Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar
Məhərrəm ayının 3-cü günü 1-Həzrət Məhəmmədin (s) islama dünəvi çağırışı günü 2-Həzrət Hüseynin (s) Kufə camaatına məktubu 3-Ömər ibn Sədin qoşunun Kərbəla diyarına daxil olması 4-Kərbəla torpağının bir qisminin imam Hüseyn (ə) tərəfindən alınması 1-Həzrət Məhəmmədin (s) islama dünyəvi çağırışı günü İslam, Mədinə və onun ətrafında bərqərar olduqdan sonra hicri təqvimi ilə 7-ci il, məhərrəm ayının üçü, bütün dünyanı islamın zühura gəlməsi xəbəri və dünyanı bu dinə dəvət etmək məqsədi ilə müxtəlif ölkəlrin Şah və imperatorlarına məktub göndərmklə rəsmi olaraq o dinə dəvət etməyə başladı. Tarixçilər o məktubların sayının 12 – 26 aralarında oduğunu yazırlar. (“Lühuf”, səh. 97- “Feyzül-əllam”, səh. 142) 2-Həzrət Hüseynin (s) Kufə camaatına məktubu Məhərrəmin 2-ci günü, imam Hüseyn (ə) kufəlilərin yazdığı məktublara cavab yazıb. Məktubda onların dönə-dönə dəvət və yazılarını xatırladaraq beyətlərində sadiq qalmalarınını o həzrət kömək etmələrini istədi. Həzrət, Qeys ibn Müsəhhər Seydaviyə göstəriş verdi ki, məktubu Kufəyə çatdırsın. Lakin məmurlar yolda onu həbs edib şəhadətə çatdırdılar. (“Əl-irşad”, c. 2, səh. 37- “Biharül-ənvar”, c.44 səh, 381) 3-Ömər ibn Sədin qoşunun Kərbəla diyarına daxil olması Hürr ibn Yəzid, imam Hüseyn (ə) və onun köməkçilərini Kərbəladə mühasirəyə alıb onların Kufəyə tərəf getməsinin qarşını adlıqdan sonra, Übeydullah ibn Ziyad, Yezidin qoşunun başçılığını Ömər ibn Sədə tapşırdı. Ömər ibn Səd, hicri təqvimi ilə 61- ci il, cümə günü, məhərrəm ayının 3 – də altı və ya doqquz min nəfər döyüş qüvvəsi ilə Kərbəlayə varid oldu. (“Əl-irşad”, c. 2, səh. 84 – Məaliul-Sibtəyn, c. 1, səh.301) 4-Kərbəla torpağının bir qisminin imam Hüseyn (ə) tərəfindən alınması Hicri təqvimi ilə 61- ci il, cümə günü, məhərrəm ayının 3 – də, imam Hüseyn (ə), hazırda pak məzarnın yerləşdiyi torpaq sahəsini 60 min dirhəmə, Neynəva və Qazəriyə əhalisindən alıb onlarla şərtləşdi ki, onların qəbrini ziyarət etmək istəyən zəvvarlara yolu göstərib onları üç gün qonaq etsinlər. (Məcməül-bəhreyn, c.5, səh. 461, “Kərbəl” bölməsi).
Məhərrəm ayının 2-ci günü Həzrət Hüseyn (ə) karvanının Kərbəlaya daxil olması Məşhur rəvayətə görə hicri təqvimi ilə 61-ci ildə həzrət Seyidüş-şühəda (ə) öz Əhli-beyt (ə) və əshabı ilə birkikdə Kərbəlaya çatdı. Rəvayətə əsasən həzrətin atı daha hərəkət etməyıb dayandı. Həzrət Hüseyn (ə) “bu məntqənin adı nədir” deyə soruşdu. Dedilər: “Qaziriyə”. Buyurdu: “Başqa adı yoxdur?” Dedilər:” Şatül-furat”. Həzrət (ə) başqa adı haqqında soruşdu: Dedilər: Kərbəla. O zaman həzrət ürəkdən bir ah çəkib ağladı və buyurdu: “Əllahummə əzuzu bikə min-əl-kərbi vəl-bəla, And olsun Allaha! Bura Kərbəla torpağıdır. Allaha and olsun, bu məkanda bizimlə olan kişiləri öldürəcəklər, arvad-uşaqlarımızı əsir aparacaqlar..Ey comərdlər, (atlardan yerə) enin ki, bizim qəbrlərimizin yeri burdadır.
İnsafsızlıq Məşhəddə Həzrət İmam Rzanın(ə) hərəminin ətrafında dükan sahiblərindən biri dövrünün müctəhidlərindən olan mərhum Ayətullah Milaninin (1892-1975) hüzuruna gələrək ondan bir məsələ soruşur. Deyir ki, Ağa, mən hərəmin ətrafında dükan sahibiyəm. Bəzi xüsusi günlər bildiyiniz kimi ziyarətçilər çox olur. Mən də həmin günlər dükandakı malların qiymətini qaldırıram. Bu iş haram deyil ki? Ayətullah Milani cavab verir ki, bu iş insafsızlıqdır. Həmin tacir haram cavabını almadığı üçün əllərini sinəsinə qoyaraq xoşhal halda oradan aralaşanda Ayətullah Milani əlilə işarə edir ki, geri qayıtsın. O tacir yenidən yaxınlaşanda Ayətullah Milani ondan Kərbəla vaqiəsini bilirsənmi deyə soruşur. Tacir cavab verir ki, bəli bilirəm. Ayətullah Milani deyir eşitmisən də, İmam Hüseyn (ə) susuzluqdan yananda Ömər bin Səəddən su istəyir və Ömər bin Səəd su vermir ona? Tacir deyir bəli ağa, eşitmişəm. Ayətullah Milani deyir: Ömər bin Səədin gördüyü həmin iş də insafsızlıq idi. t.me/mirmehemmed_beshir
“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi (ə) gülərüz görməzdi. O həzrət daim matəm və hüzn içində olardı. 1. Oruc tutmaq; İslam Peyğəmbərindən (s) belə nəql olunur: “Məhərrəm ayında bir gün oruc tutan şəxsə otuz günün orucunun savabı verilər.” Əli ibn İbrahim öz atasından, o da Rəyyan ibn Şəbibdən belə nəql edir: Məhərrəm ayının birinci günü imam Rzanın (ə) hüzuruna getmişdim. Həzrət mənə buyurdu: “Ey Şəbibin oğlu! Bu gün oruc tutubsanmı?” Dedim: “Xeyr!” Həzrət buyurdu: “Bu gün elə bir gündür ki, Zəkəriyya peyğəmbər Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak övlad əta et ki, həqiqətən, Sən duanı eşidənsən.” Allah-Taala Zəkəriyya peyğəmbərin duasını qəbul etdi. O, ibadət mehrabında namaz qılıb, raz-niyazla məşğul olarkən mələklər ona müraciət edib dedilər: “Allah səni Yəhya (adlı bir övlad) ilə müjdələyir.” “Ey Şəbibin oğlu! Hər hər kim bu günü (Məhərrəm ayının birinci günü) oruc tutub Allahdan istək və hacətlərini diləsə, Allah-Taala Zəkəriyyanın duasını qəbul etdiyi kimi, onun da istək və hacətlərini qəbul edər.” Sonra imam Rza (ə) buyurdu: “Məhərrəm bir aydır ki, keçmişdə cahillik dövrünün insanları bu aya ehtiram edərək döyüşü tərk edir, hətta onu haram bilirdilər. Amma bu ümmət bu ayın, eləcə də, öz Peyğəmbərinin (s) ehtiramını saxlamadılar. Bu ayda onun övladını qətlə yetirdilər, əhli-əyalını və qadınlarını əsir tutdular, onların xeymələrinə od vurdular. Allah onları heç zaman bağışlamasın! Ey Şəbibin oğlu! Əgər birinə ağlamaq istəsən, Hüseyn ibn Əliyə (ə) ağla…!” (“Amalul-vaizin”, Seyid İbrahim Hüseyni Leylabi, 2-ci cild, səh. 32-33.) 2. İmam Rzadan(ə) nəql olunur ki, İslam Peyğəmbəri (s) Məhərrəm ayının ilk günü iki rükət namaz qılar və namazdan sonra əllərini göyə qaldırıb üç dəfə bu duanı oxuyardı: اللَّهُمَّ أَنْتَ الْإِلَهُ الْقَدِيمُ وَ هَذِهِ سَنَةٌ جَدِيدَةٌ فَأَسْأَلُكَ فِيهَا الْعِصْمَةَ مِنَ الشَّيْطَانِ وَ الْقُوَّةَ عَلَى هَذِهِ النَّفْسِ الْأَمَّارَةِ بِالسُّوءِ وَ الاشْتِغَالَ بِمَا يُقَرِّبُنِي إِلَيْكَ يَا كَرِيمُ يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ يَا عِمَادَ مَنْ لا عِمَادَ لَهُ يَا ذَخِيرَةَ مَنْ لا ذَخِيرَةَ لَهُ يَا حِرْزَ مَنْ لا حِرْزَ لَهُ يَا غِيَاثَ مَنْ لا غِيَاثَ لَهُ يَا سَنَدَ مَنْ لا سَنَدَ لَهُ يَا كَنْزَ مَنْ لا كَنْزَ لَهُ يَا حَسَنَ الْبَلاءِ يَا عَظِيمَ الرَّجَاءِ يَا عِزَّ الضُّعَفَاءِ يَا مُنْقِذَ الْغَرْقَى يَا مُنْجِيَ الْهَلْكَى يَا مُنْعِمُ يَا مُجْمِلُ يَا مُفْضِلُ يَا مُحْسِنُ أَنْتَ الَّذِي سَجَدَ لَكَ سَوَادُ اللَّيْلِ وَ نُورُ النَّهَارِ وَ ضَوْءُ الْقَمَرِ وَ شُعَاعُ الشَّمْسِ وَ دَوِيُّ الْمَاءِ وَ حَفِيفُ الشَّجَرِ يَا اللَّهُ لا شَرِيكَ لَكَ اللَّهُمَّ اجْعَلْنَا خَيْرا مِمَّا يَظُنُّونَ وَ اغْفِرْ لَنَا مَا لا يَعْلَمُونَ وَ لا تُؤَاخِذْنَا بِمَا يَقُولُونَ حَسْبِيَ اللَّهُ لا إِلَهَ إِلا هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَ هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ آمَنَّا بِهِ كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا وَ مَا يَذَّكَّرُ إِلا أُولُوا الْأَلْبَابِ رَبَّنَا لا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَ هَبْ لَنَا مِنْ لَدُنْكَ رَحْمَةً اِنَّكَ أَنْتَ الْوَهَّابُ Duanın oxunuşu Əllahummə əntəl ilahul qədim, və hazihi sənətun cədidəh, fəəs`əlukə fihəl ismətə minəş şəytan, vəl quvvətə əla hazihin nəfsil əmmarəti bis sui vəl iştiğal, bima yuqərribuni iləykə ya kərim, ya zəl cəlali vəl ikram, ya imadə mən la imadə ləh, ya zəxirətə mən la zəxirətə ləh, ya hirzə mən la hirzə ləh, ya ğiyasə mən la ğiyasə ləhu ya sənədə mən la sənədə ləh, ya kənzə mən la kənzə ləh, ya həsənəl bəlai ya əzimər rəca, ya izzəz zuəfai ya munqizəl ğərqa, ya munciəl həlka, ya mun`imu ya mucmilu ya muhsin, əntəlləzi səcədə ləkə səvadul ləyli və nurun nəhari və zəv`ul qəməri və şuauş-şəmsi və dəviyyul ma, və həfifuş şəcəri ya Əllahu la şərikə lək, Əllahumməc`əlna xəyrən mimma yəzunnun, vəğfir ləna ma la yə`ləmun, və la tuaxizna bima yəqulun, həsbiyəllahu la ilahə illa hu, ələyhi təvəkkəltu və huvə rəbbul ərşil əzim, amənna bihi kullu min indi rəbbina, və ma yəzzəkkəru illa ulul əlbab, rəbbəna la tuziğ qulubəna bə`də iz hədəytəna, və həb ləna min lədunkə rəhməh, innəkə əntəl vəhhab. Duanın tərcüməsi İlahi, əzəli məbud Sənsən və bu da yeni ildir! Bu yeni ildə Səndən istəyirəm ki, məni şeytandan qoruyasan, daim günah və pisliklərə əmr edən bu nəfsə qüvvət verib məni Sənə yaxınlaşdıran əməllərlə məşğul edəsən, ey kərim Allah, ey calal və kəramət sahibi, ey çarəsizlərin dayağı, ey ehtiyatı olmayanların ehtiyatı, ey pənahı olmayanların pənahı, ey fəryada yetəni olmayanların fəryadına yetən, ey dayağı olmayanların dayağı, ey xəzinəsi olmayanların xəzinəsi, ey imtahanı gözəl olan, ey böyük ümid yeri, ey gücsüzləri ucaldan, ey boğulanlara nicat verən, ey həlak olanları xilas edən, ey nemət verən, ey gözəllik verən, ey artıran, ey yaxşılıq edən! Sən elə bir məbudsan ki, gecənin qaranlığı, gündüzün aydınlığı, ayın işığı, günəşin şüası, suyun şırıltısı və ağacların xışıltısı Sənə səcdə etdi. Ey Allah, Sənin şərikin yoxdur! İlahi, bizi insanların güman etdiklərindən yaxşı qərar ver, onların bilmədikləri pisliklərimizi bağışla və bizi onların dedikləri əsasında cəzalandırma! Allah bizə bəs edər. Ondan başqa heç bir tanrı yoxdur. Mən Ona təvəkkül edirəm və O, böyük ərşin Rəbbidir. Mən Ona iman gətirmişəm və hə nə varsa, Rəbbimiz tərəfindəndir. Bunu ancaq ağıllı adamlar dərk edərlər! Ey Rəbbimiz, bizi hidayət etdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma, bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət və nemət) bəxş edənsən! (Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Məhərrəm ayının əməlləri” bölümü.)
Zil-hiccə ayının 24-ü “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında şərik olduğunu iddia edən Nəcran xristianları ilə mübahisəsi nəticə vermədikdə, “Ali-İmran” surəsinin 61-ci ayəsi nazil oldu: فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ “(Ya Peyğəmbər!) Hər kəs (İsa barəsində) sənə elm gəldikdən sonra səninlə mübahisə etsə, onlara de: “Gəlin biz də oğullarımızı, siz də oğullarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib (yalvarıb qarğış edərək) yalançılara Allahdan lənət istəyək.” Bu ayə nazil olduqdan sonra Peyğəmbəri-Əkrəm (s) Nəcran xristianlarını mübahiləyə çağırdı və təyin olunan gün (mübahilə günü) Peyğəmbəri-Əkrəm (s) Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseynlə (ə) birlikdə xristianların qarşısına çıxdı. Xristianlar Peyğəmbəri-Əkrəmin (s) az sayda (yəni öz yaxınları və sevdikləri ilə) mübahiləyə gəldiyini görüb o həzrətin haqq olduğunu düşündülər, mübahilə etməkdən qorxub sülh edərək cizyə (vergi) verməyə razılaşdılar. İslamın qələbə çaldığı bu şərəfli gününün özünəməxsus bir neçə əməli var: 1. Qüsl etmək (Mübahilə gününün qüslü niyyətilə); 2. Oruc tutmaq; 3. Günorta azanından öncə iki rükət namaz qılmaq: belə ki, hər rükətdə “Həmd” surəsindən sonra on dəfə “İxlas” surəsi, on dəfə “Ayətül-kürsi” və on dəfə “Qədr” surəsi oxunmalıdır. (“Ayətül-kürsü”nü “Hum fiha xalidun” ayəsinə qədər oxumaq tövsiyə olunur və bu namaz ”Qədir-Xum” bayramı gününə məxsus namazla eynidir.) 4. “Mübahilə” gününün namazından sonra yetmiş dəfə “istiğfar” etmək (tövbə edib Allahdan günahların bağışlanmasını diləmək); 5. Ramazan ayının “Səhər” duasına oxşar olan “Mübahilə” duasını oxumaq: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ بَهَائِكَ بِأَبْهَاهُ وَ كُلُّ بَهَائِكَ بَهِيٌّ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِبَهَائِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ جَلالِكَ بِأَجَلِّهِ وَ كُلُّ جَلالِكَ جَلِيلٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِجَلالِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ جَمَالِكَ بِأَجْمَلِهِ وَ كُلُّ جَمَالِكَ جَمِيلٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِجَمَالِكَ كُلِّهِ… Oxunuşu: Əllahummə inni əs`əlukə min bəhaikə biəbhahu, və kullu bəhaikə bəhiyy. Əllahummə inni əs`əlukə bibəhaikə kullih. Əllahummə inni əs`əlukə min cəlalikə biəcəllihi, və kullu cəlalikə cəlil. Əllahummə inni əs`əlukə bicəlalikə kullih. Əllahummə inni əs`əlukə min cəmalikə biəcməlihi, və kullu cəmalikə cəmil. Əllahummə inni əs`əlukə bicəmalikə kullih… Tərcüməsi: İlahi, Sənin Öz nurlu dərəcələrinin nuraniyyətinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, onun bütün dərəcələri nuranidir. İlahi, Sənin nuraniyyətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin şövkətinin ən ali dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin şövkətinin bütün dərəcələri alidir! İlahi, Sənin şövkətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin camalının ən ali dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin camalının bütün dərəcələri alidir! İlahi, Sənin camalının bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm… 6. Yoxsullara yardım etmək və sədəqə vermək; 7. “Camiə Kəbirə” ziyarətnaməsini oxumaq. (Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Zilhiccə ayının əməlləri” bölümü.)
Meysəm Təmmar kimdir? Meysəm Yəhyanın oğlu idi. Onlar İraq və İranın arasında yerləşmiş Nəhrəvan məntəqəsindən idilər. Bəziləri Meysəmi iranlı hesab etmişlər. Ona Əbu-Salim də deyərdilər. Meysəm əvvəlcə bəni-Əsəddən olan bir qadının qulamı idi. Həzrət Əli (ə) onu həmin qadından alıb, azad etdi. Meysəm həzrət Peyğəmbərin səhabələrindən sayılır. O, Kufədə xurma satdığı üçün ona “təmmar”, yəni “xurma satan” ləqəbi verilmişdi. Meysəmin özünün fədakar və pak müsəlman olması ilə yanaşı, onun ailəsi də şiə böyüklərindən sayılırdı. Onun altı oğlu vardı. Oğlanları və çoxsaylı nəvələri də öz ata-babaları kimi Əhli-Beyt (ə)yoluna sədaqətli idilər. Bir çox ravilərin hədislərində adı çəkilən bu insanlar İmamların (ə) vilayət və rəhbərliyinə etiqadlı idilər. Həzrət Əli (ə) Meysəm haqqında əsasən həzrət Peyğəmbərdən (s) eşitmişdi. Meysəm də elə əvvəldən Əhli-Beyt (ə) aşiqi idi. Amma həzrət Əlinin (ə) Meysəmlə ilkin görüşü onun xilafəti dövründə baş vermişdir. Elə həmin görüşdən sonra da həzrət (ə) Meysəmi azad etmək qərarına gəlmişdir. Nəhayət, həzrətin (ə) qərarı ilə Meysəm qulamlıqdan azad olunmuşdur. Həzrət Əli (ə) Meysəmlə ilk görüşündə ondan soruşur: “Adın nədir? Meysəm cavab verir: “Salim.” Həzrət buyurur: “Peyğəmbərdən (s) eşitmişəm ki, atan sənin adını Meysəm qoymuşdur. Həmin adına qayıt və Kunyən Əbu Salim olsun.” Meysəm dedi: “Allah, onun Rəsulu (s) və Əmirəl-Möminin (ə) haqqı deyirlər.” Meysəmin Həzrət Əli (ə) ilə tanışlığı onun üçün böyük bir səadət idi. Bu görüşdən sonra Meysəm Əli məktəbinə qədəm qoydu və qəlb pəncərələrini ələvi məarifinə açdı. O öz təşnə ruhunu həzrətin (ə) bilikləri ilə sirab etdi. Həzrət Əli (ə) də Meysəmin ruhi istedadını, agahlığını görüb, onu bir çox sirlərlə tanış etdi. Meysəm Həzrət Əlidən (ə) Quran təfsirini öyrəndi. O Əmirəl-Möminindən (ə) öyrəndiyi məlumatlar əsasında bir kitab tərtib etdi. Bu kitabı sonradan oğlu nəql etmişdir. Ona görə də Meysəm şiə müəlliflərindən biri hesab olunur. Həzrət (ə) onu öz sirləri, gələcəkdə baş verəcək hadisələrlə tanış etmişdi. Meysəm bu məlumatlardan bir qismini xalqa bildirmişdi. İnsanların aqibətindən, gələcəkdə baş verəcək hadisələrdən danışan bu elm “elme-əcəl” və ya “elme-mənaya və bəlaya” adlanır. Məsum İmamlar (ə) bu bilikləri yalnız hazırlığı, istedadı, tutumu olan, sirr saxlamağı bacaran insanlara etibar etmişlər. Meysəmin bilikləri o qədər fövqəladə olmuşdur ki, hətta bəzi nadanlar onu yalançı da hesab etmişlər. Bir gün Əbu-Bəsir İmam Sadiqə (ə) ərz edir: “Nə üçün mənə elm öyrətmək istəmirsiniz?!” İmam (ə) buyurur: “Hansı elmi?” Əbu-Bəsir deyir: “Əmirəl-Möminin (ə) Meysəmə öyrətdiyi elmi deyirəm.” İmam (ə) buyurur: “ Sən ki, Meysəm deyilsən. Məndən eşitdiyin bir mətləbi kimsəyə demədiyin hal olubmu?” Əbu-Bəsir ərz etdi: “Xeyr, ey Peyğəmbər (s) övladı!” İmam (ə) buyurdu: “Demək, həmin elmləri sirr olaraq saxlaya bilməzsən!” İmamların (ə) Meysəmə münasibətini onların Meysəm haqqındakı buyuruqlarından və onunla rəftarlarından öyrənmək olar. Həzrət Əli (ə) və Meysəm arasındakı səmimi münasibət onların bağlılığının möhkəmliyindən danışır. Həzrət (ə) hətta Meysəmin xurma dükanına gedər, bu dükanda onunla söhbət edər və ona dini məarif öyrədərdi. Yuxarıda deyilənlər Həzrət Əli (ə) ilə Meysəm arasındakı dərin, səmimi münasibətin təzahürüdür. Həzrət Əli (ə) hökumət başçısı olduğu halda Meysəmin dükanında oturub xurma satır! Başqa məqamlarda da Meysəmin Həzrət Əli (ə) ilə mənəvi yaxınlığı müşahidə olunur. Meysəm Həzrət Əlinin (ə) dua məqamlarında Kumeyl kimi şəxsiyyətlərlə yanbayan əyləşir. O, həzrətin (ə) Allahla razniyaz etdiyi irfani gecələrin şahididir. Meysəm Əlinin (ə) sirlərinə məhrəm idi. O, həzrətin (ə) xəlvəti dualarının, İlahi ruhunun təcəllasının şahidi idi. Ona həm Əli (ə), həm də İmam Həsənlə (ə) İmam Hüseyn (ə) ehtiramla yanaşar, eləcə də sonrakı İmamlar (ə) onun İlahi şəxsiyyətini xatırlayardılar. Bir dəfə Meysəm Mədinədə həzrət Peyğəmbərin (s) həyat yoldaşı Ümmü-Sələmə ilə rastlaşır. Ümmü-Sələmə ona deyir: “Ey Meysəm, Hüseyn (ə) daim sənin haqqında danışır.” Başqa bir hədisdə İmam Baqir (ə) buyurur: “Mən Meysəmi çox sevirəm.” İmam Sadiq (ə) Meysəmə salam göndərərək, onun uca məqamı haqqında xoş sözlər deyir. Meysəmin oğlu Saleh deyir: İmam Baqirə (ə) ərz etdim ki, mənə bir hədis söyləsin. İmam (ə) soruşdu: “Məgər atandan hədis öyrənməmisən?” Bildirdim ki, həmin vaxtlar körpə olmuşam…” İmam Baqir (ə) öz cavabı ilə Meysəmin elmi məqamına işarə etmişdir. Həzrət (ə) belə hesab edir ki, Meysəmin oğlu hədis eşidib-öyrənməyə ehtiyacsız da ola bilər. Şəhadət xəbəri Ölümü bu dünyadan daha geniş bir aləmə keçid bilən, imanı haqq və əməli saleh olan insan üçün ölüm böyük bir səadətdir. Belə insanlar ömürlərini şəhadətlə başa vurmaqdan böyük bir zövq alırlar. Bəli, dünya həyatını şəhadətlə başa vuranlar salehlərin, peyğəmbərlərin, Allah razılığının civarında əbədi həyat tapırlar. Meysəm öz şəhadət xəbərini mövlası Əlidən (ə) eşitmişdi. İmam (ə) Meysəmə dedi: “Bir gün bəni-Üməyyənin çirkin oğlu Übeydullah İbn Ziyad mənə lənət söyləməyini tələb edəndə nə edəcəksən?” Meysəm dedi: “Xeyr, and olsun Allaha, heç vaxt belə etmərəm!”İmam (ə) buyurdu: “Bu halda səni dardan asıb, öldürəcəklər.” Meysəm ərz etdi: “Səbr edəcəyəm. Allah yolunda belə bir əziyyət çətin deyil.” Həzrət Əli (ə) bu barədə Meysəm Təmmara bir neçə dəfə xəbər vermişdi. Meysəm də öz növbəsində vəd olunmuş qırmızı milada hazırlaşırdı. Meysəm belə bir uca ruh və şəhadət sevgisi ilə haqq və vilayət hərimini müdafiə edirdi. Həzrət Əlinin (ə) şəhadətindən sonra arabir onun ziyarətinə gəlirdi. Kufə və Mədinə əhli Meysəmin söhbətlərini həvəslə dinləyərdilər. Harada Meysəm Həzrət Əlinin (ə) fəzilətlərindən danışsaydı, həmin yerdə düşmənin həzrətə (ə) qarşı təbliğatları nəticəsiz qalardı. Meysəmin övladlarından biri olan Saleh nəql edir ki, atam dedi: “Bir gün bazarda idim. Həzrət Əlinin (ə) yaxınlarından biri olan Əsbəğ ibn Nəbatə mənə yaxınlaşdı və heyrət içində dedi: “Ey vay, Meysəm! Əmirəl-Möminin (ə) haqqında çox ağır sözlər eşitdim.” Soruşdum ki, nə eşitdin? O dedi: “Danışırdılar ki, Əhli-Beytin (ə) hədisləri və buyuruqları çox ağırdır. Guya, bu buyuruqlara Allahın müqərrəb mələklərindən, peyğəmbərlərdən (s) və övliyalardan savayı kimsə əməl etmək gücündə deyil. Guya, həmin buyuruqları dərk etmək mümkünsüzdür.” Mən dərhal qalxıb, Həzrət Əlinin (ə) yanına getdim və Əsbəğdən eşitdiklərimi ona danışdım. Həzrət (ə) gülümsəyib buyurdu: “Otur! Ey Meysəm! Hər elm sahibi elm yükünü çəkə bilirmi?! Allah mələklərə yer üzündə canişin yaratmaq istədiyini dediyi vaxt mələklər onun fəsad törədib, qan tökəcəyini dəlil gətirərək etiraz etdilər. Həzrət Peyğəmbər (s) Qədir-Xum günü mənim əlimi qaldırıb buyurdu: “Pərvərdigara! hər kəsin mən ağasıyamsa, Əli də onun ağasıdır.” Allah zərrəcə nəzərini çəkən kimi çoxları bu sözə əməl etmədi. Müjdə olsun sizə, Peyğəmbərin (s) buyuruqlarına əməl etdiniz və ona vəfalı oldunuz. Allah sizə, mələklərə və peyğəmbərlərə vermədiyi imtiyaz verdi. Qorxub çəkinmədən, bizim fəzilətlə-rimizdən xalqa danışın.” Həzrət Əlinin (ə) fəzilətlərindən danışmaq günah hesab edildiyi bir dövrdə Meysəm həzrətin (ə) məqamından danışar, onun buyuruqlarını xalqa çatdırardı. Meysəm yaxşı bilirdi ki, mövlasının şəhadətindən sonra onu xurma ağacından asacaqlar. Həzrət (ə) ona bu ağacı da göstərmişdir. Bəzən bu ağacın yanından keçərkən həzrət (ə) ona buyurardı: “Ey Meysəm! Sənin sonralar bu ağacla macəran olacaq. Bu xurma ağacını dörd yerə bölüb dördüncü hissəsindən səni asacaqlar.” Meysəm tez-tez bu ağacın yanına gəlib, onun kənarında namaz qılardı və deyərdi: “Mübarək olsun, ey xurma! Məni sənin üçün yaradıblar, sən mənim üçün göyərmisən.” Meysəm daim bu ağaca tamaşa edərdi. İbn Ziyad Kufə hakimi olduğu vaxt şəhərə daxil olanda əlindəki bayraq həmin xurma ağacına ilişdi və sındı. İbn Ziyad bu işi özü üçün pis əlamət hesab etdi və göstəriş verdi ki, ağacı kəssinlər. Onu bir dülgər alıb, dörd yerə böldü. Meysəm oğlu Salehə dedi: “Mənim və atamın adını həmin xurma ağacına həkk et!” Saleh deyirdi: “Atamın adını ağacın üstünə yazdım. İbn Ziyad atamı dardan asandan bir neçə gün sonra gördüm ki, bu atamın adını yazdığım həmin ağacdır!…”