən bir yerdə, istənilən bir dildə, istənilən şəkildə kamillik və gözəlliyə sitayiş edən insan əslində həmin kamillik və gözəlliyin mənbəsinə sitayiş edir. Əlbəttə, Allahın əmri ilə, Allah yolunda Onun məxluquna təşəkkür Allaha təşəkkürə zidd deyildir.
◘Allah bütün yaranmışların inkişaf və tərbiyə yolunu müəyyənləşdirmişdir: “Rəbbimiz hər şeyə vücud neməti vermiş və sonra kamal yoluna hidayət etmişdir.”1 O, bal arısına hansı otlardan şirə çəkməyi, qarışqaya qış üçün azuqə toplamağı öyrətmişdir. İnsan orqanizmi ehtiyac duyduğu qanı yaratmaq istedadına malikdir. Belə bir Allah, əlbəttə ki, həmd-sənaya layiqdir.
◘Allah bütün yaranmışların xaliqidir: “O hər şeyin Rəbbidir.”2 Göylərdə, yerdə, göylə yer arasında olanların xaliqi Odur: Göylərin, yerin və onların arasında olanların xaliqi Odur.” 3 Həzrət Əli (ə) buyurur: “O, cansızların və canlıların Rəbbidir.” Başqa bir yerdə oxuyuruq: “Yaradan da, idarə edən də odur. O hər şeyin Rəbbidir.”
◘“Aləmin” dedikdə yalnız insanlar nəzərdə tutula bilər. Necə ki, Lutun qövmü həzrət Luta dedi4: “Məgər biz sənə xalqla (aləmlə) görüşü qadağan etməmişikmi?” Amma “aləmin” dedikdə bütün varlıq aləmi də nəzərdə tutula bilər. “Aləm” yaranmışlar mənasında, “aləmin” bütün yaranmışlar mənasında işlədilmişdir. Ayədən belə anlaşılır ki, bütün varlıq aləminin bir yaradıcısı var. Cahiliyyət dövründə və bəzi millətlərdə hər bir hadisənin öz Allahının olması etiqadı batil inancdır.
Bildirişlər

1. Bütün sitayişlər Onun üçündür. (“Əlhəmdulillah”)


2. Allah varlığın tərbiyə və inkişafında məcburiyyətə əl atmır. Ona görə də həmd məcburi olmayan işlər üçündür.


3. Bütün varlıq və ondakı tədbirlər gözəldir. Ona görə də həmd gözəllik və yaxşılıq üçündür.


4. Bizim sitayiş dəlilimiz Onun Rəbb olmasıdır. (“əlhəmdulillahi rəbbil-aləmin”)


5. Allahın Öz məxluqları ilə rabitəsi daimi və sıx rabitədir. (Rəssam və memar öz işini görüb gedir. Mürəbbi isə daim nəzarət etməlidir.)


6. Bütün varlıq aləmi bir Allahın tərbiyəsi altındadır. (“Rəbbul-aləmin”)


7. Bütün mövcudlarda inkişaf və tərbiyə istedadı vardır.


8. Allah insanları peyğəmbərlərin göstərişləri ilə (təşrii tərbiyə), digər canlı və cansız aləmi isə bilavasitə (təkvini tərbiyə) tərbiyə edir.




1 “Taha”, 50.
2 “Ən`am”, 164.
3 “Şuəra”, 24.
4 Hicr, 70.

9. Möminlər Quranın başlanğıcında Allah dərgahına üz tutaraq deyirlər: “Əlhəmdu lillahi rəbbil-aləmin.” İşin sonunda behiştdə isə bu şüarı verirlər: “Həmd olsun aləmlərin rəbbi olan Allaha.”1

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...