Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Əhli-Beyt (ə) dahilərin baxışında 29.12.2024

Dahilərin nəzərində Aşura

Hindistanın dövlət xadimi Mahatma Qandi: “Mən İmam Hüseynin – İslamın o böyük şəhidinin həyatını diqqətlə oxumuşam… Əgər Hindistan azad bir ölkə olmaq istəyirsə, İmam Hüseyndən örnək alıb onun yolu ilə getməlidir”. Məşhur siyasətçi Nelson Mandela: “Mən 20 ildən çox həbsdə yatdım, sonra bir gecədə hökumətin bütün şərtlərinə imza ataraq təslim olmaq qərarına gəldim. Lakin birdən İmam Hüseyn və Kərbəla qiyamını xatırladım. İmam Hüseyn azadlıq və liberallıq hüquqlarımı qorumaqda mənə yeni güc verdi və mən bunu bacardım”. Yazıçı Çarlz Dikkens: “Əgər İmam Hüseynin qiyam etməkdə məqsədi dünyəvi istəklərinə çatmaq idisə, bəs nə üçün bacıları, qadınları və uşaqları da bu hadisədə iştirak ediblər? Deməli, o, yalnız İslam yolunda (əqidəsi uğrunda – red.) bu fədakarlığı edib”. Filosof Tomas Karleyl: “Allaha sarsılmaz bir imanla bağlanan İmam Hüseyn və silahdaşları sübut etdilər ki, haqqla batil üz-üzə dayananda batilin say etibarilə üstün olmasının heç bir əhəmiyyəti yoxdur. Kərbəla faciəsindən aldığımız ən gözəl dərs budur. İmam Hüseynin bu azlıqla belə böyük mənəvi qələbəsi məni heyrətə gətirir”. Şərqşünas Edvard Braun: “Hətta qeyri-müsəlmanlar İslam bayrağı altında aparılan bu müharibənin pak ruhunu inkar etməyi bacarmazlar”.   Filosof Xristian Martini: “İmam Hüseyn eşqi ilə yanan, yaşayan bir şəxs heç vaxt zilləti, köləliyi qəbul etməz”. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Rabindranat Taqor: “Ədaləti və haqqı silahla deyil, qurbanlar verməklə bərpa etmək olar. Necə ki, bunu İmam Hüseyn etdi”. Hindistanın ilk Baş naziri Cəvahirləl Nehru: “İmam Hüseynin fədakarlığı dünyada bütün cəmiyyətlər üçün haqq yolunun ideal nümunəsidir”. Macar yazıçısı İqnats Qoldtsier: “Kərbəla ədalətsizliyə qarşı mübarizənin ən doğru yolunu – qeyri-zorakılıqla mübarizəni simvolizə edir”. Və s. və i.a…  

İmam Hüseyn (ə) 29.12.2024

İmam Hüseyndən (ə) müqəddəs kəlamlar

İmam Hüseynin (ə) mübarək dilindən iyirmi hədisi, siz əziz oxucularımıza töhfə edirik. Arzu edirik ki, bu hədisləri oxuyub əməl etməklə gözləriniz və qəlbləriniz nurani olsun. 1- İbadət məqsədli yaranış «Doğrudan da, Allah-taalanın bəndələrini yaratmaqda məqsədi, özünü tanıtdırmaq olmuşdur. Sözsüz ki, Allahı həqiqi tanıyanlar Ona ibadət edir və özlərini Ondan qeyrilərinin qarşısında aciz görmürlər.»[1] 2 – İlahi alimlər «Müsəlmanların dini hökmlərini bəyan etmək ruhanilərin öhdəsinə qoyulmuşdur. Onlar Allahın halal və haramını söyləməkdə əmanətdardırlar.»[2] 3- Salamın savabı «Salam üçün ilahi dərgahında yetmiş savab nəzərdə tutulmuşdur ki, altımış doqquzu verənin, biri isə alanındır.»[3] 4- Ehtiyacli şəxslırə yardım «Bilin ki, insanların sizə olan ehtiyacı, Allahın sizə bəxş etdiyi nemətlərdəndir. Və (bunun qədrini bilib) belə bir nemətdən yorulmayın.(Yəni xeyirxah işlərdən yorulmayın).»[4] 5- Allahdan qorxana e`tibar etmək Bir kişi İmam Hüseynin (ə) yanına gəlib dedi: «Mənim bir qızım var onu necə adama ərə verim?» Həzrət Hüseyn (ə) buyurdu: «Onu Allahdan qorxan bir insana ərə ver. Çünki həmin şəxs qızını sevsə əzizləyəcək, amma qızından xoşu gəlməsə də ona əzab-əziyyət (zülm) etməyəcəkdir.»[5] 6- Fəzilət (üstünlük) və nöqsan İmama (ə) sual verdilər: «Fəzilət nədir?» İmam Hüseyn (ə) buyurdu: «İnsan öz dilinə sahib olsun və çox ehsan (yardım) etsin.» Soruşdular: «Nöqsan nədir?» Həzrət (ə) buyurdu: «Sənə heç bir (mənəvi-maddi) faydası olmayan şeylər üçün çalışmaq, zəhmət çəkmək.»[6] 7- Qeybətin çirkinliyi «Qeybət etmə! Bil ki, qeybət cəhənnəm itlərinin yemidir.»[7] 8- Zülmün pisliyi «Səninlə mübarizə etmək (özünü müdafiə etmək) üçün Allahdan başqa köməyi olmayan şəxsə zülm etməkdən çəkin (qorx)!»[8]. 9- Sayğılı ol «(Səndən kömək istəyən) ehtiyaclı şəxs, öz heysiyyətini itirmək təhlükəsiylə birgə sənə müraciət edir. Sən ona qarşı sayğılı ol (ehtiramla kömək et) ki, onun heysiyyətini qorumuş olasan!» [9] 10- Həqiqi şiə «Bir şəxs İmam Hüseynə (ə) dedi: «Ey Peyğəmbər (s) övladı, mən sənin şiələrindən və tərəfdərlarından biriyəm.» Həzrət Hüseyn (ə) buyurdu: «Allahdan qorx! Elə bir şeyi iddia etmə ki, Allah sənə: «Yalan danışdın və doğru olmayanı idda etdin.» deyə, buyursun. Bil və agah ol, bizim şiələrimiz o insanlardır ki, qəlbləri hər cür ikiüzlülük,  kin və hiylədən pak olsun. Sən belə de: «Mən sizə ehtiram bəsləyən və sizi sevənlərdənəm.»[10] 11- Tanrı xofu « Allah qorxusundan ağlamaq, cəhənnəm atəşindən qurtulmaq deməkdir.»[11] 12- Şükür et «Keçmiş ne`mətlərə şükür etmək, (qədir-qiymətini bilmək), gələcək ne`mətləri də, özü ilə gətirər.»[12] 13- Səbirli olmaq «Xoşlamadığın həqiqətlər müqabilində səbrli ol və həmçinin (şeytanı) hisslərinin səni həvəsləndirdiyi işlərə qurşanma, dözümlü ol!»[13] 14- Dostunu və düşmənini tanımaq «Səni pis (doğru olmayan) işlərdən çəkindirən şəxs, dostundur. Səni əyri işlərə sarı həvəsləndirən şəxs isə düşmənindir.»[14]     15- Elm, şərafət və qənaət «Elm, mərifətin birinci pilləsidir. Ağılı inkişaf etdirən, gücləndirən isə təcrübənin çox olmasıdır. Şərafət özü də, bir növ təqva deməkdir. Qənaətcil olmaq, bədənin rahatlığına xidmət edir.» [15] 16- Orucun fəlsəfəsi «İmam Hüseyndən (ə) soruşdular: « Allah nə üçün orucu bəndələrinə vacib etdi?» İmam (ə) buyurdu: «Allah orucu vacib etdi ki, ehtiyacsız (varlı) adamlar aclığın necə bir dərd olduğunu anlasınlar. Və nədicədə kasıblara, miskinlərə əl tutub, kömək etsinlər.»[16] 17- Sözün aqibəti «Lazımsız, bihudə danışma, çünki qorxuram günahların çoxalsın. Sözünün yerini və dəyərini bil, faydasız yerə danışma. Çünki nə qədər çox danışan var ki, haqqı söyləyir, lakin töhmət və danlağa məruz qalır. Səbirli (ağıllı) və ağılsız adamlarla mübahisə etmə. Çünki səbirli (ağıllı) şəxs sənə qələbə çalar. Nadan (ağılsız) insan isə səni incidər…. Həmişə pis işlərinə görə cəzalanacağını və yaxşı əməllərinə görə qiymətləndiriləcəyini bilən şəxs kimi rəftar et.»[17] 18- Abırını qorumaq «Eşitsən ki, hər hansı bir şəxs camaatın abırını aparır və heysiyyətini sındırır, çalış o adam səni tanımasın. Çünki, belə insanlar ən çox tanıdığı adamın şəxsiyyətini sındırır.»[18] 19-Ehtiyatlı ol «Allah tüğyankar bəndəsinə, bollu nemətlər əta edib və eyni zamanda ona şükür etməyi unutdurmaqla, tələyə salar».[19] 20- Yeddi məsləhət 1-«Ağırlığına taqətin olmayan iş üçün özünü zəhmətə salma.» 2-«Əldə edə bilməyəcəyin bir şey üçün çalışma.» 3-«Bacarmadığın işə girişmə». 4-«Qazana bilmədiyin qədər ehsan etmə.» 5-«Gördüyün işdən artıq zəhmət haqqı istəmə.» 6-«İlahi ibadətindən əldə etdiklərindən qeyrisinə sevinmə.» 7-«Bacardığın və layiq olduğun işdən başqasını öhdənə götürmə.»[20] 21- Ağıl və haqq «Ağılı kamilləşdirmək yalnız haqq və həqiqətə tabe olmaqla mümkündür.»[21] 22- And içmək «Çox and içməkdən çəkin. Çünki insan dörd səbəbə and içir: 1-Özündə kiçiklik, (əskiklik) və nöqsan hiss etdiyi üçün çalışır ki, and içməklə xalq onun sözünü təsdiq etsin. 2-Sözünü sübut etməkdə acizdir və öz məqsədinə çatmağa görə and içir. 3-Xalqın töhməti, ittihamı qarşısındadır. Belə fikirləşir ki, and içməsə onun sözünü qəbul etməyəcəklər. 4-Boş yerə and içməyə adət edib.»[22] 23- Günahdan uzaqlaşma yolları «Bir nəfər İmam Hüseynə (ə) dedi: «Ey Peyğəmbər övladı, mən günahkaram və günahlardan çəkinə bilmirəm. Mənə yol göstər.» Həzrət Hüseyn (ə) buyurdu: «Beş işin öhdəsindən gəl, sonra isə hər nə qədər istəsən günah et.» Birinci: Allahın ruzisini yemə, hər nə günah edirsən, et. İkinci: Allahın vilayətindən (hökmranlığından) xaric ol və nə qədər günah istəyirsən edirsən, et. Üçüncü: Elə bir yerə get ki, Allah səni görməsin, sonra istədiyin günaha giriş. Dördüncü: Ölüm mələyi canını almağa gələrkən, ona mane ol, və  hansı günahı edirsən, et. Beşinci: Cəhənnəm mələyi səni oda atarkən qoyma, sonra hansı günahı istəsən et.»[23] 24- Ömrün qısalığı «Ey insan (bil ki,) sən (həftənin) günlərinə bənzəyirsən, hər gün keçdikcə, ömrünün bir hissəsi azalır.»[24] 25- Sərvət üçün yaşamamaq «Mal və sərvətinin sənə xeyri yoxdursa, deməli sən onunsan. Və onu toplamaq üçün yersiz zəhmət çəkirsən. Çünki sən də sərvətin üçün əbədi qalmayacaqsan. Necə ki, var-dövlətin də, sənin üçün həmişəlik deyildir. Buna görə də, nə qədər ki, sərvət sənin sonuna çıxmayıb, ondan münasib şəkildə bəhrələn (xərclə).»[25] 26- Hər kəsə təmənna etməmək «Öz hacətini, ehtiyacının üç qrup insanlardan istə: 1-Həqiqi dindar 2-Şəxsiyyətli insanlar 3-Əsil-nəcabətli adamlar. Çünki: Həqiqi dindar sənə yardım etməklə, eyni halda öz dinini də, qorumuş olur. Şəxsiyyətli insan da, səni əliboş, naümid geri qaytarmağa utanar. Əsil-nəcabətli adam isə, sənin heysiyyətini qorumaq istəyini düzgün anlayaraq, ehtiyacını ödəməklə, abrıını qoruyar.»[26] 27- Ağılın nişanələri «Ağıllı adam, sözünü qəbul etməyib, maxalifət edəcəyindən qorduğu şəxsə sözünü deməz. (Ağıllı adam,) bacarmadığı, öhdəsindən gələ bilmədiyi işə söz verməz. (Ağıllı adam,) olması əziyyətli və qeyri-mümkün olan işə ürək bağlayıb, ümid bəsləməz. (Ağıllı adam,) aciz olduğu üçün itirəcəyini və əldən verəcəyini dəqiq bildiyi şeyə baş qoşmaz, əl atmaz.»[27] 28- Tərbiyəvi nəsihətlər «Sədaqətli olmaq, izzətli olmaq deməkdir. Yalan gücsüzlükdür. Sirr əmanətdir. Qonşuluq qohumluq kimidir. Kömək etmək, doğruluq əlamətidir. İşləmək təcrübə deməkdir. Xoş əxalaqlı olmaq Allaha ibadət etməkdir. Süküt insanın zinətidir.Tamahkarlıq və paxıllıq əskiklik və naqislikdir. Səxavət və əliaçıqlıq ehtiyacsızlıq deməkdir. Xalqla səbirli davranmaq, ağıl və düşüncənin nişanəsidir.»[28] 29- Allahı razı salmaq «Bir nəfər İmam Hüseynə (ə) məktub yazaraq, soruşdu: «Ey mənim ağam, dünya və axirətin ən xeyirli əməlini mənə söylə.» Həzrət İmam Hüseyn (ə) cavabında belə yazdı: «Bağışlayan və mehiban Allahın adı ilə…Bil ki, həqiqətən hər kim Allahın razılığını, camaatın qəzəbi müqabilində qazanarsa, Allah-Taala onu xalqdan ehtiyacsız edər. Amma hər kim camaatın razılğını, Allahın qəzəbi qarşılığında əldə etmək istəsə, Allah-Taala onun işini camaata həvalə edər.»[29] 30- Əsl dindarlar «İnsanlar dünya quludurlar. Din (dindarlıqları) yalnız dillərinin oyuncağıdır. (Qəlblərində deyil.) Maddi həyatları yaxşı olduqda dindardırlar. Lakin imtahan, (çətinlik), zamanı gəldikdə isə, dindarlar azalar.»[30] [1]- «Səfinətül-Bəhar», c. 2; səh. 180 [2]- «Tühəfül-üqul», səh. 172 [3]- «Biharül-ənvar», c. 78, səh. 120 [4]- «Biharül-ənvar», c. 74, səh. 318 [5]- «Əl-müstədrək», c. 2, səh, 218 [6]- «Müstədrəki-vəsail», c.9, səh, 24 [7]- «Biharül-ənvar», c. 78, səh, 117 [8]- «Biharül-ənvar», c.78, səh 118 [9]- «Kəşfül-ğümmə», c. 2, səh. 244 [10]- «Təfsiri-imam Həsən Əsgəri», səh. 309 [11]- «Cameül-əxbar», 56-cı fəsil, səh 122 [12] «Nəzhətün-nazir və tənbihül-xatir»,səh. 80 [13] «Nəhzətun-nazir və tənbihül-xatir», səh. 85 [14] «Biharül-ənvar», c. 78, səh 128 [15] «Nəzhətün-nazir və tənbihul-xatir», səh. 88 [16] «Mənaqibi Ali-Məhəmməd (s)», c. 4, səh. 68 [17]- «Kənzül-fəvaid», c. 2, səh. 32 [18]-  «Əl-Hüseyn (ə)», c. 1, səh. 161 [19]- «Tühəfül-uqul», səh. 246 [20]- «Musuətü-kəlimatil-İmamil-Hüseyn (ə)», səh. 767 [21]- «Həzhətün-nazir və tənbihül-xatir», səh. 83 [22]- «Əl-Hüseyn», c. səh. 164 [23]- «Biharül-ənvar», c.78, səh.126 [24]- «İrşadül-qülub», 7-ci fəsil, səh 46 [25]- «Dürrətül-bahirə», səh 24 [26]- «Tuhəfül-üqul», səh 247 [27]- «Üsuli-Kafi», c. 1, səh 20 [28]- «Tarixi-Yəqubi», c. 2, səh. 233 [29]- «Müstədrəki-vəsail», c. 12, səh. 209 [30]- «Tarixi-Təbəri», c. 7, səh. 242  

Könül oxşayan Hədislər 29.12.2024

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır.

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də) namazdır. Qiyamət günü sual olunacaq ilk şey namazdır. Qiyamət günü hər kəs Namaz hesabında uğurla çıxdısa, yerdə qalan mərhələləri asan keçəcəkdir, əgər Namazda layiqli cavabı olmadısa, sonrakı mərhələlər də onun üçün çətin olacaqdır”. ان اول ما فرض الله تعالی الصلواة و آخر ما یبقی عند الموت الصلوة و اول ما یحاسب به یوم القیامة الصلوة. فمن اجاب فقد سهل علیه ما بعده و من لم یجب فقد اشتد ما بعده Həzrət Məhəmməd (s) Ləalil-Əxbar, c.4, s.8.

Məhərrəm 29.12.2024

Məhərrəm ayının 13-cü günü

1-Əhli-beyt (ə) əsirləri ibn Ziyadın məclisində 2-Übeydullah ibn Ziyadın Yezidə məktubu 3-Abdullah ibn Əfifin şəhadəti 1-Əhli-beyt (ə) əsirləri ibn Ziyadın məclisində Hicri təqvimi ilə 61-ci il, məhərrəm ayının 13-cü günü, Kərbəla şəhidlərinin müqəddəs başlarını Kufə şəhərində doladırdıqdan sonra İmam Hüseynin (ə) Əhli-beytini (ə) İbn Ziyadın “Darül-imarə”-sinə daxil etdilər. O məl`un, göstəriş verdi ki, Əba Əbdüllahül- Hüseynin (ə) başını onunla üzbəüz qoysunlar.  Bu zaman, əsir qadınları və həzrətin uşaqlarını İmam Səccad (ə) ilə birlikdə kəndirlə bağlı halda onun məclisinə gətirdilər. Nəql olunub ki, həzrət Zeynəb (ə.s), tanınmaz surətdə və köhnə libasda məclisə daxil oldu. Qəsrin bir guşəsində,  qadınların yanında oturdu. İbn Ziyad soruşdu: “ O, kim idi ki, orada , qadınların yanında oturdu?”  Həzrət Zeynəb cavab vermədi.  İbn Ziyad ikinci dəfə soruşdu. Nəhayət kənizlərdən biri dedi: Bu xanım, Fatimənin (ə.s) qızı, Allah Rəsulunun qızıdır. İbn Ziyad, həzrət Zeynəbə üz tutaraq dedi: “ Allaha şükür ki, sizi rüsvay edib öldürdü və sizin dedikləriniz yalan çıxdı.” Həzrət Zeynəb (ə.s) buyurdu: “Allaha şükür ki, bizi öz peyğəmbəri Məhəmmədlə (s) əziz edib pisliklərdən pakladı. Fasiq rüsvay olur, günahkarlar yalan danışır və biz o şəxs deyilik, başqasıdır.” Məl`un ibn Ziyad dedi: “Allahın qardaşınla və öz Əhli-beytinlə etdiyini necə görürsən?” Həzrət Zeynəb cavab verdi: “Allah tərəfindən gözəllikdən başqa bir şey görmədim. Onlar bir qrup şəxs idi ki, Allah onlar üçün şəhadəti qərar vermişdi və onlar öz əbədi yerləri üçün tələsdilər və orada uyudular.” Übeydullah ibn Ziyad həzrətin əzici sözlərindən çox qəzəbləndi və onu qətlə yetirməyi qərara aldı, lakin Ömər ibn Haris dedi: “ O qadındır, qadını sözlərinə görə qınamazlar.”  İmam Səccadın (ə) əzizci cavablarına görə də o həzrəti qətlə yetirmək qərarına gəldi, lakin həzrət Zeynəbi vasitəçiliyi ilə o, öz alçaq niyyətindən daşındı. (Əl-İrşad: c. 2, s. 115) Bu nifrətli məclisdən sonra Übeydullah göstəriş verdi ki,  İmam Hüseynin (ə) Əhli-beytini  Kufə zindanına aparıb qasidlər, İmam Hüseynin (ə) qətlə  yetirilməsi xəbərini hər yerdə yaysınlar.  Əmaliye-Şeyx Səduq: s. 229. – Tarixi-Təbəri: c. 5, s. 234) 2-Übeydullah ibn Ziyadın Yezidə məktubu Hicri təqvimi ilə 61-cı il, məhərrəm ayının 13- cü günü, Übeydullah Yezidə məktub yazdı və ona İmam Hüseyn (ə) və onun Əhli-beytinin şəhadəti barədə məlumatlandırdı.  Məktub, Yezidin çatdı və onun məzmunu ilə tanış oldu. Məktubun cavabında yazdı ki, İmam Hüseyn (ə) və digər şəhidlərin müqəddəs başlarını əsirlərlə birlikdə Şama tərəf gətirsinlər. (Lühuf: s. 207. – Biharül-ənvar: c. 45, s. 124) 3-Abdullah ibn Əfifin şəhadəti Əbdullah Əfif Əzdi, Əmirəlmömininin (ə) böyük səhabələrindən biri idi. Cəməl və Süffeyn döyüşlərində o həzrətlə birgə döyüşmüş və hər iki gözünü itirmişdi. Ondan sonra isə ibadətlə məşğul idi.O, hicri təqvimi ilə 61-ci il, Übeydullah ibn Ziyadın gösərişi ilə şəhadətə çatdırıldı. Onun şəhadəti belə baş verdi: Kufə məscidində o, Übeydullahın sözlərinə qulaq asırdı. İbn Ziyad  dedi: “Həmd olsun O Allaha ki, haqqı, haqq əhlini və həqiqəti qələbəyə çatdırdı, Yezid və onun tərəfdarlarına kömək edib yalançını və yalançı oğlunu öldürdü”.  Abdullah Əfif bunu eşidəndə tam şücaət və qəhrəməncasına yerindən qalxdı və dedi: “Ey Mərcanənin oğlu! Yalançı sənsən, sənin atandı. Səni və atanı bu simət məqamına yerləşdirəndi. Ey Allahın düşməni! Peyğəmbər (s) övladlarını qılıncdan keçirib möminlərin minbərində belə danaşmağa cəsarət tapırsan?!” Belə bir hadisənin baş verəcəyini gözləməyən Übeydullah ibn Ziyad, çox qəzəblə dedi: “ Onu mənim yanıma gətirin.” Məmurlar hər tərəfdən hücum etdi. Amma Abdulla ibn Əfifin güclü müqviməti ilə üzləşib onu tuta bilmədirlər. İbn Ziyadın çirkin məmurları gecə ikən onun evinə töküldülər. O böyük şəxsi evdən çıxarıb qılınc zərbələri ilə öldürdülər. Məl`un ibn Ziyad göstərişi ilə onun başını bədənindən ayırıb və bədənini Kufədə dara çəkdilər.  (lüfuf: s. 203 – Biharül-ənvar: c. 45, s. 119)

Tarixi məlumatlar 29.12.2024

Əsirlər karvanı Kufədən Şama hansı yolla aparılıb?

Übeydullah ibn Ziyad əvvəl İmam Hüseynin (ə) başını Yezid ibn Müaviyəyə göndərdi. Sonra Şimr ibn Zilcövşən və digər bir neçə nəfərə tapşırdı ki, onların başçılığı ilə əsirlər Şama aparılsın, Əli ibn Hüseynin (ə) boynu və əlləri bağlansın. İmam Əli ibn Hüseyn (ə) yol boyu düşmənlə bir kəlmə də danışmadı. Peyğəmbər (s) övladlarını işgəncə altında Kərbəladan Kufəyə, Kufədən də Şama apardılar. Əsirlərin Kufədən Şama qədər getdikləri məsafə aşağıdakı üç əsas yoldan biridir: 1. Badiyə yolu: Bu yol 933 km. olmaqla Kufə və Şam arasında ən qısa yoldur, ancaq quru və səhralıqdır. 2. Fərat çayının sahili: Bu yolun çoxlu ayrıcları vardır. Ona görə də 1190 və 1333 km. arasında dəyişə bilər. Bu yolun üstünlüyü odur ki, onun çox hissəsi Fərat çayının sahili ilə getdiyindən su problemi olmur. 3. Dəclə çayının sahili (Sultani yolu): 1545 km. olmaqla Kufədən Şama qədər ən uzun yol sayılır və müxtəlif şəhərlərdən keçir. Mötəbər qaynaqların heç biri əsirlərin getdiyi yolu dəqiq təyin etməmişdir. Belə nəzərə çarpır ki, əsirləri ən qısa yol olan Badiyə yolu ilə aparıblar.

Məhərrəm 29.12.2024

Tasua günü və Aşura axşamının əməlləri

Tasua gününün Aşuranın axşamıdır. Yəni Aşura axşamının) əməllərini təqdim edir: 1. Namazlar * Gecənin sonunda 4 rükət namaz. Hər rükətdə “Həmd”dən sonra “Ayətül-kürsü”, “İxlas”, “Fələq” və “Nas” surələrinin hər birini 10 dəfə oxumaq. * Əmirəlmöminin Əlinin (ə) namazı, 4 rükət (2 dəfə sübh namazı kimi). Hər rükətdə Həmddən sonra 50 dəfə İxlas surəsini oxu. Namazdan sonra Peyğəmbər (s) və Əhli beytinə (ə) çoxlu salavat, onların düşmənlərinə isə lənət de . * 100 rükət namaz (yəni sübh namazı kimi 50 namaz) . Hər rükətdə “Həmd”dən sonra “İxlas” surəsini 3 dəfə oxu. [Niyyət: Aşura gecəsinin namazını qılıram qürbətən iləllah.] 100 rükəti qılıb qurtarandan sonra 70 dəfə de: Subhanəllah, vəlhəmdu lillah, vəla ilahə illəllahu vəllahu-əkbər, vəla hovlə vəla qüvvətə illa billahil əliyyil əzim. 2. İmam Hüseynin (ə) qəbri kənarında əhya saxlamaq. 3. Bu gecəni sabaha qədər əhya saxlamaq (oyaq qalmaq). Hədisdə deyilir: “Hər kim bu gecəni əhya saxlasa, Allah-Taalaya bütün mələklərin ibadətini etmiş olar.” 4. Dua, ibadət və istiğfar etmək.

Məhərrəm 29.12.2024

Məhərrəm ayının 9-cu günü

Məhərrəm ayının 9-cu günü 1- İmam Hüseynin (ə) xeymələrinin mühasirəyə alınması 2-Şümrün əmannaməsinin həzrət Abbas tərəfindən (ə) rədd olunması 3-İmam Hüseyn (ə) tərəfindən müharibənin təxirə salınması istəyi 4- İmam Hüseynin (ə) (düşmənlərə) xitabı 5- İmam Hüseyn (ə)  xeymələrinin ətrafında xəndəklərin qazılması 6- Şəhadət qüslü 1-mam Hüseynin (ə) xeymələrinin mühasirəyə alınması İmam Sadiq (ə) buyurub: Tasu günü, imam Hüseyn (ə) və onun ətrafında olanlar Kərbəlada mühasirəyə alındı, Şam qoşunu o həzrəti öldürmk üçün toplanıb Mərcanənin oğlu və Ömər İbn Səd onların ətrafında toplanan qoşunların sayının çoxluğundan sevinirdi. O həzrəti və onun dostlarını zəif sayıb, onlara kömək gəlməyəcəyini, iraqlıların həzrət kömək etməyəcəyini yəqin etdilər. 2-Şümrün əmannaməsinin həzrət Abbas tərəfindən (ə) rədd olunması Tasua günü məlun Şümür, həzrət Əbafəzlül Əbbas (ə) və onun qardaşları üçün əmannamə (onların təhlükəsizlikdə olmasını göstərən şəhadətnamə) gətirdi. Şümür, imam Hüseynin (ə) xeymələrinə çatan zaman qışqırdı: “Bacımızın oğlanları hardadı?”  O böyük şəxslər cavab vermədilər. İmam Hüseyn (ə) buyurdu: “Fasiq də olsa ona cavab verin!”  Həzrət Əbbas (ə) onun cavabında buyurdu: “Nə deyirsən?” Şümür dedi: “Mən sizə Übeydullah tərəfindən əmannamə gətirmişəm. Hüseyn (ə) üçün özünüzü ölümə verməyin! ” Həzrət  Əbbas (ə) uca səslə buyurdu: Allahın lənəti sənə və sənin amanına olsun!  Peyğəmbərin (s) qızının oğlu amanda olmadığı halda biz amanda olaq?!” (Ənsabül-əşraf, c.3, səh. 184) 3-İmam Hüseyn (ə) tərəfindən müharibənin təxirə salınması istəyi Məhərrəmin doqquzunda, əsr vaxtı Ömər ibn Səd öz qoşunlarına üz tutub bağırdı: “Ey Allah ordusu, atalın və sevinin ki, cənnətə gedirsiniz!  Beləliklə onun ordusu, imam Hüseynin (ə) xeymələrinə tərəf hərəkət etdi. İmam, öz xeyməsinin önündə oturub qılıncına söykənmişdi. Başını dizinin üstünə qoyumuşdu. O zaman mübarək başını qaldırıb həzrət Əbülfəzlə (ə) buyurdu: “Ey Əbbas, canım sənə fəda olsun, ata süvar ol, onlardan soruş ki, nə üçün buraya gəliblər?”  Həzrət Əbbas (ə) iyirmi nəfər sahəbə ilə birlikdə düşmən qoşunu tərəfə gedib onların nə üçün gəldiklərini soruşdu. Ömər ibn Səd onun cavabında dedi:  “Ya, Yezidlə beyət edin, ya da, qanlı döyüşə hazır olun”. Həzrət, onlara dedi: “Gözləyin, sizin sözününü imam Hüseynə (ə) çatdırım.”  Onların sözünü o həzrətə (ə) çatdırdı. Həzrət (ə) buyurdu: “Qardaşım Əbülfəzl! Düşmən ordusuna qayıt, namaz və Allaha razü niyazla məşğul olmaq üçün bu axşamı onlardan möhlət al.Allah bilir ki, mən namaza, Quran oxumağ və dua etməyə məhəbbət bəsləyirəm.” Beləliklə də müharibə təxir ə düşdü. 4- İmam Hüseynin (ə) (düşmənlərə) xütbəsi İmam Səccad  (ə) buyurub: Atam imam Hüseyn (ə), aşura gecəsi öz əshabını öz yanına çağırdı. Onun sözlərini eşitmək üçün Mən də xəstə olduğum halda onun yanına getdim . Atam, əsahaba vö öz köməkçilərinə buyurdu:  “Ən gözəl sitayişlərlə Allah sitayiş edir, xoşluq və rahatsızlıqda Ona təşəkkür edirəm. İlahi, Sənə şükür edirəm ki, bizi peyğəmbərliklə (s) əziz etdin, Quran elmi, dinin fiqh elmini bizə karamət buyurdun. Bizə, eşidən qulaq,  görən göz və ayıq ürək əta etdin. Bizi şükür edənər sırasıda qərar ver! Əmma b`əd. Həqiqətən də mənim yoldaş və əshabından daha yaxısı və daha vəfalılardan sorağım yoxdur. Öz Əhli-beytimdən (ə) daha itaətçi, daha sileyi-rəhmə bağlı qalanı tanımıram. Mənə kömək etdiyinizə görə Allah sizə yaxşı mükafat versin. Bilirəm ki, sabah bunlarla döyüşəcəyik. Mən, sizinlə olan beyətimi aradan qaldırıram. Yola düşüb getməniz və təhlükəli məkanından uzaqlaşmanız üçün gecənin qaranlığından örtük kimi istifadə etmənizə icazə verirəm. Sizlərdən hər biriniz Əhli-beytimizin (ə) bir nəfərin əlini tutub kənd və şəhərələ dağılın ki, Allah, (sizi bəladan xilas etməklə) öz fərəcini sizin üçün qərar versin.  Bu cammatın işi, mənimlədir. Mənə əlləri çatsa, sizinlə işləri yoxdur.” İmamın buyurduqlarından sonra Əhli-beyt (ə) və o həzrətin əshabı, bir-birinin arxasınca qalxıb şəhadətədək öz fədakrlıq və imam Hüseynə (ə) vəfalı olacaqlarını ciddi olaraq bildirdi. (Kəmali-ibn Əsir, c. 4. Səh. 57, Əl-irşad, c.1, səh. 91). 5- İmam Hüseyn (ə)  xeymələrinin ətrafında xəndəklərin qazılması İmam Hüseyn (ə) köməkçilərinə fərman verdi ki, xemələrin ətrafında xəndək qazsınlar. Onu ox və neylə doldursunlar ki, düşmən hücum edən  zaman onları yandırsınlar, düşmənlə xeymələr arasında yolu kəsib təkcə imamın (ə) köməkçiərinin yerləşdiyi hissəni açıq qoysunlar və döyüş orada həyata keçsin. (İmamül-Hüseyn (ə) və əshabuhu,səh.257) 6- Şəhadət qüslü İmam Hüseyn (ə) həzrət Əli Əkbəri otuz nəfər süvari və iyirmi nəfər piyada qoşunla su fəratdan su gətirmək üçün göndərdi. Onlar öz tuluqlarını su ilə xeymələrə gətirdi İmam öz əshabına üz tutub buyurdu:  Qalxın və su için. Bu, sizin sonuncu azuqənizdir. Dəstəmaz alın, qüsl edin və paltarlarınızı yuyun ki, sizin kəfəniniz olsun. Nəql olunub ki, Əbdürrəhman və Bürəyr ibn Xuzəyr  təmizlənmək – hamam və nəzafət üçün nəzərdə tutulan çadırın qapısında növbədə duruşdu. Bürəyr Əbdürrəhmanla zarafat edirdi. Əbdürrəhman ona dedi: “İndi zarafat vaxtı deyil”. Bürəyr  dedi: Mənim qohumlarım bilir ki, nə cavanlıqda nə də yaşlılıqa (qocalıqda) zarafat əhli olmamşam. Mənə səadət və cənnət vəd olunuduğu üçün, (sər əz pa tanımıram) sevindiyimdən özümə sığmıram, özümlə cənnət arsında məsafənin təkcə şəhadət oldğunu bilirəm. (“Əmaleyi-Şeyx Səduq”, səh. 221, 30-cu məclis).

Məhərrəm 29.12.2024

Məhərrəm ayının 6-cı günü

1-Həbib ibn Məzahirin Bəni Əsəddən kömək istəməsi 2- Fərat çayının ilk mühasirəsi 1-Həbib ibn Məzahirin Bəni Əsəddən kömək istəməsi Belə bir gündə Həbib ibn Məzahir, həzrət imam Hüseynin (ə) icəzəsi ilə Bəni-Əsəd qəbiləsindən kömək istəmək üçün onların arasında yollandı. Onlardan bir dəstəni kömək üçün Kərbəlaya yola saldı. Lakin Ömər ibn Sədin cəsuslarının vəsvəsəsi nəticəsində Bəni-Əsəd qəbiləsi  arsında qarşıdurma baş verdi. Qarşırdurma nəticəsində Bəni-Əsəd qəbiləsindən bir qrupu şəhid oldu,  qalanları da çarəsiz qalıb qaçdılar. (Mədinədən Mədinəyə, səh.368) 2- Fərat çayının ilk mühasirəsi Bir rəayətə əsasən Ömər ibn Səd və Şəbəs ibn Rəbi, üç min nəfər qoşunla birgə Fərat çayını mühasirəyə aldı. (Mədinədən Mədinəyə, səh.360).

Ziyarətnamələr 29.12.2024

ZIYARƏTI AŞURA – ƏRƏBCƏ OXUNUŞU VƏ TƏRCÜMƏSİ

ZIYARƏTI AŞURA – ƏRƏBCƏ OXUNUŞU VƏ TƏRCÜMƏSİ Əs-salamu ələykə ya Əba Əbdillah. Əs-səlamu ələykə yəbnə Rəsulillah. Əs-səlamu ələykə yəbnə Əmiril-mumininə vəbnə Səyyidil-vəsiyyin. Əs-səlamu ələykə yəbnə Fatimətə səyyidəti nisail-aləmin. Əs-səlamu ələykə ya sarəllahi vəbnə sarih, vəl-vitrəl-məvtur. Əs-səlamu ələykə və ələl-ərvahilləti həllət bifinaik, ələykum minni cəmiən səlamullahi əbədən ma bəqiytu və bəqiyəl-ləylu vən-nəhar. Ya Əba Əbdillah, ləqəd əzumətir-rəziyyətu və cəllət və əzumətil-musibətu bikə ələyna və əla cəmii əhlil-islam, və cəllət və əzumət musibətukə fis-səmavati əla cəmii əhlis-səmavat, fələənəllahu ummətən əssəsət əsasəz-zulmi vəl-covri ələykum Əhləl-bəyt, və ləənəllahu ummətən dəfəətkum ən məqamikum və əzalətkum ən məqamikum və əzalətkum ən məratibikumul-ləti rəttəbəkumul-lahu fiha, və ləənəllahu ummətən qətələtkum və ləənəllahul-muməhhidinə ləhum bittəmkini min qitalikum, bəritu iləllahi və iləykum minhum və min əşyaihim və ətbaihim və ovliyaihim, ya Əba Əbdillah, inni silmun li-mən saləməkum və hərbun li-mən harəbəkum ila yovmil-qiyaməh, və ləənəllahu alə ziyadin və alə mərvan, və ləənəllahu bəni uməyyətə qatibətən və ləənəl-lahubnə mərcanətə və ləənəllahu umərəbnə səd, və ləənəllahu şimrən və ləənəllahu ummətən əsrəcət və əlcəmət və tənəqqəbət liqitalik, biəbi əntə və ummi, ləqəd əzumə musabi bik, fəəsəlullahəl-ləzi əkrəmə məqaməkə və əkrəməni ən yərzuqəni tələbə sarikə məə imamin mənsurin min Əhli-bəyti Muhəmmədin səlləllahu ələyhi və alih. Əllahumməcəlni indəkə vəcihən bil-Husəyni ələyhis-səlam, fid-dunya vəl-axirəh, ya Əba Əbdillah, inni ətəqərrəbu iləllahi və ila Rəsulihi və ila Əmiril-mumininə və ila Fatimətə və iləl-Həsəni və iləykə bimuvalatikə və bil-bəraəti mimmən əssəsə əsasə zalikə və bəna ələyhi bunyanəhu və cəra fi zulmihi və covrihi ələykum və əla əşyaikum, bəritu iləllahi və iləykum minhum, və ətəqərrəbu iləllahi summə iləykum bimuvalatikum və muvalati vəliyyukum və bil-bəraəti min ədaikum vən-nasibinə ləkumul-hərb, və bil-bəraəti min əşyaihim və ətbaihim, inni silmun limən saləməkum və hərbun limən harəbəkum və vəliyyun limən valakum və əduvvun limən adakum. Fəəsəlullahəl-ləzi əkrəməni bi mərifətikum və mərifəti ovliyaikum, və rəzəqənil-bəraətə min ədaikum ən yəcələni məəkum fid-dunya vəl-axirəh, və ən yusəbbitə li indəkum qədəmə sidqin fid-dünya vəl-axirəh, və əsəluhu ən yubəlliğənil-məqaməl-məhmudə ləkum indəllah, və ən yərzuqəni tələbə sarikum məə imamin hudən zahirin natiqin bil-həqqi minkum və əsəlullahə bi həqqikum və biş-şənil-ləzi ləkum indəh, ən yutiyəni bimusabi bikum əfzələ ma yuti musabən bimusibətihi musibətən ma əzəməha və əzəmə rəziyyətəha fil-islami və fi cəmiis-səmavati vəl-ərzi. Əllahumməcəlni fi məqami haza mimmən tənaluhu minkə sələvatun və rəhmətun və məğfirəh. Əllahumməcəl məhyayə məhya Muhəmmədin və Ali-Muhəmməd, və məmati məmatə Muhəmmədin və Ali-Muhəmməd. Əllahummə innə haza yovmun təbərrəkət bihi bənu uməyyətə vəbnu akilətil-əkbadil-ləinubnul-ləini əla lisanikə və lisani Nəbiyyik, səlləllahu ələyhi və alih, fi kulli movtinin və movqifin vəqəfə fihi Nəbiyyukə səlləllahu ələyhi və alih. Əllahummələn əba sufyanə və muaviyətə və yəzidəbnə muaviyətə ələyhim minkəl-lənətu əbədəl-abidinə və haza yovmun fərihət bihi alu ziyadin və alu mərvanə biqətlihimul-Hüsəynə sələvatullahi ələyh. Əllahummə fəzaif ələyhimul-lənə minkə vəl-əzabəl-əlim. Əllahummə inni ətəqərrəbu iləykə fi hazəl-yovmi və fi movqifi haza və əyyami həyati bil-bəraəti minhum vəl-lənəti ələyhim və bil-muvalati li-nəbiyyikə və ali Nəbiyyikə ələyhi və ələyhimus-səlam. Sonra 100 dəfə deyərsən: Əllahummələn əvvələ zalimin zələmə həqqə Muhəmmədin və Ali-Muhəmməd, və axirə tabiin ləhu əla zalik, Əllahummələnil-isabətəl-ləti cahədətil-Husəyn, və şayəət və bayəət və tabəət əla qətlih. Əllahummələnhum cəmia. Sonra 100 dəfə deyərsən: Əs-səlamu ələykə ya Əba Əbdillahi və ələl-ərvahil-ləti həllət bifinaik, ələykə minni səlamullahi əbədən ma bəqiytu və bəqiyəl-ləylu vən-nəhar, və la cəələhullahu axirəl-əhdi minni liziyarətikum. Əs-səlamu ələl Husəyni və əla Əliyyibnil –Huseyn, və əla ovladil Husəyn, və əla əshabil-Husəyni. Sonra deyərsən: Allahummə xussə əntə əvvələ zalimin billəni minni vəbdə bihi əvvələn summəssaniyə vəs-salisə vər-rabi. Əllahummələn yəzidə xamisən vələn ubəydəllahibnə ziyadin vəbnə mərcanətə və umərəbnə sədin və şimrən və alə əbi sufyanə və alə ziyadin və alə mərvani ila yovmil-qiyaməh. Sonra səcdəyə belə de: Əllahummə ləkəl-həmdu həmdəş-şakirinə ləkə əla musabihim, əlhəmdu lillahi əla əzimi rəziyyəti. Əllahummərzuqni şəfaətəl-Husəyni yovməl-vurudi və səbbit li qədəmə sidqin indəkə məəl-Husəyni və əshabil-Husəyn, əlləzinə bəzəlu muhəcəhum dunəl-Huseyni ələyhis-səlam. Ziyarətnamənin tərcüməsi Salam olsun sənə ey Əba Əbdillah, Salam olsun sənə, Rəsulullahın oğlu!. Salam olsun sənə, ey Əmirəl-möminin, ilahi vəsilərin (canişinlərin) ağasının oğlu! Salam olsun sənə, ey hər iki aləmin yeganə xanımı olan Fatimeyi Zəhranın oğlu! Salam olsun sənə, ey sarəllah və sarəllahın oğlu, ey o kəs ki, köməkçilərinin hamısı şəhadətə yetdi və sənin intiqamını almaq üçün bir kəs qalmadı. Salam olsun sənə və o sənin qarşında təzim edən ruhlara! Nə qədər ki, mən varam və gecə-gündüz bərqərardır, sizin hamınıza məndən Allah salamı olsun! Ey Əba Əbdillah, sənin müsibətin və matəmin bizim üçün və bütün müsəlmanlar üçün böyükdür. Sənin müsibətin aləmlərdə bütün səma əhlinə böyükdür, yanıqlıdır. Allah Sizi, Allahın Sizin üçün müqəddər etdiyi məqam və mənzilətdən məhrum edib, uzaq salan ümmətə lənət etsin! Allah, Sizi qətlə yetirən ümmətə lənət etsin. Allah, sizə qarşı müharibəni müqəddiməsini işləyib hazırlayan, ona şərait yaradan kəslərə lənət etsin! Mən Allah dərgahında və Sizin yanınızda onlardan və onlara tabe olanlardan, onların dostlarından bizarlıq edirəm. Ey Əba Əbdillah, mən qiyamətə kimi, sizinlə sülh edənlərlə sülh, sizinlə müharibə edənlərlə müharibə edəcəyəm. Allah Ziyad övladlarına, Mərvan övladlarına lənət etsin! Allah Bəni-Üməyyənin hamısına lənət etsin! Allah Mərcanənin oğluna (ibni Ziyada) lənət etsin! Allah Ömər ibni Sədə lənət etsin! Allah Şimrə lənət etsin! Atlarını səninlə müharibə etmək üçün yəhərləyib, cilovlayan, üzlərinə niqab salıb müharibəyə möhkəm hazırlaşanlara Allah lənət etsin! Atam-anam sənə fəda olsun, həqiqətən mənim sənə matəm saxlamağım çox-çox böyükdür. Sənin məqamını əziz edən və sənin xatirinə məni də əziz edən Allahdan istəyirəm ki, Mühəmməd (səlləllahu ələyhi və alihi və səlləm)-in Əhli beytindən olan qalib imamın (İmam Zaman ələyhissalamın) önündə sənin intiqamını almağı mənə nəsib etsin. İlahi, Öz dərgahında məni İmam Hüseyn (ələyhissalam) xatirinə dünya və axirətdə abırlı-həyalı et. Ey Əba Əbdillah, mən səninlə dosluq etməklə və bu zülmlərin əsasını qoyub bu yolda heç nəyi əsirgəməyən, sizə və sizin işlərə qarşı zülm və cəfasında davam edənlərdən bezar olmaqla Allaha, Onun Rəsuluna, Əmirəl-mömininə, Fatiməyə, Həsənə və sənə yaxınlaşmaq istəyirəm, Allahın dərgahında onlardan bezarlığımı bildirirəm, sizə və sizi sevənlərə məhəbbət göstərməklə, həmçinin sizin düşmənlərinizdən, sizinlə müharibə edənlərdən, onların dostlarından və onlara tabe olanlardan bezarlıq etməklə əvvəl Allaha, sonra isə sizə yaxınlaşmaq istəyirəm. Mən sizinlə sülh edənlərlə sülh, müharibə edənlərlə müharibə edirəm, sizi sevib məhəbbət göstərənlərlə dost, sizinlə düşmənçilik edənlərlə düşmənəm. Sizin və doslarınızın barəsində mərifət kəsb etməklə məni kəramətli edən, düşmənlərinizdən bezarlıq etməyi mənə nəsib edən Allahdan istəyirəm ki, məni dünya və axirətdə sizin yanınızda sabitqədəm etsin, məni, sizin Allah yanında malik olduğunuz bəyənilmiş məqama (məqami-məhmuda) çatdırsın, siz Əhli-beytdən olan hidayətçi, haqqı deyən və aşkar imamın (imam Zaman ələyhissalamın) önündə intiqamınızı almağı mənə nəsib etsin. Allahı sizin haqqınıza, məqam və mənzilətinizə and verib Ondan istəyirəm ki, Sizin matəminizdəki qəm-qüssəm müqabilində mənə ən yaxşı xeyir əvəzi versin; elə bir əvəz ki, matəm saxlayanlara verilər. Bu, islamda, bütün asimanlarda və yerdə əsər-əlaməti qalan necə də böyük müsibətdir! İlahi, mənim bu məqamımı Sənin tərəfindən salavat, rəhmət və məğfirətin şamil olduğu kəslərdən qərar ver. İlahi, həyatımı (diriliyimi) Mühəmməd və Ali-Mühəmmədin həyatı kimi, ölümümü Mühəmməd və Ali-Mühəmmədin ölümü kimi qərar ver. İlahi, bu gündə (Aşura günündə) üməyyə övladları, ciyər yeyənin (Hindənin) oğlu, həmçinin Sənin və Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) dilindən o həzrətin dayanıb iqamət seçdiyi hər bir yerə lənətlənən məlunun oğlu sevinmiş, şənlik keçirmişdir. İlahi, Əbu Süfyana, Müaviyəyə lənət et. Sənin əbədi lənətin onlara olsun! Bu gündə Ziyad övladları, Mərvan övladları Hüseyn (ələyhissalam)-ı qətlə yetirməklə sevinib xoşhal olmuşlar. İlahi, Öz lənətini və əzabını onlara qat-qat artır! İlahi, mən bu gündə, bu məqamımda və həyatımın bütün dövrlərində onlardan bezarlıq etməklə, onlara lənət göndərməklə, Sənin Peyğəmbərin və onun övladlarına (səlamullahi ələyhim) məhəbbət bəsləməklə Sənin dərgahına yaxınlaşıram. İlahi, Mühəmməd və Ali-Mühəmmədin haqqında zülm edən ilk zülmkara, həmçinin ona tabe olan son zülmkara lənət et! İlahi, imam Hüseyn ələyhissalamla müharibə edən, onun qətlində bir-birinə kömək edən, əlbir olan və bir-birinin ardınca gələn düşmənlərə lənət et! İlahi, onların hamısına lənət et! Salam olsun sənə, ey Əba Əbdillah və salam olsun sənin qarşında təzim edən ruhlara. Nə qədər ki, mən varam və nə qədər ki, gecə-gündüz bərqərardır bizdən sənə Allahın səlamı olsun! Allahdan istəyirəm ki, bu ziyarəti mənim son ziyarətim qərar verməsin. Salam olsun Hüseynə, Əliyyibni Hüseynə, Hüseynin övladlarına, Hüseynin səhabələrinə. İlahi, mənim lənətimi ilk zalıma məxsus et, əvvəlcə ilk zalımla başla, sonra ikinciyə, sonra üçüncüyə, sonra dördüncüyə lənət et! İlahi, beşinci yerdə Yezidə lənət et və Übeydüllah ibni Ziyada, Mərcanənin oğluna, Ömər ibni Sədə, Şimrə, Əbu Süfyan övladlarına, Ziyad övladlarına, Mərvan övladlarına qiyamət gününə kimi lənət et. İlahi, Sənə həmd-səna edirəm – Əhli-beytin müsibətində iştirak edərək Sənə şükr edənlərin həmd-səna etməsi kimi. Allaha həmd-səna edirəm müsibətimin böyüklüyünə görə. İlahi, İmam Hüseyn ələyhissalamın şəfaətini mənə nəsib et və mənim həqiqət axtaran qədəmlərimi Öz dərgahında Hüseyn ələyhissalam və onun səhabaləri ilə birlikdə sabit qədəm et. Elə səhabələr ki, öz ruhlarını (qəlblərinin pak qanlarını) Hüseyn ələyhissalama qurban verdilər.

Kategoriler 28.12.2024

Məhərrəm ayının 4-cü günü

Məhərrəm ayının 4-cü günü Übeydullah ibn Ziyadın Kufə məscidində çıxışı Hicri təqvimi ilə 61- ci il, məhərrəm aynının 4-də Kufə hakimi Übeydullah ibn Ziyad, camaat imam Hüseynə (ə) kömək etməsinlər deyə Kufə məscidində bir kəskin bir çıxış etdi. İmam Hüseynə (ə) kömək edəcəkləri təqdirdə onları ölüm və edamla hədələdi. Həmçinin, imam Hüseynin (ə) qanının mübah olması haqqında qazının fətvasını qiraət edib göstəriş verdi ki, Kufə şəhərinin bütün giriş-çıxışın bağlasınlar. (Əl-vəqaye vəl-həvades, c.2, səh. 123)

Namaz Vaxtı 28.12.2024

Bakı və Abşeron üfüqü ilə Avqust ayı üçün gündəlik namazların azan cədvəli

  Ehtiyat *   Sübh azanı **   Günəş çıxır   Günorta azanı   Axşam azanı   Gecəyarı   01  03:57  04:02  05:37  12:47  20:11  23:59   02  03:58  04:03  05:38  12:47  20:10  00:00   03  03:59  04:04  05:39  12:47  20:09  00:00   04  04:01  04:06  05:40  12:47  20:08  00:00   05  04:02  04:07  05:41  12:46  20:07  00:00   06  04:04  04:09  05:42  12:46  20:06  00:00   07  04:05  04:10  05:43  12:46  20:04  00:00   08  04:06  04:11  05:44  12:46  20:03  00:00   09  04:08  04:13  05:45  12:46  20:02  00:00   10  04:09  04:14  05:46  12:46  20:00  00:00   11  04:10  04:15  05:47  12:46  19:59  00:00   12  04:12  04:17  05:48  12:46  19:58  00:00   13  04:13  04:18  05:49  12:45  19:56  00:00   14  04:14  04:19  05:50  12:45  19:55  00:00   15  04:16  04:21  05:51  12:45  19:54  00:00   16  04:17  04:22  05:52  12:45  19:52  00:00   17  04:18  04:23  05:53  12:45  19:51  00:00   18  04:20  04:25  05:54  12:44  19:49  00:00   19  04:21  04:26  05:55  12:44  19:48  00:00   20  04:22  04:27  05:56  12:44  19:46  00:00   21  04:24  04:29  05:57  12:44  19:45  00:00   22  04:25  04:30  05:58  12:43  19:43  00:00   23  04:26  04:31  05:59  12:43  19:42  00:00   24  04:28  04:33  06:00  12:43  19:40  00:00   25  04:29  04:34  06:00  12:43  19:39  00:00   26  04:30  04:35  06:01  12:42  19:37  00:00   27  04:31  04:36  06:02  12:42  19:36  23:59   28  04:33  04:38  06:03  12:42  19:34  23:59   29  04:34  04:39  06:04  12:41  19:33  23:59   30  04:35  04:40  06:05  12:41  19:31  23:59   31  04:36  04:41  06:06  12:41  19:29  23:59

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...