81

Ət-Təkvir Surəsi

29 Ayə 30-ci Cüz Məkkə
سُورَةُ التكوير Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 81 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Ət-Təkvir Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Ət-Təkvir Surəsi, Ayə 1

إِذَا ٱلشَّمْسُ كُوِّرَتْ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Izaş şamsu kuvvirat
Mişkini Tərcüməsi: Günəş sarınacağı zaman (sanki sönüb hərarətsiz olması üçün onun ətrafına bir şey bükülər),
2 Ət-Təkvir Surəsi, Ayə 2

وَإِذَا ٱلنُّجُومُ ٱنكَدَرَتْ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Va izan nucumun kadarat
Mişkini Tərcüməsi: Ulduzlar qaralıb (yerə) töküləcəyi zaman,
3 Ət-Təkvir Surəsi, Ayə 3

وَإِذَا ٱلْجِبَالُ سُيِّرَتْ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Va izal cibalu suyyirat
Mişkini Tərcüməsi: Dağlar hərəkətə gətiriləcəyi (parça-parça olub dağılacağı) zaman,
4 Ət-Təkvir Surəsi, Ayə 4

وَإِذَا ٱلْعِشَارُ عُطِّلَتْ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Va izal 'işaru 'uttilat
Mişkini Tərcüməsi: (O dövrdə ən dəyərli mal-dövlət hesab edilən) boğaz (on aylıq hamilə) dəvələr başlı-başına buraxılıb sahibsiz qalacağı zaman,
5 Ət-Təkvir Surəsi, Ayə 5

وَإِذَا ٱلْوُحُوشُ حُشِرَتْ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Va izal vuhuşu huşirat
Mişkini Tərcüməsi: Bütün vəhşi heyvanların (bir yerə) toplanacağı (öz ölüm yerlərindən çıxacaqları) zaman,
6 Ət-Təkvir Surəsi, Ayə 6

وَإِذَا ٱلْبِحَارُ سُجِّرَتْ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Va izal biharu succirat
Mişkini Tərcüməsi: Dənizlərin dolacağı və qaynayacağı zaman,
7 Ət-Təkvir Surəsi, Ayə 7

وَإِذَا ٱلنُّفُوسُ زُوِّجَتْ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Va izan nufusu zuvvicat
Mişkini Tərcüməsi: (Bərzəx) ruhlar(ı Məhşərdəki yeni bədənlərlə, yaxşılar yaxşılarla və pislər də pislərlə, Cənnət kişiləri öz zövcələrinə) qovuşacağı zaman,
8 Ət-Təkvir Surəsi, Ayə 8

وَإِذَا ٱلْمَوْءُۥدَةُ سُئِلَتْ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Va izal mav'udatu su'ilat
Mişkini Tərcüməsi: Diri ikən torpağa gömülmüş hər bir adam (cahiliyyət dövründə diri-diri basdırılmış qızlar, tarix boyunca diri-diri basdırılmış insanlar və günahsız ikən zindanda ölənlər) barəsində soruşulacağı zaman
9 Ət-Təkvir Surəsi, Ayə 9

بِأَىِّ ذَنۢبٍۢ قُتِلَتْ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Bi ayyi zambin qutilat
Mişkini Tərcüməsi: «Hansı günaha görə öldürüldülər?» (Onların qatillərindən: «Bunlar hansı günaha görə öldürüldülər?» – deyə soruşular.)
10 Ət-Təkvir Surəsi, Ayə 10

وَإِذَا ٱلصُّحُفُ نُشِرَتْ ﴿10﴾

Oxunuşu (Transkripsiya): Va izas suhufu nuşirat
Mişkini Tərcüməsi: Əməl dəftərləri (Haqq-Taala tərəfindən məhşər əhli arasında) yayılacağı və hər bir şəxsin əməl səhifəsi (onun öz qarşısında) açılacağı zaman,
11 Ət-Təkvir Surəsi, Ayə 11

وَإِذَا ٱلسَّمَآءُ كُشِطَتْ ﴿11﴾

Oxunuşu (Transkripsiya): Va izas sama'u kuşitat
Mişkini Tərcüməsi: Göy (əhatə etdiyi hər bir şeyin üzərindən) götürüldüyü zaman,
12 Ət-Təkvir Surəsi, Ayə 12

وَإِذَا ٱلْجَحِيمُ سُعِّرَتْ ﴿12﴾

Oxunuşu (Transkripsiya): Va izal cahimu su'-'irat
Mişkini Tərcüməsi: Cəhənnəm alovlandırılıb şölələndiyi zaman,
13 Ət-Təkvir Surəsi, Ayə 13

وَإِذَا ٱلْجَنَّةُ أُزْلِفَتْ ﴿13﴾

Oxunuşu (Transkripsiya): Va izal cannatu uzlifat
Mişkini Tərcüməsi: Cənnət (təqvalılar üçün) yaxınlaşdırıldığı zaman,
14 Ət-Təkvir Surəsi, Ayə 14

عَلِمَتْ نَفْسٌۭ مَّآ أَحْضَرَتْ ﴿14﴾

Oxunuşu (Transkripsiya): 'Alimat nafsum ma ahdarat
Mişkini Tərcüməsi: Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir.
15 Ət-Təkvir Surəsi, Ayə 15

فَلَآ أُقْسِمُ بِٱلْخُنَّسِ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Fala uqsimu bil xunnas
Mişkini Tərcüməsi: Yox-yox; and olsun (gündüz) gizlənən, gecə qayıdan ulduzlara,
16 Ət-Təkvir Surəsi, Ayə 16

ٱلْجَوَارِ ٱلْكُنَّسِ ﴿16﴾

Oxunuşu (Transkripsiya): Al cavaril kunnas
Mişkini Tərcüməsi: Seyr edən, qeyb olan o ulduzlara (gecənin sonunda yuvalarına çəkilən heyvanlar kimi öz məğriblərində gizlənərlər),
17 Ət-Təkvir Surəsi, Ayə 17

وَٱلَّيْلِ إِذَا عَسْعَسَ ﴿17﴾

Oxunuşu (Transkripsiya): Vallaili iza 'as'as
Mişkini Tərcüməsi: And olsun qaralmaqda və çəkilməkdə olan gecəyə.
18 Ət-Təkvir Surəsi, Ayə 18

وَٱلصُّبْحِ إِذَا تَنَفَّسَ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Vassubhi iza tanaffas
Mişkini Tərcüməsi: Və and olsun sökülməkdə olan dan yerinə.
19 Ət-Təkvir Surəsi, Ayə 19

إِنَّهُۥ لَقَوْلُ رَسُولٍۢ كَرِيمٍۢ ﴿19﴾

Oxunuşu (Transkripsiya): Innahu laqavlu rasulin karim
Mişkini Tərcüməsi: (Yuxarıdakı andların nəticəsi budur) ki, bu (Quran) şübhəsiz, möhtərəm və şərəfli bir elçinin (Cəbrailin gətirdiyi) sözdür.
20 Ət-Təkvir Surəsi, Ayə 20

ذِى قُوَّةٍ عِندَ ذِى ٱلْعَرْشِ مَكِينٍۢ ﴿20﴾

Oxunuşu (Transkripsiya): Zi quvvatin 'inda zil 'arşi makin
Mişkini Tərcüməsi: (Elə bir elçi ki,) çox qüvvətlidir və ərşin sahibi (Allahın) yanında məqam və mənsəb sahibidir.
21 Ət-Təkvir Surəsi, Ayə 21

مُّطَاعٍۢ ثَمَّ أَمِينٍۢ ﴿21﴾

Oxunuşu (Transkripsiya): Muta'in samma amin
Mişkini Tərcüməsi: Orada (mələklər arasında) itaət ediləndir, həm də güvəniləndir.
22 Ət-Təkvir Surəsi, Ayə 22

وَمَا صَاحِبُكُم بِمَجْنُونٍۢ ﴿22﴾

Oxunuşu (Transkripsiya): Va ma sahibukum bimacnun
Mişkini Tərcüməsi: Sizin yoldaşınız və dostunuz (Peyğəmbər) divanə deyildir.
23 Ət-Təkvir Surəsi, Ayə 23

وَلَقَدْ رَءَاهُ بِٱلْأُفُقِ ٱلْمُبِينِ ﴿23﴾

Oxunuşu (Transkripsiya): Va laqad ra ahu bilufuqil mubin
Mişkini Tərcüməsi: Həqiqətən, (bu Peyğəmbər) onu (Cəbraili) açıq və (insanların üfüqündən) uca olan üfüqdə (mələklərin üfüqündə) görmüşdür.
24 Ət-Təkvir Surəsi, Ayə 24

وَمَا هُوَ عَلَى ٱلْغَيْبِ بِضَنِينٍۢ ﴿24﴾

Oxunuşu (Transkripsiya): Va ma huva 'alal ğaibi bidanin
Mişkini Tərcüməsi: Və o qeyb (vəhy vasitəsilə aldıqları barəsində) xəsis deyildir (ki, onu gizlətsin, dəyişdirsin, yaxud təxirə salsın və ya qarışdırsın).
25 Ət-Təkvir Surəsi, Ayə 25

وَمَا هُوَ بِقَوْلِ شَيْطَٰنٍۢ رَّجِيمٍۢ ﴿25﴾

Oxunuşu (Transkripsiya): Va ma huva biqavli şaitanir racim
Mişkini Tərcüməsi: Və bu (Quran Allah dərgahından) qovulmuş Şeytanın sözü deyildir.
26 Ət-Təkvir Surəsi, Ayə 26

فَأَيْنَ تَذْهَبُونَ ﴿26﴾

Oxunuşu (Transkripsiya): Fa ayna tajabun
Mişkini Tərcüməsi: Belə isə, hara gedirsiniz?!
27 Ət-Təkvir Surəsi, Ayə 27

إِنْ هُوَ إِلَّا ذِكْرٌۭ لِّلْعَٰلَمِينَ ﴿27﴾

Oxunuşu (Transkripsiya): In huva illa zikrul lil'alamin
Mişkini Tərcüməsi: Bu, aləmlər üçün yalnız bir öyüd-nəsihətdir.
28 Ət-Təkvir Surəsi, Ayə 28

لِمَن شَآءَ مِنكُمْ أَن يَسْتَقِيمَ ﴿28﴾

Oxunuşu (Transkripsiya): Liman şa'a minkum ai yastaqim
Mişkini Tərcüməsi: Sizdən (əqidə, əxlaq və əməldə) düzgün olmaq istəyənlər üçün.
29 Ət-Təkvir Surəsi, Ayə 29

وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلْعَٰلَمِينَ ﴿29﴾

Oxunuşu (Transkripsiya): Va ma taşa'una illa ai yaşa 'al lahu Rabbul 'Aalamin
Mişkini Tərcüməsi: Aləmlərin Rəbbi olan Allah (yaradılış iradəsi ilə) istəməyincə siz (bu yolu seçməyi) istəyə bilməzsiniz. (Çünki, sizin ixtiyar üzündən olan iradəniz ixtiyari əməlləriniz kimi Allahın iradəsinə bağlıdır.)
Əvvəlki: 80. Əbəsə Bütün Surələr ↑ Növbəti: 82. Əl-İnfitar

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...