Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Dua 11.02.2025

İmam Sadiqin (ə) öyrətdiyi çox təsirli ruzi duası

Əbu Bəsir rəvayət edir ki, İmam Sadiqə (ə.s) ehtiyaclıqdan və yoxsulluqdan şikayət etdim və ondan xahiş etdim ki, ruzi üçün mənə bir dua təlim etsin: “Beləcə, mənə bir dua öyrətdi ki, onu oxuduqdan sonra (təsirini gördüm və) daha ehtiyaclı olmadım”. (Kuleyni. əl-Kafi. c.2, s.551-552) يَا خَيْرَ مَدْعُوٍّ وَ يَا خَيْرَ مَسْئُولٍ وَ يَا أَوْسَعَ مَنْ أَعْطَى وَ يَا خَيْرَ مُرْتَجًى، ارْزُقْنِي وَ أَوْسِعْ عَلَيَّ مِنْ رِزْقِكَ، وَ سَبِّبْ لِي رِزْقاً مِنْ قِبَلِكَ‏، إِنَّكَ عَلى‏ كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ Oxunuş qaydası: “Ya xəyrə məd`uvv və ya xəyrə məs`ul və ya əvsə`ə mən ə`ta və ya xəyrə murtəca, urzuqni və əvsi` ələyyə min rizqikə və səbbib li rizqən min qibəlikə, innəkə əla kulli şəy`in qədir”. Tərcüməsi: “Ən iltimas olunanların ən yaxşısı, ey istəklərin bildirildiyi ən yaşı varlıq, ey ən çox əta edən, ey ən yaxşı ümid yeri, mənə ruzi ver! Mənə verdiyin ruzini artır! Öz tərəfindən mənə ruzinin gəlməsinə səbəb ol! Sən hər şeyə qadirsən”

121 Oxu
Müstəhəb namazlar 11.02.2025

CƏFƏR TƏYYAR NAMAZI

Cəfər Təyyarın (ə) namazı çox fəzilətli namazlardan biridir. Cəfər Təyyar namazının fəziləti Bu namaz günahların bağışlanması, ruzi-bərəkərin çoxalması, işlərin uğurlu olması, və mühüm bir hacətin yəni arzu və istəyin yerinə yetməsi üçün qılınır. Bu namazı həzrət Muhəmməd səllAllahu əleyhi və alih öz əmisi oğluna, yəni Əli əleyhissalamın qardaşına -Cəfər Təyyara öyrətmişdir. Cəfər Təyyar o vaxtlar Peyğəmbərin(s) göstərişi ilə Həbəşəyə (Efiopiyaya) hicrət etmiş 105 nəfər müsəlman mühacirin oradakı başçısı idi. Cəfər Təyyar Həbəşədən qayıdandan sonra Peyğəmbər(s) ona demişdir: “Sənə elə bir şey öyrədim ki dünyada hər şeydən üstün olar sənə, əgər günahın səhraların qumları qədər olsa belə Allah Taala səni bağışlayar.” Cəfəri Təyyar namazı necə qılınır? Cəfəri Təyyar namazının qılınma qaydası: Cəfəri Təyyar namazı ən fəzilətli müstəhəb namazlardandır. Bu namazı Cəfəri Təyyar niyyəti ilə qılınır və müşəxxəs zamanı yoxdir ,hər hansı bir zamanda qılınmasına təkid olunub. 4 rəkətdir. 2 ədəd 2 rəkətli 1-ci iki rəkət 1-ci rəkətdə həmddən sonra (Zəlzələ)surəsi oxunur ,onun ardınca 15 dəfə təsbihati ərbəə (subhanəllahi vəlhəmdulillahı və la ilahə iləllahu vəllahu əkbər) oxunur. Sonra rükuya gedib rükunun zikrini dedikdən sonra həmin zikri (təsbihati ərbəə )ni 10 dəfə deyirsən sonra isə rükudan qalxıb qiyam halında dayanıb həmin zikri (təsbihati ərbəə )ni yenidən 10 dəfə dedikdən sonra səcdəyə gedirsən . Səcdədə səcdənin zikrini dedikdən sonra həmin zikri (təsbihati ərbəə )ni 10 dəfə deyirsən. Alnını səcdədən qaldırıb diz üstə oturarkən (yəni iki səcdə arasında) həmin zikri (təsbihati ərbəə )ni yenidən 10 dəfə dedikdən sonra ikinci səcdəyə gedib səcdənin zikrini dedikdən sonra həmin zikri (təsbihati ərbəə )ni 10 dəfə deyirsən .Sonra səcdədən qalxıb diz üstə oturduğun halda 10 dəfə həmin zikri (təsbihati ərbəə )ni dedikdən sonra ikinci rəkət üçün qiyam halına qalxırsan . 2- ci rəkətdə həmddən sonra (Vəl adiyat) surəsini oxuyursan .sonra isə birinci rəkətdə dediklərimiz kimi təkrar olaraq əməl edirsən , ikinci səcdədən qalxıb həmin zikri (təsbihati ərbəə )ni 10 dəfə dedikdən sonra təşəhhüd və salamı verib birinci iki rəkəti sona çatdırırsan. 2- ci iki rəkət 1- ci rəkətdə Həmddən sonra ( Nəsr )surəsini oxuyursan və sonra isə yuxarıda dediklərimiz kimi təkrar olaraq əməl edirsən. 2-ci rəkətdə isə Həmddən sonra (İxlas) surəsini oxuyursan və sonra isə yuxarıda ddiklərimiz kimi təkrar olaraq əməl edirsən. Yenədə sonra ikinci səcdədən qalxdıqdan sonra ikinci səcdədən qalxıb həmin zikri (təsbihati ərbəə )ni 10 dəfə dedikdən sonra təşəhhüd və salamı verib ikinci iki rəkəti sona çatdırırsan. سُبْحَانَ اللهِ وَالحْمدُ لِلّهِ وَ لا اِلهَ اِلَّا اللهُ وَ اللهُ اَكْبَرُ (Təsbiət ərbəə ərəbcə) Cəfəri Təyyarın namazı böyük günahların bağışlanmasına səbəb olur və başqa fəzilətlərə də malikdir. Onun ən fəzilətli vaxtı cümə günü günorta vaxtıdır. Cəfəri Təyyar namazının qılınma qaydası: Namaz dörd rükətdir, iki təşəhhüd və iki salamla qılınır (Yəni sübh namazı kimi iki rükət-iki rükət qılınır). Birinci rükətdə “Həmd” surəsindən sonra “Zəlzələ” surəsi, ikinci rükətdə “Həmd”dən sonra “Adiyat” surəsi, üçüncü rükətdə “Həmd”dən sonra “Nəsr” surəsi və dördüncü rükətdə isə “Həmd”dən sonra “İxlas” surəsi oxunur. Bunu da qeyd etmək lazımdır ki, “Subhanəllahi vəl həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər” zikrini (təsbihati ərbəəni) hər rükətdə qiraətdən sonra 15 dəfə, rükuda 10 dəfə, rükudan qalxandan sonrakı qiyamda 10 dəfə, birinci səcdədə 10 dəfə, birinci səcdədən qalxandan sonra 10 dəfə, ikinci səcdədə 10 dəfə, ikinci səcdədən qalxıb oturandan sonra 10 dəfə oxunmalıdır. Şeyx Kuleyni (r.ə) Əbu Səid Mədainidən belə nəql edir: “Həzrət İmam Sadiq ələyhissalam mənə buyurdu: “Cəfərin namazında oxumaq üçün sənə bir şey öyrədimmi?” Dedim: “Bəli buyurun.” Həzrət buyurdu: “Dörd rükətli namazın axırıncı səcdəsinə çatıb, təsbihati ərbəəni 10 dəfə oxuduqdan sonra de: سُبْحانَ مَنْ لَبِسَ الْعِزَّ وَالْوَقارَ سُبْحانَ مَنْ تَعَطَّفَ بِالَْمجْدِ وَتَكَرَّمَ بِهِ سُبْحانَ مَنْ لا يَنْبَغِي التَّسْبيحُ إلاّ لَهُ سُبْحانَ مَنْ اَحْصى كُلِّ شَىْء عِلْمُهُ سُبْحانَ ذِي الْمَنِّ وَالنِّعَمِ سُبْحانَ ذِي الْقُدْرَةِ وَالْكَرَمِ اَللّـهُمَّ اِنّي أَسْأَلُكَ بِمَعاقِدِ الْعِزِّ مِنْ عَرْشِكَ وَمُنْتَهَى الرَّحْمَةِ مِنْ كِتابِكَ وَاسْمِكَ الاَْعْظَمِ وَكَلِماتِكَ التّامَّةِ الَّتى تَمَّتْ صِدْقاً وَعَدْلاً صَلِّ عَلى مُحَمَّد وَاَهْلِ بَيْتِهِ وَافْعَلْ بى كَذا وَكَذا وتطلب حاجتك عوض كلمة كذا وكذا – Subhanə mən ləbisəl izzə vəl vəqar, subhanə mən təəttəfə bil məcdi və təkərrəmə bih, subhanə mən la yənbəğit təsbihu illa ləh, subhanə mən əhsa kullə şəy’in ilmuh, subhanə zil mənni vən niəm, subhanə zil qudrəti vəl kərəm, Əllahummə inni əsəlukə biməaqidil izzi min ərşik, və muntəhər rəhməti min kitabik, vəsmikəl ə’zəm, və kəlimatikət təmmatilləti təmmət sidqən və ədla, səlli əla Muhəmmədin və Əhli Bəytih, vəf’əl bi kəza və kəza. İzzət və vüqar libası geymiş Allah hər nöqsandan pak və uzaqdır. Öz böyüklüyü ilə bizə kərəm və ehsan edən Allah hər bir nöqsandan pak və uzaqdır. Hər bir nöqsandan uzaqdır o Allah ki, Ondan qeyrisinə təsbih rəva deyil. Elmi hər şeyi əhatə edən Allah hər bir nöqsandan pak və uzaqdır. Nemət və minnət sahibi olan Allah hər bir nöqsandan pak və uzaqdır. Qüdrət və kərəm sahibi olan Allah hər bir nöqsandan pak və uzaqdır. İlahi (sənin elminin sirləri olan) ərşinin izzət əhdlərinə, tövhid və mərifət həqiqətləri olan) sənin kitabının rəhmətinin muntəhasına (ən ucasına), sənin əzəm və böyük adına, (sənin ənbiya və övliyalarından ibarət olan) doğruluq və ədalət baxımından tam və kamil kəlmələrinə xatir səndən istəyirəm ki, Muhəmməd (s) və onun əhli-beytinə (ə) salam göndərəsən və mənimlə belə və belə rəftar edəsən (Belə və belə sözlərinin əvəzində hacət və istəklərini Allahdan dilə.) * (Kəza və kəza kəlmələrinin yerinə öz hacətini dilə) Şeyx və Seyid, Müfəzzəl ibn Ömərdən rəvayət etmişlər ki, bir gün İmam Sadiq ələyhissalamı belə gördüm. (ya Rəbb, ya Rəbb…), sonra yenə bir nəfəs bitənə qədər يا ربّاهُ يا ربّاهُ (ya Rəbbah, ya Rəbbah…), bir nəfəs bitənə qədər رَبِّ رَبِّ (Rəbbi, Rəbbi….), bir nəfəs bitənə qədər يا اَللّهُ يا اَللّهُ (ya Allah, ya Allah….), bir nəfəs bitənə qədər يا حَيُّ يا حَيُّ (ya Həyyu, ya Həyyu….), bir nəfəs bitənə qədər يا رَحيمُ يا رَحيمُ (ya Rəhim, ya Rəhim….), bir nəfəs bitənə qədər يا رَحْمنُ يا رَحْمنُ (ya Rəhman, ya Rəhman….) sonra isə yeddi dəfə يا اَرْحَمَ الرّاحِمينَ (ya Ərhəm ər-Rahimin) deyə dua etdi. Sonra ağa bu duanı oxudu: اَللّـهُمَّ اِنّي اَفْتَتِحُ الْقَوْلَ بِحَمْدِكَ وَاَنْطِقُ بِالثَّناءِ عَلَيْكَ وَاُمَجِّدُكَ وَلاغايَةَ لِمَدْحِكَ وَاُثْني عَلَيْكَ وَمَنْ يَبْلُغُ غايَةَ ثَنائِكَ وَاَمَدَ مَجْدِكَ وَاَنّى لِخَليقَتِكَ كُنْهُ مَعْرِفَةِ مَجْدِكَ وَاَيَّ زَمَن لَمْ تَكُنْ مَمْدُوحاً بِفَضْلِكَ مَوْصُوفاً بِمَجْدِكَ عَوّاداً عَلَى الْمُذْنِبينَ بِحِلْمِكَ تَخَلَّفَ سُكّانُ اَرْضِكَ عَنْ طاعَتِكَ فَكُنْتَ عَلَيْهِمْ عَطُوفاً بِجُودِكَ جَواداً بِفَضْلِكَ عَوّاداً بِكَرَمِكَ يا لا اِلـهَ إلاّ اَنْتَ الْمَنّانُ ذُوالْجَلالِ وَالاِْكْرامِ . İlahi, mən Sənin tərifinlə sözə başlayıram və Sənə həmdu-səna deməklə nitqə gəlirəm və Sənin böyüklüyünü mədh edirəm. Halbuki, Sənin mədhinin və həmdu-sənanın sonu yoxdur. Kim Sənin böyüklüyünün və fəzilətinin sonuna çata bilər. Sənin yaratdıqların necə və hansı yolla səndəki böyüklüyün həqiqi mərifətini əldə edə bilər?! Hansı zaman olub ki, Sən fəzilət və ehsanla mədh və böyüklüyünlə vəsf olunmayasan?! Sən Öz helminlə günahkarlara çox ehsan edənsən. Sənin yaratdığın yerin sakinləri hər nə qədər itaətindən boyun qaçırsalar da, Sən yenə də onlara mehriban olacaq, Öz səxavətinlə, Öz fəzlinlə onlara ehsan və Öz kərəminlə əta edəcəksən. Nemət bağışlayan, cəlal və kərəm sahibi olan Səndən başqa tanrı yoxdur. Sonra Həzrət buyurdu: “Ey Müfəzzəl! Nə zaman zəruri bir hacətin olsa, Cəfər namazını qıl, bu duanı oxu və (sonra) Allahdan öz hacətlərini istə. İnşəallah müstəcab olar. – Əllahummə inni əftətihul qəvlə bihəmdikə və əntiqu bis sənai ələyk, və uməccidukə və la ğayətə limədhik, və usni ələyk, və mən yəbluğu ğayətə sənaikə və əmədə məcdik, və ənna lixəliqətikə kunhu mə’rifəti məcdik, və əyyə zəmənin ləm təkun məmduhən bifəzlik, məvsufən biməcdikə əvvadən ələl muznibinə bihilmik, təxəlləfə sukkanu ərzikə ən taətik, fəkuntə ələyhim ətufən bicudik, cəvadən bifəzlik, əvvadən bikərəmik, ya la ilahə illa əntəl mənnanu zul cəlali vəl ikram. Sonra Həzrət buyurdu: “Ey Müfəzzəl, hər zaman işin çətinə düşdü Cəfərin namazını qıl və bu duanı oxuyub Allah Təalanın dərgahından hacətini dilə ki, inşaAllah hacətin rəva qılınacaq.” “Zəlzələ” surəsi Bismillahir Rəhmanir Rəhim İza zulzilətil ərzu zilzaləha 1. Və əxrəcətil ərzu əsqaləha 2. Və qaləl insanu ma ləha 3. Yəvməizin tuhəddisu əxbarəha 4. Biənnə rəbbəkə əvha ləha 5. Yəvməizin yəsdurun nasu əştatən liyurəv ə”maləhum 6. Fəmən yə”məl misqalə zərrətin xəyrən yərəh 7. Və mən yə”məl misqalə zərrətin şərrən yərəh 8. “Adiyat” surəsi Bismillahir Rəhmanir Rəhim Vəl adiyati zəbha 1. Fəl-muriyati qədha 2. Fəl-muğirati subha 3. Fəəsərnə bihi nəq”a 4. Fəvəsətnə bihi cəm”a 5. İnnəl insanə lirəbbihi ləkənud 6. Və innəhu əla zalikə ləşəhid 7. Və innəhu lihubbil xəyri ləşədid 8. Əfəla yə”ləmu iza bu”sirə ma fil qubur 9. Və hussilə ma fis sudur 10. İnnə rəbbəhum yəvməizin ləxəbir 11. “Nəsr” surəsi Bismillahir Rəhmanir Rəhim İza caə nəsrullahi vəl fəth 1. Vərəəytən nasə yədxulunə fi dinillahi əfvaca 2. Fəsəbbih bihəmdi rəbbikə vəstəğfirhu innəhu kanə təvvaba 3.

151 Oxu
Müstəhəb namazlar 11.02.2025

HACƏT NAMAZI

Mərhum Kuleyni mötəbər sənədlə nəql edir ki, Əbdur-Rəhim Qusəyr dedi: “Mən İmam Sadiqin (ə) yanına gedib ərz etdim: “Sənə fəda olum, mən özümdən bir dua düzəltmişəm.” İmam Sadiq (ə) buyurdu: “Düzəltdiyin duanı bir kənara qoy. Bir istəyin olduqda Rəsulallaha (s) pənah apar və iki rəkət namaz qılıb o Həzrətə (s) hədiyyə et.” Mən soruşdum: “Namazı necə qılım?” İmam (ə) buyurdu: “Qüsl et və iki rəkət namaz qıl (sübh namazı kimi). Namazı qılıb qurtardıqdan sonra de: اَللّٰهُمَّ اَنْتَ السَّلَامُ وَ مِنْكَ السَّلَامُ وَ اِلَيْكَ يَرْجِعُ السَّلَامُ اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِ مُحَمَّدٍ وَّ بَلِّغْ رُوْحَ مُحَمَّدٍ مِنِّىْ السَّلَامَ وَ اَرْوَاحَ الْاَئِمَّةِ الصَّادِقِيْنَ سَلَامِىْ وَارْدُدْ عَلَىَّ مِنْهُمُ السَّلَامَ وَالسَّلَامُ عَلَيْهِمْ وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ اَللّٰهُمَّ اِنَّ هَاتَيْنِ الرَّكْعَتَيْنِ هَدِيَّةٌ مِنِّىْ اِلٰى رَسُوْلِ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهٖ فَاَثِبْنِىْ عَلَيْهِمَا مَا اَمَّلْتُ وَ رَجَوْتُ فِيْكَ وَ فِىْ رَسُوْلِكَ يَا وَلِىَّ الْمُؤْمِنِيْنَ۔ Sonra səcdəyə get və qırx dəfə de: يَا حَىُّ يَا قَيُّوْمُ،يَا حَيُّا لَا يَمُوْتُ،يَا حَيًّا لَاۤ اِلٰهَ اِلَّاۤ اَنْتَ،يَا ذَا الْجَلَالِ وَ الْاِكْرَامِ،يَا اَرْحَمَ‏ الرَّاحِمِيْنَ۔ Sonra sağ üzünü yerə qoy və bunu qırx dəfə de. Daha sonra sol üzünü yerə qoy və bunu qırx dəfə de. Sonra başını qaldır və əllərini göyə açıb bu duanı qırx dəfə de. Sonra əlini boynuna qoy və (sağ əlinin) işarə barmağını yalvarış əlaməti olaraq hərəkət etdirib bu duanı qırx dəfə de. Axırda sol əlinlə saqqalını tutub hüznlə de: يَا مُحَمَّدُ يَا رَسُوْلَ اللّٰهِ اَشْكُوْ اِلَى اللّٰهِ وَ اِلَيْكَ حَاجَتِىْ وَ اِلٰى اَهْلِ بَيْتِكَ الرَّاشِدِيْنَ حَاجَتِىْ وَ بِكُمْ اَتَوَّجَهُ اِلَى اللّٰهِ فِىْ حَاجَتِىْ۔ Sonra səcdəyə get və nəfəsin çatdığı qədər de: يَا اَللهُ يَا اللهُ۔ Daha sonra de: صَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِ مُحَمَّدٍ۔ Sonra öz istəklərini de. İmam Sadiq (ə) buyurdu: “Mən Allah tərəfindən zəmanət verirəm ki, sən yerindən tərpənməmiş Allah sənin istəyini həyata keçirər, inşaallah.”

146 Oxu
Müstəhəb namazlar 11.02.2025

ƏRABİ NAMAZI

Seyid İbn Tavus “Cəmalul-usbu” kitabında yazır ki, Şeyx Till-Ukbəri dedi: Bir bədəvi ərəb Həzrət Rəsulallahın (s) yanına gəlib ərz etdi: “Ey Rəsulallah (s), atam-anam sənə fəda olsun, biz Mədinədən uzaqda, səhrada yaşayırıq. Buna görə də hər cümə günü cümə namazına gələ bilmirəm. Mənə bir əməl öyrət ki, onu yetirməklə cümə namazının savabını əldə etmiş olum. Həmçinin ailəmin və qəbiləmin yanına qayıtdıqda, bu əməli onlara da öyrədim.” Həzrət Rəsulallah (s) buyurdu: “(Cümə günü) hava tam işıqlandıqdan sonra iki rəkət namaz qıl. Belə ki, birinci rəkətdə bir dəfə “Həmd” və yeddi dəfə “Fələq” surəsini, ikinci rəkətdə bir dəfə “Həmd” və yeddi dəfə “Nas” surəsini oxu. Namazın salamından sonra yeddi dəfə “Ayətəl-kürsi”ni oxu. Daha sonra səkkiz rəkət namaz qıl: dörd rəkət-dörd rəkət. Bu səkkiz rəkət namazda hər rəkətdə bir dəfə “Həmd”, bir dəfə “Nəsr” və iyirmi beş dəfə “Tövhid” surəsini oxu. Namazın təşəhhüd və salamından sonra yeddi dəfə bu duanı oxu: يَا حَىُّ يَا قَيُّوْمُ يَا ذَاالْجَلَالِ وَالْاِكْرَامِ يَا اِلٰهَ الْاَوَّلِيْنَ وَ الْاٰ خِرِيْنَ يَا اَرْحَمَ الرَّاحِمِيْنَ يَا رَحْمٰنَ الدُّنْيَا وَ الْاٰ خِرَةِ وَ رَحِيْمَهُمَا يَا رَبِّ يَا رَبِّ يَا رَبِّ يَا رَبِّ يَا رَبِّ يَا رَبِّ يَا رَبِّ يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ صَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِهٖ وَاغْفِرْلِىْ۔ Sonra öz istəklərini dilə və daha sonra yetmiş dəfə de: لَاحَوْلَ وَلَاقُوَّةَ اِلَّا بِاللهِ الْعَلِىِّ الْعَظِيْمِ سُبْحَانَ اللّٰهِ رَبِّ الْعَرْشِ الْكَرِيْمِ۔ Daha sonra de: سُبْحَانَ اللّٰهِ رَبِّ الْعَرْشِ الْكَرِيْمِ۔ Bu yerdə Həzrət Rəsulallah (s) buyurdu: “Məni haqq olaraq peyğəmbər göndərən Allaha and olsun ki, cümə günü bu namazı qılan hər mömin qadın və kişi üçün mən Cənnəti zəmanət verirəm. O, yerindən qalxdıqda Allah artıq onun və ata-anasının günahlarını bağışlamış olar…” Bu namazı Mərhum Şeyx Tusi də “Misbahul-mutəhəccid” kitabında qeyd etmişdir. Lakin yuxarıdakı dua orada qeyd olunmamış və deyilmişdir ki, namazdan sonra yetmiş dəfə bu zikri de: سُبْحَانَ اللّٰهِ رَبِّ الْعَرْشِ الْكَرِيْمِ وَلَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ الْعَلِىِّ الْعَظِيْمِ۔

148 Oxu
Müstəhəb namazlar 11.02.2025

ÇƏTİNLİKLƏRİN ARADAN QALXMASI ÜÇÜN NAMAZ

İmam Sadiq (ə) buyurub: “Çətinliyə düşdükdə zöhr vaxtı iki rəkət namaz qıl. Birinci rəkətdə “Həmd”,“Tovhid” və “Fəth” surəsinin başlanğıcından “Və yənsurukəllah nəsrən əziza” ayəsinə (üçüncü ayəyə qədər) oxu. İkinci rəkətdə “Həmd”, “Tovhid” və “İnşirah” surələrini oxu. Bu namaz sınanılmışdır.”

147 Oxu
Müstəhəb namazlar 11.02.2025

RUZİNİN ARTMASI ÜÇÜN NAMAZ

Bir hədisdə oxuyuruq ki, bir kişi Həzrət Rəsulallahın (s) yanına gəlib dedi: “Ey Rəsulallah (s), mən ailəliyəm, borcum var və dolanışığım çətindir. Mənə bir dua öyrət ki, onu oxumaqla Allah ruzimi artırsın, mən də borcumu qaytarım və ailəmi dolandırım.” Rəsulallah (s) buyurdu: “Ey Allahın bəndəsi, kamil bir dəstəmaz al, sonra iki rəkət namaz qıl. Rüku və səcdələri yaxşı yerinə yetir. Namazdan sonra de: يَا مَاجِدُ يَا وَاحِدُ يَا كَرِيْمُ اَتَوَجَّهُ اِلَيْكَ بِمُحَمَّدٍ نَبِيِّكَ نَبِىِّ الرَّحْمَةِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهٖ يَا مُحَمَّدُ يَا رَسُوْلَاللّٰهِ اِنِّى اَتَوَجَّهُ بِكَ اِلَى اللّٰهِ رَبِّىْ وَ رَبِّكَ وَ رَبِّ كُلِّ شَيْئٍ وَ اَسْئَلُكَ اللّٰهُمَّ اَنْ تُصَلِّىَ عَلٰى مُحَمَّدٍ وَّ اَهْلِ بَيْتِهِ وَ اَسْئَلُكَ نَفْحَةً كَرِيْمَةً مِنْ نَفَحَاتِكَ وَ فَتْحًا يَّسِيْرًا وَ رِزْقًا وَاسِعًا اَلُمُّ بِهِ شَعَثِىْ وَ اَقْضِىْ بِهِ دَيْنِىْ وَاَسْتَعِيْنُ بِهِ عَلٰى عِيَالِىْ۔

134 Oxu
Müsəlmanın həyat tərzi 10.02.2025

SAĞLAM ƏYLƏNCƏ

https://ia800309.us.archive.org/2/items/saglam-ylncv/Sağlam%20əyləncəvə.mp3 Sağlam əyləncəvə idmaninsanın sağlamlığını təminedən amillərdəndir. Əhli-Beytdən gələn rəvayətlərdə bu məsələyə xüsusi önəm verilmiş və nümunələr göstərilmişdir. Sağlam və halal əyləncədən yararlanmağın faydalarından biri də insanın din və yaşamla bağlı məsələlərdə daha güclü olmasıdır. Həzrət Məhəmməd (s) buyurur: “Əyləncə və oyunla məşğul olun, çünki dininizdə sərtlik müşahidə olunmasını istəmirəm”Əl-Came əs-səğir” c. 1, səh. 239. . İmam Əli (ə) “Dünyadakı. nəsibini də unutma” “Qəsəs”, 77. ayəsini izah edərkən buyurur: “Sağlamlığını, bacarığını, asudə vaxtını, gəncliyini, gümrahlığını, ehtiyacsızlığını və var-dövlətini unutma. Onlardan düzgün istifadə edərək axirətini qazan” Əd- Dəəvat” səh. 122.

133 Oxu
Müstəhəb namazlar 10.02.2025

ATA-ANANIN BAĞIŞLANMASI ÜÇÜN NAMAZ

Bu namaz iki rəkətdir. Birinci rəkətdə “Həmd”dən sonra on dəfə de: رَبِّ اغْفِرْلِىْ وَ لِوَالِدَىَّ وَ لِلْمُؤْمِنِيْنَ يَوْمَ يَقُوْمُ الْحِسَابُ۔ İkinci rəkətdə “Həmd”dən sonra on dəfə de: رَبِّ اغْفِرْلِىْ وَ لِوَالِدَىَّ وَ لِمَنْ دَخَلَ بَيْتِىَ مُؤْمِنًا وَّ لِلْمُؤْمِنِيْنَ وَ الْمُؤْمِنَاتِ۔ Namazın salamından sonra on dəfə de: رَبِّ ارْحَمْهُمَا كَمَا رَبَّيَانِىْ صَغِيْرًا۔ ATA-ANANIN BAĞIŞLANMASI ÜÇÜN NAMAZ Bu namaz iki rəkətdir. Birinci rəkətdə “Həmd”dən sonra on dəfə de: Ey Rəbbim, haqq-hesab günü məni, ata-anamı və möminləri bağışla. İkinci rəkətdə “Həmd”dən sonra on dəfə de: Ey Rəbbim, məni, ata-anamı, mənim evimə imanla daxil olanları, bütün mömin və möminələri bağışla. Namazın salamından sonra on dəfə de: Ey Rəbbim, mən uşaq ikən onlar məni böyütdükləri kimi (mənə mərhəmət göstərdikləri kimi), Sən də onlara mərhəmət göstər.   ATA-ANANIN BAĞIŞLANMASI ÜÇÜN NAMAZ Bu namaz iki rəkətdir. Birinci rəkətdə “Həmd”dən sonra on dəfə de: Rabbiğfirli və li validəyyə və lil mumininə yəvmə yəqumul hisəb. İkinci rəkətdə “Həmd”dən sonra on dəfə de: Rabbiğfirli və li validəyyə və limən dəxələ bəytiyə muminən və lil mumininə vəl muminət. Namazın salamından sonra on dəfə de: Rabbirhəm humə kəmə rəbbəyəni sağıra.

133 Oxu
Müstəhəb namazlar 10.02.2025

NAFİLƏ NAMAZI

SÜBH NAMAZININ NAFİLƏSİ Qaydası: iki rəkətdir. Vaxtı: sübh namazından öncə qılınır və onun vaxtı gecə namazının vaxtının başlanğıcından onun (gecə namazının) qılınması üçün lazım olan qədər zaman keçdikdən sonra başlayır və onun (sübh nafiləsinin) sübh namazından öncə qılınması mümkün olan vaxtadək davam edir. ZÖHR NAMAZININ NAFİLƏSİ Qaydası: səkkiz rəkətdir (iki rəkət-iki rəkət qılınır) Vaxtı: zöhr namazından öncə qılınır və onun vaxtı zöhrün başlanğıcından başlayır və zöhr namazından əvvəl qılınması mümkün olan vaxtadək davam edir. ƏSR NAMAZININ NAFİLƏSİ Qaydası: səkkiz rəkətdir (iki rəkət-iki rəkət qılınır) Vaxtı: əsr namazından öncə qılınır və onun vaxtı əsr namazından öncə qılınması mümkün olan vaxtadək davam edir. MƏĞRİB (ŞAM) NAMAZININ NAFİLƏSİ Qaydası: dörd rəkətdir (iki rəkət-iki rəkət qılınır) Vaxtı: məğrib namazından sonra qılınır və vaxtı məğrib namazının başa çatmasından sonra başlayır və məğrib namazından sonra bu namazın vaxtı ərzində qılınması mümkün olan vaxtadək davam edir. İŞA (XÜFTƏN) NAMAZININ NAFİLƏSİ Qaydası: iki rəkətdir və oturan yerdə qılınır. Vaxtı: işa namazından sonra qılınır (yaxşı olar ki, dərhal sonra qılınsın) və vaxtı işa namazının başa çatmasından gecə yarısınadəkdir.

151 Oxu
Namaz 10.02.2025

Namazın səcdələrində oxunması müstəhəb olan dualar

Namazın səcdələrində oxunması müstəhəb olan dualar 1-“Ya Lətif irhəm əbdəkəz-zəif, Ya Cəlil irhəm əbdəkəz-zəlil!” (Ey lütfükar zəif bəndənə rəhm et! Ey uca məqam sahibi alçalmış bəndənə rəhm et!) 2- “Ya vəliyyəl-afiyə Əsəlikəl-afiyə Afiyətəd-din vəd-dünya vəl-axirə, bicahi Muhəmməd və itrətihit-tahirə, sələvatukə ələyhi əcməin” (Ey afiyət (sağlamlıq və salamatçılıq) ağası, səndən afiyət istəyirəm, dinin dünyanın və axirətin afiyətini, Məhəmmədin və onun pak ailəsinin məqamına xatir, sənin salamın olsun onlara) 3- “Allahummə inni əsəlukər-rahətə indəl-mouti,  vəl-məğfirtə bədəl-mouti, vəl-əfvə indəl-hisab” (İlahi ölüm zamanı səndən rahatlıq, ondan sonra bağışlanmağı və hesab-kitab zamanı əfv etməni diləyirəm) 4-“Ya mən ləhud-dunya vəl-axirə, irhəm mən ləysə ləhud-dunya vəl-axirə” (Ey dünya və axirətin sahibi,  nə dünyası nə də axirəti olmayan adama rəhm et!) 5- “Rəbbiğfir vərhəm, və təcavəz əmma tələm, İnnəkəl-əəzzul- əcəllul-əkrəm” (Ey rəbbim bağışla və rəhm et! bildiyin günahlarımdan keç! Ən məğlubedilməz, ən ucaməqamlı və ən kəramətli yalnız sənsən!) 6- Ya xəyrəl-məsulin, ya xəyrəl-mutin, urzuqni vərzuq əyali min fədlikə, fəinnəkə zul-fədlil-əzim!” (Ey çağırılanların ən yaxşısı, ey əta edənlərin ən yaxşısı! Mənə və ailəmə öz fəzlindən ruzi ver! Çünki həqiqətən sən böyük fəzl, lütf və mərhəmət sahibisən)

111 Oxu
QURANI KƏRIM 10.02.2025

“SƏCDƏ” AYƏLƏRİNİ OXUDUQDA SƏCDƏ ETMƏK

“SƏCDƏ” AYƏLƏRİNİ OXUDUQDA SƏCDƏ ETMƏK Qur`ani-Kərimin on beş ayəsi var ki, onlara “Səcdə ayələri” deyilir. Qur`an oxuyan şəxs bu ayələrin bə`zilərinə yetişdikdə, ona vacibdir ki, ayə qurtardıqdan sonra səcdə etsin. 15 ayədən yalnız dördündə səcdə etmək vacibdir. Yerdə qalan 11 ayədə isə səcdə vacib olmasa da, lakin səcdə etməyin çoxlu savabı vardır. Vacib səcdəsi olan ayələri insan başqalarından eşitdikdə də, səcdəni yerinə yetirməlidir. Vacib olan səcdələr aşağıdakı surələrdədir: 1. ”Səcdə” surəsi, 15-ci ayə; 2. ”Fussilət” surəsi, 37-ci ayə; 3. “Nəcm” surəsi, 62-ci ayə; 4. “Ələq” surəsi, 19-cu ayə. Ayələrində səcdə müstəhəbb olan surələr: 1. “Əraf” surəsi, 206-cı ayə; 2. “Rəd” surəsi, 15-ci ayə; 3. “Nəhl” surəsi, 50-ci ayə; 4. “İsra” surəsi, 109-cu ayə; 5. “Məryəm” surəsi, 58-ci ayə; 6. “Həcc” surəsi, 18-ci ayə; 7. “Həcc” surəsi, 77-ci ayə; 8. “Furqan” surəsi, 60-cı ayə; 9. “Nəml” surəsi, 26-cı ayə; 10. “Sad” surəsi, 24-cü ayə; 11. “İnşiqaq” surəsi, 21-ayə. Səcdə ayələrinin ümumi əhkamını aşağıdakı şəkildə bəyan etmək olar: 1. Hər kəs səcdə vacib olan ayələri (dörd ayəni) özü oxusa, yaxud qulağı ilə eşitsə, ayə tamam olduqdan sonra tez səcdə etməlidir. Əgər səcdəni unutsa, onda hər vaxt yadına düşsə, onu yerinə yetirməlidir. 2. Əgər bu ayələri radio və televizordan birbaşa canlı şəkildə eşitməsə, səcdə vacib deyil. Amma əgər birbaşa canlı yayımda eşitsə, səcdə vacibdir. 3. İnsan səcdə etdikdə alnını səcdə niyyəti ilə yerə qoymalıdır. Əgər zikr deməsə də, səcdə səhihdir. Amma yaxşı olar ki, bu zikri desin: “La İlahə İlləllahu həqqən həqqa. La İlahə İlləllahu imanən və təsdiqa. La İlahə İlləllahu ubudiyyətən və riqqa. Səcədtu ləkə ya Rəbbi! Təəbbüdən və riqqa. La müstənkifən və la müstəkbirən, bəl ənə əbdün, zəlilun, zəifun, xaifun, müstəcirun!”

134 Oxu
Məqalə 10.02.2025

Hello world!

Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!

140 Oxu
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...