39

Əz-Zümər Surəsi

75 Ayə 23-ci Cüz Məkkə
سُورَةُ الزمر Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 39 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əz-Zümər Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əz-Zümər Surəsi, Ayə 1

تَنزِيلُ ٱلْكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Tanzilul Kitabi minal lahil 'Azizil Hakim
Mişkini Tərcüməsi: Bu kitab (hər şey üzərində) qüdrət və qələbə sahibi, (yaradılış və şəriət qanunları) möhkəm olan Allah tərəfindən nazil edilmişdir.
2 Əz-Zümər Surəsi, Ayə 2

إِنَّآ أَنزَلْنَآ إِلَيْكَ ٱلْكِتَٰبَ بِٱلْحَقِّ فَٱعْبُدِ ٱللَّهَ مُخْلِصًۭا لَّهُ ٱلدِّينَ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Inna anzalna ilaikal Kitaba bilhaqqi fa'budil laha muxlisal lahud din
Mişkini Tərcüməsi: Həqiqətən, bu kitabı sənə haqq olaraq (uca və ağıla müvafiq hədəflə) nazil etdik. Buna görə də Allaha, etiqad və itaətini Onun üçün xalisləşdirmiş halda ibadət et.
3 Əz-Zümər Surəsi, Ayə 3

أَلَا لِلَّهِ ٱلدِّينُ ٱلْخَالِصُ ۚ وَٱلَّذِينَ ٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ أَوْلِيَآءَ مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَآ إِلَى ٱللَّهِ زُلْفَىٰٓ إِنَّ ٱللَّهَ يَحْكُمُ بَيْنَهُمْ فِى مَا هُمْ فِيهِ يَخْتَلِفُونَ ۗ إِنَّ ٱللَّهَ لَا يَهْدِى مَنْ هُوَ كَٰذِبٌۭ كَفَّارٌۭ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Ala lillahid dinul xalis; vallazinat taxazu min dunihi avliya'a ma na'buduhum illa liyuqar ribuna ilal lahi zulfa; innal laha yahkumu baina hum fi ma hum fihi yaxtalifun; innal laha la yahdi man huva kazibun kaffar
Mişkini Tərcüməsi: Bilin ki, xalis din, etiqad və itaət Allaha məxsusdur. Allahın yerinə (mələk, cin və müqəddəs insanlardan) başçı və rəbb götürənlər «biz onlara yalnız bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik» (deyirlər). Həqiqətən, Allah onların (və möminlərin) arasında, haqqında ixtilafda olduqları şey barəsində (qiyamət günü) hökm çıxaracaqdır. Əlbəttə, Allah yalançı, kafir və nankor kəsləri hidayət etməz.
4 Əz-Zümər Surəsi, Ayə 4

لَّوْ أَرَادَ ٱللَّهُ أَن يَتَّخِذَ وَلَدًۭا لَّٱصْطَفَىٰ مِمَّا يَخْلُقُ مَا يَشَآءُ ۚ سُبْحَٰنَهُۥ ۖ هُوَ ٱللَّهُ ٱلْوَٰحِدُ ٱلْقَهَّارُ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Lav aradal lahu aiyattaxiza valadal lastafa mimma yaxluqu ma yaşa'; Subhanahu Huval lahul Vahidul Qahhar
Mişkini Tərcüməsi: Əgər Allah övlad götürmək istəsəydi, mütləq yaratdıqların(ın içərisin)dən istədiyini seçərdi. Lakin O pakdır. O, tək, qalib və (hər şeyə) hakim Allahdır.
5 Əz-Zümər Surəsi, Ayə 5

خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ ۖ يُكَوِّرُ ٱلَّيْلَ عَلَى ٱلنَّهَارِ وَيُكَوِّرُ ٱلنَّهَارَ عَلَى ٱلَّيْلِ ۖ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ ۖ كُلٌّۭ يَجْرِى لِأَجَلٍۢ مُّسَمًّى ۗ أَلَا هُوَ ٱلْعَزِيزُ ٱلْغَفَّٰرُ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Xalaqas samavati val arda bilhaqq; yukavvirul laila 'alan nahari va yukavvirun nahara 'alal laili va saxxaraş şamsa valqamara kulluny yacri li acalim musamma; ala Huval 'Azizul Ğaffar
Mişkini Tərcüməsi: Göyləri və yeri haqq olaraq (və uca və ağılın qəbul etdiyi məqsəd üçün) yaratmışdır. Həmişə gecəni (fəsil, gün, iqlim və bölgələrə münasib şəkildə tədricən) gündüzə və gündüzü gecəyə bürüyür. Günəş və ayı (öz iradəsi altında bəndələrinin xeyirinə) ram etmişdir. Onların hər biri (özünün düz və ya dairəvi seyrində) müəyyən müddətədək (Qiaymətin qopacağı günə kimi) hərəkətdədir. Bil ki, yenilməz qüdrət sahibi və çox bağışlayan Odur!
6 Əz-Zümər Surəsi, Ayə 6

خَلَقَكُم مِّن نَّفْسٍۢ وَٰحِدَةٍۢ ثُمَّ جَعَلَ مِنْهَا زَوْجَهَا وَأَنزَلَ لَكُم مِّنَ ٱلْأَنْعَٰمِ ثَمَٰنِيَةَ أَزْوَٰجٍۢ ۚ يَخْلُقُكُمْ فِى بُطُونِ أُمَّهَٰتِكُمْ خَلْقًۭا مِّنۢ بَعْدِ خَلْقٍۢ فِى ظُلُمَٰتٍۢ ثَلَٰثٍۢ ۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ لَهُ ٱلْمُلْكُ ۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُصْرَفُونَ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Xalaqakum min nafsinv vahidatin summa ca'ala minha zavcaha va anzala lakum minal-an'ami samani yata azvac; yaxuluqukum fi butuni ummahatikum xalqam mim ba'di xalqin fi zulumatin salas; zalikumul lahu Rabbukum lahul mulk; la ilaha illa Huva fa anna tusrafun
Mişkini Tərcüməsi: (Allah) sizin hamınızı bir şəxsdən (ulu babanız Adəmdən) yaratdı. Sonra onun zövcəsini (Həvvanı) onun növündən yaratdı (və onların ikisinin evlənməsi ilə insan növü törəyib artdı). (Yaxud:) Siz canlıları bir tək hüceyrəli varlıqdan yaratdı. Sonra (onu artırmaqla) onun üçün bir cüt (tay) yaratdı (və bu yolla yer üzündəki bütün canlılar yarandı). (Qeyb xəzinələrindən zahiri aləmə) sizin üçün heyvanlardan səkkiz qism (hər birindən erkək-dişi olmaqla dəvə, inək, qoyun və keçi) endirdi. Sizi (və heyvanlarınızı) analarınızın bətnlərində üç zülmət (pərdə, uşaqlıq və bətn) içərisindəki yaradılışdan sonra (digər) bir yaradılışla yaradır. Budur Allah, sizin Rəbbiniz! Varlıq aləminin mülkiyyəti və hakimiyyəti Ona məxsusdur. Ondan başqa bir məbud yoxdur. Belə isə necə və hara döndərilirsiniz?
7 Əz-Zümər Surəsi, Ayə 7

إِن تَكْفُرُوا۟ فَإِنَّ ٱللَّهَ غَنِىٌّ عَنكُمْ ۖ وَلَا يَرْضَىٰ لِعِبَادِهِ ٱلْكُفْرَ ۖ وَإِن تَشْكُرُوا۟ يَرْضَهُ لَكُمْ ۗ وَلَا تَزِرُ وَازِرَةٌۭ وِزْرَ أُخْرَىٰ ۗ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرْجِعُكُمْ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ۚ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿7﴾

Oxunuşu (Transkripsiya): In takfuru fa innal laha ğaniyyun 'ankum; va la yarda li'ibadihil kufra va in taşkuru yardahu lakum; va la taziru vaziratunv vizra uxra; summa ila Rabikum marci'ukum fa-yunabbi'ukum bima kuntum ta'malun; innahu 'alimum bizatissudur
Mişkini Tərcüməsi: Əgər küfr etsəniz, şübhəsiz, Allah sizə möhtac deyil (və Ona ziyan vurmursunuz). (Lakin O,) bəndələri üçün küfrü bəyənmir. Əgər şükr etsəniz, sizin üçün onu bəyənir. Heç bir günahkar can başqasının günah yükünü götürməz. Sonra sizin hamınızın dönüşü Rəbbinizə tərəfdir. Beləliklə O, sizi etdiklərinizdən xəbərdar edəcəkdir. Çünki o ürəklərdə olanı (zehni təsəvvürləri, təsdiqləri və ruhi sifətləri) bilir.
8 Əz-Zümər Surəsi, Ayə 8

۞ وَإِذَا مَسَّ ٱلْإِنسَٰنَ ضُرٌّۭ دَعَا رَبَّهُۥ مُنِيبًا إِلَيْهِ ثُمَّ إِذَا خَوَّلَهُۥ نِعْمَةًۭ مِّنْهُ نَسِىَ مَا كَانَ يَدْعُوٓا۟ إِلَيْهِ مِن قَبْلُ وَجَعَلَ لِلَّهِ أَندَادًۭا لِّيُضِلَّ عَن سَبِيلِهِۦ ۚ قُلْ تَمَتَّعْ بِكُفْرِكَ قَلِيلًا ۖ إِنَّكَ مِنْ أَصْحَٰبِ ٱلنَّارِ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Va iza massal insana durrun da'a Rabbahu muniban ilaihi summa iza xavvalahu ni'matam minhu nasiya ma kana yad'u ilaihi min qablu va ca'ala lillahi andadal liyudilla 'ansabilih; qul tamatta' bikufrika qalilan innaka min Aşabin Nar;
Mişkini Tərcüməsi: (İmansız və ya imanı zəif olan) insana (suda boğulmaq və ölümə səbəb olan xəstəlik kimi) bir zərər-ziyan toxunan zaman o, (məcbur şəkildə) öz Rəbbinə tərəf qayıdan halda Onu çağırar. Sonra, Öz tərəfindən ona (həmin çətinlikdən nicat və sairə kimi) bir nemət əta edən zaman, keçmişdə, səbəbindən Allahı çağırdığı şeyi unudar və (yenidən insanları) Allahın yolundan azdırmaq üçün Ona (bütlərdən və sairədən) şəriklər qoşar. De: «Bir müddət öz küfründən bəhrələn ki, mütləq od əhlindən olacaqsan».
9 Əz-Zümər Surəsi, Ayə 9

أَمَّنْ هُوَ قَٰنِتٌ ءَانَآءَ ٱلَّيْلِ سَاجِدًۭا وَقَآئِمًۭا يَحْذَرُ ٱلْءَاخِرَةَ وَيَرْجُوا۟ رَحْمَةَ رَبِّهِۦ ۗ قُلْ هَلْ يَسْتَوِى ٱلَّذِينَ يَعْلَمُونَ وَٱلَّذِينَ لَا يَعْلَمُونَ ۗ إِنَّمَا يَتَذَكَّرُ أُو۟لُوا۟ ٱلْأَلْبَٰبِ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Amman huva qanitun ana'al laili sacidanv va qa'imai yahzarul Aaxirata va yarcu rahmata Rabbih; qul hal yastavil lazina ya'lamuna vallazina la ya'lamun; innama yatazakkaru ulul albab
Mişkini Tərcüməsi: (Əzab içində olan həmin kafir yaxşıdır) yoxsa gecənin saatlarını səcdə və qiyam (ayaq üstə), itaət və xüzu ilə (müticəsinə) keçirən, axirətdən (axirət əzabından) qorxan və Rəbbinin mərhəmətinə ümid bəsləyən şəxs? De: «Məgər bilənlərlə bilməyənlər birdirlər?» Yalnız əsil ağıl sahibləri ibrət götürərlər.
10 Əz-Zümər Surəsi, Ayə 10

قُلْ يَٰعِبَادِ ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ رَبَّكُمْ ۚ لِلَّذِينَ أَحْسَنُوا۟ فِى هَٰذِهِ ٱلدُّنْيَا حَسَنَةٌۭ ۗ وَأَرْضُ ٱللَّهِ وَٰسِعَةٌ ۗ إِنَّمَا يُوَفَّى ٱلصَّٰبِرُونَ أَجْرَهُم بِغَيْرِ حِسَابٍۢ ﴿10﴾

Oxunuşu (Transkripsiya): Qul ya 'ibadil lazina amanut taqu Rabbakum; lillazina ahsanu fi hazihid dunya hasanah; va ardul lahi vasi'ah; innama yuvaffas sabiruna acrahum biğayri hisab
Mişkini Tərcüməsi: (Mənim bəndələrimə) de: «Ey Mənim iman gətirmiş bəndələrim, Rəbbinizdən qorxun! Bu dünyada (əməl və etiqadda) yaxşılıq edənlər üçün (həm dünyada, həm də axirətdə) gözəl mükafat vardır. Allahın yeri genişdir (əgər bir yerdə dindarlıq edə bilməsəniz başqa bir yerə hicrət edin). Şübhəsiz, səbrlilərin mükafatları saysız-hesabsız və kamil şəkildə veriləcəkdir».
11 Əz-Zümər Surəsi, Ayə 11

قُلْ إِنِّىٓ أُمِرْتُ أَنْ أَعْبُدَ ٱللَّهَ مُخْلِصًۭا لَّهُ ٱلدِّينَ ﴿11﴾

Oxunuşu (Transkripsiya): Qul inni umirtu an a'budal laha muxlisal lahud din
Mişkini Tərcüməsi: De: «Mənə Allaha xalis itaət və etiqadla ibadət etmək əmr edilmişdir.
12 Əz-Zümər Surəsi, Ayə 12

وَأُمِرْتُ لِأَنْ أَكُونَ أَوَّلَ ٱلْمُسْلِمِينَ ﴿12﴾

Oxunuşu (Transkripsiya): Va umirtu li an akuna avvalal muslimin
Mişkini Tərcüməsi: Həmçinin mənə əmr edilmişdir ki, (bu dinə və kitaba) təslim olanlardan ilk şəxs olum».
13 Əz-Zümər Surəsi, Ayə 13

قُلْ إِنِّىٓ أَخَافُ إِنْ عَصَيْتُ رَبِّى عَذَابَ يَوْمٍ عَظِيمٍۢ ﴿13﴾

Oxunuşu (Transkripsiya): Qul inni axafu in 'asaitu Rabbi 'azaba Yavmin 'azim
Mişkini Tərcüməsi: De: «Həqiqətən, əgər Rəbbimə qarşı itaətsizlik etsəm, böyük günün əzabından qorxuram».
14 Əz-Zümər Surəsi, Ayə 14

قُلِ ٱللَّهَ أَعْبُدُ مُخْلِصًۭا لَّهُۥ دِينِى ﴿14﴾

Oxunuşu (Transkripsiya): Qulil laha a'budu muxlisal lahu dini
Mişkini Tərcüməsi: De: «Mən etiqad və itaətimi Allah üçün xalisləşdirdiyim halda yalnız Ona ibadət edirəm.
15 Əz-Zümər Surəsi, Ayə 15

فَٱعْبُدُوا۟ مَا شِئْتُم مِّن دُونِهِۦ ۗ قُلْ إِنَّ ٱلْخَٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ ٱلْقِيَٰمَةِ ۗ أَلَا ذَٰلِكَ هُوَ ٱلْخُسْرَانُ ٱلْمُبِينُ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Fa'budu ma şi'tum min dunih; qul innal xasirinal lazina xasiru anfusahum va ahlihim yavmal qiyamah; ala zalika huval xusranul mubin
Mişkini Tərcüməsi: Buna görə siz (də) Ondan başqa istədiyinizə ibadət edin». De: «Şübhəsiz, (əsl) ziyana uğramış kəslər Qiyamətdə özlərini və ailələrini ziyana uğratmış kəslərdir. Bilin ki, həmin açıq-aşkar ziyan budur».
16 Əz-Zümər Surəsi, Ayə 16

لَهُم مِّن فَوْقِهِمْ ظُلَلٌۭ مِّنَ ٱلنَّارِ وَمِن تَحْتِهِمْ ظُلَلٌۭ ۚ ذَٰلِكَ يُخَوِّفُ ٱللَّهُ بِهِۦ عِبَادَهُۥ ۚ يَٰعِبَادِ فَٱتَّقُونِ ﴿16﴾

Oxunuşu (Transkripsiya): Lahum min favqihim zulalum minan Nari va min tahtihim zulal; zalika yuxav viful lahu bihi 'ibadah; ya 'ibadi fattaqun
Mişkini Tərcüməsi: Onlar üçün başlarının üstündə oddan «kölgəliklər», həmçinin ayaqlarının altında (aşağıdakı təbəqənin odundan) «kölgəliklər» vardır. Allahın Öz bəndələrini qorxutduğu budur (bu əzabdır). Ey Mənim bəndələrim, Məndən qorxun!
17 Əz-Zümər Surəsi, Ayə 17

وَٱلَّذِينَ ٱجْتَنَبُوا۟ ٱلطَّٰغُوتَ أَن يَعْبُدُوهَا وَأَنَابُوٓا۟ إِلَى ٱللَّهِ لَهُمُ ٱلْبُشْرَىٰ ۚ فَبَشِّرْ عِبَادِ ﴿17﴾

Oxunuşu (Transkripsiya): Vallazinac tanabut Tağuta ai ya'buduha va anabu ilal lahi lahumul buşra; fabaşşir 'ibad
Mişkini Tərcüməsi: Hər bir itaətsiz batil qüvvədən və Allahdan qeyri məbuddan ona ibadət etməmək üçün çəkinmiş və Allaha tərəf qayıtmış kəslərə müjdə olsun! Buna görə də müjdə ver Mənim bəndələrimə!
18 Əz-Zümər Surəsi, Ayə 18

ٱلَّذِينَ يَسْتَمِعُونَ ٱلْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُۥٓ ۚ أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ هَدَىٰهُمُ ٱللَّهُ ۖ وَأُو۟لَٰٓئِكَ هُمْ أُو۟لُوا۟ ٱلْأَلْبَٰبِ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Allazina yastami'unal qavla fayattabi'una ahsanah; ula'ikal lazina hadahumul lahu va ula'ika hum ulul albab
Mişkini Tərcüməsi: Sözlərə qulaq asıb onların ən yaxşısına tabe olan kəslərə! Allahın hidayət etdiyi kəslər onlardır və onlardır əsil ağıl sahibləri!
19 Əz-Zümər Surəsi, Ayə 19

أَفَمَنْ حَقَّ عَلَيْهِ كَلِمَةُ ٱلْعَذَابِ أَفَأَنتَ تُنقِذُ مَن فِى ٱلنَّارِ ﴿19﴾

Oxunuşu (Transkripsiya): Afaman haqqa 'alaihi kalimatul 'azab; afa anta tunqizu man fin Nar
Mişkini Tərcüməsi: Məgər (azğınlığına və itaətsizliyinə görə Allahın əzəli elmində və Lövhi-Məhfuzda) barəsində əzab kəlməsi gerçəkləşmiş və təsbit olmuş kəs (nicat tapacaq)? Məgər sən odda (od içərisində) olan kəsə nicat verə bilərsən?!
20 Əz-Zümər Surəsi, Ayə 20

لَٰكِنِ ٱلَّذِينَ ٱتَّقَوْا۟ رَبَّهُمْ لَهُمْ غُرَفٌۭ مِّن فَوْقِهَا غُرَفٌۭ مَّبْنِيَّةٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ۖ وَعْدَ ٱللَّهِ ۖ لَا يُخْلِفُ ٱللَّهُ ٱلْمِيعَادَ ﴿20﴾

Oxunuşu (Transkripsiya): Lakinil lazinat taqav Rabbahum lahum ğurafum min favqiha ğurafum mabniyyatun tacri min tahtihal anhar; va'dal lah; la yuxliful lahul mi'ad
Mişkini Tərcüməsi: Lakin Rəbbindən qorxan kəslər üçün bir-birinin üzərində tikilmiş (mərtəbə-mərtəbə) otaqlar vardır ki, onların altından çaylar axır. (Bu,) Allahın vədidir. Allah heç vaxt vədinə xilaf çıxmaz.
21 Əz-Zümər Surəsi, Ayə 21

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَسَلَكَهُۥ يَنَٰبِيعَ فِى ٱلْأَرْضِ ثُمَّ يُخْرِجُ بِهِۦ زَرْعًۭا مُّخْتَلِفًا أَلْوَٰنُهُۥ ثُمَّ يَهِيجُ فَتَرَىٰهُ مُصْفَرًّۭا ثُمَّ يَجْعَلُهُۥ حُطَٰمًا ۚ إِنَّ فِى ذَٰلِكَ لَذِكْرَىٰ لِأُو۟لِى ٱلْأَلْبَٰبِ ﴿21﴾

Oxunuşu (Transkripsiya): Alam tara annal laha anzala minas sama'i ma'an fasalakahu yanabi'a fil ardi summa yuxricu bihi zar'am muxtalifan alvanuhu summa yahicu fatarahu musfarran summa yac'aluhu hutama; inna fi zalika lazikra li ulil albab
Mişkini Tərcüməsi: Məgər Allahın göydən (yağış, qar və dolu şəklində) su endirməsini, onu yerdə (yerin aşağı qatlarındakı) çeşmələrə daxil etməsini, daha sonra onun vasitəsi ilə müxtəlif bitkiləri (göyərti, dənli bitki və meyvələri) çıxardığını görmürsən? Sonra onların inkişafı sona çatır və onlar quruyurlar. Beləliklə onu saralmış görürsən. Sonra onları çör-çöpə döndərir. Həqiqətən, bunda (bu yaratmaq və yox etməkdə) əsl ağıl sahibləri üçün (dünyanın yox olması və ölümdən sonra axirət aləminin olması barəsində) ibrət və oyanma vardır.
22 Əz-Zümər Surəsi, Ayə 22

أَفَمَن شَرَحَ ٱللَّهُ صَدْرَهُۥ لِلْإِسْلَٰمِ فَهُوَ عَلَىٰ نُورٍۢ مِّن رَّبِّهِۦ ۚ فَوَيْلٌۭ لِّلْقَٰسِيَةِ قُلُوبُهُم مِّن ذِكْرِ ٱللَّهِ ۚ أُو۟لَٰٓئِكَ فِى ضَلَٰلٍۢ مُّبِينٍ ﴿22﴾

Oxunuşu (Transkripsiya): Afaman şarahal lahu sadrahu lil Islami fahuva 'ala nurim mir Rabbih; fa vailul lilqasiyati qulubuhum min zikril lah; ula'ika fi dalalim mubin
Mişkini Tərcüməsi: Buna görə də məgər Allahın sinəsini İslam(ı qəbul etmək) üçün açdığı, beləliklə də (həyatı boyu) Rəbbi tərəfindən bir nura (etiqad və əməl yollarını işıqlandıran dinə) əsaslanan kəs (qəlbi zülmətdə olan kəs kimidir)? Odur ki, qəlbləri Allahı unutmaq nəticəsində bərkimiş kəslərin vay halına! Onlar aşkar azğınlıq içərisindədirlər.
23 Əz-Zümər Surəsi, Ayə 23

ٱللَّهُ نَزَّلَ أَحْسَنَ ٱلْحَدِيثِ كِتَٰبًۭا مُّتَشَٰبِهًۭا مَّثَانِىَ تَقْشَعِرُّ مِنْهُ جُلُودُ ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ ثُمَّ تَلِينُ جُلُودُهُمْ وَقُلُوبُهُمْ إِلَىٰ ذِكْرِ ٱللَّهِ ۚ ذَٰلِكَ هُدَى ٱللَّهِ يَهْدِى بِهِۦ مَن يَشَآءُ ۚ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنْ هَادٍ ﴿23﴾

Oxunuşu (Transkripsiya): Allahu nazzala ahsanal hadisi Kitabam mutaşa biham masaniy taqşa'irru minhu culudul lazina yaxşavna Rabbahum summa talinu culuduhum va qulu buhum ila zikril lah; zalika hudal lahi yahdi bihi mai yaşa'; va mai yudlilil lahu fama lahu min had
Mişkini Tərcüməsi: Allah sözün ən gözəlini – ayələri biri digərinə bağlı və bir-birini açıqlayan, təfsir edən, (ayələrinin hamısı kəlmələrin fəsahəti, bəyanının möhkəmliyi və mənasının dərinliyi baxımından) bir-birinə bənzəyən kitab (şəklində) nazil etmişdir. Rəbblərindən qorxan kəslərin (bədənlərinin) dəriləri ondan (onu eşidəndə) titrəyər. Sonra onların dəriləri və ürəkləri yumşalar və onlar rahatlıq və Allaha inam taparlar. Bu (vəziyyət), Allahın hidayətidir ki, istədiyi kəsi onun vasitəsi ilə doğru yola istiqamətləndirir. Allah kimi azğınlıqda boşlasa (müvəffəqiyyəti ondan alsa), onun heç vaxt bir yol göstərəni olmayacaqdır.
24 Əz-Zümər Surəsi, Ayə 24

أَفَمَن يَتَّقِى بِوَجْهِهِۦ سُوٓءَ ٱلْعَذَابِ يَوْمَ ٱلْقِيَٰمَةِ ۚ وَقِيلَ لِلظَّٰلِمِينَ ذُوقُوا۟ مَا كُنتُمْ تَكْسِبُونَ ﴿24﴾

Oxunuşu (Transkripsiya): Afamai yattaqi bivac hihi su'al 'azabi Yavmal Qiyamah; va qila lizzali mina zuqu ma kuntum taksibun
Mişkini Tərcüməsi: Buna görə də məgər Qiyamət günü (əlləri bağlı olduğu üçün) pis və çətin əzabdan öz üzü ilə qorunan kəs (əzabdan amanda olan kəs kimidir)?! Zalımlara deyiləcək: «Dadın əldə etdiyiniz günahların cəzasını və ya həmin əməllərin gerçək təzahürü olan əzabı!»
25 Əz-Zümər Surəsi, Ayə 25

كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَأَتَىٰهُمُ ٱلْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ ﴿25﴾

Oxunuşu (Transkripsiya): Kazzabal lazina min qablihim fa atahumul 'azabu min haisu la yaş'urun
Mişkini Tərcüməsi: Bunlardan qabaqkılar da (öz peyğəmbərlərini) təkzib etdilər. (Allahın) əzab(ı) ehtimal etmədikləri yerdən onlara gəldi.
26 Əz-Zümər Surəsi, Ayə 26

فَأَذَاقَهُمُ ٱللَّهُ ٱلْخِزْىَ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَلَعَذَابُ ٱلْءَاخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا۟ يَعْلَمُونَ ﴿26﴾

Oxunuşu (Transkripsiya): Fa azaqahumul lahul xizya fil hayatid dunya va la'azabul Aakirati akbar; lav kanu ya'lamun
Mişkini Tərcüməsi: Beləliklə, Allah (suda batırmaq, göydən gələn qorxunc səs, zəlzələ, daş yağışı və məsx etmək – surətlərini dəyişdirib çirkin bir hala salmaq – vasitəsi ilə) dünya həyatında onlara xarlıq və zillət daddırdı. Şübhəsiz, axirət əzabı daha böyükdür, əgər bilsəydilər!
27 Əz-Zümər Surəsi, Ayə 27

وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِى هَٰذَا ٱلْقُرْءَانِ مِن كُلِّ مَثَلٍۢ لَّعَلَّهُمْ يَتَذَكَّرُونَ ﴿27﴾

Oxunuşu (Transkripsiya): Va laqad darabna linnasi fi hazal Qur-ani min kulli masalil la'allahum yatazakkarun
Mişkini Tərcüməsi: Doğrudan da Biz bu Quranda insanlar üçün bəlkə ibrət götürdülər deyə hər cür məsəl çəkdik.
28 Əz-Zümər Surəsi, Ayə 28

قُرْءَانًا عَرَبِيًّا غَيْرَ ذِى عِوَجٍۢ لَّعَلَّهُمْ يَتَّقُونَ ﴿28﴾

Oxunuşu (Transkripsiya): Qur-anan 'Arabiyyan ğaira zi 'ivacil la'allahum yattaqun
Mişkini Tərcüməsi: (Kəlmə və mənalarında) heç cür əyrilik olmayan ərəbcə bir Quran! Bəlkə çəkindilər.
29 Əz-Zümər Surəsi, Ayə 29

ضَرَبَ ٱللَّهُ مَثَلًۭا رَّجُلًۭا فِيهِ شُرَكَآءُ مُتَشَٰكِسُونَ وَرَجُلًۭا سَلَمًۭا لِّرَجُلٍ هَلْ يَسْتَوِيَانِ مَثَلًا ۚ ٱلْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ ﴿29﴾

Oxunuşu (Transkripsiya): Darabal lahu masalar raculan fihi şuraka'u mutaşakisuna va raculan salamal liraculin hal tastavi yani masala; alhamdu lillah; bal aksaruhum la ya'lamun
Mişkini Tərcüməsi: Allah (müşrik və təkallahlı şəxs barəsində) məsəl çəkmişdir: Bir neçə pis xasiyyətli və müxtəlif istəkli ağanın şərik olduğu (və hər birinin onu öz göstərişinə tərəf çəkdiyi) bir qul kişi və (verdiyi əmrlərdə mane və şəriki olmayan) bir nəfərin qulu olan bir kişi. Heç bu ikisi (sifətləri və halları baxımından) bərabərdir? Şükr və tərif Allaha məxsusdur (və bu məsələnin həqiqət olması gizli deyil), lakin onların çoxu bilmirlər.
30 Əz-Zümər Surəsi, Ayə 30

إِنَّكَ مَيِّتٌۭ وَإِنَّهُم مَّيِّتُونَ ﴿30﴾

Oxunuşu (Transkripsiya): Innaka maiyitunv va inna hum maiyitunv va inna hum maiyitun
Mişkini Tərcüməsi: Şübhəsiz, sən də öləcəksən, onlar da öləcəklər.
31 Əz-Zümər Surəsi, Ayə 31

ثُمَّ إِنَّكُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ عِندَ رَبِّكُمْ تَخْتَصِمُونَ ﴿31﴾

Oxunuşu (Transkripsiya): Summa innakum Yavmal Qiyamati 'inda Rabbikum taxtasimun
Mişkini Tərcüməsi: Sonra siz hamınız Qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz.
32 Əz-Zümər Surəsi, Ayə 32

۞ فَمَنْ أَظْلَمُ مِمَّن كَذَبَ عَلَى ٱللَّهِ وَكَذَّبَ بِٱلصِّدْقِ إِذْ جَآءَهُۥٓ ۚ أَلَيْسَ فِى جَهَنَّمَ مَثْوًۭى لِّلْكَٰفِرِينَ ﴿32﴾

Oxunuşu (Transkripsiya): Faman azlamu mimman kazaba 'alal lahi va kazzaba bissidqi iz ca'ah; alaisa fi Cahannama masval lilkafir
Mişkini Tərcüməsi: Belə isə kim Allaha iftira yaxandan (Onun övladı və şəriki olmasına qail olandan) və həqiqət (peyğəmbərlik və sənin kitabın) ona çatanda onu təkzib edəndən daha zalımdır?! Məgər cəhənnəmdə kafirlər üçün yer yoxdur?!
33 Əz-Zümər Surəsi, Ayə 33

وَٱلَّذِى جَآءَ بِٱلصِّدْقِ وَصَدَّقَ بِهِۦٓ ۙ أُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُتَّقُونَ ﴿33﴾

Oxunuşu (Transkripsiya): Vallazi ca'a bissidqi va saddaqa bihi ula'ika humul muttaqun
Mişkini Tərcüməsi: Həqiqəti gətirən və onu təsdiq edən kəs, (özlərinin haqq dinlərini təsdiq edən tək-tək bütün peyğəmbərlər, bəli,) əsl təqvalılar (və məsumluq məqamında olanlar) onlardır. [Yaxud: (İslam Peyğəmbəri kimi) həqiqəti gətirən və (bu ümmətdən) onu təsdiq edən kəs, onların hamısı əsl təqvalılardır.]
34 Əz-Zümər Surəsi, Ayə 34

لَهُم مَّا يَشَآءُونَ عِندَ رَبِّهِمْ ۚ ذَٰلِكَ جَزَآءُ ٱلْمُحْسِنِينَ ﴿34﴾

Oxunuşu (Transkripsiya): Lahum ma yaşa'una 'inda Rabbihim; zalika caza'ul muhsinin
Mişkini Tərcüməsi: Onlar üçün Rəbblərinin yanında istədikləri şey vardır. Budur yaxşı əməl sahiblərinin mükafatı!
35 Əz-Zümər Surəsi, Ayə 35

لِيُكَفِّرَ ٱللَّهُ عَنْهُمْ أَسْوَأَ ٱلَّذِى عَمِلُوا۟ وَيَجْزِيَهُمْ أَجْرَهُم بِأَحْسَنِ ٱلَّذِى كَانُوا۟ يَعْمَلُونَ ﴿35﴾

Oxunuşu (Transkripsiya): Liyukaffiral lahu 'anhum asva allazi 'amilu va yacziyahum acrahum bi ahsanil lazi kano ya'malun
Mişkini Tərcüməsi: Allahın onların (nəinki pis, hətta) daha pis əməllərini bağışlaması və onları etdikləri ən gözəl əməllərin müqabilində mükafatlandırması üçün!
36 Əz-Zümər Surəsi, Ayə 36

أَلَيْسَ ٱللَّهُ بِكَافٍ عَبْدَهُۥ ۖ وَيُخَوِّفُونَكَ بِٱلَّذِينَ مِن دُونِهِۦ ۚ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنْ هَادٍۢ ﴿36﴾

Oxunuşu (Transkripsiya): Alaisal lahu bikafin 'abdahu va yuxavvi funaka billazina min dunih; va mai yudlilil lahu fama lahu min had
Mişkini Tərcüməsi: Məgər Allah bəndəsin(in işlərin)ə kifayət deyil?! Və səni Ondan qeyrisi ilə qorxudurlar. Allah kimi azğınlıqda boşlasa, ona əsla bir yol göstərən olmaz.
37 Əz-Zümər Surəsi, Ayə 37

وَمَن يَهْدِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّضِلٍّ ۗ أَلَيْسَ ٱللَّهُ بِعَزِيزٍۢ ذِى ٱنتِقَامٍۢ ﴿37﴾

Oxunuşu (Transkripsiya): Va mai yahdil lahu famalahu mim mudlil; alai sal lahu bi'azizin zin tiqam
Mişkini Tərcüməsi: Allahın hidayət etdiyi kəsi əsla azdıran olmaz. Məgər Allah yenilməz qüdrət və intiqam sahibi deyil?!
38 Əz-Zümər Surəsi, Ayə 38

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ لَيَقُولُنَّ ٱللَّهُ ۚ قُلْ أَفَرَءَيْتُم مَّا تَدْعُونَ مِن دُونِ ٱللَّهِ إِنْ أَرَادَنِىَ ٱللَّهُ بِضُرٍّ هَلْ هُنَّ كَٰشِفَٰتُ ضُرِّهِۦٓ أَوْ أَرَادَنِى بِرَحْمَةٍ هَلْ هُنَّ مُمْسِكَٰتُ رَحْمَتِهِۦ ۚ قُلْ حَسْبِىَ ٱللَّهُ ۖ عَلَيْهِ يَتَوَكَّلُ ٱلْمُتَوَكِّلُونَ ﴿38﴾

Oxunuşu (Transkripsiya): Va la'in sa altahum man xalaqas samavati val arda la yaqulunal lah; qul afara'aitum ma tad'una min dunil lahi in aradaniyal lahu bidurrin hal hunna kaşi fatu durrihi av aradani birahmatin hal hunna mumsikatu rahmatih; qul hasbiyal lahu 'alaihi tatavakkalul mutavakkilun
Mişkini Tərcüməsi: Əgər onlardan göyləri və yeri kimin yaratmasını soruşsan, şübhəsiz, «Allah» deyə (cavab verə)cəklər. (Çünki onlar öz məbudlarını uluhiyyət və yaradılışda deyil, rübubiyyətdə və işlərin idarəçiliyində Allahın şəriki hesab edirdilər.) De: «Mənə xəbər verin (görüm) əgər Allah mənə bir zərər-ziyan (vurmaq) istəsə Allahın yerinə çağırdıqlarınız Onun zərər-ziyanını aradan qaldıra bilərlər? Yaxud O, mənə bir mərhəmət istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlər?» De: «Mənə Allah kifayətdir. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər».
39 Əz-Zümər Surəsi, Ayə 39

قُلْ يَٰقَوْمِ ٱعْمَلُوا۟ عَلَىٰ مَكَانَتِكُمْ إِنِّى عَٰمِلٌۭ ۖ فَسَوْفَ تَعْلَمُونَ ﴿39﴾

Oxunuşu (Transkripsiya): Qul ya qavmi'malu 'ala makanatikum inni 'amilun fasavfa ta'lamun
Mişkini Tərcüməsi: De: «Ey mənim qövmüm! Siz öz (dini və etiqadi) durumunuz əsasında davranın, mən də (Allaha təslimçilik və imana) əməl edənəm. Beləliklə, tezliklə biləcəksiniz
40 Əz-Zümər Surəsi, Ayə 40

مَن يَأْتِيهِ عَذَابٌۭ يُخْزِيهِ وَيَحِلُّ عَلَيْهِ عَذَابٌۭ مُّقِيمٌ ﴿40﴾

Oxunuşu (Transkripsiya): Mai yatihi 'azabuny yuxzihi va yahillu 'alaihi 'azabum muqim
Mişkini Tərcüməsi: ki, (dünyada) xar və rüsavayedici əzab kimə gələcək və (axirətdə) daimi əzaba kim düçar olacaq».
41 Əz-Zümər Surəsi, Ayə 41

إِنَّآ أَنزَلْنَا عَلَيْكَ ٱلْكِتَٰبَ لِلنَّاسِ بِٱلْحَقِّ ۖ فَمَنِ ٱهْتَدَىٰ فَلِنَفْسِهِۦ ۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا ۖ وَمَآ أَنتَ عَلَيْهِم بِوَكِيلٍ ﴿41﴾

Oxunuşu (Transkripsiya): Inna anzalna 'alaikal Kitaba linnasi bilhaqq; famanih tada falinafsihi va man dalla fa innama yadillu 'alaiha va ma anta 'alaihim bivakil
Mişkini Tərcüməsi: Həqiqətən, Biz bu kitabı sənə insanlar üçün, haqq olaraq nazil etdik. Buna görə də kim doğru yola gəlsə öz xeyirinə hidayət olub və kim yolunu azsa yalnız öz ziyanına azır. Sən onların işlərinin vəkili deyilsən (ki, imanı onların qəlbinə çatdırmaq vəzifəsi daşıyasan. Bu, Allahın işidir).
42 Əz-Zümər Surəsi, Ayə 42

ٱللَّهُ يَتَوَفَّى ٱلْأَنفُسَ حِينَ مَوْتِهَا وَٱلَّتِى لَمْ تَمُتْ فِى مَنَامِهَا ۖ فَيُمْسِكُ ٱلَّتِى قَضَىٰ عَلَيْهَا ٱلْمَوْتَ وَيُرْسِلُ ٱلْأُخْرَىٰٓ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّى ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يَتَفَكَّرُونَ ﴿42﴾

Oxunuşu (Transkripsiya): Allahu yatavaffal anfusa hina mavtiha vallati lam tamut fi manamiha fa yumsikul lati qada 'alaihal mavta va yursilul uxra ila acalim musamma; inna fi zalika la Aayatil liqavmai yatafakkarron
Mişkini Tərcüməsi: Ölüm zamanı insanların ruhunu (onunla bədən arasında heç bir əlaqənin qalmadığı şəkildə) tamamilə, ölməmiş kəsdən isə yuxuda (zahiri əlaqənin kəsildiyi, batini əlaqənin isə qaldığı naqis şəkildə) alan (həqiqətən,) Allahdır. Beləliklə, ölümünü qətiləşdirdiyi ruhu (Bərzəx aləmində) saxlayır, o birini isə müəyyən müddətədək (bədənə) göndərir. Şübhəsiz, bunda (bu işdə) düşünənlər üçün (Allahın qüdrət və hikməti və Qiyamətin gəlməsi barəsində) nişanələr vardır.
43 Əz-Zümər Surəsi, Ayə 43

أَمِ ٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ شُفَعَآءَ ۚ قُلْ أَوَلَوْ كَانُوا۟ لَا يَمْلِكُونَ شَيْـًۭٔا وَلَا يَعْقِلُونَ ﴿43﴾

Oxunuşu (Transkripsiya): Amit taxazu min dunillahi şufa'a'; qul avalav kanu la yamlikuna şai'av va la ya'qilun
Mişkini Tərcüməsi: Yoxsa onlar Allahın yerinə şəfaətçilər (şəafətçi adlandırdıqları bütlər) götürüblər? De: «Hətta heç nəyə malik olmasalar və heç nə dərk etməsələr belə (yenə onları şəfaətçi hesab edirsiniz)?!»
44 Əz-Zümər Surəsi, Ayə 44

قُل لِّلَّهِ ٱلشَّفَٰعَةُ جَمِيعًۭا ۖ لَّهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ ﴿44﴾

Oxunuşu (Transkripsiya): Qul lillahiş şafa'atu cami'a; lahu mulkus samavati val ardi summa ilaihi turc'un
Mişkini Tərcüməsi: De: «Şəfaət və vasitəçilik bütünlüklə (istər səbəb və nəticələr arasındakı icbari vasitəçiliklər, istərsə də axirət aləmindəki şəfaətlər) Allaha məxsusdur. (Çünki,) həqiqi mülkiyyət və göylərin və yerin hakimiyyəti Ona məxsusdur. (Ona görə ki, hər bir şeyin yaradılışı, qorunması, idarə edilməsi və yox edilməsi Onun əlindədir.) Sonra sizin hamınız Ona tərəf qaytarılacaqsınız».
45 Əz-Zümər Surəsi, Ayə 45

وَإِذَا ذُكِرَ ٱللَّهُ وَحْدَهُ ٱشْمَأَزَّتْ قُلُوبُ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ ۖ وَإِذَا ذُكِرَ ٱلَّذِينَ مِن دُونِهِۦٓ إِذَا هُمْ يَسْتَبْشِرُونَ ﴿45﴾

Oxunuşu (Transkripsiya): Va iza zukiral lahu vahdahuş ma azzat qulubul lazina la yu'minuna bil Aaxirati va iza zukiral lazina min dunihi iza hum yastabşirun
Mişkini Tərcüməsi: Allahın təkliyi zikr edilən zaman axirətə imanı olmayanların qəlblərində ikrah və nifrət yaranar. Ondan qeyriləri (bütlər) yada salınan zaman isə birdən sevinərlər.
46 Əz-Zümər Surəsi, Ayə 46

قُلِ ٱللَّهُمَّ فَاطِرَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ عَٰلِمَ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ أَنتَ تَحْكُمُ بَيْنَ عِبَادِكَ فِى مَا كَانُوا۟ فِيهِ يَخْتَلِفُونَ ﴿46﴾

Oxunuşu (Transkripsiya): Qulil lahumma fatiras samavati val ardi 'Aalimal Ğaibi vaşşahadati Anta tahkumu baina 'ibadika fi ma kanu fi yaxtalifun
Mişkini Tərcüməsi: (Onların iman gətirmələrinə naümid olduqdan sonra) de: «Allahım! Ey göylərin və yerin yaradanı, gizli və aşkarı bilən! Bəndələrin arasında (dünyada) ixtilaf etdikləri şey barəsində (axirətdə) Sən hökm çıxaracaqsan!»
47 Əz-Zümər Surəsi, Ayə 47

وَلَوْ أَنَّ لِلَّذِينَ ظَلَمُوا۟ مَا فِى ٱلْأَرْضِ جَمِيعًۭا وَمِثْلَهُۥ مَعَهُۥ لَٱفْتَدَوْا۟ بِهِۦ مِن سُوٓءِ ٱلْعَذَابِ يَوْمَ ٱلْقِيَٰمَةِ ۚ وَبَدَا لَهُم مِّنَ ٱللَّهِ مَا لَمْ يَكُونُوا۟ يَحْتَسِبُونَ ﴿47﴾

Oxunuşu (Transkripsiya): Va lav anna lillazina zalamu ma fil ardi cami'anv va mislahu ma'ahu laftadav bihi min su'il azabi Yavmal Qiyamah; va bada lahum minal lahi ma lam yakkunu yahtasibun
Mişkini Tərcüməsi: Əgər yer üzündə olanlar və onun daha bir misli (küfr etməklə özlərinə) zülm etmiş kəslərin olsa, şübhəsiz, Qiyamət günü hamısını özlərini əzabın pislik və çətinliyindən qurtarmağa fəda edərlər. Onlar üçün Allah tərəfindən güman etmədikləri (şiddətli əzab) zahir olacaqdır.
48 Əz-Zümər Surəsi, Ayə 48

وَبَدَا لَهُمْ سَيِّـَٔاتُ مَا كَسَبُوا۟ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿48﴾

Oxunuşu (Transkripsiya): Va bada lahum saiyiatu ma kasabu va haqa bihim ma kanu bihi yastahzi'un
Mişkini Tərcüməsi: Onlar üçün pis əməllər və əməllərinin cəzası zahir olacaq və onları (dünyada) istehza etdikləri şey (Qiyamətin çətinlikləri və cəhənnəmin müxtəlif əzabları) bürüyəcəkdir.
49 Əz-Zümər Surəsi, Ayə 49

فَإِذَا مَسَّ ٱلْإِنسَٰنَ ضُرٌّۭ دَعَانَا ثُمَّ إِذَا خَوَّلْنَٰهُ نِعْمَةًۭ مِّنَّا قَالَ إِنَّمَآ أُوتِيتُهُۥ عَلَىٰ عِلْمٍۭ ۚ بَلْ هِىَ فِتْنَةٌۭ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ ﴿49﴾

Oxunuşu (Transkripsiya): Fa iza massal insana durrun da'ana summa iza xavvalnahu ni'matam minna qala innama uti tuhu 'ala 'ilm; bal hiya fitna tunv va lakinna aksarahum la ya'lamun
Mişkini Tərcüməsi: Bəli, insana bir zərər-ziyan yetişən zaman Bizi çağırar. Sonra ona Öz tərəfimizdən bir nemət əta edən kimi «o mənə bacarığıma görə verilib» deyər. (Xeyir!) Əksinə, (o, Allah tərəfindən) bir imtahandır, lakin onların çoxu bilmirlər.
50 Əz-Zümər Surəsi, Ayə 50

قَدْ قَالَهَا ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَمَآ أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا۟ يَكْسِبُونَ ﴿50﴾

Oxunuşu (Transkripsiya): Qad qalahul lazina min qablihim fama ağna 'anhum ma kanu yaksibun
Mişkini Tərcüməsi: Həqiqətən, bu sözü onlardan qabaqkılar (Qarun və onun yoldaşları) da demişdilər. Lakin əldə etdikləri (mallar) onlardan (Allahın əzabından) bir şeyi dəf etmədi.
51 Əz-Zümər Surəsi, Ayə 51

فَأَصَابَهُمْ سَيِّـَٔاتُ مَا كَسَبُوا۟ ۚ وَٱلَّذِينَ ظَلَمُوا۟ مِنْ هَٰٓؤُلَآءِ سَيُصِيبُهُمْ سَيِّـَٔاتُ مَا كَسَبُوا۟ وَمَا هُم بِمُعْجِزِينَ ﴿51﴾

Oxunuşu (Transkripsiya): Fa asabahum saiyi atu ma kasabu; vallazina zalamu min ha'ula'i sa yuzibuhum saiyi atu ma kasabu va ma hum bimu'cizin
Mişkini Tərcüməsi: Beləliklə, əldə etdiklərinin pis cəzası onlara yetişdi. Bunların (Məkkə kafirlərinin) zülm edənlərinin də əldə etdiklərinin pis cəzası tezliklə onlara çatacaqdır və onlar əsla Bizi (intiqam almaqda) aciz qoya bilməzlər.
52 Əz-Zümər Surəsi, Ayə 52

أَوَلَمْ يَعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يُؤْمِنُونَ ﴿52﴾

Oxunuşu (Transkripsiya): Avalam ya'lamu annal laha yabsutur rizqa limai yaşa'u va yaqdir; inna fi zalika la Aayatil liqamai yu'minun
Mişkini Tərcüməsi: Məgər onlar ruzini istədiyi kəs üçün genişləndirən və daraldanın Allah olmasını bilməyiblər? Həqiqətən, bunda (bu işdə) iman gətirənlər üçün (Allahın qüdrət, tədbir və hikmətindən) nişanələr vardır.
53 Əz-Zümər Surəsi, Ayə 53

۞ قُلْ يَٰعِبَادِىَ ٱلَّذِينَ أَسْرَفُوا۟ عَلَىٰٓ أَنفُسِهِمْ لَا تَقْنَطُوا۟ مِن رَّحْمَةِ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ يَغْفِرُ ٱلذُّنُوبَ جَمِيعًا ۚ إِنَّهُۥ هُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ ﴿53﴾

Oxunuşu (Transkripsiya): Qul ya'ibadiyal lazina asrafu 'ala anfusihim la taqnatu mirrahmatil lah; innal laha yağfiruz zunuba cami'a; innahu Huval Ğafurur Rahim
Mişkini Tərcüməsi: De: «Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!
54 Əz-Zümər Surəsi, Ayə 54

وَأَنِيبُوٓا۟ إِلَىٰ رَبِّكُمْ وَأَسْلِمُوا۟ لَهُۥ مِن قَبْلِ أَن يَأْتِيَكُمُ ٱلْعَذَابُ ثُمَّ لَا تُنصَرُونَ ﴿54﴾

Oxunuşu (Transkripsiya): Va anibu ila Rabbikum va aslimu lahu min qabli ai yatiyakumul 'azabu summ la tunsarun
Mişkini Tərcüməsi: Və sizə (qəfil dünya və ya axirət) əzab(ı) gəlməmişdən və daha sonra köməksiz qalmamışdan qabaq Rəbbinizə tərəf dönün və Ona təslim olun.
55 Əz-Zümər Surəsi, Ayə 55

وَٱتَّبِعُوٓا۟ أَحْسَنَ مَآ أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُم مِّن قَبْلِ أَن يَأْتِيَكُمُ ٱلْعَذَابُ بَغْتَةًۭ وَأَنتُمْ لَا تَشْعُرُونَ ﴿55﴾

Oxunuşu (Transkripsiya): Vattabi'u ahsana ma unzila ilaikum mir Rabbikum min qabli aiyatiyakumal 'azabu bağtatanv va antum la taş'urun
Mişkini Tərcüməsi: Özünüzün də xəbəriniz olmadan qəfil əzab sizə yetişməmişdən öncə Rəbbiniz tərəfindən sizə nazil edilən ən gözəl şeylərə (əqidə və əməl barəsindəki vacibata və mənəvi fəzilətlərə) tabe olun.
56 Əz-Zümər Surəsi, Ayə 56

أَن تَقُولَ نَفْسٌۭ يَٰحَسْرَتَىٰ عَلَىٰ مَا فَرَّطتُ فِى جَنۢبِ ٱللَّهِ وَإِن كُنتُ لَمِنَ ٱلسَّٰخِرِينَ ﴿56﴾

Oxunuşu (Transkripsiya): An taqula nafsuny yahasrata 'ala ma farrattu fi cambil lahi va in kuntu laminas saxirin
Mişkini Tərcüməsi: (Allah sizə öyüd verir) ki, məbada kimsə (Qiyamət günü) «əfsus, Allah barəsində etdiyim səhlənkarlığa görə! Həqiqətən, mən məsxərə edənlərdən idim» desin.
57 Əz-Zümər Surəsi, Ayə 57

أَوْ تَقُولَ لَوْ أَنَّ ٱللَّهَ هَدَىٰنِى لَكُنتُ مِنَ ٱلْمُتَّقِينَ ﴿57﴾

Oxunuşu (Transkripsiya): Av taqula lav annal laha hadani lakuntu minal muttaqin
Mişkini Tərcüməsi: Yaxud da (məbada kimsə) «əgər Allah məni doğru yola yönəltsəydi mütləq təqvalılardan olardım» desin.
58 Əz-Zümər Surəsi, Ayə 58

أَوْ تَقُولَ حِينَ تَرَى ٱلْعَذَابَ لَوْ أَنَّ لِى كَرَّةًۭ فَأَكُونَ مِنَ ٱلْمُحْسِنِينَ ﴿58﴾

Oxunuşu (Transkripsiya): Av taqula hina taral 'azaba lav anna li karratan fa akuna minal muhsinin
Mişkini Tərcüməsi: Yaxud (məbada) əzabı görən zaman «ey kaş qayıda və yaxşılardan ola biləydim!» desin.
59 Əz-Zümər Surəsi, Ayə 59

بَلَىٰ قَدْ جَآءَتْكَ ءَايَٰتِى فَكَذَّبْتَ بِهَا وَٱسْتَكْبَرْتَ وَكُنتَ مِنَ ٱلْكَٰفِرِينَ ﴿59﴾

Oxunuşu (Transkripsiya): Bala qad ca'atka Asyati fakazzabta biha vastak barta va kunta minal kafirin
Mişkini Tərcüməsi: (Həmin şəxsə belə deyilər:) Xeyir! Mənim ayə və nişanələrim sənə gəldi, amma sən təkzib və inkar etdin, təkəbbür göstərdin və (həmin vaxt) kafirlərdən idin.
60 Əz-Zümər Surəsi, Ayə 60

وَيَوْمَ ٱلْقِيَٰمَةِ تَرَى ٱلَّذِينَ كَذَبُوا۟ عَلَى ٱللَّهِ وُجُوهُهُم مُّسْوَدَّةٌ ۚ أَلَيْسَ فِى جَهَنَّمَ مَثْوًۭى لِّلْمُتَكَبِّرِينَ ﴿60﴾

Oxunuşu (Transkripsiya): Va Yavmal Qiyamati taral lazina kazabu 'alallahi vucuhuhum musvaddah; alaisa fi Hahannama masval lilmutakabbirin
Mişkini Tərcüməsi: Allaha yalan yaxanların üzlərini Qiyamət günü qaralmış görəcəksən. Məgər cəhənnəmdə təkəbbürlülər üçün yer yoxdur?!
61 Əz-Zümər Surəsi, Ayə 61

وَيُنَجِّى ٱللَّهُ ٱلَّذِينَ ٱتَّقَوْا۟ بِمَفَازَتِهِمْ لَا يَمَسُّهُمُ ٱلسُّوٓءُ وَلَا هُمْ يَحْزَنُونَ ﴿61﴾

Oxunuşu (Transkripsiya): Va yunaccil lahul lazi nat taqav bimafazatihim la yamassuhumus su'u va la hum uahzanun
Mişkini Tərcüməsi: Allah təqvası olanlara (iman və əməl) uğurlarına görə nicat verər. Onlara nə pislik yetişər və nə də qəmgin olarlar.
62 Əz-Zümər Surəsi, Ayə 62

ٱللَّهُ خَٰلِقُ كُلِّ شَىْءٍۢ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ وَكِيلٌۭ ﴿62﴾

Oxunuşu (Transkripsiya): Allahu xaliqu kulli şai'inv va Huva 'ala kulli şai'inv Vakil
Mişkini Tərcüməsi: Allah hər bir şeyin (vasitəsiz və vasitə ilə) yaradanıdır. Və O, hər şeyə vəkildir.
63 Əz-Zümər Surəsi, Ayə 63

لَّهُۥ مَقَالِيدُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۗ وَٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ أُو۟لَٰٓئِكَ هُمُ ٱلْخَٰسِرُونَ ﴿63﴾

Oxunuşu (Transkripsiya): Lahu maqalidus sa mavati val ard; vallazina kafaru bi ayatil lahi ula'ika humul xasirun
Mişkini Tərcüməsi: Göylərin və yerin xəzinələri və onların açarları Ona məxsusdur. Ziyana uğrayanlar Allahın ayələrini inkar edənlərdir.
64 Əz-Zümər Surəsi, Ayə 64

قُلْ أَفَغَيْرَ ٱللَّهِ تَأْمُرُوٓنِّىٓ أَعْبُدُ أَيُّهَا ٱلْجَٰهِلُونَ ﴿64﴾

Oxunuşu (Transkripsiya): Qul afağairal lahi tamurunni a'budu ayyuhal cahilun
Mişkini Tərcüməsi: De: «Ey nadanlar! Mənə Allahdan qeyrisinə ibadət etməyi əmr edirsiniz?!
65 Əz-Zümər Surəsi, Ayə 65

وَلَقَدْ أُوحِىَ إِلَيْكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبْلِكَ لَئِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ ٱلْخَٰسِرِينَ ﴿65﴾

Oxunuşu (Transkripsiya): Va laqad uhiya ilaika va ilal lazina min qablika la in aşrakta la yahbatanna 'amalu ka va latakunanna minal xasirin
Mişkini Tərcüməsi: (Ya Peyğəmbər!) Həqiqətən, sənə və səndən əvvəlki (peyğəmbər)lərə vəhy edilib ki, əgər (Allaha) şərik qoşsan, xeyir əməllərin batil və puç olacaq (onların axirət mükafatı aradan gedəcək və onlar başqa aləmdə təzahür tapmaq qabiliyyətini itirəcəklər) və mütləq ziyana uğrayanlardan olacaqsan.
66 Əz-Zümər Surəsi, Ayə 66

بَلِ ٱللَّهَ فَٱعْبُدْ وَكُن مِّنَ ٱلشَّٰكِرِينَ ﴿66﴾

Oxunuşu (Transkripsiya): Balil lahha fa'bud va kum minaş şakirin
Mişkini Tərcüməsi: Əksinə, yalnız Allaha ibadət et və şükr edənlərdən ol!
67 Əz-Zümər Surəsi, Ayə 67

وَمَا قَدَرُوا۟ ٱللَّهَ حَقَّ قَدْرِهِۦ وَٱلْأَرْضُ جَمِيعًۭا قَبْضَتُهُۥ يَوْمَ ٱلْقِيَٰمَةِ وَٱلسَّمَٰوَٰتُ مَطْوِيَّٰتٌۢ بِيَمِينِهِۦ ۚ سُبْحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشْرِكُونَ ﴿67﴾

Oxunuşu (Transkripsiya): Va ma qadarul laha haqqa qadrihi val ardu cami 'an qabdatuhu Yavmal Qiyamit vassamavatu matviyyatum biyaminih; Subhanahu va Ta'ala 'amma yuşrikun
Mişkini Tərcüməsi: Allahı(n qüdrət və əzəmətini hətta insanın öz dərketmə imkanı çərçivəsində) Onun məqamına layiq meyarla ölçmədilər və tanımadılar. Halbuki qiyamət günü yer (kürəsi) bütünlüklə Onun (qüdrət) ovucunda olacaq, bütün göylər Onun qüdrətli əli ilə büküləcəkdir. O pakdır və Onun şəriki güman edilənlərdən üstündür.
68 Əz-Zümər Surəsi, Ayə 68

وَنُفِخَ فِى ٱلصُّورِ فَصَعِقَ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَمَن فِى ٱلْأَرْضِ إِلَّا مَن شَآءَ ٱللَّهُ ۖ ثُمَّ نُفِخَ فِيهِ أُخْرَىٰ فَإِذَا هُمْ قِيَامٌۭ يَنظُرُونَ ﴿68﴾

Oxunuşu (Transkripsiya): Va nufixa fis Suri fas'iqa man fis samavati va man fil ardi illa man şa'al lahu summa nufixa fihi uxra fa iza hum qiyamuny yanzurun
Mişkini Tərcüməsi: Sur (birinci dəfə) çalınacaq. Allahın istədiyi kəs (birinci ölümü dadan və Bərzəx aləmində olanlar) istisna olmaqla göylərdə və yerdə olan hər bir kəs həlak olacaq (və bu sur ilə ölənlər də ora gedəcəklər). Sonra o, bir daha (ikinci dəfə) çalınacaq. Onda onların hamısı birdən ayağa qalxıb baxacaqlar (və həmin günün sahibinin əmrini gözləyəcəklər).
69 Əz-Zümər Surəsi, Ayə 69

وَأَشْرَقَتِ ٱلْأَرْضُ بِنُورِ رَبِّهَا وَوُضِعَ ٱلْكِتَٰبُ وَجِا۟ىٓءَ بِٱلنَّبِيِّۦنَ وَٱلشُّهَدَآءِ وَقُضِىَ بَيْنَهُم بِٱلْحَقِّ وَهُمْ لَا يُظْلَمُونَ ﴿69﴾

Oxunuşu (Transkripsiya): Va aşraqatil ardu binuri Rabbiha va vudi'al Kitabu va ci'a bin nabiyyina vaş şuhada'i va qudiya bainahum bilhaqqi va hum la yuzlamun
Mişkini Tərcüməsi: (Həmin gün) yer (üzü) öz Rəbbinin nuru (həmin gün üçün yaradılmış xüsusi nur) ilə işıqlanacaq (Məhşər əhlinin əməllərinin də dərc edildiyi böyük) kitab (Lövhi-Məhfuz bir tərəfə) qoyulacaq. Və bütün peyğəmbərlər və (əməllərin məsumlar, mələklər və təqvalılardan ibarət) şahidlər(i) gətiriləcək, onların (Məhşər əhlinin) arasında haqq əsasında hökm çıxarılacaq və onlara zülm edilməyəcək, haqları kəsilməyəcək.
70 Əz-Zümər Surəsi, Ayə 70

وَوُفِّيَتْ كُلُّ نَفْسٍۢ مَّا عَمِلَتْ وَهُوَ أَعْلَمُ بِمَا يَفْعَلُونَ ﴿70﴾

Oxunuşu (Transkripsiya): Va vuffiyat kullu nafsim ma 'amilat va Huva a'lamubima yaf'alun
Mişkini Tərcüməsi: Hər bir kəsə etdiyi(nin mükafatı) tam şəkildə veriləcək və O (Allah), onların etdiklərini daha yaxşı bilir.
71 Əz-Zümər Surəsi, Ayə 71

وَسِيقَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِلَىٰ جَهَنَّمَ زُمَرًا ۖ حَتَّىٰٓ إِذَا جَآءُوهَا فُتِحَتْ أَبْوَٰبُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَآ أَلَمْ يَأْتِكُمْ رُسُلٌۭ مِّنكُمْ يَتْلُونَ عَلَيْكُمْ ءَايَٰتِ رَبِّكُمْ وَيُنذِرُونَكُمْ لِقَآءَ يَوْمِكُمْ هَٰذَا ۚ قَالُوا۟ بَلَىٰ وَلَٰكِنْ حَقَّتْ كَلِمَةُ ٱلْعَذَابِ عَلَى ٱلْكَٰفِرِينَ ﴿71﴾

Oxunuşu (Transkripsiya): Va siqal lazina kafarun ila cahannama zumaran batta iza ca'uha futihat abvabuha va qala lahum xazanatuha alam yatikum Rusulum minkum yatluna 'alaikum Aayati Rabbikum va yunzirunakum liqa'a Yavmikum haza; qalu bala va lakin haqqat kalimatul 'azabi 'alal kafirin
Mişkini Tərcüməsi: Kafirlər dəstə-dəstə Cəhənnəmə tərəf sürüklənəcəklər. Nəhayət, ora çatanda onun qapıları açılacaq və gözətçiləri (məzəmmətlə) onlara deyəcəklər: «Məgər sizə özünüzdən (öz cinsinizdən) Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu günün görüşündən qorxudan peyğəmbərlər gəlməmişdi?» Onlar deyərlər: «Bəli (gəlmişdilər), lakin (biz öz küfr və inadkarlığımıza israr etdik və nəhayət Allahın) əzab vədi kafirlərə qəti oldu».
72 Əz-Zümər Surəsi, Ayə 72

قِيلَ ٱدْخُلُوٓا۟ أَبْوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَا ۖ فَبِئْسَ مَثْوَى ٱلْمُتَكَبِّرِينَ ﴿72﴾

Oxunuşu (Transkripsiya): Qilad xulu abvaba cahannama xalidina fiha fabi'sa masval mutakabbirin
Mişkini Tərcüməsi: Onlara deyilər: «Cəhənnəmin qapılarından əbədi məskunlaşmaq üçün ona daxil olun!» Pis yerdir təkəbbürlülərin yeri!
73 Əz-Zümər Surəsi, Ayə 73

وَسِيقَ ٱلَّذِينَ ٱتَّقَوْا۟ رَبَّهُمْ إِلَى ٱلْجَنَّةِ زُمَرًا ۖ حَتَّىٰٓ إِذَا جَآءُوهَا وَفُتِحَتْ أَبْوَٰبُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا سَلَٰمٌ عَلَيْكُمْ طِبْتُمْ فَٱدْخُلُوهَا خَٰلِدِينَ ﴿73﴾

Oxunuşu (Transkripsiya): Va siqal lazinat taqav Rabbahum ilal Cannati zumaran hatta iza ca'uha va futihat abvabuha va qala lahum xazanatuha salamun 'alaikum tibtum fadxuluha xalidin
Mişkini Tərcüməsi: Rəbblərindən qorxanlar (isə) dəstə-dəstə cənnətə tərəf aparılarlar. Nəhayət ora çatanda onun qapıları (daxil olmaq üçün onların üzünə) açılar. Onun gözətçiləri onlara deyərlər: «Salam olsun sizə! (Həm cism, həm də ruh baxımından) pak oldunuz. Buna görə də əbədi məskunlaşmaq üçün ora daxil olun!»
74 Əz-Zümər Surəsi, Ayə 74

وَقَالُوا۟ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى صَدَقَنَا وَعْدَهُۥ وَأَوْرَثَنَا ٱلْأَرْضَ نَتَبَوَّأُ مِنَ ٱلْجَنَّةِ حَيْثُ نَشَآءُ ۖ فَنِعْمَ أَجْرُ ٱلْعَٰمِلِينَ ﴿74﴾

Oxunuşu (Transkripsiya): Va valull hamdulillahil lazi sadaqana va'dahu va avrasanal arda natabav va-u minal cannati haisu naşa'u fani'ma acrul 'amilin
Mişkini Tərcüməsi: (Cənnət əhli orada məskunlaşdıqdan sonra) deyərlər: «Şükr bizim barəmizdəki vədini gerçəkləşdirən və cənnət yerini irsi olaraq (dini qəbul edəcəkləri təqdirdə bizə şərik olacaq kəslərin payını da) bizə verən Allaha məxsusdur ki, cənnətin istədiyimiz yerində məskən seçirik. Əməl edənlərin mükafatı gözəldir!
75 Əz-Zümər Surəsi, Ayə 75

وَتَرَى ٱلْمَلَٰٓئِكَةَ حَآفِّينَ مِنْ حَوْلِ ٱلْعَرْشِ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ ۖ وَقُضِىَ بَيْنَهُم بِٱلْحَقِّ وَقِيلَ ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ ﴿75﴾

Oxunuşu (Transkripsiya): Va taral mala'ikata haffina min havlil 'Arşi yusabbihuna bihamdi Rabbihim va qudiya bainahum bilhaqqi va qilal hamdu lillahi Rabbil 'alamin
Mişkini Tərcüməsi: (Həmin gün) mələkləri Rəbblərinə şükr etməklə birlikdə Onu pak sifətlərlə mədh edən halda Ərşi (haqqın səltənət qərargahı və Onun əmrlərinin verildiyi mərkəzi dairəvi şəkildə) əhatə edən görərsən. Onların (bütün Məhşər əhlinin) arasında haqq əsasında hökm çıxarılar (və Qiyamət hadisələri qurtardıqdan sonra) deyilər: «Həmd və şükr aləmlərin Rəbbi olan Allaha məxsusdur!»
Əvvəlki: 38. Sad Bütün Surələr ↑ Növbəti: 40. Ğafir (Mömin)

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...