Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Cəfər Sadiq (ə) 30.08.2026

İMAM SADİQİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

İMAM SADİQİN (Ə) HƏYATI İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri ilində, altmış beş yaşında ikən Mənsur Dəvaniqinin xilafəti dövründə şəhadətə yetmişdir. Müqəddəs məzarı “Bəqi” qəbiristanlığında atası imam Baqirin (ə) məzarının kənarındadır. O həzrətin anası Qasim ibn Məhəmməd ibn Əbu Bəkrin qızı Fərvədir. İmam Baqir (ə) Mədinədə yaşasa da, oğlu imam Sadiq (ə) şiələrin çoxu İraqda olduğundan və ya başqa səbəblərə görə, bir müddət İraqda yaşamışdır. O həzrətin dövründə hökumət Əməvilərin əlindən çıxıb Abbasilərin əlinə keçdi. İMAM SADİQİN (Ə) MÜASİRİ OLMUŞ XƏLİFƏLƏR İmam Sadiq (ə) hicrətin 114-cü ilində Əməvilərin hakimiyyəti dövründə imamətə çatmış, hicrətin 132-ci ilində Əməvilər hakimiyyətinə son qoyulmuş və Abbasilər sülaləsi hakimiyyəti ələ keçirmişdir. O həzrət aşağıda adıçəkilən Əməvi xəlifələrinin müasiri olmuşdur: Hişam ibn Əbdülməlik (105-125 h.q.); Vəlid ibn Yezid ibn Əbdülməlik (125-126 h.q.); Yezid ibn Vəlid ibn Əbdülməlik (126 h.q.); İbrahim ibn Vəlid ibn Əbdülməlik (hicrətin 126-cı ilinin yetmiş gününü); Mərvan ibn Məhəmməd (Mərvani-Himar) (126-132 h.q.). Abbasilərindən isə iki xəlifənin müasiri olmuşdur; Abdullah ibn Məhəmməd Səffah (132-137 h.q.) və Mənsur Dəvaniqi (137-158 h.q.). İMAM SADİQİN (Ə) ƏXLAQİ VƏ ELMİ ŞƏXSİYYƏTİ Şiə etiqadına əsasən, o həzrət Allah tərəfindən imamət məqamına təyin edilmişdir. Əbu Hənifə, Malik ibn Ənəs və bir qrup digər böyük ravilər imam Sadiqi (ə) öz ustad və müəllimlərindən biri olaraq qəbul etmiş və tanıtdırmışlar. Malik ibn Ənəs imam Sadiqin (ə) hüzurunda uzun müddət şagirdlik edən və dərs oxuyanlardan biri kimi, o həzrətin şəxsiyyəti haqqında belə söyləyir: “Bir müddət idi ki, Cəfər Sadiqin (ə) hüzuruna gedirdim. O həzrət zarafatcıl idi və dodaqlarında daim təbəssüm görünürdü. Onun hüzurunda Rəsulullahın (s) adı çəkildikdə, rəngi dəyişərdi. O həzrətin evinə gedib-gəldiyim müddətdə onu həmişə namazqılan, oructutan və Quran oxumaqla məşğul olan halda görürdüm. O, bütün vücudu ilə Allah qorxusunu hiss edən, təqvalı və zahid alimlərdən idi...” (“Ət-təvəssul”, İbn Teymiyyə, s52.)Tarixi mənbələrdə imam Sadiqin (ə) hüzurunda elm öyrənən və hədis dinləyən kəslərin sayı dörd min nəfər qeyd edilmişdir.Əbu Hənifə imam Sadiq (ə) haqda belə deyirdi: “Mən fəqihlikdə Cəfər ibn Mühəmməddən (ə) daha üstün bir şəxs görmədim. Şübhəsiz, o, İslam ümmətində hər kəsdən daha çox biliyə malikdir.” (“Əl-məscidul-məsanid”, Əhməd Xarəzmi, c.1, s.222.)Məşhur tarixçilərdən olan İbn Xülləkan o həzrət haqda belə yazır: “O, imamiyyə şiələrinin on iki imamından biri, Rəsulullahın (s) Əhli-beytinin böyüklərindəndir və doğru danışan olduğu üçün “Sadiq” ləqəbi ilə məşhurdur.” (“Vəfəyatul-əyan”, c.8, s.105.)İmam Sadiqdən (ə) yalnız “fiqh”lə əlaqədar hədislər deyil, təfsir, kəlam və əxlaq elmi haqqında da qiymətli hədislər əlimizə gəlib çatmışdır.

İmam Cəfər Sadiq (ə) 30.08.2026

Dörd şeydən qorxub, dörd kəlməyə sığınmayan şəxsə təəccüb edirəm

İmam Sadiq (ə) buyurmuşdur: “Dörd şeydən qorxub, dörd kəlməyə sığınmayan şəxsə təəccüb edirəm:1. Qorxu içində yaşayan, amma“حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِيلُ –Həsbunəllah və ne`məl-vəkil” (Allah bizə kifayətdir və O, nə gözəl vəkildir!) – zikrinə sığınmayan şəxsə təəccüb edirəm! Bir halda ki, Allah-Taala həmin zikrin davamında belə buyurmuşdur: “Sonra da (cihada gedənlər, şeytani vəsvəsələrə uymayanlar və “camaat sizə qarşı qüvvə toplamışdır, onlardan qorxun!” – deyənlərin müqabilində imanlarını daha da artırıb bu zikrə sığınanlar) Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular...” (“Ali-İmran”/173-174.)2. Qəm-qüssə içində olan, amma“لَا إِلَهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنِّي كُنتُ مِنَ الظَّالِمِينَ –Lə iləhə illə əntə, subhanəkə, inni kuntu minəz-zalimin” ((Pərvərdigara!) Səndən başqa məbud yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!) – zikrinə sığınmayan şəxsə təəccüb edirəm! Çünki Allah-Taala bu zikrin davamında belə buyurmuşdur: “Biz onun (Yunisin) duasını (bu zikrə sığındığı üçün) qəbul etdik və onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!” (“Ənbiya”/87-88.)3. Məkr və hiyləyə məruz qalan, amma“أُفَوِّضُ أَمْرِي إِلَى اللَّهِ إِنَّ اللَّهَ بَصِيرٌ بِالْعِبَادِ –Ufəvvizu əmri iləllah, innəllahə bəsirun bil-ibad” (Mən öz işimi Allaha həvalə edirəm. Həqiqətən, Allah bəndələrini görəndir!) – zikrinə sığınmayan şəxsə təəccüb edirəm! Çünki Allah-Taala həmin zikrin davamında belə buyurmuşdur: “Beləliklə, Allah onu (Musanı həmin zikri dilinə cari etdiyi üçün) onların (Firon əhlinin) qurduğu hiylələrin şərindən qorudu...” (“Qafir”/44-45.)4. Dünya və dünyanın gözəlliklərini istəyən, amma“مَا شَاء اللَّهُ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ –Maşaəllah, la quvvətə illa billah” (“Allah hər nə istəsə (o olacaqdır); güc və qüvvət yalnız Allaha məxsusdur!) – zikrinə sığınmayan şəxsə təəccüb edirəm! Çünki Allah-Taala həmin zikrin davamında belə buyurmuşdur: “(Yoxsul bir şəxs varlı bir şəxsə xitabən buyurdu:) Əgər məni mal və övlad baxımından özündən aşağı görürsənsə, ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin...” (“Kəhf”/39-40.)(“Əl-əmali”, Şeyx Səduq, səh.6; “Biharul-ənvar”, c.90, səh.184-185.)

Dua 30.08.2026

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan) ziyarət etmək istəsən, qüsl etdikdən sonra diqqətini o Həzrətə yönəlt və de:أَشْهَدُ أَنْ لا إِلَهَ إِلا اللَّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدا عَبْدُهُ وَ رَسُولُهُ وَ أَنَّهُ سَيِّدُ الْأَوَّلِينَ وَ الْآخِرِينَ وَ أَنَّهُ سَيِّدُ الْأَنْبِيَاءِ وَ الْمُرْسَلِينَ اللَّهُمَّ صَلِّ عَلَيْهِ وَ عَلَى أَهْلِ بَيْتِهِ الْأَئِمَّةِ الطَّيِّبِينَOxunuşu:Əşhədu ən-la ilahə illəllah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh, və ənnəhu səyyidul əvvəlinə vəl axirin, və ənnəhu səyyidul ənbiyai vəl mursəlin, Əllahummə səlli ələyhi və əla əhli bəytihil əimmətit təyyibin.Tərcüməsi:Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur. O təkdir və Onun şəriki yoxdur. Şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və rəsuludur. Həqiqətən, o, əvvəldə və axırdakıların, peyğəmbərlər və elçilərin sərvəridir. İlahi, ona və onun Əhli-beytindən olan pak-pakizə imamlara salam yetir!Sonra de:السَّلامُ عَلَيْكَ يَا رَسُولَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا خَلِيلَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا نَبِيَّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا صَفِيَّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا رَحْمَةَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا خِيَرَةَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا حَبِيبَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا نَجِيبَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا خَاتَمَ النَّبِيِّينَ السَّلامُ عَلَيْكَ يَا سَيِّدَ الْمُرْسَلِينَ السَّلامُ عَلَيْكَ يَا قَائِما بِالْقِسْطِ السَّلامُ عَلَيْكَ يَا فَاتِحَ الْخَيْرِ السَّلامُ عَلَيْكَ يَا مَعْدِنَ الْوَحْيِ وَ التَّنْزِيلِ السَّلامُ عَلَيْكَ يَا مُبَلِّغا عَنِ اللَّهِ السَّلامُ عَلَيْكَ أَيُّهَا السِّرَاجُ الْمُنِيرُ السَّلامُ عَلَيْكَ يَا مُبَشِّرُ [السَّلامُ عَلَيْكَ يَا نَذِيرُ] السَّلامُ عَلَيْكَ يَا مُنْذِرُ السَّلامُ عَلَيْكَ يَا نُورَ اللَّهِ الَّذِي يُسْتَضَاءُ بِهِ السَّلامُ عَلَيْكَ وَ عَلَى أَهْلِ بَيْتِكَ الطَّيِّبِينَ الطَّاهِرِينَ الْهَادِينَ الْمَهْدِيِّينَ السَّلامُ عَلَيْكَ وَ عَلَى جَدِّكَ عَبْدِ الْمُطَّلِبِ وَ عَلَى أَبِيكَ عَبْدِ اللَّهِ السَّلامُ عَلَى أُمِّكَ آمِنَةَ بِنْتِ وَهْبٍ السَّلامُ عَلَى عَمِّكَ حَمْزَةَ سَيِّدِ الشُّهَدَاءِ السَّلامُ عَلَى عَمِّكَ الْعَبَّاسِ بْنِ عَبْدِ الْمُطَّلِبِ السَّلامُ عَلَى عَمِّكَ وَ كَفِيلِكَ أَبِي طَالِبٍ السَّلامُ عَلَى ابْنِ عَمِّكَ جَعْفَرٍ الطَّيَّارِ فِي جِنَانِ الْخُلْدِ السَّلامُ عَلَيْكَ يَا مُحَمَّدُ السَّلامُ عَلَيْكَ يَا أَحْمَدُ السَّلامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ عَلَى الْأَوَّلِينَ وَ الْآخِرِينَ وَ السَّابِقَ إِلَى طَاعَةِ رَبِّ الْعَالَمِينَ وَ الْمُهَيْمِنَ عَلَى رُسُلِهِ وَ الْخَاتِمَ لِأَنْبِيَائِهِ وَ الشَّاهِدَ عَلَى خَلْقِهِ وَ الشَّفِيعَ إِلَيْهِ وَ الْمَكِينَ لَدَيْهِ وَ الْمُطَاعَ فِي مَلَكُوتِهِ الْأَحْمَدَ مِنَ الْأَوْصَافِ الْمُحَمَّدَ لِسَائِرِ الْأَشْرَافِ الْكَرِيمَ عِنْدَ الرَّبِّ وَ الْمُكَلَّمَ مِنْ وَرَاءِ الْحُجُبِ الْفَائِزَ بِالسِّبَاقِ وَ الْفَائِتَ عَنِ اللِّحَاقِ تَسْلِيمَ عَارِفٍ بِحَقِّكَ مُعْتَرِفٍ بِالتَّقْصِيرِ فِي قِيَامِهِ بِوَاجِبِكَ غَيْرِ مُنْكِرٍ مَا انْتَهَى إِلَيْهِ مِنْ فَضْلِكَ مُوقِنٍ بِالْمَزِيدَاتِ مِنْ رَبِّكَ مُؤْمِنٍ بِالْكِتَابِ الْمُنْزَلِ عَلَيْكَ مُحَلِّلٍ حَلالَكَ مُحَرِّمٍ حَرَامَكَ أَشْهَدُ يَا رَسُولَ اللَّهِ مَعَ كُلِّ شَاهِدٍ وَ أَتَحَمَّلُهَا عَنْ كُلِّ جَاحِدٍ أَنَّكَ قَدْ بَلَّغْتَ رِسَالاتِ رَبِّكَ وَ نَصَحْتَ لِأُمَّتِكَ وَ جَاهَدْتَ فِي سَبِيلِ رَبِّكَ وَ صَدَعْتَ بِأَمْرِهِ وَ احْتَمَلْتَ الْأَذَى فِي جَنْبِهِ وَ دَعَوْتَ إِلَى سَبِيلِهِ بِالْحِكْمَةِ وَ الْمَوْعِظَةِ الْحَسَنَةِ الْجَمِيلَةِ وَ أَدَّيْتَ الْحَقَّ الَّذِي كَانَ عَلَيْكَ وَ أَنَّكَ قَدْ رَؤُفْتَ بِالْمُؤْمِنِينَ وَ غَلُظْتَ عَلَى الْكَافِرِينَ وَ عَبَدْتَ اللَّهَ مُخْلِصا حَتَّى أَتَاكَ الْيَقِينُ فَبَلَغَ اللَّهُ بِكَ أَشْرَفَ مَحَلِّ الْمُكَرَّمِينَ وَ أَعْلَى مَنَازِلِ الْمُقَرَّبِينَ وَ أَرْفَعَ دَرَجَاتِ الْمُرْسَلِينَ حَيْثُ لا يَلْحَقُكَ لاحِقٌ وَ لا يَفُوقُكَ فَائِقٌ وَ لا يَسْبِقُكَ سَابِقٌ وَ لا يَطْمَعُ فِي إِدْرَاكِكَ طَامِعٌ الْحَمْدُ لِلَّهِ الَّذِي اسْتَنْقَذَنَا بِكَ مِنَ الْهَلَكَةِ وَ هَدَانَا بِكَ مِنَ الضَّلالَةِ وَ نَوَّرَنَا بِكَ مِنَ الظُّلْمَةِ فَجَزَاكَ اللَّهُ يَا رَسُولَ اللَّهِ مِنْ مَبْعُوثٍ أَفْضَلَ مَا جَازَى [جَزَى‏] نَبِيّا عَنْ أُمَّتِهِ وَ رَسُولا عَمَّنْ أُرْسِلَ إِلَيْهِ بِأَبِي أَنْتَ وَ أُمِّي يَا رَسُولَ اللَّهِ زُرْتُكَ عَارِفا بِحَقِّكَ مُقِرّا بِفَضْلِكَ مُسْتَبْصِرا بِضَلالَةِ مَنْ خَالَفَكَ وَ خَالَفَ أَهْلَ بَيْتِكَ عَارِفا بِالْهُدَى الَّذِي أَنْتَ عَلَيْهِ بِأَبِي أَنْتَ وَ أُمِّي وَ نَفْسِي وَ أَهْلِي وَ مَالِي وَ وَلَدِي أَنَا أُصَلِّي عَلَيْكَ كَمَا صَلَّى اللَّهُ عَلَيْكَ وَ صَلَّى عَلَيْكَ مَلائِكَتُهُ وَ أَنْبِيَاؤُهُ وَ رُسُلُهُ صَلاةً مُتَتَابِعَةً وَافِرَةً مُتَوَاصِلَةً لا انْقِطَاعَ لَهَا وَ لا أَمَدَ وَ لا أَجَلَ صَلَّى اللَّهُ عَلَيْكَ وَ عَلَى أَهْلِ بَيْتِكَ الطَّيِّبِينَ الطَّاهِرِينَ كَمَا أَنْتُمْ أَهْلُهُOxunuşu:Əssəlamu ələykə ya rəsuləllah, əssəlamu ələykə ya xəliləllah, əssəlamu ələykə ya nəbiyyəllah, əssəlamu ələykə ya səfiyyəllah, əssəlamu ələykə ya rəhmətəllah, əssəlamu ələykə ya xiyərətəllah, əssəlamu ələykə ya həbibəllah, əssəlamu ələykə ya nəcibəllah, əssəlamu ələykə ya xatəmən nəbiyyin, əssəlamu ələykə ya səyyidəl mursəlin, əssəlamu ələykə ya qaimən bil qist, əssəlamu ələykə ya fatihəl xəyr, əssəlamu ələykə ya mə`dinəl vəhyi vət tənzil, əssəlamu ələykə ya mubəlliğən ənillah, əssəlamu ələykə əyyuhəs siracul munir, əssəlamu ələykə ya mubəşşir, (əssəlamu ələykə ya nəzir,) əssəlamu ələykə ya munzir, əssəlamu ələykə ya nurəllahilləzi yustəzau bih, əssəlamu ələykə və əla əhli bəytikət təyyibinət tahirinəl hadinəl məhdiyyin, əssəlamu ələykə və əla cəddikə Əbdil Muttəlibi və əla əbikə Əbdillah, əssəlamu əla ummikə Aminətə binti Vəhb, əssəlamu əla əmmikə Həmzətə səyyidəş şuhəda, əssəlamu əla əmmikəl Əbbasibni Əbdil Muttəlib, əssəlamu əla əmmikə və kəfilikə Əbi Talib, əssəlamu əla ibni əmmikə Cə`fərinit-Təyyari fi cinanil xuld, əssəlamu ələykə ya Muhəmməd, əssəlamu ələykə ya Əhməd, əssəlamu ələykə ya huccətəllahi ələl əvvəlinə vəl axirin, vəs sabiqə ila taəti rəbbil aləmin, vəl muhəyminə əla rusulihi vəl xatimə liənbiyaih, vəş şahidə əla xəlqihi vəş şəfiə iləyhi vəl məkinə lədəyh, vəl mutaə fi mələkutihil əhmədə minəl əvsafil Muhəmməd, lisairil əşrafil kərimə indər rəbb, vəl mukəlləmə min vərail hucubil faizə bis sibaq, vəl faitə ənil lihaq, təslimə arifin bihəqqikə mu`tərifin bit təqsiri fi qiyamihi bivacibik, ğəyri munkirin məntəha iləyhi min fəzlik, muqinin bil məzidati min rəbbik, mu`minin bil kitabil munzəli ələykə muhəllilin həlaləkə muhərrimin həramək, əşhədu ya rəsuləllahi məə kulli şahid, və ətəhəmməluha ən kulli cahid, ənnəkə qəd bəlləğtə risalati rəbbik, və nəsəhtə liummətimkə və cahədtə fi səbili rəbbik, və sədə`tə biəmrihi vəhtəməltəl əza fi cənbih, və dəəvtə ila səbilihi bil hikməti vəl məv`izətil həsənətil cəmiləh, və əddəytəl həqqəlləzi kanə ələykə və ənnəkə qəd rəuftə bil mu`minin, və ğəluztə ələl kafirin, və əbədtəllahə muxlisən hətta ətakəl yəqin, fəbələğəllahu bikə əşrəfə məhəllil mukərrəmin, və ə`la mənazilil muqərrəbin, və ərfəə dərəcatil mursəlin, həysu la yəlhəqukə lahiq, və la yəfuqukə faiqun və la yəsbiqukə sabiq, və la yətməu fi idrakikə tami`, əlhəmdu lillahilləzistənqəzəna bikə minəl hələkəti və hədana bikə minəz zəlaləh, və nəvvərəna bikə minəz zulməh, fəcəzakəllahu ya rəsuləllahi min məb`usin əfzələ ma caza (cəza), nəbiyyən ən ummətihi və rəsulən əmmən ursilə iləyhi biəbi əntə və ummi, ya rəsuləllahi zurtukə arifən bihəqqik, muqirrən bifəzlikə mustəbsirən bizəlaləti mən xaləfəkə və xaləfə əhli bəytik, arifən bil hudəlləzi əntə ələyh, biəbi əntə və ummi və nəfsi və əhli və mali və vələdi, əna usəlli ələykə kəma səlləllahu ələyk, və səlla ələykə məlaikətəhu və ənbiyauhu və rusuluh, səlatən mutətabiətən vafirətən mutəvasiləh, lənqitaə ləha və la əmədə və la əcəl, səlləllahu ələykə və əla əhli bəytikət təyyibinət tahirinə kəma əntum əhluh.Tərcüməsi:Salam olsun sənə, ey Allahın Rəsulu! Salam olsun sənə, ey Allahın dostu! Salam olsun sənə, ey Allahın Peyğəmbəri! Salam olsun sənə, ey Allahın seçdiyi (xalis bəndəsi)! Salam olsun sənə, ey Allahın rəhməti! Salam olsun sənə, ey Allahın ixtiyar etdiyi! Salam olsun sənə, ey Allahın həbibi! Salam olsun sənə, ey Allahın şərafətli bəndəsi! Salam olsun sənə, ey peyğəmbərlərin sonuncusu! Salam olsun sənə, ey elçilərin sərvəri! Salam olsun sənə, ey ədalət uğrunda qiyam edən! Salam olsun sənə, ey xeyir və səadət fatehi! Salam olsun sənə, ey vəhy və “tənzil” mədəni (mələklərin nazil olduğu yer)! Salam olsun sənə, ey Allah tərəfindən (Onun hökmlərini) təbliğ edən! Salam olsun sənə, ey işıqlı çıraq! Salam olsun sənə, ey insanları (cənnətlə) müjdələyən! Salam olsun sənə, ey insanları (ilahi əzabdan) qorxudan! Salam olsun sənə, ey ümməti qorxudan! Salam olsun sənə, ey Allahın nuru; elə bir nur ki, insanlar onun vasitəsilə aydınlığa (elm və imana) çatırlar! Salam olsun sənə və sənin pak-pakizə, hidayət edən və hidayət olunmuş Əhli-beytinə! Salam olsun sənə, sənin cəddin Əbdül-Müttəlibə, atan Abdullaha və anan Vəhəbin qızı Aminəyə! Salam olsun əmin şəhidlərin sərvəri Həmzəyə! Salam olsun əmin oğlu Əbdül-Müttəlibin oğlu Abbasa! Salam olsun əmin və səni boya-başa çatdıran Əbu Talibə! Salam olsun əbədi behiştdə uçan əmin oğlu Cəfər Təyyara! Salam olsun sənə, ey Məhəmməd! Salam olsun sənə, ey Əhməd! Salam olsun sənə, ey Allahın birinci və sonuncu məxluqatı üzərindəki höccəti! Sən aləmlərin Rəbbinə itaət etməkdə hamını ötüb-keçdin, Onun peyğəmbərlərinin sonuncusu, bəndələrinə şahid və şəfaətçi oldun, Rəbbin dərgahında yüksək məqam sahibi, yüksək aləmdə mələklərin itaət etdiyi, bəyənilmiş xislətlərə, digər şərafət və kəramətlərə sahib oldun. Ey pərdələr arxasından Allahla həmsöhbət olan, sənin üçün qələbə vardır və başqalarının köməyindən ehtiyacsızsan. Mən sənin haqqını tanıyır və sənə təsliməm. Etiraf edirəm ki, sənin haqqını layiqincə yerinə yetirmədim, hər fəzilət və kamalın axırı olan fəzilətlərini inkar etmirəm. Əminəm ki, Allah sənə çoxlu inayətlər edib. Sənə nazil olmuş kitaba imanım var. Halalını halal və haramını haram bilirəm. Ey Allahın Rəsulu, mən və bütün şahidlər şəhadət veririk ki, sən əcəlin çatan vaxta qədər ilahi risaləti tamamilə xalqa çatdırıb, xeyirxahlıq göstərdin, Allah yolunda cihad etdin, Onun əmrlərini uca səslə xalqa çatdırdın. Bu yolda qarşılaşdığın əzab-əziyyətlərə sinə gərdin, ümməti Allah yoluna hikmət və gözəl öyüdlərlə dəvət etdin, boynunda olan haqqı layiqincə yerinə yetirdin. Həqiqətən də, sən möminlərə qarşı mehriban, kafirlərə qarşı isə qəzəbli idin. Allaha ixlasla ibadət etdin. Bu zaman Allah-Tala səni kəramət sahiblərinin ən yüksək məqamına, Onun dərgahına yaxın olanların böyük mənzillərinə və elçilərin ən yüksək dərəcələrinə çatdırdı ki, bundan sonra daha heç kim sənin məqamına çata bilməyəcək, heç kim sənin yüksək məqamından yuxarı qalxmayacaq, heç kim səndən qabağa keçə bilməyəcək və sənin idrak rütbənə çatmaqda tamah etməyəcək. Həmd olsun Allaha ki, bizi sənin vasitənlə həlakətdən xilas etdi, zəlalətdən doğru yola yönəltdi və zülmətdən aydınlığa çıxartdı. Ey Rəsulullah, səni peyğəmbərliyə seçən Allah səni hər bir peyğəmbərin öz ümmətinin tərbiyəsi ilə məşğul olduğu və rəsul göndərildiyi işi layiqincə yerinə yetirdiyi üçün Allahdan aldığı mükafatların ən yaxşısı ilə mükafatlandırsın. Atam-anam sənə fəda olsun, ey Allahın Rəsulu! Səni, haqqını tanıyıb fəzilətlərini etiraf etdiyim, sənə və Əhli-beytinlə müxalifətçilik edənlərin zəlalətini gördüyü və sənin insanlara hidayətçi olduğunu tanıdığım halda ziyarət etdim. Atam, anam, ailəm, malım və övladlarım sənə fəda olsun! Allah-Tala və mələklər, Onun peyğəmbər və elçiləri sənə salam göndərdiyi kimi, mən də sənə ardıcıl, arası kəsilmədən, vaxtsız və məhdud vaxtı olmayan bir salam göndərirəm. Allahın salamı olsun sənə və sənin pak-pakizə Əhli-beytinə! Necə ki, siz ona (Allahın salamına) layiqsiniz! (“Məfatihul-cinan”, səh.750-754.)

Həzrət Muhəmməd (s) 27.08.2026

Hz. Peyğəmbər (s) haqqında dünya şöhrətli alim və tarixçilər nə deyiblər?

Hz. Məhəmməd Peyğəmbər (s) yalnız müsəlmanların deyil, əsrlər boyu müxtəlif dinlərə və dünyagörüşlərinə mənsub tarixçi, filosof və alimlərin də diqqətini cəlb etmiş böyük tarixi şəxsiyyətdir. Onun həyatını araşdıran bir çox Qərb müəllifi Peyğəmbərin (s) liderliyini, xarakterini, təsir gücünü və İslam sivilizasiyasının formalaşmasındakı rolunu xüsusi qeyd etmişdir.Aşağıda həmin müəlliflərdən bəzilərinin əsərlərində Peyğəmbər (s) haqqında söylədikləri fikirlər təqdim olunur.1. Maykl H. Hart — Peyğəmbər (s) tarixdə ən təsirli şəxsAmerikalı fizik və tarix müəllifi Michael H. Hart 1978-ci ildə nəşr etdiyi The 100: A Ranking of the Most Influential Persons in History kitabında Hz. Məhəmmədi (s) tarixdə ən çox təsir göstərmiş şəxs kimi 1-ci sıraya yerləşdirib.Hart yazır ki, Hz. Məhəmmədi (s) siyahının birinci pilləsinə yerləşdirməsinin səbəbi onun həm dini, həm də dünyəvi sahədə qeyri-adi dərəcədə uğurlu olmasıdır. Onun fikrincə, Məhəmməd (s) böyük dinlərdən birini formalaşdırmaqla yanaşı, son dərəcə təsirli siyasi lider də olmuşdur.Mənbə:Michael H. Hart, The 100: A Ranking of the Most Influential Persons in History, Hart Publishing Company, 1978; yenilənmiş nəşrlər 1992 və sonrakı illər.Hartın yanaşmasının xüsusilə diqqətçəkən tərəfi budur ki, o, insanları "ən yaxşı" və ya "ən müqəddəs" hesab etdiyi üçün deyil, dünya tarixinin gedişinə göstərdikləri təsirə görə sıraladığını bildirir.2. Tomas Karlayl — Hz. Məhəmməd (s) haqqındaMəşhur şotland tarixçisi və filosofu Thomas Carlyle 1840-cı ildə Londonda verdiyi mühazirələrdən birini Hz. Məhəmmədə (s) həsr etmişdir.Bu mühazirə sonradan On Heroes, Hero-Worship, and the Heroic in History adlı kitabda “The Hero as Prophet. Mahomet: Islam” başlığı altında nəşr olunmuşdur.Karlaylın məqsədi Məhəmmədi (s) "peyğəmbər" kimi tarixi şəxsiyyət kontekstində araşdırmaq və onun insanlıq tarixindəki rolunu izah etmək idi.Mənbə:Thomas Carlyle, On Heroes, Hero-Worship, and the Heroic in History, Lecture II: “The Hero as Prophet. Mahomet: Islam”, 1840; kitab nəşrləri 1841 və sonrakı illər.3. Alfonse de Lamartine — “Əgər böyüklüyü nəticə ilə ölçsək...”Fransız yazıçısı, tarixçisi və siyasi xadimi Alphonse de Lamartine Hz. Məhəmmədin (s) tarixi təsirini olduqca yüksək qiymətləndirən müəlliflərdəndir.Onun Histoire de la Turquie əsərində Məhəmmədin (s) tarixi rolundan bəhs edilir. Lamartine İslamın sürətlə yayılmasını və Peyğəmbərin (s) yaratdığı tarixi dəyişikliyi böyük bir hadisə kimi təqdim edir. Əsərin Google Books-da saxlanılan mətnində İslamın dünyanın müxtəlif xalqları arasında yayılması və bunun tarixi əhəmiyyəti haqqında geniş mülahizələr yer alır.Mənbə:Alphonse de Lamartine, Histoire de la Turquie, I cild, 1854–1855-ci illər nəşrləri.4. Annie Besant — “Möhtəşəm ərəb müəllimi”İngilis yazıçısı və ictimai xadim Annie Besant The Life and Teachings of Muhammad adlı əsərində Hz. Peyğəmbərin (s) həyatını və xarakterini araşdırmışdır.Besant belə yazır:“It is impossible for anyone who studies the life and character of the great Prophet of Arabia ... to feel anything but reverence for that mighty Prophet.”Yəni müəllifin fikrincə, Peyğəmbərin (s) həyatını və xarakterini, onun necə yaşadığını və necə öyrətdiyini araşdıran insan onun şəxsiyyətinə böyük ehtiram hiss etməyə bilməz.Mənbə:Annie Besant, The Life and Teachings of Muhammad, Madras, 1932, s. 4.Bu fikir xüsusilə diqqətəlayiqdir. Çünki Besant müsəlman müəllif deyil və onun əsərindəki qiymətləndirmə Peyğəmbərin (s) şəxsiyyətinə tarixi baxımdan verilmiş müsbət münasibəti göstərir.5. William Montgomery Watt — “Onun əsas dürüstlüyünü inkar etmək daha çox problem yaradır”Şotlandiyalı məşhur İslamşünas və Ərəb dili və İslam araşdırmaları üzrə Edinburq Universitetinin professoru William Montgomery Watt Hz. Məhəmməd (s) haqqında ciddi akademik araşdırmalar aparmışdır.Onun məşhur əsərlərindən biri Muhammad at Mecca, digəri isə Muhammad at Medina kitabıdır.Watt Peyğəmbərin (s) təqiblərə qarşı dözümünü, onun ardıcıllarının yüksək əxlaqi keyfiyyətlərini və nəticədə əldə etdiyi böyük uğuru qeyd edərək belə bir nəticəyə gəlir:“To suppose Muhammad an impostor raises more problems than it solves.”Yəni: “Məhəmmədi (s) saxtakar hesab etmək, həll etdiyindən daha çox problem ortaya çıxarır.”Watt həmçinin Qərbdə Məhəmmədin (s) tarixdəki rolunun lazımi səviyyədə qiymətləndirilmədiyini qeyd edir.Mənbə:W. Montgomery Watt, Muhammad at Mecca, Oxford University Press / Clarendon Press, 1953, s. 52.6. Reginald Bosworth Smith — “Sezar və Papa bir insanda”İngilis din xadimi və tarixçisi Reginald Bosworth Smith Mohammed and Mohammedanism əsərində Hz. Məhəmmədin (s) həm dini, həm də siyasi liderliyinə diqqət çəkir.O yazır:“He was Caesar and Pope in one...”Yəni: “O, Sezar və Papanın bir insanda birləşməsi kimi idi...”Smith burada Peyğəmbərin (s) eyni zamanda dini rəhbər və siyasi lider olmasını nəzərdə tutur. Daha sonra onun daimi ordusu, sarayı və böyük maddi hakimiyyət vasitələri olmadan böyük bir cəmiyyətə rəhbərlik etdiyini vurğulayır.Mənbə:Reginald Bosworth Smith, Mohammed and Mohammedanism, London, 1874/1889 nəşrləri.7. Edward Gibbon — İslamın uzunmüddətli təsiri haqqındaİngilis tarixçisi Edward Gibbon, Roma imperiyasının tarixini yazdığı məşhur The History of the Decline and Fall of the Roman Empire əsərində Hz. Məhəmməd (s) və İslamın meydana gəlməsinə ayrıca yer ayırmışdır.Gibbon Məhəmmədin (s) meydana gətirdiyi dəyişiklikləri dünya tarixinin mühüm dönüş nöqtələrindən biri kimi təqdim edir. Onun əsərində Məhəmmədin (s) Ərəbistanda dini və siyasi rəhbər kimi yüksəlişi və bunun sonrakı tarixi hadisələrə təsiri geniş şəkildə müzakirə olunur.Mənbə:Edward Gibbon, The History of the Decline and Fall of the Roman Empire, Chapter L — “Description of Arabia and Its Inhabitants. Birth, Character, and Doctrine of Mahomet...”Gibbonun əsəri bəzi məsələlərdə İslam haqqında XVIII əsrin Avropa tarixşünaslığının yanaşmalarını da daşıyır. Buna görə onun bütün dini qiymətləndirmələrini İslamın öz mənbələri ilə eyniləşdirmək düzgün olmaz. Lakin əsərin tarixi baxımdan əhəmiyyəti böyükdür.NəticəHz. Məhəmməd Peyğəmbər (s) haqqında Qərb tarixçiləri və alimlərinin fikirlərinə nəzər saldıqda maraqlı bir mənzərə ortaya çıxır.Michael Hart onu dünya tarixində ən təsirli şəxs kimi birinci sıraya qoyur.Thomas Carlyle onu özünün “peyğəmbər qəhrəman” anlayışı çərçivəsində araşdırır.Annie Besant onun həyatını araşdıran insanın Peyğəmbərə (s) ehtiram hiss etməməsinin mümkün olmadığını bildirir.W. Montgomery Watt Məhəmmədi (s) saxtakar hesab etməyin tarixi faktları izah etməkdə daha çox problem yaratdığını vurğulayır.Bosworth Smith onun dini və siyasi liderliyinin qeyri-adi birləşməsinə diqqət çəkir.Bütün bunlar göstərir ki, Hz. Məhəmmədin (s) şəxsiyyəti yalnız dini baxımdan deyil, tarix, sosiologiya, siyasət, əxlaq və sivilizasiya tarixi baxımından da dünya miqyasında böyük araşdırma mövzusu olmuşdur.Ən mühüm məqam isə budur: bu müəlliflərin hamısı eyni fikirdə deyil və onların İslam haqqında bəzi mülahizələri bir-birindən fərqlənir. Lakin müxtəlif dünyagörüşlərinə sahib tarixçilərin belə Peyğəmbərin (s) tarixi təsirini, liderliyini və şəxsiyyətinin böyüklüyünü ayrıca qeyd etməsi diqqətəlayiqdir.Əsas kitab mənbələriMichael H. Hart — The 100: A Ranking of the Most Influential Persons in History, 1978.Thomas Carlyle — On Heroes, Hero-Worship, and the Heroic in History, 1841.Alphonse de Lamartine — Histoire de la Turquie, 1854–1855.Annie Besant — The Life and Teachings of Muhammad, Madras, 1932, s. 4.W. Montgomery Watt — Muhammad at Mecca, Oxford University Press, 1953, s. 52.Reginald Bosworth Smith — Mohammed and Mohammedanism, 1874/1889.Edward Gibbon — The History of the Decline and Fall of the Roman Empire, Chapter L.

Həzrət Muhəmməd (s) 26.08.2026

Hz. Məhəmməd (s) — Aləmlərə Rəhmət Olaraq Göndərilən Peyğəmbər

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik”Qurani-Kərim Hz. Məhəmmədin (s) peyğəmbərliyini yalnız bir qövmə və ya müəyyən bir dövrə aid etmir. Allah-Təala onun göndərilməsini bütün aləmlərə rəhmət olaraq təqdim edir.Uca Allah buyurur:📖 Ənbiya surəsi, 107-ci ayəƏrəbcə:وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِّلْعَالَمِينَOxunuşu:Və mə ərsəlnakə illə rahmətən lil-aləmin.Tərcüməsi:“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik.”(Ənbiya, 21:107)Bu qısa, lakin çox böyük məna daşıyan ayədə Allah-Təala Peyğəmbərin (s) göndərilməsinin əsas xüsusiyyətlərindən birini açıqlayır: rəhmət.Rəhmət nə deməkdir?“Rəhmət” yalnız mərhəmət göstərmək mənasında deyil. Rəhmət insanı xeyirə çatdırmaq, onu zərərdən qorumaq, doğru yola yönəltmək, bağışlanmağa və Allahın razılığına aparmaq mənalarını da əhatə edir.Hz. Məhəmməd (s) insanları cahillikdən elmə, şirkdən tövhidə, zülmdən ədalətə, düşmənçilikdən qardaşlığa və günahdan Allaha itaətə çağırdı.O Həzrət (s) insanlara yalnız dünya həyatının deyil, əbədi axirət həyatının səadət yolunu göstərdi.Buna görə Quranın:“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik”buyurması Peyğəmbərin (s) bütün insanlığa gətirdiyi ilahi hidayətin böyüklüyünü göstərir.Quran Peyğəmbərin (s) mərhəmətini başqa ayədə necə təsvir edir?Allah-Təala başqa bir ayədə buyurur:📖 Tövbə surəsi, 128-ci ayəƏrəbcə:لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِّنْ أَنفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُم بِالْمُؤْمِنِينَ رَءُوفٌ رَّحِيمٌOxunuşu:Ləqəd caəkum rəsulum min ənfusikum, əzizun ələyhi ma ənittum, hərisun ələykum, bil-mumininə rəufur-rəhim.Tərcüməsi:“Həqiqətən, sizə özünüzdən elə bir peyğəmbər gəlmişdir ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O, sizin iman gətirməyinizə çox hərisdir. Möminlərə qarşı şəfqətli və mərhəmətlidir.”(Tövbə, 9:128)Burada Peyğəmbərin (s) üç mühüm xüsusiyyəti vurğulanır:1. İnsanların çətinliyinə laqeyd deyildi.Başqalarının əziyyət çəkməsi Peyğəmbərə (s) ağır gəlirdi.2. İnsanların hidayətini istəyirdi.O Həzrət (s) insanların iman gətirib doğru yola gəlməsini arzulayırdı.3. Möminlərə qarşı şəfqətli və mərhəmətli idi.İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə də bu ayənin Peyğəmbərin (s) möminlərə olan rəhmət və şəfqətini ifadə etdiyi bildirilir.Peyğəmbər (s) özü rəhməti necə izah edirdi?Peyğəmbərdən (s) belə bir hədis nəql edilmişdir:إِنَّمَا أَنَا رَحْمَةٌ مُهْدَاةٌ“Mən yalnız hədiyyə edilmiş bir rəhmətəm.”Bu hədis “əl-Kafi”də nəql olunan rəhmət mövzusundakı rəvayətlər arasında da qeyd edilir.Bu ifadə Qurandakı “rəhmətən lil-aləmin” ayəsi ilə çox gözəl uyğunlaşır.Quran buyurur:“Biz səni aləmlərə rəhmət olaraq göndərdik.”Peyğəmbər (s) isə öz missiyasını belə ifadə edir:“Mən yalnız hədiyyə edilmiş bir rəhmətəm.”Deməli, onun gətirdiyi risalətin əsas məqsədlərindən biri insanları Allahın rəhmətinə, hidayətinə və əbədi səadətinə çatdırmaqdır.Peyğəmbərin (s) mərhəməti yalnız insanlarla məhdudlaşmırdıHz. Məhəmməd (s) insanlara, uşaqlara, yetimlərə, yoxsullara, heyvanlara və bütün canlılara qarşı mərhəmətli davranmağı öyrədirdi.İmam Əli (ə) və Əhli-beyt məktəbində nəql olunan rəvayətlərdə də rəhmət və mərhəmətin möminin əxlaqının mühüm hissəsi olduğu vurğulanır.İmam Sadiqdən (ə) Peyğəmbərin (s) belə buyurduğu nəql edilir:الرَّاحِمُونَ يَرْحَمُهُمُ اللَّهُ، ارْحَمُوا مَنْ فِي الْأَرْضِ يَرْحَمْكُمْ مَنْ فِي السَّمَاءِ“Mərhəmət edənlərə Allah mərhəmət edər. Yer üzündəkilərə mərhəmət edin ki, göydəki sizin üzərinizə mərhəmət etsin.”Bu rəvayət “əl-Kafi”də nəql edilmişdir.Bu hədis bizə mühüm bir dərs verir: Peyğəmbərin (s) rəhmət yolunu davam etdirmək istəyən insan özü də mərhəmətli olmalıdır.Peyğəmbərin (s) rəhməti düşmənlərinə belə çatırdıHz. Məhəmmədin (s) həyatına nəzər saldıqda onun mərhəmətinin yalnız onu sevən insanlara qarşı olmadığını görürük.Məkkədə illərlə ona və səhabələrinə zülm edildi. Ona qarşı müxtəlif təzyiqlər göstərildi, təhqirlər edildi və mübarizə aparıldı. Lakin Məkkənin fəthindən sonra Peyğəmbərin (s) qarşısında onu illərlə incidən insanlar dayandıqda o, intiqam yolunu deyil, bağışlama və mərhəmət yolunu seçdi.Bu davranış “aləmlərə rəhmət” ifadəsinin canlı nümunəsidir.Çünki rəhmət yalnız dostlara yaxşılıq etmək deyil. Əsl rəhmət insanın gücü çatdığı halda belə zülm və intiqam əvəzinə bağışlamağı seçə bilməsidir.Peyğəmbərin (s) əxlaqı Quranın canlı təcəssümü idiAllah-Təala Peyğəmbər (s) haqqında buyurur:📖 Qələm surəsi, 4-cü ayəƏrəbcə:وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍOxunuşu:Və innəkə ləəla xuluqin əzim.Tərcüməsi:“Həqiqətən, sən böyük əxlaq sahibisən.”(Qələm, 68:4)Peyğəmbərin (s) rəhməti onun əxlaqında, danışığında, davranışında və insanlarla münasibətində özünü göstərirdi.O, insanlara Allahı tanıtdı, onları tövhidə çağırdı, yetimə sahib çıxmağı, yoxsula yardım etməyi, qonşuya yaxşılıq etməyi, valideynlərə hörmət etməyi və insanlara zülm etməməyi öyrətdi.Rəhmət — yalnız söz deyil, həyat tərzidir“Rəhmət” sözünü sadəcə Peyğəmbərin (s) bir sifəti kimi oxumaq kifayət deyil. Bu ayə bizim üçün də bir məsuliyyət daşıyır.Əgər biz həqiqətən Hz. Məhəmmədi (s) seviriksə, onun rəhmət əxlaqını həyatımıza gətirməliyik.Ailəmizə qarşı mərhəmətli olmalıyıq.Yetimə və yoxsula sahib çıxmalıyıq.İnsanları təhqir etməməliyik.Günah edən insanı alçaltmaq əvəzinə onu doğru yola dəvət etməliyik.Bizə qarşı pislik edən insanlara belə ədalətdən kənara çıxmadan davranmalıyıq.Çünki Peyğəmbər (s) yalnız sözləri ilə deyil, rəhmətli davranışı ilə də insanlara Allah yolunu göstərirdi.NəticəQurani-Kərimin:وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِّلْعَالَمِينَ“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik.”ayəsi Hz. Məhəmmədin (s) peyğəmbərliyinin böyük həqiqətlərindən birini açıqlayır.O Həzrət (s) insanları Allahın rəhmətinə dəvət edən, onları hidayət edən, cəhalətdən qurtaran və əbədi səadət yolunu göstərən Allah Rəsuludur.Ona görə də Hz. Məhəmməd (s) yalnız bir dövrün və ya bir millətin Peyğəmbəri kimi deyil, “Rəhmətül-lil-aləmin” — “aləmlərə rəhmət” olaraq tanınır.Allah Quranda onun göndərilməsini rəhmət adlandırır, Peyğəmbər (s) isə öz missiyasını “hədiyyə edilmiş rəhmət” kimi ifadə edir.Bu səbəbdən Peyğəmbəri (s) sevməyin ən gözəl yollarından biri onun əxlaqını yaşatmaqdır:Mərhəmət etmək, bağışlamaq, ədalətli olmaq, insanlara yaxşılıq etmək və onları Allaha yaxınlaşdırmaq.🌹 Salavatاللَّهُمَّ صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ“Allahım, Məhəmmədə və Məhəmmədin Əhli-beytinə salavat göndər.”

Həzrət Muhəmməd (s) 26.08.2026

Quranda Hz. Məhəmmədin (s) Adı — Allahın Seçilmiş Elçisi

GirişHz. Məhəmməd (s) Allah-Taalanın bəşəriyyətə göndərdiyi sonuncu peyğəmbər və ilahi risalətin tamamlayıcısıdır. Qurani-Kərimdə onun mübarək adı “Məhəmməd” olaraq dörd dəfə, “Əhməd” olaraq isə bir dəfə açıq şəkildə qeyd olunur.Bu ayələrə diqqət etdikdə görürük ki, Quran Peyğəmbəri (s) yalnız adı ilə tanıtmır, eyni zamanda onun Allahın Rəsulu, peyğəmbərlərin sonuncusu, insanlara hidayət gətirən elçi olduğunu bildirir.1. “Məhəmməd” — Allahın Rəsulu📖 Ali-İmran surəsi, 144-cü ayəƏrəbcə:وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ ۚ أَفَإِن مَّاتَ أَوْ قُتِلَ انقَلَبْتُمْ عَلَىٰ أَعْقَابِكُمْ ۚ وَمَن يَنقَلِبْ عَلَىٰ عَقِبَيْهِ فَلَن يَضُرَّ اللَّهَ شَيْئًا ۗ وَسَيَجْزِي اللَّهُ الشَّاكِرِينَOxunuşu:Və mə Muhəmmədun illə rəsulun, qəd xalət min qəblihir-rusul. Əfə in mətə əv qutilə inqələbtum alə əqabikum. Və mən yənqəlib alə əqibəyhi fələn yədurrəllahə şeyən və sə yəczillahuş-şakirin.Tərcüməsi:“Məhəmməd yalnız bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o ölsə və ya öldürülsə, siz geriyəmi dönəcəksiniz? Kim geriyə dönsə, Allaha heç bir zərər verə bilməz. Allah isə şükür edənlərə mükafat verəcəkdir.”Bu ayə çox mühüm bir həqiqəti göstərir: Peyğəmbərin (s) vəfat etməsi onun gətirdiyi dinin haqq olmasına xələl gətirmir. Çünki İslam Peyğəmbərin (s) şəxsi varlığına deyil, Allahın vəhyinə və ilahi risalətə əsaslanır.2. Məhəmməd (s) — peyğəmbərlərin sonuncusu📖 Əhzab surəsi, 40-cı ayəƏrəbcə:مَّا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِّن رِّجَالِكُمْ وَلَٰكِن رَّسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ ۗ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمًاOxunuşu:Mə kənə Muhəmmədun əba əhədin min ricalikum və lakin rəsuləllahi və xatəmən-nəbiyyin. Və kənəllahu bikulli şeyin alimə.Tərcüməsi:“Məhəmməd sizin kişilərinizdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir.”Bu ayədə Peyğəmbərin (s) ən mühüm xüsusiyyətlərindən biri açıq şəkildə bildirilir: “xatəmən-nəbiyyin” — yəni peyğəmbərlərin sonuncusu.Beləliklə, İslam etiqadında Hz. Məhəmməddən (s) sonra yeni bir peyğəmbərin gəlməsi yoxdur. Onun gətirdiyi şəriət Qiyamət gününə qədər davam edəcək ilahi risalətdir.3. Məhəmmədə (s) nazil edilən vəhyə iman📖 Məhəmməd surəsi, 2-ci ayəƏrəbcə:وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَآمَنُوا بِمَا نُزِّلَ عَلَىٰ مُحَمَّدٍ وَهُوَ الْحَقُّ مِن رَّبِّهِمْ كَفَّرَ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَأَصْلَحَ بَالَهُمْOxunuşu:Vəlləzinə amənu və amilus-salihatı və amənu bimə nuzzilə alə Muhəmmədin və huvəl-həqqu mir-rabbihim, kəffərə anhum səyyiatihim və əsla-hə bələhüm.Tərcüməsi:“İman gətirib yaxşı işlər görənlər və Məhəmmədə nazil edilənə — onun Rəbbi tərəfindən gələn haqq olduğuna — iman gətirənlərin günahlarını Allah bağışlayar və onların vəziyyətini islah edər.”Diqqət yetirsək, ayədə iki mühüm məsələ birlikdə qeyd olunur: iman və saleh əməl, həmçinin Məhəmmədə (s) nazil edilən vəhyə iman.Bu, Peyğəmbərin (s) gətirdiyi Quranın Allah tərəfindən nazil edilmiş haqq kitab olduğunu göstərir.4. “Məhəmməd Allahın Rəsuludur”📖 Fəth surəsi, 29-cu ayəƏrəbcə:مُحَمَّدٌ رَّسُولُ اللَّهِ ۚ وَالَّذِينَ مَعَهُ أَشِدَّاءُ عَلَى الْكُفَّارِ رُحَمَاءُ بَيْنَهُمْ ۖ تَرَاهُمْ رُكَّعًا سُجَّدًا يَبْتَغُونَ فَضْلًا مِّنَ اللَّهِ وَرِضْوَانًا ۖ سِيمَاهُمْ فِي وُجُوهِهِم مِّنْ أَثَرِ السُّجُودِ ۚ ذَٰلِكَ مَثَلُهُمْ فِي التَّوْرَاةِ ۚ وَمَثَلُهُمْ فِي الْإِنجِيلِ كَزَرْعٍ أَخْرَجَ شَطْأَهُ فَآزَرَهُ فَاسْتَغْلَظَ فَاسْتَوَىٰ عَلَىٰ سُوقِهِ يُعْجِبُ الزُّرَّاعَ لِيَغِيظَ بِهِمُ الْكُفَّارَ ۗ وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنْهُم مَّغْفِرَةً وَأَجْرًا عَظِيمًاOxunuşu:Muhəmmədur-rəsulullah. Vəlləzinə məəhu əşiddau aləl-kuffari ruhəmau bəynəhum. Tərāhum rukkəən səccədən yəbtəğunə fəzlən minəllahi və rizvanə. Simahum fi vucuhihim min əsəris-sucud...Tərcüməsi:“Məhəmməd Allahın Rəsuludur. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku və səcdə halında, Allahın lütfünü və razılığını diləyərkən görərsən. Onların üzlərində səcdənin izindən olan əlamət vardır. Bu, onların Tövratdakı vəsfidir. İncildəki vəsfləri isə belədir: torpaqdan çıxan, qüvvətlənən, qalınlaşan və öz gövdəsi üzərində möhkəm dayanan əkin kimidirlər...”Ayənin başlanğıcındakı ifadə xüsusilə diqqətəlayiqdir:مُحَمَّدٌ رَّسُولُ اللَّهِ“Məhəmməd Allahın Rəsuludur.”Bu, Quranda Peyğəmbərin (s) məqamını ifadə edən ən aydın cümlələrdən biridir.5. “Əhməd” adı — İsa Peyğəmbərin (ə) müjdəsiQurani-Kərimdə Peyğəmbərimizin (s) adı yalnız “Məhəmməd” olaraq deyil, “Əhməd” olaraq da gəlir.📖 Səff surəsi, 6-cı ayəƏrəbcə:وَإِذْ قَالَ عِيسَى ابْنُ مَرْيَمَ يَا بَنِي إِسْرَائِيلَ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُم مُّصَدِّقًا لِّمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَمُبَشِّرًا بِرَسُولٍ يَأْتِي مِن بَعْدِي اسْمُهُ أَحْمَدُ ۖ فَلَمَّا جَاءَهُم بِالْبَيِّنَاتِ قَالُوا هَٰذَا سِحْرٌ مُّبِينٌOxunuşu:Və iz qalə İysəbnu Məryəmə ya bəni İsrailə inni rəsulullahi iləykum musaddiqən limə bəynə yədəyyə minət-Tövrati və mubəşşiran bi-rəsulin yəti min bədi ismuhu Əhməd. Fələmmə caəhum bil-bəyyinati qalū həzə sihrun mubin.Tərcüməsi:“Xatırla ki, Məryəm oğlu İsa dedi: ‘Ey İsrail oğulları! Mən Allahın sizə göndərdiyi elçiyəm. Məndən əvvəl nazil olmuş Tövratı təsdiq edirəm və məndən sonra gələcək, adı Əhməd olan bir elçi ilə sizi müjdələyirəm.’ Lakin o, onlara açıq-aşkar dəlillərlə gəldikdə dedilər: ‘Bu, açıq-aydın sehrdir.’”Beləliklə, Qurana görə Hz. İsa (ə) özündən sonra gələcək bir elçini “Əhməd” adı ilə müjdələmişdir.“Əhməd” sözünün Quranda bu formada işlənməsi də xüsusi diqqətəlayiqdir; Quran üzrə söz axtarışında “Əhməd” adı 61:6-da bir dəfə keçir.Hz. Peyğəmbərin (s) adları haqqında hədisƏhli-beyt (ə) məktəbinin hədis mənbələrində də Peyğəmbərin (s) müxtəlif adları haqqında rəvayətlər nəql olunmuşdur.İmam Cəfər Sadiqdən (ə) nəql olunan rəvayətlərdə Peyğəmbərin (s) Məhəmməd və Əhməd kimi adları qeyd edilir. Bu adlar onun Allah tərəfindən seçilmiş elçi olmasının və yüksək məqamının ifadələrindəndir.Peyğəmbərin (s) adının “Məhəmməd” olması təsadüfi bir adlandırma deyil. “Məhəmməd” sözü çox təriflənən, çox həmd edilən mənasını daşıyır. “Əhməd” isə həmd mənası ilə bağlı olub, ən çox həmd edən və ya ən çox təriflənən mənalarını ifadə edə bilər.Bu baxımdan Qurandakı iki ad arasında mənəvi uyğunluq vardır.Quranın Peyğəmbərə (s) hörmət çağırışıQuran Peyğəmbərin (s) adını çəkməklə kifayətlənmir, möminlərə onun qarşısında ədəb və ehtiram göstərməyi də öyrədir.Allah buyurur:إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ ۚ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا“Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərin və tam şəkildə salamlayın.”— Əhzab, 33:56Bu ayənin mənası bizə göstərir ki, Hz. Məhəmmədin (s) adı çəkildikdə ona salavat göndərmək mömin üçün böyük bir ədəb və ehtiramdır:اللَّهُمَّ صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ“Allahım! Məhəmmədə və Məhəmmədin Əhli-beytinə salavat göndər.”Hz. Məhəmməd (s) — Quranın təqdim etdiyi PeyğəmbərQuranda Peyğəmbərimizin (s) adı keçən ayələri birlikdə nəzərdən keçirdikdə çox gözəl bir mənzərə ortaya çıxır:Ali-İmran 3:144 — Məhəmmədin (s) Allahın elçisi olduğunu bildirir.Əhzab 33:40 — onun Allahın Rəsulu və peyğəmbərlərin sonuncusu olduğunu bildirir.Məhəmməd 47:2 — ona nazil edilən vəhyə imanı vurğulayır.Fəth 48:29 — “Məhəmməd Allahın Rəsuludur” buyurur.Səff 61:6 — İsa Peyğəmbərin (ə) ondan sonra gələcək “Əhməd” adlı elçini müjdələdiyini bildirir.Deməli, Qurani-Kərim Hz. Məhəmmədi (s) sadəcə tarixi bir şəxsiyyət kimi təqdim etmir. O, Allahın seçdiyi Rəsul, peyğəmbərlərin sonuncusu və ilahi vəhyin daşıyıcısı kimi təqdim olunur.NəticəHz. Məhəmməd (s) bəşəriyyətə Allahın son risalətini çatdırmış böyük ilahi elçidir. Onun adı Quranda açıq şəkildə “Məhəmməd” və “Əhməd” olaraq qeyd edilir.Quranın bu ayələri bizə Peyğəmbərə (s) yalnız ad olaraq deyil, risalətinə iman, sünnəsinə itaət və Əhli-beytinə (ə) məhəbbət baxımından yanaşmağı öyrədir.Allah-Taalanın salavatı və salamı olsun Həzrət Məhəmmədə (s) və onun pak Əhli-beytinə (ə).اللَّهُمَّ صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍAllahım, Məhəmmədə və Məhəmmədin Əhli-beytinə salavat göndər!

Psixologiya 26.08.2026

Din psixologiyasının tərifi

İnsanların həyatında dinin yaranışı necə baş vermişdir? Dindar insanlar xüsusi şəxsiyyətə malikdirlər? Dindarlıq fərdlərin həyatdan daha çox razı qalmasına səbəb olurmu? Onların evlilik, iş və digər sahələrdəki uğurunu sığortalayırmı? Dindarlar fiziki və psixoloji cəhətdən daha sağlam olurlar? Dindarlıq cinayətkarlığın, qanun pozuntularının azalmasında, humanizm, başqalarına yardım hissinin artmasında, xeyryyəçilik işlərinin görülməsində rol oynayırmı? Fərdlərin dindarlıq dərəcəsini necə ölçmək olar? Ümumiyyətlə, dindarlığın hansı yönləri var?Bunlar din psixologiyasında tədqiq edilən və cavabları araşdırılan suallardır. Psixologiyanın ikinci dərəcəli bölmələrindən hesab edilən bu sahədə dinin elmi tədqiqatı psixoloji aspektə əsaslanır. Din psixoloqları bu sahə ilə bağlı müxtəlif tərif və izahlar versələr də, hamısının əsasında “dinin psixoloji aspektə əsaslanan elmi tədqiqi” məzmunlu tərif dayanır. Əslində digər təriflərdə bu konkret tərifin ehtiva etdiyi terminlərin daha geniş və əhatəli izahi verilir. Nümunə üçün aşağıda iki din psixoloqunun qeyd etdiyi tərifi təqdim edirik:Kollins ən yaxşı tərifin Kembric Universitetinin dosenti Tavlisə aid olduğunu bildirir. Taules hesab edir ki, dinlə bağlı olan psixoloji araşdırmada “dini davranışın öyrənilməsi qeyri-dini davranışın tədqiqindən əldə edilən psixoloji qanunlara əsaslanır.” Yəni din psixologiyasında dini davranışı izah etmək üçün ona ümumi davranışların tədqiqi zamanı əldə edilmiş psixoloji prinsiplər tətbiq edilir.Qeyd olunan tərifdə bu sahənin tədqiqat mövzuları arasından yalnız dini davranış konsepsiyasından söz açılmışdır. Bəlkə də elə buna görədir ki, Kollins həmin tərifdən sonra bu sahədə təkcə dini davranış deyil, eyni zamanda Allah və digər fövqəltəbii qüvvələrin varlığına və təsirinə inanan fərdlərin baxışlarını, dəyərlərini və təcrübələrini öyrənən psixoloji metodlardan istifadə edildiyini xatırlatmışdır (Krayd və Nemerof C.B., 2001, IV c., səh.1392 ). Reymond Palotzianın tərifində belə bir çatışmazlıq yoxdur. O yazır: “Din psixologiyası dini inanc və davranışları psixoloji aspektdən öyrənən bir sahədir. Yəni burada məqsəd dini davranışlara və təcrübələrə təsir göstərən psixoloji prosesləri öyrənməkdir. Bu sahədə biz dini davranış və təcrübəyə təsir göstərən ətraf mühiti, fərdi və ictimai təsirləri diqqət mərkəzində saxlamağa, dindarlıqda vasitəçi rolunu oynayan psixoloji prosesləri müəyyənləşdirəcək imkana malik baxışları və tədqiqatları səciyyələndirməyə çalışırıq.” (Palotzian, 1996, səh.28-29).Bu tərifdən də göründüyü kimi, din psixologiyası din və dindarlığın ehtiva etdiyi məsələlər haqqında psixoloji prinsiplərə əsaslanan elmi araşdırmadır. Qeyd olunan məsələlər həm dini davranışlara, həm də dini inanc və dəyərlərə şamildir. Buna görə də dini mövzuları istənilən psixoloji yanaşma və tərif əsasında araşdırmağımızdan asılı olmayaraq din psixlogiyası sahəsinin tədqiqatçısına çevrilmiş oluruq. Başqa sözlə desək, din psixologiyasının tərifində psixologiyanın öz tərifi diqqət mərkəzində olur. Haqqında malik olduğumuz mülahizə fərqlərindən asılı olmayaraq bu elm sahəsinin müxtəlif dini mövzularla bağlı tədqiqatlarının hasili din psixologiyası olacaqdır. 

Psixologiya 26.08.2026

Psixologiya nədir?

Psixologiya insanın davranışlarını, duyğularını, düşüncələrini və psixoloji proseslərini öyrənən bir elmdir. Bu sahə insanların daxili dünyasını anlamağa, onların davranışlarının səbəblərini araşdırmağa və müxtəlif problemlərin həllində yardım etməyə yönəlib. Psixologiya həm nəzəri biliklərə, həm də praktik tətbiqlərə malikdir və müxtəlif istiqamətlərdə inkişaf etmişdir. Psixologiyanın Əsas Xüsusiyyətləri Psixologiya, elmi araşdırmalara əsaslanan, insanların zehni və emosional vəziyyətlərini dərindən tədqiq edən fundamental bir elm sahəsidir. Bu elm sahəsi çərçivəsində aparılan tədqiqatlarda müşahidə, eksperiment və statistik analizlər kimi obyektiv metodlardan geniş istifadə olunur. Psixologiya həm nəzəri, həm də tətbiqi tərəfləri ilə insan təbiətini anlamağa xidmət edir. Bu intizam birbaşa insanı mərkəzə alır; fərdin zehni prosesləri, davranışları, hissləri və sosial münasibətləri araşdırmanın əsas obyektidir. Tədqiqat mövzuları arasında düşüncə, yaddaş, motivasiya, stress və şəxsiyyət kimi kritik faktorlar yer alır. Bu geniş əhatə dairəsi psixologiyanın insan həyatındakı rolunu əvəzsiz edir. Psixologiya elmi multidisiplinar yanaşma nümayiş etdirərək bir çox fərqli sahə ilə sıx əlaqədə fəaliyyət göstərir. Xüsusilə biologiya, sosiologiya, təhsil, tibb və fəlsəfə kimi elmlərlə qarşılıqlı əlaqə daxilindədir. Bu inteqrasiya, insan davranışlarının həm bioloji, həm də sosial aspektlərini daha yaxşı anlamağa imkan yaradır. Psixologiyanın Əsas Sahələri Psixologiya elmi, araşdırdığı mövzuların genişliyinə görə müxtəlif alt sahələrə bölünür. Hər bir sahə insanın fərqli bir yönünü və ya həyatın müəyyən bir mərhələsini hədəf alır: 1. Klinik Psixologiya Bu sahə psixoloji problemlərin diaqnozu, müalicəsi və profilaktikası ilə məşğul olur. Klinik psixoloqlar əsasən depressiya, narahatlıq pozuntuları, travmalar və asılılıqlar kimi ciddi emosional və zehni çətinliklərin aradan qaldırılmasına fokuslanırlar. 2. Eksperimental Psixologiya Zehni prosesləri və davranışları daha çox laboratoriya şəraitində öyrənən sahədir. Burada yaddaş, diqqət, qavrayış və öyrənmə mexanizmləri üzərində elmi təcrübələr aparılaraq fundamental qanunauyğunluqlar müəyyən edilir. 3. İnkişaf Psixologiyası İnsan inkişafının bütün mərhələlərini — uşaqlıq, yeniyetməlik, böyüklük və qocalıq dövrlərini araşdırır. Bu sahə fərdin həyatı boyu keçirdiyi davranış və emosional dəyişiklikləri tədqiq edərək inkişaf prosesini izah edir. 4. Təhsil Psixologiyası Təlim və öyrənmə proseslərini tədqiq edən bu sahə, təhsil mühitində effektivliyi artırmağa yönəlmişdir. Şagirdlərin motivasiyasını yüksəltmək və öyrənmə maneələrini aradan qaldırmaq üçün xüsusi strategiyalar hazırlayır. 5. Sosial Psixologiya İnsanların sosial mühitdəki davranışlarını və bir-birlərinə olan təsirlərini öyrənir. Qrup dinamikası, liderlik, stereotiplər və sosial təsir mexanizmləri bu sahənin əsas tədqiqat mövzularıdır. 6. Şəxsiyyət Psixologiyası İnsan şəxsiyyətinin özünəməxsus xüsusiyyətlərini, xarakterini və fərdlər arasındakı fərqləri araşdırır. Şəxsiyyət tipləri və bu tiplərin gündəlik davranışlara necə təsir etdiyi bu sahədə öyrənilir. 7. İş və Təşkilat Psixologiyası İş yerlərindəki davranışları və insan resurslarının idarə edilməsini tədqiq edir. Əsas diqqət işçi motivasiyası, iş mədəniyyəti və təşkilati liderlik mövzularına yönəldilir. Psixologiya Elminin Məqsədləri Psixologiya elmi fərdlərin və cəmiyyətin rifahı üçün aşağıdakı dörd əsas məqsədi rəhbər tutur: Davranışı anlamaq: İnsanların müəyyən vəziyyətlərdə nə üçün məhz bu cür davrandığını elmi şəkildə izah etmək. Problemləri həll etmək: Mövcud psixoloji problemləri müəyyən etmək və effektiv müalicə metodları tətbiq etmək. Özünü dərk etməyə yardım: Fərdlərin öz daxili dünyalarını, güclü və zəif tərəflərini daha yaxşı tanımasına dəstək olmaq. Həyat keyfiyyətini artırmaq: İnsanlara daha sağlam emosional və sosial həyat qurmaqda kömək etmək. Psixologiyanın Tətbiq Sahələri Psixologiya həm fərdi, həm də ictimai səviyyədə böyük əhəmiyyət daşıyır və aşağıdakı sahələrdə aktiv tətbiq olunur: Sahə Tətbiq İstiqaməti Tibb Psixi sağlamlıq problemlərinin diaqnozu və müalicəsi. Təhsil Şagird inkişafı və təlim keyfiyyətinin optimallaşdırılması. İş Dünyası Karyera inkişafı və təşkilati effektivliyin artırılması. Sosial Həyat Sosial problemlərin həlli, ailə və münasibət məsələləri. İdman İdmançılara psixoloji dəstək və performansın artırılması. Nəticə etibarilə, psixologiya insan həyatının bütün sahələrinə təsir göstərən, fərdin və cəmiyyətin daha sağlam inkişafı üçün zəruri olan bir elmdir. doktorsitesi.az  

QURANI KƏRIM 25.08.2026

Qurani-Kərim Allahın ən üstün nemətidir

Allah-taala mübarək “Rəhman” surəsində yaradılış aləmindəki varlıqların, maddi və mənəvi nemətlərin bir qrupunun, dünya, axirət, insan, mələk və cinin adını çəkir. İnsanın yaranışı və kamilliyindən, Cənnət və əbədi səadətdən, görünən, görünməyən və s. nemətlərdən danışır.Adı çəkilən surənin əvvəlində Allahın “Rəhmət” adı qeyd edildikdən sonra Quranın insana öyrədilməsi vurğulanır: الرَّحْمَنُ. عَلَّمَ الْقُرْآنَ. خَلَقَ الْإِنْسَانَ. عَلَّمَهُ الْبَيَانَ“Rəhman Allah Quranı öyrətdi. İnsanı yaratdı və ona danışmağı öyrətdi”.[1]Bu işıqlı ayələr Qurani-Kərimin Allahın birinci, ən mühüm və ən bərəkətli neməti olduğunu göstərir. Belə ki, insan təkcə Allahın təlimlərinin sayəsində Quranı mənimsəməklə və onun təlqini ilə özünün son kamillik zirvəsinə yüksələ bilər. Əgər Quran olmazsa, heç kəs insanlıq məqamına nail ola bilməz.Allahın ən uca neməti olan Qurani-Kərim həm də “ən gözəl kəlam”dır. Quran, həm sözlər, ifadələr, fəsahət və bəlağət, həm də insan düzəldən  (insan tərbiyə edən) məzmun zənginliyi baxımından, Allahın nazil etdiyi ən yaxşı söz və ən gözəl kəlamdır. Əgər Qurandan gözəl və dərin kəlam olsaydı, Allah mütləq onu peyğəmbərlərinin sonuncusuna (Həzrət Muhəmmədə) göndərərdi. Əgər Qurandan daha üstün bir kəlamın olması və Allahın onu sonuncu elçisinə nazil etməməsi fərz edilərsə, onda belə çıxır ki, Allah ya onu bilməyib, ya deməyi bacarmayıb, ya da göndərməkdə paxıllıq edib. Bu cəhətlər Allahda yoxdur və onların heç bir cəhalətə yer olmayan, zatı “elm” olan Allaha aid edilməsi qeyri-mümkündür. Bir şey mövcud olduğu halda, zatı “sonsuz elm” olan Allahın ondan xəbərsiz olması mümkün deyil. Bir şeyin yaranması mümkün və yaradılışı da “وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ” (Hər şeyə qadir)[2] olan sonsuz qüdrət sahibindən asılı olduğu halda, yaranmaması necə mümkün ola bilər?Paxıllıq və simicliyə gəlincə, bu xüsusiyyətlər nöqsan və zəiflikdən irəli gəlir. Allahın sonsuz kamilliyi bu xüsusiyyətlərdən uzaqdır. Buna görə də Qurani-Kərim Allahın ən yaxşı mesajı, ən kamil əbədi hədiyyəsi və ən üstün nemətidir. Ondan üstün kəlam mümkün olmayacaq. Qeyd edim ki, daha üstün kəlamın olmaması məsələsi hər biri “işgörənə” – danışana aid edilən bu üç səbəbdən (zatının mütləq olması, zatında cəhalətə qətiyyən yer olmaması və paxıl olmaması) başqa bir amillə də izah edilə bilər. Ehtimal edilə bilər ki, daha üstün kəlamın olmaması onun alıcısının – “qəbuledicisi və ya dinləyicisinin” bu potensiala malik olmaması ilə bağlıdır.[3] Lakin hər nə olursa-olsun, məqsəd hasil olacaq və Qurandan üstün kəlam olmayacaq. Səbəbi də insanın ondan daha üstününü qəbul edə biləcək potensialda olmamasıdır. Buna Allahın gözəl adlarından olan bəzi “Müstəsirə adları” misal göstərmək olar.[4] Bu adların gizliliyi və haqlarında məlumat verilməməsinin səbəbi zatı “elm” və “qüdrət” olan mütləq bağışlayıcının cəhaləti və acizliyi deyil, insanların onu qəbul edə biləcək imkan və potensialda olmamalarıdır. [1]Rəhman, 1-4 [2] Hədid, 2 [3] Daha üstün kəlamın olmaması iki tərəfə xas olan cəhətlərlə izah edilə bilər: tərəflərdən biri onu deyən, digəri isə dinləyəndir. Deyən tərəfin zatında zərrə qədər də cəhalətə yerin olmaması, zatı “mütləq elm” olması və paxıl olmaması daha üstün kəlamın göndərilməsini, ondan daha üstününün olmamasını tələb edir. Yəni Allah tərəfindən bundan üstün kəlam göndərilə bilməz. Qəbul edən və ya dinləyiciyə gəldikdə isə, dinləyicinin potensialı yalnız mövcud səviyyədə olan kəlamı qəbul edə bilir. Bu cəhətdən də, ondan üstününün göndərilməsi doğru deyil. Potensial və tutumu nədirsə, ona uyğun kəlam göndərilib. Yəni insan daha böyük potensiala malik olsaydı, daha yüksəyi göndərilərdi. Sonsuz elm sahibinin sonsuz dərəcədə üstün kəlam göndərmək qüdrəti sonsuzdur, sadəcə, insanın tutumu yalnız mövcud olanın göndərilməsinə imkan verir (tərc.) [4] “Müstəsirə” sözünün mənası “gizli” deməkdir. Hədislərdə qeyd edilir ki, Allah özü üçün heç kəsin bilmədiyi və maddi dünyada heç bir görüntüsü, təzahürü olmayan bəzi adlar seçmişdir. Gizli qalan və “İsmi-əzəm”dən olan bəzi adlar da buraya daxildir. Allahın həmin adlardan xəbər verməməsi Onun acizliyi və ya buna gücünün çatmaması deyil, insanların onları qəbul edə biləcək gücdə olmamasıdır (tərc.)

Azərbaycan 23.08.2026

Şah İsmayıl Xətai

Şah İsmayıl XətaiŞah İsmayıl Xətai (1487–1524) — Səfəvilər dövlətinin banisi, ilk Səfəvi şahı, böyük dövlət xadimi və Azərbaycan dilində əsərlər yazmış görkəmli şairdir. O, 1501-ci ildə Təbrizdə hakimiyyətə gəlmiş və Səfəvi dövlətinin əsasını qoymuşdur.Şah İsmayılın atası Şeyx Heydər, babası isə Şeyx Cüneyd idi. Səfəvi ailəsi əvvəlcə dini-təsəvvüfi hərəkat kimi tanınsa da, Şah İsmayılın rəhbərliyi ilə güclü siyasi və hərbi qüvvəyə çevrildi.1501-ci ildə Şah İsmayıl Təbrizi ələ keçirərək özünü şah elan etdi. Bununla Səfəvilər dövlətinin siyasi hakimiyyəti başladı. Sonrakı illərdə dövlətin ərazisi genişləndi və İran, Azərbaycan, İraq və Cənubi Qafqazın mühüm hissələri Səfəvi hakimiyyəti altına keçdi.Şah İsmayılın hakimiyyəti dövründə On iki İmam şiəliyi dövlətin rəsmi məzhəbi elan edildi. Bu qərar Səfəvi dövlətinin dini və siyasi kimliyinin formalaşmasında mühüm rol oynadı.1514-cü ildə Osmanlı sultanı I Səlimlə Şah İsmayıl arasında Çaldıran döyüşü baş verdi. Səfəvilər bu döyüşdə məğlub oldular. Buna baxmayaraq, Şah İsmayıl öz dövlətinin siyasi varlığını qoruyub saxlaya bildi.Şah İsmayıl həm də “Xətai” təxəllüsü ilə şeirlər yazırdı. O, Azərbaycan ədəbiyyatının klassik dövründə mühüm iz qoymuş sənətkarlardan biridir. Şeirlərində Əhli-beytə məhəbbət, dini-fəlsəfi düşüncələr, qəhrəmanlıq, mənəvi dəyərlər və insanın daxili dünyası geniş yer tutur.Onun ən məşhur əsərlərindən biri “Dəhnamə” poemasıdır. Bundan başqa, Xətainin çoxsaylı qəzəl və qoşmaları Azərbaycan ədəbiyyatının qiymətli nümunələri hesab olunur.Şah İsmayıl 1524-cü ildə vəfat etmişdir. Onun ölümündən sonra oğlu I Təhmasib Səfəvi dövlətinin başına keçmişdir.Tarixi əhəmiyyəti: Şah İsmayıl Xətai Azərbaycan və region tarixində mühüm siyasi və mədəni şəxsiyyətlərdən biridir. O, Səfəvi dövlətinin əsasını qoymaqla yanaşı, Azərbaycan ədəbiyyatının inkişafına böyük töhfə vermişdir.

104 Oxu
Əhli-Beyt Maarifi 23.08.2026

Peyğəmbəri-Əkrəmin (s) xanım Xədicə (s.ə) ilə izdivacı

Rəbiül-əvvəl ayının 10-u ( hicrətdən 27 il öncə) İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq: Tarixi mənbələrdə İslam Peyğəmbərinin (s) xanım Xədicə ilə tanışlığı və onların evliliyi belə göstərilir: “Xüveylidin qızı Xədicə nəsil-nəcabətli və şərafətli bir qadın olması ilə bərabər, ticari işlərlə məşğul olur və ticari işlərini icra etmək üçün bəzilərini bu işə cəlb edirdi. İslam peyğəmbəri həzrət Mühəmməd (s) iyirmi beş yaşına çatdıqda, əmisi Əbu Talib o həzrətə belə bir təklif etdi: “Xüveylidin qızı Xədicə Qüreyş ticarətinin önəmli şəxslərindəndir və ticari işlərini öhdəsinə götürəcək əmanətdar bir şəxs axtarışındadır. Nə yaxşı olar ki, özünü ona tanıtdırıb, onun ticari işlərinə rəhbərliyi öhdənə alasan!” Peyğəmbərin (s) yüksək ruhu bu istəyi birbaşa olaraq Xədicəyə söyləməyə mane olduğundan, əmisinə belə dedi: “Yaxşı olar ki, Xədicə özü bu təklifi irəli sürsün.” Xədicə o həzrətin “Əmin” (əmanətdar) ləqəbi ilə tanındığını bildiyi üçün, bir nəfəri Peyğəmbərin (s) hüzuruna göndərib dedi: “Mühəmmədin (s) gözəl əxlaqı, sədaqət və əmanətdarlığına məftun olmuşam. Ticari səfər üçün başqalarının verdiyi puldan ikiqat artıq verməyə və bu səfərdə sənə kömək etmək məqsədilə qulamlarından iki nəfəri səninlə birgə göndərməyə hazıram!” Peyğəmbər (s) Xədicənin təklifini qəbul edib, Qüreyş karvanı ilə birlikdə Şama doğru hərəkət etdi. Peyğəmbər (s) bu səfərdə hamıdan çox qazanc əldə etdi. Xədicənin Peyğəmbərlə (s) birgə öndərdiyi Meysərə adlı qulamı səfərdın qayıtdıqdan sonra o həzrətin əxlaqi səciyyələri, alicənablığı və ali mənəviyyatı haqda Xədicəyə məlumat verdi. Xədicə zəkalı, uzaqgörən, şərafətli bir qadın idi və cahiliyyət dövründə əxlaqi və ictimai mövqeyinə görə Qüreyş qadınlarının pakizəsi və xanımı adlanırdı. Məşhur nəzərə əsasən, o, öncə iki dəfə evlənmiş və hər iki əri vəfat etmişdi. Qüreyşin Əqəbə ibn Əbu Muit, Əbu Cəhl və Əbu Süfyan kimi böyükləri və sərvətliləri Xədicədən elçilik etmiş, o isə razılıq verməmişdi. Digər tərəfdən, Xədicənin Peyğəmbərə (s) qohumluğu çatırdı. Belə ki, hər ikisinin nəsil-nəcabəti Qüsəydə birləşirdi. Həm də, onun Peyğəmbərin (s) parlaq gələcəyi haqda məlumatı olduğundan, qırx yaşında ikən o həzrətlə evlənmək qərarına gəldi. Xədicə Peyğəmbərə (s) evlilik təklifi verdi. İbn Hişam özünün “Sirə” kitabında yazır: “Xədicə özü evlilik təklifini irəli sürüb Peyğəmbərə (s) dedi: “Ey əmioğlu! Aramızdakı qohumluq əlaqələrini, eləcə də, gözəl əxlaqa, qohum-əqrəba içində izzət, əzəmət, sədaqət və əmanətdarlığa sahib olduğunu nəzərə alaraq səninlə ailə həyatı qurmaq istəyirəm.” Peyğəmbər (s) buyurdu: “Bu haqda əmilərimə məlumat verməli, onların məsləhətinə qulaq asmalıyam.” (“Sireyi-İbn Hişam”, 1-ci cild, səh. 204.) Əksər tarixçilər isə qeyd edirlər ki, Xədicə evlilik təklifini Nəfisə adlı bir qadının vasitəsilə göndərdi. Nəhayət, Peyğəmbər (s) evlilik macərasını öz əmiləri, məxsusən, Əbu Taliblə müzakirə etdi və Qüreyşin böyüklərinin iştirakı ilə izdivac mərasimi təşkil edildi. Əbu Talib Allaha həmd-səna edərək bir xütbə oxudu və qardaşı oğlunu belə təriflədi: “Qardaşım oğlu Mühəmməd ibn Abdullah (s) sərvət sahibi olmasa da, Qüreyşin kişiləri ilə müqayisədə, onların hamısında üstün və fəzilətlidir. Sərvət kölgə tək ötəri və gedəsidir, nəsil-nəcabət isə əbədi və qalasıdır.” (Biharul-ənvar”, c.16 səh.16.) Əbu Talibin xütbəsindən sonra, Xədicənin qohumlarından Vərəqət ibn Nofəl ibn Əsəd sözə başladı: “Qüreyşlilərdən heç kim sizin fəzilət sahibi olmağınızı inkar etmir. Biz də səmimi qəlbdən bu şərafət kəndirinə birləşmək istəyir, sizinlə qohum olmağı özümüzə şərəf hesab edirik.” Beləliklə, dörd yüz dinar (və yaxud iyirmi dəvə) mehriyyə təyin olunaraq “nikah” oxundu və Peyğəmbər (s) iyirmi beş yaşında ikən Xədicə ilə evləndi. O həzrətin xanım Xədicə ilə evliliyindən iki oğul və dörd qız uşağı dünyaya göz açdı: Qasim, Abdullah, Zeynəb, Rüqəyyə, Ümmü-Gülsüm və Fatimeyi-Zəhra (ə). (“Tarixi-İslam”, Ustad Mehdi Pişvayi; “Füruğe-əbədiyyət”, Ayətullah Cəfər Sübhani, 1-ci cild, səh.190-198.)

128 Oxu
Könül oxşayan Hədislər 22.08.2026

Ömür sənə faydası olan bütün elmləri öyrənmək üçün lazım olan zamandan çox qısadır,

İmam Əli (ə): "Ömür sənə faydası olan bütün elmləri öyrənmək üçün lazım olan zamandan çox qısadır, belə isə daha çox əhəmmiyyətli olanından öyrənməyə başla".«العمر أقصر من‏ أن تعلم كل ما يحسن بك علمه فتعلم الأهم فالأهم»"Həqiqətən sənin fikrin və zehnin hər şeyi (hər fikri və elmi) özündə yerləşdirə bilməz, belə isə onu daha mühüm şeylər üçün saxla. Və sənin malın bütün insanları varlandıra bilməz, belə isə onu daha çox haqlı - (yardım göstərilməyə ehtiyacı) olana ver".«إِنَّ رَأْيَكَ لَا يَتَّسِعُ‏ لِكُلِ‏ شَيْ‏ءٍ فَفَرِّغْهُ لِلْمُهِم من أمورك و مالك لا يغني الناس كلهم فاخصص به أهل الحق»‏ ("Üyunul-hikəm vəl-məvaiz", Leysi, s.156, hədis:3385; İbn Əbil Hədid, "Şərhu Nəhcul-Bəlağə", İmam Əliyə (ə) mənsub hikmətli sözlər, c.20, s.262, hədis:60 və c.20, s.314, hədis:601).

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...