Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Rza (ə) 27.01.2025

İmam Rzanın (ə) həyat tərzi: insanların hüquqlarının riayət edilməsi

İmam Rzanın (ə) həyat tərzi: insanların hüquqlarının riayət edilməsi Müsəlmanların 8-ci məsum rəhbəri və Allah-Taala tərəfindən təyin edilmiş imamı Həzrət Əli ibn Musa Rzanın (ə) evində xidmətçi işləyən Yasir və Nadir hər ikisi belə nəql edirlər: «ياسِرٌ الخادِمُ ونادِرٌ جَميعًا قالا :قالَ لَنا أبُو الحَسَنِ الرضاء عليه السلام: إن قُمتُ عَلى رُؤوسِكُم وأنتُم تَأكُلونَ فَلا تَقوموا حَتّى تَفرُغوا. ولَرُبَّما دَعا بَعضَنا فَيُقالُ لَهُ: هُم يَأكُلونَ ، فَيَقولُ : دَعهُم حَتّى يَفرُغوا» “Mövlamız Həzrət İmam Rza (ə) bizə tapşırıq vermişdi ki, siz yemək yeyərkən və süfrədə olanda mən (bir iş üçün) sizin yanınıza gəlsəm, yeməyinizi tamamlamadan heç vaxt ayağa qalxmayın. Çox vaxtlar elə olurdu ki, mövlamız İmam Rza (ə) bizdən birini çağırarkən deyirdik yemək yeyir. Buyurardı: Narahat etməyin, icazə verin yeməyini tamamlasın. (Şeyx Kuleyni, “əl-Kafi”, c.6, s.298, hədis:10). P.S: Bu gün biz bu əxlaqı bir neçə yerdə qorumalıyıq. Çünki baxmayaraq ki, dildə inkişaf, tərəqqidən danışırıq, orta əsirlərə ağız büzürük, amma texnoloji inkişafın içində olmağımıza və tam elektronlaşmış bir gələcəyə (!?) doğru getməyimizə baxmayaraq insanların iqtisadi vəziyyəti hər gün ağırlaşır. Orta təbəqə və ondan aşağısı üçün gündəlik dolanışıq əldə etmək çətinləşir. Bunun da nəticəsində bir çoxları birbaşa və ya şirkətlər vasitəsi ilə evlərdə işləməyə gedirlər. Həmçinin dükanda, böyük şirkətlərdə və ya istənilən bir işdə kimlərsə kimlərinsə əlinin altında işləyir. Diqqət etmək lazımdır ki, özünün və ailəsinin xərclərini təmin etmək üçün sənin əlinin altında işləyən hər bir cəhətdən səninlə bərabər hüquqa malikdir. Sənin ondan heç bir üstünlüyün yoxdur. O öz əməyi ilə pulunu qazanır və sən də pulun ilə işini gördürürsən. Sırf bu ki, sən iş gördürürsən və pul verirsən və maddi baxımdan o sənə daha ehtiyaclıdır deyə, onun insani və hüquqi haqlarını tapdalaya bilməzsən. Sənin onun pulunu kəsməyə, günün bütün çoxunu sənin üçün işləməyə, onun gün ərzində rahat yemək yeməsi, ailəsi ilə danışması və ibadət etməsi kimi hüquqlarını əlindən almağa haqqın yoxdur. Və həmçinin işçi üçün rahat iş şəraiti yaratmalısan, onları canları və sağlamlıqlarını və mallarını təhlükəyə salacaq bir şəraitdə işlətməməlisən. Qeyd edim ki, bəzi ehtiyaclı insanlar ehtiyacları üzündən hər bir işdə işləməyə razılıq verirlər. Yenə də işəgötürənin həm hüquqi və həm də insani vəzifəsidir ki, insanların ehtiyacından sui-istifadə etməsin və onlara az pul müqabilində çox iş saatı və çox iş yükləməsin. Bundan əlavə bu hədis ailədəki davranışlarımıza da aiddir. Kişilər çox vaxt xanımları ilə tam bir kəniz kimi rəftar edirlər. Bəzən ailə hamısı süfrə başında oturur, süfrədə nəsə çatışmırsa, evin kişisi və bəzən də özünü evdə atasının “zam”ı hesab edən “oğul” çığırır ki, durun gətirin filan. Bu zaman ya xanım (ana) durmalıdır, ya da qız uşağı. Halbuki hamı eyni hüquqa malikdir. Hamı qarşısında xörəyini yeyirsə, kimsənin haqqı yoxdur digərini yeməyindən saxlayıb ona iş buyursun. Hər kəs zəhmət çəkib durub özünə lazım olan şeyi götürməlidir…. hər kəs özü öz işi üçün ayağa durmağı bacarmalıdır… amma… Və əlbəttə! Bizim milli və dini ailə dəyərlərimiz var. Əgər süfrədə ata və anamız əyləşibsə, nəsə lazımdırsa, övladın əxlaqi vəzifəsi cəld tərpənib həmin lazım olan şeyi valideyn üçün gətirməsidir. Ər işdən gəlib, yorğundur, süfrəyə lazım olan şeyləri xanım hazır edir və ortada nəsə çatışmırsa, xanımın əli həmişə mətbəxə yaxın olur və lazım olan şeyi təmin edir və sair… Bunlar hamısı bizim milli və dini kimliyimizdən doğan dəyərlərdir, gözəldir və qorunmalıdır. Amma sevgi və izzətlə, zor və zillətlə deyil! Teligram:@mirmehemmed_beshir

İmam Rza (ə) 27.01.2025

İmam Rza (ə) öz dövründə 3 islahat aparmışdır: etiqad, rəftarlar və rabitələr ilə bağlı.

İmam Rza (ə) öz dövründə 3 islahat aparmışdır: etiqad, rəftarlar və rabitələr ilə bağlı. İmamın (ə) zamanında elə etiqadlar mövcud idi ki, onların ən öndə gedənləri cəbriyyunlar idilər. Onların etiqadına görə, insan hər işində məcburidir. Onların əqidəsinə görə, insanlar bitki kimidirlər. Yəni, heç bir ixtiyarı yoxdur.   İmam (ə) onların bu yanlış əqidəsini aradan aparmaq üçün elmi məclislər təşkil edir və müzakirələr aparırdı. O, cəbriyyunları kafir adlandırırdı.   İmamın (ə) apardığı başqa bir islahat rəftarla bağlı idi. İmam (ə) buyururdu ki, yanlış rəftar görən zaman onları əmr-be-məruf və nəhy-əz-munkər etmək lazımdır. Qurani-Kərimdə bunun əhəmiyyəti haqqında buyurulmuşdur: “O kəslər ki, dərs oxumayıb yazı yazmamış bu elçi və Peyğəmbərə – (adını və peyğəmbərlik nişanələrini) əllərindəki Tövrat və İncildə yazılmış gördükləri şəxsə tabe olurlar. (Həmin o Peyğəmbərə ki,) onları hər bir yaxşı işə əmr edir və hər bir pis işdən çəkindirir, onlara (maddi və mənəvi) pakları halal və (maddi və mənəvi) çirkin və murdarları haram edir və boyunlarında olan ağır yükü və zəncirləri (cahiliyyət adətləri və keçmiş şəriətlərin çətin hökmlərini) onların çiynindən götürür. Beləliklə ona iman gətirən, ehtiram göstərən, kömək edən və onunla nazil olan nura (onun Kitabına) tabe olanlar – həmin nicat tapanlardır!”. (“Əraf” 157).   Ona görə də İmamın (ə) dövründə nəhy-əz-munkər mədəniyyəti inkişaf edir.   İmamın (ə) apardığı üçüncü islahat cəmiyyətdə olan rabitələr ilə bağlı idi. İmam (ə) buyurur: “7 şey, 7 şey olmadan məsxərə olunasıdır. 1. Hər kim dili ilə istiğfar edər, ancaq qəlbində peşman olmaz. 2. İnsan Allahdan tövfiq istəyər, ancaq səy göstərməz. 3. İnsan ehtiyat istəyində olar, ancaq günah etməkdən qorxmaz. 4. Hər kim Allahdan behişt istəyər, ancaq giriftarlıqlara səbir etməz. 5. O kəs ki, cəhənnəm atəşindən Allaha pənah aparar, ancaq dünya şəhvətini tərk etməz. 6. Hər kim Allahı yada salar, ancaq Allahla görüşmək üçün tələsməz. 7. O kəs ki, ölümü yada salar, ancaq özünü onun üçün hazırlamaz”. (Tebyan/Deyerler.org/)

İmam Rza (ə) 27.01.2025

İmam Rza (ə) imamətin fəlsəfəsi haqqında nə buyurmuşdur?

İmam Riza (ə) Mərvdə olarkən cümə günü “Came” məscidində camaatın qarşısında bir sıra məsələlərə toxunur. O cümlədən, buyurur: “Şübhəsiz, İmamət peyğəmbərlərin məqamı və vəsilərin irsidir. İmamət Allahın nümayəndəliyi, Peyğəmbərin (s) xilafəti və canişinliyidir… İmam parlaq ay, işıqlı çıraq, şölələnən nur, zülmət və qaranlıqda hidayət ulduzu və süqutda xilaskardır… İmam yağış dolu bərəkətli bulud, ardıcıl (dirilik) yağış və parlaq günəşdir… İmam yaranmışlar arasında Allahın əmini, bəndələri üzərində Onun höccəti və canişinidir… İmamın vücudu ilə din nizamlanır, müsəlmanlar izzət qazanır, münafiqlər qeyzdən yanır və kafirlər həlakətə yetir. ” (“Üsuli-kafi”, 1-ci cild, səh. 200.)

İmam Rza (ə) 27.01.2025

İmam Rzanın (ə) bizlərə salamı və tövsiyələri

İmam Rza (ə) Əbdüləzim Hüseyni (ə) vasitəsilə insanlara bu xəbəri çatdırır və buyurur: “Bizim davamçılarımıza və dostlarımıza salam çatdır. Özlərinə şeytanın yolunu açmasınlar… ” Bu şeytan televizor da ola bilər, internet də, dost da, hansısa kitab da, nəfsani meyllər də… İmam Rza (ə) buyurur ki, şeytanı qoymayın ki, ruhunuza nüfuz etsin. Şəxsi əlaqənizdən tutmuş mütaliə etdiyiniz kitablara qədər. Haram mal, haram qazanc kimi. Bu haram mal şeytan üçündür. Çünki haram mal həm insanı məhv edər və həm nəslini. Şeytanın yollarından biri – yalan danışmaqdır. Düz danış, müəllim düz danışsın, tacir düz danışsın, həkim düz danışsın. Əgər bir şeyi bilmirsənsə, de ki, bilmirəm. Heç bir eybi yoxdur. Necə ki, Allah Peyğəmbərə buyurur ki, belə desin: “De: «Mən bilmirəm”. (“Cinn” 25). İmam Rza (ə) buyurur: “İnsanlara de ki, xəyanət etməsinlər”. İmamın bizlərə tövsiyə etdikləri: 1. Şeytanın yolunu açmayaq. 2. Danışan zaman düz danışaq. 3. Əmanətə xəyanət etməyək. 4. Sükut etmək və yersiz söz danışmamaq. 5. Bir-birimizi görməyə gedək. İmam (ə) bizlərə tövsiyə edir ki, bir-birimizi görməyə gedək və bir-birimizdən küsməyək. İmam (ə) buyurur: “Nə zaman bir-birinizi görməyə gedirsiniz, mənə yaxın olursunuz. Bir-birinizin yanında əyləşəndə mən ləzzət alıram”. 6. İmam (ə) insanlara tövsiyə verməklə yanaşı, bəzilərini nifrinləyir və buyurur: “Mən nifrin edirəm o kəsə ki, Əhli-beyt (ə) davamçılarının abrını aparar. Öhdəmə götürmüşəm ki, əgər kimsə möminin abrını tökərsə, dua edərəm ki, dünyada bədbəxtliyə düçar olsun”. 7. İmam (ə) buyurur: “Allah Əhli-beyt (ə) davamçılarından iki dəstəni bağışlamaz: müşrik olanı və ürəyi bədbin olanı”. Bədbin – yəni, ürəyində istəyir ki, həmin insan məhv olsun. Allah bu cür insanı bağışlamaz. Hər kim möminə əziyyət verər, Allah iman ruhunu ürəyindən alar. Əgər İmamın (ə) bu tövsiyələrinə əməl etsək, cəmiyyətimizdəki çox sayda problemlərin qarşısını alar və daha xoşbəxt bir həyatda yaşa bilərik.

İmam Rza (ə) 27.01.2025

İmam Rzanın (ə) misilsiz əxlaq nümunəsi

Son illərdə alimlərin nəzərini çəkən ən mühüm mövzulardan biri də sadə yaşam və gözəl əxlaqa malik olmaqdır. Qərb mədəniyyətinin hücumu, lazımsız şeylərə çox diqqət etmək sadə yaşamağın və əxlaqi dəyərlərə diqqət etməyin nə qədər mühüm mövzu olduğunu bir daha xatırladır. Əgər Məsumların (ə) həyatlarına nəzər salsaq, onlardan çoxlu ibrət dərsləri alarıq. İbrahim ibn Abbas İmam Rzanın (ə) əxlaqı barəsində belə deyir: “Heç vaxt görmədim ki, Həzrət (ə) sözləri ilə kiminsə haqqında cəfa etsin. Ya kiminsə sözünü bitməmiş kəssin. Ehtiyaclıların ehtiyacını yerinə yetirərdi. Heç bir zaman hacətini yerinə yetirməyə qadir olduğu hacəti rədd etməzdi. Ayaqlarını heç kəsin yanında uzatmazdı. Başqalarının yanında nəyəsə söykənməzdi. Heç vaxt görmədim ki, xidmətçilərini təhqir etsin. Heç vaxt görmədim ki, ağzının suyunu atsın və cəm içində heç vaxt görmədim ki, yüksək səslə gülsün. Gülüşü təbəssüm idi. O zaman ki, süfrə açılardı qullar, xidmətçilər, hətta gözətçilər belə onunla bir süfrədə əyləşərdilər. Gecələri az yatar və çox oyaq olardı. Gecələrin çoxunda gecənin əvvəlindən sübhə qədər oyaq olardı. Çoxlu oruc tutar və hər ay üç gün oruc tutardı. Buyurardı ki, bu üç gün oruc bütün ömrümün orucudur. Çox kömək edər və sədəqə verərdi. Gecələrin qaranlığında gizli şəkildə bu işi görərdi. Əgər kimsə desə ki, onun kimi şəxsiyyəti görmüşdür, inanmayın”.

İmam Rza (ə) 27.01.2025

Qərib İmam Rzanın (ə) müsibətli şəhadət gecəsi

İmam Rzanın (ə) şəhadət hadisəsi səfər ayının sonuna təsadüf edir. İmam (ə) 203-cü hicri ilinin səfər ayının son günündə dünyasını dəyişmişdir. Şəhid olan zaman İmamın (ə) 55 yaşı var idi. Əba Sələt Hərəvi İmamın (ə) ən yaxın dostlarından idi və o, bizə şəhadətin keyfiyyətindən xəbər vermişdir.   Məmunun (lən) İmamı (ə) Xorasana gətirməkdəki məqsədi hakimiyyətini möhkəmləndirmək və Əhli-Beyt (ə) davamçılarının rəğbətini qazanmaq olmuşdur. Ancaq bu xəbis düşmən İmamın (ə) misilsiz elmini və əxlaqını gördüyü üçün çox məyus olur və İmamın (ə) insanlar arasında günü-gündən artan hörməti onu özündən çıxardır. Əsil hədəfinin alt-üst olduğunu görən Məmun, İmamı (ə) aradan aparmağı qərara alır və bunu elə etmək istəyir ki, sanki İmam (ə) öz ölümü ilə dünyasını dəyişmişdir.   Bizə çatan hədislərdən belə nəticəyə gəlmək olur ki, İmam (ə) ya zəhərli nar, ya da zəhərli üzüm suyu ilə zəhərlənmişdir. Məmunun xidmətçilərindən olan Abdullah ibni Bəşər nəql edir: “Məmun mənə əmr etmişdi ki, dırnaqlarımı tutmayım və bunu heç kəsə söyləməyim. Mən də belə etdim və sonra məni çağırtdırdı və mənə hind qozu kimi bir şey verdi və dedi ki, bunu əlinlə yumşalt. Mən də elə etdim və sonra ayağa qalxıb, İmamın (ə) yanına getdi və ona dedi: “Halın necədir?”.   İmam (ə) buyurdu: “Ümid edirəm ki, yaxşı olacaq”.   Məmun dedi: “Mən də, Allaha həmd olsun, bu gün yaxşıyam. Bu gün xidmətçilərdən kimsə bura gəlibdirmi?”.   İmam (ə) buyurdu: “Xeyr”.   Məmun qəzəbləndi və xidmətçilərinə əmr etdi ki, nar gətirsinlər. Sonra məni çağırdı və dedi: “Bir dənə nar gətir” və mən də gətirdim. Dedi: “Öz əlinlə onu sıxıb, suyunu çıxart”. Narın suyunu sıxan kimi, Məmun onu İmama (ə) içizdirdi. Bu nar suyu onun şəhadətinə səbəb oldu. Ondan iki gün sonra vəfat etdi”.   O zaman ki, Məmun İmamın (ə) yanından çıxıb gedir, Əba Sələt gəlir və İmam (ə) ona buyurur ki, Məmun öz işini gördü və sonra Allaha həmd etməyə başladı.   Məmun çalışırdı ki, heç kəs İmamın (ə) şəhadətindən xəbərdar olmasın. Məmun (lən) insanları, etdiyi cinayətdən xəbərsiz buraxmağa çalışırdı. Deyirdi ki, İmam (ə) öz ölümü ilə vəfat etmişdir. Ancaq həqiqət gizli qalmadı və İmamın (ə) yaxın dostları baş verən cinayətdən agah oldular.   İmam Rza (ə) şəhid olan zaman Məmun bu xəbəri elan etmədi və Həzrətin (ə) cənazəsini bir gün və bir gecə saxladı. Sonra Həzrət Əli ibn Əbutalibin (ə) nəslindən olanları çağırtdırıb, cənazəni onlara verdi və ağlamağa başladı.   O, deyirdi: “Ey qardaşım! Mənə çətindir ki, səni bu halda görüm. Halbuki arzu edirdim ki, mən səndən qabaq öləm. Ancaq Allah istədiyini edir”.   Məmun çox ah-vay edir və İmamın (ə) cənazəsini özü öz çiynində aparır.   Qəbir qazılmazdan əvvəl Məmun gəlib çatır və əmr edir ki, Həzrəti (ə) atasının yanında dəfn etsinlər. Sonra demişdi: “Bu qəbrin sahibi mənə demişdi ki, qəbrimdən su çıxacaq və orada balıq görünəcəkdir”.   Qəbri qazan zaman oradan su qaynamağa başladı və içində balıq göründü. Sonra su aşağı yatdı və İmamı (ə) orada dəfn etdilər”.   Allahım, bizləri İmam Rzanın (ə) şəfaətindən məhrum etmə!   /Deyerler.org/

İmam Rza (ə) 27.01.2025

Qərib İmam Rzanın (ə) müsibətli şəhadət günü

İmam Rzanın (ə) şəhadət hadisəsi səfər ayının sonuna təsadüf edir. İmam (ə) 203-cü hicri ilinin səfər ayının son günündə dünyasını dəyişmişdir. Şəhid olan zaman İmamın (ə) 55 yaşı var idi. Əba Sələt Hərəvi İmamın (ə) ən yaxın dostlarından idi və o, bizə şəhadətin keyfiyyətindən xəbər vermişdir. Məmunun (lən) İmamı (ə) Xorasana gətirməkdəki məqsədi hakimiyyətini möhkəmləndirmək və Əhli-Beyt (ə) davamçılarının rəğbətini qazanmaq olmuşdur. Ancaq bu xəbis düşmən İmamın (ə) elmini və əxlaqını görməməzliyə vurduğu üçün çox məyus olur və İmamın (ə) insanlar arasında günü-gündən artan hörməti onu dəli edir və özündən çıxardır. Əsl hədəfinin alt-üst olduğunu görən Məmun, İmamı (ə) aradan aparmağı qərara alır və bunu elə etmək istəyir ki, sanki İmam (ə) öz ölümü ilə ölmüşdür. Bizə çatan hədislərdən belə nəticəyə gəlmək olur ki, İmam (ə) ya zəhərli nar, ya da zəhərli üzüm suyu ilə zəhərlənmişdir. Məmunun xidmətçilərindən olan Abdullah ibni Bəşər nəql edir: “Məmun mənə əmr etmişdi ki, dırnaqlarımı tutmayım və bunu heç kəsə söyləməyim. Mən də belə etdim və sonra məni çağırtdırdı və mənə hind qozu kimi bir şey verdi və dedi ki, bunu əlinlə yumşalt. Mən də elə etdim və sonra ayağa qalxıb, İmamın (ə) yanına getdi və ona dedi: “Halın necədir?”. İmam (ə) buyurdu: “Ümid edirəm ki yaxşı olacaq”. Məmun dedi: “Mən də Allaha həmd olsun bu gün yaxşıyam. Bu gün xidmətçilərdən kimsə bura gəlibdirmi?”. İmam (ə) buyurdu: “Xeyr”. Məmun qəzəbləndi və xidmətçilərinə əmr etdi ki, nar gətirsinlər. Sonra məni çağırdı və dedi: “Bir dənə nar gətir” və mən də gətirdim. Dedi: “Öz əlinlə onu sıxıb, suyunu çıxart”. Narın suyunu sıxan kimi, Məmun onu İmama (ə) içizdirdi. Bu nar suyu onun şəhadətinə səbəb oldu. Ondan iki gün sonra vəfat etdi”. O zaman ki, Məmun İmamın (ə) yanından çıxıb gedir, Əba Sələt gəlir və İmam (ə) ona buyurur ki, Məmun öz işini gördü və sonra Allahı həmd etməyə başladı. Məmun çalışırdı ki, heç kəs İmamın (ə) şəhadətindən xəbərdar olmasın. Məmun (lən) insanları, etdiyi cinayətdən xəbərsiz buraxmağa çalışırdı. Deyirdi ki, İmam (ə) öz ölümü ilə vəfat etmişdir. Ancaq həqiqət gizli qalmadı və İmamın (ə) yaxın dostları olan hadisədən agah oldular. İmam Rza (ə) şəhid olan zaman Məmun bu xəbəri elan etmədi və Həzrətin (ə) cənazəsini bir gün və bir gecə saxladı. Sonra Həzrət Əli ibn Əbutalibin (ə) nəslindən olanları çağırtdırıb, cənazəni onlara verdi və ağlamağa başladı. O, deyirdi: “Ey qardaşım! Mənə çətindir ki, səni bu halda görüm. Halbuki arzu edirdim ki, mən səndən qabaq öləm. Ancaq Allah istədiyini edir”. Məmun çox ah-vay edir və İmamın (ə) cənazəsini özü öz çiynində aparır. Qəbir qazılmazdan əvvəl Məmun gəlib çatır və əmr edir ki, Həzrəti (ə) atasının yanında dəfn etsinlər. Sonra demişdi: “Bu qəbrin sahibi mənə demişdi ki, qəbrimdən su çıxacaq və orada balıq görünəcəkdir”. Qəbri qazan zaman oradan su qaynamağa başladı və içində balıq göründü. Sonra su aşağı yatdı və İmamı (ə) orada dəfn etdilər”. Allahım, bizləri İmam Rzanın (ə) şəfaətindən məhrum etmə!//Deyerler.org   www.ahliman.info

İmam Rza (ə) 27.01.2025

Məşhədin sönməz ulduzunun mövludu

Əhli-beytin (ə) səkkizinci günəşi olan İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zilqədə ayının 11-də Mədinə şəhərində dünyaya gəlmişdir. Həzrətin adı Əli, ləqəbi Rza, kunyəsi Əbul-Həsəndir. Atası İmam Kazım (ə), anası isə Nəcmə xanım olmuşdur ki, ona Ummul-bənin deyə müraciət edərdilər. İmam Rza (ə) atasının şəhadətindən sonra 35 yaşında ikən İmamətlik məqamına çatır. İslam ümmətinin rəhbərliyini öhdəsinə götürür. Həzrət (ə) 55 yaşında lənətlik Məmun tərəfindən zəhərləndirilib, şəhadətə yetişir. (Havzəh)   İmam Rza (ə) öz zəmanəsinin ən fəzilətli, ən abid və ən alim insanı olmuşdur. Bütün ali insani sifətlərə və kamallara malik idi. Rica ibni Əbi Zəhak deyir: . Həmin şəxs nəql edir ki, İmam Rza (ə) yatağına getməzdən əvvəl Quran oxuyardı və nə zaman behiştlə cəhənnəm sözünə çatardı, ağlayardı. Allahdan behişt istəyər və cəhənnəmdən Ona pənah aparardı.   İmamın (ə) nəzərinə görə zahid o şəxsdir ki, dünyaya olan meyli, onun Allahdan qəflət bəsləməsinə səbəb olmaz, onu haqq yolundan azdırmaz. Ona görə də halal İlahi nemətlərdən düzgün şəkildə bəhrələnməyin zahidliklə heç bir ziddiyyəti yoxdur. İbni Əbad nəql edir ki, İmam Rza (ə) yayda həsirin üzərində, qışda palazın üzərində əyləşər, sadə və parçası sərt olan paltar geyinərdi. Nə zaman insanların arasına getsə idi, geyiminin səliqəli və bəzəkli olmasına xüsusi diqqət edərdi.   Məsum İmamlara (ə) verilən İlahi nemətlərdən biri də elmdir. İmamlar (ə) elm susuzlarını öz sonsuz mərifətləri ilə sirab edərdilər. Hətta düşmənləri belə onların sonsuz elmini etiraf edərdilər. Abbasi xəlifəsi olan qəsbkar Məmun nəql edir: “Mən yer üzərində bu kişidən daha bilikli heç kəsi tanımıram”.   İbrahim ibni Abbas nəql edir: .   İmam Rza (ə) öz danışığı və rəftarı ilə insanlara göstərmək istəyirdi ki, kəramət və şərafətdə hamı eyni və bərabərdir. İnsanı başqalarından ayıran tək meyar – təqva və saleh əməldir. İmam Rza (ə) qara dərili insana işarə edərək buyurmuşdu: “Əgər kimsə güman edirsə ki, mən ondan yaxşıyam – düzgün deyildir. Məgər o halda ki, saleh əməlim olsun”İmam (ə) həmişə yoxsullara və kasıblara əl tutardı. Nə zaman yoxsula bir şey versəydi, onu elə edərdi ki, həmin şəxsin izzəti zədələnməsin. Süleyman Həzrətə (ə) belə bir sual verir: “Niyə bağışlayan zaman üzünüzü əlinizlə örtürsünüz?”. Həzrət (ə) buyurur: “İstəmədim ki, xahiş zillətini üzündə görüm”İmam Rza (ə) 20 il imamətlik etdi. Bu dövrdə çox sayda zalım hakimlər və xəlifələrlə mübarizə aparardı. Harun ər-Rəşidin dövründə belə, Həzrət (ə) bir an da olsun amanda olmadığını bilərək, yenə də məzlumların tərəfini saxlayır və onları müdafiə edərdi. Məmunun zamanında isə Həzrət (ə) Xorasana gəlməli olur. Məmunun hiylələri və fırıldaqları İmama (ə) çox əziyyət verirdi.   Məmun öz qardaşı Əmini öldürəndən sonra hökumətini möhkəmləndirmək üçün İmamı (ə) Xorasana gətirir və hökuməti ona təklif edir. İmam (ə) Məmunun siyasi hiyləsindən xəbərdar olduğu üçün bu təklifi qəbul etmir. Məmun sonra vəliəhd mövzusunu açır və İmamı (ə) öz vəliəhdi elan edir. İmam (ə) buna qarşı çıxan zaman isə Məmun onu öldürəcəyi ilə hədələyir. İmam (ə) Məmunun bu təkidi ilə, İslamın maraqlarını nəzərər alaraq, vəliəhd olmağı qəbul edir. Lakin xəlifədən narazı olduğunu göstərmək üçün şərt kəsir ki, hökumət işlərinə qarışmayacaq və heç kəsi işdən çıxartmayacaqdır. Sadəcə məsləhətçi kimi fəaliyyət göstərə bilər.     Məmun dəfələrlə elmi məclislər təşkil edir və İmamı (ə) da bura dəvət edərdi. Əslində niyyət İmamı (ə) rüsvay etmək və elmi mübahisələrdə məğlub olmasını izləmək olardı. Lakin hər dəfə məclisdə iştirak edən alimlər İmamın (ə) sonsuz elmini etiraf edər və ona baş əyərdilər. Bu da Məmunu çox qəzəbləndirərdi.   İmamın (ə) xoş rəftarlı olması bütün insanların dilində əzbər idi. O, bütün insanlara hörmət edərdi. İnsanları alçaltmaqdan həmişə çəkinərdi. O, müsəlmanlara öyrədərdi ki, bir insanın şərafətli olması o demək deyildir ki, başqalarını həqir görsün və təhqir etsin. İnsanın izzəti ondadır ki, başqalarının abrını qorusun və insanların şəxsiyyətini alçalda bilən əməldən çəkinsin.   Bəli, İmam Rza (ə) öz elmi səviyyəsi, əxlaqı, danışığı və rəftarı ilə hamını özünə heyran etmişdi. Hətta o dövrün şairləri belə bunu etiraf edir və şeirlərində bəyan edirdilər. Bu şairlərdən biri də Əbu Nəvas idi. O, bir gün İmamı (ə) görür və ondan icazə alır ki, şeir desin. İmam (ə) da ona icazə verir. O, öz şeirində İmamın (ə) məqamını və nəslini mədh edir, onu yaranmışların ən üstünü adlandırır.   Salam olsun sənə, ey İmam Rza!   Salam olsun sənə, ey Məşhədin sönməz ulduzu!   Salam olsun sənə, ey Əbül-Həsən!   /Deyerler.org/

İmam Rza (ə) 27.01.2025

Hər kim möminin qəmini aradan aparar, Allah Qiyamət günü qəlbindəki qəmi aradan aparar – İmam Rzanın (ə) buyuruşları

Həzrət İmam Rza (ə) nəbəvi məktəbinin bir nümayəndəsi kimi insan tərbiyəsində böyük rola malik olmuşdur. Onun bizə qoyub getdiyi nəsihətlər və moizələr hər birimiz üçün insanlıq dərsidir. Hər kim bu nəsihətlərə qulaq veridiqqət edib, əməl edərsə ubudiyyətin yüksək mərtəbələrinə çatmaq şansını artırar. (Tebyan)   Bəs İmam (ə) bizə hansı dərsləri vermişdir?   1. Saleh əməl sayəsində Əhli-Beytə (ə) dostluğunu nümayiş etdirmək. İmam Rza (ə) buyurur: “Məbada, yaxşı əmələ söykəndiyiniz üçün Ali-Muhəmmədə (s) dostluğu tərk edəsiniz. Məbada Ali-Muhəmməd (ə) dostluğuna söykəndiyiniz üçün saleh əməli əldən verəsiniz. Çünki bu ikisindən heç biri tənha halda qəbul olmayacaqdır”.   2. İmam (ə) buyurur: “Beş sifət vardır ki, hər kimdə olmazsa, dünya və axirətdən bir şeyə çatacağına görə ümid bəsləməyin: a) O kəsin ki, təbiətində etimad görməyəsiniz. b) O kəsin ki, fitrətində kərəm tapmayasınız. c) O kəsin ki, xəlqində mətanət görməyəsiniz. d) O kəsin ki, nəfsində nəcabət görməyəsiniz. e) O kəs ki, Allahından qorxmaz”.   3. İmam (ə) buyurur: “Əmir və hakim ilə ehtiyatla yoldaşlıq et. Dostunla təvazökarcasına, düşməninlə duaya (səni qoruyacaq) pənah apararaq, insanlarla xoş üzlə rəftar et”.   4. İmam (ə) buyurur: “Bir-birinizi görməyə gedin ki, bir-birinizi sevəsiniz. Bir-birinizin əlini sıxın və bir-birinizə qəzəblənməyin”.   5. İmam (ə) buyurur: “Vacibatı yerinə yetirdikdən sonra, Allah yanında mömini sevindirməkdən üstün əməl yoxdur”.   6. İmam (ə) buyurur: “Hər kim möminin qəmini aradan aparar, Allah Qiyamət günü qəlbindəki qəmi aradan aparar”.   7. İmam (ə) buyurur: “Mömin həqiqi mömin deyildir, məgər o halda ki, onda bu 3 sifət olsun: a) Allahından olan sünnət. b) Peyğəmbərindən (s) olan sünnət. c) İmamından (ə) olan sünnət. Allahından olan sünnət – öz sirrini gizlətməkdir. Peyğəmbərdən (s) olan sünnət – insanlarla mülayim rəftar etməkdir. İmamından (ə) olan sünnət – yoxsulluq və pərişanlıq zamanı səbir etməkdir”.   /Deyerler.org/

İmam Rza (ə) 26.01.2025

Günəşlər günəşi imam Rza əleyhissalam

Bizim hamımızın qəlbində imam Rza əleyhissalama özünəməxsus sevgi və məhəbbət vardır. O həzrətin adı çəkiləndə hər kəsin fikrində imam Rzanın (ə) müəyyən bir xüsusiyyəti və ya onun başına gələn mühüm hadisələrdən biri canlanır. Məsələn, İmamın Xorasana sürgün edilməsi, qəribçiliyi, vəliəhd olması, bacısı barədə tövsiyələri, qeyri-müsəlman alimləri ilə mübahisələri, qərib yerdə şəhid edilməsi və ilaxır. Lakin o xüsusiyyət və hadisələrin heç biri imam Rzanın (ə) həyatındakı ən mühüm səciyyə deyil, düzdür bizim qəlbimizdə özünə yer etmiş xüsusiyyət və əməllərin hamısı imam Rzanın (ə) həyatının mühüm hdisələrindəndir, bununla belə ən mühüm xüsusiyyət deyil. Məsum imamların (onların hamısına salam olsun) hamısı mənəviyyat və risalət səmanının günəşidirlər, ancaq imam Rzanın (ə) günəşlər günəşi ləqibi ilə tanınmasına səbəb o həzrətin İslam dininə iki böyük xidmətinə görə olmuşdur. Birinci uğur, “imamtanıma” şüurunu ümumxalq inamına çevirməsi idi. O vaxta qədər imamtanıma xüsusi şəkildə idi, yəni zamanın İmamını çox az insan tanıya bilirdi. Məsəslən, həcc mövsümlərindən birində imam Cəfər Sadiq (ə) bir neçə yaxın səhabəsi ilə Məkkəyə həccə getmişdi. İmam Cəfər Sadiq (ə) Kəbə evini təvaf etdikdən və İbrahim (ə) məqamının arxasında iki rükət namaz qıldıqdan sonra kənara çəkilib zəmzəm quyusunun yanında oturdu. Səhabələrdən biri dedi: Ey Peyğəmbərin övladı! Kəbədəki qara daşı öpərək ona əl sürtməyə necə baxırsınız? İmam Cəfər Sadiq (ə) buyurdu: “Qara daşa əl sürtmək və onu öpmək müstəhəbdir. Həzrət Muhəmməd (s) təvaf edib iki rükət namaz qıldıqdan sonra qara daşı öpər və ona əl sürtərdi.” Həmin səhabə dedi: -elə isə bəs siz o əməli niyə etmədiniz? İmam Cəfər Sadiq əleyhissalam buyurdu: “İnsanlar həzrət Muhəmmədi (s) peyğəmbər olaraq tanıyıtdılar, ona görə də o həzrət qara daşa sarı hərəkət etdikdə insanlar kənara çəkilərək Allahın Rəsulu (s) üçün dəhliz yaradırdılar və o həzrət rahatlıqla gedib qara daşa əlini vururdu. Lakin insanlar məni (zamanın İmamı olaraq) tanımırlar, ona görə də mənə qara dası ziyarət etməyə imkan vermirlər…” Bəli, imam Rzanın (ə) zamanına qədər imamtanıma yalnız bəzi insanlara nəsib olmuşdu, hər imamın imamlığı dövründə az dəstə adam bu mərifətə malik idilər. Bu da məhz imam Rzanın (ə) Xorasana gəlişi ilə baş tutdu, belə ki o həzrət ömrünün son iki ilində imamtanıma mərifətini xüsusilikdən çıxararaq ümumxaql və ümumümmət inamına çevirdi. Zamanın imamını tanıyanların sayı bir neçə nəfərdən yüzminlərlə insanın inancına çevrildi. Baxın, imam Rza (ə) Xorasana təzə ayaq qoyduğu və xilafətin Mərkəzi olan Mərv şəhərinə çatmamış o yolun üstündə yerləşən Nişabur şəhərindən keçərkən iyirmi min (20.000) nəfərə yaxın insan o həzrətin olduğu karvanın qarşısına çıxaraq imamdan xahişlə Allahın Rəsulundan (s) mühüm bir dini mərifəti açıqlayan bir hədis eşitmək istədiklərini bildirirlər. Onların dörd minə yaxını əllərində qələm və kağız tutaraq İmamın sözlərini qələmə alırlar. Həmin zaman imam Rza (ə) ata babalarının (onların hamısına Allahın salamı olsun) vasitəsilə nəql edilmiş hədisi onlara buyurur: “… Allahın Rəsulundan (s) eşitdim ki, buyurdu: Allah Taala buyurur: – La ilahə illAllah (Allahdan başqa tanrı yoxdur şüarı) Mənim qalamdır. Kim Mənim qalama daxil olarsa Mənim əzabımdan amanqa olar.” İmam Rza (ə) bu sözləri deyib dayandı, əslində bu sözlər camaat üçün yeni bir söz deyildi, çünki həzrət Muhəmməd (s) peyğəmbərlik dəvətinin ilk çağlarından insanlara “la ilahə illAllah deyin və xoşbəxt olun” deyə buyurmuşdu. Karvanın qarşısında dayanmış minlərlə insan təəccüb dolu baxışlarla imama baxdı, sanki baxışları ilə o hədisin batini və sirlərindən birini eşitmək istəyirdilər. Bu vaxt karvana hərəkət göstərişi verildi, insanları heyrəti birə min çoxaldı, bu an imam Rza (ə) bir cümlə ilə dünya dolu söz dedi. O həzrət buyurdu: Lakin (la ilahə illAllahın) şərtləri vardır, o şərtlərdən biri də mənəm (zamanın imamıdır).” Yəni siz la ilahə illAllah deməyinizlə o vaxt Allahın qalasına sığınmış olarsınız ki, biz Əhli-beytin (ə) imamət və vilayətini qəbul etmiş olasınız. Əslində imam Rza (ə) bu hədisdə nəticəni əvvəldə demişdi, necə ki sevimli Peyğəmbərimiz (s) də “la ilahə illAllah deyin və xoşbəxt olun” kəlamında yalnız nəticəni bildirmişdi. İmam Rza (ə) bu sözləri əksəriyyəti şiə olmayan və tanımadığı adamların qarşısında söyləmişdir, bu sözləri imamətə etiqadı olmayan insanların qarşısında söyləmək böyük cəsarət və şücaət tələb edir. Çünki bu sözləri deyən şəxs camaatın bu sözlərə dözə bilməyərək əksüləməl göstərə biləcəkləri də ehtimal etməlidir. İmam Rza (ə) çoxlu sayda dini maarififdən hansınısa açıqlamaq əvəzinə Əhli-beytin (ə) vilayətindən söz açır. Bu sözlər hətta şiələrin arasında deyilsəydi belə onların bir çoxları bu mənaya dözəməyə bilərdi. Qurani-kərimdə on bir yerdə İlahi Peyğəmbərlər (onların hamısına Allahın salamı olsun) insanlara dəvət zamanı “Allahdan qorxun və mənə itaət edin” (Şüəra surəsi 108-ci ayə və sair) deyə buyurmuşlar. Qurani-kərimin ayələri bildirir ki, Peyğəmbərlərin (ə) bu sözləri camaatın əksəriyyətinə ağır gəlirdi və onlar Peyğəmbərlər (ə) ilə müxalifətçilik edirdilər. İnsanlar Peyğəmbərlərin (ə) gətirdiklərindən daha çox onların özləri ilə düşmənçilik edirdilər. Məsələn, Nuh peyğəmbər (ə) barədində kafirlər deyirdilər: فَقَالَ الْمَلَؤُاْ الَّذِينَ كَفَرُواْ مِن قَوْمِهِ مَا هَاذَا إِلَّا بَشَرٌ مِّثْلُكمُ‏ْ يُرِيدُ أَن يَتَفَضَّلَ عَلَيْكُمْ “(Nuh) qövmünün kafir başçıları (tabeçiliyində olanlara) dedilər: ‘Bu sizin kimi yalnız adi bir insandır. (Peyğəmbərlik iddiası ilə) sizə böyüklük etmək istəyir.” Möminun surəsi 24-cü ayə Onlar nə üçün belə deyirdilər? Çünki Peyğəmbərlər (ə) mənə itaət edin, deyə buyururdular. Bu söz isə camaata ağır gəlirdi. Bəli, orası elədir ki, İlahi Peyğəmbərlərin (ə) insanları itaətə dəvət etməkdən məqsədləri insanları Allaha sarı, yəni Allahın itaətinə dəvət etmək idi. Lakin insanların Allaha itaət etmələri üçün Onun göndərdiyi peyğəmbərlərə itaət etmək dinin tövhiddən sonrakı birinci şərtidir. Qurani-kərim Nisa surəsinin 80-ci ayəsində buyurur: مَّن يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللَّهَ وَ مَن تَوَلىَ‏ فَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا “Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik.” İnsan necə dindar ola bilər ki, zamanın höccətinə itaət etməsin? Allahın vəlisinə itaət etmək Allahın özünə itaət etməkdir. Məhz elə buna görə də imam Rza (ə) insanlara anlatdı ki, zamanın imamı Allah Taala ilə birbaşa rabitəsi olan şəxsdir, onu qəbul etmədən dindarlıq etmək səmərəsiz olacaqdır. Odur ki, Allah Taala Qurani-kərimin Ali-İmran surəsinin31-ci ayəsində buyurur: قُلْ إِن كُنتُمْ تُحِبُّونَ اللَّهَ فَاتَّبِعُونىِ يُحْبِبْكُمُ اللَّهُ وَ يَغْفِرْ لَكمُ‏ْ ذُنُوبَكمُ‏ْ “(Ey Muhəmməd!) De: Əgər Allahı sevirsinizsə mənə tabe olsun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın.” Deməli, imam Rzanın (ə) “şərtlərdən biri də mənəm” deməsi və öz üstünlüyünü bildirməsi bir çox insanlara ağır gələ və onların əksüləməllərinə səbəb ola bilərdi, ancaq bu ehtimal olunan təhlükə imam Rzanın (ə) həqiqəti açıq deməsinə mane ola bilmədi. Allahdan istəyək ki, zamanın imamı həzrət Mehdi əleyhissalam zühur edərkən “ənəl Məhdi fəttəbiuni (mən Mehdiyəm elə isə mənə tabe olun)” deyə nida etdikdə o həzrətin çağırışına heç bir tərəddüd etmədən ləbbeyk (tabeyik) deyə bilək.   Rza Əzizoğlu İrəvani

İmam Rza (ə) 26.01.2025

İmam Rzadan (ə) öyrəndiyimiz Həzrəti Mehdiyə (af) ehtiram əməli

Bizim aramızda adətdi ki, İmam Zamanın (af) adı gəldikdə ayağa durub əlimizi başımızın üstünə qoyuruq. Ola bilsin ki, bizim çoxlarımız bunun İmam Rza (ə) tərəfindən rəvayət edildiyini eşitməmişik. Bu əməl İmam Rzanın (ə) həyat tərzində görsənir. Belə ki, İmam Rzanın (ə) yanında “Qaim” kəlməsi deyildikdə o əlini başına qoyar, təvazökarlıqla ayağa durar və fərəc üçün dua edərdi: وَضَعَ الرّضا یدَهُ عَلی رَاسِهِ و تَواضَعَ قائماً و دَعا لَه بِالفَرَج Sonra isə buyurardı: اللّهُمَ عَجِّل فَرَجَهُ و سَهِّل مَخرَجَهُ “Ey Allah, onun fərəcində və zühurunda tələs və zühurun yolunu asanlaşdır”. Əlbəttə, burada ola bilsin belə bir sual ortaya çıxsın: niyə görə başqa imamların adı gəldikdə bu əməl edilməzdi? Səbəbi bundan ibarətdir ki, yalnız Həzrəti Mehdiyə (af) ehtiram xarakteri daşınmayan bu əməldə başqa bir iş də var idi. O da bundan ibarət idi ki, ayağa durub əli başa qoyub dua etmək qiyama hazır olmağın bir nişanəsi idi. Yəni Həzrəti Mehdi (af) qiyam edib ümumdünyəvi dövlət yaratdıqda biz də ayağa durub hazırlıq nişanəsi olaraq öz dəstəyimizi veririk. (shabestan)

İmam Rza (ə) 26.01.2025

İmam Rza əleyhissalamın əxlaqlından damlalar

1- İmam Rza əleyhisalamın əxlaq və ədəbi . İbrahim ibn Abbas deyir: “Mən heç vaxt görmədim ki, İmam Rza əleyhissalam kiməsə pislik ya zülm etmiş ola. O həzrət heç kimin sözünü kəsməzdi, heç kimin istəyini cavabsız qoymazdı, məclisdə heç vaxt ayaqlarını uzatmazdı, ehtiramsızlığa səbəb ola biləcək şəkildə kiməsə söykənib oturmazdı, öz xidmətçilərinə kobud söz deməzdi, camaatın yanında tüpürməzdi, heç vaxt qəhqəhə ilə gülməzdi və o həzrətin gülüşü adətən təbəssüm idi. (Hədiqətuş-şiə 2-ci cild 859-cu səhifə) 2- İmam Rza əleyhissalamın səxavəti . İmam Rza əleyhissalamın mübarək həyatına da toxunmuş yüzlərlə tarix kitablarına nəzər saldıqda görürük ki, o həzrətin həyatda ən çox sevdiyi işlərdən biri imkansız və ehtiyaclı insanlara yardım etmək, onların qəm-qüssələrini sevincə çevirmək olmuşdur. Hətta Xorasanda olduğu müddətdə ərəfə günlərindən birində özünün bütün malını kasıblar arasında bölüşdürdü. İmam Rza əleyhissalamın bu işi Fəzl ibn Səhlə çətin gəldi və o, İmama -ziyana düşdün, dedi. Amma İmam Rza əleyhissalam ona dedi: “Sən düşündüyün kimi deyil, mənim bu işimin nə qədər savabı olduğuna diqqət yetirsən görərsən ki, mənin bu işim ziyana düşmək yox, xeyir və fayda qazanmaqdır.” (Mənaqib 4-cü cild 490-cı səhifə) Həmçinin nəql edilmişdir ki, yoxsul bir adam İmam Rza əleyhissalama üz tutub buyurdu: “mənə mərdliyin və mürüvvətin qədərində bəxşiş ver.” İmam Rza əleyhisslam buyurdu: “Belə bir iş hazırda mənim imkanımdan xaricdir.” Yoxsul şəxs öz səhvini başa düşdü və dedi: “Mənə mənim mürüvvətim qədərində bəxşiş et.” İmam Rza əleyhissalam üzünü xidmətçiyə tutub buyurdu: “ona yüz dinar ver.” (Biharul ənvar 49-cu cild 91-ci səhifə) 3- Təqva və ibadət . İmam Rza əleyhissalamın əxlaqının ən ali səviyyədə olmasına səsəb olan amillərdən biri o həzrətin Allah Taala ilə olan dərin mənəvi rabitə və bağlılığı olmuşdur. Bu amil tam bariz şəkildə o həzrətin ibadətlərinin çoxluğunda və təqvasında təcəlli etmişdir. İbrahim ibn Abbas bir rəvayətdə deyir: “İmam Rza əleyhissalam gecənin az bir hissəsini yatardı, gecəni səhərə qədər oyaq qalaraq ibadət edərdi. Çoxlu oruc tutardı, elə bir ay olmayıb ki, o həzrət həmin ayda üç gündən az oruc tutmuş ola.” (əl-İttihaf yuhibbul əşraf 59-cu səhifə) Həmçinin xəbərlərdən birində Şəbravi də nəql etmişdi ki, İmam Rza əleyhissalam həmişə dəstəmazlı olardı, gecələr çoxlu namaz qılardı… ” (əl-Kafi 2-ci cild 579-cu səhifə) Bundan əlavə biz İmam Rza əleyhissalamın dualarına nəzər saldıqda görürük ki, o duaların hamısı bənsəçilik ruhu, Allah Taala ilə ünsiyyət və münacat, eləcə də Allah Taalaya təvəkkül ilə zəngindir. İmam Rza əleyhissalam o duaların birində buyurur: يا من دلّني علي نفسه و ذلل قلبي بتصديقه اسالک الامن و الايمان في الدنيا و الاخرة “Ey, məni Özünə sarı yönəldən, Özünü təsdiq etdirməklə qəlbimi aram və rahat edən, Səndən dünyada və axirətdə əmniyyət (asayiş) və iman istəyirəm.” (əl-İrşad 2-ci cild 261-ci səhifə) 4- Elm və geniş bilik . İmam Rza əleyhissalamın şəxsiyyətinin böyüklüyünü və dahiliyini göstərən cəhətlərdən biri də o həzrətin bütün elmlərə və məlumatlara heyətləndirini əhatəsi və biliyinin olmasıdır. Belə ki, o həzrətin düşməni olan xəlifə Məmun da bu həqiqəti etiraf edərək deyir: “Mən yer üzündən bu kişidən –İmam Rza əleyhissalamdan- daha savadlı olan kəs tanımıram.” (Əlamul vəra 3-cü cild 4-cü səhifə) İmam Rza əleyhissalam öz zamanının ən elmli insanı idi, buna görə də dünyanın hər yerindən alimlər və fəqihlər o həzrətin yanına gəlirdilər, özlərinin çətin suallarının cavabını İmamdan öyrənirdilər. Rza Əzizoğlu İrəvani

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...