Təfsiri-Nur Höccətül-İslam Möhsin Qəraəti

Hər kəs üçün anlaşıqlı, mənəvi dərslər və mesajlar ehtiva edən təfsir.

Əl-Fatihə Surəsinin Ayələri →
Əl-Fatihə Surəsi • Təfsiri-Nur • Bölüm 4

“Bağışlayan və mehribandır.”

“Bağışlayan və mehribandır.”
Nöqtələr
“Rəhman” sözü rəhmət və onun genişliyinin mübaliğəli, şiddətli ifadəsidir. Quranda “Rəhman” və “Rəhim” kimi iki sifətin işlədilməsindən aydın olur ki, Allah bütün məxluqata qarşı rəhman, insana və vəzifəli mövcudlara qarşı isə rəhimdir.
Allah rəhməti özü üçün vacib saymışdır: "Rəbbiniz Özü Özünə rəhimli olmağı yazmışdır."2 Allahın rəhməti, hər şeyi əhatə edir: “Mərhəməti hər şeyi əhatə etmişdir.”3 Allahın peyğəmbəri də, kitabı da Onun rəhmətindəndir." Səni də (Ya Məhəmməd) aləmlərə ancaq bir rəhmət olaraq göndərdik”.4 Allahın xəlq etməsi və tərbiyəsi Onun rəhmətinə əsaslanır. Onun cəzası da lütf üzündəndir. Günahların bağışlanması, bəndələrin tövbəsinin qəbul edilməsi, onların eyblərinin örtülməsi, günahları aradan qaldırmaq üçün fürsət verilməsi Allahın rəhmət və mehribanlıq təzahürləridir.
Bildirişlər

1. İlahi tədbir və tərbiyə məhəbbət və rəhmətlə müşayiət olunur. (“Rəbb” sözü ilə yanaşı “Rəhman” sözü işlədilir) “Rəbbul” aləmin, ər-rəhmanir-rəhim”


2. Doğrudan da, təlim rəhm və mehribanlığa ehtiyaclıdır: “Rəhman (rəhimli olan) Quranı öyrətdi.”5 Tərbiyə və təzkiyə (paklama) da rəhm və mehribanlığa əsaslanmalıdır.


3. Allahın rəhmaniyyəti ona sitayiş dəlilidir.



﴿مالِكِ يَـوْمِ الدِّينِ﴾ 4.
“Cəza gününün malikidir.”





Nöqtələr
◘Allahın malikliyi həqiqidir. Bu malikliyin əhatəsi və səltənəti var. Etibari malikiyyətdə isə gerçək səltənət yoxdur və malikin səltənəti məhduddur.
◘Allah hər şeyə hər zaman həqiqi malik olsa da, Onun malikiyyəti qiyamətdə başqa bir cilvə alır.
–Həmin gün bütün vasitələr və səbəblər gücdən düşür.6


1 “Yunus”, 10.
2 “Ən`am”, 54.
3 “Ə`raf”, 156.
4 “Ənbiya”, 107.
5 “Ər-rəhman”, 1, 2.
6 “Bəqərə”, 166.

–Bütün yaxınlıq və qohumluq əlaqələri qırılır.1
–Var-dövlətdən, övladlardan səmərə olmur.2
–Ən yaxın adamlar da faydasız olur.3
–Dil üzr istəyə bilmir, düşüncə tədbir tökməkdə aciz olur. Yeganə çıxış yolu həmin gün ixtiyar sahibi olan Allahın lütfüdür.
◘“Din” sözü müxtəlif mənalarda işlədilmişdir:
a) Səmavi qanunlar məcmusu4
b) Əməl və itaət5
v) Hesab və cəza6
◘“Yəvmud-din” sözü Quranda mükafat və cəza günü olan qiyamət gününə işarədir. Quranda oxuyuruq: “Soruşarlar ki, qiyamət günü nə vaxtdır?”7 Quran bu günü belə tanıtdırır: “Ey peyğəmbər (s), bilmirsənmi din günü hansı gündür? Elə bir gün ki, kimsə kimsənin karına gəlməz. Həmin gün hökm yalnız Allaha məxsusdur.”8
◘“Maliki yəvmid-din” xəbərdarlıq və qorxutma növüdür. Amma bu cümlə ilə yanaşı “ər-rəhmanir-rəhim” cümləsinin işlədilməsindən aydın olur ki, müjdə və qorxutma yanaşı olmalıdır. Necə ki, digər bir şərif ayədə buyurulur: “Ya Məhəmməd, bəndələrimə xəbər ver ki, Mən həqiqətən bağışlayan və rəhm edənəm. Eyni zamanda əzabım da çox şiddətli bir əzabdır.”9 Digər bir ayədə isə belə buyurulur: “Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi isə böyük olan Allah...”10
◘Quranın ilk surəsində Allahın malik (hakim, ixtiyar sahibi) olmasından danışılır: “Maliki yəvmud-din”. Quran yenə də həmin məsələyə toxunmaqla başa çatır: “Məlikin-nas, “yəni xalqın maliki, ixtiyar sahibidir.11
Bildirişlər

1. Allah müxtəlif baxımlardan ibadətə layiqdir. Biz Ona həmd-səna etməliyik. Onun zatındakı və sifətlərindəki kamilliklərə görə, ehsan və tərbiyəsinə görə, rəhm və lütfünə olan ümid və intizara görə, qüdrət və heybətinə görə ibadət etmək zəruridir.


2. Qiyamət Onun Rəbb olmasının bir parıltısıdır.


3. Qiyamət Allah mərhəmətindən bir cilvədir.

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...