Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hər kəs üçün anlaşıqlı, mənəvi dərslər və mesajlar ehtiva edən təfsir.
1. Əvvəlcə Allaha bəndəlik edib, sonra Ondan istəmək olar: “Nəbudu nəstəin”
2. Başqaları yox, yalnız Allah qarşısında bəndəlik etmək lazımdır: “İyyakə”
3. Təbiətə hakim olan qanunlar möhtərəmdir. Amma Allahın iradəsi hakim, təbiət qanunları isə məhkumdur. (Biz səbəb və vasitələrdən istifadə edirik. Amma bilirik ki, əsl səbəb və vasitələr Allahın əlindədir.) Ona görə də yalnız Allahdan kömək istəyirik: “İyyakə nəstəin”
4. İbadəti insan özü yerinə yetirsə də, bu işdə Allahın köməyinə ehtiyaclıdır: “Və ma kunna linəhtədiyə ləv la ən hədanallah”.2
5. Ən böyük lütfü Allahdan gördüyümüzdən, Onun qarşısında daha çox əyilirik: “Ər-rəhmanir-rəhim, iyyakə nəbudu”
6. "İyyakə nəbudu" və "iyyakə nəstəin" nə cəbrdir, nə də təfviz. Yəni, söhbət məcburiyyət və özbaşınalıqdan kənar bir haldan gedir. “Nəbudu” cümləsindən məlum olur ki, biz ixtiyar sahibiyik. “Nəstəin” cümləsi isə bizim ehtiyaclı olduğumuzu bildirir. Demək, insan məcbur yox, ehtiyaclıdır.
7. İbadət Allahdan yardım diləmənin müqəddiməsi və vasitəsidir. Əvvəlcə ibadət edib, sonra əl açmaq lazımdır: “İyyakə nəbudu və iyyakə nəstəin”
8. Tövhid və allahpərəstliyə doğru atılan ilk addım Allah və Onun sifətlərinin tanınmasıdır: “Rəbbul-aləmin, ər rəhmanir-rəhim, maliki yəvmiddin, iyyakə nəbudu” kəlmələri insanı Allahın sifətləri ilə tanış edir.
9. Dua və pərəstiş qaydalarından biri budur ki, insan özünü böyük bilməsin və Allah hüzurunda kiçilsin.
10. İbadətin stimullarından biri məada, ölümdən sonrakı həyata diqqətdir.