Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Surələrin Fəziləti 18.12.2024

“Qəmər” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Hər kəs “İqtərəbətis-saət” (Qəmər) surəsini oxusa, Allah Qiyamət günü onu Behişt dəvələrindən birinə minmiş halda məşhərə daxil edər. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: “İqtərəbətis-saət” (Qəmər) surəsini hər gün oxumağı davam etdirən kəsin sifəti Qiyamət günündə on dörd gecəlik ay kimi olan halda qaldırılar. Bir kəs onu gecələr oxuya çox yaxşıdır və Qiyamət günündə onun üzü başqalırının üzündən işıqlı və nurlu olan halda gələcəkdir. Hər kəs cümə günü Zöhr namazının vaxtında bu surəni yazıb əmmaməsinin altına qoysa, (yaxud özündə saxlasa) xalq arasında əziz və hörmətli olar.

102 Oxu
Surələrin Fəziləti 18.12.2024

“Nəcm” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Hər kəs və gündüz Nəcm surəsini oxumağı davam etdirən kəs, xalq arasında əziz olub abırla yaşayar və günahları bağışlanar. Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kəs Nəcm surəsini oxusa, mənə iman gətirən və məni inkar edən kəslərin sayı qədər həsənə veriləcək. Bu surəni hər kəs gecə və gündüz oxuyan kəsin yaşayışı bəyənilmiş olar. Hər hacətin qəbul olmasına xatir, bir məclisdə bu surəni iyirmi bir dəfə oxusa, inşallah hacəti qəbul olunar. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

102 Oxu
Surələrin Fəziləti 18.12.2024

“Tur” surəsinin fəziləti

İmam Sadiq (ə) və imam Baqir (ə) buyurdular: Hər kəs Tur surəsini oxusa, Allah ona dünya və axirət xeyrini əta edər. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Tur surəsini oxusa, Allah onu öz əzabından amanda saxlayar, və Behiştində ona nemət verər. Cübəyr ibn Mətəmdən rəvayət olunub o deyir ki, Allahın Rəsulundan (s.ə.v.v) gün batan çağı Tur surəsini oxuduğunu eşitdim. Əgər məhbus (zindanda) Tur surəsini daim oxusa, həbsdən azad olar. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 18.12.2024

İmam Məhəmməd Baqir (ə) buyurdu: Hər kəs Qaf surəsini vacibi və müstəhəbbi namazlarında oxumağı davam etdirsə, Allah onun ruhisini bol edər, Əməlnaməsini sağ əlinə verib, hesabını asan çəkər. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Qaf surəsini oxusa, Allah onun üçün ölümün çətinliyini asanlaşdırar. Rizq və ruzinin bol olmasına xatir üç gün üzünü qibləyə tutub bu surəni oxusun çox təsiri vardır (təcrübə olunub). Qorxu və hürkünü aradan aparmaq üçün bu surəni yazıb, yağış suyu ilə yuyub, içsin. Rəvayət olunub ki, hər gün evdə yaxud müqəddəs bir məqbərədə Qaf surəsi oxusa, o evin ya məqbərinin sahibi həmişə dövlətli, izzətli, və xoşbəxt olar, o zillətdən qorunar. Təcrübə olunumlardandır. Dövlətli olmaq və işlərin düyünlərinin açılması üçün bu ayəni 350 dəfə oxusun ki, təcrübə olunub. “Qul innəl fəzlə biyədillahi yutihi mən yəşau Vəllahu zulfəzlil əzim.” (Ali-İmran-73) Bu ayəni gündə on beş dəfə oxusun, əziz olub, ruzisi bol və cah və cəlal (məqam və mənsəb) sahibi olar. “Ya əllahul məhmud fi kulli fialihi” Sərvətli olmaq üçün iki rükət hacət namazını, bu niyyətlə ki, qadir Allah onun yaşayışını tənzimləyib ruzini bol edər, və elə bir nura bağlıdır ki, qiyamətə qədər işıqlanıb, qəbrini nurlandırar. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Zariyat surəsini oxusa, dünyada sən hər bir küləyin sayı qədər ona həsənə veriləcək. Hər gün Zariyat və İnşirah surəsini oxuyan kəsin işlərinin sonu xeyrə qovuşar, özünün və ailəsinin ruzisi çoxalar. (təcrübə olunub). Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

128 Oxu
Surələrin Fəziləti 18.12.2024

“Hucurat” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Hucurat surəsini hər gecə yaxud, hər gün oxuyan kəs, Məhəmmədin (s.ə.v.v) zəvvarından olacaqdır. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Hucurat surəsini oxusa, Allahı itaət edənlərin, və yaxud onu itaət etməyənlərin sayı qədər ona, on yaxud onu itaət etməyənlərin sayı qədər ona, on həsənə veriləcək. Hər kəs (sər) əsəb xəstəliyinə düçar olsa, Hucurat surəsini yazıb özündə saxlasa, lənətlənmiş Şeytan oradan qaçar. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

115 Oxu
Surələrin Fəziləti 18.12.2024

“Fəth” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Malınızı həyat yoldaşlarınızı, və qullarınızı Fəth surəsini oxumaqla məhv olmaqdan qoruyun, və sığorta edin. Çünki hər vaxt onu oxuyan bu surəni çox oxuyan kəslərdən olsa, Qiyamət günündə Allah tərəfindən carçı bir dəstəyə elə nida edər ki, bütün camaat eşidər, o deyər: Sən mənim xüsusi bəndələrimdən olmusan, onu mənim ləyaqətli bəndə-lərimə qovuşdurun, onu həmişəlik olan Behiştə daxil edin, əl dəyməmiş və Behişt kafuruna qarışdırılmış dadlı şərbətlərlə onu sirab edin. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Fəth surəsini oxusa, mənimlə Məkkənin fəthində iştirak etmiş, kəs kimidir. Başqa bir rəvayətdə gəlib ki, O, Həzrət Məhəmmədlə (s.ə.v.v) ağacın altında beyət etmiş kəs kimdir. Ömər ibn Xəttab deyir: Səfərlərin birində Peyğəmbər-Əkrəmlə (s.ə.v.v) birlikdə idik, Həzrət buyurdu: Dünən gecə mənə elə bir surə (İnna fətəha.. axıra kimi) nazil oldu ki, dünyada və onun içindəkilərdən daha yaxşıdır. Bu rəvayəti Buxari öz səhihində (kitabında) qeyd edib. Qutadə Ənəsdən nəql edir ki, Hüdeybiyyə müharibəsindən qayıtdığımız vaxt, Həcc əməlini yerinə yetirməyimizin qarşısını aldılar. Bu hadisədən bizim hamımız çox qəmgin və narahat idik ki, gözlənilmədən Allah bunu nazil etdi. “İnna fətəhna ləkə fəthən mubinən.” Allahın Peyğmbəri (s.ə.v.v) buyurdu: Mənə elə bir ayə nazil oldu ki, nəzərimdə bütün dünyadan üstündür. Cismi (can) ağrılar üçün bu ayələri yazıb onu yuyub, suyunu için, və yaxud bunları özündə saxlayın. “İnna fətəhna ləkə fəthən mubinən. Liyəğfirə ləkəllahu ma təqəddəmə min zənbikə vəma təəxxərə və yutimmə nemətəhu ələykə və yəhduyəkə siratən mustəqimən. Və yənsurəkəl-lahu nəsrən əziəzən.” (Fəth-1-3). Şənbə günündən başlayıb, hər gün beş dəfə bu surəni oxusun, və cümə günü bunu on bir dəfə oxusun, və hər dəfə oxuyub qurtardıqdan sonra “İza caə nəsrullah”-ı bir dəfə oxusun. Axırıncı dəfəni oxuyub, Allahdan öz hacətini istəsin. (Çox təcrübə olunub). “Ya mufəttihu yəssir. Ya mufərricu səhhil.Ya mutəmmimu təmmim. Birəhmətikə ya ərhəmər-rahimin.” (Ömrünüzdə bir dəfə bu xətmi (surəni) yerinə yetirin). Ya qüsl edin qırx bir gün hər gün qırx bir dəfə oxusun. Birinci, ikinci, üçüncü, otuzuncu, qırx və qırx birinci günləri oruc tutsun. Qırx birinci gündə isə işriyyat ilə iftar edib (yemək yeyib), sədəqə versin. Yaxud Şənbə günündən başlayıb birinci gün bir dəfə, Çərşənbə axşamı günündən başlayıb birinci gün bir dəfə, ikinci gün iki dəfə, üçüncü gün üç dəfə qırx birinci günə kimi davam edib, ikinci, üçüncü, otuzuncu, və qırx birinci günləri oruc tutub, sədəqə verməyi unutmasın. Fəth surəsinin əvvəlindən “İnna fətəhna”dan başlayıb yeddinci ayəyə “Əzizən Həkimən”-ə kimi zəfəran suyu ilə bir qızın paltarına yazsan, ona ər tapılar. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

122 Oxu
Surələrin Fəziləti 17.12.2024

“Muhəmməd” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Hər kəs əlləzinə kəfəfu (Muhəmməd) surəsini oxusa, heç vaxt şəkk etməz. Onun qəlbində heç vaxt dininə aid bir şəkk-şübhə yol tapmaz. Allah heç vaxt onu yoxsulluqla, və zalım padşahdan qorxmaqla giriftar etməz. O, həmişə şəkdən və küfrüdən amandadır. Necə ki, o vəfat etdi, Allah qəbrində min mələyi onun qəbrində namaz qılmağa hazır edər və savabını onun üçün hədiyyə edərlər. Qəbirdən qaldırılanda onu Allah əzzə və cəllənin hüzuruna qədər müşayiət edərlər. İmam dayanacağında onu saxlayarlar. O Allahın və Rəsulu Məhəmmədin (s.ə.v.v) amanında (lütfü nəzərində) olacaqdır. Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kəs Muhəmməd (s.ə.v.v) surəsini oxusa, ona Behişt arxlarındna içir-tmək Allah üçün vacibdir. Əbu Bəsir imam Sadiqdən (ə) nəql edib ki, o Həzrət belə buyurdu: Hər kəs Muhəmməd (s.ə.v.v) surəsini oxusa, heç vaxt dinində şəkk olmaz, O, həmişə şirkdən və küfrüdən qorunacaq, və o halda dünyada köçəcək. Vəfatından sonra Allah min mələyi məmur edəcək ki, qəbrində namaz qılıb, savabını ona bağışlasınlar. Allaın dərgahına əmin yerə aparılana qədər onunla birlikdədirlər. O Allahın və Peyğəmbəri Məhəmmədin (s.ə.v.v) amanında olacaq. Yenə də imam Sadiq (ə) buyurdu: Hər kəs bizim və düşmənlərimizin halından xəbərdar olmaq istəyirsə, Muhəmməd (s.ə.v.v) surəsini oxuması gərəkdir. Çünki bu surəni dünyada bir ayə bizim və bir ayə düşmənlərimizin haqqında olduğunu görəcəkdir. Düşmənə zəfər (qələbə) çalmaq niyyəti ilə və həmçinin qorumamaq üçün bu surəni oxusun. Yazının tərtibndə tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

108 Oxu
Surələrin Fəziləti 17.12.2024

“Əhqaf” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Bir kəs hər gecə və yaxud həftədə bir dəfə Əhqaf surəsini oxusa, Allah onu bu dünyada qorxu və iztiraba düçar etməz, Qiyamət gününün qorxusundan da amanda qalar, inşəllah. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Əhqaf surəsini oxusa, dünyada olan qumların sayı qədər ona həsanat veriləcək, onun on pis işini (günahını) məhv edib, ona on dərəcə veriləcək. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

111 Oxu
Surələrin Fəziləti 17.12.2024

“Casiyə” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Casiyə surəsinin oxuyan kəsin savabı bundan ibarətdir ki, o heç vaxt Cəhənnəm atəşini (odunu) görməz, onun gurultulu nərəsini eşitməz və Məhmmədlə (s.ə.v.v) bir yerdə olar. Həzrəti-Rəsul (s.ə.v.v) buyurdu: Hər kəs ha-mim Casiyə surəsini oxusa, Allah hesab və Qiyamət günü onun övrətini örtər, və onun qorxmasını aradan aparar. Hər kəs bu surəni yazıb özündə saxlasa, qorxduğu bütün şeylərdən amanda qalar. Həmçinin bu surəni yazıb başının altında qoysa, cinlərin şərrindən qorunar.

110 Oxu
Surələrin Fəziləti 17.12.2024

“Duxan” surəsinin fəziləti

İmam Baqir (ə) buyurdu: Hər kəs Duxan surəsini vacibi və yaxud nafilə (müstəhəb) namazlarında oxusa, Allah onu Qiyamət günündə amanda qalmışlar zümrəsində qaldırarlar, öz ərşinin kölgəsində ona yer verər, hesabını asan çəkər, və onun əməl naməsini sağ əlinə verər. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs cümə axşamı Duxan surəsini oxusa, o, bağışlanacaqdır. Əbu Hurəyrə Allahın Rəsulundan (s.ə.v.v) nəql edir ki, Həzrət buyurdu: Hər kəs gecə Duxan surəsini oxusa, yetmiş min dəfə oxusa, yetmiş min mələk onun üçün bağışlanmaq tələb edən halda sübhü açar. Yenədə Əbu Huriyrə Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edib ki, o Həzrət belə buyurdu: Hər kəs cümə axşamı Duxan surəsini oxusa, bağışlanmış halda sübhü açar. Əbu İmamə Allahın Rəsulundan (s.ə.v.v) nəql edir ki, Həzrət belə buyurdu: Hər kəs cümə günü Duxan surəsini oxusa, Allah Behiştdə onun üçün bir ev tikəcəkdir. Hər kəs bu surəni yazıb özündə saxlasa, camaatın nəzərində heybətli olar. Hər kəs onu yazıb, yuyub suyunu içsə, söz gəzdirənin şərrindən amanda qalar. İmam Cəfər Sadiqdən (ə) nəql olunub ki, hər kəs əhəmiyyətli, və çətin işlərdən ötrü bu surəni yetmiş dəfə oxusa, hacəti rəva olar. Həmçinin hər kəs bu surəni yazıb özündə saxlasa, xalq onu sevər. Duxan surəsini yazıb, balaca uşağa bağlasan, cinlərdən və ziyanvericilərdən amanda qalar. Yazının tərtibndə tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

101 Oxu
Surələrin Fəziləti 17.12.2024

“Zuxfur” surəsinin fəziləti

İmam Baqir (ə) buyurdu: Hər kəs Zuxfur surəsini çox oxusa, o, Allahı qarşısında qalxacağı günə kimi qəbir-də Allah onun cəsədini həşaratlardan, yırtıcılardan və qəbrin sıxıntısından qoruyacaqdır. O Qiyaməki dayanacağı yerdə hazır olacaq və ozaman Zuxruf surəsi gəlib Allahın əmri ilə onu Behiştə daxil edəcək. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Zuxruf surəsini oxusa, Qiyamətdə onlara belə deyiləcək kəslərlə birlikdə olacaqdır. Ey mənim bəndələrim, bu gün qəmlənib, özünüzü qorxutmayın, siz hesab çəkilməmiş Behiştə daxil olun. Hər kəs bu surəni özündə saxlasa, hər şərdən və afətdən qorunmuş olar. Yatan zaman hər kəs bu surəni başının altına qoysa, yaxşı yuxular görəcək. Hər kəs aşağıdakı ayəni yazıb, yağış suyu ilə yusa, və acı dilli qadına yedizdirsə, Allahın izni ilə şirin dilli olar, və həmçinin bu surənin özünü də. Ayə: “La xəvfun ələykumul yəvmə vəla əntum təhzənun. Udxulul Cənnətə əntum və əzvacukum tuhbərun.” (Zuxruf 68-70). Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasında istifadə olunub.

Surələrin Fəziləti 17.12.2024

“Şura” surəsinin fəziləti

Seyf ibn Öməyrədən nəql olunub ki, imam Sadiq (ə) belə buyurdu: Hər kəs ha-mim-əyn-sin-qaf, surəsini (Şura surəsini) oxumağa davam etdirsə, Allah Qiyamət günündə onu qor üzlü kimi, (yaxud on dörd gecəlik ay kimi Allahın dərgahında dayanar, və Allah ona xitab edər ki, ey mənim bəndəm, sən bu surəni oxumağı davam etdirdin, və onun saıvabının nə qədər olduğunu bilmirdin. və savabının nə qədər olduğunu bilsəydin, heç vaxt onu oxumaqdan yorulmazdın. İndi isə səni bu surənin dəyərindən xəbərdar edəcəyəm. O zaman onu Behiştə daxil etməyin fərmanını verər. Onun üçün Behiştdə qapıları, bürcləri, və pillərinin hamısı qırmızı yaqutdan, hazırlanmış bir saray vardır. Onun (evin) içərisi, eşikdən eşiyi isə daxildən görünər. Onun üçün o sarayda (Behiştin Huri qız kənizləri) min nəfər xidmətçi qadın və min nəfər təzə ayaq açmış uşaqlar vardır ki, Allah Quranda vəsf etdikləri kimi həmişə o qəsrdə bir haldadırlar. Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edib ki, Həzrət belə buyurdu: Hər kəs ha-mim-əyn-sin-qaf (Şura) surəsini oxusa, Mələklər onlara salam göndərmş və onlar üçün bağışlanmaq və rəhmət tələb edən, şəxslərdəndirlər. Hər kəs onu yuyub yesə, az ssusuz olar. Əgər bu surəni yazıb gecə yatan zaman balışının altına qoysa, yaxşı yuxular görər. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

122 Oxu
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...