Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Alimlərdən sitatlar 23.02.2025

Ölülərin səsini heyvanlar da eşidir

Ölülərin səsini heyvanlar da eşidir Həzrət Peyğəmbər (s) buyurur: إنَّ المَوتَى ليُعذَّبونَ في قبورِهِم (عذابا)، حتَّى إنَّ البهائمَ لتسمعُ أصواتَهُم “Həqiqətən, ölülər qəbirlərində (elə bir) əzaba məruz qalarlar ki, hətta heyvanlar belə onların (fəryad) səslərini eşidər.” – (Albani, “Səhihul-cameus-səğir və ziyadətuhu”, hədis:3741 (əl-Məktəbətul-İslami, Beyrut, 1408 hq, ç.3). Oxşar bir hədis buyurur: يُعَذَّبُونَ فِي قُبُورِهِمْ عَذَابًا تَسْمَعُهُ الْبَهَائِمُ Həzrət Peyğəmbər (s) başqa bir hədisə buyurur: لَولا أن لا تَدافَنوا لَدَعَوتُ اللهَ أن يُسمِعَكُم مِن عَذابِ القَبرِ “Əgər (dəhşətdən) bir-birinizi dəfn etməyəcəyinizdən qorxmasaydım, qəbir əzabından [bəzi səsləri] sizə də eşitdirməsi üçün Allaha dua edərdim.”  (Heysəmi, “Məcməuz-zəvaid”, c.3, s.56, hədis:4291). Bu hədis “Sahih-i Müslim” (Kitabul-Cənnə, hədis 2868 – Zeyd ibn Sabit və Ənəs ibn Malikdən) və Əhməd ibn Hənbəlin “Müsnəd”ində və Nəsainin “Sünən”ində eyni sözlərlə qeyd olunmuşdur. P.S: məntiqi nəticə: Ölülərin axirət aləmində fəryad etmələri üçün dilləri varsa, deməli eşitmək üçün qulaqları da var. Əgər onların səsini heyvanlar eşidirsə və lazım gələrsə, peyğəmbər (s) bizə də eşitdirə bilərdisə, deməli, onlar da bu dünyada baş verənləri icazəli olduqları halda görə və eşidə bilirlər. Belə isə Allahın yanında sevimli olan şəxslərin və saleh insanların qəbrinə ziyarətə getməyin, onlara salam verməyin və onlardan dua etmələrini xahiş etməyin heç bir problemi yoxdur. Çünki onlar Allah yanında uca məqam sahibdirlər, bizi görür və eşidir, arzularımızı Allaha çatdırır və qəbulu üçün dua edirlər. @mirmehemmed_beshir

Arşdırmalar 23.02.2025

Həzrət Rüqəyyənin (ə) həyatı və şəhadəti

Həzrət Rüqəyyənin (ə) həyatı və şəhadəti Mənbə: Şeyx Abbas Qummi, Müntəhəl-Amal; Məhəmməd Baqir Məclisi, Biharül-Ənvar, c. 45; Seyid ibn Tavus, əl-Lühuf fi Qətlə’t-Tufuf. İmam Hüseynin (ə) kiçik qızı Həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində atası ilə birlikdə Kərbəlaya səfər etmişdir. Bəzi rəvayətlərə əsasən, Həzrət Rüqəyyə (ə) şəhadətə yetdiyi zaman üç-dörd yaşında idi və hicri-qəməri 61-ci ilin Səfər ayının 5-də Şam şəhərində əsirlikdə ikən şəhadətə çatmışdır. Onun Dəməşq şəhərində yerləşən müqəddəs məqbərəsi şiələrin məşhur ziyarətgahlarındandır. Həzrət Rüqəyyənin (ə) şəhadəti Mənbə: İmadəddin Təbəri, Kamil Bəhai, c. 2, s. 179–181; Şeyx Abbas Qummi, Nəfəsül-Məhmum; Məhəmməd Baqir Məclisi, Biharül-Ənvar, c. 45. İmam Hüseynin (ə) kiçik qızı Rüqəyyə (ə) Şam şəhərində Yezidin zindanında ikən gecələrin birində yuxuda atasını görür. Yuxudan oyandıqdan sonra atasını yanında görmədikdə ağlamağa başlayır və deyir: «Atam haradadır? Mənim atamı gətirin». Nə qədər təsəlli versələr də, sakitləşmir. Əhli-beyt (ə) əsirləri də onun naləsinə qoşularaq ağlayırlar. Mənbə: İmadəddin Təbəri, Kamil Bəhai, c. 2, s. 179–181; Məhəmməd Baqir Məclisi, Biharül-Ənvar, c. 45. Rəvayətə görə, Yezid hadisədən xəbər tutduqda İmam Hüseynin (ə) mübarək başının Həzrət Rüqəyyənin (ə) yanına aparılmasını əmr edir. Balaca Rüqəyyə (ə) atasının başını bağrına basır, onunla dərdləşərək deyir: «Atacan! Kaş mən sənə fəda olaydım və sənin mübarək saqqalının qana boyandığını görməyəydim». O qədər ağlayır ki, huşunu itirir və az sonra şəhadətə çatır. Mənbə: Molla Məhəmməd Təqi Sepihr, Nasixut-Təvarix; Şeyx Abbas Qummi, Nəfəsül-Məhmum. Həzrət Rüqəyyənin (ə) qüslü tamam olduqdan sonra onu əsirlikdə köhnəlmiş öz köynəyi ilə kəfən edib Şam xarabalığında dəfn edirlər. Mənbə: Nasixut-Təvarix (sonrakı tarix mənbələri). Həzrət Rüqəyyə (ə) dəfn olunan gecə Həzrət Ümmü-Gülsüm çox ağlayırdı. O deyirdi ki, keçən gecə Rüqəyyə (ə) ona belə demişdi: «Bibican! Bu şəhərdə mənim kimi əsir olan başqa uşaq varmı? Nə üçün bizə çörək və su vermirlər?» Mədinədə Həzrət Rüqəyyəyə (ə) əza məclisi Mənbə: Şeyx Abbas Qummi, Nəfəsül-Məhmum; Şeyx Müfid, əl-İrşad. Əhli-beyt (ə) əsirləri Şamdan Mədinəyə qayıtdıqdan sonra matəm məclisləri təşkil etdilər. Onların qəm və kədəri o qədər böyük idi ki, uzun müddət normal həyatlarına qayıda bilmədilər. Mənbə: İbn Quləveyh, Kamilüz-Ziyarat; Məhəmməd Baqir Məclisi, Biharül-Ənvar, c. 46; Şeyx Abbas Qummi, Nəfəsül-Məhmum. Seyid ibn Tavus İmam Sadiqdən (ə) nəql edir ki, İmam Zeynəlabidin (ə) atasının müsibətinə qırx il ağladı. Hər dəfə qarşısına su və ya yemək gətiriləndə buyururdu: «قُتِلَ ابْنُ رَسُولِ اللَّهِ جَائِعًا، قُتِلَ ابْنُ رَسُولِ اللَّهِ عَطْشَانًا» «Allah Rəsulunun (s) oğlunu ac öldürdülər, Allah Rəsulunun (s) oğlunu susuz öldürdülər.» Bu sözləri deyərək göz yaşları su və yeməyə qarışana qədər ağlayardı. Mənbə: Molla Məhəmməd Təqi Sepihr, Nasixut-Təvarix, s. 507. Mədinə əhalisi hər gün Əhli-beytin (ə) evinə gələrək başsağlığı verirdi. Həzrət Zeynəb (ə) Kərbəla, Kufə və Şam hadisələrini danışarkən Həzrət Rüqəyyəni (ə) xatırlayır və buyururdu: «Amma Şamın xarabasında Rüqəyyənin şəhadəti belimi bükdü.»

Könül oxşayan Hədislər 23.02.2025

Sizə kişilərin ən pisindən xəbər verimmi?

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: أَلاَ أُخْبِرُكُمْ بِشِرَارِ رِجَالِكُم “Sizə kişilərin ən pisindən xəbər verimmi?” Dedilər: بَلَى يَا رَسُولَ اَللَّهِ “Bəli, ey Allahın Rəsulu!” Həzrət buyurdu: إِنَّ مِنْ شِرَارِ رِجَالِكُمُ اَلْبَهَّاتَ اَلْجَرِيءَ اَلْفَحَّاشَ اَلْآكِلَ وَحْدَهُ وَ اَلْمَانِعَ رِفْدَهُ وَ اَلضَّارِبَ عَبْدَهُ وَ اَلْمُلْجِئَ عِيَالَهُ إِلَى غَيْرِهِ “Həqiqətən, siz kişilərin ən pisi (bu xüsusiyyətlərə sahib olanlardır): 1. böhtançı; 2. söyüşcül; 3. tək-tənha yemək yeyən; 4. yaxşılığını əsirgəyən; 5. köləsini döyən; 6. əhli-əyalını (gündəlik ev xərclərində) başqasına möhtac edən.” (“Əl-kafi”, c.2, səh.292.)

Pak sülalə 23.02.2025

Əsirlər karvanı Kufədən Şama hansı yolla aparılıb?

Əsirlər karvanı Kufədən Şama hansı yolla aparılıb? Übeydullah ibn Ziyad əvvəl İmam Hüseynin (ə) başını Yezid ibn Müaviyəyə göndərdi. Sonra Şimr ibn Zilcövşən və digər bir neçə nəfərə tapşırdı ki, onların başçılığı ilə əsirlər Şama aparılsın, Əli ibn Hüseynin (ə) boynu və əlləri bağlansın. İmam Əli ibn Hüseyn (ə) yol boyu düşmənlə bir kəlmə də danışmadı. Peyğəmbər (s) övladlarını işgəncə altında Kərbəladan Kufəyə, Kufədən də Şama apardılar. Əsirlərin Kufədən Şama qədər getdikləri məsafə aşağıdakı üç əsas yoldan biridir: 1. Badiyə yolu: Bu yol 933 km. olmaqla Kufə və Şam arasında ən qısa yoldur, ancaq quru və səhralıqdır. 2. Fərat çayının sahili: Bu yolun çoxlu ayrıcları vardır. Ona görə də 1190 və 1333 km. arasında dəyişə bilər. Bu yolun üstünlüyü odur ki, onun çox hissəsi Fərat çayının sahili ilə getdiyindən su problemi olmur. 3. Dəclə çayının sahili (Sultani yolu): 1545 km. olmaqla Kufədən Şama qədər ən uzun yol sayılır və müxtəlif şəhərlərdən keçir. Mötəbər qaynaqların heç biri əsirlərin getdiyi yolu dəqiq təyin etməmişdir. Belə nəzərə çarpır ki, əsirləri ən qısa yol olan Badiyə yolu ilə aparıblar.

Pak sülalə 23.02.2025

Bəşir ibn Əmr əl-Həzrəmi

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən sonda və Bəni-Haşimdən öncə şəhid olan iki nəfərdən biridir. Çox vəfalı və bəsirətli bir kişi idi. Bəşir İmam Hüseynin (ə) karvanına Aşuradan bir neçə gün öncə Kərbəlada qoşuldu. O, Reydə əsirlikdə və həbsdə olan oğlunun sorağına gedəcəkdi. Buna görə də İmam Hüseyn (ə) ondan beyətini götürdü və gedə bilərsən dedi. Amma o özünü beyətdən azad etmədi və imamını tək buraxmayaraq dedi: “Əgər səni tək qoyarsam, yırtıcılar məni diri-diri yesinlər! Mən gedim?! Getmək üçün səndən minik istəyim?! Səni bu az əshabınla tək qoyum, özüm isə asudə xatirlə geri qayıdım?! Yox, heç vaxt bu belə olamayacaq! “ Aşura günü bütün əshab şəhid olmuşdu. Təkcə iki nəfər qalmışdılar. O iki nəfərdən biri Bəşir idi. İmamdan (ə) döyüşmək üçün icazə aldı. Düşmənlərə hücum çəkdi. İlk döyüşdə şəhid oldu. Mübarək məzarı Kərbəlada İmam Hüseynin (ə) ayaq tərəfində şəhidlərin ümumi

Pak sülalə 23.02.2025

Həbib ibn Məzahir əl-Əsədi (r)

Həbib ibn Məzahir əl-Əsədi (r) Həbib ibn Məzahir əl-Əsədi İmam Hüseynin (ə) ən sadiq və tanınmış səhabələrindən idi. O, Bəni Əsəd qəbiləsinə mənsub idi və İslamın ilk dövrlərində Peyğəmbər Məhəmmədi (s) görərək onun səhabələri sırasında yer almışdı. Həbib ömrünü Quranın öyrənilməsinə, ibadətə və Peyğəmbər (s) Əhli-beytinə məhəbbət yolunda keçirmişdi.Pe yğəmbərin (s) vəfatından sonra o, həmişə haqqın yanında oldu. İmam Əlinin (ə) xilafəti dövründə Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində onun ordusunda vuruşdu və İmamına sədaqət göstərdi. Daha sonra İmam Həsənin (ə) imamətini qəbul etdi və Əhli-beyt yolundan bir an belə ayrılmadı.Ye zid hakimiyyətə gəldikdən sonra Kufə əhalisi İmam Hüseyni (ə) şəhərə dəvət etdi. Həbib ibn Məzahir də İmamı Kufəyə çağıran möminlərdən idi. Lakin Übeydullah ibn Ziyad Kufəyə hakim təyin edildikdən sonra şəhərdə güclü təzyiq və təqiblər başladı. Buna baxmayaraq, Həbib fürsət taparaq gizli şəkildə Kufədən çıxıb Kərbəlaya çatdı və İmam Hüseynin (ə) karvanına qoşuldu.Mə hərrəmin doqquzuncu və onuncu gecəsində Həbib bütün varlığı ilə İmamın yanında idi. O, digər səhabələrlə birlikdə son ana qədər beyətinə sadiq qalacağını bildirdi və şəhadəti böyük bir şərəf hesab etdiyini söylədi.Aş ura günü İmam Hüseyn (ə) onu ordunun sol cinahına rəhbər təyin etdi. Həbib əvvəlcə düşmənə nəsihət etdi, Peyğəmbərin (s) nəvəsinə qarşı qılınc qaldırmamağa çağırdı. Lakin haqq sözü qəbul edilmədikdə, böyük şücaətlə döyüş meydanına atıldı. Yaşının çox olmasına baxmayaraq, misilsiz cəsarət göstərərək düşmən sıralarını yarır, İmamını müdafiə edirdi.Nə hayət, uzun döyüşdən sonra düşmən onu mühasirəyə aldı. O, aldığı ağır yaralar nəticəsində şəhadətə qovuşdu. İmam Hüseyn (ə) onun mübarək cəsədi üzərinə gəlib buyurdu:«S əni Allahın rəhməti əhatə etsin. Sən fəzilətli və Quranla ünsiyyətdə olan bir insan idin.»Hə bib ibn Məzahir ömrünün son anına qədər imamına sədaqət göstərərək Kərbəla məktəbinin ən parlaq simalarından biri oldu. Onun adı tarixdə iman, vəfa, cəsarət və Əhli-beytə sonsuz məhəbbətin simvolu kimi yaşayır.

MÜQƏDDƏS AYLAR (İslam ayları) 23.02.2025

SƏFƏR AYININ ƏMƏLLƏRİ

“Səfər” ayı “ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on dəfə oxumaq tövsiyə olunur: يَا شَدِيدَ الْقُوَى وَ يَا شَدِيدَ الْمِحَالِ يَا عَزِيزُ يَا عَزِيزُ يَا عَزِيزُ ذَلَّتْ بِعَظَمَتِكَ جَمِيعُ خَلْقِكَ فَاكْفِنِي شَرَّ خَلْقِكَ يَا مُحْسِنُ يَا مُجْمِلُ يَا مُنْعِمُ يَا مُفْضِلُ يَا لا إِلَهَ إِلا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ فَاسْتَجَبْنَا لَهُ وَ نَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَ كَذَلِكَ نُنْجِي الْمُؤْمِنِينَ وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّيِّبِينَ الطَّاهِرِينَ Ya şədidəl quva və ya şədidəl mihal, ya əzizu ya əzizu ya əziz, zəllət biəzəmə­tikə cə­miu xəlqikə fəkfi­ni şərrə xəl­qik, ya muhsinu ya mucmilu ya mun`imu ya mufzil, ya la ilahə illa ənt, subhanəkə inni kuntu minəz-zalimin, fəstə­cəb­na lə­hu və nəccəynahu minəl-ğəmm, və kəzalikə nuncil mu`­minin, və səlləllahu əla Mu­həm­mədin və alihit-təy­yibinət-tahirin. Səfər ayının üçüncü gününün əməlləri: Seyid ibn Tavus “Əshabunəl-imamiyyə” kitabından belə nəql edir: “Səfər ayının üçüncü günü iki rükət namaz qılmaq müstəhəbdir. Belə ki, namazın birinci rükətində “Həmd” surəsindən sonra “Fəth” surəsi, ikinci rükətdə “Həmd” surəsindən sonra “İxlas” surəsi, namazın salamından sonra isə yüz dəfə salavat və yüz dəfə “Əllahumməl`ən alə Əbi Sufyan.” (Allah Əbu Süfyanın övladlarına lənət etsin!) – demək, ondan sonra da yüz dəfə tövbə edib, Allahdan hacət diləmək göstəriş verilir.   Səfər ayının iyirminci (Ərbəin) gününün əməlləri: İmam Hüseynin (ə) ərbəinində (qırxında) o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah Ənsari olmuşdur. Bir hədisdə nəql olunur ki, imam Sadiqdən (ə) soruşdular: “İmam Hüseyni (ə) ziyarət etmək üçün xüsusi vaxt vardır ki, başqa vaxtlardan daha üstün və fəzilətli olsun?” O həzrət buyurdu: “Hər zaman o həzrəti ziyarət etməyə tələsin. Çünki o həzrəti ziyarət etmək xeyir gətirər və hər kəs onu daha çox ziyarət etsə, daha çox xeyir əldə edər… O həzrəti mübarək vaxt və günlərdə ziyarət etməyə çalışın, çünki o zaman saleh əməllərin savabı artırılar və mələklər o həzrəti ziyarət etmək üçün səmadan yerə enərlər…” İmam Həsən Əskəri (ə) buyurmuşdur: “Möminin beş əlaməti vardır: 1. hər gün əlli bir rükət (on yeddi rükət vacib və otuz dörd rükət nafilə) namaz qılmaq; 2. sağ ələ üzük taxmaq; 3. səcdədə alını torpağa qoymaq; 4. ucadan “Bisillahir-Rəhmanir-Rəhim” demək; 5. “Ərbəin” günü imam Hüseyni (ə) ziyarət etmək və “Ərbəin” gününə məxsus ziyarətnaməni oxumaq. “Ərbəin” ziyarətnaməsi: Şeyx Tusi “Təhzib” və “Misbah” kitablarında Səffan Cəmmaldan belə nəql edir: “İmam Sadiq (ə) mənə buyurdu ki, “Ərbəin” günü günəş üfüqdən bir qədər qalxdıqdan sonra bu duanı oxu: السَّلامُ عَلَى وَلِيِّ اللَّهِ وَ حَبِيبِهِ السَّلامُ عَلَى خَلِيلِ اللَّهِ وَ نَجِيبِهِ السَّلامُ عَلَى صَفِيِّ اللَّهِ وَ ابْنِ صَفِيِّهِ السَّلامُ عَلَى الْحُسَيْنِ الْمَظْلُومِ الشَّهِيدِ السَّلامُ عَلَى أَسِيرِ الْكُرُبَاتِ وَ قَتِيلِ الْعَبَرَاتِ اللَّهُمَّ إِنِّي أَشْهَدُ أَنَّهُ وَلِيُّكَ وَ ابْنُ وَلِيِّكَ وَ صَفِيُّكَ وَ ابْنُ صَفِيِّكَ الْفَائِزُ بِكَرَامَتِكَ أَكْرَمْتَهُ بِالشَّهَادَةِ وَ حَبَوْتَهُ بِالسَّعَادَةِ وَ اجْتَبَيْتَهُ بِطِيبِ الْوِلادَةِ وَ جَعَلْتَهُ سَيِّدا مِنَ السَّادَةِ وَ قَائِدا مِنَ الْقَادَةِ وَ ذَائِدا مِنَ الذَّادَةِ وَ أَعْطَيْتَهُ مَوَارِيثَ الْأَنْبِيَاءِ وَ جَعَلْتَهُ حُجَّةً عَلَى خَلْقِكَ مِنَ الْأَوْصِيَاءِ فَأَعْذَرَ فِي الدُّعَاءِ وَ مَنَحَ النُّصْحَ وَ بَذَلَ مُهْجَتَهُ فِيكَ لِيَسْتَنْقِذَ عِبَادَكَ مِنَ الْجَهَالَةِ وَ حَيْرَةِ الضَّلالَةِ وَ قَدْ تَوَازَرَ عَلَيْهِ مَنْ غَرَّتْهُ الدُّنْيَا وَ بَاعَ حَظَّهُ بِالْأَرْذَلِ الْأَدْنَى وَ شَرَى آخِرَتَهُ بِالثَّمَنِ الْأَوْكَسِ وَ تَغَطْرَسَ وَ تَرَدَّى فِي هَوَاهُ وَ أَسْخَطَكَ وَ أَسْخَطَ نَبِيَّكَ وَ أَطَاعَ مِنْ عِبَادِكَ أَهْلَ الشِّقَاقِ وَ النِّفَاقِ وَ حَمَلَةَ الْأَوْزَارِ الْمُسْتَوْجِبِينَ النَّارَ [لِلنَّارِ] فَجَاهَدَهُمْ فِيكَ صَابِرا مُحْتَسِبا حَتَّى سُفِكَ فِي طَاعَتِكَ دَمُهُ وَ اسْتُبِيحَ حَرِيمُهُ اللَّهُمَّ فَالْعَنْهُمْ لَعْنا وَبِيلا وَ عَذِّبْهُمْ عَذَابا أَلِيما السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدِ الْأَوْصِيَاءِ أَشْهَدُ أَنَّكَ أَمِينُ اللَّهِ وَ ابْنُ أَمِينِهِ عِشْتَ سَعِيدا وَ مَضَيْتَ حَمِيدا وَ مُتَّ فَقِيدا مَظْلُوما شَهِيدا وَ أَشْهَدُ أَنَّ اللَّهَ مُنْجِزٌ مَا وَعَدَكَ وَ مُهْلِكٌ مَنْ خَذَلَكَ وَ مُعَذِّبٌ مَنْ قَتَلَكَ وَ أَشْهَدُ أَنَّكَ وَفَيْتَ بِعَهْدِ اللَّهِ وَ جَاهَدْتَ فِي سَبِيلِهِ حَتَّى أَتَاكَ الْيَقِينُ فَلَعَنَ اللَّهُ مَنْ قَتَلَكَ وَ لَعَنَ اللَّهُ مَنْ ظَلَمَكَ وَ لَعَنَ اللَّهُ أُمَّةً سَمِعَتْ بِذَلِكَ فَرَضِيَتْ بِهِ اللَّهُمَّ إِنِّي أُشْهِدُكَ أَنِّي وَلِيٌّ لِمَنْ وَالاهُ وَ عَدُوٌّ لِمَنْ عَادَاهُ بِأَبِي أَنْتَ وَ أُمِّي يَا ابْنَ رَسُولِ اللَّهِ أَشْهَدُ أَنَّكَ كُنْتَ نُورا فِي الْأَصْلابِ الشَّامِخَةِ وَ الْأَرْحَامِ الْمُطَهَّرَةِ [الطَّاهِرَةِ] لَمْ تُنَجِّسْكَ الْجَاهِلِيَّةُ بِأَنْجَاسِهَا وَ لَمْ تُلْبِسْكَ الْمُدْلَهِمَّاتُ مِنْ ثِيَابِهَا وَ أَشْهَدُ أَنَّكَ مِنْ دَعَائِمِ الدِّينِ وَ أَرْكَانِ الْمُسْلِمِينَ وَ مَعْقِلِ الْمُؤْمِنِينَ وَ أَشْهَدُ أَنَّكَ الْإِمَامُ الْبَرُّ التَّقِيُّ الرَّضِيُّ الزَّكِيُّ الْهَادِي الْمَهْدِيُّ وَ أَشْهَدُ أَنَّ الْأَئِمَّةَ مِنْ وُلْدِكَ كَلِمَةُ التَّقْوَى وَ أَعْلامُ الْهُدَى وَ الْعُرْوَةُ الْوُثْقَى وَ الْحُجَّةُ عَلَى أَهْلِ الدُّنْيَا وَ أَشْهَدُ أَنِّي بِكُمْ مُؤْمِنٌ وَ بِإِيَابِكُمْ مُوقِنٌ بِشَرَائِعِ دِينِي وَ خَوَاتِيمِ عَمَلِي وَ قَلْبِي لِقَلْبِكُمْ سِلْمٌ وَ أَمْرِي لِأَمْرِكُمْ مُتَّبِعٌ وَ نُصْرَتِي لَكُمْ مُعَدَّةٌ حَتَّى يَأْذَنَ اللَّهُ لَكُمْ فَمَعَكُمْ مَعَكُمْ لا مَعَ عَدُوِّكُمْ صَلَوَاتُ اللَّهِ عَلَيْكُمْ وَ عَلَى أَرْوَاحِكُمْ وَ أَجْسَادِكُمْ [أَجْسَامِكُمْ‏] وَ شَاهِدِكُمْ وَ غَائِبِكُمْ وَ ظَاهِرِكُمْ وَ بَاطِنِكُمْ آمِينَ رَبَّ الْعَالَمِينَ “Ərbəin” ziyarətnaməsinin oxunuşu: Əssəlamu əla vəliyyil­lahi və həbibih, əssəlamu əla xəlilillahi və nəci­bih, əssəlamu əla səfiy­yil­lahi vəbni səfiyyih, əssə­lamu ələl Husəynil məzlu­miş şəhid, əssəlamu əla əsiril kurubati və qətilil əbərat, əllahummə inni əş­hədu ənnəhu vəliyyukə vəb­nu vəliyyik, və səfiyyukə vəbnu səfiyyikəl faizu bi kəra­mətik, əkrəmtəhu biş şə­ha­dəti və həbəvtəhu bis səa­dəh, vəc­tə­bəytəhu bitiybil viladəh, və cəəltəhu səyyi­dən minəs sadəti və qaidən minəl qadəti və zai­dən mi­nəz zadəh, və ə`təytəhu məva­risəl ənbiyai və cəəltəhu huccətən əla xəlqikə minəl əvsiya, fə ə`zərə fid duai və mənəhən nushu və bəzələ muhcətəhu fik, liyəs­tən­qi­zə ibadəkə minəl cəhaləti və həyrətiz zəlaləh, və qəd təvazərə ələyhi mən ğərrət­hud dunya və baə həzzəhu bil ərzəlil ədna, və şəra axi­rətəhu bis səmənil əvkəs, və təğətrəsə və tərədda fi həvah, və əsxə­təkə və əsxətə nəbiyyək, və ətaə min iba­di­kə əhləş şiqaqi vən ni­faq, və həmələtəl əvzaril mus­təvcibinən nar (lin nar), fəcahədəhum fikə sa­bi­rən muh­təsibən hətta sufikə fi taətikə dəmuhu və ustubihə hərimuh, Əlla­hummə fəl`ən­hum lə`nən vəbila, və əzzib­hum əzaən əlima, əssəlamu ələykə yəb­nə rəsulillah, əssə­lamu ələy­kə yəbnə səyyidil əvsiya, əşhədu ənnəkə əminul­lahi vəbnu əminih, iştə səidən və məzəytə həmidən və muttə fəqidən məzlumən şəhida, və əşhədu ənnəllahə mun­ci­zun ma vəədəkə və muh­li­kun mən xə­zələkə və muəz­zi­bun mən qətə­lək, və əşhədu ənnəkə vəfəytə bi əhdil­la­hi və cahədtə fi səbi­lihi hətta ətakəl yəqin, fə ləə­nəl­lahu mən qətələk, və ləə­nəl­lahu mən zələməkə və ləənəl­lahu ummətən səmiət bi zalikə fərəziyət bih, Əllahummə inni uşhidukə ənni vəliyyun limən valahu və əduvvun limən adah, bi əbi əntə və ummi yəbnə rəsu­lillah, əşhədu ənnəkə kun­tə nurən fil əslabiş şa­mi­xəti vəl ərhamil mutəh­hərəh (ərhamit tahirəh), ləm tunəcciskəl cahiliy­yə­tu bi əncasiha, və ləm tul­biskəl mudləhimmatu min siyabiha, və əşhədu ənnə­kəl ima­mul bərrut təqiyyur rəziy­yuz zəkiyyul hadil məh­diyy, və əşhədu ənnəl əim­mətə min vuldikə kəli­mə­tut təqva və ə`lamul huda vəl urvətul vusqa vəl huccətu əla əhlid dunya, və əşhədu ənni bikum mu`mi­nun və bi iyabikum muqinun bi şərayii dini və xəva­timi əməli, və qəlbi li qəlbikum silmun və əmri li əmrikum muttəbi`, və nusrəti ləkum muəddətun hət­ta yə`zənəllahu ləkum, fə məəkum məəkum la məə əduvvikum, sələvatullahi ələy­kum və əla ərvahikum və əcsa­dikum (və əcsa­mi­kum) və şahi­dikum və ğaibikum, və zahiri­kum və batinikum aminə rəb­bəl aləmin. Sonra iki rükət namaz qıl və namazdan sonra Allahdan hacətlərini dilə! Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Səfər ayının əməlləri” bölümü.

Könül oxşayan Hədislər 23.02.2025

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır.

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də) namazdır. Qiyamət günü sual olunacaq ilk şey namazdır. Qiyamət günü hər kəs Namaz hesabında uğurla çıxdısa, yerdə qalan mərhələləri asan keçəcəkdir, əgər Namazda layiqli cavabı olmadısa, sonrakı mərhələlər də onun üçün çətin olacaqdır”. ان اول ما فرض الله تعالی الصلواة و آخر ما یبقی عند الموت الصلوة و اول ما یحاسب به یوم القیامة الصلوة. فمن اجاب فقد سهل علیه ما بعده و من لم یجب فقد اشتد ما بعده Həzrət Məhəmməd (s) Ləalil-Əxbar, c.4, s.8.

Könül oxşayan Hədislər 23.02.2025

Möminin beş əlaməti vardır

İmam Həsən Əskəri (ə) buyurur: عَلَامَاتُ الْمُؤْمِنِ خَمْسٌ : صَلَاةُ إِحْدَى وَ خَمْسِينَ، وَ زِيَارَةُ الْأَرْبَعِينَ، وَ التَّخَتُّمُ فِي الْيَمِينِ، وَ تَعْفِيرُ الْجَبِينِ، وَ الْجَهْرُ بِبِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ “Möminin beş əlaməti vardır: 1. Hər gün əlli bir rükət (on yeddi rükət vacib və otuz dörd rükət nafilə) namaz qılmaq; 2. “Ərbəin” günü İmam Hüseyni (ə) ziyarət etmək; 3. Sağ ələ üzük taxmaq; 4. Səcdədə alını torpağa qoymaq; 5. (Namazda) “Bismilləhir-rəhmənir-rəhim”i ucadan demək. (“Misbahuz-zair”, səh.347.)

Könül oxşayan Hədislər 22.02.2025

Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır.

Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də) namazdır. Qiyamət günü sual olunacaq ilk şey namazdır. Qiyamət günü hər kəs Namaz hesabında uğurla çıxdısa, yerdə qalan mərhələləri asan keçəcəkdir, əgər Namazda layiqli cavabı olmadısa, sonrakı mərhələlər də onun üçün çətin olacaqdır”. ان اول ما فرض الله تعالی الصلواة و آخر ما یبقی عند الموت الصلوة و اول ما یحاسب به یوم القیامة الصلوة. فمن اجاب فقد سهل علیه ما بعده و من لم یجب فقد اشتد ما بعده Həzrət Məhəmməd (s) Ləalil-Əxbar, c.4, s.8.

Könül oxşayan Hədislər 22.02.2025

Gecə yatanlar yalan danışır

Gecə yatanlar yalan danışır Allah-Taala Həzrət Musaya (ə) buyurur: يابن عمران، کذب من زعم انه يحبّني فاذا جنه الليل نام عنّي أليس کل محب يحب خلوة حبيبه؟… يَا ابْنَ عِمْرَانَ هَبْ لِي … مِنْ عَيْنَيْكَ الدُّمُوعَ فِي ظُلَمِ اللَّيْلِ وَ ادْعُنِي فَإِنَّكَ تَجِدُنِي قَرِيباً مُجِيباً». “Ey İmranın oğlu! Məni sevdiyini iddia edən, amma gecəni yatan yalan danışır. Məgər aşiqlər məşuqu ilə tək başına qalmağı sevmirmi… ? Ey İmranın oğlu! … Gecənin qaranlığında göz yaşlarını mənə hədiyyə et, məni çağır, məni yaxın və sənə cavab verən görəcəksən?!” 📚Şeyx Səduq, “əl-Əmali”, s.356, 57-ci məclis, hədis:1. İmam Sadiq (ə) buyurur: «رکعتان في جوف الليل خير من الدنيا و ما فيها» “Gecənin dərinliyində qılınan iki rəkət namaz dünya və dünyada olan hər bir şeydən daha xeyirlidir”. İmam Baqir (ə) buyurur: «من کان يؤمن بالله و اليوم الآخر فلايبيتنّ الا بوتر». “Allaha və Qiyamət gününə inan kəs Vitr namazını qılmamış yatmaz”. İmam Sadiq (ə) buyurur: «ان البيوت التي يصلي فيها بالليل بتلاوة القرآن تضيء لاهل السماء کما يضيء نجوم السماء لاهل الارض». “O evlərdəki gecə namazı Quran tilavəti ilə qılınır, o evlər göy əhlinə nur saçırlar, necə ki, göyün ulduzları yer əhli üçün parlayır”.

Könül oxşayan Hədislər 22.02.2025

On iki hidayətçi imam bizdəndir

İmam Hüseyn (ə) buyurmuşdur: مِنَّا اثْنَا عَشَرَ مَهْدِيّاً أَوَّلُهُمْ أَمِيرُ الْمُؤْمِنِينَ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ وَ آخِرُهُمُ التَّاسِعُ مِنْ وُلْدِي وَ هُوَ الْإِمَامُ الْقَائِمُ بِالْحَقِّ يُحْيِي اللَّهُ بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِها وَ يُظْهِرُ بِهِ دِيْنَ الْحَقِّ عَلَى الدِّينِ كُلِّهِ وَ لَوْ كَرِهَ الْمُشْرِكُونَ لَهُ غَيْبَةٌ يَرْتَدُّ فِيهَا أَقْوَامٌ وَ يَثْبُتُ فِيهَا عَلَى الدِّينِ آخَرُونَ فَيُؤْذَوْنَ وَ يُقَالُ لَهُمْ مَتى‏ هذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صادِقِينَ أَمَا إِنَّ الصَّابِرَ فِي غَيْبَتِهِ عَلَى الْأَذَى وَ التَّكْذِيبِ بِمَنْزِلَةِ الْمُجَاهِدِ بِالسَّيْفِ بَيْنَ يَدَيْ رَسُولِ اللَّهِ )ص) “On iki hidayətçi imam bizdəndir. O on iki imamdan birincisi Əmirəlmöminin Əli ibn Əbutalib, sonuncusi isə mənim doqquzuncu övladımdır və o, haqq üzrə qiyam edən imamdır. Müşriklərin xoşuna gəlməsə də, Allah-Taala onun vasitəsilə yer üzünü öldükdən sonra dirildəcək və haqq dini onun əli ilə bütün dinlərə qalib edəcək. Onun qeyb dövrü olacaq ki, bəziləri ö dövrdə dindən çıxacaq, bəziləri də dində sabit qalaraq əzab-əziyyətə məruz qalacaqlar və onlara deyiləcək: “Əgər doğru deyirsinizsə, bu vəd haçan gerçəkləşəcək?” Amma bilin ki, onun qeyb dönəmində işgəncə və təkziblərə səbir edib dözən, sanki Rəsulullahın (s) hüzurunda qılınc çalan mücahid kimidir.” (“Kəmalud-din”, Şeyx Səduq, c.1, səh.317.)

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...