89

Əl-Fəcr Surəsi

30 Ayə 30-ci Cüz Məkkə
سُورَةُ الفجر Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 89 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əl-Fəcr Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Fəcr Surəsi, Ayə 1

وَٱلْفَجْرِ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Val-Facr
Mişkini Tərcüməsi: And olsun dan yerinə (hər günün dan yerinə və ya bayramların dan yerinə, yaxud sübh namazına),
2 Əl-Fəcr Surəsi, Ayə 2

وَلَيَالٍ عَشْرٍۢ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Va layalin 'aşr
Mişkini Tərcüməsi: Və (and olsun) on gecəyə (İlin ən yaxşı vaxtları olan Zilhiccə ayının ilk, yaxud Ramazan ayının axır on gecəsinə),
3 Əl-Fəcr Surəsi, Ayə 3

وَٱلشَّفْعِ وَٱلْوَتْرِ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Vaş şaf'i val vatr
Mişkini Tərcüməsi: Və (and olsun) cütə və təkə (erkək və dişi olmaqla cüt olan bütün məxluqlara, tək olan Allaha və yaxud gecənin axırlarında qılınan «şəfi» və «vətr» namazına),
4 Əl-Fəcr Surəsi, Ayə 4

وَٱلَّيْلِ إِذَا يَسْرِ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Vallaili iza yasr
Mişkini Tərcüməsi: Və (and olsun sübhə tərəf) keçib getməkdə olan gecəyə ki, (Allah kafirlərə əzab verəcəkdir.)
5 Əl-Fəcr Surəsi, Ayə 5

هَلْ فِى ذَٰلِكَ قَسَمٌۭ لِّذِى حِجْرٍ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Hal fi zalika qasamul lizi hicr
Mişkini Tərcüməsi: Ağıl sahibi olan üçün bu işlərdə bir and varmı? (Bəli, bu işlərin şərafətindən və sirlərindən agah olan kəs üçün and vardır.)
6 Əl-Fəcr Surəsi, Ayə 6

أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Alam tara kaifa fa'ala rabbuka bi'ad
Mişkini Tərcüməsi: Məgər qəlb gözü ilə görmədin və bilmədin ki, sənin Rəbbin (Hudun) Ad (qövmü) ilə necə rəftar etdi?
7 Əl-Fəcr Surəsi, Ayə 7

إِرَمَ ذَاتِ ٱلْعِمَادِ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Irama zatil 'imad
Mişkini Tərcüməsi: Hündür qəsrləri, uca sütunları və qədd-qamətli insanları olan İrəm (şəhərinin əhalisi) ilə
8 Əl-Fəcr Surəsi, Ayə 8

ٱلَّتِى لَمْ يُخْلَقْ مِثْلُهَا فِى ٱلْبِلَٰدِ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Allati lam yuxlaq misluha fil bilad
Mişkini Tərcüməsi: Elə bir şəhər ki, onun bənzəri şəhərlər arasında (bəşər əli ilə) yaradılmamışdı.
9 Əl-Fəcr Surəsi, Ayə 9

وَثَمُودَ ٱلَّذِينَ جَابُوا۟ ٱلصَّخْرَ بِٱلْوَادِ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Va samudal lazina cabus saxra bil vad
Mişkini Tərcüməsi: (Omanla Həzər-Mout arasında olan) o, vadinin sinəsində qayaları yarıb (evlər tikən) Səmudla (Salehin qövmü ilə).
10 Əl-Fəcr Surəsi, Ayə 10

وَفِرْعَوْنَ ذِى ٱلْأَوْتَادِ ﴿10﴾

Oxunuşu (Transkripsiya): Va fir'avna zil avtad
Mişkini Tərcüməsi: Və güclü qoşunları olan, yaxud (çadırlarda istifadə olunan və məhkum olunanlara işkəncə vermək üçün işlədilən) mıxlar sahibi olan Fironla.
11 Əl-Fəcr Surəsi, Ayə 11

ٱلَّذِينَ طَغَوْا۟ فِى ٱلْبِلَٰدِ ﴿11﴾

Oxunuşu (Transkripsiya): Allazina tağav fil bilad
Mişkini Tərcüməsi: O kəslər ki, şəhərlərdə tüğyan etdilər.
12 Əl-Fəcr Surəsi, Ayə 12

فَأَكْثَرُوا۟ فِيهَا ٱلْفَسَادَ ﴿12﴾

Oxunuşu (Transkripsiya): Fa aksaru fihal fasad
Mişkini Tərcüməsi: Və oralarda çoxlu fitnə-fəsad törətdilər.
13 Əl-Fəcr Surəsi, Ayə 13

فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ ﴿13﴾

Oxunuşu (Transkripsiya): Fasabba 'alaihim Rabbuka savta 'azab
Mişkini Tərcüməsi: Beləliklə, Rəbbin onlar(ın başların)a müxtəlif əzabların qamçısını endirdi.
14 Əl-Fəcr Surəsi, Ayə 14

إِنَّ رَبَّكَ لَبِٱلْمِرْصَادِ ﴿14﴾

Oxunuşu (Transkripsiya): Inna Rabbaka labil mirsad
Mişkini Tərcüməsi: Həqiqətən də, sənin Rəbbin (onlara) nəzarət edir.
15 Əl-Fəcr Surəsi, Ayə 15

فَأَمَّا ٱلْإِنسَٰنُ إِذَا مَا ٱبْتَلَىٰهُ رَبُّهُۥ فَأَكْرَمَهُۥ وَنَعَّمَهُۥ فَيَقُولُ رَبِّىٓ أَكْرَمَنِ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Fa ammal insanu iza mab talahu Rabbuhu fa akramahu va na' 'amahu fa yaqulu Rabbi akraman
Mişkini Tərcüməsi: Amma insana gəldikdə, nə zaman Rəbbi onu imtahana çəksə, ehtiram göstərsə və nemət bəxş etsə, deyər: «Rəbbim məni əziz tutmuşdur» (hər bir işə izn vermişdir).
16 Əl-Fəcr Surəsi, Ayə 16

وَأَمَّآ إِذَا مَا ٱبْتَلَىٰهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُۥ فَيَقُولُ رَبِّىٓ أَهَٰنَنِ ﴿16﴾

Oxunuşu (Transkripsiya): Va amma iza mabtalahu faqadara 'alaihi rizqahu fa yaqulu Rabbi ahanan
Mişkini Tərcüməsi: Amma nə zaman onu imtahan edib ruzisini azaltsa, «Rəbbim məni alçaltdı» – deyər.
17 Əl-Fəcr Surəsi, Ayə 17

كَلَّا ۖ بَل لَّا تُكْرِمُونَ ٱلْيَتِيمَ ﴿17﴾

Oxunuşu (Transkripsiya): Kalla bal la tukrimu nal yatim
Mişkini Tərcüməsi: Belə deyildir. (Güman edirsiniz ki, nemətin çoxluğu əməldə azadlıq verməkdir, onun azlığı alçaldılmaq. Həm gümanınız yalnışdır. Həm də). Əslində siz yetimə ehtiram göstərmirsiniz.
18 Əl-Fəcr Surəsi, Ayə 18

وَلَا تَحَٰٓضُّونَ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Va la tahadduna 'alata'amil miskin
Mişkini Tərcüməsi: Bir-birinizi yoxsulları yedirtməyə rəğbətləndirmirsiniz.
19 Əl-Fəcr Surəsi, Ayə 19

وَتَأْكُلُونَ ٱلتُّرَاثَ أَكْلًۭا لَّمًّۭا ﴿19﴾

Oxunuşu (Transkripsiya): Va takulunat turasa aklal lamma
Mişkini Tərcüməsi: Və öz mirasınızı başqalarının mirası ilə birgə yeyirsiniz. (Hər bir mirası dünyadan gedən şəxs (həmin malı) halal və haram(ına varmadan) toplamış olsa belə mənimsəyirsiniz).
20 Əl-Fəcr Surəsi, Ayə 20

وَتُحِبُّونَ ٱلْمَالَ حُبًّۭا جَمًّۭا ﴿20﴾

Oxunuşu (Transkripsiya): Va tuhibbunal mala hubban camma
Mişkini Tərcüməsi: Və (dünya) malı(nı) lap çox sevirsiniz.
21 Əl-Fəcr Surəsi, Ayə 21

كَلَّآ إِذَا دُكَّتِ ٱلْأَرْضُ دَكًّۭا دَكًّۭا ﴿21﴾

Oxunuşu (Transkripsiya): Kalla iza dukkatil ardu dakkan dakka
Mişkini Tərcüməsi: Belə deyildir (sizin güman etdiyiniz kimi deyil). Bu yer(in yüksəklikləri) ardıcıl bir-birinə çırpılıb parça-parça olacağı (və yer saf və dümdüz şəklə düşəcəyi) zaman,
22 Əl-Fəcr Surəsi, Ayə 22

وَجَآءَ رَبُّكَ وَٱلْمَلَكُ صَفًّۭا صَفًّۭا ﴿22﴾

Oxunuşu (Transkripsiya): Va ca'a Rabbuka val malaku saffan saffa
Mişkini Tərcüməsi: Rəbbinin (təkid etdiyi əmri və cəlalının, mütləq hakimiyyətinin təcəllisi) yetişəcəyi və mələklər (Məhşər səhnəsinə enib) səfsəf gələcəyi
23 Əl-Fəcr Surəsi, Ayə 23

وَجِا۟ىٓءَ يَوْمَئِذٍۭ بِجَهَنَّمَ ۚ يَوْمَئِذٍۢ يَتَذَكَّرُ ٱلْإِنسَٰنُ وَأَنَّىٰ لَهُ ٱلذِّكْرَىٰ ﴿23﴾

Oxunuşu (Transkripsiya): Va ci'a yavma'izim bi cahannnam; Yavma 'iziny yatazakkarul insanu va anna lahuz zikra
Mişkini Tərcüməsi: Və Cəhənnəmin (yaxına) gətiriləcəyi gün – məhz o gün insan (tovhid həqiqətlərini, yaradılış və şəriət məqsədlərini) xatırlayar, amma bu xatırlamaqdan ona nə (fayda)?!
24 Əl-Fəcr Surəsi, Ayə 24

يَقُولُ يَٰلَيْتَنِى قَدَّمْتُ لِحَيَاتِى ﴿24﴾

Oxunuşu (Transkripsiya): Yaqulu ya laitani qaddamtu lihayati
Mişkini Tərcüməsi: O: «Kaş ki, mən öz (əbədi) həyatım üçün əvvəlcədən (yaxşı əməllər) göndərmiş olaydım!» – deyər.
25 Əl-Fəcr Surəsi, Ayə 25

فَيَوْمَئِذٍۢ لَّا يُعَذِّبُ عَذَابَهُۥٓ أَحَدٌۭ ﴿25﴾

Oxunuşu (Transkripsiya): Fa Yavma izil la yu'azzibu 'azabahu ahad
Mişkini Tərcüməsi: Beləliklə, o gün heç kim Onun (Allahın) əzabı kimi əzab verə bilməz! (Elə bir əzab ki, dünyada heç kim onun mislini edə bilməzdi).
26 Əl-Fəcr Surəsi, Ayə 26

وَلَا يُوثِقُ وَثَاقَهُۥٓ أَحَدٌۭ ﴿26﴾

Oxunuşu (Transkripsiya): Va la yusiqu vasaqa hu ahad
Mişkini Tərcüməsi: Və heç kim Onun kimi zəncirləyə bilməz.
27 Əl-Fəcr Surəsi, Ayə 27

يَٰٓأَيَّتُهَا ٱلنَّفْسُ ٱلْمُطْمَئِنَّةُ ﴿27﴾

Oxunuşu (Transkripsiya): Ya ayyatuhan nafsul mutma 'innah
Mişkini Tərcüməsi: Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir),
28 Əl-Fəcr Surəsi, Ayə 28

ٱرْجِعِىٓ إِلَىٰ رَبِّكِ رَاضِيَةًۭ مَّرْضِيَّةًۭ ﴿28﴾

Oxunuşu (Transkripsiya): Irci'i ila Rabbiki radiyatam mardiyyah
Mişkini Tərcüməsi: Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq!
29 Əl-Fəcr Surəsi, Ayə 29

فَٱدْخُلِى فِى عِبَٰدِى ﴿29﴾

Oxunuşu (Transkripsiya): Fadxuli fi 'ibadi
Mişkini Tərcüməsi: Mənim bəndələrimin zümrəsinə daxil ol!
30 Əl-Fəcr Surəsi, Ayə 30

وَٱدْخُلِى جَنَّتِى ﴿30﴾

Oxunuşu (Transkripsiya): Vadxuli cannati
Mişkini Tərcüməsi: Və Mənim Cənnətimə daxil ol!
Əvvəlki: 88. Əl-Ğaşiyə Bütün Surələr ↑ Növbəti: 90. Əl-Bələd

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...