Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Hüseyn (ə) 22.02.2025

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı hədis məcmuəsində (c.2, s.446, hədis: 648) belə yazır: مسند الإمام أحمد بن حنبل، ج‏1، ص446، حدیث: 648- (و حدثنا أبو بكر بن أبي داود، قال: حدثنا أحمد بن يحيى الصوفي، قال) حَدَّثَنَا مُحَمَّدُ بْنُ عُبَيْدٍ، حَدَّثَنَا شُرَحْبِيلُ بْنُ مُدْرِكٍ، عَنْ عَبْدِ اللَّهِ بْنِ‏ نُجَيٍّ (الحضرمی)، عَنْ أَبِيهِ: (خرجنا مع علی الی صفین) – «أَنَّهُ سَارَ مَعَ عَلِيٍّ، (وَ كَانَ صَاحِبَ مِطْهَرَتِهِ،) فَلَمَّا حَاذَى نِينَوَى وَ هُوَ مُنْطَلِقٌ إِلَى صِفِّينَ، فَنَادَى عَلِيٌّ: اصْبِرْ (صبرا) أَبَا عَبْدِ اللَّهِ، اصْبِرْ (صبرا) أَبَا عَبْدِ اللَّهِ، بِشَطِّ الْفُرَاتِ. قُلْتُ: وَمَاذَا؟ قَالَ: دَخَلْتُ عَلَى النَّبِيِّ (صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ) ذَاتَ يَوْمٍ وَعَيْنَاهُ تَفِيضَانِ. قُلْتُ: يَا نَبِيَّ اللَّهِ، أَغْضَبَكَ أَحَدٌ، مَا شَأْنُ عَيْنَيْكَ‏ تَفِيضَانِ‏؟ قَالَ: «بَلْ قَامَ مِنْ عِنْدِي جِبْرِيلُ قَبْلُ، فَحَدَّثَنِي أَنَّ الْحُسَيْنَ يُقْتَلُ بِشَطِّ الْفُرَاتِ» – (اخبرنی جبریل ان امتی تقتل ابنی الحسین). قَالَ: فَقَالَ (ثم قال لی): «هَلْ لَكَ إِلَى أَنْ أُشِمَّكَ (اریک) مِنْ تُرْبَتِهِ؟». قَالَ: قُلْتُ: نَعَمْ. (قال) فَمَدَّ يَدَهُ، فَقَبَضَ قَبْضَةً مِنْ تُرَابٍ فَأَعْطَانِيهَا، (فلما رایتها) فَلَمْ أَمْلِكْ عَيْنَيَّ أَنْ فَاضَتَا» Abdullah bin Nücəyy əl-Həzrəmi atasından (Nücəyy) ki, İmam Əlinin (ə) su daşıyanı olub, belə nəql edir: “Əli (ə) ilə Siffeyin müharibəsinə gedirdik. O (ə) Neynəva adlanan yerə çatanda belə fəryad etdi: “Səbr et, ey Əba Əbdillah, Səbr et, ey Əba Əbdillah, Fəratın sahilində”. Dedim ki, nə olub, ya Əli, nə baş verib? (Əli) Dedi: Günlərin birində Peyğəmbərin (s) hüzuruna getdikdə gözlərinin yaşardığını gördüm. Dedim: Ey Allahın peyğəmbəri! Səni kimsə qəzəbləndirib? Nə olub ki, gözlərin yaşlıdır? Peyğəmbər (s) buyurdu: Səndən bir az öncə Cəbrayil (ə) yanımdan getdi. O mənə xəbər verdi ki, oğlum Hüseyni (ə) ümmətim Fərat sahilində öldürücəklər. Sonra o mənə dedi ki, istəyirsənmi onun (şəhid ediləcəyi yerin) türbətinin ətrini duyasan? Dedim: Bəli. Və o, əlini uzadıb oranın (Hüseynin öldürüləcəyi yerin) torpağından bir ovuc mənə verdi. O türbəti görəndən sonra göz yaşlarımı saxlaya bilmirəm”. Qeyd: 1). Hədis “əl-Müsnəd” kitabının Qahirədə 1995-ci ildə (1416 hq) Darul-Hədis nəşriyyatı tərəfindən çap və nəşr edilən (birinci çapı) və Əhməd Məhəmməd Şakir tərəfindən 8 cildi araşdırılmış nüsxəsindən götürülmüşdür. 2). Əhməd Məhəmməd Şakir hədisin barəsində belə hökm etmişdir: إسناده صحيح. وهو في مجمع الزوائد 187:9 وقال: “رواه أحمد وأبو يعلى والبزار والطبرانى، ورجاله ثقات، ولم ينفرد نجي بهذا. “Hədisin isnadı səhihdir. Bu hədis Məcməuz-Zəvaiddə c.9, s.187-də (hədis: 15112) keçmişdir. Həmçinin hədisi Əhməd, Əbu Yəla (363), Bəzzar (884) və Təbərani (2811) nəql ediblər. Hədisin “rical”ı (nəql edən kəslər) “siqat”dırlar (yəni sözlərinə etibar edilən insanlardırlar). Bu hədisi təkcə Nucəyy nəql etməyib (yəni digər ravilər də var ki, oxşar məzmunda hədisləri nəql ediblər).

İmam Hüseyn (ə) 22.02.2025

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan bir hədisdə deyilir ki, Həzrət İmam Hüseyn (ə) Kərbəlada olarkən qardaşı Məhəmməd Hənəfiyyəyə çox qısa bir məktubda yazır: «بسم اللّه الرحمن الرحيم. من الحسين بن عليّ‌ إلى محمّد بن عليّ‌ و من قِبَلهُ‌ من بني هاشم: أمّا بعدُ، فكأنّ‌ الدنيا لم تكن! وكأنّ‌ الآخرة لم تزل! والسلام». “Bismillahir-Rəhmanir-Rəhim. Hüseyn ibn Əlidən Məhəmməd ibn Əliyə və onun timsalında Bəni-Haşim camaatına: Amma sonra, sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş. Vəssəlam”. İbn Quləvəyh, “Kamiluz-Ziyarat”, s.76, bab:23, hədis:15, Məhərrəm ayının 6-cı gününün hadisələri. İmam Hüseynin (ə) bu qısa kəlamının izahını Aşura gecəsi ənsarı üçün etdiyi çıxışında görmək olar: “Agah olun! Həqiqətən dünyanın şirini də, acısı da yuxudur, oyanış axirətdə olacaq. Əsl nicat əhli orada nicat tapanlar və əsl bədbəxtlər orada bədbəxt olanlardır”. (“İmam Həsən Əskəriyə (ə) mənsub təfsir”, s.219). Bundan əlavə Qurani-Kərimdə keçən ayələrə görə Həzrət Yəhya (ə) və Həzrət İsaya (ə) üç məqamda salam deyilib: “Anadan olduğu gün, öldüyü gün, Qiyamət günü yenidən dirildiyi gün”. (Məryəm, 15 və 33). Həmçinin bəzi Quran ayələri Qiyamət gününə işarə edərək vurğulayır ki, insanlar həmin səhnədə elə sanacaqlar ki, sanki dünyada bir gecə və ya bir gündüz yaşayıblar və şayəd də günün bir hissəsini dünyada olublar. (Naziat, 46; Yunis, 45). Buna görə də insan bu üç günün övladı hesab edilir. Ömürü üç gün qədər az bir müddətdir. Bu üç gün bir yuxu kimi gəlir keçir və insan bir də ayılır ki, böyük bir məhkəmədə hesab verməli və o hesaba əsasən əbədi bir həyat yaşamalıdır. İmam Hüseyn (ə) qardaşına yazdığı məktubda dünyanı acılı və şirinli bir yuxu hesab edib ki, bir anda gəlib keçir. Və xəbərdarlıq edir ki, məbada, əbədi bir həyatı bir anlıq yuxunun badına verəsiniz! Ağıllı insan bu dünyanın nemətindən keçici bir səfər üçün bəs edər qədərinə kifayət edir, ürək bağlamır. Nəticədə səfəri yüngül keçir, yol üstü şeylərə ilişib qalmır və səfərdə tanış olduqları ilə ayrılıq ona çətin gəlmir. Dünyanın mahiyyəti tez keçən bir yuxu imişsə, bu yuxuya bağlanmaq ağılsızlıqdır. Ağıllı adamlar isə bu yuxunu ən gözəl şəkildə, yəni şəhadətə çataraq Allahın hüzuruna ucalmaqla bitirirlər. İmam Hüseynin (ə) bu qısa kəlamını 11-ci hicri əsrində yaşamış şiə alimi Fəxruddin Türeyhi (vəfat: 1085 hq) “əl-Muntəxəb fi cəm`il-mərasi vəl-xutəb” (kitabın digər adı “əl-Fəxra”dır) adlı əsərində fərqli şəkildə verib ki, bu fərqlilik hədisin başqa bir nəql nüsxəsi, məzmun nəqli və ya müəllifin öz izahı ola bilər. Hədisin mənasını anlamaqda kömək etdiyi üçün həmin mətni də veririk: “Agah olun! Biz dünya həyatını tərk etdik və şəhid olmağa qərar verdik. Belə düşündük ki, sanki dünya heç vaxt yox imiş (və biz bu dünyada yaşamırmışıq) və əzəldən əbədi və baqi diyar olan axirət var imiş (və biz də əbədi yaşayacayıq). Biz axirəti dünyaya tərcih etdik. Vəssəlam”.

Məhərrəm 22.02.2025

Aşura günü oruc tutmaq məkruhdur (bəyənilmir)

Aşura günü oruc tutmaq məkruhdur (bəyənilmir). Amma yaxşı olar ki, Əsr (namazının fəzilət) vaxtınadək (Əhli-hərəmə həmdədrlik simvolu olaraq) yeyib-içməkdən çəkinəsən və Əsrdən sonra Kərbəla şəhidləri üçün ehsan verəsən. 📚 Şeyx Hürr Amuli, “Vəsailuş-şiə”, c. 10, 459, bab:20, hədis: 7 – 13844 və bab:21, hədis: 2- 13847.

Məhərrəm 22.02.2025

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət hacətlərini rəva edər. Hər kəs bu günü imam Hüseynə (ə) matəm saxlayıb ağlasa, Allah-Taala qiyamətdə həmin günü onun üçün fərəh və sevinc günü qərar verər. İmam Hüseyni (ə) ziyarət etmək İmam Hüseynin (ə) qatillərinə çoxlu lənət demək İmam Hüseynin (ə) əzadarlarına, məxsusən zəvvarlarına su vermək; “İxlas” surəsini təkrar-təkrar oxumaq; “Aşura” və “Varis” ziyarətnamələrini oxumaq. 1000 dəfə “Əllahumməl‘ən qətələtəl- Hüseyn” zikrini demək.

Məhərrəm 22.02.2025

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq” surəsi – 10 dəfə “Nas” surəsi – 10 dəfə Əmirəlmöminin İmam Əlinin (ə) namazı 4 rükət (iki dəfə sübh namazı kimi qılınır). Hər rükətdə “Həmd” surəsindən sonra “İxlas” surəsi 50 dəfə oxunur. Namazdan sonra Peyğəmbərə (s) və Əhli-beytə (ə) çoxlu salavat göndərin, onların düşmənlərinə isə lənət edin. Aşura gecəsinin 100 rükət namazı 100 rükət (50 dəfə sübh namazı kimi). Hər rükətdə “Həmd” surəsindən sonra “İxlas” surəsi 3 dəfə oxunur. Niyyət: «Aşura gecəsinin namazını qılıram qürbətən iləllah.» Namaz tamamlandıqdan sonra 70 dəfə deyin: «Subhanəllah, vəl-həmdu lillah, və la ilahə illəllahu vəllahu əkbər, və la hovlə və la qüvvətə illa billahil-əliyyil-əzim.» 2. İmam Hüseynin (ə) qəbrinin kənarında əhya saxlamaq İmkan daxilində bu mübarək gecəni İmam Hüseynin (ə) hərəminin yaxınlığında ibadət və zikrlə keçirmək müstəhəbdir. 3. Gecəni sübhədək əhya saxlamaq Bu gecəni ibadət, dua, zikr və Quran tilavəti ilə səhərə qədər oyaq keçirmək tövsiyə olunmuşdur. Hədisdə buyurulur: «Hər kim bu gecəni əhya saxlasa, Allah-Təalaya bütün mələklərin ibadəti qədər ibadət etmiş olar.» 4. Dua, ibadət və istiğfar Bu gecədə çoxlu dua etmək, Allahdan bağışlanma diləmək (istiğfar etmək), zikr və ibadətlə məşğul olmaq tövsiyə edilir.

Arşdırmalar 22.02.2025

İmam Hüseynə (ə) MƏRSİYƏ tarixi ƏHLİ-SÜNNƏ mənbələrində

İmam Hüseynə (ə) MƏRSİYƏ tarixi ƏHLİ-SÜNNƏ mənbələrində Qədim şiə mənbələrindən əlavə bir çox əhli-sünnə kitablarında İmam Hüseynin (ə) Kərbəla müsibətindən danışılmış, bu barədə yazılan və deyilən mərsiyə və şerlər barədə məlumat verilmişdir ki, aşağıda bunlardan birinə işarə edəcəyik: Hicri-Qəməri tarixi ilə 3-4-cü əsrlərdə yaşamış əhli-sünnə alimi, ravi və şair Əbulfərəc Əli ibn Hüseyn İsfahani (284-362 hq) özünün “əl-Əğani” (təranə, nəğmə, avazla oxunan hər şey) adlı əsərinin müxtəlif yerlərində İmam Hüseyn (ə) barədə yazılan mərsiyələrə və bu mərsiyələrin müsibət məclislərində oxunmasına və İmam Hüseynin (ə) qatillərinin lənətlənməsinə işarə etmişdir. Bax: c.1, 16, s.362; c.17, s.188, 302 və 446. Əbulfərəc İsfəhani “Həzrət İmam Hüseynin (ə) xəbərləri” adı ilə açdığı fəsldə (c.16, s.359) xanım Rübab İmruul-Qeys qızının Kərbəla şəhidlərinə mərsiyə deməsi barədə yazır: “… Əmim mənə xəbər verdi Əl-Kənanidən, o da Qənəb ibn Mühriz Bahilidən, o da Məhəmməd ibn Həkəmdən, o da Əvanədən ki, Səkinənin anası Rübab bint İmruul-Qeys əri şəhid edildikdən sonra belə mərsiyə deyərdi: إنَّ الَّذي كانَ نوراً يُستَضاءُ بِهِ – بِكَربَلاءَ قَتيلٌ غَيرُ مَدفونِ سِبطُ النَّبِيِّ جَزاكَ اللّهُ صالِحَةً – عَنّا وَجُنِّبتَ خُسرانَ المَوازينِ قَد كُنتَ لي جَبَلاً صَعباً ألوذُ بِهِ – وكُنتَ تَصحَبُنا بِالرَّحمِ وَالدّينِ مَن لِليَتامى ومَن لِلسّائِلينَ ومَن – يُغني ويَأوي إلَيهِ كُلُّ مِسكينِ وَاللّهِ لا أبتَغي صِهراً بِصِهرِكُمُ – حَتّى اُغيَّبَ بَينَ الرَّملِ وَالطّينِ Tərcüməsi: O şəxs ki, nur idi və insanlar onun nurundan faydalanırdılar Kərbəlada öldürüldü və dəfn edilmədi Ey Peyğəmbərin (s) nəvəsi, Allah bizim tərəfimizdən sənə yaxşı mükafat versin Və səni əməl tərəzisinin ziyanlarından uzaq etsin Sən həqiqətən də mənim üçün möhkəm bir dağ idin ki, sənə sığınırdım Sən bizimlə mehribanlıq və dindarlıqla rəftar və yoldaşlıq edərdin Bundan sonra yetimlərin dadına kim çatsın, yoxsulların harayına Bundan sonra kim ehtiyacsızlıq qapısı olsun və yoxsullar ona güvənsin And olsun Allah ki, səndən sonra özümə ər seçmərəm Qumlar və torpaqlar altında dəfn olunan günədək @mirmehemmed_beshir #imamhüseynəhlisünnəmənbələrində

Məqalə 22.02.2025

Üsamə bin Zeyd deyir:

Üsamə bin Zeyd deyir: “Bir gecə hər hansı bir ehtiyacıma (işimə) görə Peyğəmbərin (s) qapısını döydüm. Peyğəmbər (s) bayıra çıxdı, lakin libasının altında nə olduğunu bilmədiyim bir şeyi bürümüşdü (qucaqlamışdı). İşimi bitirdikdən sonra soruşdum: Ey Allahın Rəsulu, libasının altında bürüdüyün bu şey nədir? O, libasını açdı (əbasını qaldırdı); bir də gördüm ki, Həsən və Hüseyn (ə) onun qucağında oturublar. Peyğəmbər (s) buyurdu: “Bu ikisi mənim oğullarım və qızımın (Fatimənin) oğullarıdır. Allahım! Mən bu ikisini sevirəm, Sən də onları sev! Onları sevənləri də sev!”. طَرَقْتُ النَّبِيَّ (ص) ذَاتَ لَيْلَةٍ فِي بَعْضِ الْحَاجَةِ‌، فَخَرَجَ النَّبِيُّ (ص) وَ هُوَ مُشْتَمِلٌ عَلَى شَيْ‌ءٍ لَا أَدْرِي مَا هُوَ، فَلَمَّا فَرَغْتُ مِنْ حَاجَتِي قُلْتُ‌: مَا هَذَا الَّذِي أَنْتَ مُشْتَمِلٌ عَلَيْهِ؟ قَالَ‌: فَكَشَفَهُ‌، فَإِذَا حَسَنٌ‌ وَ حُسَيْنٌ‌ (ع) عَلَى وَرِكَيْهِ‌. فَقَالَ (ص)‌: «هَذَانِ ابْنَايَ وَ ابْنَا ابْنَتِيَ‌، اللَّهُمَّ إِنِّي أُحِبُّهُمَا فَأَحِبَّهُمَا، وَ أَحِبَّ مَنْ يُحِبُّهُمَا». Məhəmməd ibn İsa Termizi, “Sunənu Termizi” (əs-Sunən/ Səhihul-Came), c.5, s. 473, babul-mənaqib, hədis: 3769 (darul-hədis çapı, 1419 hq). Bu hədis Əhli-sünnəyə görə səhihdir, çünki onu Buxari də öz Səhihinin “mənaqib” fəslində (hədis: 3753) nəql etmişdir. P.S: Cahiliyyə dövründə ərəblər qız uşaqlarından olan nəvələri öz nəsillərinin davamçısı saymırdılar. Peyğəmbərimiz (s) “bu ikisi mənim oğullarım və qızımın oğullarıdır” deyərək bu yanlış adəti sındırdı. O, bu kimi kəlamları ilə öz soyunun məhz qızı Həzrət Fatimə (s.ə) vasitəsilə, yəni Həsən və Hüseynlə (ə) davam edəcəyini hüquqi və mənəvi olaraq elan etdi. #imamhüseynəhlisünnəmənbələrində @mirmehemmed_beshir

Könül oxşayan Hədislər 22.02.2025

Həzrət İmam Hüseyn (ə) Kərbəlaya tərəf hərəkət etdikdə “Beyzə” adlı bir yerdə Peyğəmbəri Əkrəm (s)-in dilindən bu xütbəni oxudu

Həzrət İmam Hüseyn (ə) Kərbəlaya tərəf hərəkət etdikdə “Beyzə” adlı bir yerdə Peyğəmbəri Əkrəm (s)-in dilindən bu xütbəni oxudu: “Əgər bir nəfər, zalım bir sultanın zor gücünə hakimiyyət sürdüyünü, əldə etdiyi iqtidarı hesabına bəndəçilik əhdi olan ilahi peymanı sındırdığını, Allah hökmlərindən boyun qaçıraraq, Peyğəmbər (s)-in əmrlərinə itaət etmədiyini və xalqa rəftarında həddini aşdığını görsə və onu öz sözü və əməli ilə düz yola dəvət etməsə onu əyri yoldan döndərməyə çalışmasa, Allahın haqqıdır ki, onu da həmin zalımla birlikdə cəhənnəmə daxil etsin. Beləliklə də, zalımlar cərgəsində qərar tutsun.” (Yəni, zalımın zülmünü görüb, onunla mübarizə aparmayan müsəlmanın yeri cəhənnəmdir.) (Biharul-ənvar, cild 44, səh. 382, bab 37, rəvayət 2)

Məhərrəm 22.02.2025

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi (ə) gülərüz görməzdi. O həzrət daim matəm və hüzn içində olardı. Məhərrəm ayının 1-ci günü  hicri-qəməri tarixinin ilk günüdür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir: 1. Oruc tutmaq; İslam Peyğəmbərindən (s) belə nəql olunur: “Məhərrəm ayında bir gün oruc tutan şəxsə otuz günün orucunun savabı verilər.” Əli ibn İbrahim öz atasından, o da Rəyyan ibn Şəbibdən belə nəql edir: Məhərrəm ayının birinci günü imam Rzanın (ə) hüzuruna getmişdim. Həzrət mənə buyurdu: “Ey Şəbibin oğlu! Bu gün oruc tutubsanmı?” Dedim: “Xeyr!” Həzrət buyurdu: “Bu gün elə bir gündür ki, Zəkəriyya peyğəmbər Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak övlad əta et ki, həqiqətən, Sən duanı eşidənsən.” Allah-Taala Zəkəriyya peyğəmbərin duasını qəbul etdi. O, ibadət mehrabında namaz qılıb, raz-niyazla məşğul olarkən mələklər ona müraciət edib dedilər: “Allah səni Yəhya (adlı bir övlad) ilə müjdələyir.” “Ey Şəbibin oğlu! Hər hər kim bu günü (Məhərrəm ayının birinci günü) oruc tutub Allahdan istək və hacətlərini diləsə, Allah-Taala Zəkəriyyanın duasını qəbul etdiyi kimi, onun da istək və hacətlərini qəbul edər.” Sonra imam Rza (ə) buyurdu: “Məhərrəm bir aydır ki, keçmişdə cahillik dövrünün insanları bu aya ehtiram edərək döyüşü tərk edir, hətta onu haram bilirdilər. Amma bu ümmət bu ayın, eləcə də, öz Peyğəmbərinin (s) ehtiramını saxlamadılar. Bu ayda onun övladını qətlə yetirdilər, əhli-əyalını və qadınlarını əsir tutdular, onların xeymələrinə od vurdular. Allah onları heç zaman bağışlamasın! Ey Şəbibin oğlu! Əgər birinə ağlamaq istəsən, Hüseyn ibn Əliyə (ə) ağla…!” (“Amalul-vaizin”, Seyid İbrahim Hüseyni Leylabi, 2-ci cild, səh. 32-33.) 2. İmam Rzadan(ə) nəql olunur ki, İslam Peyğəmbəri (s) Məhərrəm ayının ilk günü iki rükət namaz qılar və namazdan sonra əllərini göyə qaldırıb üç dəfə bu duanı oxuyardı: اللَّهُمَّ أَنْتَ الْإِلَهُ الْقَدِيمُ وَ هَذِهِ سَنَةٌ جَدِيدَةٌ فَأَسْأَلُكَ فِيهَا الْعِصْمَةَ مِنَ الشَّيْطَانِ وَ الْقُوَّةَ عَلَى هَذِهِ النَّفْسِ الْأَمَّارَةِ بِالسُّوءِ وَ الاشْتِغَالَ بِمَا يُقَرِّبُنِي إِلَيْكَ يَا كَرِيمُ يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ يَا عِمَادَ مَنْ لا عِمَادَ لَهُ يَا ذَخِيرَةَ مَنْ لا ذَخِيرَةَ لَهُ يَا حِرْزَ مَنْ لا حِرْزَ لَهُ يَا غِيَاثَ مَنْ لا غِيَاثَ لَهُ يَا سَنَدَ مَنْ لا سَنَدَ لَهُ يَا كَنْزَ مَنْ لا كَنْزَ لَهُ يَا حَسَنَ الْبَلاءِ يَا عَظِيمَ الرَّجَاءِ يَا عِزَّ الضُّعَفَاءِ يَا مُنْقِذَ الْغَرْقَى يَا مُنْجِيَ الْهَلْكَى يَا مُنْعِمُ يَا مُجْمِلُ يَا مُفْضِلُ يَا مُحْسِنُ أَنْتَ الَّذِي سَجَدَ لَكَ سَوَادُ اللَّيْلِ وَ نُورُ النَّهَارِ وَ ضَوْءُ الْقَمَرِ وَ شُعَاعُ الشَّمْسِ وَ دَوِيُّ الْمَاءِ وَ حَفِيفُ الشَّجَرِ يَا اللَّهُ لا شَرِيكَ لَكَ اللَّهُمَّ اجْعَلْنَا خَيْرا مِمَّا يَظُنُّونَ وَ اغْفِرْ لَنَا مَا لا يَعْلَمُونَ وَ لا تُؤَاخِذْنَا بِمَا يَقُولُونَ حَسْبِيَ اللَّهُ لا إِلَهَ إِلا هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَ هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ آمَنَّا بِهِ كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا وَ مَا يَذَّكَّرُ إِلا أُولُوا الْأَلْبَابِ رَبَّنَا لا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَ هَبْ لَنَا مِنْ لَدُنْكَ رَحْمَةً اِنَّكَ أَنْتَ الْوَهَّابُ Duanın oxunuşu  Əllahummə əntəl ilahul qədim, və hazihi sənətun cədidəh, fəəs`əlukə fihəl ismətə minəş şəytan, vəl quvvətə əla hazihin nəfsil əmmarəti bis sui vəl iştiğal, bima yuqərribuni iləykə ya kərim, ya zəl cəlali vəl ikram, ya imadə mən la imadə ləh, ya zəxirətə mən la zəxirətə ləh, ya hirzə mən la hirzə ləh, ya ğiyasə mən la ğiyasə ləhu ya sənədə mən la sənədə ləh, ya kənzə mən la kənzə ləh, ya həsənəl bəlai ya əzimər rəca, ya izzəz zuəfai ya munqizəl ğərqa, ya munciəl həlka, ya mun`imu ya mucmilu ya muhsin, əntəlləzi səcədə ləkə səvadul ləyli və nurun nəhari və zəv`ul qəməri və şuauş-şəmsi və dəviyyul ma, və həfifuş şəcəri ya Əllahu la şərikə lək, Əllahumməc`əlna xəyrən mimma yəzunnun, vəğfir ləna ma la yə`ləmun, və la tuaxizna bima yəqulun, həsbiyəllahu la ilahə illa hu, ələyhi təvəkkəltu və huvə rəbbul ərşil əzim, amənna bihi kullu min indi rəbbina, və ma yəzzəkkəru illa ulul əlbab, rəbbəna la tuziğ qulubəna bə`də iz hədəytəna, və həb ləna min lədunkə rəhməh, innəkə əntəl vəhhab. Duanın tərcüməsi İlahi, əzəli məbud Sənsən və bu da yeni ildir! Bu yeni ildə Səndən istəyirəm ki, məni şeytandan qoruyasan, daim günah və pisliklərə əmr edən bu nəfsə qüvvət verib məni Sənə yaxınlaşdıran əməllərlə məşğul edəsən, ey kərim Allah, ey calal və kəramət sahibi, ey çarəsizlərin dayağı, ey ehtiyatı olmayanların ehtiyatı, ey pənahı olmayanların pənahı, ey fəryada yetəni olmayanların fəryadına yetən, ey dayağı olmayanların dayağı, ey xəzinəsi olmayanların xəzinəsi, ey imtahanı gözəl olan, ey böyük ümid yeri, ey gücsüzləri ucaldan, ey boğulanlara nicat verən, ey həlak olanları xilas edən, ey nemət verən, ey gözəllik verən, ey artıran, ey yaxşılıq edən! Sən elə bir məbudsan ki, gecənin qaranlığı, gündüzün aydınlığı, ayın işığı, günəşin şüası, suyun şırıltısı və ağacların xışıltısı Sənə səcdə etdi. Ey Allah, Sənin şərikin yoxdur! İlahi, bizi insanların güman etdiklərindən yaxşı qərar ver, onların bilmədikləri pisliklərimizi bağışla və bizi onların dedikləri əsasında cəzalandırma! Allah bizə bəs edər. Ondan başqa heç bir tanrı yoxdur. Mən Ona təvəkkül edirəm və O, böyük ərşin Rəbbidir. Mən Ona iman gətirmişəm və hə nə varsa, Rəbbimiz tərəfindəndir. Bunu ancaq ağıllı adamlar dərk edərlər! Ey Rəbbimiz, bizi hidayət etdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma, bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət və nemət) bəxş edənsən! (Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Məhərrəm ayının əməlləri” bölümü.)

Könül oxşayan Hədislər 21.02.2025

10 nəfər 10 şeyi gözləməsin:

10 nəfər 10 şeyi gözləməsin: 1. Təkəbbürlü adam özü barəsində başqalarından xoş söz və tərif eşitməyi. 2. Hiyləgər və hoqqabaz adam dostunun çoxalacağını. 3. Ədəbsiz və əxlaqsız adam cəmiyyətdə adının şərəflə çəkiləcəyini. 4. Xəsis adam qohumlarının onu yoxlayacağını. 5. Lağlağaçı və məsxərəçi adam dostlarının onunla səmimi olacağını. 6. Dini hökmlərdən xəbərsiz adam düzgün hökm və qərar verəcəyini. 7. İnsanların qeybətini edən öz abırının salamat qalacağını. 8. Paxıl adam qəlbinin rahatlaşacağını. 9. Kiçik günaha görə danlayan və cəzalandıranın özünün alicənab hesab ediləcəyini. 10. Öz rəyini bəyənən təcrübəsiz adam rəhbərliyi bacaracağını. İmam Sadiq (ə) «لَا يَطْمَعَنَّ ذُو الْكِبْرِ فِي الثَّنَاءِ الْحَسَنِ وَ لَا الْخَبُّ (الخداع) فِي كَثْرَةِ الصَّدِيقِ‏ وَ لَا السَّيِّئُ الْأَدَبِ فِي الشَّرَفِ وَ لَا الْبَخِيلُ فِي صِلَةِ الرَّحِمِ وَ لَا الْمُسْتَهْزِئُ بِالنَّاسِ فِي صِدْقِ الْمَوَدَّةِ وَ لَا الْقَلِيلُ الْفِقْهِ فِي الْقَضَاءِ وَ لَا الْمُغْتَابُ فِي السَّلَامَةِ وَ لَا الْحَسُودُ فِي رَاحَةِ الْقَلْبِ وَ لَا الْمُعَاقِبُ عَلَى الذَّنْبِ الصَّغِيرِ فِي السُّؤْدُدِ وَ لَا الْقَلِيلُ التَّجْرِبَةِ الْمُعْجَبُ بِرَأْيِهِ فِي رِئَاسَة». Şeyx Səduq, “əl-Xisal”, c.2, s.434. @mirmehemmed_beshir

Könül oxşayan Hədislər 21.02.2025

 İmanın 4 kamillik nişanəsi

İmam Sadiq (ə) buyurmuşdur: لا یَکْمِلُ عَبْدٌ الایمانَ بِاللَّهِ حَتّى یَکُونَ فیهِ اَربَعُ خِصالٍ: یُحسِنُ خُلقَهُ، وَ یَستَخِفُّ نَفسَهُ، و یُمسِکُ الفَضلَ مِن قَولِهِ، و یُخرِجُ الفَضلَ مِن مالِهِ “Bəndə dörd xislətə sahib olmayınca imanı kamilləşməz: 1. əxlaq və rəftarını gözəlləşdirməli; 2. öz nəfsini yüngül saymalı; 3. çox danışmaqdan çəkinməli; 4. malının artığını xərcləməlidir.” (“Biharul-ənvar”, c.69, səh.379.)

Könül oxşayan Hədislər 21.02.2025

Möminlərin ən kamili

İmam Baqir (ə) buyumuşdur: إِنَّ أَكْمَلَ الْمُؤْمِنِينَ إِيمَاناً أَحْسَنُهُمْ خُلُقاً “Möminlərin imаn baxımından әn kаmili әхlаqı gözәl оlаndır.” (“Üsuli-kаfi”, c.3, sәh.153.) 5. Namaz – Qiyamətdə ilk sual İmam Baqir (ə) buyumuşdur: اِنَّ اَوَّلَ ما یُحاسَبُ عَلَیهِ العَبدُ الصَّلاةُ فَاِن قُبِلَت قُبِلَ ما سِواها “Həqiqətən, bəndənin (Qiyamətdə) hesab verdiyi ilk əməl namazdır. Əgər namaz qəbul olunarsa, digər əməllər də qəbul olunar.” (“Uyunu əxbarir-Riza”, c.83, səh.25.)

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...